LayiHƏLƏRİN İdarə ediLMƏSİ azərbaycan assosiASİyasi (Azpma)




Yüklə 39.57 Kb.
tarix20.04.2016
ölçüsü39.57 Kb.





LAYİHƏLƏRİN İDARƏ EDİLMƏSİ AZƏRBAYCAN ASSOSİASİYASI (AzPMA)


Azərbaycan, 1073 Bakı

1073, Baku, Azerbaijan

Qutqaşınlı küç. 97

97, Qutqashinli str.

Tel (+99412) 418 5828

Tel (+99412) 418 5828

Web: www.ipma.az

Web: www.ipma.az

Email: info@ipma.az

Email: info@ipma.az


Təşkilatlara Təklif
Hörmətli xanımlar və cənablar!

Layihələrin İdarə Edilməsi Azərbaycan Assosiasiyası (AzPMA) – layihələrin idarə edilməsi sahəsi üzrə dünyavi lider olan Layihələrin İdarə Edilməsi Beynəlxalq Assosiasiyasının (IPMA) milli üzvüdür.

AzPMA Sizin təşkilatın əməkdaşlarının layihələrin idarə edilməsi metodologiyasının tədrisi və eləcə də, layihə menecerlərinin beynəlxalq sertifikatlaşdırılması üzrə hazırlığını təşkil edir.

Tədris və sertifikatlaşdırma proqramı əsasən aşağıdakı kateqoriyalar üzrə layihə iştirakçıları üçün nəzərdə tutulmuşdur:

Layihələri idarə edən layihə heyəti üçün – layihə menecerlərinin kvalifikasiyasını və onların kompetensiyalarını müəyyən edən beynəlxalq sertifikatlaşdırma prosesi;

Layihələrin idarə edilməsi prosesində iştirak edən köməkçi heyət üçün – görülən işlərdə onların peşəkar kvalifikasiya və kompetensiyalarını nümayiş etdirməsi, layihələrin idarə edilməsi prosesində keyfiyyətin yaxşılaşdırılması;

Müştəri üçün (sifarişçi, sponsor və s.) – layihələrin idarə edilməsində iştirak edən mütəxəssislərin və komanda heyətinin yetəri qədər peşəkar olmasında sifarişçinin əmin olunması.
Treninqlər 20 illik təcrübəyə arxalanan müəllif proqramları əsasında keçirilir və buna görə də, terninq əsasında əldə olunan müasir metodologiya və biliklərin həyata keçirilməsi ilə layihənin yerinə yetirilməsi müddətinə 20-30%, xərclərə isə 15-20% qənaət olunması fikrini təsdiqləməyə əsas verir.

Bizimlə əməkdaşlıq edən şirkətlər arasında:


  • Azerbaijan BTC Limited

  • ASELSAN BAKI

  • AGRO YURD

  • AZTECH (Azerbaijan Technologies)

  • AZFEN BM

  • AZERCELL

  • BP Group

  • BOSH-SHELF

  • BAKCELL

  • Rosneftqazstroy Azerbaijan

  • UNIBANK

  • Azərbaycan Respublikası Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi

  • Təhsil Nazirliyi

  • Yeni Memar

  • McDermott

  • Norveç Qaçqınlar Şurası

  • “Atalizinq” ASC

  • Qırmızı Xaç Komitəsi

  • DET-AL Limited və s.


Daha ətraflı məlumat üçün: www.ipma.az

Əlaqə üçün məlumat:

Tel: 418 58 28

Faks: 510 38 21

http: www.ipma.az

e-mail: info@ipma.az

Təklifə əlavə




Layihə menecerlərinin hazırlığı proqramı




.
Treninqi IPMA-nın beynəlxalq dərəcəli sertifikatlaşdırılmış mütəxəssisləri, layihələrin idarə edilməsi sahəsi üzrə peşəkar mütəxəssislər aparır.

Beynəlxalq dərəcəli I assessor, t.e.d. İqbal Babayev

Beynəlxalq dərəcəli asessor, i.e.n., dosent Murad Bağırzadə
Treninqlərin teoretik kursu
Layihələrin idarə edilməsinin əsasları

Seminarın məqsədi:


  • Treninq iştirakçılarını layihələrin idarə edilməsinin əsasları ilə tanış etmək;

  • Treninq iştirakçılarında şirkətlərdə layihələrin idarə edilməsi metodları və vasitələrindən istifadə etmək marağı yaratmaq;

  • Layihə yönümlü təşkilatların xüsusiliyini göstərmək;

  • Layihə və proqramların idarə edilməsi metodologiyasının əsaslarını müəyyənləşdirmək;

  • Praktiki işlərin köməyi ilə treninq iştirakçılarını komandada işləməyə öyrətmək


Məzmunu:

  • Layihələrin, proqramların əsas müəyyənlikləri

  • Layihələrin klassifikasiyaları

  • Layihələrin həyata keçirilməsinin müddəti

  • Layihələrin əlamətləri

  • Layihələrin xarakteristikaları

  • Layihə növlərinin müəyyənləşdirilməsi

  • Biznes layihələrin əsas anlayışları

  • Layihə iştirakçıları

  • Layihə mühiti

  • Layihənin həyat dövrü. Layihənin həyata keçirilməsi fazaları

  • Layihələrin idarə edilməsinin əsas anlayışları

  • Layihələrin idarə edilməsində metodların tətbiqinin zəruriliyi

  • Layihələrin idarə edilməsində müvəffəqiyyət. Müvəffəqiyyət aspektləri

  • Layihələrdə keyfiyyətin idarə olunması

  • Layihələrdə vaxtın idarə olunması

  • Layihələrdə dəyərin idarə olunması

  • Layihələrdə riskin idarə olunması

  • Layihələrdə insan resurslarının idarə olunması

  • Layihələrdə müqavilələrin və təchizatların idarə olunması

  • Layihələrdə münaqişələrin idarə olunması

  • Layihələrin monitorinqi və qiymətləndirilməsi

  • Layihələrin idarə edilməsində informasiya texnologiyaları

  • Layihələrin idarə edilməsində beynəlxalq sertifikasiya proqramı


Məqsədli auditoriya:

  • Təşkilat və bölmə rəhbərləri, layihə menecerləri, sahibkarlar və layihələrin idarə edilməsi texnologiayalarının tətbiqində marağı olan tərəflər



Seminarın cədvəli:


  • 10.00 - 10.15 – İştirakçıların qeydiyyatı, Tanışlıq (Çay, Kofe)

  • 10.15 - 11.45 – Seminar

  • 11.45 - 12.00 – Çay, Kofe

  • 12.00 – 13.00– Seminar

  • 13.00 - 14.00 – Nahar

  • 14.00 - 15.30 - Seminar

  • 15.30 - 15.45 – Çay, Kofe

  • 15.45 - 16.30 – Seminar

  • 16.30 - 17.00 –Müzakirələr. Seminarın bağlanması və sertifikatların paylanması


Bir adam üçün qiymət: 150 AZN (kofe-çay, nahar və lazımi materialların paylanması qiymətə daxildir)

Treninqin sonunda dinləyicilərə sertifikat verilir.


Treninqin keçirildiyi dil: azərbaycan, rus

Treninqin keçirildiyi ünvan: Bakı ş., Qutqaşınlı küç. 97

Tel. 418-58-28, Tel/Faks: 510 38 21


«Risklərin idarə edilməsi»

Seminarın məqsədi:

• Treninq iştirakçılarına riskin növləri və onların idarə olunması haqqında bilgilər verməkdən ibarətdir


• İştirakçılarda riskin azaldılması və onun idarə olunması hesabına kompaniyaların mənfəətinin artırılmasına marağın yaradılmasıdır
• Praktiki dərslərdə iştirakçılara riskin idarə edilməsi vərdişlərinin şərh edilməsidir

Mündəricat:
• Riskin mahiyyəti
• Risk və qeyri müəyyənlik, riskin obyektiv və subyektiv dərk edilməsi
• Riskin müxtəlif meyarlara görə növləri
• Risklərin idarə edilmə sistemləri, onların təyini, prinsipləri
• Risklərin idarə edilməsində daxili və xarici məhdudiyyətlər
• Risklərin təhlili
• Risklərin idarə edilmə üsulları
• Risklərin idarə edilməsində xarici təcrübələrin şərhi
• Layihələrin maliyyələşdirilməsi zamanı baş verən risklər və onların qiymətləndirilməsi üsulları
• Biznes fəaliyyətində riskin azaldılması yolları və metodları
• Riskin sığortalanması
• Risklərin idarə edilməsi üzrə alqoritm və proqramlarının işlənilməsi
Case Studies

Məqsədli auditoriya:
• Maliyyə direktorları, analitiklər, maliyyə-plan şöbələrinin işçiləri, maliyyənin idarə edilmə sistemləri üzrə ixtisaslaşan mütəxəssislər, layihə menecerləri, müəllimlər, tələbələr, elmi işçilər, aspirantlar və s.

Seminarın cədvəli:

Birinci gün
• 9.00 - 10.00 - İştirakçıların qeydiyyatı, tanışlıq, (kofe)
• 10.00 - 12.00 - Nəzəri hissə
• 12.00 - 13.00 - Case Studies, (kоfе)
• 13.00 - 14.00 - Nahar
• 14.00 - 16.00 - Nəzəri hissə
• 16.00 - 16.15 - Kofe-breyk
• 16.15 - 17.00 - Nəzəri hissə
• 17.00 - 18.00 - Case Studies

İkinci gün
• 9.00 - 10.00 - İştirakçıların qeydiyyatı, tanışlıq, (kofe)
• 10.00 - 12.00 - Nəzəri hissə
• 12.00 - 13.00 - Case Studies, (kоfе)
• 13.00 - 14.00 - Nahar
• 14.00 - 16.00 - Nəzəri hissə
• 16.00 - 16.15 - Kofe-breyk
• 16.15 - 17.00 - Nəzəri hissə
• 17.00 - 18.00 - Case Studies
• 18.00 - 19.00 - Layihə rəhbərinin yekun çıxışı. Müzakirə. Suallar
Bir adam üçün qiymət: 200 AZN (kofe-çay, nahar və lazımi materialların paylanması qiymətə daxildir)

Treninqin sonunda dinləyicilərə sertifikat verilir.




Treninqin keçirildiyi dil: azərbaycan

Treninqin keçirildiyi ünvan: Bakı ş., Qutqaşınlı küç. 97

Tel. 418-58-28, Tel/Faks: 510 38 21



Layihələrin idarə edilməsi ofisinin qurulması

Seminarın məqsədi:

  • Treninq iştirakçılarını layihələrin idarə edilməsi ofisinin qurulması prinsipləri ilə tanış etmək;

  • Treninq iştirakçılarında şirkətlərdə layihə ofisinin tətbiq edilməsində maraq yaratmaq;

  • Layihə yönümlü təşkilatların xüsusiliyini göstərmək;

  • Layihə və proqramların idarə edilməsi metodologiyasının əsaslarını müəyyənləşdirmək;

  • Praktiki işlərin köməyi ilə treninq iştirakçılarını komandada işləməyə öyrətmək


Məzmunu:

  • Layihə menecerinin əsas anlayışları

  • Layihələrin idarə edilməsi metodologiyasının hazırlanmasının əsas prinsipləri

  • Layihələrin idarə edilməsi ofisinin (LİEO) yaradılmasının zəruriliyi

  • Layihələşdirilmənin əsas prinsipləri və LİEO tərkibi

  • Təşkilatlarda LİEO yaradılmasında uğursuzluğun səbəbləri

  • LİEO təşkilinin modeli

  • Yaranan müəssisənin təşkilati strukturu

  • LİEO tətbiqinin metodları

  • LİEO əməkdaşlarının rolu və öhdəlikləri

  • LİEO layihə sənədləşməsinin işlənib hazırlanması

  • LİEO informasiya təminatı

  • LİEO kommunikasiyaların idarə edilməsi

  • LİEO yetkinlik dərəcəsi üçün model

  • Layihələrin ekspertizası

  • İnvestisiya layihələrinin effektivliyinin qiymətləndirilməsi

  • Layihə komandasının qurulması. Əsas tələblər

  • Layihə maliyyələşməsi

  • LİEO dəyərinin idarə edilməsi

  • Gələcəyə nəzər: Layihələrin idarə edilməsində genetika.

  • Layihələrin genetik modeli əsasında təşkilatın inkişaf proqramlarının idarə edilməsi.

  • Case Studies


Məqsədli auditoriya:

  • Təşkilat və bölmə rəhbərləri, layihə menecerləri, sahibkarlar və layihələrin idarə edilməsi texnologiayalarının tətbiqində marağı olan tərəflər.


Seminarın cədvəli:


  • 10.00 - 10.30 – İştirakçıların qeydiyyatı, Tanışlıq (Çay, Kofe)

  • 10.30 - 11.45 – Seminar

  • 11.45 - 12.00 – Çay, Kofe

  • 12.00 – 13.00– Seminar

  • 13.00 - 14.00 – Nahar

  • 14.00 - 15.30 - Seminar

  • 15.30 - 15.45 – Çay, Kofe

  • 15.45 - 17.15 – Seminar

  • 17.15 - 18.00 –Müzakirələr. Seminarın bağlanması və sertifikatların paylanması



Bir adam üçün qiymət: 200 AZN (kofe-çay, nahar və lazımi materialların paylanması qiymətə daxildir)

Treninqin sonunda dinləyicilərə sertifikat verilir.


Trener: t.e.d., dosent İqbal Babayev, AzPMA-nın təsisçisi və prezidenti; Layihələrin idarə edilməsi beynəlxalq sertifikatlaşdırma proqramının rəhbəri; Layihələrin İdarə Edilməsi üzrə Beynəlxalq Assosiasiyasının Direktorlar Şurasının üzvü; Layihələrin idarə edilməsi beynəlxalq assosiasiyasının sertifikatlaşdırma proqramının birinci asessoru;

Treninqin keçirildiyi dil: azərbaycan, rus

Treninqin keçirildiyi ünvan: Bakı ş., Qutqaşınlı küç. 97

Tel. 418-58-28, Tel/Faks: 510 38 21






Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azrefs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə