Layihə çərçıvəsində Bakı şəhərində, "İrşad" otelinin konfrans zalında 25 iyul 2006-cı il tarixdə "Qaçqın və Məcburi köçkünlərin mənzil şəraiti ilə bağlı problemlərinin davamlı həlli" mövzusunda dəyirmi masa keçirilmişdir




Yüklə 8.18 Kb.
tarix21.04.2016
ölçüsü8.18 Kb.
Press reliz
Azərbaycan Gənc Hüquqşünaslar Birliyi cari ilin yanvar ayından etibarən Gürcüstanın Məcburi Köçkün Qadınlar Assosiasiyası ilə birlikdə Danimarka Qaçqınlar Şurasının maliyyə dəstəyi ilə Qaçqın və Məcburi köçkünlərə yaşayış şəraiti ilə bağlı hüquqi dəstək layihəsini həyata keçirməkdədir.

Layihə çərçıvəsində Bakı şəhərində, “İrşad” otelinin konfrans zalında 25 iyul 2006-cı il tarixdə “Qaçqın və Məcburi köçkünlərin mənzil şəraiti ilə bağlı problemlərinin davamlı həlli” mövzusunda dəyirmi masa keçirilmişdir.

Dəyirmi masada 30-a yaxın dövlət, qeyri-dövlət qurumları və beynəlxalq təşkilatların nümayəndələri iştirak etmişlər. Tədbirdə həmçinin Gürcüstan Respublikasından məcburi köçkün məsələləri ilə məşğul olan dövlət və qeyri-dövlət orqanlarından 7 nəfər mütəxəssis də iştirak etmişlər.

Azərbaycan Gənc Hüquqşünaslar Birliyinin bu dəyirmi masanın keçirılməsində əsas məqsədi iştirakçılara Azərbaycanda məcburi köçkünlərin yaşayış problemlərinin həlli istiqamətində indiyədək görülən işlər barədə məlumat vermək, aparılan islahatları ictimaiyyətə çatdırmaq olmuşdur.

Tədbiri giriş sözü ilə Gənc Hüquqşünaslar Birliyinin sədri Ramil İskəndərov açmış və tədbir iştirakçılarına həyata keçirilən layihə barədə məlumat vermişdir.

Tədbirdə Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi Apparatının rəhbəri cənab Telman Məmmədov çıxış etmiş və məcburi köçkünlərin mənzil şəraitlərinin yaxşılaşdırılması istiqamətində görülən dövlət tədbirləri və “Qaçqınların və məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması və məşğulluğunun artırılması üzrə” Dövlət proqramı çərçivəsində indiyədək görülən işlər barədə məlumat vermişdir.

Tədbirdə Gürcüstan nümayəndə heyəti adından mühacirətdə olan Abxaziya hökümətinin məcburi köçkünlərlə iş üzrə İdarəsinin rəisi Beso Tserediani bu sahədə görülən işlər və mövcud olan problemlər barədə iştirakçılara ətraflı məlumat vermişdir.

Tədbirdə həmçinin QHT nümayəndələrinin də məcburi köçkünlərin mənzil problemləri ilə bağlı fikirləri də dinlənilmişdir. Belə ki, hüquqşünas Ağamırza Bağırov və Gürcüstan Məcburi Köçkün Qadınlar Assosiasiyasının sədri Liana Beriya çıxış etmişlər.



Tədbirin sonunda iştirakçılar belə bir fikrə gəlmişlər ki, həm Azərbaycanda, həm də Gürcüstanda məcburi köçkünlərin mənzil şəraiti problemlərinin davamlı həlli yolu kimi geriqayıtma (repatriasiya) prosesinə prioritet verilməlidir.

İyul ayının 26-da isə gürcü qonaqların Biləsuvar rayonuna yeni salınmış məcburi köçkün qəsəbələrinə tanışlq səfəri olmuşdur. Bu səfər Humanitar Tədqiqatlar Cəmiyyətinin direktoru Əvəz Həsənovun təşkilatçılığı ilə həyata keçırilmişdir. Səfər çərçivəsində qonaqlar Biləsuvar rayonunda məskunlaşmış məcburi köçkünlərlə və dövlət nümayəndələri ilə görüşlər keçirmişlər.


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azrefs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə