Law and development




Yüklə 16 Kb.
tarix29.02.2016
ölçüsü16 Kb.

HÜQUQ VƏ INKİŞAF”



İctimai Birliyi






LAW AND DEVELOPMENT”

Public Association

Ünvan: Azadlıq pr. 132/3

Bakı, Azərbaycan.

Tel/Faks: (994 12) 440 17 67

Mobil: (050) 611 74 43

Address: 132/3 Azadlig ave.

Baku, Azerbaijan.



Tel/Fax: (994 12) 440 17 67

Mobil: (050) 611 74 43

E-mail: himerkez@yahoo.com: office@law.org.az

Web-site: www.law.org.az




Hüquq və İnkişaf” İctimai Birliyi Qazax və Tovuz rayonlarında

Parlament seçkilərində seçki hüquqlarının müdafiəsi və seçki şikayətlərinin tərtibi” mövzusunda təlimlər keçirib.


Hüquq və İnkişaf” İctimai Birliyi Britaniyanın Bakıdakı səfirliyinin dəstəyi ilə həyata keçirdiyi layihə çərçivəsində Qazax və Tovuz rayonlarında “Seçki hüquqlarının müdafiəsi və seçki şikayətlərinin tərtibi” mövzusunda təlimlər keçirib.

Təlimlərdə seçki komissiyasının üzvləri, deputatlığa namizədlər, onların səlahiyyətli nümayəndələri, müşahidəçilər, habelə yerli QHT və media təmsilçiləri iştirak edib.



“Hüquq və İnkişaf” İctimai Birliyinin Sədri Hafiz Həsənov seçki hüquqlarının pozulmasından seçki komissiyalarına və məhkəmələrə şikayətlərin verilməsi qaydaları haqqında iştirakçılara geniş məlumat verib. Bundan sonra seçki praktikasında rast gəlinən müxtəlif xarakterli qanun pozuntuları üzrə müzakirələr aparılıb. Eyni zamanda indiki parlament seçkilərində imza toplanması və namizədlərin qeydiyyat proseslərində qeydə alınan bir sıra pozuntular üzrə təhlillər aparılıb. Daha sonra iştirakçıların sualları cavablandırılıb və müzakirələr aparılıb.

Müzakirələrdə çıxış edən 107 saylı Qazax dairə seçki komissiyasının sədri Nemət Əliyev bu seçki dairəsinin ərazisində istər namizədlərin irəli sürülməsi, istər imzaların toplanması və istərsə də namizədlərin qeydə alındığı indiki mərhələdə bu dairə seçki komissiyası tərəfindən qanun pozuntularına yol verilmədiyini və bu proseslərdə namziədlər üçün əlverişli şəraitin təmin edildiyini bildirib. Tədbirdə çıxış edən namizədlər və onların səlahiyyətli nümayəndələri də indiyədək 107 saylı Qazax dairə seçki komissiyası tərəfindən cidi problemlərlə qaşılaşmadıqlarını bildiriblər.



Tovuzdakı tədbirdə çıxış edən 105 saylı Tovuz daiorə seçki komissiyasının üzvü Nəsimi Tovuzlu da bu seçki dairəsinin ərazisində də namizədlərin qeydiyyat prosesində hələlik ciddi maneələrin olmadığını bildirib. Lakin bunlarla yanaşı qanunla nəzərdə tutulan vaxtlarda şəxsiyyət vəsiqələrinin dəyişdirilməməsi imzaların toplanması proseslərində problemlər yaratdığı da bildirilib. İştirakçılar şəxsiyyət vəsiqələrinin dəyişdirilməsi prosesində bürokratik maneələrin olduğunu da bildiriblər.

Tovuzda keçirilən təlimdə ATƏT DTİHB-in bu regiondakı müşahidə missiyasının üzvləri Kamran Nasirov və Luan Treti də iştirak edib. Qeyd edək ki, tədbirə dəvət edilsələr də, 106 saylı Tovuz-Qazax-Ağstafa seçki dairəsinin üzvlərindən tədbirdə iştirak edən olmayıb.

Müzakirələr və diskusiyalardan sonra iştirakçılara “Seçki komissiyalarına şikayətlərin verilməsi qaydaları” və “Məhkəmələrə şikayətlərin verilməsi qaydaları” adlı kitabçalar və “Seçki şikayətləri: hara və necə müraciət etməli?” adlı buklet paylanıb.

Qeyd edək ki, Qazaxda və Tovuzda keçirilən tədbirlər seçki hüquqlarının müdafiəsi baxımından səmərəli müzakirələr şəraitində keçirilsə də, Tovuzdakı tədbirin sonuna yaxın yerli polis əməkdaşları tərəfindən təlimə qanusuz müdaxilə edilib. Olduqca kobud davranan polis əməkdaşları təşkilatçılardan tədbirin dərhal dayandılımasını və özlərinin isə, Tovuz rayon İcra Hakimiyyətinə getmələrini tələb ediblər. Tovuz rayon İcra Hakimiyyətinə gedən “Hüquq və İnkişaf” İB-nin Sədri Hafiz Həsənov polisin və İcra Hakimiyyətinin bu cür hərəkətlərinin ciddi qanun pozuntuları olduğunu bildirib. Burada ona polisin qanunsuz hərəkətlərinin tədbir iştirakçılarının təhlükəsizliyi üçün (!?) edildiyi bildirilib.

Xatırladaq ki, bundan əvvəl “Hüquq və İnkişaf” İctimai Birliyinin Britaniyanın Bakıdakı səıfirliyinin dəstəyi ilə Sabirabad rayonunda keçirmək istədiyi təlim də polisin və icra yerli İcra hakimiyətinin müdaxilələri səbəbindən hələlik baş tuitmayıb.

Hüquq və İnkişaf” İB Mətbuat Xidməti



08.00.2010.


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azrefs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə