Laborant ixtsası üzrə test sualları nümunələri Bölmə Kliniki laborator müayinə üsulları. 1 Laborant nəyi bacarmalıdır?




Yüklə 2.31 Mb.
səhifə1/26
tarix24.04.2016
ölçüsü2.31 Mb.
  1   2   3   4   5   6   7   8   9   ...   26
Laborant ixtsası üzrə test sualları nümunələri

Bölmə 1. Kliniki laborator müayinə üsulları.

1) Laborant nəyi bacarmalıdır?
A) Sidiyin mikroskopik müayinəsi üçün çöküntünü hazırlamağı

B) Biomaterialların fiziki-kimyəvi müayinəsini aparmağı

C) Reaktivləri hazırlamağı

D) Sadalananların hamısını

E) Qan yaxmasını hazırlamağı
Laborant həkim-laborantın birbaşa köməkçisidir. Biomaterialları qəbul edib, onların fiziki-kimyəvi mikroskopik müayinələrini aparmağı , sidiyin mikroskopik müayinəsi üçün çöküntünü hazırlamağı, qan yaxmasını hazırlamağı, reaktivləri hazırlamağı bacarmalıdır.
Ədəbiyyat: Rəsulova Z.F, Cəfərova G.Ə. Kliniki diaqnostik laborator müayinə üsulları. Bakı.1996 səh 4 А.Я.Любина, Л.П.Ильичева, Т.В. Катасонова, С.А.Петросова. Клинические лабораторные исследования. Москва «Медицина» 1984 səh 9-10 В.С. Ронин, Г.М. Старобинец. Руководство к практическим занятиям по методам клинических лабораторных исследований. Москва « Медицина» 1989 səh 8
2) Laboratoriyada müayinə materialını dəyişik salmamaq üçün nə etmək lazımdır?
A) Qızdırmaq

B) Toplamaq

C) Sentrifuqalaşdırmaq

D) Nömrələmək (kodlaşdırmaq)

E) Ardıcıl yığmaq
Laboratoriyaya göndərilən müayinə materialları nömrələnir. Nömrələr hər bir bioloji material üçün ayrı olur. Həmin nömrə göndəriş vərəqəsində, material olan qabda, verilən cavab blankında eyni olmalıdır.
Ədəbiyyat: Rəsulova Z.F, Cəfərova G.Ə. Kliniki diaqnostik laborator müayinə üsulları. Bakı.1996 səh 4 В.С. Ронин, Г.М. Старобинец. Руководство к практическим занятиям по методам клинических лабораторных исследований. Москва « Медицина» 1989 səh 13
3) Laboratoriyada hansı kimyəvi maddələrlə işləmək təhlükəlidir?

1. NaOH

2. NaCl

3. HCl

4. HNO3

5. Na2CO3

6. H2SO4
A) 1, 2, 5, 6

B) 1, 3, 4, 5

C) 2, 3, 4, 5

D) 2, 4, 5, 6

E) 1, 3, 4, 6
Laboratoriyada iş görən zaman təhlükəsizlik qaydalarına riayət olunmalıdır. Ehtiyatsızlıq nəticəsində bədbəxt hadisələr baş verə bilər. Laborant analiz aparan zaman qatı turşularla, qələvilərlə, tez alışan maddələrlə ehtiyatlı olmalıdır.
Ədəbiyyat: Rəsulova Z.F, Cəfərova G.Ə. Kliniki diaqnostik laborator müayinə üsulları. Bakı.1996 səh 5
4) Laboratoriyada müayinə materialını müayinədən sonra nə etmək lazımdır?
A) Suya tökmək

B) İki gün saxlamaq

C) Gətirilən qabla atmaq

D) Zərərsizləşdirmək

E) Kağıza büküb atmaq
Laboratoriyada müayinə edilən material əksər hallarda yoluxucu olur. Ona görə də müayinədən sonra qalmış material mütləq zərərsizləşdirilməlidir. Zərərsizləşdirmədə müxtəlif kimyəvi maddələrdən istifadə olunur.
Ədəbiyyat: Rəsulova Z.F, Cəfərova G.Ə. Kliniki diaqnostik laborator müayinə üsulları. Bakı.1996 səh 5
5) Qan yaranma prosesi necə adlanır?
A) Regenerasiya

B) Hemostaz

C) Hiposeqmentasiya

D) Hemopoez

E) Hiperseqmentasiya
Qanın formalı elementlərinin əmələ gəlməsi haqqında alimlərimizin nəzəri və praktiki bilikləri kifayət qədər olduğuna görə qanın əmələ gəlməsi, qan xəstəliklərinin əmələ gəlmə səbəblərini öyrənməyə imkan yaradır. Qan yaranma prosesi, yaxud hemopoez qanın formalı elementlərinin inkişafına deyilir.
Ədəbiyyat: Rəsulova Z.F, Cəfərova G.Ə. Kliniki diaqnostik laborator müayinə üsulları. Bakı.1996 səh 72 А.Я.Любина, Л.П.Ильичева, Т.В. Катасонова, С.А.Петросова. Клинические лабораторные исследования. Москва «Медицина» 1984 səh 17
6) Normal məhlul necə hazırlanır?
A) Qram malekul çəkisi məlum olan fiksanal l l. suda həll edilir

B) Qram ekvivalent çəkisi məlum olan fiksanal l l. ölçülü kolbada distillə suyunda həll edilir

C) 5 q maddə 250 ml suda həll edilir

D) 1 qr maddə,100 ml suda həll edilir

E) Maddənin qram molekul çəkisi hesablanıb l l. kolbada distillə suyunda həll edilir
Normal məhlulu hazırlamaq üçün qram ekvivalent çəkisi məlum olan fiksonal 1 l distillə suyunda həll edilir. Qeyd etmək lazımdır ki, bu vaxt 1 litrlik ölçülü kolbadan istifadə edilir.
Ədəbiyyat: Rəsulova Z.F, Cəfərova G.Ə. Kliniki diaqnostik laborator müayinə üsulları. Bakı.1996 səh 154 В.С. Ронин, Г.М. Старобинец. Руководство к практическим занятиям по методам клинических лабораторных исследований. Москва « Медицина» 1989 səh 304
7) Orqanizmin daxili mühitini hansı toxuma təşkil edir?
A) Sinir toxuması

B) Qığırdaq toxuması

C) Əzələ toxuması

D) Qan


E) Sümük toxuması
Qan hərəkətli maye toxuma olub orqanizmin daxili mühitini təşkil edir və orqanizmin həyat fəaliyyəti üçün müstəsna vardır.
Ədəbiyyat: Rəsulova Z.F, Cəfərova G.Ə. Kliniki diaqnostik laborator müayinə üsulları. Bakı. 1996 səh 71 А.Я.Любина, Л.П.Ильичева, Т.В. Катасонова, С.А.Петросова. Клинические лабораторные исследования. Москва « Медицина» 1984 səh 16
8) Plazmanın üzvi tərkibində hansı maddələr yoxdur?
A) Zülalsız azotlu maddələr

B) Zülallar, fermentlər

C) Azotsuz üzvi maddələr

D) Vitaminlər, hormonlar

E) Anionlar, kationlar
Zülal, zülalsız azotlu maddələr, azotsuz üzvi maddələr, vitaminlər, hormonlar, fermentlər plazmanın üzvi tərkibini təşkil edir.

Plazmanın qeyri-üzvi maddələri onun 1%-ə qədərini təşkil edir. Bunun tərkibinə kationlar və anionlar daxildir.


Ədəbiyyat: Rəsulova Z.F, Cəfərova G.Ə. Kliniki diaqnostik laborator müayinə üsulları. Bakı.1996 səh 72 А.Я.Любина, Л.П.Ильичева, Т.В. Катасонова, С.А.Петросова. Клинические лабораторные исследования. Москва «Медицина» 1984 səh 16-18
9) Leykoliz (leykositoliz) nədir?
A) Leykositlərin aqqlütinasiyasıdır

B) Leykositlərin parçalanma prosesidir

C) Eritrositlərin parçalanma prosesidir

D) Leykositlərin %-lə hesablanmasıdır

E) Hüceyrələrin parçalanmasıdır
Leykoliz (leykositoliz) - leykositlərin parçalanma prosesidir
Ədəbiyyat: Rəsulova Z.F, Cəfərova G.Ə. Kliniki diaqnostik laborator müayinə üsulları. Bakı.1996 səh 152
10) Rezistentlik nədir?
A) Müxtəlif zədələyici faktora qarşı, orqanizmin (hüceyrənin) müqaviməti.

B) Hüceyrənin boyanma xüsusiyyətidir

C) İmmunitetin zəifləməsidir

D) Hüceyrələrin parçalanma prosesidir

E) Müxtəlif amillərə qarşı yaranan allergik reaksiyadır
Rezistentlik – müxtəlif zədələndirici faktora qarşı, orqanizmin (hüceyrənin) müqavimətidir.
Ədəbiyyat: Rəsulova Z.F, Cəfərova G.Ə. Kliniki diaqnostik laborator müayinə üsulları. Bakı.1996 Səh 153
11) Plazma qanın neçə faizini təşkil edir?
A) 60-62%

B) 62-68%

C) 48-52%

D) 52-58%

E) 42-48%
Plazma qanın 52-58%-ni təşkil edir. Qanın plazması mürəkkəb bioloji tərkibə malikdir və 52-58% təşkil edir.
Ədəbiyyat: Rəsulova Z.F, Cəfərova G.Ə. Kliniki diaqnostik laborator müayinə üsulları. Bakı.1996 səh 71-72
12) Formalı elementlər qanın neçə fazini təşkil edir?
A) 62-68%

B) 52-58%

C) 42-48%

D) 48-52%

E) 60-62%
Normada qanın formalı elementləri (eritrosit, leykosit, trombosit) qanın 42-48%-ni təşkil edir.
Ədəbiyyat: Rəsulova Z.F, Cəfərova G.Ə. Kliniki diaqnostik laborator müayinə üsulları. Bakı.1996 səh 71-72
13) Qanın xüsusi çəkisi nəyə bərabərdir?
A) 1,022-1,030

B) 1,005-1,010

C) 1,064-1,065

D) 1,050-1,060

E) 1,034-1,036
Qanın xüsusi çəkisi 1,050-dən 1,060 olur. Reaksiyası əsasən zəif qələvi xassəli olub pH – 7,36-7,42 –dir.
Ədəbiyyat: Rəsulova Z.F, Cəfərova G.Ə. Kliniki diaqnostik laborator müayinə üsulları. Bakı.1996 səh 72 А.Я.Любина, Л.П.Ильичева, Т.В. Катасонова, С.А.Петросова. Клинические лабораторные исследования. Москва «Медицина» 1984 səh 116-117
14) Hemoqlobinsianid üsulunda hansı reaktivdən istifadə olunur?
A) Harison-Fuşe məhlulu

B) Transforməedici məhlulu (Drapkin)

C) 0,1n hidrogen xlorid məhlulu

D) İzotonik məhlul

E) Fizioloji məhlul
Qanda hemoqlobinin təyinini hemoqlobinsianid üsulu ilə aparan zaman transforməedici məhlulu (Drapkin) məhlulundan istifadə olunur. Transforməedici məhlulu asetonsionhidrid, kaliumferrosianid, natrium bikorbanat və distillə suyundan ibarətdir.
Ədəbiyyat: Rəsulova Z.F, Cəfərova G.Ə. Kliniki diaqnostik laborator müayinə üsulları. Bakı.1996 səh 83
15) Hemoqlobinsianid üsulunda hansı cihazdan istifadə olunur?
A) Fotoelektrokalorimetr

B) Sentrifuqa

C) Elektrokalorimetr

D) Spirtometr

E) Sali hemometr
Qanda hemoqlobinin hemoqlobinsianid ilə təyini fotoelektrokalorimetrin (FEK) köməyi ilə aparılır. FEK-in yaşıl işığı 540-560 nm dalğa uzunluğunda təyin edilir.
Ədəbiyyat: Rəsulova Z.F, Cəfərova G.Ə. Kliniki diaqnostik laborator müayinə üsulları. Bakı.1996 səh 83
16) Hemoqlobinin Sali hemometrin köməyi ilə təyinində hansı reaktivdən istifadə olunur?
A) 0,1n HNO3

B) 10%-li HCl

C) 0,1n HCl

D) 1%-li HCl

E) 0,1n NaCl
Qanda hemoqlobinin Sali hemometri ilə təyinində 0,1n HCl-dan istifadə olunur. 0,1n HCl məhlulunu hazırlamaq üçün HCl fiksanalını və ya 8,24 ml qatı HCl 1l suda həll etmək lazımdır.
Ədəbiyyat: Rəsulova Z.F, Cəfərova G.Ə. Kliniki diaqnostik laborator müayinə üsulları. Bakı.1996 səh 82
17) Qan yaxması üçün əşya şüşəsi necə təmizlənir?
A) 1%-li xloramin məhlulunda qaynadılır, yuyulur

B) Yuyulur, 45 dəq yuyucu toz məhlulunda qaynadılır

C) 1%-li kalium permanqanat məhlulunda saxlanılır

D) 1%-li yuyucu toz məhlulunda 35-45 dəq qaynadılır, yuyulur

E) 10%-li HCl məhlulunda saxlanılır
Keyfiyyətli qan yaxması hazırlamaq üçün əşya şüşəsi tam təmiz olmalıdır. Ona görə də işlənmiş əşya şüşələri 1%-li yuyucu toz məhlulunda 35-45 dəq qaynadılır, axar suda yuyulur, qurudulur, Nikiforov qarışığında saxlanılır.
Ədəbiyyat: Rəsulova Z.F, Cəfərova G.Ə. Kliniki diaqnostik laborator müayinə üsulları. Bakı.1996 səh 88
18) Nikiforov qarışığının tərkibi hansı reaktivlərdən ibarətdir?
A) Efir, NaCl

B) Spirt, efir

C) Spirt, yod

D) Spirt, HCl

E) H2SO4, su
Nikifirov qarışığı spirt və efirin bərabər nisbətidir (qarışığıdır). Bu qarışıqda əşya şüşələri tam yağsız olur.
Ədəbiyyat: Rəsulova Z.F, Cəfərova G.Ə. Kliniki diaqnostik laborator müayinə üsulları. Bakı.1996 səh 88
19) Sitoplazması çəhrayı-bənövşəyi tozşəkilli danəli, nüvəsi 2-5 seqmentli bənövşəyi rəngli, 8 -12 mkm ölçüdə olan hüceyrə hansıdır?
A) Bazofil

B) Seqment nüvəli neytrofil

C) Monosit

D) Miyeloblast

E) Limfosit
Seqmentnüvəli neytrofil 8-12 mkm ölçüdə olub, nüvələri bir-biri ilə birləşmiş bir neçə seqmentdən təşkil olunmuşdur. Seqmentlərin sayı 2-dən 5-ə qədər ola bilər. Bənövşəyi rəngli nüvə hüceyrənin mərkəzində yerləşir. Sitoplazması çəhrayı rəngli olub, onda xırda toz şəkilli çəhrayı – bənövşəyi danəlilik müşahidə olunur.
Ədəbiyyat: Rəsulova Z.F, Cəfərova G.Ə. Kliniki diaqnostik laborator müayinə üsulları. Bakı.1996 səh 74 А.Я.Любина, Л.П.Ильичева, Т.В. Катасонова, С.А.Петросова. Клинические лабораторные исследования. Москва «Медицина» 1984 səh 120
20) Sitoplazma geniş, iri, sarı-qırmızı danəli, əksər halda nüvə 2 seqmentlidir, 10-14 mkm ölçüsü olan hansı hüceyrədir?
A) Seqment nüvəli neytrofil

B) Monoblast

C) Seqment nüvəli eozinofil

D) Eritroblast

E) Bazofil
Eozinofilin nüvəsi adətən iki seqmentlidir, ölçüsü 10-14 mkm-dir, sitoplazması genişdir, iri sarı-qırmızı danəlidir.
Ədəbiyyat: Rəsulova Z.F, Cəfərova G.Ə. Kliniki diaqnostik laborator müayinə üsulları. Bakı.1996 səh 74 А.Я.Любина, Л.П.Ильичева, Т.В. Катасонова, С.А.Петросова. Клинические лабораторные исследования. Москва «Медицина» 1984 səh 120
21) Ölçüsü 7-9, 12-13 mkm olan, nüvəsi tünd bənövşəyi, sitoplazma mavi, göy rəngli, perinüklear zonalı hüceyrə hansıdır?
A) Eritrosit

B) Limfoblast

C) Trombosit

D) Limfosit

E) Monosit
Limfosit – yetişmiş hüceyrələr olub diametrləri 7-9-dan 12-13 mkm-ə qədər olur. Nüvəsi tünd bənövşəyi rəngdə olub dairəvi formadadır. Nüvəciyi yoxdur. Sitoplazma mavi göy rəngdədir. Nüvənin ətrafında boyanmamış sahə perinuklear zona görünür. Qanda əsasən iki növ limfositlərə: dar sitoplazmalı və geniş sitoplazmalı rast gəlmək olur.
Ədəbiyyat: Rəsulova Z.F, Cəfərova G.Ə. Kliniki diaqnostik laborator müayinə üsulları. Bakı.1996 səh 75 А.Я.Любина, Л.П.Ильичева, Т.В. Катасонова, С.А.Петросова. Клинические лабораторные исследования. Москва «Медицина» 1984 səh 120
22) Ölçüsü 12-20 mkm, nüvə iri müxtəlif formalı, sitoplazma geniş boz, bənövşəyi rəngli hüceyrə hansıdır?
A) Neytrofil

B) Limfosit

C) Monosit

D) Trombosit

E) Eritrosit
Monosit – yetişmiş hüceyrələrdir, diametri 12-dən 20 mkm-ə qədər olur. Nüvəsi iri olub bəzən lobya şəkilli, kəpənəyəbənzər, göbələkvari formada olur. Sitoplazması genişdir, boz bənövşəyi rəngdədir, bəzən xırda azurofil, qırmızı bənövşəyi dənəciklər müşahidə edilir. Monositlərin perinuklear zonası olmur.
Ədəbiyyat: Rəsulova Z.F, Cəfərova G.Ə. Kliniki diaqnostik laborator müayinə üsulları. Bakı.1996 səh 76 А.Я.Любина, Л.П.Ильичева, Т.В. Катасонова, С.А.Петросова. Клинические лабораторные исследования. Москва «Медицина» 1984 səh 121
23) Ölçüsü 7-8 mkm, çəhrayı rəngli, kənarı tünd, mərkəzi zəif boyanan hüceyrə hansıdır?
A) Neytrofil

B) Trombosit

C) Limfosit

D) Eritrosit

E) Retikulosit
Eritrosit – yetişmiş hüceyrələr olub, diametrləri 7-8 mkm, qalınlığı 2 mkm qədər, çəhrayı-qırmızı rəngli, oval formalıdır. Eritrositlər bütöv bir rəngdə yox, kənarları həlqəvari şəkildə tünd boyaq qəbul edir, eritrositlərin mərkəzi hissəs nisbətən açıq boyaq qəbul edir.
Ədəbiyyat: Rəsulova Z.F, Cəfərova G.Ə. Kliniki diaqnostik laborator müayinə üsulları. Bakı.1996 səh 76 А.Я.Любина, Л.П.Ильичева, Т.В. Катасонова, С.А.Петросова. Клинические лабораторные исследования. Москва «Медицина» 1984 səh 122
24) Hialomer və qranulomeri olan hüceyrə hansıdır?
A) Eozinofil

B) Bazofil

C) Trombosit

D) Eritrosit

E) Neytrofil
Trombositlər (qan lövhəciyi) yetişmiş hüceyrələr olub ölçüləri 1,5-3 mkm-ə qədər, dairəvi və ya oval formalı qan elementləridir. Trombositlərin - mərkəzi qranulomer və periferik - hialomer hissələrdən ibarətdir. Qranulomer hissə Romanovski-himza boyağı ilə boyadıqda bənövşəyi, hialomer isə abı rəngə boyanır. Qranulomer 5-10 bənövşəyi rəngli danəciklərdən təşkil olunur.
Ədəbiyyat: Rəsulova Z.F, Cəfərova G.Ə. Kliniki diaqnostik laborator müayinə üsulları. Bakı.1996 səh 77 А.Я.Любина, Л.П.Ильичева, Т.В. Катасонова, С.А.Петросова. Клинические лабораторные исследования. Москва «Медицина» 1984 səh 123
25) Retikulositin danəlik xüsusiyyəti hansı üsulla aşkar edilir?
A) Noxt üsulu

B) Maya-Qrunvalt üsulu

C) Papenheyin

D) Romanovski üsulu

E) Subravital boyanma üsulu
Retikulosit – eritrositlərin cavan formalarıdır ki, onların sitoplazmasında nazik sapvari tor vardır. Retikulositləri boyamaq üçün brillyant - krezil abısından istifadə olunur. Retikulositləri canlı ikən boyamadan ibarətdir. Buna subravital boyama deyilir. Çünki retikulositlər canlı ikən boyanmadıqda onların tor şəbəkəsi görünmür.
Ədəbiyyat: Rəsulova Z.F, Cəfərova G.Ə. Kliniki diaqnostik laborator müayinə üsulları. Bakı.1996 səh 92 А.Я.Любина, Л.П.Ильичева, Т.В. Катасонова, С.А.Петросова. Клинические лабораторные исследования. Москва «Медицина» 1984 səh 155-157
26) Hemoqlobin hansı hüceyrənin daxilində yerləşir?
A) Neytrofildə

B) Trombositdə

C) Eritrositdə

D) Monositdə

E) Limfositdə
Eritrositin daxilində hemoqlobin vardır. Hemoqlobin hem və zülal – qlobulindən təşkil olunmuşdir (4 molekul hem və 1 molekul zülal). İnsan qanında bir neçə növ hemoqlabin olur: əsas hemoqlobin HbA, HbA (latın sözü adultus – yaşlı) və embrional dövrdə fetal HbF (latın sözü fetus-döl).
Ədəbiyyat: Rəsulova Z.F, Cəfərova G.Ə. Kliniki diaqnostik laborator müayinə üsulları. Bakı.1996 səh 78 А.Я.Любина, Л.П.Ильичева, Т.В. Катасонова, С.А.Петросова. Клинические лабораторные исследования. Москва «Медицина» 1984 səh 123
27) Eritrositin xarici səthində yerləşən maddələr hansılardır?
A) Antigen

B) Hb, kalium, maqnezium

C) ATF, Hb, natrium

D) Hemoqlobin

E) Lipidlər, sial turşusı, oliqosaxarid antigeni
Hər iki tərəfdən batıq olan eritrositlərin hüceyrə menbranının xarici səthində lipidlər, sial turşusu, oliqosaxarid antigeni, adsorbə olunmuş proteinlər yerləşir.
Ədəbiyyat: Rəsulova Z.F, Cəfərova G.Ə. Kliniki diaqnostik laborator müayinə üsulları. Bakı.1996 səh 79, А.Я.Любина, Л.П.Ильичева, Т.В. Катасонова, С.А.Петросова. Клинические лабораторные исследования. Москва «Медицина» 1984 səh 123-124
28) Eritrositlərin daxili səthində olan maddələr hansılardır?
A) Sial turşusı,antigenlər

B) Oliqosaxarid

C) Polisaxarid

D) Ferment, kalium, natrium, Hb, qlukoprotein

E) Karbon qazı
Eritrositlərin daxili səthində fermentlər, kalium, natrium, ATF, qlikoprotein, hemoqlobin, yerləşir. ATF-sı az olan eritrosit deformasiyaya uğrayır.
Ədəbiyyat: Rəsulova Z.F, Cəfərova G.Ə. Kliniki diaqnostik laborator müayinə üsulları. Bakı.1996 səh 79 А.Я.Любина, Л.П.Ильичева, Т.В. Катасонова, С.А.Петросова. Клинические лабораторные исследования. Москва «Медицина» 1984 səh 123-124
29) Eritrosit sırası hüceyrələrinin differensiasiya etməsi üçün böyrəklərdə hansı hormon hazırlanır?
A) Antidiuretin

B) Eritropoetin

C) Noradrenalin

D) Duiretin

E) Adrenalin
Hal-hazırda təsdiq edilmişdir ki, eritrositlərin yetişmə prosesində qlikoproteinlərə aid zülal təbiətli eritropoetin hormonunun böyük rolu vardır. O əsasən böyrəklərdə hazırlanır.
Ədəbiyyat: Rəsulova Z.F, Cəfərova G.Ə. Kliniki diaqnostik laborator müayinə üsulları. Bakı.1996 səh 76 А.Я.Любина, Л.П.Ильичева, Т.В. Катасонова, С.А.Петросова. Клинические лабораторные исследования. Москва «Медицина» 1984 səh 122
30) Qanın laxtalanmasında daha çox hansı qan hüceyrəsi iştirak edir?
A) Plazmatik hüceyrə

B) Leykosit

C) Eritrosit

D) Endotel hüceyrə

E) Trombosit
Trombositlər orqanizmdə hemostaz prosesində (qanaxmanı dayandırır) iştirak edir. Adqeziya, aqreqatsiya xüsusiyyəti var, damar divarı zədələndikdə bir-birinə yapışır (adqeziya), qruplaşır (aqreqatsiya), yalançı ayaqlar çıxarır, trombosit tıxacı əmələ gətirir və həmin nahiyyəni tutur, qanaxma dayanır. Trombositlərdə çoxlu miqdarda bioloji aktiv maddələr – fermentlər vardır.
Ədəbiyyat: Rəsulova Z.F, Cəfərova G.Ə. Kliniki diaqnostik laborator müayinə üsulları. Bakı.1996 səh 80 А.Я.Любина, Л.П.Ильичева, Т.В. Катасонова, С.А.Петросова. Клинические лабораторные исследования. Москва «Медицина» 1984 səh 125
31) Trombositlərin miqdarı hansı üsulla təyin edilir?
A) Subravital bayonma

B) Fonnio

C)Rozin

D) Nikolayev

E) Heylmeyer
Trombositlər – 1,5-3 mkm ölçüdəə olurlar. Periferik və mərkəzi hissədən ibarətdir. Periferik hissə - sitoplazma, hialomer, mərkəzi hissə dənəli hissə və ya qranulomer hissə adlanır. Trombositlər Qoryayev kamerasında və qan yaxmasında Fonnio üzrə sayılır.
Ədəbiyyat: Rəsulova Z.F, Cəfərova G.Ə. Kliniki diaqnostik laborator müayinə üsulları. Bakı.1996 səh 90 В.С. Ронин, Г.М. Старобинец. Руководство к практическим занятиям по методам клинических лабораторных исследований. Москва «Медицина» 1989 səh 153-155
32) Qanda leykositlərin sayılması hansı üsulla aparılır?
A) Qan yaxmasında

B) Fonnio üzrə

C) F.E.K. üsulu(Fotoelektrokalorimetr üsulu)

D) Nikolayev üsulu

E) Noxt boyanma üsulu
Qanda leykositlərin miqdarı bir neçə üsulla təyin edilir. Nikolayev (sınaq şüşəsində) üsulunda 0,4 ml reaktiv üzərinə 0,02 ml qan əlavə edilir. Qoryayev kamerasında sayılır.
Ədəbiyyat: Rəsulova Z.F, Cəfərova G.Ə. Kliniki diaqnostik laborator müayinə üsulları. Bakı.1996 səh 86 В.С. Ронин, Г.М. Старобинец. Руководство к практическим занятиям по методам клинических лабораторных исследований. Москва «Медицина» 1989 səh 176-188
33) Qanda leykositlərin normada miqdarı nə qədərdir?
A) 4-9 x 109\l

B) 11-13 x 109\l

C) 3-4 x 109\l

D) 1-2 x 109\l

E) 2-3 x109\l

Leykositlər 100 böyük kvadratlarda sayılır. Bu kvadratlar 4-4 qrup şəklində olurlar. Leykositləri sol tərəfdən başlayaraq saymaq lazımdır. Hər bir kvadratda sayılmış leykositlər ayrı-ayrılıqda yazılır. 100 böyük kvadratda sayılan leykosit toplanır və alınan cavab avtomat hesablayıcı cihaz və Nikolayev üsulu ilə aparılır.


Ədəbiyyat: Rəsulova Z.F, Cəfərova G.Ə. Kliniki diaqnostik laborator müayinə üsulları. Bakı.1996 səh 86 В.С. Ронин, Г.М. Старобинец. Руководство к практическим занятиям по методам клинических лабораторных исследований. Москва «Медицина» 1989 səh 176-188
34) Meyl indeksi hansı göstərici ilə xarakterizə olunur?
A) Leykositin ümumi miqdarı ilə

B) Nüvə göstəricisi ilə

C) Danəliliyə görə

D) Mütləq miqdarına görə

E) Kimyəvi dəyişkənliyə görə
Meyl indeksi: nüvə göstəricisi ilə xarakterizə olunur. Belə ki, əgər qan yaxmasında 3% cavan nüvəli neytrofil, 15% çubuq nüvəli neytrofil və 56% seqment nüvəli neytrofil sayılmışdırsa, onda meyl indeksi belə olacaqdır. Ümumiyyətlə meyl indeksi 0,06-ya bərabərdir. Sola meyl 0,08-0,15 rəqəmi arasında olarsa, buna zəif sola meyl, 0,15-0,3 qədər olarsa orta sola meyl, 0,5-dən az sola meyllik deyilir.
Ədəbiyyat: Rəsulova Z.F, Cəfərova G.Ə. Kliniki diaqnostik laborator müayinə üsulları. Bakı.1996 səh 80, 81
35) Qalın qan damlası qan yaxmasından hansı cəhətinə görə fərqlənir?
A) Qan yaxması fiksə edilib,boyanır

B) Qalın qan damlası fiksə edilir və boyanır

C) Aslı damla hazırlanır

D) Qan yaxması fiksə edilmədən boyanır

E) Qalın qan damlası fiksə edilmədən boyanır
Qalın qan damlasını hazırlamaq üçün barmaqdakı qan əşya şüşəsinə toxundurulur və 10 qəpiklik boyda (diametri 1 sm ölçüdə) dairəvi yayılır, fiksə edilmir, qurudulduqdan sonra Romanovski boyağı ilə boyanır.
Ədəbiyyat: Rəsulova Z.F, Cəfərova G.Ə. Kliniki diaqnostik laborator müayinə üsulları. Bakı.1996 səh 89 В.С. Ронин, Г.М. Старобинец. Руководство к практическим занятиям по методам клинических лабораторных исследований. Москва «Медицина» 1989 səh 186, 189-190
36) Toz halında Romanovski boyağı hansı boyaq maddələrindən ibarətdir?
A) Metilen abısı, qırmızı neytral

B) Azur II və turş Eozin

C) Metilen abısı, briliant yaşıl

D) Sudan III, metilen abısı

E) Qırmızı neytral, briliant yaşıl
Yaxmanı boyamaq üçün Romanovski boyağından istifadə olunur. Romanovski boyağı Azur II və turş eozindən ibarətdir.
Ədəbiyyat: Rəsulova Z.F, Cəfərova G.Ə. Kliniki diaqnostik laborator müayinə üsulları. Bakı.1996 səh 89 В.С. Ронин, Г.М. Старобинец. Руководство к практическим занятиям по методам клинических лабораторных исследований. Москва «Медицина» 1989 səh 149
37) Romanovski boyağının tərkibi hansı kimyəvi maddələrdən ibarətdir?
A) Romanovski tozu, Eozin, spirt

B) Romanovski tozu qliserin, spirt

C) Romanovski tozu, qliserin

D) Romanovski tozu, Eozin, qliserin

E) Romanovski tozu, metil spirti, qliserin

3,8 q Romanovski boyağı 250 ml metil spirtində həll edilir, 3-5 gün saxlanılır, arabir qarışdırılır. Sonra 250 ml təmiz qliserin tökülüb yenə də 3-5 gün saxlanılır və vaxtaşırı çalxalanır. Hazırlanmış boyaq tünd olur. Reaktivi ağzı kip bağlı qabda saxlamaq lazımdır.


Ədəbiyyat: Rəsulova Z.F, Cəfərova G.Ə. Kliniki diaqnostik laborator müayinə üsulları. Bakı.1996 səh 89 В.С. Ронин, Г.М. Старобинец. Руководство к практическим занятиям по методам клинических лабораторных исследований. Москва «Медицина» 1989 səh 149
  1   2   3   4   5   6   7   8   9   ...   26


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azrefs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə