Kurs işinin mövzusu




Yüklə 297.46 Kb.
səhifə1/3
tarix11.03.2016
ölçüsü297.46 Kb.
  1   2   3


Azərbaycan Respublikası Təhsil Nazirliyi

Bakı Dövlət Universiteti


Yerquruluşu və kadastr kafedrası

Təsərrüfatlararası Yerquruluşu layihələndirilməsi fənnindən

Ekologiya və Torpaqşünaslıq fakültəsi IV kurs tələbəsi
Bayramov Kamal


  1. Kurs işinin mövzusu: Kürdəmir rayonu Mürtülü Bələdiyyəsinin timsalinda kənd yaşayış məntəqələrinin müəyyən edilməsi və ailə-fermer təsərrüfatının təşkili

  2. Tapşırıq: Ailə-fermer təsərrüfatı üçün torpaq sahələrinin ayrılması

  3. Tapşırığın verilmə tarixi: 14.10.2011

  4. Məqsəd: Ailə-fermer təsərrüfatının yerləşdirilməsi və formalaşdırılması

  5. Kurs işinin planı:

Giriş.

Fəsil 1. Kənd yaşayış məntəqələrinin sərhədlərinin müəyyən edilməsi

Fəsil 2. Ailə-fermer təsərrüfatının yaradılması


  1. Yerinə yetirilmə müddəti: 28.12.2011



Kafedra müdiri: dos.T.N.Nizamzadə Elmi rəhbər: dos.T.N.Nizamzadə
______”____________ 20_____il “______”____________ 20_____il
Protokol № Qəbul etdi:
______”____________ 20_____il Bayramov Kamal

_______________________ “______”____________ 20_____il

(Qiymət)

MÜNDƏRİCAT
1. Giriş ..........................................................................səh.3-5

2. Fəsil 1. Kənd yaşayış məntəqələrinin sərhədlərinin müəyyən edilməsi .............................................................................səh.6-19

3. Fəsil 2. Ailə-fermer təsərrüfatının yaradılması ...............səh.20-45

4. Nəticə ............................................................................səh.46

5. Ədəbiyyat .....................................................................səh.47

GİRİŞ
Azərbaycan Respublikasının vahid torpaq fondunun ümumi sahəsi 8.641.506 ha-dır. Bu sahənin 4.919.000 hektarı (56.9%) dövlət, 2.051.378 hektarı (23.5%) bələdiyyə, 1.670.990 hektarı (19.6%) isə xüsusi mülkiyyətə aid olan torpaqlardır.

Vahid torpaq fondunun ümumi sahəsinin 1.683.824 hektarı əkin və dinc, 163.313 hektar çoxillik əkmələr, 110.573 hektarı biçənəklər, 224.842 hektarı həyətyanı, 2.573.156 hektarı örüş və otlaqlar altında istifadə edilir. Qalan 1.037.770 hektar sahə meşə, 2.847.580 hektar sahə isə sair sahələrdən ibarətdir.

Respublikanın kənd təsərrüfatına yararlı torpaqlarının ümumi sahəsi 4 mln. 516 min 900 ha.-dır ki, bu da ölkəmizin ümumi ərazisinin 52,27%-ni təşkil edir. Kənd təsərrüfatına yararlı torpaqların ümumi sahədə belə böyük nisbi yükü ilk baxışdan torpaq sahələrinin aktiv kənd təsərrüfatına cəlb edilməsi kimi də dəyərləndirilə bilər. Lakin hərtərəfli təhlil heç də Azərbaycan Respublikasında torpaq ehtiyatlarımızın bolluğuna dəlalət etmir. Belə ki, ölkəmizin kənd təsərrüfatına yararlı torpaqlarının yarıdan çoxu (2 mln. 566 min 900 ha.-sı və ya 56,82%-i) azməhsuldarlı örüşlərdən ibarətdir. Ən dəyərli kənd təsərrüfatı torpaqları olan əkinin ümumi sahəsi isə cəmi 1 mln. 621 min 900 ha təşkil edir ki, bu da kənd təsərrüfatına yararlı torpaqların 35,9 %-ni təşkil edir. Yer səthinin relyefinin dağ xarakterli olması səbəbindən respublikamız torpaqları azmənimsənilən ölkələrdəndir. Belə ki, Azərbaycanda hər bir nəfərə orta hesabla 0,22 ha əkin sahəsi, 0,58 ha kənd təsərrüfatına yararlı torpaq sahəsi düşür. Müqayisə üçün qeyd edək ki, Qazaxıstan Respublikasında bu göstəricilər müvafiq olaraq 1,65 ha və 14,0 ha təşkil edir. Azərbaycanın torpaq balansındakı gərginliyi göstərən göstəricilərdən biri də ölkənin hər kvadrat kilometrinə düşən əhalinin sayıdır. Bü göstərici Rusiya Federasiyasında cəmi 9 adam təşkil edirsə də, Azərbaycanda 1 kvadrat kilometrə düşən adamların sayı 94 nəfər təşkil edir.

Ölkəmizin torpaq ehtiyatları təbii-tarixi xüsusiyyətlərinə və istifadə xarakterinə görə, onların üzərində təsbit edilmiş mülkiyyət formalarına, həmçinin təyinatına müvafıq olaraq ayrı-ayrı torpaq növlərinə, qruplara, kateqoriyalara bölünür.

Təbii-tarixi xüsusiyyətlərinə və istifadə xarakterinə görə fərqlənən torpaq ehtiyatlarına torpaq növləri (yerləri) deyilir. Bu təsnifata görə torpaq ehtiyatları 2 yerə bölünür: kənd təsərrüfatı və qeyri-kənd təsərrüfatı torpaqları.

Kənd təsərrüfatı məhsullarının alınması üçün sistematik istifadə olunan torpaqlara kənd təsərrüfatı yerləri deyilir. Kənd təsərrüfatı yerlərinin tərkibinə əkin, dincə qoyulmuş torpaqlar, çoxillik əkmələr, biçənək və örüşlər aiddir.

Əkin-sistematik becərilən və kənd təsərrüfatı bitkilərinin səpini altında istifadə edilən kənd təsərrüfatı yerləridir. Səpin altında istifadə edilən cərgələrarası bağ sahələri, habelə kökündən yaxşdaşdırma məqsədləri üçün şumlanmış və səpilmiş (2 ildən artıq olmayaraq) biçənək və örüş sahələri əkinə aid deyildir.

Dincə qoyulmuş torpaqlara-əvvəlcə əkin altında olmuş, amma payızdan başlayaraq bir ildən artıq kənd təsərrüfatı bitkilərinin səpini üçün istifadə edilməyən və herik üçün hazırlanmamış sahələr aiddir.

Biçənək - sistematik olaraq ot biçini altında istifadə edilən kənd təsərrüfatı torpaqlarıdır.

Örüş - əsas istifadəsi heyvanların otarılması olan kənd təsərrüfatı torpaqlarıdır.

Çoxillik əkmələrə bağ, üzümlük, çay plantasiyaları, giləmeyvəliklər altında olan torpaq sahələri aiddir.

Qeyri-kənd təsərrüfatı torpaqlarına dərələr, qobular, yarğanlar, qumluqlar, bataqlıqlar, kolluqlar, habelə su, yol, tikinti, küçə, meydan altında olan torpaqlar, kənd təsərrüfatı məhsullarının istehsalı üçün yararsız olan digər sahələr aiddir.

Son illәrdә kәnd tәsәrrüfatı torpaqlarının artmasına baxmayaraq, әһalinin sayının sür'әtlә artması ilә әlaqәdar olaraq, һәr nәfәrә görә onların saһәsi azalır. Belә һallar 1 nәfәrә düşәn әkin vә çoxillik әkmәlәrin dinamikasında da müşaһidә edilir. Bu isә mövcud saһәlәrdәn yalnız sәmәrәli istifadә edilmәsini, һal-һazırda kәnd tәsәrrüfatında istifadәsiz olan torpaqların bilavasitә isteһsalat prosesinә cәlb edilmәsinә gündәlik vәzifә kimi baxmağın zәruriliyini göstәrir.

Ölkəmizdə torpaq islahatının həyata keçirilməsi ilə torpaq münasibətlərinin məzmununda radikal dəyişikliklər baş vermişdir. Belə ki, torpaq islahatının ilkin mərhələsindəcə torpaq iizərində dövlət inhisarına son qoyulmuş, onun dövlət, xüsusi və bələdiyyə mülkiyyət formaları təsbit edilmiş, iqtisadiyyatda çoxmülkiyyətli təsərrüfatçılıq formalarının təşəkkülünə hüquqi zəmin yaradılmışdır.




FƏSİL 1.

Kənd yaşayış məntəqələrinin sərhədlərinin müəyyən edilməsi.

Yaşayış məntəqələrinin torpaqlarına şəhər,qəsəbə və kəndlərin hüdudları daxilindəki torpaqlar aid edilir. Yaşayış məntəqələrinin hüdudları vətəndaşların və hüquqi şəxslərin torpaq sahələrinin sərhədləri üzrə müəyyən edilir. Yaşayış məntəqələrinin torpaqlarına aşagıdakılar daxildir: ictimai və fərdi tikinti yerləşən sahələr,mədəni-məişət,inzibati, ibadət və digər bina, tikili və qurğuların altındakı torpaq sahələri, habelə ümumi istifadədə olan torpaqlarda yerləşən meydan, küçə, park, xiyaban və əhalinin istiqaməti ilə bağlı olan torpaq sahələri və s.

Torpaq sahələrinin şəhər, qəsəbə və kənd yaşayış məntəqələrinin hüduduna daxil edilməsi torpaq üzərində mülkiyyət, istifadə və icarə hüquqlarına xitam verilməsinə səbəb olmur. İnzibati ərazi bölgüsü və yaşayış məntəqələrinin hüdudları Azərbaycan Respublikası Milli Məclis tərəfindən müəyyən edilir və dəyişdirilir. Yaşayış məntəqələrinin baş planları mənzil, sənaye, mədəni-məişət obyektlərinin tikintisi, əhalinin istirahət yerlərinin müəyyənləşdirilməsi və abadlaşdırılması üçün şəhərlərin, qəsəbələrin, kənd yaşayış məntəqələrinin torpaqlarından istifadənin əsas istiqamətini müəyyən edir.

Kənd yaşayış məntəqələrinin hüdudlarının layihəsi təsdiq edilmiş rayon planlaşdırma layihəsi, kənd yaşayış məntəqəsinin baş planı və qüvvədə olan digər planlaşdırma, şəhərsalma və yer quruluşu sənədləri nəzərə alınmaqla işlənilir. Kənd yaşayış məntəqələrinin baş planları sənaye, mənzil, mədəni-məişət tikintisi və başqa tikinti, əhalinin istirahət  yerlərinin müəyyənləşdirilməsi və abadlaşdırılması üçün şəhərlərin, qəsəbələrin və kənd yaşayış məntəqələrinin torpaqlarından istifadənin əsas istiqamətlərini müəyyən edir. Baş plan əsasında hazırlanmış, planlaşdırma və tikinti layihələri tikinti üçün torpaqlardan istifadəni müəyyən edir.

Ərazinin yer-təsərrüfat quruluşu planları-tikinti işləri aparılmalı olmayan və müvəqqəti tikinti işləri aparılmayan şəhər torpaqlarından istifadənin əsas istiqamətlərini müəyyən edir.

Kənd yaşayış məntəqələrinin tikinti torpaqları tikilmiş sahələrdən və mənzillərin, mədəni-məişət sənaye obyektlərinin, digər tikintilərin və qurğuların inşası üçün nəzərdə, tutulan torpaqlardan ibarətdir.

Bu torpaqlar müəssisələrə, idarələrə, təşkilatlara mənzillərin, mədəni-məişət, sənaye obyektlərinin, digər tikililər və qurğuların inşası, eləcə də vətəndaşlara fərdi və kollektiv mənzil tikintisi və onların istismarı üçün verilir.

Kürdəmir rayonu Mürtülü kəndinin perspektiv inkişafi cədvəli aşagidakı kimi göstərilmişdir. Bu cədvələ əsasən, kənd evlərinin sayi 160, əhalinin sayı 627 nəfər, mal-qaranın sayı isə 300 baş olmuşdur. Kənd evlərinin və əhalinin sayı 10% artdığı halda, mal-qaranin sayı 20% artmişdır.


Cədvəl 1.

Kənd yaşayış məntəqələrinin perspektiv inkişafı


Kənd evlərinin sayı

Əhalinin sayı

Mal-qaranın sayı

Faktiki

Artım(%)

Olacaq

Faktiki

Artım(%)

Olacaq

Faktiki

Artım(%)

Olacaq

145

10

160

570

10

627

250

20

300

Azərbaycan Respublikasının Qanunvericiliyi əsasında kənd yaşayış məntəqələrinin torpaqlarının tərkibi müəyyən edilir. Kənd yaşayış məntəqələrinin hüdudlari layihəsi 1:2000, 1:5000 miqyasinda hazırlanır. Bu layihənin obyekti kənd yaşayış məntəqələrinin hüdudları yerli icra hakimiyyəti, bələdiyyənin kənd icra hakimiyyəti nümayəndəliyinin, yerli memarlıq tikinti xidmətinin və Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin nümayəndələrindən yaradılmış komissiya tərəfindən yer üzərində müəyyən edilir və müvafiq formada rəsmiləşdirilir.

Kürdəmir rayonu Mürtülü kəndində perspektivdə lazım olacaq otlaq və biçənəklərin hesablanması cədvəli aşağıdakı kimi verilmişdir. Bu cədvələ əsasən, 167 ha biçənək sahəsi, 128 ha örüş sahəsi ayrılmışdır.

Cədvəl 2.

Perspektivdə lazım olacaq otlaq və biçənəklərin hesablanması


Göstəricilər

Ölçü vahidi

Ölçü vahidinin göstəricisi

Mal-qaranın sayı

şərti baş

300

1 baş heyvana tələb olunan quru ot

sentner

10

Cəmi tələb olunan quru ot

sentner

3000

Biçənəklərin məhsuldarlığı

sentner/ha

18

Cəmi tələb olunan biçənək sahəsi

ha

167

1 baş heyvana lazım olan yaşıl yem

sentner

52

Cəmi tələb olunan yem

sentner

6396

Örüşlərin məhsuldarlığı

sentner/ha

50

Cəmi tələb olunan örüş sahəsi

ha

128

Yerquruluşu - torpaq münasibətlərinin nizama salınması və torpaqların səmərəli istifadə olunması məsələlərinin həlli üzrə müvafiq kompleks tədbirlər sistemidir. Yerquruluşu təyinatından asılı olaraq, təsərrüfatlararası (kompleks) və təsərrüfatdaxili yerquruluşu işlərindən ibarətdir. Kompleks Yerquruluşu inzibati ərazi vahidləri üzrə torpaqların iqtisadiyyatın ayrı-ayrı sahələri üzrə və mülkiyyətçilər,istifadəcilər və icarəçilər arasında bölüşdürülməsini və sənədləşdirilməsini nəzərə alır.

Təsərrüfatdaxili yerquruluşu torpaq mülkiyyətçisinin, istifadəçisinin və ya icarəçisinin konkret torpaq sahəsində istehsalatın ərazi üzrə düzgün yerləşdirilməsinə və istehsal vasitələrindən səmərəli istifadəyə dair hazırlanmış tədbirlər sistemindən ibarətdir.

Kompleks yerquruluşu işləri dövlət yerquruluşu xidməti, təsərrüfatdaxili yerquruluşu isə ixtisaslaşdırılmış layihə-axtariş və elmi-tədqiqat müəssisələri tərəfindən həyata keçirilir.

Təsərrüfatlararası yerquruluşu vasitəsilə aşagıdakı işlər həyata keçirilir :

1. Müxtəlif torpaq mülkiyyətçilərinə və istifadəçilərinə məxsus olan torpaq sahələrinin sənəd və sərhədlərinin formalaşmasi

2. Torpaq mülkiyyətinin bölünməsi

3. Naturada torpaq sahələrinin sərhədlərinin bərpası, müəyyən edilməsi

4. Torpaq mülkiyyətlərinin yaxşılaşdırılması

5. Torpaq mülkiyyətçilərinin və istifadəçilərinin torpaqdan istifadə qaydalarının rejiminin və şərtlərinin müəyyən edilməsi.

Yerquruluşu işləri müvafiq icra hakimiyyəti orqanlarının qərarı, bələdiyyələrin təşəbbüsü və ya torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin sifarişi ilə aparılır.

Dövlət və bələdiyyə mülkiyyətində olan torpaqların kompleks yerquruluşu layihələri müvafiq icra hakimiyyəti orqanı və bələdiyyələr, xüsusi mülkiyyətdə olan torpaqların təsərrüfatdaxili yerquruluşu layihələri isə mülkiyyətçilər tərəfindən təsdiq edilir.

Təsdiq edilmiş yerquruluşu layihələri yerə (naturaya) keçirilir, dövlət torpaq kadastrında qeydiyyata alınır, sənədləşdirilir və hüquqi qüvvəyə malik olur.

Yerquruluşu işlərinin aparılması qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilmiş əsasnamə ilə müəyyən edilir.

Kürdəmir rayonu Mürtülu kəndi əhalisinin şəxsi mal-qarası üçün nəzərdə tutulan biçənək və örüş yerlərinin növ və sahələrinin müəyyən edilməsi cədvəli aşağıdakı kimi verilmişdir. Bu cədvələ əsasən, biçənəklərin kadastr balı-22, örüş sahəsinin kadastr balı-16 balla qiymətləndirilmişdir. Nəticədə şəxsi mal-qaranin öruş və biçənəklərinin uqodiyaları 5652 bal-ha qiyməti almışdır.
Cədvəl 3.

Kənd əhalisinin şəxsi mal-qarası üçün nəzərdə tutulan biçənək və örüş yerlərinin növ və sahələrinin müəyyən edilməsi




Uqodiyaların növləri

Şəxsi mal-qaranın örüş və biçənəklərinin uqodiyaları

Uqodiyaların sahəsi, ha

Kadastr qiyməti

Bütün bal-ha

Hesablayıcı göstəricilər

1

2

Cəmi


Biçənək

Örüş


167

128


295

22

16

X



3674

2048


5722

Faktiki göstəricilər

1

2

3



Əkin

Biçənək


Örüş

3,5

167


114

44

22

16



154

3674


1824

Cəmi

284,5

X

5652

Torpaq ehtiyatları təsbit edilmiş mülkiyyət formalarına görə dövlət mülkiyyətində saxlanılan torpaqlara (dövlət torpaqları), bələdiyyə mülkiyyətinə verilən torpaqlara, (bələdiyyə torpaqlan) və xüsusi mülkiyyətə verilən torpaqlara ayrılır.

"Torpaq islahatı haqqında" Qanunun 6-cı maddəsinə görə dövlət torpaqların tərkibinə aşağıdakılar aiddir:


  • dövlət hakimiyyət orqanlarının (qanunvericilik, icra, məhkəmə hakimiyyəti orqanlarının) yerləşdiyi torpaqlar;

  • dövlət obyektlərinin, dağ-mədən sənayesinin, təsdiq edilmiş faydah qazıntı yataqlarının, vahid energetika sisteminin, magistral boru kəmərlərinin, nəqliyyat, rabitə və müdafiə obyektlərinin, dövlət sərhəd zolaqlarının, mühüm meliorasiya və su təsərrüfatı obyektlərinin yerləşdiyi yerlər;

  • yay və qış otlaqlarının, mal-qara düşərgələrinin və köç yollarının torpaqları;

- meşə fondu torpaqları;

  • su fondu torpaqları və Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub olan sektorunun altında yerləşən torpaqlar;

  • təbiəti mühafızə, təbii-qoruq, sağlamlaşdırma, istirahət, tarix-mədəniyyət təyinath torpaqlar, habelə üzərində təsərrüfat fəaliyyəti qadağan edilmiş qorunan ərazilərin torpaqları;

  • dövlət elmi-tədqiqat və tədris müəssisələrinin, onların təcrübə bazalannm, maşın-sınaq stansiyalarının, dövlət sort-sınaq xidmətinin, toxumçuluq və damazlıq təsənüfatlannın torpaqları;

  • dövlət müəssisələrinin, idarə və təşkilatlannın daimi istifadəsində olan və ya üzərində dövlət obyektlərinin tikintisi layihələşdirilmiş torpaqlar.

Dövlət torpaqları dövlətin müstəsna mülkü olduğu üçün onların istifadəsi və mühafızəsi sahəsində dövlət nəzarətini öz səlahiyyətləri daxilində müvafiq icra hakimiyyəti orqanlan həyata keçirir.

Bu torpaqlar torpaq qanunvericiliyi ilə müəyyən olunmuş qaydada mülkiyyətə (bələdiyyə və xüsusi), istifadəyə, icarəyə verilə bilər.

Bələdiyyə torpaqlarmın tərkibi qanunun 7-ci maddəsində açıqlanır. Bələdiyyə mülkiyyətinə verilən torpaqlann sahəsi müvafiq inzibati ərazinin ümumi sahəsindən dövlət mülkiyyətində saxlanılan və xüsusi mülkiyyətə verilən torpaqlar çıxılmaqla tapılır.

Bələdiyyə mülkiyyətinə aşağıdakı torpaqlar daxildir:


  • ümumi istifadədə olan torpaqlar;

  • fıziki və hüquqi şəxslərin istifadəsində olan torpaqlar;

  • ehtiyat fondu toıpaqları.

Ümumi istifadədə olan torpaqlara, bir qayda olaraq, şəhərlərin, qəsəbələrin və kənd yaşayış məntəqələrinin küçələri, meydanları, yolları, bağlan, meşə-parkları, sututarları, stadionları və idman meydançalarının tutduğu torpaqlar, habelə əhalinin mal-qarası üçün örüş sahələri, yaşayış məntəqələrini birləşdirən yolların, təsərrüfatdaxili yolların, tarlaqoruyucu meşə zolaqlannın, yerli əhəmiyyətli su təsərrüfatı obyektlərinin, hidro-texniki qurğuların və ümumi istifadədə olan digər obyektlərin yerləşdiyi torpaqlar aiddir.

Fiziki və hüquqi şəxslərin istifadəsində olan torpaqlara onlarm daimi və ya uzunmüddətli istifadəsində olan bələdiyyə torpaqları daxildir.



Bələdiyyə ehtiyat fondu torpaqları aşağıdakılardır:

- yaşayış məntəqələrinin perspektiv inkişafı üçün ayrılan yerlər;



  • sovxozların, kolxozların və digər kənd təsərrüfatı müəssisələrinin islahatı zamanı bələdiyyə mülkiyyətinə verilən torpaqlar;

  • fıziki və hüquqi şəxslərin qısamüddətli istifadəsinə verilmiş torpaqlar;

  • fıziki şəxslərin daimi və ya uzunmüddətli istifadə hüququna xitam verilən torpaqlar;

  • başqalarının daimi istifadəsinə və mülkiyyətinə verilməmiş digər torpaqlar.

Bələdiyyənin ehtiyat fonduna sovxoz və kolxozlann kənd təsərrüfatına yararlı torpaqlannın 5 faizdən çox olmayan hissəsi, kənd təsərrüfatına azyararlı, yararsız torpaqları bütövlükdə ayrılmışdır. Bu fonda ayrılan kənd təsərrüfatına yararlı torpaqların ölçüsü və yeri, yerli islahat komissiyaları ilə birlikdə rayon aqrar islahat komissiyaları tərəfindən sovxozun və ya kolxozun torpaq ehtiyatlanndan, torpaq payı almaq hüququ olanlann sayından və rayon üzrə adambaşına düşən orta torpaq payından asılı olaraq müəyyən edilir.

Bələdiyyənin ehtiyat fondunun torpaqları həmin torpaqların istifadəsi və mühafızəsi sahəsində idarəetməni həyata keçirən bələdiyyə tərəfindən ümumi istifadəyə, fıziki və hüquqi şəxslərin istifadəsinə, icarəsinə və ölkə vətəndaşlarının və hüquqi şəxslərin mülkıyyətınə verilə bilər.

“Torpaq islahatı haqqında” Qanunun 19-cu maddəsi bələdiyyənin ehtiyat fondunun kənd təsərrüfatına azyararlı və ya yararsız torpaqlarını öz vəsaitləri hesabına yararlı hala salmaqla kənd təsərrüfatı məhsulları istehsal etmək istəyən Azərbaycan Respublikası vətəndaşlarının və hüquqi şəxslərinin mülkiyyətinə torpaq sahələrinin verilməsində (satılmasında) güzəştlərin tətbiq edilməsini nəzərdə tutur.

Qanunla vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağlann, dövlət bağçıhq təsərrüfatınm idarəçiliyindəki bağların altında olan torpaqlar, habelə sovxoz və kolxozların özəlləşdirilən torpaqları xüsusi mülkiyyətə verilir.

Kənd təsərrüfatı təyinatlı torpaqlardan tam, dolğun və səmərəli istifadəni təmin etmək məqsədilə respublikamızın torpaq qanunvericiliyi torpaq mülkiyyətçilərinin, istifadəçilərinin (icarədarların) hüquq və vəzifələrini müəyyənləşdirir.

Torpaq mülkiyyətçisinə torpaqda müstəqil təsərrüfatçılıq etmək hüququ verilir. Torpaq mülkiyyətçisi, habelə torpaq sahəsində olan və geniş yayılmış faydah qazıntılardan, torflardan, meşəliklərdən, su obyektlərindən təsərrüfatın ehtiyacları üçün müəyyən olunmuş qaydada istifadə etmək hüququna malikdir. Torpaq mülkiyyətçilərinə istehsal edilmiş kənd təsərrüfatı məhsulu və onun satışından götürülən gəlir üzərində, həmçinin kənd təsərrüfatı bitkilərinin səpinləri və əkinləri üzərində mülkiyyət hüququ verilir. Yeni torpaq mülkiyyətçisinə imkan verilir ki, torpağm geri ahndığı və ya torpaq sahəsindən könüllü imtina edildiyi halda torpağın münbitliyinin artırılmasına çəkilən xərclərin tam əvəzini alsın. Mülkiyyətçi həmçinin müəyyən edilmiş qaydada yerquruluşu layihələrinə və təbiəti mühafızə tələblərinə uyğun olaraq meliorasiya işləri aparmaq hüququna malikdir. O, öz mülkünün hamısını və ya hər hansı bir hissəsini qanunçuluq çərçivəsində istifadəyə (icarəyə) verə bilər. Mülkiyyətçi habelə qanunvericiliklə müəyyən olunmuş qaydada torpağını satmaq, bağışlamaq, dəyişmək, girov qoymaq, vərəsəlik və irsən vermək hüququna malikdir.

Torpaq istifadəçilərinin (icarədarların) hüquqları mülkiyyətçilərə nisbətən bir qədər məhduddur. Bunlar ilk növbədə torpaqdan təyinatı üzrə istifadə hüququna malikdirlər. Qadağan edilmiş bitkilər istisna olmaqla istifadəçilər (icarədarlar) istehsal etdikləri kənd təsərrüfatı məhsulları üzərində mülkiyyət hüququna malikdirlər. Onlar həmçinin müqavilə şərtlərini pozmamaqla icarə etdikləri sahələrdə istehsal təyinatlı müvəqqəti yardımçı tikililər və qurğular ucalda bilərlər.

  1   2   3


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azrefs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə