Kurs iŞİ Mövzu: “İdarəetmə peşəkar və ictimai fəaliyyət növü kimi”




Yüklə 242.87 Kb.
səhifə3/4
tarix24.04.2016
ölçüsü242.87 Kb.
1   2   3   4

Respublika- ali dövlət hakimiyyətinin əhali tərəfindən müəyyən müddətə seçilən orqanlarının həyata keçirdiyi idarəçilik formasıdır.Respublikada hakimiyyətin mənbəyi xalqdır.Ən başlıcası isə, dövlətin ali hakimiyyət orqanları və vəzifəli şəxsləri vətəndaşlar tərəfindən seçilir.Respublika idarəçilik formasının xüsusiyyətlərinə daxildir:

-təkbaşına və kollegial dövlət başçısının mövcudluğu.

-dövlət başçısının və ali dövlət hakimiyyətinin digər orqanlarının müəyyən müddətə seçkililiyi.

-dövlət hakimiyyətinin şəxsi hüquqla deyil, xalqın tapşırığı üzrə həyata keçirilməsi, dövlət başçısının qanunla nəzərdə tutulan hallarda hüquqi məsuliyyəti.

-dövlət hakimiyyəti qərarlarının bütün digər dövlət orqanları üçün məcburiliyi.

-dövlət vətəndaşlarının mənafelərinin müdafiəsi.

-dövlət və şəxsiyyətin qarşılıqlı məsuliyyəti.

Parlamentli respublika dövlət idarəçiliyi formasının dövlət həyatının təşkilində ali rolunun parlamentə məxsus olduğu növlərindən biridir.Hökümət parlament üsulu ilə parlamentdə əksər səsə malik partiyaların deputatlarından formalaşır.Hökümət öz fəaliyyətinə görə parlament qarşısında kollektiv məsiliyyət daşıyır.Hökümət parlament çoxluğu tərəfindən dəstəkləndikcə hakimiyyətdə qalır.Belə respublikalarda dövlət başçısı parlament və ya xüsusi olaraq yaradılan parlament kollegiyası tərəfindən seçilir.Dövlət başçısı kifayət qədər geniş səlahiyyətlərinə malik olur.O, qanunlar elan edir, dekretlər verir, parlamenti buraxmaq hüququna malik olur, hökümət başçısını təyin edir, silahlı qüvvələrin baş komandanı olur.

Prezidentli respublika dövlət idarəçiliyi formasının parlamentlə yanaşı prezidentin əlində dövlət və hökümət başçısının səlahiyyətlərinin birləşdirilməsini nəzərdə tutan müasir növlərindən biridir.Prezidentli republikanın əlamətləri:

1)Prezidentin seçilməsi və hökümətin təşkilinin parlamentdən kənar metodu.

2)Hökümətin parlament qarşısında deyil, prezidentin qarşısında məsuliyyəti.

3)Dövlət başçısının parlamentli respublikadan kənar daha geniş səlahiyyətlərə malik olması.



Dövlət quruluşu forması dövlətin onun tərkib hissələri arasında, dövlət hakimiyyətinin mərkəzi və yerli orqanları arasında qarşılıqlı münasibətlərinin xarakterini aşkar edən milli və inzibati ərazi quruluşudur.İdarəçilik formasından fərqli olaraq dövlətin təşkili burada dövlət hakimiyyətinin və dövlət suverenliyinin mərkəzdə və yerlərdə dövlətin tərkib hissələri arasında bölgüsü nöqteyi-nəzərindən təhlil edilir.Dövlət quruluşu forması dövlətin daxili strukturunun hansı hissələrdən ibarət olduğunu, bu hissələrin hüquqi vəziyyətini və onların orqanlarının qarşılıqlı münasibətlərinin qurulduğunu, həmin dövlətin ərazisində yaşayan hər bir millətin mənsubiyyətinin hansı dövlət formasında ifadə olunduğunu göstərir.Dövlət quruluşu formasına görə dövlətlər üç qrupa bölünür:

  1. unitar dövlət-mərkəzi hakimiyyət orqanlarının mərkəzə tabe olan və dövlət suverenliyi əlamətlərinə malik olmayan inzibati-ərazi vahidlərindən ibarət vahid, bütöv, dövlət birliyidir.Unitar quruluş bütün ölkə üçün müvafiq yerli orqanlar üzərində ali rəhbərliyi həyata keçirən vahid ümumi nümayəndəli-icra və məhkəmə orqanlarının olmasını nəzərdə tutur.Unitar dövlətin ərazisində bir konstitusiya, vahid qanunvericilik sistemi, vahid vətəndaşlıq, vahid pul sistemi fəaliyyət göstərir.Bütün inzibati-ərazi vahidləri üçün məcburi ümumi vergi və kredit siyasəti yeridilir.Unitar dövlətin tərkib hissələri dövlət suverenliyinə qanunvericilik orqanlarına, müstəqil hərbi birləşmələrə, xarici siyasət orqanlarına və digər dövlətçilik atributlarına malik olmurlar.Ərazisində sayına görə çox olmayan millətlər yaşayan unitar dövlətlərdə milli və qanunverici muxtariyyətə yol verilir.Unitar dövlətlərdə bütün xarici dövlətlərarası əlaqələri ölkəni beynəlxalq aləmdə rəsmi təmsil edən mərkəzi orqanlar həyata keçirir.Unitar dövlətin rəhbərliyi mərkəzi dövlət hakimiyyəti orqanları tərəfindən həyata keçirir.Unitar dövlət rəhbərliyi mərkəzi dövlət hakimiyyəti orqanları tərəfindən həyata keçirilən vahid silahlı qüvvələrə malikdir.

  2. Federasiya-Federasiya mürəkkəb dövlət birliyidir. Əvvəllər müstəqil olan dövlət qurumlarının bir ittifaq dövlətində könüllü birliyindən ibarətdir O, özündə üç növ subyekt-milli dövlət birliklərini-suveren respublikaları; muxtar dövlət qurumlarını; ərazi qurumlarını birləşdirə bilir..Federasiyanın ərazisi onun ayrı-ayrı subyektlərinin, ştatların, respublikaların və s. ərazilərdən ibarətdir. İttifaq dövlətində ali qanunverici, icra və məhkəmə hakimiyyəti federal dövlət orqanlarına məxsusdur.Federasiya və onun subyektləri arasında bölünən səlahiyyətlər ittifaq konstitusiyası ilə bölünür.Federal dövlət quruluşunda parlamentin federal dövlət üzvlərinin mənafelərini təmsil edən palatası olur.Federasiyalarda əsas ümumdövlət xarici siyasət fəaliyyətini ittifaq dövlət orqanları həyata keçirir.Ərazi federasiyasını təşkil edən dövlətlər deyildir.Belə ki, daxili və xarici münasibətlər sahəsində onların fəaliyyətləri, ümumi federal dövlət orqanlarının hakimiyyət səlahiyyətlərinin hüquqi və faktiki bölgüsü konstitusiya normaları ilə müəyyən edilir.Ərazi federasiyalarında konstitusiya qanunvericiliyinə görə ittifaqdan birtərəfli qaydada çıxmaq nəzərdə tutulmur.Ərazi federasiyalarının silahlı qüvvələrində idarəçiliyi ittifaq dövlət orqanları həyata keçirir.Federal dövlətin başçısı silahlı qüvvələrin baş komandanıdır.Federasiya subyektlərinə dinc dövrdə peşəkar silahlı birləşmələr saxlamaq qadağan olunur.Milli federasiyalar daha mürəkkəb dövlət quruluşu ilə xarakterizə olunur.Milli federasiyanın subyektləri bir-birindən əhalinin milli tərkibi, onun xüsusi mədəniyyəti, məişəti, adət və ənənələri, dini ilə fərqlənən milli dövlətlər və milli dövlət qurumlarıdır.İqtisadi potensialdan, ərazinin ölçüsündən, əhalinin sayından asılı olmayaraq milli federasiyanın bütün subyektləri eyni hüquqlardan istifadə edirlər.Dövlət vəzifələrinin həllinə eyni dərəcədə təsir göstərmək imkanına malik olurlar.Milli federasiyanın bütün subyektləri dövlət suverenliyi əlamətlərinə malik olan dövlət birləşmələri kimi təşəkkül tapırlar.Onlar özlərinin ali nümayəndələri dövlət hakimiyyəti orqanlarının icra hakimiyyətinə, müstəqil məhkəmə sisteminə malikdirlər.Federasiyada birləşən milli dövlət öz vətəndaşlarını, dövlət ərazisinin sərhədlərini müəyyən edir.Beynəlxalq təşkilatlarda öz nümayəndələrinə malik olur, müstəqil olaraq xarici siyasət və iqtisadi fəaliyyət həyata keçirirlər.Federativ dövlət onun tərkibinə daxil olan bütün millət və xalqların mənafelərini əks etdirir.Milli federasiyaların parlamentlərində işləyən deputatlar ölkənin bütün millət və xalqlarını təmsil edirlər.Milli federasiyanın hər bir subyektinin ittifaqdan ayrılma, öz müstəqil dövlətini yaratmaq və ya başqa dövlətin tərkibinə keçmək hüququ vardır.

Qeyd etmək lazımdır ki, müasir federasiyaların bəzi üzvləri keçmişdə heç bir müstəqil dövlət olmamışlar (Məsələn, ABŞ ştatlarının bir qismi, Avstraliya ittifaqlarının bir sıra ştatları və s.).Onu da qeyd edim ki, federasiya keçmiş unitar dövlətin federativ dövlətə çevrilməsi yolu ilə də yarana bilir (Hazırda Belçikada belə bir proses gedir.).XX əsrin ikinci yarısı paralel proseslə-bir tərəfdən milli ərazi vahidlərinin muxtariyyəti və məlum federativ meyllərin artması (İspaniya, İtaliya, Belçika, Kanada və s.), digər tərəfdən isə respublikaların bayağı suverenliyinə əsaslanan federasiyaların (SSRİ, Yuqoslaviya, Çexoslavakiya və s.) süqutu ilə müşaiət olunur.

3)Konfederasiya- ümumi məqsədlərin təmini üçün yaradılmış suveren dövlətlərin müvəqqəti hüquqi ittifaqıdır.Konfederativ dövlət quruluşunda üzvlər həm daxili, həm də xarici işlərdə öz suveren hüquqlarını saxlayırlar.Konfederasiya öz ümumi qanunverici, icra və məhkəmə orqanlarına malik deyildir.Konfederativ orqanlar iqtisadi müdafiə, əməkdaşlıq problemlərini həll edirlər.Konfederativ quruluşun vahid ordusu, vahid vergi sistemi və vahid dövlət büdcəsi olmur.Lakin ayrı-ayrı ölkələr müəyyən müdafiə qabiliyyətini möhkəmləndirmək və ya onlara zəruri, iqtisadi yardım göstərmək üçün konfederasiya üzvlərinin razılığı ilə ümumkonfederal büdcə yaradıla bilər.Bir dövlətin vətəndaşının digər ittifaq dövlətinin ərazisinə yerdəyişməsi əhəmiyyətli dərəcədə yəni vizasız, başqa rəsmiyyətlər götürülməklə sadələşir.

Konfederativ dövlətin vahid pul sistemi, vahid gömrük qaydaları, vahid dövlətlərarası kredit siyasəti, ümumi mənafeləri dünya birliyi ilə dövlətlərarası münasibətlərdə əlaqələndirilməsi ilə məşğul olan xarici siyasət müdafiə orqanlarının fəaliyyəti mümkündür.Konfederativ dövlətlər ümumi məqsədə nail olduqdan sonra bir qayda olaraq parçalayırlar,Dövlət rejimi forması dövlət tərəfindən hakimiyyətin həyata keçirilməsinin üsul və metodlarının məcmusudur.

Tarixən konfederasiyanın bir sıra nümunələri: 1815-1866-ci illərdə mövcud olmuş 38 alman dövlətinin Alman ittifaqı, 1848-ci ildə Konstitusiyasına qədər mövcud olmuş İsveçrə ittifaqı, 1776-1787-ci illərdə fəaliyyət göstərmiş Amerika Birləşmiş Ştatları və s. məlumdur.Son dövrdə Qambiya və Seneqalın birləşməsi nəticəsində yaradılmış Seneqambiya adlı dövlət konfederasiyaya nümunə olmuşdur.Onların hamısının təcrübəsi sübut etdi ki, konfederasiya adətən müvəqqəti xarakter daşıyır, onun sonu ya federasiya, ya da müstəqil dövlətlərin yaranması ilə nəticələnir.

Dövlətin çoxminillik tarixi onun təbiətində dərin təkamül prosesi ilə müşaiyət olunmuşdur.Bir sıra fundamental əlamətlərə, xüsusilə, hakimiyyətlə şəxsiyyət arasında qarşılıqlı əlaqələrin xarakterinə, idarəetmənin rasionallığına görə dövlətin inkişafında iki başlıca mərhələ ayrılır: ənənəvi dövlət və konstitusiyalı dövlət.



Ənənəvi dövlət bir qayda olraq kortəbii əsasında formalaşmışdır.Ənənvi dövlətlərin ən geniş yayılmış forması monarxiya hesab olunur.

Konstitusiyalı dövlət insanların şüurlu surətdə cəmiyyəti idarəetmə mexanizmi və sistemi yaratmaq səylərinin nəticəsi kimi qiymətləndirilir.Ənənəvi dövlətdən fərqli olaraq, konstitusiyalı dövlətin tənzimetmə funksiyası insanların həyat fəaliyyətinin bütün sferalarını əhatə etmir.Dövlət hakimiyyəti burada başlıca olaraq vətəndaşların dövlətə etibat etdiyi funksiyalarının yerinə yetirilməsi hüdudları ilə məhdudlaşır.

KEÇİD DÖVRÜNÜN DÖVLƏTİ

Keçid dövrü iqtisadiyyatı çoxukladlı iqtisadiyyat olmaqla yanaşı, çoxsaylı təsərrüfat formaları arasında bazar əlaqələrinin hələ formalaşmadığı, həm köhnə və həm də yeni idarəetmə mexanizminin ünsürlərini özündə birləşdirən mürəkkəb və ziddiyyətli bir iqtisadiyyatdır.Keçid dövrü yeni cəmiyyətin özünəməxsus xüsusiyyətlərini bu və ya digər dərəcədə özündə əks etdirməklə uzunmüddətli iqtisadi, həm də ictimai-siyasi prosesdir.Keçid iqtisadiyyatı iki iqtisadi sistemin ünsürlərini özündə birləşdirən və bir iqtisadi sistemdən digərinə keçid funksiyalarını yerinə yetirən spesifik bir iqtisadi sistem kimi xarakterizə oluna bilər.İnzibati-amirlik sistemindən əsasən bazar münasibətlərinə əsaslanan qarışıq iqtisadiyyat keçid iqtisadiyyatının liberallaşdırılmasını və bazarın institusional-hüquqi bazasının yaradılmasını tələb edir.

Keçid iqtisadiyyatının özünün əsas cəhətlərinə görə digər iqtisadi sistemlərdən əsaslı surətdə fərqlənir.Keçid iqtisadiyyatının formalaşmış, fəaliyyətdə olan iqtisadi sistemlərdən başlıca fərqləri və əsas cəhətləri vardır.Belə ki, keçid iqtisadiyyatında əsas məqsəd yeni iqtisadi sistemi formalaşdırmaq və onun iqtisadi əsaslarını yaratmaq məqsədilə təkrar istehsal prosesini həyata keçirmək və çoxukladlı iqtisadiyyatı bərpa etməkdən ibarətdir.İnkişaf etmiş bazar iqtisadiyyatı ölkələrinin təcrübəsi göstərir ki, həmin ölkələrdə də iqtisadi münasibətlər sistemi çoxukladlı mülkiyyət formasına əsaslanır.İnkişaf etmiş bazar sistemi ölkələrində çoxukladlılıq ziddiyyətli xarakter daşımır və həmin formaların hamısı ümumi bazar prinsipləri əsasında fəaliyyət göstərir.Onu da qeyd edim ki, ümumən keçidin ilkin mərhələsində nə köhnə iqtisadi sistemin, nə də yeni iqtisadi sistemin prinsipləri kifayət qədər işləmir.Keçid dövründə iki iqtisadi sistemin ünsürləri fəaliyyət göstərdiyinə görə, eyni bir mərhələdə qarışıq iqtisadiyyatın sabitləşdirilməsi və tənzimlənməsi mexanizmi də müxtəlif olur.Köhnə iqtisadi sistemin prinsipləri əsasında fəaliyyət göstərən təsərrüfat ukladlarında iqtisadiyyatın tənzimlənməsi daha çox inzibati metodlara əsaslanırsa, bazar münasibətləri əsasında fəaliyyət göstərən müəssisə və şirkətlərdə yeni, bazar tənzimləmə mexanizmi fəaliyyət göstərməyə başlayır.

Azərbaycanın keçid dövrü iqtisadiyyatı çoxukladlı xarakterə malikdir.Azərbaycan iqtisadiyyatı yeni istehsal münasibətləri əsasında formalaşır və inkişaf edir.Keçid dövrünü müvəffəqiyyətlə başa çatdırmaq və bazar münasibətlərinin normal inkişafını təmin etmək üçün Azərbaycan iqtisadiyyatında bir sıra problemləri həll etmək lazımdır.İlk növbədə, keçid dövründə özəlləşdirmə, mülkiyyətin xarakterinin dəyişilməsi, xüsusi bölmənin xüsusi çəkisinin artması, dövlət sifarişinin strateji məhsullar üzrə təminatlı dövlət kontraktları ilə əvəz olunması, qiymətlərin sərbəstləşməsi, tələb və təklif əsasında formalaşması, təsərrüfatçılığın bütün sferalarında dövlət nəzarətinin məhdudlaşdırılması və təşəbbüskarlıq, azad sahibkarlığa geniş yer verilməsi, yeni strukturların, xüsusilə kommersiya banklarının, əmtəə və fond birjalarının yaradılması yolu ilə bazar infrastrukturunun formalaşması olduqca vacibdir.Bundan əlavə, daxili və xarici bazarın tələbləri əsasında məhsul istehsalının artması, iqtisadiyyatda struktur dəyişikliklərinin aparılması, səmərəli sosial sistemin yaradılması, inflyasiyanın qarşısının alınması, makroiqtisadi, o cümlədən maliyyə sabitliyinin yaradılması da mühüm əhəmiyyətə malikdir.Qeyd etmək lazımdır ki, bütün bu göstərdiyim problemlərin həllində dövlətin əvəzsiz rolu vardır.Keçid iqtisadiyyatını tənzimlənməsi isə hər şeydən əvvəl, təsərrüfat fəaliyyətinin pozulmasının qarşısının alınması zərurətində yaranır.

Yeni iqtisadi sistemə keçidin mühüm şərtlərindən biri də müvafiq demokratik institutların yaradılması və əhalinin bazar prinsiplərinin yeni tələblərinə uyğun formalaşması ilə bağlıdır.Azərbaycan keçid dövrü şərti olaraq bir neçə mərhələlərə bölünür:Keçid dövrünün birinci mərhələsində (1991-1994-cü illə) cəmiyyətdə əmtəə qıtlığı yaranır və inflyasiyanın güclənməsi nəticəsində mövcud istehlak bazarı əslində tamamilə dağılır.Keçid mərhələsinin ikinci dövrü əmtəə qıtlığı, əhalinin alıcılıq qabiliyyətinin kəskin aşağı düşməsi və əmtəə bazarının nisbətən ucuz, keyfiyyətsiz məhsullarla dolması ilə xarakterizə olunur.Bu mərhələ respublikamızda 1995-1996-cı illəri əhatə etmişdir.Bütün keçmiş Sovet respublikalarında olduğu kimi, Azərbaycanda da bu mərhələdə ödənişlər probleminin kütləvi xarakter daşıması, cəmiyyətdə iqtisadi sabitliyin pozulması ilə xarakterizə olunur.Keçid dövrünün üçüncü mərhələsində isə iqtisadi proseslərin idarə olunması və təşkilində dövlətin müdaxiləsi güclənir.Bu dövrdə sosial siyasət, sahibkarlıq siyasəti, xarici siyasət, elmi-texniki siyasət, inflyasiya əleyhinə aparılan siyasət yeridilir.İqtisadiyyatda dirçəliş müşahidə olunduqca ideal keçid nəzəriyyəsinin amilləri aparıcı əhəmiyyət kəsb etməyə başlayır.Bu mərhəlinin müddəti hər bir ölkənin keçid mərhələsində iqtisadi inkişafın start vəziyyətindən, xarici amillərdən, milli mentalitetdən, ictimai mühitdən və nəhayət, siyasi sabitlikdən asılıdır.Keçid dövrünün müddəti və bu mərhələdə qeyd olunan ayrı-ayrı amillərin rolu müxtəlif ola bilər.Yeni iqtisadi münasibətlər əsasında milli iqtisadiyyatın formalaşmasına dair həyata keçirilən iqtisadi siyasətin keçid mərhələsində iqtisadiyyatın start vəziyyəti, təkrar istehsal prosesinin xüsusiyyətləri, milli mentalitet və s. nəzərə alınmalıdır.Bu zaman qarşıya çıxan əsas problem milli və beynəlxalq dünya təcrübəsinin, cari və perspektiv problemlərin, iqtisadi sərfəlilik, iqtisadi müstəqillik, təhlükəsizlik məsələlərinin uzlaşdırılması, iqtisadi islahatların mərhələləri və ardıcıllığının müəyyən edilməsi ilə bağlıdır.İnzibati-amirlik sistemindən bazar münasibətlərinə keçid mərhələsində olan və yenicə müstəqillik əldə etmiş hər bir ölkə üçün cəmiyyətin və dövlətin ən başlıca problemlərindən biri də yeni formalaşan azad iqtisadiyyat şəraitində iqtisadi təhlükəsizliyin təmin edilməsi ilə bağlıdır.Azərbaycan bazar iqtisadiyyatına keçidlə əlaqədar bir çox çətinliklərlə üzləşsə də, dövlət quruculuğunun möhkəmləndirilməsi istiqamətində çox böyük işlər görülmüş, azad bazar iqtisadiyyatı münasibətlərinin quruluması, iqtisadi islahatların həyata keçirilməsi artıq uğurlu bir prosesə çevrilmişdir.

Keçid dövründə dövlətin ən mühüm vəzifələrindən biri xarici iqtisadi əlaqələrin xarakterini və uzunmüddətli milli mənafeləri nəzərə alaraq ölkənin iqtisadi təhlükəsizliyinin təmin edilməsidir. Digər mühüm vəzifə isə milli mənafeyi tam təmin edən resursların istifadəsinə nail olmaqdan ibarətdir.

Bazar iqtisadiyyatı mülkiyyətin çoxnövlülüyü, əmtəə təsərrüfatının geniş inkişafı, tələb və təklifin dinamikliyi, rəqabətin artması, iqtisadi azadlıq, liberallaşdırma, mənfəətin hərəkətverici qüvvəyə çevrilməsi, bazar infrastrukturunun genişlənməsinə əsaslanır.Bazar iqtisadiyyatı ilk növbədə iqtisadi azadlığa üstünlük verir.Bazar iqtisadiyyatı yüksək keyfiyyətli məhsul, səmərəli istehsal strukturu, çevik maliyyə siyasəti, zəruri dövlət ehtiyatları, əmtəə bazarının bolduğu şəraitində mövcud olub fəaliyyət göstərən iqtisadiyyatdır.Bazar iqtisadiyyatının qeyd etdiyim bu xüsusiyyətlərindən və müsbət cəhətlərindən çıxış edərək Azərbaycan dövləti müasir sosial yönümlü açıq bazar iqtisadiyyatı qurmaq yolunu əsas götürdü.Respublikada bazara keçid məqsədi ilə aparılan iqtisadi islahatlar üçün aşağıdakı ümumi istiqamətlər səciyyəvidir:

-iqtisadiyyatın bütün sahələrində mülkiyyət münasibətlərinin yenidən qurulması, iqtisadiyyatın inhisarlaşdırılmaması və rəqabət mühitinin yaradılması

-bazar infrastrukturunun formalaşdırılması, kiçik və orta sahibkarlığın inkişafı

-iqtisadiyyatın liberallaşdırılması

-əhalinin sosial müdafiəsi və işsizliyin tənzimlənməsi

-antiinflyasiya və milli valyutanın möhkəmlənməsi tədbirlərinin həyata keçirilməsi və s.

Keçid dövrünün dövlətlərin, o cümlədən Azərbaycanın iqtisadiyyatı bir sıra çatışmamazlıqlarla və çətinliklərlə səciyyələnir:

-ümumi daxili məhsulun strukturunda istehsal sahələrinin payı azalmış, xidmətlərin payı isə yüksəlmişdir;

-ölkədə çoxsaylı sahibkarlıq strukturlarının yaranmasına baxmayaraq, bu hələ ki, istehsalın həcminin əsaslı surətdə artırılması və bu sahədə iri struktur dəyişiklikləri ilə nəticələnməmişdir;

-xüsusilə iqtisadiyyatın elm tutumlu və yüksək texnoloji sahələrində böhran daha çox hiss olunur ki, bu da ölkənin illərdən bəri toplanmış olduğu elmi-texniki potensialı itirmək təhlükəsi yaradır;

-iqtisadi islahatlar sayəsində dünya iqtisadiyyatına inteqrasiya edilmiş və nəticədə ölkəyə külli miqdarda xarici kapital cəlb olunmuşsa da, lakin o bu prosesdə milli mənafedən daha çox öz mənafelərindən çıxış edir.Nəticədə xarici kapitalla bağlı olub xammal istehsal edən sahələrin inkişafı isə ləngiyir;

-bank sferasında sərt büdcə məhdudiyyətləri hökm sürür ki, bu da investisiyaların tərkibində qısamüddətli kapital qoyuluşlarının yüksək payı ilə nəticələnir.

Qeyd etmək lazımdır ki, bazar iqtisadiyyatı yalnız o zaman öz yüksək sosial-iqtisadi səmərəliliyini göstərə və dünya sistemində ölkənin mövqeyini möhkəmləndirə bilər ki, ölkədə işgüzar fəaliyyətə-sahibkarlığa imkan verən normal sabit iqtisadi-hüquqi şərait hökm sürsün və iqtisadiyyatın bütün subyektləri isə bu şəraitdən doğan qaydalara əməl etsinlər.

Hazırda keçid iqtisadiyyatı problemi bazar iqtisadiyyatına qədəm qoymuş keçmiş Şərqi Avropa, xüsusilə Sovet respublikalarının timsalında öyrənilir.Keçid iqtisadi münasibətləri həm köhnə, həmçinin yeni yaranmaqda olan cəmiyyətin iqtisadi münasibətlərinin əsas cəhətlərini özündə birləşdirir.Yeni formalaşan qarışıq iqtisadiyyat daha çox bazar münasibətlərinə söykəndiyinə görə bu zaman onun əsaslarının yaranması mühüm kəsb edir.Keçid mərhələsində yeni təsərrüfatçılıq formalarının yaranması, sahibkarlığın formalaşması, mülkiyyətin, habelə xalq təsərrüfatının quruluşunun bütövlükdə təkmilləşdirilməsi əsas vəzifələrdəndir.Əgər formalaşmış iqtisadi sistemlərdə iqtisadiyyat özünün təkrar istehsalını həyata keçirirsə, ondan fərqli olaraq keçid iqtisadiyyatında əsas məqsəd yeni iqtisadi sistemi formalaşdırmaq və onun iqtisadi əsaslarını yaratmaq məqsədi güdməsidir.

Keçid iqtisadiyyatının ikinci əsas vəzifəsi onun çoxukladlılığa əsaslanmasıdır.Lakin, təcrübə göstərir ki, keçid dövründə çoxmülkiyyətçiliyə əsaslanan qarışıq tip ziddiyyətli xarakter daşıyır.Keçid dövründə cəmiyyətin qarşısında duran əsas məsələlərindən biri də özəlləşdirmə yoluyla bazar prinsipləri əsasında fəaliyyət göstərən çoxmülkiyyətli iqtisadiyyatı formalaşdırmaq ibarətdir.Əsas şərtlərdən biri də mülkiyyət münasibətlərinin yenidən qurulması, onun bütün formalarının inkişafına eyni şərait yaradılması və özəlləşdirmə tədbirlərinin mərhələlər üzrə həyata keçirilməsi və dövlətin sərəncamında iqtisadiyyatın aparıcı sahələrinin toplanmasıdır.

70-ci illərin axırlarından başlayaraq bir çox bazar iqtisadiyyatı ölkələrinin iqtisadiyyatında dövlətin rolunun azaldırlması və azad sahibkarlığın rolunun yenidən genişləndirilməsi üzrə aşağıdakı köklü tədbirlər görülməyə başlandı:

-əhalinin gəlirlərindən və sahibkarların mənfəətindən tutulan vergilərin səviyyəsi azaldıldı:

-bir sıra dövlət müəssisələri xüsusi sahibkarlara satılmaq və ya səhmdar cəmiyyətlərinə çevrilmək yolu ilə özəlləşdirildi;

-bir sıra sosial vəzifələrə ayrılan vəsait azaldıldı;

-iqtisadi inkişafın planlaşdırılması məhdudlaşdırıldı və s.

Həyata keçirilən bu tədbirlər nəticəsində həmin ölkələrdə iqtisadi inkişaf sürətləndi, büdcə kəsiri azaldı, inflyasiyanın sürəti 3-4 dəfə aşağı düşdü.

Azərbaycan müstəqillik əldə etdikdən sonra onun qarşısında duran başlıca vəzifə dünya dövlətlərinin inkişafında mütərəqqi meyllərə uyğun gələn, müxtəlif, bərabərhüquqlu mülkiyyət və təsərrüfatçılıq formaları və bazar münasibətlərinə əsaslanan əsl demoratik hüquqi dövlət qurmaqdan ibarət olmuşdur.Azərbaycanda bazar iqtisadiyyatının təşəkkülü prosesi müəyyən çətinliklər və ziddiyyətlərlə bağlı olub, sosial-iqtisadi və mədəni həyatın bütün sahələrində özünün biruzə verir.İqtisadi münasibətlərin yenidən qurulması, inzibati-amirlik sistemindən imtina edilməsi, hər yerdə iqtisadi amillərdən səmərəli istifadə edilməsini, bu proses isə bazar münasibətlərinə keçməyi təkidlə tələb edir.Burada başlıca məqsəd ölkəni böhranlı vəziyyətdən çıxarmaq, əmtəə qıtlığına son qoymaq, tələb və təklif arasında tarazlığı təmin etmək, normal maliyyə-kredit sistemi və bütün sahələrdə sosial-iqtisadi tərəqqiyə nail olmaqdan ibarətdir.Bazar iqtisadiyyatı inzibati-amirlik sistemini əksidir, ictimai tərəqqi və iqtisadiyyatın inkişafının səmərəli yoludur.Bazar iqtisadiyyatına keçməkdə məqsəd işçilərin maddi marağını yüksəltmək əsasında yüksək texnika və texnologiyaya əsaslanan istehsal və istehsalın quruluşunu isə əhalinin sosial-mədəni tələbatlarını ödəyə biləcək istiqamətdə inkişaf etdirmək yolu ilə ölkədə səmərəli iqtisadiyyat yaratmaqdan ibarətdir.Yaxın gələcək üçün respublikamızda həyata keçirilməsi nəzərdə tutulan iqtisadi, siyasi dəyişikliklərin elmi cəhətdən əsaslandırılması, keçid dövründə iqtisadi islahatların xarakteri və mövcud sosial-iqtisadi şəraitin öyrənilməsi onun başlıca istiqamətlərini müəyyənləşdirməyə imkan verir.Respublikamızda bazar münasibətlərinə keçid şəraitində iqtisadiyyatın transformasiyasını 5 əsas bloka bölmək olar: liberallaşdırma; sabitləşdirmə; özəlləşdirmə; iqtisadi institutların formalaşdırılması;iqtisadiyyatın strukturunun yenidən qurulması.

Qeyd etmək lazımdır ki, Azərbaycanda bazar münasibətlərinin formalaşdırılması və inkişafı proqramı, iqtisadiyyatın bütün sahələrində aparıcı islahatlar bir sistem kimi kompleks halında, ardıcıl olaraq həyata keçirilməlidir.Bu proqram keçid mərhələsində iqtisadi siyasətin konseptual müddəalarını, sosial proseslərin tənzimlənməsinin əsas istiqamətlərini, iqtisadi isalahatların həyata keçirilməsi mərhələlərini, yeni idarəetmə sisteminin formalaşmasını, struktur siyasətinin əsas istiqamətlərini, xarici iqtisadi siyasətin yenidən qurulması istiqamətlərini və s. məsələləri əhatə edir.Dövlət keçid dövründə səmərəli iqtisadi fəaliyyətə zəmin yaradılması sahəsində aşağıdakı istiqamətlərdə iş aparır:

-təkmil rəqabəti təmin etmək üçün inhisarların və ya oliqopoliyaların fəaliyyəti qəti qadağan olunur, bu sahədə mövcud qanunvericiliyə əməl olunması üçün ciddi nəzarət edilir;

-ətraf mühitin çirklənməsinin qarşısını almaq üçün müvafiq istehsal sahələrində nəzarət həyata keçirilir, müəssisələrin zərərli tullantıları minimuma endirilir, bu mümkün olmadıqda isə, həmin müəssisələr bağlanılır.Eyni zamanda, artıq çirklənmiş olan mühitin təmizlənməsi üçün xüsusi proqramlar hazırlanıb həyata keçirilir.

-keçid dövrünə xas olan əsas problemlərdən birinin-informasiya qıtlığının aradan qaldırılması üçün fəal tədbirlər görülür.İstehlakçılar bazarda olan məhsullar barədə məlumatlandırılır.İstehsalçıları isə elmi-texniki yeniliklər, qabaqcıl istehsal üsulları ilə tanış etmək üçün lazımi vasitələrdən istifadə olunur.

Azərbaycanda, fikrimcə, hal-hazırda keçid dövrünün əsas xüsusiyyətləri aşağıdakılardır:

-sənayedə struktur dəyişikliklərinin ləng getməsi

-yerli özəl sektorlar tərəfindən milli istehsalın inkişafına investisiyanın məhdud məbləğdə yönəldilməsi; onlar tərəfindən investisiyanın əsasən ticarət, ictimai iaşə və xidmət sahələrinə istiqamətləndirilməsi; investisiya ixracının iri həcmdə olması

-dövlətin investisiya fəaliyyətində iştirakının məhdudlaşması;

-qeyri-neft sektorunda istehsalın zəif inkişafı və daxili bazarın tələbatını ödəməməsi;

-istehsal və xidmət sektorlarında texnoloji gerilik;

-qeyri-neft sektorunda sahibkarlığın zəif inkişafı;

-yüksək ixtisaslı mövcud kadrların işlə təmin olunmaması;

-əhalinin həyat səviyyəsinin aşağı olması, gəlirlərin qeyri-bərabər bölünməsi, yoxsulluq səviyyəsinin yüksək olması;

-yanacaq-energetika, maşınqayırma və kimya-neftkimya komplekslərinin, dəmiryolu, rabitə sahələrinin dövlətin mülkiyyətində olması və dövlət tərəfindən ancaq təbii inhisar sahələrində qiymətlərin tənzimlənməsi (neft, neft məhsulları, qaz, enerji, dəmiryolu, mənzil-kommunal və rabitə tarifləri)

Bütün bunları aradan qaldırmaq üçün dövlət aşağıdakıları həyata keçirməlidir:

-iqtisadiyyatın dövlətsizləşdirilməsi və özəlləşdirilməsi, sahibkarlığın inkişafı;

-bazar infrastrukturunun, o cümlədən, əmtəə və fond birjalarının yaradılması;

-iqtisadiyyatın inhisardan azad edilməsi və rəqabət mühitinin yaradılması əsasında bazar tarazlığına nail olunması;

-qiymətlərin liberallaşdırılması, tələb-təklif münasibəti əsasında qiymətin müəyyən edilməsi;

-ölkədə düzgün pul-kredit siyasəti aparılmasını nəzərdə tutan maliyyə-iqtisadi sabitləşdirmənin həyata keçirilməsi;

-əhalinin müvafiq hissəsinin bazar iqtisadiyyatına uyğunlaşmasının təmini məqsədilə güclü sosial müdafiə sisteminin təşkili;

-əhalinin tələbatını ödəmək məqsədilə fəal struktur-investisiya siyasəti yürütmək əsasında iqtisadiyyatın sosial istiqamətə yönəldilməsi;

-bazar sisteminin tələblərinə cavab verən istehsal strukturunun yaradılması; elə bir struktur ki, o, Azərbaycanın inkişaf etmiş ölkə kateqoriyasına aid edilməsini təmin etsin;

-bütünlükdə iqtisadi sistemin səmərəliliyinin artırılması;

-işsizliyin azaldılması və bu məqsədlə işsizlərin sayı ən çox olan regionların sosial-iqtisadi inkişafının dövlət tərəfindən təmin edilməsi;

-yeni əsrdə dünya bazarına məhsulu çıxarıla bilən sənaye sektorlarının müəyyən edilməsi və onların inkişafı;

-aqrar sektor və emal sənayesinin mütənasib inkişaf etdirilməsinin təmin edilməsi;

-idxalı əvəz edən sahələrin, habelə əmək və elmtutumlu sahələrin prioritetliliyinin elan olunması;

-azad əmtəə istehsalçılarının formalaşdırılması və s.; 2000-ci ildə ölkənin əsas fondlarının 80%-ə qədəri dövlətə məxsusu olmuşdur;

Dünya ölkələrində bu məqsədlərə nail olmaq üçün əsasən iki keçid variantı nümayiş etdirilir.Birincisi- təkamül yoludur ki, bu üsul bazar təsisatlarının tədrici formalaşmasına əsaslanır (Çin, Macarıstan).İkincisi- şok terapiyası Q.Avropa ölkələrində (Polşa) və Rusiyada xüsusi intensivliklə həyata keçirilir.Bu iki yoldan məhz hansının seçilməsi təkcə siyasi rəhbərliyin iradəsindən deyil, eləcə də, siyasi, sosial, tarixi və digər amillərin təsirindən asılıdır.

Səmərəli bazar mexanizminin formalaşmasında dövlətin səyləri əsasən iki istiqamətdə formalaşır: birincisi, institusional dəyişikliklər- özəlləşdirmə, inhisarsızlaşdırma, sahibkarlıq və özəl təsərrüfat təşəbbüskarlığının stimullaşdırılması, kapital bazarının, eləcə də maliyyə və bank sisteminin müasir tələblərə cavab verən sisteminin yaradılması, aqrar islahatların həyata keçirilməsi və bazar mexanizminin şərtlərini ödəyən sosial xidmət sisteminin inkişafına; ikinci istiqamət- iqtisadiyyatın sərbəstləşdirilməsinin başa çatdırılması, o cümlədən, ticarətdə, kredit-pul sferasında və xarici iqtisadi fəaliyyətdə iş azalığının təminatına əsaslanır.

Keçid şəraitində dövlətin iqtisadi siyasətinin nəzərdən keçirdiyim istiqamətləri bu və ya digər formada yalnız bir məqsədə yönəlir.Bu məqsəd məcmu məhsulun artırılmasından ibarətdir.Məhz bu göstərici ölkənin iqtisadi qüdrətini, əhalinin rifah halını müəyyən edir.Buna görə də, müəssisələrin istehsal fəaliyyəti hər vasitə ilə stimullaşdırılır, onların məhsul satışını təmin etmək üçün hər cür şərait yaradılır.Keçid ölkələrinin, eləcə də İEOÖ-in əsas çətinliyi məhz, istehsal olunan məhsulların reallaşdırılması ilə bağlıdır.Buna görə də, satış bazarlarının müəyyən edilməsi üçün dövlət müxtəlif mexanizmlərə müraciət edir: inkişaf etməkdə olan digər ölkələrdə bu sahədə müxtəlif müqavilələr bağlanılır, barter əməliyyatları genişləndirilir, güzəştlər tətbiq olunur, məhsullar kredit əsasları ilə satılır və s.


1   2   3   4


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azrefs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə