Kurs iŞİ Mövzu: “İdarəetmə peşəkar və ictimai fəaliyyət növü kimi”




Yüklə 242.87 Kb.
səhifə1/4
tarix24.04.2016
ölçüsü242.87 Kb.
  1   2   3   4
AZƏRBAYCAN RESPUBLİKASININ TƏHSİL NAZİRLİYİ

AZƏRBAYCAN DÖVLƏT İQTİSAD UNİVERSİTETİ


Fakultə: İnformatika və idarəetmə

Kafedra: Menecment

İxtisas: Dövlət və bələdiyyə idarəetməsi

Şöbə: Əyani

Fənn: Menecment

KURS İŞİ
Mövzu: “İdarəetmə peşəkar və ictimai fəaliyyət növü kimi”
Tələbə: Aytən Abbasova

Qrup: 110

Rəhbər: Dosent Məmmədov M.H

Kaferda müdiri: Prof.Şahbazov K.A

Bakı 2007

İdarəetmə sisteminin dövlət mexanizmi
PLAN

Giriş.


1.Dövlətin mahiyyəti, əsas əlamətləri və funksiyaları.

2.Dövlətlərin təsnifatı.

3.Keçid dövrünün dövləti.

4.Yeni dövlət yaradılması və mütərəqqi fəaliyyət.

Nəticə.


Ədəbiyyat.

GIRIŞ
Bildiyimiz kimi müasir dövrdə istənilən sivil dövlət mövcud vəziyyətdən asılı olmayaraq əhalisinin hər bir üzvünün maddi rifahını yüksəltmək üçün düzgün və şəffaf idarəetməni həyata keçirməyə çalışır.Belə ki, bu kurs işində mənim əsas məqsədim idarəetmə sistemində dövlət mexanizmini aydınlaşdırmaq, dövlətin əsas əlamətləri, funksiyalarının izahını vermək, keçid dövrünün dövlətinin spesifik xüsusiyyətlərini araşdırmaq və nəhayət yeni dövlət yaradılması və mütərəqqe fəaliyyətin bir sıra xüsusiyyətlərini aydınlaşdırmaqdan ibarətdir.Dövlət haqqında bəzi anlayışları araşdırmazdan öncə dövlət haqqında bəzi fikirləri söyləmək zəruridir.

Dövlət ictimai inkişafın məhsuludur.İqtisadi, sosial, mənəvi, psixoloji və başqa qanunauyğunluqlar nəticəsində insan cəmiyyətinin müəyyən yetkinlik mərhələsində yaranan dövlət cəmiyyətin əsas idarəçilik sisteminə çevrilir.Dövlət kimi mütəşəkkilləşmiş cəmiyyət öz mövcudluğu üçün yeni imkanlar:məhsuldar qüvvələrin, sosial münasibətlərin, mənəvi əsasların, mədəniyyətin, elmin, beynəlxalq əlaqələrin inkişafı imkanlarını qazandırır. Dövlət tarixi inkişafda olan hadisədir.Cəmiyyətin irəliyə doğru inkişafı ilə dövlət və onun məqsəd və vəzifələri, idarəetmə qurumları və funksiyalar da dəyişir.Buna müvafiq surətdə dövlət anlayışına baxışlar da ictimai həyatda dövlətin rolu, təyinatına münasibətdə dəyişir.Müxtəlif tarixi mərhələlərdə elmi fikir əsasən həmin dövrdə mövcud olmuş və ya başqa konkret dövlətin tərifini verməyə cəhd etmişlər.Qərb tədqiqatçıları dövlət probleminin öyrənilməsinə xeyli elmi iş həsr etmişlər.Nəticədə dövlətin mahiyyəti politoloji səpgidə belə bir ümumi təriflə səciyyələnmişdir.



Dövlət siyasi birlik olmaq etbarilə müəyyən struktura malik olan, siaysi hakimiyyətin müəyyən təşkili ilə səciyyələnən və müəyyən ərazidə sosial proseslərin tənzimləsini təmin edən xüsusi təsisatdır.

Dövlətin mahiyyəti barədə müasir mülahizələr iki istiqamət kəsb edir.Birinci istiqamət siyasi fikir tarixində mövcud olan klassik ənənələrə, təsəvvürlərə(Aristotelin, Hobbsun və Russonun ideyalarına) əsaslanır.Belə halda dövlət cəmiyyətin onun siyasi varlığının təşkilinin zəruri forması kimi nəzərdən keçirilir.Əlbəttə, bu cür təsəvvürlərdə dövlət cəmiyyətin özü ilə eyniləşdirilir.İkinci istiqamət isə dövlətin təsisatlaşmış tərəfinə xüsusi diqqət yetirilməsilə səciyyələnir.Belə mülahizələrə görə dövlət başlıca olaraq normalar sistemidir və onun məzmunu isə cəmiyyətdə adamların davranışını müəyyən etməkdən ibarətdir.İspan politoloqu L.S.Sanisteban yazır:”Dövlət əsalində konkret məkan-zaman şəraitində sosial davranışı hüquqi tənzimləmənin müəyyən tipidir.”Rus dövlətşünas alimi İlinin nöqteyi-nəzəri də həmin ispan tədqiqatçısının mövqeyinə yaxındır.İlinə görə, dövlət adamların hüquqi əsaslarla təşkil edilən ittifaqıdır, o, həmişə canlı funksiyanın şəxsi hüquqi şüurun canlı surətdə yaradılan təzahürüdür.

Dövlətin mənşəyi və mahiyyətinin yuxarıda qeyd etdiyimiz iki istiqamətli mülahizələr fonunda təhlilinə keçmək istərdim.

Hakimiyyət münasibətləri bu və ya digər formada cəmiyyət həyatının bütün sferalarına-mənəvi, istehsal, ailə və digər ictimai sferalara xasdır.Siyasi hakimiyyət isə cəmiyyətin siyasi sistemini əmələ gətirən xüsusi təsisatlar vasitəsilə həyata keçirilir.Həmin təsisatlar içərisində dövlət mərkəzi yer tutur.

Xeyli yüzilliklər ərzində dövlət təsisatlarının inkişafı ilə yanaşı dövlət, onun rolu, funksiyaları və ən yaxşı siyasi quruluş formaları barədə təsəvvürlər də dəyişilmişdir.Antik dövrün mütəfəkkirləri dövlətin meydana gəlməsinə adamların birgə yaşayış siyasi quruluş formaları barədə təsəvvürlər də dəyişilmişdir.Antik dövrün mütəffəkirləri dövlətin meydana gəlməsinə adamların birgə yaşayış qaydalarının inkişafının və mürəkkəbləşməsinin təbii prosesi kimi diqqət yetirmişlər.Aristotel belə güman edirdi ki, ilk başlanğıcda adamlar ailədə birləşir, sonra bir neçə ailə kənd şəklində təşkil olunur və bu prosesin başa çatdığı mərhələdə vətəndaşların birgəyaşayış forması kimi dövlət yaranır, vətəndaşlar mövcud siyasi quruluşdan istifadə etməklə qanunun hakimiyyətinə tabe olurlar.Aristotel yazırdı:Bir neçə kənddən ibarət olan cəmiyyət başa çatmış, tamamilə müstəqil olan və həyatın tələbləri naminə yaranan dövlətdir.Bu dövlət həm də həyatın rifahının təntənəsi üçün mövcuddur.Buradan belə qənaətə gəlmək olar ki, ilk ünsiyyət kimi hər cür dövlət də təbii yaranmanın məhsuludur.Aristotelin təsəvvürünə görə insan öz təbiəti etbarilə siyasi varlıqdır.O, “Siyasi” adlı əsərində yazırdı:Təbiət bütün adamlara dövlət ünsiyyətinə can atmağı bəxş edib.Bu ünsiyyəti kim birinci təşkil etsə bəşəriyyətə səadət gətirmiş olar.Hər şeyi başa düşən insan mövcud canlılardan ən kamilidir, əksinə qanun və hüquqdan kənardan yaşayan insan isə hər şeydən daha pisdir.Ədalət anlayışı dövlət haqqında təsəvvürlərlə bağlıdır.Buna görə ədalətliyin meyarı olan hüquq siyasi ünsiyyət tənzimləyən normadır.

Antik dövrdə dövlətin təşəkkülünü bir sıra sosial amillərlə, xüsusilə ictimai əmək bölgüsü ilə əlaqələndirən mütəffəkirlərə də təsadüf olunur.Bu baxımdan böyük filosof Platonun görüşləri təqdirəlayiqdir.Dövlətin yaranmasında xüsusi mülkiyyətin roluna mühüm əhəmiyyət verən Platon onun meydana gələməsini ictimai əmək bölgüsünün inkişafı və cəmiyyətdə müxtəlif zümrələrin(əhali qruplarının) təzahürü ilə əlaqələndirirdi.Dövlətin yaranmasına və mahiyyətinə dair teoloji, patriarxal, ictimai müqavilə, təbii hüquq nəzəriyyələri və marksist konsepsiya maraq doğurur.

Dövlətin inkişafı iki qlobal mərhələyə-ənənəvi və konstitusiyalı mərhələlərə ayrılır.Ənənvi dövlət adət və normalar əsasında kortəbii yolla yaranır.Bu, vətəndaşlar(təbəqələr) üzərində təsisatlı qeyri-məhdud hakimiyyət olub bütün adamların bərabərhüquqlu olmasını inkar edir, şəxsiyyəti dövlət hakimiyyətinin mənbəyi kimi etiraf etmir.Ənənəvi dövlətin tipik nümunəsi monarxiyadır.Konstitusiyalı dövlət insanları şüurlu iadrəetmənin, tənzimləmənin obyektidir.O, insanın həyat fəaliyyətinin bütün sferalarına tənzimləyici təsir göstərir.

Orta əsrlərdə dövlətin mənşəyinə və mahiyyətinə dair təsəvvürlər daha da təkmilləşir.Avropada burjua inqilablar dövründə dövlət və hüquq məsələlərinə dünyəvi mövqedən münasibət xeyli gücləndi.Burjua siyasi-hüquqi şüurunun mərkəzi ideyası kimi insanın “təbii hüququ məsələsi” xüsusi aktuallıq kəsb edir.Bu nəzəriyyəyə görə dövlət və hüquq Allah tərəfindən deyil, insan zəkasının qanunlarına uyğun olaraq insanların əsrlər boyu əldə etdiyi təcrübə prosesində ictimai müqavilə əsasında meydana gəlmişdir.

Dövlətin mahiyyətinə və yaranmasına dair bir sıra başqa nəzəriyyələr mövcuddur.Bütün bu nəzəriyyələrdən bir nəticəyə gəlmək olar:Dövlət milli və çoxmillətli durumun yaratdığı və müəyyən ərazidə möhkəmlənən siyasi təsisatdır.

DÖVLƏTİN MAHİYYƏTİ, ƏSAS ƏLAMƏTLƏRİ

VƏ FUNKSİYALAR

DÖVLƏTİN MAHİYYƏTİ

Dövlət cəmiyyətinin siyasi sistemdə tarixi inkişaf təcrübəsi göstərir, cəmiyyət və dövlətin yaranma səbəblərinin izahı insanın fərdi və ictimai həyatını doğuran qanunauyğunluqlar məcmusundadır.Dövlət xüsusi siyasi təsisat olmaqla cəmiyyətin siyasi sisteminin özəyini təşkil edir.O, siyasi sistemin bütün əlmamətlərini və funksiyalarını özündə birləşdirir.Dövlət digər sosial təsisatlaradan keyfiyyətcə fərqlənir.Onun xüsusiyyətləri başqa təsisatlarla ilk növbədə vətəndaş cəmiyyəti ilə müqayisədə üzə çıxır.Dövlət bütün vətəndaşlar üçün məcburi xarakter daşıyan dövlət hakimiyyətinin köməyilə müəyyən ərazidə müəyyən əhalinin həyatını təşkil və idarə etmək məqsədilə yaradılan və cəmiyyətin siyasi sistemində xüsusi, başlıca, spesifik yer tutan təsisatıdır.

Dövlət ictimai həyatın təşkilinin elə bir formasıdır ki, o ayrı-ayrı fərdlərin pərakəndə cəhdləri ilə yaradıla bilməz.Dövlət insanları cəmiyyət üzvlərinin müxtəlif maraqlarını əlaqələndən vahid hakimiyyət altında birləşdirmək məqsədində mövcuddur.Dövlət cəmiyyətindən ayrılaraq onun əsas hakim siyasi təşkilatına çevrilir.Dövlət hakimiyyəti, cəmiyyəti birləşdirən, təşkil edən və məcbur edən başlıca qüvvədir.Dövlət öz ərazisindən yaşayan bütün insanları əhatə edir.Cəmiyyətdə dövlətlə yanaşı, insanların müxtəlif siyasi iqtisadi mənəvi peşəkarlıq maraqlarına görə birləşdirən digər təşkilatlar da yaranır və fəallıq göstərir.Onlar hamısı bu və ya başqa səviyyədə ölkənin siyasi həyatında istifadə edir və bununla da cəmiyyətin siyasi sisteminə daxil olur.Siyasi sistem ölkənin siyasi həyatında dövlət təşkilatının və ictimai təşkilatların o cümlədən, əmək kollektivlərinin məcmusunun təşkilati ifadəsidir.Cəmiyyətin siyasi sisteminin ümumi tərkib hissələri sıx və üzvi vəhdətdə olur.Bu onunla şərtlənmişdir ki, onların qarşısında ümumi vahid məqsəd insanın rifahı durur.Dövlətin ictimai təşkilatlarının və əmək kollektivlərinin qarşılıqlı münasibətlərinin əsası əməkdaşlıq və qarşılıqlı yardım prinsipləri təşkil edir.Bu prinsiplər ictimai inkişafın müxtəlif vəzifələrini daha səmərəli və məqsədyönlü həll etməyə siyasi sistemin hər cür halqasının imkanlarını daha tam açmağa imkan verir.Bununla belə bu sistemin elementləri bir-birini əvəz etmədən öz konkret vəzifələrini yerinə yetirir.Dövlət və ictimai təşkilatlar siyasi sistemin müstəqil hissələridir.Onların hər biri öz quruluşuna, təşkilat və fəaliyyət prinsiplərinə malikdirlər.Onların həmçinin öz daxili və xarici işlərinə dair məsələlərin həllində daxili müstəqilliyə və sərbəstliyə malikdirlər.Siyasi sistemdə dövlətin xüsusi yeri aşağıdakı amillərlə şərtlənir.

1)Dövlət bütün ölkə miqyasında yeganə tamhakimiyyətli təşkilatdır.

2)Dövlət cəmiyyətinin inkişafının əsas istiqamətlərini hamının və hər kəsin mənafeyinə uyğun olaraq müəyyən edir.

3)Dövlət ölkə daxilində və beynəlxalq aləmdə rəsmi təşkilatdır.Qeyri dövlət təşkilatlarına belə əlamət və xüsusiyyətlər məxsus deyil.Dövlət və ictimai təşkilatlar bir-birilə sıx qarşılıqlı əlaqədə fəaliyyət göstərirlər.Dövlət hər vasitə ilə ictimai təşkilatların sərbəstliyini müdafiə edir.İctimai təsərrüfatlarda öz növbəsində dövlətə iqtisadi, sosial və mədəni quruculuq ictimai qaydanın qorunması vəzifələrini yerinə yetirməkdə hər cür kömək göstərir, dövlət orqanlarının formalaşmasında iştirak edirlər.

Dövlət cəmiyyəti başlıca hakimiyyət daşıyıcısı və təşkiledici qüvvəsi kimi bütün qeyri-dövlət təşkilatçısının öz nizamnamə çərçivəsində norma, fəaliyyətini təmin etməyi, onların inkişaf və təkmilləşməsinə yardım göstərməlidir.Bu aşağıdakılarda əks olunur.

1)Dövlət insanların ictimai təşkilatlarda birləşmək kimi konstitusiya hüququ verir və onların uğurlu fəaliyyəti üçün lazımi şərait yaradır.İctimai təşkilatlar geniş siyasi azadlıqlardan söz, mətbuat, yığıncaq, mitinq, küçə yürüşləri və nümayiılər keçirtmək azadlıqlarından istifadə edirlər.Dövlət lazımi olduqda onlara maddi yardım göstərir, onların mülkiyyətini qoruyur.

2)Dövlət bəzi ictimai təşkilatların hüquqi vəziyyətini müəyyən edir.İctimai təşkilatların fəaliyyətinin dövlət tərəfindən hüquqi tənzimlənməsi yalnız onların nizamnamələrinin təsdiqi ilə məhdudlaşır.

3)İctimai təşkilatların fəaliyyəti dövlət tərəfindən mühafizə edilir.İctimai təşkilatların hüquq və mənafelərini məhkəmə, prokurorluq və başqa dövlət orqanları qoruyur.Məhz onlar ictimai təşkilatların bəzi qərarlarının həyata keçməsinə yardım edirlər.Eyni zamanda dövlət ictimai təşkilatlar hədəfində qanunlara ciddi əməl olunmasına nəzarət edir.Dövlət və ictimai təşkilatlar arasında belə əməkdaşlıq, qarşılıqlı əlaqə ictimai həyatın sabitliyinə, cəmiyyətdə həqiqi rejimin müəyyən olunmasına xidmət edir.Cəmiyyətin siyasi sisteminin öz funksiyalarını həyata keçirməsi hüquq normalarının əsasında baş verir.Siyasi sistemin bütün təşkilati qurumları, dövlət təşkilatları, ictimai təşkilatlar, əmək kollektivləri, dövlət həyatının və ictimai həyatın hüquqi əsasını təşkil edən qanunlar şərşivəsində və əsasında fəaliyyət göstərirlər.

Cəmiyyətin siyasi sistemi vahid normativ dəyərlər əsasında təşkil olunan subyektlərin qarşılıqlı fəaliyyətinin məcmusudur.Siyasi sistemin özəyini təşkil edən dövlətin özü də sözün güniş mənasında adamlar arasındakı əlaqədir, yeganə ali hakimiyyətə tabe olan siyasi birlikdir.Dövlət adamların davranışının məcburi surətdə tənzimlənməsini nəzərdə tutan və normalar sistemi əsasında idarə olunan təşkilatdır.Onun başlıca məqsədi ümumi mənafeyi və ümumi iradəni ifadə etməkdən, insan hüquqlarının və azadlıqlarının qorunmasından ibarətdir.

Müaisr dövlət insanın ümumi hüquqlarının, ən başlıca sosial-siyasi və hüquqi dəyərləri təmin edən təsisatlarsız təsəvvürə sığan deyil.Siyasi birlik olan dövlət vahid iqtisadi və mədəni məkan xaricində mövcud ola bilməz.O, həm də sosial vakuumda yox, dünya birliyi çərçivəsində mövcuddur.Qeyd edək ki, adamların birgə həyatının təşkili forması olmaq etibarilə dövləti bütövlükdə cəmiyyətlə eyniləşdirmək olmaz.O, cəmiyyətin məhz, bir hissədir.Deməli, dövlət adamlar arasında tarixən qərarlaşan siyasi, sosial-siyasi əlaqələr və hüquqi münasibətlər sistemidir.Bu sistem adamların davranış və fəaliyyətinin ümumi əhəmiyyət daşıyan növlərinin çoxsaylı aktıdır.

Dövlət hakimiyyətinin suveren təşkilatıdır.Bununla o, cəmiyyətin digər siyasi qurumlarından fərqlənir.Dövlətin suverenliyi dövlət hakimiyyətinin elə bir xassəsidir ki, bu zaman hər hansı başqa hakimiyyətlə münasibətdə ölkə daxilində habelə beynəlxalq hüququn hamı tərəfindən qəbul edilmiş normalarına riayət etməklə dövlətlərarası münasibətlər sahəsində həmin aliliyi və müstəqilliyindən istifadə olunur.Suverenlik dövlətin ümumiləşdirilmiş əlamətidir.O, cəmiyyətin dövlət təşkilatına bütün nisbətən mühüm cəhətlərini özündə cəmləşdirir.Dövlət hakimiyyətinin müstəqilliyi və aliliyi öz ifadəsini konkret olaraq aşağıdakılarda tapır:

1)universallıqla- yəni yalnız dövlət hakimiyyətinin qərarları həmin ölkənin bütün əhalisinə və ictimai təşkilatlarına aid edilir.

2)üstünlükdə- yəni digər ictimai hakimiyyətin istənilən qeyri-qanuni hərəkətlərin qarşısının alınmasının mümkünlüyü.Heç bir digər ictimai təşkilatların malik olmadığı xüsusi təsir vasitələrinin olması.

Dövlət hakimiyyətinin aliliyi dövlətin və ictimai həyatın müxtəlif məsələlərində həllində qeyri-dövlət siyasi təşkilatlarla dövlət arasındakı qarşlıqlı əlaqəni heç də istisna etmir.Dövlətin suverenliyində xalqın tam hakimiyyəti özünün siyasi və hüquqi ifadəsini tapır.Beləliklə, dövlət cəmiyyətin elə vahid siyasi təşkilatıdır ki, öz hakimiyyətini ölkənin bütün ərazisinə və əhalisinə şamil edir, bunun üçün xüsusi idarəetmə aparatı mövcuddur.Dövlət suverenliyə malik olub, hamı üçün məcburi göstərişlər verir.

Qeyd etmək lazımdır ki, dövlət özünəqədərki təşkilatlardan bir neçə mühüm əlamətlərlə fərqlənir:

1)İdarəetmə aparatından ibarət olan təsisat (və ya müəssisə) və orqanların yaradılması

2)Qohumluq və ya icma əlaqələrinin ərazi əlaqələri ilə əvəz olunması

3)Müntəzəm surətdə vergi qoyulmasının həyata keçirilməsi

4)Gözlənilməsi dövlət orqanları tərəfindən təmin olunan hüquq sisteminin məcburi normaların tətbiq olunması.

Həmin əlamətlərdən bəziləri dövlətlə yanaşı digər təsisatlara da xasdır.Buna görə də alman sosioloqu M.Veber qeyd edir ki, dövləti müəyyənləşdirmək üçün məhz, onun yerinə yetirdiyi funksiyaları reallaşdıran spesifik vasitələrdən çıxış etmək lazımdır.Onun fikrincə, “dövlət legitimliyə...,bir vasitə kimi zorakılığa əsaslanan hökmranlıq münasibətləridir.Dövlət siyasi idarəetmə vasitəsi olmaq etibarilə nə ideal rifah halı yaradır, nə də mütləq mənada şər qüvvə deyildir.Cəmiyyətdə iqtisadiyyatın nornal fəaliyyətinin təmin olunması, təhsil sisteminin təkmilləşdirilməsi, adamların sosial müdafiəsinin təşkili, səhiyyənin, elmin və mədəniyyətin inkişafı məhz, xeyli dərəcədə dövlətin fəaliyyəti ilə bağlıdır.”

Dövlət hakimiyyət nəzəriyyəsinin xüsusi problemlərindən biridir.Heç də təsadüfi deyil ki, hakimiyyət nəzəriyyəsinə dair biliklərin meydana çıxdığı qədim dövrdən indiyə qədər dövlət və hakimiyyətin nisbəti məsələsi siyasi elmlərin tədqiqat sferasında mərkəzi yer tutmuşdur.Dövlət cəmiyyətinin siyasi sistemində başlıca rol oynamaqla adamların, ictimai qrupların, siniflərin, assosiasiyaların birgə fəaliyyətini və münasibətlərini təşkil edir, istiqamətləndirir və buna nəzarət edir.

Dövlət cəmiyyətdə hakimiyyətin başlıca təsisatı olmaqla onun siyasətini mərkəzləşmiş formada həyata keçirir.Buna görə həm nəzəri, həm də şüurda, eləcə də real gerçəklikdə üç anlayış-dövlət, hakimiyyət və siyasət eyniləşdirilir.Bunu demək kifayətdir ki, XIX əsrin sonuna qədər siyasi fəlsəfədə və siyasi elmlərdə dövlət və siyasət anlayışları fərqləndirilməmişdir.

Dövlət nəzəriyyəsi dövlətin yaranması, formalaşması və mövcudluğu ilə əlaqədar olan genetik və funksional problemlərin üç qrupunu əhatə edir.

1)ictimai

2)sinfi

3)dövlətin fəaliyyətinin siyasi-hüquqi və təşkilati-struktur əsası



Bu üç meyardan asılı olaraq dövlət probleminin tədqiqinə tarixən üç mövqedən yanaşılmışdır.

1)Öz mənbəyini antik ənənələrdən əxz edən siyasi-fəlsəfi və siyasi-elmi yanaşma.Belə yanaşmada dövlət “ümumi işlərin həlli vasitəsi kimi, idarə edənlərlə (hakimiyyətlə) xalqın (cəmiyyətin) münasibətlərinin tənizm olunması mənasında başa düşülür.Məsələn, Aristotel dövləti xalqın və insanın siyasi həyatını təmin edən vasitə kimi izah edirdi.

2)Sinfi yanaşma. Bu mövqeyə görə dövlət cəmiyyətin siniflərə bölünməsi məhsuludur, sinfi mübarizə silahıdır (marksist konsepsiya)

3)Hüquqi və təşkilati-struktur baxımdan yanaşma. Belə nöqteyi-nəzərə görə dövlət hüquqi dövlət, hüquq və qanunun mənbəyi, cəmiyyət həyatını və dövlətin özünün fəaliyyətini təşkil edən, siyasi sistemdə onun öz strukturunu müəyyənləşdirən təsisat kimi başa düşülür.Beləliklə, siyasi münasibətlərin dövləti əhatə edən üç cəhəti və buna müvafiq olaraq dövlətin üç funksiyası müəyyənləşdirilir:1.Təşkilati. 2.İdarəedici. 3.Ümumi məqsədləri müəyyən edən. Üçüncü funksiyaya həyat fəaliyyətini qoruyub saxlamaq, “ümumi rifahın əldə olunması”, qayda-qanun yaradılması, dövlətlə xalq, millət, etnos arasında qarşılıqlı münasibətin tənzimlənməsi və sair daxildir.

Dövlət həmçinin, siniflərlə dövlət arasındakı münasibətlərdə münaqişələrin mənbəyi kimi çıxış edir.Dövlət haqqında mövcud olan müxtəlif təsəvvürlərin sintezi imkan verir ki, çoxlu problemləri-siyasi sistemlə cəmiyyətin nisbətini, eləcə də dövlətlə cəmiyyətin, həm də idarə edən qüvvələrin birliyini, dövlətin mənşəyini, onun inkişafının şəraitini və istiqamətini və digər mühüm ictimai məsələləri həll etmək mümkün olsun.

Hər bir ictimai inkişaf tarixi regional xüsusiyyətlər, məhdud sivilizasiyanın spesifikliyi (qədim şərq, yunan-roma sivilizasiyası, habelə orta əsrlərdə şərqdə və qərbdə mövcud olan sivilizasiya), ictimai-iqtisadi formasiyalar və digər amillərlə şərtlənən mürəkkəb, çoxcəhətli prosesdir.Ümumiyyətlə, dövlətin mənşəyi və tarixi təkamülü bir neçə mərhələdən ibarətdir.



I Mərhələ. Dövlətin təşəkkülünün ilk mərhələsində ibtidai icma (hərbi) demokratiyasının qalıqları saxlanılır, antik Avropada respublika və monarxiya, despot rejimləri və idarə formaları bir-birini əvəz edir.Tam şəkildə formalaşmayan (mükəmməl olmayan) həmin cəmiyyətdə azad və azad olmayan adamlar mövcud idi.Başqa sözlə, cəmiyyət azad vətəndaşlardan ibarət idi ki, bunlar da öz növbəsində siniflərə (təbəqələrə) bölünürdü (azad sənətkarlar, kəndlilər, tacirlər, hərbçilər, incəsənət nümayəndələri-heykəltaraşlar, rəssamlar, şairlər və başqaları).Bu mərhələdə cəmiyyətdə idarə edən yuxarılar və tabelikdə olan aşağılar meydana çıxır.(məsələn, qədim Romada patrislər və plebeylər və s.), həmçinin, əhalinin qullardan və tam azad olmayan adamlardan ibarət kateqoriyası yaranır ki, bunlar da vətəndaşlığa və siyasi hüquqa malik deyildilər.Belə mükəmməl olmayan, obrazlı desək, “natamam cəmiyyətdə” dövlətin iki başlıca funksiyası dəqiq müəyyənləşdirilir:Birinci, azad adamların “ümumi işinin qaydaya salınması” İkincisi, hökmranlıq-kölə halına salınmış adamlara təzyiq göstərilməsi.Hakimiyyətin ibtidai icma formasından mira qalan hökmranlıq (vojdizm) monarxiya və imperiya hakimiyyət formalarında, eləcə də, dövlətin inkişafının sonrakı mərhələsində daha da möhkəmləndirilir.

II Mərhələ. Dövlətin təşəkkülünün ikinci mərhələsi orta əsrləri və Yeni dövrün başlanğıcını (XVI əsr) əhatə edir.Bu mərhələdə hökmranlıq və mülkiyyət münasibətlərinin üstünlük təşkil etdiyi güclü despot, monarxiya hakimiyyəti saxlanılır, ölkə və vətəndaş (xalq) münasibətləri üstünlük təşkil edir.Avropada dağılmaqda olan, lakin hələ aradan qalxmayan qan qohumluğu tipində əlaqələr-senyor (feodalizm cəmiyyətində öz mülkündə hökmdar olan torpaq sahibi) hakimiyyəti qərarlaşır.Bu mərhələdə güclü despot hakimiyyəti ilə dövlət eyniləşdirilir.Şərqdə və Qərbdə hələ qeyri-iqtisadi məcburetmə forması saxlanılır.T.Hobbsun fikrincə bu mərhələdə cəmiyyətdə dövlət qorxu intizamı kimi mövcuddur.XIII əsrdən başlayaraq XVI əsrə qədər Avropada Yeni dövrün dövləti təşəkkül tapır.XV əsrdə dünyada 5-6 dövlət mövcud idi.Bu dövlət üçün səciyyəvi cəhət ondan ibarətdir ki, hakimiyyət genişlənməkdə olan sosial və iqtisadi baza üzərində formalaşır, dövlət özünə mənsub olan əraziyə sahib olur (feodal dağınıqlığı aradan qalxır, torpaqların birləşdirilməsi başa çatır), hakimiyyət tədricən mərkəzləşir.Ərazi dövlətin məkan əsasıdır.İctimai fenomen olmaq etibarilə dövlət fiziki, maddi əsası olmadan yaşaya bilməz.Bir sözlə, ərazisiz dövlət təsəvvürə sığan deyil.

İkinci mərhələdə vassalın monarxa şəxsi sədaqətindən ibarət olan münasibətləri idarəetmənin mütəşəkkil dövlət aparatı əvəz edir, cəmiyyətdə şəxsi asılılıq münasibətləri deyil, xidmət münasibətləri və funksiyaları aparıcı rol oynayır.Beləliklə, cəmiyyətin dövlət-ərazi məkanında formalaşması, hakimiyyətin siaysi təşkili prosesi başlanır.Məhz, ilk dəfə olaraq haqqında danışdığım mərhələdə-XVI əsrdə “dövlət” termini işlədilir.Bu termin əvvəlki dövrlərdə “malikanə”, “krallıq”, “knyazlıq”, “torpaq”, “imperiya” məvhumları kimi, bəzən isə “respublika” termininin sinonimi şəklində işlədilmişdir.

Dövlət termini meydana gələnə qədər dövlət mənasında istifadə olunan “respublika” anlayışı hələ XVI əsrin ikinci yarısında Jan Boden özünün “Respublika haqqında altı kitab” əsərində (1576-cı il) işlətmişdir.

III Mərhələ. Həmin mərhələdə şərqdə olduğu kimi Avropada da dövlətin monarxiya və imperiya formaları möhkəmləndi, hakimiyyətin arxaik ictimai strukturu və hərbi-feodal strukturu formalaşdı.Bu mərhələdə xalqların çoxunda heç bir inkişaf etmiş dövlət forması mövcud deyildi.Lakin Avropada millətin təşəkkülü, ümummilli bankın formalaşması, ölkələrin əksəriyyətində dil və mədəniyyət birliyinin möhkəmlənməsi prosesi başa çatır.XVII əsr sosial- sinfi strukturun və əmtəə-pul münasibətlərinin yaranması dövrü kimi səciyyələnir.Bu mərhələdə insan hüquqları və azadlıqları uğrunda mübarizə cəmiyyətdə bərabərlik və vətəndaş cəmiyyətinin inkişafı barədə ideyalar fəallaşır (Hobbs, Lokk, XVIII əsrdə Russo, Kant və başqaları).Mütləqiyyət dövlətin hüquqi formalarından biri kimi əsaslandırılır.(Lokk, Kant, Qumbolt və başqaları), dövlət zəka və mənəviyyat forması hesab edilir (XVIII əsr maarifçiləri, Kant və b.), dövlətin hüquqla məhdudlaşdırılması ideyası irəli sürülür (Kant, Hekel). Konstitusiyalı inkişaf konsepsiyası işlənib hazırlanır (XIX-XX əsrlər-Yaspers və başqaları).

XVIII əsr dövlətçiliyin yayılmasında, başqa sözlə desək, monarxın suverenlyindən millətin suverenliyinə keçilməsində yeni mərhələdir.Belə ki, dövlətçiliyin milli dövlət forması formalaşır və XIX əsrdən başlayaraq bütün Avropa regionunda yayılır.

III mərhələdə hüquqi dövlətçilik və vətəndaşlıq münasibətlərinin inkişafı ideyası zəif də olsa nəzərə çarpır.Tədricən federativ və konfederativ dövlət formasının zəruriliyi fikri formalaşdı.Federativ dövlət quruluşunun üstünlüyü ideyası XVIII əsrdə Monteske tərəfindən irəli sürülmüşdür.Belə dövlət forması XVIII əsrin sonunda ABŞ-da, ikinci dünya müharibəsindən sonra isə AFR-da yaranmışdır.

  1   2   3   4


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azrefs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə