Kurs işi Kurs : III qrup: k-632 Tələbə: Mahmudov Anar




Yüklə 179.05 Kb.
səhifə1/2
tarix26.04.2016
ölçüsü179.05 Kb.
  1   2
AZƏRBAYCAN RESPUBLIKASI TƏHSİL NAZİRLİYİ
AZƏRBAYCAN DÖVLƏT İQTİSAD UNİVERSİTETİ


Kafedra: Bank işi

Fakultə: Maliyyə-Kredit




Kurs işi


Kurs : III

Qrup: K-632

Tələbə: Mahmudov Anar

Mövzu: “Müasir iqtisadi şəraitdə pul-kredit siyasətinin rolu və əhəmiyyəti”

Elmi rəhbər: dosent Bəşirov R.


BAKI-2007

Müasir iqtisadi şəraitdə pul-kredit siyasətinin rolu və əhəmiyyəti Kurs işinin planı:


  1. Giriş .....................................................................................................3

  2. Bazar iqtisadiyyatı şəraitində pul və kreditin əhəmiyyəti......................4

  3. Müasir iqtisadiyyatın tənzimlənməsində pul-kredit

siyasətinin rolu və əhəmiyyəti.....................................................................9

  1. Azərbaycanda pul-kredit siyasəti...........................................................17

  2. Nəticə.....................................................................................................23

  3. Ədəbiyyat siyahısı..................................................................................24

Giriş

SSRİ dağıldıqdan sonra Azərbaycan tam hüquqlu bir dövlət kimi dünya iqtisadiyyatına daxil oldu. Bu zaman dövlətin qarşısında duran ən əsas məsələlərdən biri də milli təsərüfatın idarə edilməsi idi. Ümumiyyətlə, keçid dövrü ölkələrində iqtisadiyyatın inkişafı iqtisadiyyatı tənzimləmə metodlarından birbaşa asılıdır. Bazar iqtisadiyyatlı ölkələrdə bu məqsədə əsasən pul-kredit siyasətinin köməyilə çatılır. Çünki, keçid dövrü ölkələrinin ən aktual problemi inflyasiyadır. Pul-kredit siyasəti də inflyasiyanın tənzimlənməsinin ideal metodudur. Ona görə də belə demək olar ki, pul-kredit siyasətinin keçirilməsi ölkəni iqtisadi böhrandan çıxmağa kömək edir. İEÖ-lərdə pul-kredit siyasəti daha aktiv formada tətbiq olunur. Tarixi olaraq bu siyasət iqtisadiyyatı idarə etmək üçün istifadə olunan ilk metodlardan biridir.

Pul-kredit siyasəti iqtisadi siyasətin yeganə aləti deyil. Ancaq bazar iqtisadiyyatında bu siyasətin fəaliyyəti çox böyük məsuliyyət daşıyır. Pul-kredit siyasəti istənilən iqtisadi sistemin əsas hissəsi sayılır. Pul-kredit siyasəti dedikdə istehsal prosesləri və konyukturanın idarəedilməsi məqsədilə monetar hakimiyyət tərəfindən pul-kredit sferasında yürüdülən siyasət başa düşülür.

Hər bir bazar iqtisadiyyatına doğru irəlliləyən ölkə kimi Azərbaycanda da pul-kredit siyasətini səmərəli həyata keçirmək prioritet məsələlərdən biridir. Bu siyasəti Azərbaycan respublikasının mərkəzi bankı olan Milli Bank həyata keçirir.Ölkədə pul-kredit siyasəti “Milli bank haqqında” Azərbaycan Respublikasının qanunu ilə tənzimlənir. Bu qanun 10 dekabr 2004-cü ildə Azərbaycan respublikasının Prezidenti İlham Əliyev tərəfindən imzalanmışdır.

Bu kurs işində pul-kredit siyasətinə keçməzdən əvvəl pul və kredit anlayışlarının iqtisadiyyatda yeri və rolu haqqında haqqında qısa məlumat verilmişdir. Sonra isə pul-kredit siyasətinin əsas məqsəd və vəzifələri, alətləri, hüquqi bazası, tarixi, dünya təcrübəsi və Azərbaycanda əsasən 2006-cı il üzrə pul-kredit siyasətinin analizi verilmişdir. Mövzunun izahı zamanı cədvəl, sxem, qrafik və diaqramlardan istifadə edilmişdir, hüquqi sənədlərdən sitatlar gətirilmişdir.

1.Bazar iqtisadiyyatı şəraitində pul və kreditin əhəmiyyəti



İctimai əmək bölgüsünün yaranması pulun da yaranmasını zəruri etdi. Demək olar ki, ele o vaxtdan pul iqtisadiyyatın ən önəmli amilinə çevrildi. Ölkəndə hansı iqtisadi sistemin mövcud olmasından asılı olmayaraq, iqtisadiyyatın idarə edilməsi pul amilini nəzərə almadan qeyri-mümkün olmuşdur. Bazar iqtisadiyyatının idarə olunmasında isə pul bilavasitə iştirak edir. Lakin iqtisadiyyatı tənzimləmə metodlarından asılı olaraq, iqtisadiyyatın idarə edilməsində pul bəzən birbaşa, bəzən də dolayı yolla iştirak edir.

Ümumiyyətlə, pulun iqtisadiyyatda, insanların həyatında əhəmiyyətini anlamaq üçün pulun funksiyalarına baxmaq kifayətdir. Pulun 1-ci funksiyası dəyər ölçüsüdür. Pul ilkin yarandığı dövrlərdə özünü dəyər ölçüsü kimi göstərirdi. Çünki, pulun yaranmasına zərurət mübadilənin çətinləşməsi idi. İnsanlar əmtəələrini dəyişmək üçün vahid dəyər ölçüsü olan pulu yaratdılar. Bu gün də pul deyəndə birinci onun dəyər ölçüsü olması ağıla gəlir. İkinci funksiya tədavül vasitəsi funksiyasıdır. Əmtəələrin alqı-satqı prosesi tədavül vasitəsi kimi pula ehtiyac doğurur.Bu onunla bağlıdır ki, dəyər ölçüsü funksiyası vasitəsilə əmtəənin pulla ifadəsi hələ onun satışı demək deyildir. Əmtəənin qiyməti yalnız alqı-satqı (Ə-P-Ə) prosesində,əmtəəninpula real mübadiləsi zamanı reallaşır. Pul bu funksiyada əmtəələrin tədavülünə xidmət edir, ondan satın alınan əmtəələrin ödənilməsi üçün istifadə edilir, onların alqı-satqısı prosesində vasitəçi rolunu oynayır. Bu funksiyanın xüsusiyyəti ondan ibarətdir ki, əmtəənin alıcıya verilməsi və onun dəyərinin ödənilməsi eyni vaxtda baş verir. Pulun bu funksiyası birinci funksiya ilə oxşardır. Fərq isə ondan ibarətdir ki, dəyər funksiyasında pul bilavasitə iştirak etməyə bildiyi halda, tədavül funksiyasında pul əmtəələrin tədavülündə bilavasitə iştirak etməlidir. Pulun üçüncü funksiya pulun tədiyyə vasitəsi funksiyasıdır. Bəzən pulun hərəkəti ilə əmtəələrin hərəkəti ilə eyni vaxta düşməyə bilər. Bu zaman pulun tədiyyə vasitəsi funksiyasına ehtiyac yaranır. Bu funksiya bazar iqtisadiyyatinda daha qabarıq iştirak edir. əmtəələrin istehsal vaxtı ilə tədavül vaxtı üst-üstə düşmədiyindən, təsərrüfat subyektlərinin vəsait çatışmamazlığı yaranır. Nəticədə kredit yaranır. . Tədiyə vasitəsi kimi fəaliyyət göstərən puldan əmtəələrin kreditə satışında, pul ssudalarının verilməsində və ödənilməsində, fəhlə və qulluqçulara əmək haqqlarının ödənilməsində, əhaliyə pensiyə, yardım və təqaüdlərin verilməsində və s.istifadə edilir. Pulun dördüncü funksiyası yığım funksiyasıdır. Pul dedikdə, insanların əmtəələri almaq üçün bir vasitə olmasından başqa həm də ictimai sərvətin yaradıcısı kimi də başa düşülür. Ona görə də insanlar onu yığılmağa səy göstərirlər. Dəfinə yaradılması üçün pul tədavüldən götürülür, yəni alqı-satqı əməliyyatı kəsilir. Lakin pulun sadə yığımı və saxlancı sahibinə əlavə gəlir gətirmir. Kapitalizmdə sahibkara pulu saxlamaq əlverişli deyildir onu mənfəət əldə etmək üçün dövrüyyəyə buraxır. Lakin bununla belə pulun dəfinə kimi yığılması da zəruridir. Çünki, məhz pul ehtiyyatlarının yaradılması ayrı-ayrı təsərrüfatçılıq subyeklərində yaranan pozuntuların, cəmiyyət miqyasında yaradılmış ehtiyatlar isə xalq təsərrüfatında baş vermiş disproporsiyaların aradan qaldırılmasını təmin edir. Nəhayət, pulun axırıncı-beşinci funksiyası dünya pulu funksiyasıdır. Pulun bu funksiyası bəzi ölkələrin valyuta vahidlərinin dünyanın bir çox ölkələrində əsasən tədavül, mübadilə və yığım vasitəsi kimi qəbul olunmasıdır.Ölkələr arasında və yaxud müxtəlif ölkələrin hüquqi və fiziki şəxsləri arasındakı qarşılıqlı münasibətlərdə təzahür edir. Xarici ticarət əlaqələri, beynəlxalq borclar, xarici partnyorlara xidmət göstərilməsi dünya pulunun meydana gəlməsinə səbəb olmuşdur.

Pul tədavülünün tənzimlənməsi məqsədilə onun öyrənilməsinə yönəldilən pul kütləsinin həcmini və strukturunu əks etdirən göstəricilərdən istisadə olunur. Bu göstəricilər pul aqreqatları adlanır. Məcmu pul kütləsi pul kütləsi aqreqatlarından ibarətdir. İEÖ-lərdə isə pul aqreqatları aşağıdakı kimi təsniatlaşdırılır:



  • M1= tədavüldəki nəğd pullar və cari bank hesablarındakı vəsaitlər.

  • M2=M1+ kommersiya banklarının 4 ilə qədər olan əmanətləri

  • M3=M2+ixtisaslaşdırılmış kredit idarələrinin əmanətləri

  • M4=M3+iri kommersiya banklarının depozit sertifikatları.

Azərbaycanda isə pul kütləsi aqreqatları aşağıdakı kimi təsnifləşdirilir:

  • M0= bank sistemindən kənar nağd pul, yəni dövriyyədə olan nəğd pul;

  • M1=M0+ kommersiya banklarında əhalinin və müəssisələrin depozitləri, y

ni; M0+tələbolunanadək əmanət və depozitlər

  • M2=M1+ əmanət banklarında müddətli əmanətlər;

  • M3=M2+ bankların depozit sertifikatları; dövlət istiqraz vərəqələri, xarici valyuta ilə depozitlər.

Azərbaycanda pul aqreqatlarının dinamikasını aşağıdakı cədvəldə görmək olar:


il

M3

o cümlədən

M2

o cümlədən

SDV-də
depozitlər

M1

o cümlədən

Manatla
müddətli
depozitlər

M0

Manatla
tələbolunanadək
depozitlər

1995

259,9

191,5

185

120,5

64,5

6,5

68,4

1996

309

240,8

234,7

173,1

61,7

6,1

68,2

1997

412,7

311,3

307,6

234,1

73,5

3,7

101,5

1998

342,6

243,7

240,5

185,2

55,3

3,2

98,9

1999

398

280,9

278

227,2

50,8

2,9

117,1

2000

509,7

325,8

315,5

270

45,5

10,3

183,9

2001

686,8

351,1

337,5

293,8

43,7

13,6

335,7

2002

785,2

405,2

393,4

333,7

59,7

11,8

380

2003

1018,8

518,4

499,8

408,2

91,6

18,6

500,4

2004

1503

683,6

657,3

477,8

179,5

26,3

819,4

2005

1684,2

740,8

703,9

516,3

187,7

36,8

943,4

2006

2465,9

1272,8

1142,9

806,3

299,9

129,8

1193,9


CƏDVƏL 1.

Cədvəldən göründüyü kimi Azərbaycanda pul kütləsi ildən-ilə kəskin surətdə artır. Əgər bu artım istehsala əsaslanmasa, böyük həcmdə inflyasiya baş verər.

Pulla bağlı olan anlayışlardan biri də pul tədavülü anlayışıdır. Tədavül dedikdə, pulun nəğd və nəğdsiz formada hərəkəti başa düşülür. Göründüyü kimi pul tədavülü 2 yerə bölünür: nəğd və nəğdsiz pul tədavülü. Nəğd pul tədavülü dövriyyədə olan nəğd pulun hərəkətidir. Nəğd pul dövriyyəsi hüquqi şəxslər, fiziki şəxslər, hüquqi və fiziki şəxslər, əhali ilə dövlər orqanları və s. subyektlər arasında baş verir. Nəğd pul dövranını qısaca olaraq aşağıdakı sxemdə görmək olar:
Milli bankın Milli bankın kommersiya banklarının

ehtiyyat fondu Hesablaşma-kassa mərkəzlərində əməliyyat kassaları

dövriyyə kassaları

hesablaşama-kassa artıq Kommersiya bankları artıq Müəsssisə və təşkiatların

mərkəzləri kassaları və əhalı
SXEM 1.
Nağdsız pul tədavülü nağd puldan istifadə etmədən kredit idarələrində açılmış hesablar üzrə pul vəsaitlərinin bir hesabdan silinib, digər hesaba yazılmasından ibarət hesablaşmalardan ibarətdir. XIX əsrin axırlarına qədər nağd pul ödənişləri üstünlük təşkil edirdisə, müasir şəraitdə nağd pul ödənişlərinin xüsusi çəkisi çıx aşağıdır. ABŞ-da 10 %-ə qədərdir, Azərbaycanda isə 75%-ə qədərdir. Bu prosesə təsir edən əsas amil bazar iqtisadiyyatının aranması olmuşdur. Nağdsız pul dövriyyəsinin həcmi ölkədə mal kütləsindən, qiymət səviyyəsindən, maliyyə sistemi vasitəsilə həyata keçirilən bölgü və yenidən bölgü münasibətlərindən asılıdır. Nəğd və nəğdsiz pul tədavülü arasında qarşılıqlı əlaqə vardır. Belə ki, Nağd pul bankdakı hesaba daxil olduqda, öz formasını dəyişərək nağdsız pula çevrilir. Bankdakı hesabdan nağd pul alındıqda isə nağdsız pul formasını dəyişərək nağd pula çevrilir.

Ümumiyyətlə,Pulun iqtisadiyyatda rolu aşağıdakılardan ibarətdir.



  • Beynəlxalq və daxili ticarətin həyata keçirilməsində vasitə kimi,

  • İctimai həyatda kapital rolunu oynayır,

  • ÜMM-n bölgüsü və yenidən bölgüsü aləti kimi,

  • İnflyasiyanın tənzimlənməsi aləti kimi,

  • Monetar (pul-kredit) siyasət aləti vasitəsi kimi,

  • İqtisadiyyatda tələb və təklif arasında tarazlığın yaradılması aləti kimi

Müasir bazar iqtisadiyyatı şəraitində pul kimi kredit anlayışı da böyük əhəmiyyətə malikdir. Bazar sistemindən əvvəlki, iqtisadi sistemlərdə kredit geniş yayılmamışdır. Bazar iqtisadiyyatında nəğdsiz pulun xüsusi çəkisinin artımına zərurət yarandığından kreditin də geniş vüsət alması zəruri oldu.

KREDİT – qaytarılmaq və faiz ödənilmək şərtilə pul və ya əmtəə formasında verilən borca deyilir. Kredit iqtisadiyyatda spesifik rol oynayır; o nəinki istehsalın fasiləsiz hərəkətini təmin edir, həmçinin onu daha da sürətləndirir. Kredit tədavül xərclərinin azalmasına kömək edir.

Kreditin aşağıdakı funksiyaları var:


  1. Pul vəsaitlərinin mərkəzləşməsi və təmərgüzləşməsinin sürətlənməsi.

  2. Pul vəsaitlərinin yenidən bölgüsü

  3. Kredit alətlərinin və əməliyyatlarının yaradılması

  4. Məcmu pul dövriyyəsinin həcminə nəzarət olunması

  5. Nəğd pulların yerləşdirilməsi

  6. Pulların yığılması

Kreditin əsas prinsipləri: Təminatlılıq, qaytarılma, müddətlilik, məqsədlilik

Müasir dövrdə kreditin aşağıdakı formaları var.

Dövlət krediti – zamanı borc verən və ya kreditor rolunda dövlətin özü çıxış edir.

Kommersiya krediti – bir sahibkar tərəfindən digərinə əmtəələr formasında verilən kreditdir.

Veksel krediti – banklar tərəfindən veksel sahiblərinə və təhcizatçılar tərəfindən alıcılara verilən kredit növüdür.

İstehlak krediti – əhaliyə istehlak mallarının alınması və məişət xidmətlərinin ödənilməsi üçün verilən kreditdir.

İpoteka krediti – əmlakın girov qoyulması əsasında verilən kreditdir.

Kommunal krediti – kommunal təsərüfatın və mənzil tikintisinin ehtiyacları üçün verilən kreditdir.

Kənd təsərüfatı krediti – kənd təsərüfatının inkişafı üçün nəzərdə tutulmuş kredit növüdür.

Beynəlxalq kredit – borc kapitalının ölkələr arasında hərəkəti və fəaliyyətidir.

Kredit siyasəti müəyyən iqtisadi və siyasi məqsədlərə çatmaq üçün Mərkəzi bank və dövlət tərəfindən pul-kredit sferasında həyata keçirilən tədbirlər sistemidir. Onun əsas məqsədi kreditin və pul tədavülünün vəziyyətinə tə’sir etməklə təsərüfat konyukturasını tənzimləməkdir.

Hal-hazırkı keçid dövründə biznesin inkişafında kreditin rolu əvəzedilməzdir. Milli iqtisadiyyatın yenidən qurulduğu bir zamanda ölkənin öz istehsalı olan malların xüsusi çəkisinin yüksək olması vacibdir. Buna da yalnız yerli müəssisələrin sürətli inkişafı nəticəsində nail olmaq olar. Yeni yaranan müəssisələrin vəsait çatışmamazlığını nəzərə alsaq, kreditin zəruriliyini aydın görmək olar. Beləliklə, yeni yaranmış müəssisələrin əsas və dövriyyə fondlarının maliyyələşməsi, yeni biznesin yaradılmasındakı maliyyə problemlərin aradan qaldırılmasının yeganə yolu bank kreditləridir. Bu prosesdə həm dövlət, həm banklar, həm də kredit alan tərəf maraqlıdır. Bank kredit vasitəsilə maliyyələşmə prosesi apararaq ölkə iqtisadiyyatının inkişafına kömək edir. Həm də öz sərbəst vəsaitlərini dövriyyəyə buraxaraq mənfəət əldə edir. Kredit alan subyekt isə öz təsərrüfatını quraraq həm mənfəət əldə edir, həm də vergi ödəməklə ölkədə sosial bərabərsizliyin aradan qaldırılmasında iştirak edir.


Hal-hazırda bütün bazar iqtisadiyyatlı ölkələr kimi azərbaycanda da kredit qoyuluşlarının həcmi gündən-günə artmaqdadır. Buna aşağıdakı diaqramda görmək olar:


Diaqram 1.

2.Müasir iqtisadiyyatın tənzimlənməsində pul-kredit siyasətinin rolu və əhəmiyyəti

İqtisadiyyatın davamlı inkişafı dövlətin strateji maraqları baxımından sosial-iqtisadi proseslərə müdaxiləsini obyektiv zərurətə çevirdiyindən fəal tənzimləmə siyasətindən bilavasitə asılıdır. Bu tədbirlər sistemini aşağıdakı kimi təsnifləşdirmək olar:



  • Qanunvericilik təminatı və hüquqi tənzimlənmə

  • Gəlirlərin bölgüsündə ədalətlilik

  • Qiymət siyasəti

  • Maliyyə tənzimlənməsi

  • Pul-kredit siyasəti

  • Vergi tənzimlənməsi

  • Xarici ticarət siyasəti

Bunlar hamısı birlikdə dövlət siyasəti adlanır. Göründüyü kimi dövlət siyasətinin bir hissəsi də pul-kredit siyasətidir. Pul-kredit siyasəti – istehsalın həcminin,inflyasiyanın səviyyəsini,məşğulluğun və qiymətlərinin səviyyəsini sabit saxlamaq üçün pul təklifindəki dəyişiklərdən ibarətdir. Ona görə də, inflyasiyanin hər gün artma təhlükəsi olan keçid dövrü ölkələrində pul-kredit siyasətini düzgün həyata keçirtmək daha vacibdir.

Pul-kredit tənzimlənməsi aşağıdakı obyektlərə yönəldilir.



  • İnflyasiyanın qarşısını almaq

  • Ölkənin valyutasının digər valyutalara nəzərən məzənnəsini müəyyən etmək

  • Valyuta siyasətini həyata keçirmək

  • Tədiyyə balansını tənzimləmək

Pul-kredit siyasətinin əsas ideyası iqtisadiyyatda tam məşğulluğu təmin etmək və inflyasiya olmayan bir səviyyəyə çatmağa kömək etməkdir. Pul-kredit siyasəti əsasən iqtisadiyyatı stabilləşdirmək üçün istifadə edilən pul təklifindəki dəyişikliklərdən ibarətdir. Pul-kredit siyasəti iqtisadiyyatın vəziyyətindən asılı olaraq ya kreditin stimullaşdırılmasına və pul emissiyasına(kredit ekspansiyası),ya da kredit verilməsinin məhdudlaşdırılmasına (kredit restriksiyasına) yönəldilir. Böhran dövründə Mərkəzi Bank kredit verilməsinin artırılması və faiz normasının azaldılması ilə konyukturanı canlandırmağa çalışır. Əksinə, yüksəliş dövründə isə qiymətlər qalxdığına və iqtisadiyyatda dispriporsiyalar artdığına görə Mərkəzi Bank kreditin verilməsini azaldır.

Pul-kredit siyasətinin əsas vəzifələrinə aşağıdakılar aiddir:

1)İqtisadi konyukturanıtənzimləmək və infilyasiya ilə mübarizə aparmaq.

2)Milli valyutanın məzənnəsini aparıcı dövlətlərin dönərli valyutalarına nisbətən tənzimləmək.

3)Ölkənin müsbət tədiyə balansına nail olmaq.

Dövlət tərəfindən həyata keçirilən pul-kredit siyasətini reallaşdırmaq üçün onun aşağıdakı istiqamətlərini seçirlər:

1)Dövriyyədə olan pul kütləsini tənzimləmək və infilyasiyanın səviyyəsini müəyyən etmək.

2)Dövlət üçün vacib sayıla bilən iqtisadi sabitliyə nailolmada pul-kredit siyasətinin müəyyən vaxt üçün zəruri olan metodlarının seçilməsi və tətbiqi.

3)Dövlətin cari və gələcək dövr üçün pul-kredit siyasəti sahəsində strategiyanın müəyyənləşdirmək.

4)Hər il üçün pul-kredit siyasətində tətbiq edilən tədbirlərin istiqamətlərini və müddətini dövlətin idarəedici hakimiyyət orqanları tərəfindən təsdiqləmək.

Pul-kredit siyasəti hər şeydən əvvəl investisiya xərclərinə - bununla da istehsalın və qiymətlərin səviyyəsinə - təsir göstərir. Aşağıdakı qrafik investisiya sahəsindəki dəyişikliklərin istehsala və qiymətlərin səviyyəsinə necə təsir göstərəcəyini əks etdirir.1



Diaqram 2.

Bu əyrinin demək olar ki, horizantal –Keynsçilər - hissəsində «ucuz pullar siyasəti» əsasən istehsalın həcminə və məşğulluğa təsir göstərir. Ancaq qiymətlərin ümumi səviyyəsinə təsir göstərmir. Vertikal – Klassiklər – hissədə isə «ucuz pullar siyasəti» yersizdir, çünki o inflyasiya yaradacaq, XMM-un və məşğulluğun səviyyəsi isə çox az artacaq. «Bahalı pullar siyasəti» isə əmək haqqı norması və qiymətlərin səviyyəsinin azalması planında qeyri-elastikdir.

Əgər iqtisadiyyat depressiya vəziyyətindədirsə və əyrinin horizantal - Keyns kəsiyi ilə xarakterizə olunursa, onda «ucuz pullar siyasəti» məcmu tələb əyrisini AD1-dən AD2-yə yönəldəcək. Bu da istehsalın həcminə və məşğulluğa güclü təsir göstərəcək, amma qiymətlərin səviyyəsinə heç cür təsir göstərməyəcək.

Əksinə əgər iqtisadiyyat tam məşğulluq və ya ona yaxın bir vəziyyətdədirsə, onda məcmu tələbin artırılması XMM-un və məşğulluğun səviyyəsinə çox zəif təsir göstərər ya da heç bir təsir göstərməz. Ancaq o qiymətlərin artımını təmin edəcək. Bunu qrafikdə, əyrinin vertikal hissəsində məcmu tələbin AD3-dən AD4-ə keçidində görə bilərik. Qrafikdən görünür ki, burada heç bir «ucuz pullar siyasəti»ndən söz gedə bilməz. Bu siyasət çox yüksək inflyasiya yarada bilər.

Təsəvvür edək ki, iqtisadiyyat işsizlik və qiymətlərin kəskin şəkildə enməsi ilə toqquşub. Bu zaman pul təklifini artırmaq üçün gərək kommersiya banklarının ehtiyat normalarını çoxaltmaq lazımdır. Bu halda pul-kredit siyasəti aşağıdakı qaydada həyata keçirilməlidir:

1. Federal ehtiyat bankları açıq bazarda qiymətli kağızları almalıdır. Bu obliqasiyaların alınması ehtiyat normalarının çoxalmasına səbəb olacaq.

2. Ehtiyat normaları azaldılmalıdır ki, avtomatik olaraq əsas ehtiyatlar əlavə ehtiyatlar sırasına keçsin və pul multiplikatorunun ölçüsü artsın.

3. «Uçot norması» azaldılmalıdır ki, kommersiya banklarında öz ehtiyatlarını çoxaltmaq məqsədilə federal ehtiyat banklarından borc götürməyə maraq oyansın.

Bu siyasətin əsas məqsədi krediti ucuz və asan etməkdir.Bu da birgə xərclərin və məşğulluğun həcmini qaldırır.

İndi isə təsəvvür edək ki, iqtisadiyyatda inflyasiya hökm sürür. Dövlət gərək pul təklifini azaltsın. Bunun üçün bankların ehtiyat normalarını azaltmaq lazımdır. Ona görə də pul-kredit siyasəti aşağıdakı qaydada həyata keçirilməlidir:

1. Federal ehtiyat bankları açıq bazarda qiymətli kağızları satmalıdır ki, ehtiyat normaları azalsın.

2. Ehtiyat normalarının artırılması avtomatik olaraq kommersiya banklarını əlavə ehtiyatlardan azad edir və pul multiplikatorunun ölçüsünü azaldır.

3. «Uçot normasının artırılması bankların federal bankdan borc götürməyə olan marağını azaldır.

Bu siyasətin əsas məqsədi inflyasiyanı dayandırmaq və xərcləri azaltmaq üçün pul təklifini məhdudlaşdırmaqdır.

Ümumiyyətlə pul-kredit siyasətini iki qrupa ayırmaq olar:


  • Sərt pul-kredit siyasəti

    1. qiymətli kağızların alınması

    2. aşağı faiz dərəcəsi

    3. aşağı məcburi ehtiyyat norması

  • Yumşaq pul-kredit siyasəti

    1. qiymətli kağızların satılması

    2. yuxarı faiz dərəcəsi

    3. yuxarı məcburi ehtiyyat normaları

Pul-kredit siyasətini adətən ölkənin mərkəzi bankı həyata keçirir.Məsələn, ABŞ da Federal Ehtiyat Bankları, B.Britaniyada İngiltərə bankı, Almanyada Almaniya Federal Bankı,Azərbaycanda isə Milli Bank.

ABŞ-da pul siyasətini Federal ehtiyat sistemi ilə pul dövriyyəsinə nəzarət edən orqan birlikdə həyata keçirir. Bu orqan ölkədəki bütün kredit təşkilatlarının fəaliyyətinə nəzarət edir. Bu orqanlarla yanaşı ayrı-ayrı ştatların bank departamentləri və depozit sığortasının federal şirkəti də fəaliyyət göstərir.

B.Britaniyada mərkəzi bank olan İngiltərə bankı ilə yanaşı ixtisaslaşmış kredit idarələri olan diskont evləri fəaliyyət göstərir. Diskont evlərinə İngiltərə bankı ilə kredit institutları arasında vasitəçi rolunu oynayan 8 institut aiddir. Yalnız bu institutlar Mərkəzi Bankda təkrar maliyyələşməni həyata keçirə bilər. Bu ölkədə digər kredit institutları Mərkəzi bankda təkrar maliyyələşmə ilə məşğul ola bilməz.

Almaniyada Federal bank milli kredit sistemi ilə əlaqəni özünün filial şəbəkəsi ilə yanaşı, böyük banklar vasitəsilə həyata keçirir. Bu ölkədə Federal bankın filiallarının əsas vəzifəsi kommersiya banklarının minimum ehtiyat normalarına nəzarət etmək, ərazidə yerləşən kredit institutlarının nəğd vəsaitlə təmin edilməsi və milli krilinq mərkəzləri funksiyasının icrasıdır. Bu filiallar Mərkəzi bankla kredit institutları arasında vasitəçi rolunu oynayır.

Azərbaycanda pul-kredit siyasətini Mərkəzi bank olan Milli bank həyata keçirdir. Milli bank öz siaysətini ərazi-zona idarələri(sayı 10 dur), kammersiya bankları və ixtisaslaşdırılmış maliyyə-kredit qurumları vasitəsilə həyata keçirdir. “Milli Bankı haqqında” Azərbaycan Respublikasının qanunu ilə tənzimlənir. Bu qanunun 5-ci fəsli(maddə 28-35) “Pul siyasəti” adlanır və tamamilə pul-kredit siyasətinə həsr edilib.

  1   2


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azrefs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə