Kurs: I qrup: 410 İB




Yüklə 26 Kb.
tarix29.04.2016
ölçüsü26 Kb.
ELM VƏ TƏHSİL MƏRKƏZİ TƏFƏKKÜR UNİVERSTETİ

MÖVZU: İQLİMƏ TƏSİR EDƏN AMİLLƏRİN TƏHLİLİ

TƏLƏBƏ: MƏMMƏDOVA ÜLKƏR

KURS: I


QRUP: 410 İB

İqlimə təsir edən amillərin təhlili



Azərbaycan ərazisinin müasir iqlimi bir sıra amillərin təsiri altında yaranır. Bu amillər sırasında respublika ərazisinin coğrafi mövqeyi mühüm yer tutur. Yer səthinə Güneşdən gələn radiasiyanın miqdarı birbaşa coğrafi mövqeydən aslıdır. Həmin radiasiyanın özünün yer atmosferində, eləcə də yer səthində müxtəlif dərəcədə akkumliyası, sərf edilməsi, istilik balansının kəmiyyət göstəriciləri, ümumiyyətlə iqlimin xarakteri bu passiv amildən aslıdır. Coğrafi mövqeyin iqlim əmələ gəlmədə rolu tək günəş radiyasiyasının miqdarını və radiyasiya balansını, həm də ərazinin termik şəraitini müəyyən etməklə bitmir. Coğrafi mövqe eyni zamanda ərazinin atmosferin planetar və regional sirkulyasiyası sistemində yerini müəyyən edir. Azərbaycan (eləcə də başqa dağlıq ölkələr) şəraitində iqlimə təsir edən amillərdən biri də, ölkənin relyefidir. Burada əslində relyefin müxtəlif genetik tipləri yox, konkret orohipsometrik şərait nəzərdə tutulur. Reliyef öz-özlüyündə bir iqlimyaradıcı amil kimi passiv olsa da, iqlimin bütün elementlərinin ərazi diferensiasiyası birinci növbədə ondan, yəni oroqrafik quruluşdan hipsometrik (eləcə də morfometrik) xüsusiyyətlərdən aslıdır. Bunu, sadəcə olaraq Azərbaycanın hipsometrik xəritəsi ilə iqlim elementlərinin hər birinin paylanması xəritə, yaxud sxemlərinin tutuşdurulması və müqayisəsi yolu ilə sübuta yetirmək mümkündür. Qafqaz, o cümlədən Azərbaycan şəraitində oroqrafik quruluş atmosfer dövranına da böyük təsir göstərir.

Günəş radiyasiyasının paylanması və istilik balansı. Azərbaycanın suptropik qurşaqda, həm də bu qurşağın kontinental bölməsinə keçid də yerləşməsi il ərzində respublika ərazisində günəşli günlərin sayının çox olmasına şərait yaradır. Respublikanın düzənlik sahələrində, xüsusilə Naxçıvan Muxtar Respublikasının Arazyanı düzənliklərində və Kür-Araz ovalığında günəşli saatların miqdarı daha çoxdur. Arazyanı düzənliklərdə il ərzində günəş parıltılı saatların miqdarı 2500-2800, Kür-Araz ovalığında, onu əhatə edən dağ ətəyində və yüksəkdağlıqda 2200-2500, daha çox buludlu və dumanlı günləri olan ortadağlıq qurşaqda isə 1900-2200 saata qədərdir. Tək Arazyanı dağlıq sahədə axırıncı iki göstəricinin yeri dəyişir. Yəni Naxçıvan MR dağlıq ərazisində ortadağlıq qurşaqda günəş parıltılı saatların miqdarı yüksəsdağlıq qurşaqda olduğundan artıqdır. Bu hal Talış dağlarında da müşahidə edilir. Göstərilən kəmiyyətlərin təxminən üçdə biri yay ayların payına, üçdə ikisi qalan üç fəslin payına düşür. Yay aylarında günəş parıltılı saatların miqdarı Naxçıvan düzənliyində 1000, Kür-Araz ovalığında isə 900-1000 saata çatır. Ə.Şıxlinski göstərir ki, Naxçıvan MR Arazyanı düzənliklərində il ərzində 38 gün buldlu olduğu halda, yayda günəş parıltısız olmur. Kür-Araz ovalığında ildə 59 gün günəşsiz, yayda isə 2 gün günəşsiz olur. Illik cəm radiyasiyasının miqdarı ilə günəş parıltılı saatların miqdarı arasında uyğunluq var. Azərbaycan ərazisi üçün illik cəm radiyasiyasının maksimum həddi Arazyanı vilayətdə müşahidə olunur və bu yüksəkdağlıqda 150-160 kkal/sm², ortadağlıqda isə Arazyanı düzənliklərdə 145-150 kkal/sm² təşkil edir. Respublikanın qalan geniş ərazilərində isə bu göstəricinin Kür-Araz ovalığından yüksəkdağlığa qədər dəyişməsi baş verir. Lakin bəzi səbəblərdən Böyük və Kiçik Qafqaz dağlarının yamaclarında bu dəyişmə sadəcə olaraq cəm radiasiya kəmiyyətlərinin Kür-Araz ovalığından yüksəkdağlığ istiqamətində ardıcıl artmasından ibarət deyil. Yüksəkliyə görə cəm radiasiyasının paylanmasında aydın görünən zonalıqda inversiya hallarının baş verməsi müəyyən edilmişdir. Kür-Araz ovalığında, Qobustanda və Abşeron yarımadasında illik cəm radiyasiya 130-135 kkal/sm², onu əhatə edən yüksək maili düzənliklərdə, dağ ətəyində və Samur-Dəvəçi ovalığında 125-130 kkal/sm² təşkil edir. Böyük və Kiçik Qafqaz dağlarının ən uca zirvələr zonasında illik cəm radiyasia miqdarı 140-145 kkal/sm² sm bərabərdir. Yer səthindən effektli şüalanmanın miqdarı istilik balansının hesablanması üçün zəruri göstəricilərdən biridir. Ə.Şıxlinski göstərir ki, Kür-Araz ovalığında bu, 55-56 kkal/sm², Böyük və Kiçik Qafqaz yüksəkdağlıq zonasında isə 47-48 kkal/sm² təşkil edir. Azərbaycanda bu elementin maksimal kəmiyyəti Arazyanı düzənlikdə 60-64 kkal/sm² bərabərdir. Radiyasiya balansının ərazi üzrə paylanması daha maraqlıdır. Bu mühüm iqlim göstəricisinin sanki fokusu Lənkəranın sahil ovalığı və alçaqdağlıq zonasıdır. Kür-Araz ovalığı dağətəyi zonada illik radiyasiya balansı 45-50 kkal/sm² bərabər olduğu halda, yüksəkdağlıqda 15-25 kkal/sm² qədər azalır. Ümumiyyətlə, radiyasiya balansını paylanmasında yüksəklik zonalığı özünü yaxşı göstərir. Fəsillər üzrə radiyasiya balanması miqdarının maksimum həddi yay (illik radiyasiya balansının 40%-dən çoxu), minimumu isə qış fəslinə düşür.

Atmosfer dövranı və onun Azərbaycanın iqliminə təsiri. Şimal yarım kürəsində tropiklərlə Arktika və Atlantik okeanı ilə Sakit okean arasında hakim olan böyük barik mərkəzlərin fəaliyyəti ilə bağlı olan hava axınları, bu və yaxud başqa dərəcədə Qafqazın, Xəzər dənizi regionunun, o cümlədən Azərbaycanın iqliminə böyük təsir göstərir. Azərbaycanın görkəmli sinoptik-iqlim şünası Ə.A Mədətzadə respublikamızın iqliminə aşağıda göstərilən barik mərkəzlərdən daxil olan hava kütlələrin təsirini müəyyən etmişdir: 1.Kara antisiklonu. 2.Skandinaviya antisiklonu, 3.Azor maksimumu, 4.Subtropik antisiklonu, 5.Cənub siklonları, 6.Kontinental antisiklonu, 7.Orta Asiya antisiklonu, 8.Yerli atmosfer prosesləri. Bir qayda olaraq, Arktikada və mülayim enlikləri şimal zonalarında yaranan barik mərkəzlərin Azərbaycan iqliminə təsiri ilin soyuq yarısında daha çox, tropik və subtropiklərdə yaranan mərkəzlərdən gələn hava kütlələri isə ilin isti yarısında tez-tez təkrarlanır. Kara antisiklonun təsiri, əsasən qış aylarında güclü olur. Bu zaman kontinental Arktida hava kütlələri Kara və Barens dənizləri, Qərbi Sibirin şimal-qərbi və Şərqi Avropa üzərindən keçməklər cənuba hərəkət edir və Xəzər üzərinə, Zaqafqaziyaya daxil olur. Bunun üzərində böyük məsafə qət edən bu hava kütlələri transformasiyaya uğrayaraq mülayim enlikləri soyuq kontinental hava kütləsinə çevrilir. Lakin, bəzi hallarda kontinental Arktik hava kütlələri Xəzər regionuna və Azərbaycana az dəymiş halda gəlib çatır. Bu zaman Şərqi Zaqafqaziyada, xüsusilə onun şimal-şərqində, Abşeronda hava şəraiti kəskin pisləşir, çovğun baş verir, şaxta düşür. Qışda və payızın axırında kontinental arktika havası Azərbaycana hərəkət edərkən Xəzər dənizi üzərindən keçir və dənizin təsiri ilə onun temperaturu 5-6° qalxır. Ilin bütün fəsillərində Skandinaviya barik sahəsində dəniz arktika hava kütlələri Qafqaza və Xəzər dənizi regionuna daxil olur. Bu hava kütlələri Şərqi Avropanın geniş düzənlikləri üzərindən keçərkən tronsformasiyaya məruz qalır və mülayim enliklərin soyuq kontinental havasına çevrilir. Qışda dəniz arktika hava kütləsi böyük sürətlə Xəzər üzərinə və Azərbaycana daxil olan zaman çox güclü qasırğalar və çovqunlar baş verir. Buna görə dəniz arktika hava kütləsi Azərbaycana daxil olduqda hava şəraiti kəskin pisləşir. Isti dövürdə, xüsusi ilə yayda dəniz arktida hava kütlələri Azərbaycana və Xəzər dənizinə çatana qədər daha çox transformasiyaya uğrayır. Azor maksimumu Şərqi Zaqafqaziyadan nə qədər uzaqlarda yerləşsə də, istər qışda, istərsədə yayda Cənubi, Orta və Şərqi Avropanın, həmçinin Qafqazın iqliminə təsir edir. Bu təsirin xarakteri ilin fəsillərindən aslı olaraq dəyişir. Qışda Azor maksimumundan şərqə yönələn hava kütlələri Atlantik okeanın şimal hisəsindən materikə daxil olub, şərqə hərəkət edir. Bu Azor antisiklonunun şimal trayektoriyasıdır. Adətən, qışda Azor maksimumun təsiri ilə Şərqi Avropa üzərindən keçən və bu istiqamətdə hərəkət etdikcə soyuyan hava kütlələridə Xəzərə və Azərbaycana daxil olduqda hava şəraitini çox pisləşdirir. Ilin isti yarısında Azor maksimumundan şərqə yönələn hava kütlələri Biskay körfəzindən quyuya daxil olaraq, Mərkəzi Avropadan Ukraniya, Şimali Qafqaz və Xəzər vasitəsi ilə Azərbaycana xeyli isinmiş halda çatır. Yayda isə bu maksimumun tərəfdən gələn havalar çox hallarda Aralıq və Qara dənizlər, eləcə də Qərbi Zaqafqaziyadan keçərək Azərbaycana adətən isti və rütubətli hava kütlələri kimi gəlir. Aralıq dənizi, Mesopotomiya, Ön Asiya yaylaları üzərindən tək-tək, yaxud dalbadal gələn siklomlar qışda Xəzər üzərində və Azərbaycan ərazisində dəyişgən hava şəraiti yaradır. Bu zaman şimaldan kontinental, yaxud Kara antisiklonu hava kütləsinin Azərbaycana daxil olması havanın güclü soyuması ilə müşayət olunur.

Kontinental və Orta Asiya antisiklonlarının Azərbaycanın iqliminə təsiri aşağıdakı şəraitlərdə baş verir. 1-Yüksək təzyiq vilayəti Qərbi Sibir və Qazaxıstan üzərində yerləşdikdə, 2- yüksək təzyiq vilayəti Şərqi Avropa düzənliyinin cənub hissəsi üzərində yerləşdiyi zaman, 3- cənub siklonları Şərqi Zaqafqaziya və Orta Xəzərə çıxdıqda, Orta Asiya antisiklonundan qərbə yönələn hava kütlələri Xəzər üzərindən keçərək Azərbaycanın şərq regionlarına daxil olur. Ilin soyuq yarısında daha çox təkrarlanan birinci və ikinci şəraitdə Azərbaycanda havalar, Kara və Skandinaviya antisiklonlarının daxil olması zamanı yaranan hava şəraitinə çox bənzəyir. Üçüncü halda isə, yəni Orta Asiya antisiklonundan gələn hava kütlələri Azərbaycana daxil olduqda, hava şəraiti bütün yuxarıda göstərilən barik mərkəzlərin yaratdığı şəraitdən kəskin fərqlənir. Qışda, tək-tək halları çıxmaqla, ilin isti dövründə isə hər dəfə Orta Asiyadan daxil olan isti, tozlu, quru hava kütlələri temperaturun artmasına səbəb olur. Yerli atmosfer proseslərinin də iqlimə müəyyən təsiri var. Bu



Proseslər Xəzər dənizi və Qafqaz üzərində yüksək təzyiq sahəsi, yaxud o qədərdə aydın seçilməyən barik sahə mövcud olduqda özünü göstərir. Bu proseslərin mahiyyəti ondan ibarətdir ki, Qafqaz və Xəzər üzərində dövran edən hava kütlələrinin bu regionda çox qalması nəticəsində həmin hava kütlələri səth örtüyü təsirindən aslı olaraq öz ilkin xassələrini dəyişir və yerli şəraitə uyğun, yeni xassələrə malik olur. Ilin soyuq yarısında Arktika hava kütlələri daxil olduqda və bu regionda çox qaldıqda yüksək təzyiq sahəsi yaranır, böyük çökəklik sahələrdə temperatur aşağı düşür. Atmosfer proseslərinin yuxarıda göstərilən tiplərinin bir çoxuna Xəzər dənizi böyük təsir göstərir. Bu təsir şimal səmtlərindən qışda Azərbaycana daxil olan havaların sərtliyinin bir qədər yumuşulmasında, yayda isə isdi və quru hava kütlələrinin xeyli mülayimləşməsində və rütubətlənməsində özünü göstərir. Müxtəlif barik mərkəzlərdən Qafqaza, Xəzər üzərinə və Azərbaycana gələn hava kütlələrinin Azərbaycannın iqliminə təsiri bütün fəsillərdə eyni dərəcədə olmur. Qış aylarında, başqa fəsillərlə müqayisədə Azərbaycana Kara İskandinaviya və kontinental antisiklonların təsiri daha güclü olmaqla adətən havanın temperaturunu aşağı salır. Soyuq hava kütlələri Azərbaycana daxil olarkən burada hava cərəyanı çox zəifləyir və yüksək təzyiq sahəsi yaranır, gecələr havanın radiosion soyuması baş verir və temperatur çox aşağı düşür. Qışda Azor maksimumun Azərbaycan iqliminə təsiri başqa fəsillərə nisbətən zəif olur. Yayda Qafqaz və Xəzər dənizi üzərində baş verən atmosfer prosesləri, əsasən qərb və cənub barik mərkəzlərinin təsiri altında və yerli şəraitdə bura daxil olan hava kütlələrinin transformasiyası nəticəsində baş verir. Yayın əsas ikinci yarısında isə tropik hava kütlələrinin Zaqafqaziya və Xəzər dənizinə çıxması daha çox təkrarlanır. Bununla yanaşı dayanaqlı sinoptik şəraitdə Azərbaycanın düzənlik və dağətəyi regionları çox qızdığına görə tropik hava kütləsi yerli hava kütləsinə çevrilir və havalar çox isti keçir. Atmosfer proseslərinin göstərilən ümumi və ildən ilə az tərədüdlə təkrarlanan xarakter sxemi hərdən bir pozulur. Anomal proseslər baş verir. Bu proseslər ya qış fəslində ümumiyyətlə ilin soyuq yarısında Azərbaycana soyuq hava kütlələrinin daxil olmasını şərtləndirən şimal antisiklonlarının çox zəif inkişaf etməsi, yaxud da həddən artıq fəallaşması nəticəsində baş verir. Maraqlıdır ki, 1948 -1949 – cu ilin ekstremal soyuq keçən qış fəslində mütləq minumum temperatur çox illik orta qış temperaturunda 5-7° c-ə qədər yüksək olmuşdur. Ekstremal soyuq qışda bir qayda olaraq, yağmurlar yalnız qar halında düşür. Nadir hallarda isə Xəzər dənizinin şimalından qərb sahil akvatoriyası ilə buzlar cənuba hərəkət edir, Abşeron yarımadasının şimal sahillərinə qədər dəniz buzla örtülür. Bu proseslər ekvatoriyanın təsərüfatında böyük çətinliklər yaratmaqla, neft buruqları estakadalar və başqa dəniz təsərüfatı obyektləri üçün çox böyük təhlükə yaradır.





Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azrefs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə