Kurs: 3-cü Qrup: 928




Yüklə 49.01 Kb.
tarix24.04.2016
ölçüsü49.01 Kb.
FƏRDİ

İŞ
İхtisas: ƏMM və TESİ

Mövzu: Transsərhəd daşımalarının şəhərlərin ekologiyasına təsiri

Kurs: 3-cü

Qrup: 928

Tələbə: Mehdiyeva Gülnara

BAKI 2009

Hər bir fəaliyyət sahəsi (qeyri-istehsal sahələri istisna olmaqla) atmosferə, su hövzələrinə külli miqdarda tullantılar atır, kəndə təsərrüfatı sahələrində, хüsusilə pestisidlərdən istifadə nəticəsində üzvi çirkləndiricilər, kimyəvi çirkləndiricilər mühitə atılarıq bir sıra problemlər yaradır. Ekoloji vəziyyətinə və atılan tullantıların tərkibinə görə şəhərlərdə insan fəaliyyətinin əsas sahələri olmaqla problemli şəhərlər kimi sayılır. Müasir dövrdə şəhərlərdə neft-qpaz istismarı və emalı, maşınqayırma, kimya, energetika, tikinti materialları sahələri olmaqla yanaşı, intensiv nəqliyyat əlaqələri də fəaliyyət göstərir. Belə zəngin şəhər əmələgətirən amillər və tariхən şəhərlərə хidmət edən sahələrin formadlaşması mürəkkəb, özünəməхsus şəhərsalma strukturu yaratmışdır. Aparılan təhlillər göstərir ki, bu fəaliyyət sahələrindən ətraf mühitə atılan tullantıılar istər regional, istər sə də qlobal miqyasada qarşısı alınmaz problemlər yaradır. Bu mənbələrdən atılan tullantıların bir qismi qaz halında (ən çoх nəqliyyat sahələrində – bəzən 65-70% qədər) atmosferə qalхaraq hava kütlələri vasitəsilə başqa ərazilərə daşınır. Belə daşımalar adətən transsərhəd daşımaları adı ilə qeyd edilir. Bu daşımalar iki yolla - hava və su vasitəsilə daşınır.

Su vasitəsilə daşınan tullantılara bariz misal olaraq Kür çayının Gürcüstan və Ermənistan ərazisində çirklənməyə məruz qalaraq Azərbaycana daşınmasını göstərmək olar. Gürcüstan və Ermənistan ərazilərində Kür çayı və onun əsas transsərhəd qollarında yaranmış ekoloji gərginlik nəticəsində bu çayların axımı ilə il ərzində külli miqdarda həll olunmuş kimyəvi birləşmələr və çirkləndirici maddələr ölkənin ərazisinə gətirilir. Gürcüstan və Ermənistan ərazilərində Kür çayı və onun əsas transsərhəd qollarında yaranmış ekoloji gərginlik nəticəsində bu çayların axımı ilə il ərzində külli miqdarda həll olunmuş kimyəvi birləşmələr və çirkləndirici maddələr ölkənin ərazisinə gətirilir. Kür, Araz və onların transsərhəd çaylarının suyunun keyfiyyətinə Gürcüstan və Ermənistan ərazilərindən bu çaylara külli miqdarda atılan çirkab suları yüksək dərəcədə mənfi təsir göstərir. Ölkə iqtisadiyyatının müxtəlif sahələrində, o cümlədən, əhalinin içməli su ilə təminatında istifadə olunan suyun ümumi həcminin 75 faizə qədərini Kür çayı və onun qollarının suyu təşkil etdiyini nəzərə alaraq, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf mühit üzrə Milli Nəzarət Departamenti tərəfindən uzun illər ərzində Kür, Araz və bir sıra orta və kiçik çaylarda, suyun vəziyyətini öyrənmək məqsədilə, mütəmadi müşahidələr aparılır.

Kür çayının suyu Gürcüstan ərazisində yüksək dərəcədə antropogen təsirə məruz qalır və onun keyfiyyəti sanitar normaların tələblərinə cavab verməyən vəziyyətdə Azərbaycan ərazisinə daxil olur. Ölkənin əsas iri çayları hesab olunan Kür və Araz qonşu dövlətlərin ərazilərində həddindən artıq çirklənməyə məruz qaldıqlarından bu çaylarda suyun keyfiyyətinə nəzarət olunması daim diqqət mərkəzində saxlanılır. Uzun illər ərzində Ermənistan ərazisində dağ-mədən, energetika, kimya, maşınqayırma və kommunal təsərrüfatı müəssisələrinin çirkab suları Arazın əsas qolları: Razdan, Aqarak, Oxçuçay çaylarına axıdılır və onlar vasitəsilə Araz çayının suları yüksək dərəcədə çirklənməyə məruz qalır. Çayın suyunun yüksək səviyyədə çirklənməsi ölkə ərazisində də bu səviyyədə qalır.

Araz çayının mənsəbində fenolların qatılığı normadan 13 dəfə, metallardan - 9 dəfə, sulfatlarla zənginləşmə - 6 dəfə və minerallaşma 25-35 faiz yüksəkdir.

Qanıx (Alazan) çayı Kürün transsərhəd qollarından biridir. Bu çay əsasən Gürcüstan ərazisində çirklənməyə məruz qalır. Çayın Əyriçay ilə qovuşan hissəsində çirkləndirici maddələrin qatılığı, metallardan mis konsentratları 4-8 dəfə çoxdur, digərləri isə (Hg2+, ümumi xrom Cr, Cr6+, Hi2+, Pb2+, V5+, Mo6+, Co2+, Cd2+, Sn2+, Al3+, Mn2+, Ti3+, Bi3+) norma daxilində, fenollar 4-8 dəfə, neft məhsulları normadan 2 dəfə çoxdur.

Ağstafaçay Kür çayının transsərhəd qollarından biri olaraq, Ermənistan ərazisində çirklənməyə məruz qalır.

Aparılan müşahidələr göstərir ki, bu çayın suyunun tərkibində fenolların qatılıqları normanı 7-18 dəfə, metallardan mis 6-9 dəfə çoxdur, digər metallar norma daxilindədir, neft məhsulları 3 dəfə və sulfatlar 2 dəfə normadan yüksəkdir.

Kür çayının transsərhəd qollarından olan Qabirri (İori) çayında fenolların qatılıqları normanı 7-11 dəfə, metallardan mis 3-6 dəfə ötür, digər metallar norma daxilində olsa da, neft məhsulları normadan 1 dəfə çoxdur.

Transsərhəd çayların çirklənməsinə dair. Regionda ətraf mühitin mühafizəsi ilə əlaqəli problemlərin əsasını su ehtiyatları ilə bağlı məsələlər təşkil edir. Ölkənin su ehtiyatlarına olan tələbat və çirklənmədən mühafizə edilməsi başlıca strateji təhlükəsizlik tədbiri kimi qarşıda durur.

Ölkə Cənubu Qafqaz su tranzitinin aşağı axarında yerləşməklə, ən çox çirkləndirici təsirə məruz qalır və çay axımının 70 faizi sərhəd hüdudlarından kənarda formalaşır. Çay axınlarının əsas hissəsi Türkiyə, Gürcüstan, Ermənistan və İran ərazilərindən keçərək Azərbaycana daxil olur.

Azərbaycan ərazisinin ¾ hissəsi ölkənin ən böyük su arteriyası olan Kür çayı hövzəsinin aşağı relyefində yerləşdiyindən, çayların qonşu dövlətlərin ərazisində çirklənməsi ekoloji gərginlik yaradır. Kür çayı hövzəsinə Ermənistan ərazisindən ildə, orta hesabla, 350 mln. m3, Gürcüstan ərazisindən isə ildə, orta hesabla, 330 mln. m3 çirklənmiş su axıdılır və bunun nəticəsində Kür çayının ağır metallar, fenollar, neft məhsulları və s. zərərli maddələrlə çirkləndirilməsi müşahidə edilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin müvafiq qurumları tərəfindən Azərbaycanda ətraf mühiti və təbii ehtiyatlara nəzarət çərçivəsində yerüstü suların və transsərhəd suların çirklənməsinə nəzarət edir. Bu məqsədlə əhalinin təhlükəsizliyinin təmin edilməsində transsərhəd çaylarda təhlükəli çirkləndiricilər üzərində nəzarətin həyata keçirilməsi mühüm əhəmiyyət kəsb edir. Bu məqsədlə nazirliyin Ətraf mühiti üzrə Milli Nəzarət Departamentinin tranzit çay axınları üzərində apardığı müşahidələr nəticəsində müəyyən edilmişdir ki, daxil olan tranzit axınlarının çoxu bir sıra ağır fəsadlar törədə biləcək inqridientlərlə (vasitələrlə) çirkləndirilir. Belə çirkləndirici vasitələr içərisində fenollar və mis birləşmələri xüsusi yer tutur. 2005-ci ildə aparılmış təhlillər Ermənistan ilə sərhəd zonalarda Araz çayında fenolların miqdarının 8-10 dəfə, mis birləşmələrinin 6-8 dəfə, Ağstafaçayda, müvafiq olaraq, 4-9 dəfə və 7-11 dəfə yol verilən qatılıq hədlərindən (YVQH) çox olduğu müəyyən edilmişdir.

Hazırda Azərbaycanın bütün tranzit çayları yuxarı axarlarında güclü çirkləndirici təsirə məruz qalır. Bunu da çox təhlükəli ekoloji meyl kimi xarakterizə etmək olar.

Azərbaycan ərazisinin 20 faizi Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunduğu indiki halda Kür çayı hövzəsinin çirklənməsi barədə dəqiq məlumatlar əldə etmək də çətinləşmişdir.


2008-ci il üzrə transərhəd çaylarda aparılan monitorinqin nəticələri

İnqredi

yentlər


Ölçü vahidi

YVQ
H

Su obyektləri

Kür çayı Şıxlı-2 məntə

qəsi


Araz çayı

Ağsta

façay


Ağsta

façay su anbarı



Hora

diz məntə

qəsi


I Şahse

vən məntə

qəsi


Bəhram

təpə məntə

qəsi


Həll olmuş O2

mq/l

6

4,62

5,46

5,33

5,38

5,11

5,38

NH4

mq/l

0,39

0,235

0,15

0,13

0,12

0,544

0,665

Codluq

mq-ekv/l

7,0

4,94

6,17

6,15

6,18

8,6

8,8

Kad-

mium Cd²+



mkq/l

5

0,253

0,56

0,54

0,51

0,261

0,25

Qurğu

Şun Pb²+


mkq/l

100

48

50

50

50

45

50

Neft məh

sulları


mq/l

0,05

0,07

0,05

0,05

0,05

0,05

0,06

Mis0\rləş

mələri


mq/l

1,0

8,5

2,7

2,2

2,1

1,12

2,4

Fenol

lar


mq/l

0,001

0,003

0,004

0,003

0,002

0,001

0,002

Atmosfer havasının çirklənməsi və hava kütlələri vasitəsilə digər ərazilərə daşınması:

Bu gün inkişaf etmiş ölkələrin sənayesinin atdıьı tullantılar birbaşa atmosfer havasını çirkləndirir. Aerozol, tüstü, fenollar atmosfer sirkulyasiyası vasitəsilə digər ərazilərə daşınır. Məsələn, Finlandiya ərazisində baş verən yanьınların tüstüsü ətraf ölkələrin də ərazisinə yayılır. Adətən, hava kütlələri zərərli maddələri nisbətən az çirklənmiş bölgələrə daşıyır. Hal-hazırda sənaye ölkələrinin tullantıları atmosfer dövranı nəticəsində Antarktida üzərinə qədər gəlib çatmışdır.

Havanı daha çoх çirkləndirən mənbə hazırda nəqliyyat vasitələri, хüsusən avtomobillərdir. Nəqliyyat ətraf mühitə, yəni insanların həyatına güclü təsir göstərir. Şəhərlər böyüdükcə nəqliyyat problemi kəskin hal alır. Bəzi şəhərlərdə onların buraхdıьı qazlar hava çirkləndirən qazların 68-80%ni təşkil edir. Əvvəllər buna əhəmiyyət verilmirdi, çünki avtomobillərin sayı az olduьundan bu, ətraf mühit üçün o qədər də qorхulu sayılmırdı.



Dünya avtomobil mühərriklərinə hər il 2 milyard tondan çoх neft yanacaьı işlədilir. Bu zaman faydalı iş əmsalı orta hesabla 23% təşkil edir. Qalan 77% ətraf mühiti qızdırmaьa gedir.

Hava nəqliyyatı da hazırda havanı çirkləndirən mənbə hesab olunur.


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azrefs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə