Kurikulum islahatı: reallıqlar və perspektivlər




Yüklə 128.93 Kb.
tarix22.02.2016
ölçüsü128.93 Kb.
Kurikulum islahatı: reallıqlar və perspektivlər
Təhsil Nazirliyinin 10 noyabr 2009-cu il tarixli 11/686 nömrəli əmrinə əsasən yeni fənn kurikulumlarının tətbiq olunduğu siniflərdə təlimin təşkili məsələlərini öyrənmək, müəllimlərə və məktəb rəhbərlərinə əməli köməklik göstərmək üçün respublikanın müxtəlif bölgələri əhatə olunmaqla Gəncə, Mingəçevir şəhər, Bərdə, Şəmkir, Balakən, Salyan, Beyləqan, Yardımlı, Qusar, Saatlı, Gədəbəy, Biləsuvar, Oğuz və Siyəzən rayonlarına bir qrup mütəxəssis ezam olunmuşdur. Kurikulum siyasətinin həyata keçirilməsi ilə bağlı 2009-2010-cu tədris ili üçün ŞTİ/RTŞ, eləcə də, seçmə yolla bir neçə məktəb rəhbərləri və ibtidai siniflər üzrə metodbirləşmə sədrlərinin fəaliyyət planları təhlil edilmişdir. İbtidai sinif müəllimlərinin illik və cari planlaşdırmaları nəzərdən keçirilmiş və təlimin təşkilinə verilən müasir tələblər baxımından I-II siniflərdə dərslər müşahidə edilmiş, şagird nailiyyətlərinin qiymətləndirilməsi vəziyyəti öyrənilmişdir.

I. mövcud vəziyyət: nailiyyətlər, problemlər
Araşdırmalar göstərdi ki, təhsil şöbələrinin, metodkabinetlərin və məktəblərin fəaliyyət planlarında kurikulum siyasətinin tətbiqi ilə bağlı bir sıra əhəmiyyətli tədbirlər nəzərdə tutulmuş və həyata keçirilmişdir. Belə ki, Milli Kurikulum və fənn kurikulumlarının pedaqoji kollektivlərdə öyrənilməsi məqsədi ilə elmi-metodik konfranslar, seminarlar, dəyirmi masalar və digər tədbirlər təşkil edilmişdir. Təlimin müasir tələblərə uyğun təşkilində qarşıya çıxan problemlərlə bağlı yerlərdən Təhsil Nazirliyinə, Təhsil Problemləri İnstitutunun Kurikulum Mərkəzinə müraciətlər edilmişdir. Pedaqoji proses iştirakçılarının maarifləndirilməsi məqsədi ilə yerli qəzetlərin kurikuluma həsr olunmuş xüsusi buraxılışları nəşr edilmiş, “Kurikulum” elmi-metodik jurnalının müəllimlərə çatdırılması təşkil olunmuşdur. Mingəçevir şəhər R.Muradov adına “Texniki-humanitar” liseydə dərc edilən “Ünsiyyət” məktəb qəzetinin xüsusi buraxılışı kurikulum islahatına həsr olunmuşdur. Salyan, Şəmkir, Oğuz, Gəncə məktəblərində “Kurikulum guşə”ləri yaradılmışdır. Həmin güşələrdə kurikuluma aid metodik ədəbiyyat, nümunəvi dərslərin DVD versiyaları, elektron dərs nümunələri, tədbirlərdə çəkilmiş fotoşəkillər, kurikulumla bağlı müxtəlif tədbirləri rəsmiləşdirən sənədlər yerləşdirilmişdir. Kurikulumun tətbiqi vəziyyətini öyrənmək məqsədi ilə RTŞ metodistləri və məkrəb metodbirləşmə sədrləri tərəfindən İ-İİ siniflərdə dərslər dinlənilmiş, eləcə də müəllimlərin qarşılıqlı dərsdinləmələri təşkil edilmişdir. Şəmkir rayonunda fənn kurikulumlarını tətbiq edən M.Füzuli adına şəhər orta məktəbinin I sinif müəllimi Əmrahova Sevinc və Düyərli 2 nömrəli orta məktəbin II sinif müəllimi İlhamə İbrahimovanın iş təcrübəsini yaymaq məqsədilə dərslər videoyazıya alınmış, rayonun dıgər məktəblərində nümayiş etdirilmiş və müzakirələr aparılmışdır.

Qiymətləndirmə konsepsiyası əsasında hazırlanmış “Ümumtəhsil məktəblə­rində məktəbdaxili qiymətləndirmənin aparılması qaydaları”nın İ-İİ siniflərdə tətbiqi ilə bağlı müəllim və məktəb rəhbərlərinin iştirakı ilə geniş müzakirələr keçirilmişdir. Fənn kurikulumlarının tətbiqi və qabaqcıl təcrübənin öyrənilməsi məqsədilə yerlərdə dayaq məntəqələri təşkil olunmuş, nazirliyin apardığı treninqlərdə aşağı nəticələr göstərən müəllimlərin “əla” və ya “yaxşı” nəticələr nümayiş etdirən müəllimlər tərəfindən təlimatlandırılması təşkil edilmişdir.

Yeni fənn kurikulumlarının tətbiqi ilə bağlı valideynlərin maarifləndirilməsi kurikulum siyasətinin ictimaiyyət tərəfindən dəstəklənməsi baxımından böyük əhəmiyyət daşıyır. Bu məqsədlə Gəncə, Mingəçevir, Şəmkir, Salyan, Oğuz, Beyləqan şəhər və rayonlarının orta məktəblərində «Açıq qapı» günləri keçirilmişdir. Mingəçevir şəhərində R.Muradov adına “Texniki-humanitar” liseydə bu tədbirin bir qayda olaraq hər həftənin şənbə günü keçirilməsi təqdirəlayiq hal kimi dəyərləndirilmişdir.

Kurikulumun tətbiqi vəziyyəti araşdırılan şəhər və rayonlarda peşəkarlıq baxımından müxtəlif səviyyəli müəllimlərin dərsləri dinlənilərkən onların öyrənmə həvəsi, məsuliyyətliliyi, yaradıcılığa meyilliliyi müşahidə edilmişdir. Onlar arasındakı sağlam rəqabət, işgüzarlıq, müşavirə və müzakirələrdə göstərdikləri fəallıq kurikulum islahatının dəstəklənməsindən xəbər verir. Dərsləri müşahidə edilən aşağıda adları qeyd edilən müəllimlər öz peşəkarlığı ilə seçilirdi:



  • Gəncə şəhəri 5 nömrəli şəhər orta məktəbin İİ sinif müəllimi Nafilə Cəfərova;

  • Mingəçevir şəhəri R.Muradov adına “Texniki-humanitar” liseyin İİ sinif müəllimi Mahiyə Məmmədova və İ sinif müəlimi Elnarə Əfəndiyeva;

  • Şəmkir rayonu M.Füzuli adına şəhər orta məktəbin İ sinif müəllimi Sevinc Əmrahova, Düyərli 2 nömrəli orta məktəbin İİ sinif müəllimi İlhamə İbrahimova;

  • Beyləqan rayonu 2 nömrəli şəhər orta məktəbin İİ sinif müəllimi Nailə Məmmədova;

  • Qusar rayonu 6 nömrəli orta məktəbin I sinif müəllimi Maya Fərzəliyeva;

  • Siyəzən rayonu şəhər 6 nömrəli orta məktəbin II sinif müəllimi Tatyana Səlimova;

  • Oğuz rayonu Kərimli kənd orta məktəbin müəllimi Çimnaz İsmayılova, 1 saylı şəhər orta məktəbin müəllimi İqlimə Salamova;

  • Bərdə rayonu 8 nömrəli orta məktəbin II sinif müəllimi Nərgiz Həsənova, Şirvanlı kənd orta məktəbin II sinif müəllimi Rəhilə Hacıyeva.

Müəllimlər dərslərdə məzmun standartlarından çıxış edərək təlimin məqsədini, ona əsasən dərsin forma və üsullarını, təlim tapşırıqlarını, qiymətləndirmə meyarlarını və vasitələrini müəyyənləşdirmiş, tərtib etdikləri cari planı reallaşdırmağa nail olmuşlar. Dinlənilmiş dərslər bütün şagirdlərin təlimə fəal şəkildə cəlb edilməsi, onların idraki, ictimai və fiziki inkişafının təmin olunması və lazmı səviyyədə stimullaşdırılması baxımından təlimin təşkilinə verilən tələblərə cavab verir.

Sevinc Əmrahovanın təlimi təşkil edərkən İKT-nin imkanlarından pedaqoji məqsədlər üçün peşəkarlıqla istifadə etməsi yüksək qiymətləndirilmiş və həmin dərsin DVD nümunəsi www.kurikulum.az portlında yerləşdirilmişdir.

Araşdırmalar zamanı o da məlum olmuşdur ki, fənn kurikulumlarının tətbiqində əldə edilmiş nailiyyətlərlə yanaşı, bir sıra nöqsanlara yol verilmişdir. Belə ki, şəhər və rayon təhsil şöbələrinin fəaliyyət planlarında fənn kurikulumlarının tətbiqi ilə bağlı nəzərdə tutulmuş məsələlər metodkabinet, ümumtəhsil məktəblərinin və məktəb metodbirləşmələrinin fəaliyyət planlarında sistemli şəkildə öz əksini tapmamaış, varislik gözlənilməmişdir. Eləcə də, tədbirlərin icra vaxtı qarşıya qoyulmuş məqsədə uyğun müəyyənləşdirilməmişdir

Təlimin müasir tələblərə uyğun təşkilində qarşıya çıxan problemlərlə bağlı təhsil şöbəsi və məktəb rəhbərləri, müəllimlər tərəfindən Təhsil Nazirliyinə, Təhsil Problemləri İnstitutunun Kurikulum Mərkəzinə müraciət edilməsi təqdirəlayiqdir. Bu, təhsil işçilərinin öz işinə məsuliyyətli yanaşmalarının göstəricisidir, lakin bütün müəllimlərin Təhsil Nazirliyinin və Kurikulum Mərkəzinin əməkdaşlarına lazım olan anda müraciət etməsi imkan xaricindədir. Bu səbəbdən onların zəruri informasiyalarla vaxtında təmin olunmasında ciddi çətinliklər yaranır. Bu kimi problemlər işin sistemsiz təşkil olunmasından irəli gəlir.

Təhsil Nazirliyinin 46-14-7110/16 nömrəli 08.10.2008-ci il tarixli təlimati məktubunda ibtidai siniflərdə ingilis dili və informatika fənləri istisna edilməklə, qalan fənlərin bir neçə müəllim arasında bölüşdürülməsinin zərərli təcrübə olduğu göstərildiyi halda, bəzi rayonların ibtidai siniflərində dərs saatlarının 2 və ya 3 müəllim arasında bölüşdürüldüyü müşahidə edilmişdir. Digər tərəfdən musiqi, texnologiya, təsviri incəsənət dərsləri dinlənilən zaman onların kifayət qədər peşəkarlıq nümayiş etdirə bilməmələri aşkar edilmişdir. Sinif müəllimlərinin notları tanımaması, musiqi duyumunun olmaması və bu səbəbdən mahnını düzgün oxuya bilməməsi, yapma və rəsm çəkmə bacarıqlarının yüksək səviyyədə olmaması təlimin keyfiyyətinə təsir göstərir.

Monitorinqlər zamanı məlum oldu ki, kurikulum islahatı ilə bağlı məktəb rəhbərləri kifayət qədər məlumatlı olmadığından fənn kurikulumlarının tətbiqinin idarəedilməsində bir sıra nöqsanlara yol vermişlər. Belə ki, islahatın reallaşdırılması üçün məktəbin bütün maddi-texniki imkanları səfərbər edilməmiş, kurikulum tətbiq edilən siniflərdə dərs deyəcək müəllimlərin seçimi düzgün aparılmamış, tətbiqə nəzarət və dəstəyin təmin olunması lazımı səviyyədə həyata keçirilməmişdir. Nəticədə perspektiv və cari planlaşdırmanın aparılmasında, yeni fənn kurikulum­la­rının tələbləri baxımından təlimin təşkilində, eləcə də məktəbdaxili qiymətləndirmənin həayat keçirilməsində müəllimlərin fəaliyyətin­dəki mövcud problemlər vaxtında müəyyən edilməmiş və aradan qaldırılması üçün qabaqlayıcı tədbirlər görülməmiş, sinif jurnallarında, məktəbli kitabçalarında müxtəlif xarakterli nöqsanlara yol verilmişdir.

İbtidai siniflər üzrə metodbirləşmələrin fəaliyyəti məktəb rəhbərləri və RTŞ metodisti ilə əlaqələndirilmədiyindən, vaxtında lazımı istiqamətlər verilmədiyindən müəllimlərin işində bir sıra nöqsanlar müəyyən edilmişdir. Nəticədə müəllim üçün vəsaitdəki dərs nümunələri bir çox hallarda müəllimlər tərəfindən ehkam kimi qəbul edilmiş, həmin nümunələrə yaradıcı yanaşılmamış və bu səbəbdən də onlar tərəfindən cari planlaşdırma aparılmamışdır. Müəllim üçün vəsaitdə verilmiş perspektiv planlaşdırma, eləcə də “İ-İİ siniflərdə tədris olunan fənlər üzrə nümunəvi illik tematik planlaşdırma (2009/2010)” adlı metodik vəsait məktəb rəhbərləri tərəfindən möhürlə təsdiqlənmiş, bununla da müəllimlərin işə yaradıcı yanaşmaları məhdudlaşdırılmışdır.

Məktəblərdə müəllimlərin təcrübə mübadiləsi zəif təşkil edilmiş, bəzilərində isə bu istiqamətdə heç bir işin aparılmadığı aşkar edilmişdir.

Cari dərs planında bir neçə məzmun standartının reallaşdırılma­sı nəzərdə tutulsa da, onlardan bir və ya ikisi təlim məqsədinə gətirilmişdir. Məzmun standartları seçilərkən onların bilik və bacarıqalr baxımından uyğunluğuna lazımı əhəmiyyət verilmədiyindən əlaqəli təlim məqsədlərinin müəyyənləşdirilməsində müəllimlərin çətinlikləri müşahidə edilmişdir. Belə problemlər dərs ilin sonunda şagirdərin təlim nailiyyətlərində ciddi boşluqların baş verməsinə gətirib çıxara bilər.

Məktəbdaxili qiymətləndirmənin aparılmasına dair qiymətləndirmə vasitələri­nin hazırlanmasında əksər müəllimlərin təcrübəsizliyindən nöqsanlara yol verilmişdir. Təlim məşğələlərində bu məsələlərə xüsusi yer verilməsinə baxmayaraq, onlar yalnız dərsliklərdə təqdim edilən test və tapşırıqlardan istifadə etməklə kifayətlənir, diaqnostik, formativ və summativ qiymətləndirmə aparmaq üçün vasitələr hazırlamağa təşəbbüs göstərmirlər.

Kurikulumun nəzəri və tətbiqi məsələləri ilə bağlı metodik ədəbiyyatın çap olunub yerlərə çatdırılmasına baxmayaraq, müəllimlər peşəkarlıqlarının artırılması istiqamətində kifayət qədər səy göstərməmişlər.

Dərsi təşkil edərkən müvafiq forma və üsullar seçməkdə də müəllimlərin fəaliyyətində bir sıra çətinliklər müşahidə edilmişdir. Təlim prosesində şagirdlərin fərdi xüsusiy­yətləri, maraq və ehtiyacları lazımı səviyyədə nəzərə alınmadığından, müxtəlif variantlı tapşırıqlardan istifadə və şagirdlərə diferensial yanaşma təmin olunmamışdır.

Mövcud əyani vəsaitlərdən səmərəli istifadə edilməmiş, digər tərəfdən onların hazırlanması üçün kifayət qədər təşəbbüs göstərməmişlər.

.
II. Problemlərin aradan qaldirilmasi yolları


2.1. ŞTİ, RTŞ və məktəb rəhbərlərinin

fəaliyyətindəki problemlərlə bağlı tövsiyələr

Baş vermiş nöqsanların aradan qaldırılması üçün müxtəlif yollar mövcuddur. Bunlardan bir neçəsi üzərində dayanmağa çalışacağıq. Göstərildiyi kimi şəhər və rayon təhsil şöbələrinin fəaliyyət planlarında fənn kurikulumlarının tətbiqi ilə bağlı nəzərdə tutulmuş məsələlər metodkabinet, ümumtəhsil məktəblərinin və məktəb metodbirləşmələrinin fəaliyyət planlarında sistemli şəkildə öz əksini tapmamaış, varislik gözlənilməmişdir. Fəaliyyət planı üzrə nəzərdə tutulmuş tədbirlərin icra vaxtı qeyri-real müəyyənləşdirilmişdir. Belə ki, əksər fəaliyyət planlarında verilmiş “Kurikulumun tətbiqi vəziyyətinin monitorinqi” kimi mühüm tədbir yalnız aprelin sonu may ayının əvvəlləri üçün nəzərdə tutulmuşdur. Monitorinqlər ona görə aparılır ki, işin gedişində mövcud problemlər aşkar edilsin və onların aradan qaldırılması üçün lazımı tədbirlər görülsün. Aprel və may aylarında dərs ilinin çox hissəsi artıq geridə qalmış olur.Yol verilən yanlışlıqların aradan qaldırılması üçün qalmış vaxt kifayət deyil. Monitorinqlərin vaxtında aparılması, problemlərin ləngimədən aşkar edilməsi və aradan qaldırılmasına şərait yaradır. Odur ki, dərs ilinin ilk 2 ayında mövcud vəziyyəti öyrənmək üçün monitorinqlərin aparılması faydalıdır. Dərs ilinin sonuna yaxın (təqribən aprel-may aylarında) növbəti monitorinqin aparılması da tövsiyə edilir. Bu, aşkar edilmiş problemlərin aradan qaldırılması istiqamətində görülmüş işlərin effektivliyinin səviyyəsini müəyyənləşdirməyə imkan verir.


Milli Kurikulum və fənn kurikulumlarının pedaqoji kollektivlərdə öyrənilməsi məqsədi ilə elmi- metodik konfranslar, seminarlar, dəyirmi masalar və digər tədbirlərin təşkil edilməsi böyük əhəmiyyət daşısa da, təhsil siyasətinin həyata keçirilməsi baxımından onların məzmununda sistemsizlik, pərakəndəlik müşahidə edildi. Ölkədə yürüdülən kurikulum siyasətinə cəmiyyətin, xüsusilə də, təhsil iştirakçılarının: müəllimlərin, valideynlərin və inzibati rəsmilərin müsbət münasibəti, prosesi dəstəkləməsi və bununla da siyasətin həyata keçirilməsində uğuru təmin edilməsinə nail olmaq üçün ciddi maarifləndirmə işlərinin aparılmasına ehtiyac duyulur. Maarifləndirmə özlüyündə strateji məsələ olduğundan bu problem üzərində diqqətlə düşünməli, dəqiq planlaşdırmalar aparılmalı və sistemli şəkildə həyata keçirilməlidir. Təhsil şöbəsi və məktəblərdə fəaliyyətin bu baxımdan planlaşdırılması zamanı aşağıdakı istiqamətlərin nəzərə alınması tövsiyə edilir:
- müəllimlərlə iş;

- valideynlərlə iş;



- inzibati-rəsmilərlə iş;



  • Müəllimlərlə iş. Təhsil prosesinin fəal iştirakçılarından olan müəllimlərin də maarifləndirilməsi, məlumatlılığının artırılması, təcrübəsinin zənginləşdirilməsi istiqamətində RTŞ və məktəb rəhbərlərinin ciddi addımlar atması vacibdir. Bu da bütün qalan işlər kimi, sistemli və mütəşəkkil təşkil edilməlidir. Bu baxımdan müəllimlərlə iş aşağıdakı tədbirlər çərçivəsində həyata keçirilməsi tövsiyə edilir:

  1. Elmi-metodik konfranslar, dəyirmi masalar;

  2. Öyrədici seminarlar, təlim məşğələləri;

  3. Dərs dinləmələr, təcrübə mübadiləsi.

1. Elmi-metodik konfranslar, dəyirmi masalar və digər bu kimi tədbirlərdə müəllimlər Respublikada kurikulum islahatı ilə bağlı aparılan işlər haqqında məlumatlandırılır. Belə tədbirlərdə müəllimləri narahat edən məsələlər müzakirə mövzusuna çevrilir, problemlə bağlı dəvət olunmuş mütəxəssislər və təhsil rəhbərləri ilə fikir mübadiləsi aparılır. Mövzular müəyyənləşməzdən əvvəl müəllimlərin fəaliyyəti araşdırılır, onların ən çox qarşılaşdıqları problemlər dəqiqləşdirilir.

Monitorinqlər aparılan zaman müəyyənləşdirilmiş problemlərin aradan qaldırılması üçün aşağıdakı mövzularda konfrans və dəyirmi masaların keçirilməsi tövsiyə edilir:

- Kurikulumun tətbiqi vəziyəti: nailiyyətlər, problemlər, perspektivlər;

- Yeni dərslik siyasətinin üstünlükləri;

- Qiymətləndirmə Konsepsiyası və təhsilin keyfiyyətinin yüksəldilməsi ilə bağlı qarşıda duran yeni vəzifələr;

- Kurikulumun uğurlu tətbiqində valideynlərlə işin əhəmiyyəti və s.

Öyrədici seminarlar və təlim məşğələlərinin mövzuları müəyyən edilən zaman müəllimin maraq və ehtiyacı araşdırılmalıdır. Buna nail olmaq üçün seçmə yolla müəllimlərlə söhbətlər aparılmalı, onların çətinlikləri öyrənilməli və dərsləri dinlənilməlidir. Araşdırmalar zamanı bəlli olmuş bir sıra çətinliklərin aradan qaldırılması üçün aşağıdakı mövzularda seminar və treninqlərin təşkili tövsiyə olunur:

- Məzmun standartları əsasında hazırlanmış nümunəvi perspektiv planlaşdırmaya yaradıcı yanaşmanın yolları;

- Reallaşdırılması nəzərdə tutulmuş məzmun standartları əsasında təlim məqsədlərinin müəyyənləşdirilməsi;

- Təlim məqsədlərinin həyata keçirilməsinə imkan verən forma və üsulların düzgün müəyyən edilməsi ;

- Təlim məqsədləri, forma və üsullar, təlim tapşırıqları və qiymətləndirmə məsələlərinin dərsdə əlaqəliliyinin gözlənilməsi ;

- Məktəbdaxili qiymətləndirmənin aparılması yolları və s.

Rəhbər pedaqoji kadrların öz fəaliyyətlərini sinifdə kurikulumların düzgün tətbiqinin təşkilinə və dəstəklənməsinə istiqamətləndirməsi günün tələbinə çevrilmişdir. Müəllimin fəaliyyətinin keyfiyyətini dəyərləndirmək üçün dərs dinləmələr bir neçə cəhətdən əhəmiyyətli hesab edilir. Belə ki, təhsil rəhbərləri dərsləri dinləyərkən müəllimin pedaqoji fəaliyyətindəki nailiyyətləri və çatışmazlıqları müəyyən edir, onların peşəkarlığının artırılması istiqamətində iş aparır. Eləcə də yaradıcı və tədqiqatçı müəllimlərin aşkar edilib, onların təcrübəsinin yayılmasını təşkil etmək məqsədi daşıyır.



  • Valideynlərlə iş. Məlum olduğu kimi valideynlər pedaqoji prosesin iştirakçılarından biridir. Bu baxımdan həyata keçirilən kurikulum islahatının məqsəd və vəzifələri haqqında məlumatların valideynlərə çatdırılması böyük əhəmiyyət kəsb edir. Bu istiqamətdə maarifləndirmə işlərinin aparılması rəhbər pedaqoji kadrların üzərinə düşür. Lakin fəaliyyət planlarında bu işin ötəri və az əhəmiyyətli bir məqam kimi dəyərləndirildiyi müşahidə olundu.

Ev tapşırıqlarının yerinə yetirilməsi və övladlarının təlim ketfiyyətinin yüksəldilməsində yaxından iştirak etməsi, eləcə də sinifdə apalılan təlim prosesinin, müəllim-şagird münasibətlərinə yeni yanaşmaların mahiyyətini dərk etməsi, yürüdülən təhsil siyasətindən xəbərdar oıması üçün valideynlərlə 1-2 saatlıq maarifləndirici söhbətlər aparmaq kifayət deyil. Bunun üçün tədbirlər sistemli planlaşdırılmalı və ardıcıl şəkildə həyata keçirilməlidir. Maariflərndirmə tədbirlərinin məzmunu elə tərtib edilməlidir ki, valideynlər aparılan proseslərin əhəmiyyətini dərk etsin, onu dəstəkləyərək fəal iştirakçıya çevrilsin. Bu məqsədlə:

  1. Müxtəlif mövzularda məlumatlandırıcı tədbirlər: konfransalar, dəyirmi masalar, söhbətlər və s. keçirilməlidir;

  2. Valideynləri problemlərlə daha yaxından tanış etmək, məktəbdənkənar vaxtlarda övladının təlim-tərbiyəsini dəstəkləməkdə zəruri bacarıqlara yiyələnməsini təmin etmək məqsədi ilə müvafiq seminar və məşğələlər təşkil edilməlidir;

  3. Valideynlər təhsil şöbələri və məktəb şuralarında qərarların qəbul edilməsinə, sinifdə təlim prosesinin dəstəklənməsinə fəal şəkildə cəlb edilməlidir.

Bunun üçün aşağıdakı istiqamətdə işlərin aparılması tövsiyə edilir:

1. Maarifləndirmə məqsədi ilə təşkil edilmiş konfranslar, dəyirmi masalar, söhbətlərin mövzusu aşağıdakılardan ibarət ola bilər:

  • Uşaqların təhsillə bağlı problemləri və onları doğuran səbəblər;

  • Kurikulum islahatı və gənclərin şəxsiyyət kimi formalaşmasında onun əhəmiyyəti;

  • Təhsil iştirakçısı kimi valideyn və şagirdlərin hüquq və vəzifələri;

  • Şagird nailiyyətlərinin qiymətləndirilməsinə yeni yanaşmalar;

  • Şagirdyönümlü təhsilin qurulmasında ailə-məktəb münasibətlərinin rolu və s.

  • Uşaqların təhsillə bağlı problemləri və onları doğuran səbəblər;

Bu mövzuya həsr edilmiş tədbirlərdə aşağıda göstərilən problemlərin doğurduğu fəsadlar haqqında söhbət və müzakirələr aparmaq əhəmiyyətlidir:

  • ev tapşırıqlarını yerinə yetirməkdə çətinlik çəkən şagirdlərin valideyn tərəfindən cəzalandırılmasının (döyülməsi, alçaldıcı sözlərlə təhqir edilməsi və s.) həmin uşaqların təlim marağının aşağı düşməsinə;

  • ailədəki problemlər və konfliktlər nəticəsində mənəvi-psixoloji sarsıntılar keçirən uşağın özünəqapanmasına və ya özünəinamını itməsinə;

  • Müxtəlif üsullarla özünütəsdiq cəhdlərinin dərs zamanı və dərsdən kənar vaxtlarda intizamsızlıqla nəticələnməsinə

təsiri haqqında geniş müzakirələrə yer verilməsi əhəmiyyətli hesab edilir. Bu cür problemlərin həll edilməsinə valideynlərin dəstəyi olmadan nail olmaq mümkün deyil. Bu səbəbdən müəllim valideyn, məktəb-ailə münasibətlərinin qurqlması zəruridir və valideynlərin bu istiqamətdə fəallığının təmin edilməsinə nail olmaq üçün maarifləndirmə işlərinin aparılmasına ciddi ehtiyac yaranmışdır.



  • Kurikulum islahatı və gənclərin şəxsiyyət kimi formalaşmasında onun əhəmiyyəti;

Bu mövzuda keçirilən tədbirlərdə valideynlərə kurikulum islahatının aparılmasını zəruri edən səbəblər haqqında məlumat verilməsi, təhsilin islahataqədərki məzmununda mövcud olan boşluqlardan söz açılması əhəmiyyətlidir. Kurikulum baxımından ümumi təhsilin ibtidai, ümumi orta və tam orta mərhələləri üzrə gözlənilən nəticələr haqqında söhbətlərin aparılması, demokratik cəmiyyətdə, eləvə də bazar iqtisadiyyatı şəraitində uşaqların həyat və fəaliyyətinin uğurla qurulmasında əldə edəcəkləri bilik, bacarıq və dəyərlərin əhəmiyyəti haqqında məlumatların verilməsi valideynlərin maarifləndirilməsi istiqamətində atılmış əhəmiyyətli addım kimi dəyərləndirilə bilər. Eləcə də sinifdə tətbiq edilən təlim strategiyaları, qiymətləndirmə üsulları və qaydaları haqqında da məlumatlarndırma işlərinin aparılması kurikulum islahatları haqqında valideynlərin təsəvvürlərinin genişləndirilməsinə xidmət edə bilər.

  • Təhsil iştirakçısı kimi valideyn və şagirlərin hüquq və vəzifələri;

Bu mövzuya həsr edilmiş məktəb və sinif miqyaslı tədbirlərdə “Azərbaycan Respublikasının Təhsil haqqında Qanunu”nda təsbit edilmuiş təhsil iştirakçılarının: şagird, müəllim və valideynlərin hüqauq və vəzifələri haqqında məlumat verilməlidirr. Bu istiqamətdə aparılan maarifləndirmə işi valideynlərin özlərinin və uşaqlarının hüquqlarını bilməsi və müdafiə etməsini təmin etməklə bərabər, həm də vəzifə və məsulaiyyətlərini dərindən dərk etməsiniə yardımçı olacaqdır. Bu məsələlər bir toplantının deyil, silsilə toplantıların mövzusuna çevrilməlidir. Belə ki, bir seminarda şagirdlərin növbəti toplantıda valideynlərin, digərində isə müəllimlərin hüquq və vəzifələri haqqında geniş söz açılması tövsiyə edilir.

  • Şagird nailiyyətlərinin qiymətləndirilməsinə yeni yanaşmalar;

Təhsil sisteminin məzmun sahəsində aparılan islahatlar qiymətləndirmə sahəsində də müvafiq dəyişikliklərin həyata keçirilməsini zəruri etdi. Şagird nailiyyətlərinin qiymətləndirilməsinə yeni yanaşmalar, onun əhəmiyyəti, və qaydaları haqqında validetnlərin maarifləndirilməsi üçün müvafiq işlər aparmaq zəruridir. Bu məsələlərlə bağlı “Azərbaycan Respublikasının Qiymətləndirmə Konsepsiyası” sənədindən ətraflı məlumat əldə etmək olar. Eləcə də, qiymətləndirmə sahəsi üzrə milli və beynəlxalq ekspertlərin təhlilləri və tövsiyələrini əhatə edən Yekun hesabat (www.kurikulum.az) məlumat mənbəyi kimi yararlı vasitə hesab edilir.
2. Problemlərlə daha yaxından tanışlıq məqsədi ilə valideynlər üçün aşağıdakı mövzularda seminar və məşğələlər təşkil oluna bilər:

  • Praktik tapşırıqların yerinə yetirilməsində evdə uşaqlarına kömək etməyin yolları:

  • Sinifdə istifadə edilən təlim strategiyaları və onların məqsədi;

  • Uşaqlarını mənəvi, psixoloji baxımdan dəstəkləməyin yolları və s.

  • Praktik tapşırıqların yerinə yetirilməsində evdə uşaqlarına kömək etməyin yolları:

-riyaziyyat dərslərində məntiqi xarakterli çalışmaların həllində uşaqları istiqamətləndirməyin yolları;

-ifadəli oxu bacarıqlarının inkişafına kömək;

-hüsnxət qaydalarına uyğun yazısını təşkili və.s

Bu mövzulara həsr edilmiş seminar məşğələlərdə müəllimlər valideynlərlə təcrübə mübadiləsi etməlidirlər. Belə seminarlarda onlar müxtəlif bacarıqalrın inkişaf etdirilməsinin təşkili yolları, uşaqların yaş xüsusiyyətlərinə uyğun davranış və ünsiyyət qaydaları, sinifdə aparılan işin ev şəraitində davam etdirilməsi yolları haqqında yalnız məlumatlanmır, həm də praktik bacarıqalar əldə edirlıər ki, bu da şagirdin təlim keyfiyyətinin yüksəldilməsinə əməli təsir göstərir.

Müasir dərslik komplektləri ilə tanışlıq və onunla işləməyin yolları;


  • Sinifdə istifadə edilən təlim strategiyaları və onların məqsədi;

Bəzən dərs zamanı müəllimlərin istifadə etdikləri forma və üsulların əhəmiyyəti valideynlərə aydın olmadığından onlar sinifdə aparılan işlə bağlı öz narahatlıqlarını bildirirlər. Bu cür narahatlıqların aradan qaldırılması üçün müəllimlər valideynlərin maariflərndirilməsi istiqamətində geniş işlər aparmalıdırlar. Onlar yalnız bu üsullar haqqında məlumat verib onun əhəmiyyəti haqqında danışmaqla kifayətlənməməli, həm də onlarla keçirdikləri seminar və praktik məşğələlərdə həmin üsullardan istifadə etməlidirlər. Bu yolla valideynlər öyrənməyin asan vı səmərəli yolları haqqında daha dərindən dərk etmiş olarlar.

Belə görüşlərdə müxtəlif uğurlu hesab edilən dərs nümunələrinin video yazısını da namayiş etdirib, mərhələ-mərhələ kardları saxlayıb müəllimin hər hansı təlim üsulunu tətbiq edərkən konkret məqsədləri haqqında valideynə məluymat vermələri də uğurlu nəticələr verə bilər.



  • Uşaqlarını mənəvi, psixoloji baxımdan dəstəkləməyin yolları və s.

Bu mövzuya həsr edilmiş məğələlərə müəlimlər məktəb psixoloqunu və ya həmin ərazidə fəaliyyət göstərən təcrübəli psixoloqlardan birini dəvət edə bilər. Bu görüşləri təşkil edərkən rəhbəri olduğu sinfin şagirdləri ilə psixoloqun əvvəlcədən bir neçə görüşünün keçirilməsini təşkil etməlidir. Belə ki, psixoloq uşaqları tədqiq etməli, onların mənəvi-psixoloji vəziyyəti ilə tanış olmallıdır ki, problemli uşaqların valideynlərinə faydalı tövsiyələr verə bilsin.
3. Təhsilin idarə edilməsində: təhsil şöbələri və məktəb şuraları tərəfindən qərarların qəbul edilməsi, sinifdə təlim prosesinin dəstəklənməsi zamanı valideynlərin fəal iştirakı aşağıdakı yollarla təmin edilə bilər:

  • RTŞ şurasının iclaslarına valideynlərin dəvət olunması, onların rəy və təkliflərinin nəzərə alınması;

  • məktəbin pedaqoji şuralarında problemlərin müzakirəsi və həlli yollarının axtarılmasına valideynlərin cəlb edilməsi;

  • səmərəliliyin yüksəldilməsi məqsədi ilə təlim prosesinin idarə olunmasında valideynlərin iştirakı:

- bütün valideynlərin cədvəl üzrə dərsdə iştirakının təmin edilməsi;

- xüsusi qayğıya ehtiyacı olan və ya təlimdə geri qalan şagirdlərin dəstəklənməsində valideynlərin imkanlarından istifadə edilməsi;

- əyani vəsaitlərin hazırlanmasına xüsusi qabiliyyətlərə maik olan valideynlərin cəlb olunması;


  • sinifdənxaric və məktəbdənkənar tədbirlərin həyata keçirilməsində valideynlərin iştirakının təmin olunması:

- ekskursiyaların təşkilində;

- tarixi günlər və bayramların keçirilməsində;

- sinfin tərtibatında və s.
İnzibati rəsmilərlə iş. İslahatın həyata keçirilməsini idarə edən rəhbər işçilərin həmrəy və həmfikir olmaları vacibdir. Görülən işin düzgün olduğuna inanmadan, bir-birinə dəstək olmadan uğurlu nəticəyə nail olmaq mümkün deyil. Bu səbəbdən təhsil sahəsində yürüdülən siyasətin inzibati rəsmilər tərəfindən dərk edilməsi, qəbul edilməsi, dəstəklənməsi və fəaliyyətin əlaqəli şəkildə qurulması uğurlu nəticəni təmin edən şərtlərdir.

Kurikulumun tətbiqinə nəzarət və dəstəyin təmin olunması məqsədi ilə inzibati rəsmilərin - aparat işçilərinin, məktəb rəhbərlərinin vəzifə və məsuliyyətləri müəyyən edilir. Onlar kifayət qədər maariflənməli və təlimatlanmalıdırlar ki, işin istiqamətləndirilməsi və fəaliyyətə nəzarəti, hesabatlılığı təmin edə bilsinlər. Buna nail olmaq üçün rəhbər pedaqoji kadrlar üçün seminarların, dəyirmi masaların, təlim məşğələlərinin keçirilməsi vacibdir. Seminar və dəyirmi masalarda aşağıda təqdim edilən mövzular ətrafında müzakirələrin aparılması məqsədəuyğun hesab edilir:



  • kurikulum islahatı: vəzifələrimiz, məsuliyyətimiz;

  • kurikulumun tətbiqinin mexanizmləri:

- kadr hazırlığının təmin edilməsi;

- maddi-texniki bazanın yüksəldilməsi;

- ictimaiyyətin maarifləndirilməsi.

Rəhbər pedaqoji kadrlar üçün təşkil edilmiş təlim məşğələlərinin məqsədi yalnız məlumatlanmanı təmin etmək deyil, daha praktik bacarıqların formalaşmasına nail olmaqdan ibarətdir. Bu baxımdan aşağıda təqdim edilən mövzularda təlim məşğələlərinin aparılması tövsiyə edilir:



      • kurikulum islahatı: yeni məzmun, yeni strategiya, yeni qiymətləndirmə;

      • kurikulumun tətbiqinin planlaşdırılması və reallaşdırılması yolları;

  • monitorinq və qiymətləndirmənin aparılması mexanizmləri:

    • Mövcud vəziyyətin öyrənilməsi: fəaliyyət planının təhlili; fəaliyyət planının tətbiqi vəziyyətinin araşdırılması; maddi-texniki bazanın müəyyənləşdirilməsi; dərsdinləmələr; şagirdlərin nailiyyət səviyyəsinin təhlili və s.

    • Çatışmazlıqların aradan qaldırılması üçün yeni fəaliyyət istiqamətlərinin müəyyənləşdirilməsi;

Təhsil rəhbərlərinin planlı və ardıcıl təlimatlandırılması kurikulumun tətbiqinin idarəedilməsi ilə bağlı onların peşəkarlığının yüksəldilməsinə gətirib çıxarır. Təlimin təşkili keyfiyyətinin yoxlanılması və şagird nailiyyətlərinin qiymətləndirilməsi üçün nəzarət və yoxlama qaydaları ardıcıl şəkildə həyata keçirilir. Bu zaman müşahidə edilən dərsdə təlimin təşkilinə verilən tələblər, məzmun standartlarının reallaşdırılması, təlim strategiyalarının düzgün seçilməsi, etibarlı qiymətləndirmə vasitələrindən istifadə diqqət mərkəzində saxlanılmalıdır.

RTŞ və məktəb rəhbərləri tərəfindən maddi-texniki imkanların səfərbər edilməsi üçün məktəblərdəki mövcud İKT-dən istifadə təşkil edilməli, əyani vəsaitlərin gətirilməsi və yerlərdə hazırlanması üçün müvafiq işlər aparmalı və təlim prosesində onlardan səmərəli istifadənin təmin olunmasını təşkil etməlidir. Buna nail olmaq üçün texniki təchizatın işlək vəziyyətdə olması, müəllimlərin müvafiq kurslara cəlb edilməsi, onların elektron resurslarla təminatı lazımdır.

Şəhər və rayonlara daxil olan perspektiv planlaşmaların müzakirəsi zamanı metodkabinet və məktəb rəhbərliyi daxil olmuş metodik vəsaitlərlə bağlı xüsusilə ehtiyatlı olmalı, həmin sənədlərin ehkam kimi qəbul edilməsinə yol verməməli, onlardan istifadə edərkən yaşadıqalrı bölgənin, fəaliyyət göstədikləri məktəbin və sinfin səciyyəvi xüsusiyyətlərini nəzərə almaqla həmin proqramlara yaradıcı yanaşmanı təmin etməlidir.

Nümunəvi planlaşmaların yerli şərait baxımından müvafiq hesab edilmədiyi təqdirdə illik planlaşmaların ilkin versiyasının hazırlanması təşkil edilir, onlar metodbirləşmə müzakirələrinə çıxarılır, təkliflər nəzərə alınmaqla təsdiq edilir.

Kurikulumun tətbiqi prosesində aşkar edilən problemlərin həlli yollarının araşdırılımasının təhsil şöbəsinin rəhbəliyi tərəfindən sistemli olaraq təşkil edilməsi üçün rayonlarda fəaliyyət göstərən dayaq məntəqələrinin imkanlarından geniş istifadə etmək lazımdır. Bu məntəqələrin fəaliyyətinin səmərəliliyinin yüksəldilməsi üçün bir sıra addımların atılması tövsiyə edilir:



  • Həftənin müəyyən edilmiş günlərində məktəblərdə ibtidai sinif müəllimlərinin metodbirləşmə iclaslarında təlim prosesində qarşıya çıxan problemlər müzakirə edilir, məsələyə aydınlıq gətirmək məqsədi ilə metodik ədəbiyyat, müvafiq internet səhifələrindəki materiallar (www.kurikulum.az) və digər məlumat mənbələri araşdırılır. Problemlərin həlli ilə bağlı əldə edilmiş məlumatlar dayaq məntəqələrinin iclaslarında müzakirəyə çıxarılır.

  • Dayaq məntəqələrinin iclaslarında fikir mübadiləsi aparılır, qəbul edilmiş təkliflər rayon təhsil şöbəsinin nəzdində təşkil edilmiş kurikulum şuralarının müzakirəsinə verilir.

  • Rayon təhsil şöbəsi nəzdində metodkabinetin müdiri, ibtidai təhsil üzrə metodist, dayaq məntəqələrinin rəhbərləri və qabaqcıl sinif müəllimlərindən ibarət olan kurikulum şurası dayaq məntəqələrindən daxil olmuş təklifləri müzakirə edir, onların həlli ilə bağlı tövsiyələr hazırlayıb yerlərə çatdırır və onların icrasına nəzarət edir. Şuraya daxil olan təkliflərin dəqiqləşdirilməsinə ehtiyac duyulduqda Təhsil Nazirliyinə və ya Kurikulum Mərkəzinə müraciət edilir. Təkilf edilən sistem mövcud olan pərakəndəliyi aradan qaldırar, problemlərin vaxtında və səmərəli həllinə zəmin yaradar.


2.2. Müəllimlərin fəaliyyətindəki problemlərlə bağlı tövsiyələr
1.Kurikulum islahatının həyata keçirilməsi hər bir təhsil işçisinin ciddi idarəçilik bacarıqları tələb edir. Bəzən belə yanlış fikirlər yürüdülür ki, sinif müəlliminin idarəçilik bacarıqlarına nə ehtiyacı var? Əslində sinfin düzgün idarə edilməsi təlim keyfiyyətinə təsir edən mühüm amildir. Əgər sinifdə müəllim şagirdlərin nailiyyət keyfiyyətini yüksəltməyə müəssər ola bilmirsə, bu onun idarəçilik bacarıqlarının aşağı səviyyədə olmasından irəli gəlir. . Sinfin idarə edilməsi dedikdə, müəllim-şagird, şagird-şagird, müəllim-valideyn, şagird-valideyn münasibətlərinin öyrənilməsi və tənzimlənməsi nəzərdə tutulur. İstər müəlim-şagird, istərsə də şagird-şagird münasibətlərinin məqsədyönlü şəkildə idarə olunması üçün müəllim hər bir şagirdini tədqiqat obyektinə çevirməli, onun haqqında bir sıra mühüm məlumatları əldə etməlidir. Bunlara aşağıdaklıar aid edilə bilər:

  1. Şagirdlərin idrak səviyyəsi;

  2. Yaş xüsusiyyətləri,

  3. Fiziki və fizioloji sağlamlığı;

  4. Mənəvi-psixoloji vəziyyəti;

  5. Sosial vəziyyəti;

  6. Görmə, eşitmə, linqvistik və riyazi yaddaşı;

  7. Maraq və ehtiycları və s.;


Şagirdlərin idrak səviyyəsini müəyyən etmək üçün müəllim diaqnostik qiymətləndirmənin üsul və vasitələrindən istifadə edə bilər. Eyni zamanda formativ və summativ qiymətləndirmənin nəticələri də şagirdin idrak səviyyəsi haqqında qənaətlərə gəlməyə imkan verir. Şagirdin yaş səviyəsinə uyğun intellektual testlər bu problemin həllində uğurlu vasitədir.

Təlim materialları və təlim üsulları seçilərkən şagirdin yaş xüsusiyyətlərinə diqqət yetirilməlidir. Belə ki, birinci sinifdə uğurla tətbiq edilən bir üsul 4-5-ci siniflərdə özünü doğrultmaya bilər. Eləcə də aşağı sinif şagirdləri üçün maraqlı və əyləncəli görünən hər hansı təlim materialı yuxarı sinif şagirdləri tərəfindən məqbul qarşılanmaya bilər.



Fiziki və fizioloji sağlamlığın araşdırılması şagirdlərə fərdi yanaşma imkanı verən amillərdəndir. Şagirdlərin fiziki və fizioloji baxımdan sağlamlığında olan problemlər onların təlim keyfiyyətlərinə təsir göstərir. Onların zəif görməsi, pis eşitməsi, ürək çatışmazlığı, nitq qüsuru, xüsusi qayğıya ehtiyacının olması müəllimin diqqətindən kənarda qalmamalıdır. Şagirdlərin oturacağı sıranın və yerin müəyyən edilməsi, parta yoldaşının seçilməsi digər uşaqların da həmin uşaqlarla pozitiv münasibətlərinin qurulmasını təşkil etməli və prosesi nəzarətdə saxlamalıdır. Bu problemlərə müəllimin diqqətsizliyi şagirdlərin mənəvi-psixoloji problemlərinin də baş qaldırmasına səbəb olur.

Mənəvi-psixoloji baxımdan qeyri stabillik şagirdin təlim nəticələrinə mənfi təsir göstərir. Bəzən şagirdlər müxtəlif səbəblərdən yoldaşlarının istehza obyektinə çevrilir. Bu da onun mənəvi baxımdan sarsılması və məktəbdən yayınma cəhdləri ilə nəticələnir. Hər hansı şagirddə özünəqapanma, və özünəinamsızlıq kimi halları aşkar edən müəllim bunun səbəbini dərhal araşdırmalıdır. Müəlim şagirdin ailəsi ilə yaxın təmas qurmalı, həyat şəraitini öyrənmək üçün yaşadığı evə getməli, valideynləri arasında münasibətləri araşdırmalıdır. Eləcə də həmin şagirdin sinif yoladaşları ilə münasibtlərini də tədqiq etməlidir. Problemin səbəbi aşkar ediləndən sonra şagirdlərlə işini qurarkən bu məsələləri nəzərə almalı, məktəb psixoloqunu da bu işə cəlb etməlidir.

Şagirdin sosial vəziyyəti: vaxtında və lazımınca qidalanmaması, mövsüməuyğun geymlərlə, lazım olan məktəb ləvazimatı ilə, təlim üçün yararlı müasir texniki avadanlıqlarla təmin olunmaması onun nailiyyət keyfiyyətinə təsir edir. Maddi cəhətdən imkansız uşaqların aşkar edilməsi və onların dəstəklənməsi inkişafda olan insanın gələcəyinin təmin olunması üçün çox əhəmiyyətlidir. Buna nail olmaq üçün müəlim və şagird arasında isti və qayğıkeş münasibətlərin yaradılması vacibdir. Bu istiqamətdə fəaliyyətini düzgün qura bilməyən müəllim çox keçmədən təlimdə şagirdin geriləməsinin şahidi olacaqdır. Bu onun həm təlim nailiyyətində, həm də davranışında özünü biruzə verəcəkdir. Belə uşaqların valideynləri ilə əməkdaşlıq etməkdə də müəllimlər problemlərlə qarşılaşa bilərlər. Bu cür uşaqlar tapşırıqları yerinə yetirməyə, oxu və yazı bacarıqları baxımından geriləyə, ətrafdakılara qarşı aqressivlik göstərə, zorakılığa meyilli ola bilər və dərslərdən yayınma halları da baş verə bilər. Bu davranış təkcə həmin uşağın deyil, həm də sinigdəki digər şagirdlərin təlim və tərbiyəsinə mənfi təsir göstərir. Bu baxımdan müəllim şagirdin sinifə gətirdiyi müxtəlif problemlərə həssaslıq nümayiş etdirməlidir. Şagirdin sosial vəziyyətindən irəli gələn istər mənəvi, istər psixoloji, istərsə də intellektual fərqləri nəzərə almalı, onu inkişaf etdirilib, sinfin və məktəbin ümumi səviyyəsinə çatdırmaq üçün işlər aparmalıdır. Uşaqlar onların həyat səvəyyəsindən fərqli olan həyat səviyyələrinin də mövcud olduğundan xəbərdar olmalı və bu şəraitdə bir-birinə qayğıkeşlik və tolerantlıq nümayiş etdirməlidirlər. Sosial səviyəsi aşağı olan uşaqlarla sistemli və ardıcıl iş aparmaq üçün müəllimin fəaliyyət planında bu məsələlər öz əksini tapmalıdır.(2)

XX əsrin səksəninci illərində Havard Qardner “Çoxintellektlilik” nəzəriyyəsi ilə hamıya çoxdan məlum olan görmə, eşitmə, linqvistik və riyazi yaddaşa dair məsələləri sistemləşdirmiş, onların psixo-pedaqoji əsaslarını işləmişdir. Təlim-tədrisin təşkili və idarə edilməsində bu nəzəriyyənin əhəmiyyəti danılmazdır. Bunları aşağıdakı kimi təsnif etmək olar:



        1. Şagirdlərin hansı yaddasaxlama qabiliyyətinin daha fəal olduğunu müəllim əvvəlcədən araşdırmalı və təlim zamanı qrupları müəyyənləşdirərkən bu göstəriciləri nəzərə almalıdır. Belə ki, görmə yaddaşı iti olan uşaqlar bir qrupa toplanaraq onlara daha çox görüntülü, şəkilli materiallar təqdim edilir. Sual oluna bilər ki, şagirdlərin oxu, yazı, hesablama bacarıqlarının inkişafına yalnız şəkillər vasitəsi ilə necə nail olmaq olar. Bu müəllimin yaradıcı təfəkküründən çox asılıdır. Belə ki, görmə yaddaşı iti olan şagirdər bir qrupa toplanarkən, onlara təqdim edilən şəkil əsasında mətn tərtib edib yazmaq, yazdığı mətni oxumaq, yazdıqları ilə bağlı şərhlər vermək və ya təqdim edilən riyazi şəkillər əsasında məsələlər qurmaq və onları həll etmək kimi tapşırıqlar vasitəsi ilə şagirdlərin yazı, oxu, nitq, hesablama və s. bacarıqlarının inkişaf etditilməsinə münbit şərait yaratmaq olar.

        2. Eşitmə yaddaşı iti olan şagirdləri bir qrupa toplamaqla onlar üçün daha çox səsli tapşırıqlar tərtib edilməsi təlim materiallarını daha yaxşı mənimsəməsinə uğurlu şərait yaradır. Əsrimiz texnologiya əsridir. Radio, maqnitafon, televizor, kompyuter səsli informasiyaların çatdırılması üçün uğurlu vasitədir. Bəzən müəlimlər bölgələrdə texniki avadanlıqların kifayət qədər olmadığı və ya elektrik enerjisi ilə bağlı problemlərin olduğunu səbəb göstərməklə texnologiyaların təlim prosesində istifadəsini çətin, bəzən də mümkünsüz olduğunu bildirirlər. Hətta bütün göstərilənlər nəzərə alınsa belə, müəllim səsli informasiyaların şagirdlərə çatdırılması üçün optimal yollar tapa bilər. Belə ki, linqvistik intellekti iti olan bir şagirdi səsli intellekti iti olan qrupa qoşmaqla məlumatın digər qruplara mane olmamaq şərti ilə ucadan oxunmasını təşkil etməklə səs yaddaşı iti olan şagirdlərin səsli informasiyalarla təmin olunmasını təşkil edə bilər.

        3. Ana dili, həyat bilgisi dərslərində linqvistik yaddaşı iti olan şagirdlərə təlim materialları tətrib etmək sadə görünsə də, bu, riyaziyyat dərsində müəllimi düşünməyə vadar edir. Linqvistik yaddaşı iti olan şagirdlərə hesablama: toplama, çıxma, müqayisəetmə kimi tapşırıqların mətn şəklində təqdim edilməsi onların problemi daha dərindən dərk etməsinə xidmət göstərmiş olur. Riyaziyyat dərsliklərində verilən məsələlər də linqvistik yaddaşı iti olan şagirdlər üçün yararlı olan materiallardır.

        4. Riyazi yaddaşı iti olan şagirdlər qruplaşdırılarkən müəllim onların tapşırıqlarında rəqəmlərin, həndəsi fiqurların yer tutmasına əhəmiyyət verməlidir. Məsələn, Ana dili dərsində kiçik mətn tərtib etməli olan şagirdlər qrupuna riyazi məsələni əks etdirən bir şəkil təqdim edilə bilr. Şagirdlərə həmin şəkil üzrə mətn tərtib etmək, mətni oxumaq və sair fəaliyyətlər tapşırıla bilər.

Şagirdlərin görmə, eşitmə, linqvistik və riyazi yaddaşlarına əsasən qruplaşdırılması və təlim tapşırıqlarının da bu baxımdan tərtib edilməsi və ya seçilməsi bütün dərslərdə tətbiq edilməli bir yanaşma deyil. Müəllim məqsəd baxımından dərsin forma və üsullarında dəyişiklikər etdiyi kimi, bu iş üsulunu da mütəmadi tətbiq etməməli, zərurət yarandıqda müraciət etməlidir.



Maraq və ehtiyacların nəzərə alıması da şagirdlərin təlimə cəlb edilməsi və nailyyətlərin yüksəldilməsində mühüm hesab edilən amillərdəndir. Yuxarıda şagirdlərin yaddaşının qruplaşmalar və təlim fəaliyyətləri seçilərkən nəzərə alınmasının əhəmiyyəti vurğulandı. Eyni fikri şagirdlərin maraq və ehtiyaclarının nəzərə alınmasına da şamil etmək olar. Lakin buna nail olmaq üçün müəlim hər şagirdini tədqiqat obyektinə çevirməli, onların maraqlarını və ehtiyaclarını araşdırmalıdır. Maraqları uyğun gələn şagirdləri eyni qrupa cəlb etməlidir. Tapşırıqları da məhz həmin maraq baxımından tərtib etməlidir. Bir məsələyə fikir verək. İnsanın orqanizmində dəmir çatışmazlığı olarsa, onlarda müxtəlif xəstəliklər baş qaldıra bilər. Bu, insanın ehtiyacıdır, lakin həmin ehtiyacı ödəmək üçün insanlar dəmir yemirlər. Bu nə onların zövqu, nə də fiziki imkanları daxilindədir. İnsanların dəmirə olan ehtiyacı dadlı, ətirli alma ilə təmin olunmuşdur. Bu, ehtiyacların maraqlardan çıxış edərək ödənilməsində təbiətin qanunauyğunluğunu nümayiş etdirən bir nümunədir. Digər ehtiyacların da, o cümlədən, təlimin maraq və zövqdən çıxış edərək ödənilməsi daha səmərəli nəticələr verə bilər. Bu baxımdan müəllim şagirdlərini oxşar maraqlarına görə qruplaşdırmalı, məqsədinə uyğun hesab etdiyi zaman həmin yanaşmadan istifadə etməlidir. Məsələn, şagirdlərin oxu bacarığının inkişaf etdirilməsini təşkil edən müəllim futbola maraq göstərən uşaqlara sinifdənxaric oxu zamanı futbol haqqında mətn oxumağı tapşıra bilər. “Müşahidə etdiyi əşya, hadisə, şəkillər üzrə danışır” kimi standartı da reallaşdıran müəllim maraq baxımından qruplaşdırılmış şagirdlərinə futbol oyunu haqqında şəkil verməklə şifahi mətn qurmaq kimi fəaliyyətə cəlb edə bilər.

Bütün bunlar şagirdlər qruplaşdırılarkən, təlim materialları seçilərkən, təlim fəaliyyətləri müəyyənləşdirilərkən nəzərə alınmalı məsələlərdir. Belə ki, müəllim şagirdlərlə işə başlayan zaman onları intellektual, mənəvi-psixoloji, fiziki və fizioloji sağlamlıq, sosial vəziyyət, maraq və ehtiyaclar baxımından öyrənməli, hər şagird haqqında ayrıca məlumat bazası yaratmalıdır. Yaradılmış məlumat bazası ciddi təhlil edilməli, şagirdlərin göstərilən məsələlər baxımından qruplaşdırılması tövsiyə edilir. Məsələn, müəllim bilməlidir ki, maraq baxımından bu gün sinifdə qruplaşma işi aparırsa, hansı şagirdlər bir qrupda əyləşəcək. Dərs başlayanda onların adını sadalamaqla bir qrupda əyləşməyə dəvət edə bilər. Eləcə də digər məsələlər üzrə şagirdlərin qrupları əvvəlcədən tərtib edilməlidir. Lakin müəllim şagirdləri daim öyrənməli, dəyişən maraqlarını nəzərə almalıdır. Sosial vəziyyətə görə qruplaşmalara daha həssaslıqla yanaşmaq tövsiyə edilir. Burada məsələ bir qədər fərqlidir. Oxşar sosial vəziyyətli şagirdlərin bir qrupa toplanması yolverilməzdir. Bu sinifdə ikitirəliyə və ayrı-seçkiliyə gətirib çıxarar. Sinif mühitində sagirdlər arasındakı sosial fərqlilikləri nizamlamaq, onlar arasında səmimiyyət və qarşılıqlı fəaliyyət şəraiti yaratmaq, eləcə də aşağı sosial səviyyəyə aid uşaqların dünyagörüşünün genişləndirilməsi üçün zəmin yaratmaq məqsədi ilə qruplara qarışıq sosial mənşəli uşaqların toplanması tövsiyə eilir.



2. Müəllimlərin maarifləndirilməsi məqsədi ilə Kurikulumun nəzəri və tətbiqi məsələlərinə dair “Kurikulum” elmi-metodik jurnalı, “Azərbaycan müəllimi” və “Təhsil problemləri” qəzeti, www.kurikulum.az portalında mütəmadi olaraq materiallar dərc edilmişdir.

Mütaliə edilmiş materiallarda əhəmiyyətli hesab edilən və ya tam aydın olmayan məsələlərin pedaqoji kollektivlərdə müzakirəsinin təşkil edilməsi tövsiyə olunur. Belə tədbirlərin keçirilməsi müəllimlərin bir sıra məsələlər baxımından peşəkarlığının artırılmasına yardımçı olur. Belə ki, müəllimlər onları narahat edən məsələlər barədə birlikdə düşünür, oxunmuş materialları təhlil edir, öz məktəb və sinif şəraitləri baxımından dəyərlənddirirlər. Müzakirələrin bu cür planlı şəkildə təşkili üçün müəllimlər metodbirləşmə və məktəb rəhbərləri qarşısında məsələ qaldıra bilərlər.



3.Məktəblərdə müəllimlərin təcrübə mübadiləsinin təşkil olunması və onların peşəkarlığının artırılması üçün aşağıda göstərilənlər əhəmiyyətlidir:

2009-2010-cu dərs ilində İ siniflərdə dərs deyəcək müəllimlər üçün təşkil olunmuş təlim məşğələlərinin sonunda müdavimlərin nailiyyət keyfiyyəti xüsusi hazırlanmış qiymətləndirmə vasitələrinə əsasən müəyyənləşdirilmişdir. Qiymətləndirmədə zəif nəticə nümayiş etdirən müəllimlərin davamlı şəkildə təlimatlandırılması metodkabinetin əsas vəzifələrindəndir. Bunun üçün yüksək nəticələr nümayiş etdirən müəllimlərin potensialından istifadə etmək məqsədəuyğundur. Bu səbəbdən müəllimlərin əməkdaşlıq etməsinə və təcrübə mübadiləsi aparmasına şərait yaradılmalıdır.



4. Müəllim üçün vəsaitdəki dərs nümunələrinin, “I-II siniflərdə tədris olunan fənlər üzrə nümunəvi illik tematik planlaşdırma (2009/2010)” metodik vəsaitə kifayət qədər yaradıcı yanaşılmaması səbəbindən baş vermiş problemlərlə bağlı aşağıdakılar tövsiyə edilir:

Birinci sinif müəllimləri təlim kurslarında məzmun standartlarının reallaşmasına nail olmaq üçün perspektiv planlaşma apararılması qaydaları ilə bağlı müvafiq bilik və bacarıqlara yiyələnmişlər. Perspektiv planlaşma apararkən yaşadıqları ərazinin spesifik xüsusiyyətləri, məktəbin maddi-texniki bazası, şagirdlərin idrak imkanları, ailələrin sosial vəziyəytlərinin nəzərə alınmasının mühüm şərt olduğu onlara məlumdur. Bunlar perspektiv planlaşmaların reallığını və işləkliyini təmin edən şərtlərdir. Bu baxımdan yerli tələblər nəzərə alınmaqla standartın hər hansı sinif üzrə reallaşdırılmasının planı tərtib edilməlidir. Unutmaq olmaz ki, müasir kurikulumun mühüm prinsiplərindən biri də tələbyönümlülükdür. Perspektiv planlaşma aparılarkən sinfin, məktəbin, rayonun spesifik xüsusiyyətlərindən çıxış edən tələblərin nəzərə alınması vacibdir. Hər hansı planlaşma Bakı şəhərində uğurlu nəticə verə bilər, amma digər rayon və ya kənd məktəblərində müəllimin bütün səylərinə baxmayaraq həmin plan uğurla tətbiq edilməyə bilər. Səbəb həmin rayon və ya kəndin cöğrafi şəraiti, şagirdlərin məktəbəqədər təhsil müəssisələrinə cəlb edilmə faizinin aşağı olması, təhsil iştirakçılarının fərdi kompyuterlərinin olmaması, planlaşmada nəzərdə tutulmuş əyani vəsaitlərin əldə etmə imkanlarının məhdud olmasıdır. Bunun üçün müəllimlər təklif edilən bütü metodik vəsaitlərə tənqidi və yaradıcı yanaşmalı, həmin sənədləri mövcud vəziyyətə uyğunlaşdırmağı bacarmalıdırlar. Əgər təklif edilən nümunəvi planlaşmalarda hər hansı problem aşkar edilərsə, müəllim məşğələlərdə göstərildiyi kimi, şagirdin hazırlığı baxımından standartları qruplaşdırmalıdır. Məsələn: Noyabr ayında “Kiçik mətnləri oxuyur” bə ya “Kiçik mətnlər yazır” kimi bir standartın tətbiqi qeyri-realdır. Bu zaman şagirdin cari hazırlığı nəzər alınmadığından belə standartların həyata keçirilməsi mümkün deyil. Bu mərhələdə “hecaları birləşdirərək oxuyur”, hecalar birləşdirərək yazır, “sözləri hecalarla bütöv oxuyur” və s. kimi standartları qruplaşdırmaq məqsədəuyğun hesab edilə bilər. Belə nümunələrin sayını artırmaq olar.



5. Planlaşmalarda reallaşması nəzərdə tutulan məzmun standartlarını təlimin məqsədinə çevirərkən onların bilik və bacarıq baxımından uyğunluğu nəzərə alınmalıdır ki, onları əlaqələndirərək təlim məqsədlərinə gətirmək mümkün olsun.

1.2.1. Müşahidə etdiyi əşya, hadisələr haqqında və şəkillər üzrə danışır.

3.1.6. Bir neçə cümlədən ibarət müşahidə xarakterli rabitəli mətn yazır.

2.2.5. Kiçikhəcmli mətnləri müəyyən olunmuş tələblərə uyğun sürətli, düzgün, şüurlu, ifadəli oxuyur.

4.1.7. Ad, əlamət və hərəkət bildirən sözləri tanıyır və fərqləndirir.

4.1.9. Məqsəd və intonasiyaya görə cümlələri fərqləndirir.


Məzmun standartları elə seçilmişdir ki, onlar ya bilik, ya da bacarıq baxımından uyğun olsun. Bu uyğunluq onları əlaqələndirərək təlim məqsədlərinə çevrilməsinə şərait yaradır. Məsələn:


  1. Müşahidə etdiyi “Bizim ailəmiz” şəkil üzrə bir necə çümlədən ibarət rabitəli mətn yazır və oxuyur.

  2. Yazdığı cümlələrin ad, əlamət və hərəkət bildirən sözlərə görə sxematik cədvəlini qurur.

  3. Mətndəki cümlələri məqsəd və intonasiyasına görə fərqləndirir.

Göründüyü kimi, məzmun standartlarındakı uyğun məsələlər əlaqələndirilərək təlim məqsədlərinə gətirilən zaman standartın bir qismi reallaşdırılmışdır. Standartların tətbiqində boşluqlara yol verilməməsi üçün məqsədə gətirilməyən məqamlar növbəti dərslərdə nəzərə alınmalıdır.

Müəlim bir məsələni heç zaman unutmamalıdır ki, reallaşması üçün məsuliyyət daşıdığı yeganə sənəd fənlər üzrə məzmun standartlarıdır. Bütün digər tədris vəsaitləri: dərslik, müəllim üçün vəsait, nümunəvi perspektiv planlaşmalar təlimin təşkili üçün resurs xarakteri daşıyır.

Perspektiv planlaşmada artıq müəyyən edilmiş reallaşdırılacaq standartlar qrupu və mövzu müəllimə dərsin məqsədini müəyyənləşdirnməyə imkan yaradır. Nümunə: Həyat bilgisi fənni üzrə “Nəzakətli olaq”mövzusu (Oxucu düşünə bilər ki, dərrslikdə bu mövzuda dərs yoxdur. Amma müəllimin vəzifəsi dərslikdəki mövzuları ardıcıl şəkildə keçmək deyil, oradakı materiallardan yaradıcılıqla istifadə etməkdir. Hətta dərslikdə olmayan, lakin standartın reallaşmasına xidmət edən, şagirdlərin ehtiyac və maraqlarına cavab verən bir mövzu ətrafında dərs təşkil etməkdə müəllimlər müstəqildirlər. Bu mövzuya uyğun dərslikdə mövcud olan təlim materiallarından istifadə etmək məqəsədəuyğundur.)


Həyat bilgisi fənni üzrə məzmun standartları:

2.1.2. Birgə fəaliyyətin fayda­sını nümunələr əsasında izah edir.

3.1.1. İnsanlararası ünsiyyət eti­ketlərinə (salamlaşmaq, özü­nütəqdim, müraciət, müraciətə cavab, xudahafizləşmək) əməl edir.

3.1.2. Etiketdənkənar davra­nışları fərqləndirir.



İnteqrasiya: Ana dili üzrə məzmun standatları:

1.2.1.Dialoqlarda sadə nitq etiketlərindən istifadə edir.


Dərsin mövzusu:Nəzakətli olaq.

Dərsin məqsədi:



  1. Etiketdənkənar davranışa münasibət bildirir.

  2. Ünsiyyətdə olarkən özü­nütəqdim, müraciət, müraciətə cavab kimi nitq etketlərindən istifadə edir.

  3. Birgə fəaliyyətdə nəzakət qaydalarına riayət edir.

(Nümunə kimi verilmiş dərs məqsədini də ehkam kimi qəbul etməmənizi tövsiyə edirik.)

6. Məqsədlər müəyyən ediləndən sonra müəllim həmin məqsədləri həyata keçirmək üçün müvafiq forma və üsullar seçməlidir. Forma və üsulların müəyyənləşməsi məhz təlimin məqsədlərinə əsaslanır. Birinci məqsəddən məlum olur ki, dərs boyu şagirdlər hər hansı davranışa münasibət bildirməlidirlər, Müəllim düşünür: bu davranış hansı şəkildə şagirdlə təqdim ediləcək:

    1. mətn;

    2. audio video;

    3. rəsm və ya fotoşəkil;

    4. sinifdə qeyri-iradi yaranmış situasiya;

Birinci sinifdə əlifba təlimi dövründə şagirdlərə hər hansı bir mətnin oxunması kimi tapşırığın verilməsi təlim zamanı problemllər yarada bilər. Ona görə müəllim bütün məqamları diqqətlə götür-qoy etməlidir. Sinifdə texnologiya vasitələri (televizor, videomaqnitafon, kompyuter, proyektor) varsa.müəllim hər hansı filmdən parçaya tamaşa edib müzakirə aparmaq qərarı da qəbul edə bilər.

İkinci məqsəddə müəllim “Ünsiyyətdə olarkən özü­nütəqdim, müraciət, müraciətə cavab” ifadəsinə xüsusi əhəmiyyət verməlidir. Bu müəllimə məlumat verir ki, özü­nütəqdim, müraciət, müraciətə cavab sinifdə şagirdlərin ünsiyyəti şəraitində baş versin. Bu fəaliyyətlərin baş verməsi üçün təqdimat zamanı liderin özünü təqdim etməsinə xüsusi əhəmiyyət verilməlidir. Özünütəqdim zamanı yol verdiklmiş yanlışlıqlar vurğulanır və ya geniş müzkirəyə çıxarılır. Bütün şagirdlərin diqqətini həmin problemə cəlb edir. İkinci məqsəddəki “müraciət və müraciətə cavab”la bağlı cütlər tapşırığı yerinə yetirərkən onların bir-birinə müraciəti və qarşı tərəfin cavabı, o cümlədən üçüncü məqsəddə nəzərdə tutulan birgə fəaliyət zamanı nəzakət qaydalarına riayət olunduğu müşahidə edilir.

Yaranmış təlim şəraiti özü müəllimə kollektiv və cütlərdə iş forması, eləcə də müzakirə və müşahidə üsullarından istifadənin zəruriliyini diktə edir. Nəzakət qaydaları haqqında şagirdlərin ilkin məlumatlılığını təmin etmək məqsədi ilə müəllimin beynə həmlə üsulundan da istifadə etməsi məqsədəuyğun hesab edilə bilər.
7. Məktəbdaxili qiymətləndirmənin aparılmasına dair qiymətləndirmə vasitələri­nin hazırlanması ilə bağlı aşağıdakıları təklif etmək olar:

Qiymətləndirmə vasitələrinin hazırlanması üçün müəllim yaradıcı və təşəbbüskar olmalıdır. Nümunə: “1.2.1.Dialoqlarda sadə nitq etiketlərindən istifadə edir.” məzmun standartı reallaşdırılarkən ilk növbədə həmin standart üzrə təlim məqsədini müəyyən edir:



“İlkin tanışlıq zamanı dialoqda sadə nitq etiketlərində istifadə edir.” Müəllim formativ qiymətləndirmə aparmaq üçün meyarlar və qiymətləndirmə vasitələri hazırlamalıdır. Belə bir şəraitdə test və ya digər yazılı yoxlama vasitələrindən istifadə məqsədəuyğun deyil. Odur ki, müəllim qiymətləndirmənin müşahidə üsulundan istifadə edir. Şagirdlər ilkin tanışlıq etiketlərundən xəbərdar olandan sonra onlara dialoqa girmək üçün müvafiq şərait yaradır. Cütlərin təqdimatı zamanı müəllim şagirdlərin nitq etiketlərinə riayət edib-etmədiklərini qiymətləndirmək üçün meyarlar müəyyənləşdirir. Şagird sözləri tələffüz edərkən orfoepik qaydalara riayət etməli, istifadə etdiyi sözlərə və cümlələrə uyğun ntonasiya, tələffüz tonu, tempi seçməlidir. Bu da aşağıdakı meyarları müəyyən etməyə əsas verir:


  1. Tanışıq zamanı müvafiq nitq etiketlərindən istifadə edir;

  2. Tanışlıq zamanı müsahibi ilə müəyyən edilmiş məsafədə durur.

  3. Uyğun intonasiya, səs tempi və tonu seçir.

  4. Sözləri orfoepik qaydalara uyğun tələffüz edir.

Beləliklə, müəllim dərsi müşahidə edərkən müəyyən edilmiş meyarlar əsasında şagirdlərin nümayiş etdirdikləri dialoqu qiymətləndirir.


Nəticə
Aparılan monitorinqlər zamanı aşkar edilmiş problemlərlə yalnız adı çəkilən şəhər və rayonların deyil, digər bölgələrin də təhsil işçilərinin fəaliyyətində qarşılaşmaq olar. Bu baxımdan hazırlanmış materialın RTŞ, metodkabinet, məktəb rəhbərləri və müəllimlər tərəfindən diqqətlə öyrənilməsi, müzakirə və təhlil edilməsi, gələcək fəaliyyətlərində nəzərə alınması çox əhəmiyyətlidir. Bu yazıda həmin problemlərin yaranma səbələri və onların aradan qaldırılması yolları haqqında ətraflı söz açılmışdır.
İstifadə edilmiş ədəbiyyat


  1. Təhsil nazirliyinin 10 noyabr 2009-cu il tarixli 11/686 nömrəli əmrinə əsasən yeni fənn kurikulumlarının tətbiq olunduğu siniflərdə təlimin təşkili məsələlərini öyrənmək, müəllimlərə və məktəb rəhbərlərinə əməli köməklik göstərmək üçün respublikanın müxtəlif bölgələri əhatə olunmaqla Gəncə, Mingəçevir şəhər, Bərdə, Şəmkir, Balakən, Salyan, Beyləqan, Yardımlı, Qusar, Saatlı, Gədəbəy, Biləsuvar, Oğuz və Siyəzən rayonlarına ezam olunmuş bir qrup mütəxəssisin hesabatı.

  2. http://www.teach-nology.com/tutorials/teaching/poverty/print.htm





Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azrefs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə