Kürdəmir rayon Pirili kənd tam orta məktəbin İnformatika və Riyaziyyat müəllimi Mütəllim Mütəllimov




Yüklə 22.92 Kb.
tarix24.04.2016
ölçüsü22.92 Kb.

powerpluswatermarkobject3821236











Kürdəmir rayon Pirili kənd tam orta məktəbin İnformatika və Riyaziyyat müəllimi Mütəllim Mütəllimov


Kompyuteri sürətləndirməyin 8 yolu
1. Başlanğıc (Startup) proqramlarınının gərəksiz olanlarını ləğv edin
Yaddaşa düşən ağır yükü azaltmanın ilk yolu, Windows-da çalışan proqramları nəzarət etməkdən keçir. Startup proqramları - yəni ki, kompyuterinizdə windows açılan zaman işə düşən proqramlardır, bunların bəzilərinin aktiv olması zəruridir. Məsələn Windows açılan zaman səs drayverləri yüklənir, sistem fayllar yüklənilir. Lakin, elə proqramlar da var ki, windows açılan zaman gərəksiz yerə məsələn msn proqramı, agent, winamp və digər proqramlar işə düşür, bunların hamısının birdən işə düşməsi də kompyuterinizin gec açılmasına səbəb olur. Yeri gəldikdə msn, agent və başqa proqramları kompyuter tam açıldıqdan sonra lazım olan anda da işlətmək olar, niyə hamısını başlanğıc proqram kimi seçib, kompyuterin gec açılmasına səbəb olaq?
İndi elə edək ki, Windows açılan zaman gərəksiz bir çox proqram birdən aktiv olmasın. Bunun üçün Starta (pusk)-a daxil olun, ordan da Run (vipolnit) bölməsinə daxil olun, açılan pəncərəyə msconfig yazın və qarşınıza gələn yeni pəncərədən Startup bölməsinə daxil olun. Burada qarşınıza gələn siyahıda işarəli olan və istifadə etmədiyiniz proqramların işarəsini qaldıra bilərsiniz. Məsələn kompyuter açılan kimi msn-in açılmamasını istəyirsinizsə, msmgrs-nın qarşısından quşu ləğv edin, orda kateqoriyalar da hansı qısa sözün hansı proqrama aid olmağını bilməyinizdə köməyi olacaq. Qeyd: Tam olaraq bilmədiyiniz proqramların işarəsini ləğv etməyin; əks təqdirdə Windowsunuz bundan zərər görə bilər.



İstənməyən xidmətləri passiv vəziyyətə gətirin
Windowsu sürətləndirmənin bir başqa əhəmiyyətli yolu da lazım olmayan Windows xidmətlərini passiv mövqeyə gətirməkdir; ancaq Windows xidmətlərini bağlamaq hər vaxt o qədər də bir sürət artımı təmin etməz.
Windows Defenderi çıxmaq şərtilə, çünki Windows Defender, 20MB-lıq yaddaş tutumuyla ele de zəif tutum sayılmır. Əgər sisteminizdə hal hazırda olan bir təhlükəsizlik proqramı varsa, Windows Defenderi bağlaya bilərsiniz. Bunun üçün Windows Defenderi açın və Vasitələr (Tools) Variantlara girərək 'Windows Defenderi istifadə edin seçililiyini ləğv edin. Digər xidmətləri passiv mövqeyə gətirmək üçün Start menyusundan runa girərək boş sahəyə services.msc yazın və ok edin. Burada Windowsun digər bütün xidmətlərinə çata bilər və onları ləğv edə bilərsiniz.



Təchizat ehtiyaclarını azaldın
Kompyuteriniz 40 GB-lıq bir yaddaşa sahibdirsə, böyük ehtimalla bu tutumun ən çox 35 ya da 36GBini rahat istifadə edə bilərsiniz. Bunun səbəbi isə BIOS-un qalan yaddaşı video və Ethernet kartı kimi təchizatlara ayırmış olmasıdır. Bu mövzuda daha ətraflı bir məlumat əldə edə bilmək üçün Yoxlama Masasından Sistemə girə biləcəyiniz kimi Starta (Pusk), oradan da Run (Vipolnit) bölməsinə daxil olub, açılan pəncərəuə 'devmgmt.msc' də yazaraq Cihaz drayverlərini görə bilərsiniz. 512MB yaddaşlı bir ekran kartına sahibsinizsə, sistem yaddaşınızın 512MBinin ekran kartına ayrıldığını da düşünə bilərsiniz. Bu problemdən tamamilə xilas olmaq yaddaş üzərindəki təsiri qismən azaldıla bilər. Məsələn oyunlarla aranız yaxşı deyilsə, 512MB yaddaşlı  ekran kartı yerinə 128MBlik ekran kartı da işinizi görə bilər.




Gərəksiz xüsusiyyətləri bağlayın
Windowsda olan ancaq işinizə yaramayan tətbiqləri (proqram) gərəksiz yerə aktiv mövqeyə gətirməyin. Əks təqdirdə Windowsunuz hər vaxt yavaş işləyəcəkdir. Məsələn Windows Vistanın sürətini artırmaq üçün, Aero interfeysinə də ehtiyac yoxdursa, bu funkisyanı bağlaya bilərsiniz. Bununla yanaşı Windowsun klasshik görünüşünə (temaya) keçdiyinizdə 40MBə qədər boş yaddaş sahəsi qazanırsınız



Windows Səyyahını təsirli bir şəkildə işlədin
Windows Explorer, istənildiyində hər bir səyyah pəncərəsində ayrı bir əməliyyat görə bilər və beləliklə Windows Səyyahı pəncərələrindən birinin səhv verməsi səbəbiylə digər bütün pəncərələrin bağlanmasına gərək qalmaz. Ancaq qulağa xoş gələn bu xüsusiyyəti istifadə etdiyimizdə, hər bir pəncərə yaddaşın ən az 10MBini özünə ayırır. Bu funksiyasnı ləğv etmək üçün Tools>Folder options ordan da view-e daxil olub 'Qovluq pəncərələrini ayrı bir əməliyyat başlat-ı seçin.



Tətbiqləri (proqramları) minimize edin (panelə yığın)
Əgər bir proqram işlədirsinizsə, bu proqram yük olaraq RAM-dan xeyli istifadə etdiyini də bilərsiniz. Ancaq istənsə, bir tətbiqin RAMı daha az tükətməsi təmin edilə bilər. Ona görə də bir çox proqram aktiv olduqda onların bəzilərini minimize etməklə Rama daha az yük düşür və beləliklə kompyuter də sürətlə işləyir.



Şübhəli proqramlardan istifadə etməyin
Yaddaşla əlaqədar proqramlarla boş yerə vaxt aparmayın; çünki bu cür proqramlar çox bir işə yaramadığı kimi, sisteminizdə ciddi səhvlərə də səbəb ola bilir. Məsələn
RAMınızı optimizə etmək üçün hazırlanan bəzi vasitələrin bir çoxu nəinki RAM tükətimini azaldır, əksinə RAMınızın üzərində əlavə bir yük belə olmaqdadır. Bu səbəblə bu kimi vasitələrdən qətiliklə uzaq dayanın.



Kompyuterinizi yaxından izləyin
Kompyuterinizi təmizlədiniz və yenidən başlatdınız və Kompyuterinizin RAMınızı necə istifadə etdiyini maraqlanırsınız. Bunun üçün CTRL+SHIFT+ESC ya da CTRL+ALT+DEL düymə kombinasiyasını istifadə etmək surətiylə Windows Vəzifə İdarəçisinə girin. Açılan pəncərədən Əməliyyatlar (Processes) bölməsinə girin. Burada o an çalışmaqda olan bütün Windows tətbiqlərinin (proqramlarının) bir siyahısını görəcəksiniz. Burada hansı proqramın nə qədər RAM tükətdiyini asanca görə bilərsiniz.





Kompüterləri virusdan necə qorumalı?

5:46 Am

 

 

Antivirusla gələn virus təhlükəsi

Viruslar, casus proqramlar, soxulcanlar və troyanlar (troya atları), kompüterlərdə özbaşına ortaya çıxmır. Ya internetdən endirdiyimiz fayllar, ya da dostumuzun  CD-indən qurduğumuz proqramlarla kompüterlərimiz virusa yoluxur.
Hər il milyonlarla kompüter virusa yoluxur, buna görə hər ay böyük bir qorxu yaşanmalı olur. Şirkətdəki bir kompüterdə olan virus, o şirkətdəki bütün kompüterlərə yoluxa bilir. Virusların üzündən bir çox şirkət böyük maliyyə itkiləri yaşayır. Kompüterlərin ölçü və xüsusiyyətini dəyişərək gündəlik həyatın ən dərin nöqtələrinə qədər yayılması və internet istifadəsindəki artımla birlikdə viruslar da çox sürətli bir şəkildə yayılaraq, hamımızın qorxulu yuxusu olmağa davam edir.

YALANLARA ALDANMAYIN

Kompüterlərə düşən virusların çoxu, şüursuz istifadəçilərin axtarış mühərriklərində qarşılarına çıxan pulsuz antivirüs proqramlarını heç araşdırmadan yükləmələrindən qaynaqlanır. Çünki kompüterlərimizi qorumaq üçün yüklədiyimiz bu antivirüs proqramlarının çoxu əslində virusun  özüdür. Bu saxta antivirüs proqramları kompüterimizdə bir çox virusun tapıldığı və bunları təmizləmənin tək yolunun da istifadə etməkdə olduğumuz antivirüsün ödənişli variantını endirməkdə olduğuna dair xəbərdarlıq mesajları verir.

Kompüterində virus olduğu yalanına inanan bir çox istifadəçi də saxta antivirüs proqramını satın almaq məcburiyyətində qalır. "PandaLabsa" görə 30 milyondan çox istifadəçi, saxta antivirüs qurbanı olub. Və internet mühitində bu anda 7 mindən çox saxta antivirüs proqramı var.

BU DA SAXTA ANTİVİRÜS PROQRAMLARI

PersonalAntiSpy, VirusGuardPlus, VirtualPCGuard, AntiMalware 2009


AntivirusProtection, Security Scanner 2008, VirusResponse Lab 2009
Antivirus Lab 2009, Antivirus Security, Micro Antivirus 2009
AntiSpyware Pro XP və XP Protector 2009

VİRUSA YOLUXMANI NECƏ BİLMƏK OLAR?

Bilmədiyiniz bir faylı istəyərək, ya da səhvən açdınız; bu faylın viruslu olub-olmadığını anlamaq üçün aşağıdakılara diqqət yetirin:


Kompüteriniz gözlənilməz bir şəkildə bağlanırsa;
Kompüteriniz açılarkən çox yavaş açılır, açılma müddətində qəribə mesajlar göstərirsə;
Əməliyyat sisteminiz normaldan yavaş reaksiya verir, ya çox gec açılır, ya da çox gec bağlanırsa;
Sisteminizin yaddaşı davamlı qeyri-kafi gəlirsə;
Yeni proqramların yüklənməsi normaldan uzun sürürsə;
Siz kimsəyə e-poçt göndərmədiyiniz halda kompüteriniz ünvan dəftərinizdəki kəslərə e-poçt göndərirsə;
Kompüterinizdə qəribə adlı fayllar meydana gəlir və ya fayl ölçüləri davamlı böyüyürsə, kompüter sisteminizə virusun yoluxması  ehtimalı yüksəkdir.

VİRUSDAN NECƏ QORUNMALI

Kompüterinizə mütləq lisenziyalı antivirus proqramı yükləyin;


Hər hansı bir diski, yaddaş kartını və s. açmamışdan öncə antivirusla yoxlayın və virus olmadığına əmin olduqdan sonra istədiyiniz əməliyyatı yerinə yetirin;
İnternetdən yüklədiyiniz hər bir faylı mütləq  antivirusdan keçirin.

Amma unutmayın ki, viruslar hər zaman antivirus proqramlarından bir addım öndə olurlar. /






Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azrefs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə