KÜLƏk parametrləRİNİn uçUŞlara təSİRİ. KÜLƏk süRÜŞMƏLƏRİ




Yüklə 27.79 Kb.
tarix30.04.2016
ölçüsü27.79 Kb.
KÜLƏK PARAMETRLƏRİNİN UÇUŞLARA TƏSİRİ.KÜLƏK SÜRÜŞMƏLƏRİ

Külək parametrlərinin uçuşlara təsiri.Külək sürüşmələri.
Külək və onun əmələ gəlməsi.Yer səthinə nisbətən havanın hərəkəti külək adlanır və bir qayda olaraq hərəkətin üfüqi toplananı nəzərdə tutulur.Bəzən qalxan və enən küləklərdən danışılır,yəni bu hərəkətdə şaquli toplanan nəzərə alınır.Külək sürəti və istiqaməti ilə müəyyən edilir.Külək sürəti dedikdə onun ədədi qiyməti nəzərdə tutulur,yəni fərdi hava həcminin vahid zamanda yer səthinə nisbətən keçdiyi yoldur.Küləyin istiqaməti kimi külək əsən tərəfdən nöqtənin azimutu qəbul edilir.Küləklər yer kürəsinin müəyyən yerlərində müxtəlif istiqamətlərdə əsir və onlar müxtəlif səbəblərdən əmələ gəlir.Müşahidə olunduğu ərazilərdə müxtəlif yerli adlar daşıyır.Bu küləklərdən boranı,sarmanı,nordu,çinuku,səmum,əfqan,mistral,sirokko,boxorok və sairələrini göstərmək olar.Qeyd edilən küləklərin bir qismi isti,quru,tozanaqlı(fyon,səmum,boxorok,əfqani və s.)olur.Bunların bəziləri yerli küləklərə aid edilir.Bu küləkləri yaradan səbəblər aşağıdakılardır.

1.Atmosfer sirkulyasiyası ilə oroqrafiyanın qarşılıqlı təsiri nəticəsində yaranan qasırğa güclü küləklər.Şimaldan cənuba doğru hərəkət edən soyuq arktika hava kütlələrinin qarşısında perpendikulyar şəkildə duran dağ sistemləri olan yerlərdə müşahidə edilir.Cənuba doğru hərəkət edən soyuq arktika hava kütlələri öz yolları həmin dağ silsilələri ilə rastlaşır və bu hava kütlələrinin şaquli qalınlığı az olduğundan həmin dağları aşa bilmir.Ona görə də həmin hava kütlələri alçaq dağ aşırımlardan keçərkən xeyli gərginləşir.Sürətini daha da artırıb qasırğa gücünə atır.

2.Müxtəlif mənşəli hava kütlələrin qarşılaşaq barik mərkəzlər (siklon və antisiklon) və atmosfer cəbhələri əmələ gətirdiyi yerlərdə yaranan qasırğa güclü küləklər

Təyyarələrin enmə və qalxmasına küləyin sürətinin və istiqamətinin təsiri Bütün meteoroloji kımiyyətlər kompleksindən küləyin sürət və istiqaməti təyyarələrin uçma və enmə göstəricilərinə daha ciddi təsir göstərir.Qarşıdan əsən külək təyyarənin qalxması zamanı qalxma qüvvəsinə əlavə təsir göstərərək onun artmasına,hərəkətin əvvəlində təyyarənin müvazinətinin yüksəlməsinə və idarə edilməsinin asanlaşdırılmasına səbəb olur.

Buna görə də təyyarələrin qalxma və enməsi küləyin əksi istiqamətində həyata keçirilir və bununla da qalxma-enmə sürətinin azalması ilə yanaşı qalxma və enmə zamanı UEZ üzərində qaçış məsafəsinin qısalmasına nail olunur.Uçuş istiqamətində əsən külək isə qeyd olunmuş parametrlərə tam əks təsir göstərir.




Şəkil 1:Yan külək zamanı uçuş

Yan külək zamanı təyyarənin idarə edilməsini çətinləşdirən yana əymə və döndərmə momentləri yaşanır.Yana əymə momenti küləyin qanadlar üzərində qeyri-bərabər paylanması nəticəsində yaranır.Qanad müstəvisinin külək vuran tərəfində qalxma qüvvəsi artır,bununla yanaşı dinamik kölgədə yerləşən digər qanad müstəvisində hımin qüvvə azalır.

Döndərmə momenti təyyarəni küləyin əks istiqamətinə tərəf çevirməyə cəhd edir.O,quyruq hissədə yerləşən stabilizatorun iri yelkənşəkilli olması və ağırlıq mərkəzi ilə küləyin yan təzyiq mərkəzinin üst-üstə düşməməsi nəticəsində yaranır.

Hava gəmisinə təsir göstərən döndərmə momentinin zəiflədilməsinə nail olmaq üçün UEZ üzərində qaçışın ilkin mərhələsində ön hissədə yerləşən təkəri idarə edərək sonradan tədricən sürətin və qaçış məsafəsinin artması ilə döndərmə sükanının istiqamətini müvafiq dərəcədə dəyişdirmək lazımdır.Ona görə də yandan güclü əsərkən yerinə yetirilən uçuş zamanı təyyarənin idarə edilməsi çətinləşir.

Təyyarənin yan külək zamanı enməsi qalxmada olduğundan daha artıq çətinlik törədir.Bu zaman hava gəmisini idarə etmədə pilotun üzərinə tam şəkildə ağırlıq düşür. Küləyin səhv hesablanması zolaqdan kənara enməyə səbəb ola bilər.Təyyarənin UEZ üzərində toxunduğu anda sürətin yan toplananı şassi üzərində yan perpendikulyar təsir qüvvəsi yaradır.Bu yükləmənin müəyyən göstəricilərində təkərlərin partlaması və ya şassinin sınması baş verə bilər.Buna görə də qalxma və enmə etapında hər bir təyyarə növü üçün uyğun yan küləyin təyin olunmuş sürəti hesablanır.Məsələn:İL-86 üçün yan küləyin yol verilən son sürəti qalxma və enmə zamanı quru UEZ-da 15 m/s –dir.UEZ yaş olduqda isə o 5 m/s-ə qədər enir.Yüngül təyyarələr üçün isə bu 8-10 m/s-i keçmir.Uçuşların meteoroloji təminatında b ütün bu məhdudiyyətlər nəzərə alınmalıdır.

Külək sürüşmələrinin enmə və qalxmaya təsiri.Fəzanın nisbətən kiçik məsafələrində küləyin sürətinin və istiqamətinin kəskin dəyişməsinə külək sürüşməsi deyilir.Son il dünya uçuş təcrübəsində külək sürüşmələrinin səbəb olduğu bir sıra ağır uçuş hadisələri qeyd olunmuşdur.İKAO-nun verdiyi məlumatlara görə qalxma və enmə zamanı meteoroloji şəraitlə bağlı baş verən aviasiya hadisələrinin 78%-nə səbəb külək sürüşməsidir. Aralarındakı külək sürüşməsi ölçülən 2 nöqtənin fəzada yerlışməsindən asılı olaraq 2 növ külək sürüşməsi məlumdur:üfüqi və şaquli.Külək sürüşməsi daha çox hava gəmilərinin qalxma və enməsinə təsir göstərir.İKAO-ın tədqiqatlarına əsasən,şaquli sürüşmə özünü 30 m hündürlükdə sürüşmənin güclü qradasiyalarına uyğun olan 5 m/s və yuxarı qiymətlərində büruzə verir.Külək sürüşmələrinin təyyarələrə təsiri ondan ibarətdir ki,hava axının hərəkət xarakterinin uçuş trayektoriyası boyu kəskin dəyişməsi qalxma gücünün tarazlığının və təyyarənin çəkisinin pozulmasına gətirib çıxarır.Təyyarə müəyyən ətalətə malik olduğu üçün yol sürəti dəyişməz qalır,hava sürəti isə hava axının dəyişməsi ilə bağlı olaraq dəyişir.Bu qalxma gücünün dəyişməsinə gətirir ki,bu da təyyarənin hava sürətinin kvadratı ilə düz mütənasibdir.Nəticədə təyyarənin şaquli müstəvidə vəziyyətini dəyişməsi baş verir ki,bu da külək sürüşməsinin növündən asılıdır.

İri ölçülərə və uçuş kütləsinə malik təyyarə daha çox külək sürüşməsinin təsirinə məruz qalırlar.Çünki belə təyyarələr böyük ətalətə malikdirlər,bu da hava sürətinin ardınca yol sürətinin ani dəyişməsinə maneə törədir.Qarşıdan əsən küləyin sürəti artdıqca və eyni istiqamətdə əsən küləyin hündürlük artdıqca zəifləməsi aşağıdakılara səbəb olur.

-enmə zamanı cihaz sürəti ilə qalxma gücünün azalmasına və uçuş hündürlüyünün düşməsinə (şəkil 2).güclü sürüşmə zamanı hava gəmisinin uçmə-enmə zolağına çatmamış enmə ehtimalı artır.Çox güclü külək sürüşməsi qalxma zamanı böhran hücum bucaqlarından kənara çıxmaya və təyyarənin düşməsi təhlükəsinin yaranmasına gətirib çıxarır.


Şəkil 2:Külək sürüşməsinin təsiri nəticəsində hündürlüyün itirilməsi və hava gəmisinin qlissada xəttində çıxması.Qlissadadan aşağı enmə.


Şəkil 3:Qarşıdan əsən küləyin sürətinin hündürlük artdıqca intensiv olaraq güclənməsi nəticəsində qalxma etapında hava gəmisinin sürət parametrlərinin kəskin artması.

Qarşıdan əsən küləyin zəifləməsi və eyni istiqamətdə əsən küləyin hündürlük artdıqca sürətlənməsi aşağı vəziyyətlərə səbəb olur.

-enmə zamanı qalxma gücünün artması və qlissadadan yuxarı enmə.

Şəkil 4:Külək sürüşməsinin təsiri nəticəsində hava gəmisinin qlissada xəttindən yuxarı qalxması.Qlissadadann yuxarı enmə.

-qalxma zamanı (şəkil 5) qalxma gücünün azalmasına və hündürlüyün itirilməsinə gətirib çıxarır. Şəkil 5:Qarşıdan əsən küləyin sürətinin hündürlük atdıqca intensiv olaraq zəifləməsi nəticəsində qalxma etapında hava gəmisinin hündürlük yığma üzrə kinematik parametrlərinin kəskin azalması Bu zaman UEZ yerüstü maneələrlə toqquşma təhlükəsi yaranır.Təyyarənin uçma-enmə zolağının ox xəttindən kənara çıxmasına təsir göstərən üfüqi küləyin sürüşməsi atmosferin aşağı qatlarında küləyin istiliyinin kəskin dəyişməsi xarakterizə olunur.Bu zaman qalxma zamanı hündürlüyün təhlükəsiz yığılma sektorunun hüdüdlarından çıxma,enmə zamanı isə UEZ-dan kənara enmə təhlükəsi yaranır.Üfüqi küləyin sürüşməsi hava gəmisini üfüqi uçuş trayektoriyası boyu baş verən zaman onun hava gəmisinə təsiri şaquli külək sürüşməsinin təsirinə analoji olaraq baş verir.Belə ki,qarşı küləyin zəifləməsi hündürlüyün itirilməsinə və aşağı hündürlükdə uçuş zamanı təhlükə yaranmasına səbəb olur.Qarşı küləyin güclənməsi isə təyyarənin uçuş hündürlüyünün artmasına səbəb olur.

Küləyin sürüşməsinə müqavimət göstərmək üçün uçuş heyətinə aşağıdakıları məsləhət görülür:

-qalxma və enmədə qarşıdan əsən küləyin zəifləməsi zamanı hava sürətini artırmaq;

-çox güclü küləyin sürüşməsi zamanı enməni həyata keçirmək olmaz;

Güclü külək sürüşməsi ən çox

-intensiv konveksiya zonalarında,aktiv atmosfer cəbhələri zonasında,antisiklon sahələrində,dağ və dərələrdə,briz zonalarında və dağ-dərə sirkulyasiyası zonalarında.

İntensiv konveksiya zonasında rütubətli havada,ildırım,leysan yağıntılar,dolu,qasırğa turbulentlilik ilə müşayiət olunan güclü topa-yağışlı buludlar əmələ gəlir.Bu buludların arxasında və yan tərəfdə 5-10 km məsafədə.buludun önündə isə 10-20 km məsafəyədək küləyin kəskin güclənməsi zonası formalaşır.İldırımlı buludların ön hissəsində güclü külək sürüşməsi müşahidə olunur.Bu zona qasırğa zonası və ya sürüşmə cəbhəsi adlandırılır.Bəzən bu zona buludun önündə 30 km məsafədə yayıla bilər.Hava gəmiləri sürüçmə cəbhəsindən keçən zaman hava sürətinin kəskin dəyişməsi müşahidə olunur.Bu səbəbdən aşağı hündürlükdə uçan zaman qarşıdan gələn ildırım buluduna doğru uçuş təhlükəlidir.Cəbhə zonalarında hava kütlələrinin külək rejimindəki müxtəliflikləri külək sürüşmələrinin yaranmasına səbəb olur.Soyuq cəbhə zonasında topa-yağışlı buludların yaranması və güclü ani şiddətli küləyin baş verməsi nəticəsində külək sürüşməsi əmələ gəlir.Güclü şaquli və üfüqi külək sürətləri həm cəbhə keçdiyi vaxt həm də onun hərəkət sürətinin son 3 saat ərzində 55 km/saatdan az olmadığı zaman müşahidə edilir.İsti cəbhə zonasında isə dayanıqlı temperatur strtifikasiyasında şaquli külək sürəti baş verir.Bu cəbhə keçərkən və hətta qarşı 6 saat ərzində müşahidə olunur.Külək sürüşməsi nəinki cəbhə,həmçinin radiasiya və oroqrafik inversiya zamanı da yaranır.Antisiklonik havada atmosferin yerüstü təbəqəsində gecə saatlarında güclü soyuma nəticəsində radiasiya inversiyası baş verir.Bununla bərabər yer səthində şəlakət,inversiya təbəqəsinin üst sərhəddinin üzərində isə dayanıqlı güclü külək müşahidə olunur.

Yer səthində kəskin relyefli ərazilərdə böyük şaquli külək sürüşmələri müşahidə olunur,çünki burada yerüstü inversiya relyefin xüsusiyyətləri hesabına güclənir.Dərələrdə çox güclü külək sürüşmələri olur.Bu külək sürüşmələri zəifləyən axınların küləkdöyən zirvələrlə dağ-dərə küləklərinin dağlarla qarşılıqlı təsiri nəticəsində yaranır.Hava gəmisi üçün böyük təhlükəni küləkdöyən zirvələrlə böyük sürətlə üfüq oxu 30 m-dən 200 m-dək,uzunluğu isə üfüq boyu 500 m-dək olan “rotor burulğanları”törədir.



Külək sürüşməsini yaradan şəraiti düzgün qiymətləndirmək və vaxtında uçuş heyətini bununla məlumatlandırmaq təyyarənin güclü külək sürüşməsinə daxil olmasının qarşısını alır. Ay pis ushaq o nedi dedin mamana? tupoyka


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azrefs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə