Küçə reklamlarının yerləşdirilməsi və yayımı üçün reklam tariflərinin tənzimlənməsi barədə azərbaycan respublikasi tariF




Yüklə 30.61 Kb.
tarix10.04.2016
ölçüsü30.61 Kb.
Küçə reklamlarının yerləşdirilməsi və yayımı üçün reklam tariflərinin tənzimlənməsi barədə
AZƏRBAYCAN RESPUBLİKASI TARİF (QİYMƏT) ŞURASININ QƏRARI
Azərbaycan Respublikası Prezidentinin «Azərbaycan Respublikasının Tarif (qiymət) Şurası haqqında Əsasnamənin təsdiq edilməsi barədə» 2005-ci il 26 dekabr tarixli, 341 nömrəli Fərmanına, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 30 dekabr tarixli, 247 nömrəli qərarı ilə təsdiq edilmiş «Dövlət tənzimlənməsi tətbiq olunan tariflərin (qiymətlərin) formalaşması və tətbiqi üzərində dövlət nəzarətinin təmin edilməsi Qaydaları»na və Azərbaycan Respublikası Tarif (qiymət) Şurasının 2008-ci il 30 iyul tarixli iclasının protokoluna əsasən qərara alır:

I. Küçə reklamının yerləşdirilməsinə verilən icazə üçün birdəfəlik ödəniş tarifi Bakı şəhəri üzrə 70,0 manat, Sumqayıt, Gəncə, Mingəçevir, Şirvan, Xırdalan şəhərləri və Abşeron rayonu üzrə 50,0 manat, digər regionlar üzrə isə 35,0 manat həcmində müəyyənləşdirilsin.



II. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 23 aprel tarixli, 92 nömrəli qərarı ilə təsdiq edilmiş «Küçə reklamının yerləşdirilməsi, yayımı və reklam tarifi zonalarının müəyyən edilməsi Qaydaları»na uyğun olaraq, Bakı şəhəri üzrə 1m2 küçə reklamlarının yayımı üçün bir aylıq ödəniş tarifləri aşağıdakı cədvəldə verilmiş səviyyədə təsdiq edilsin:


Sıra №-si

Reklam daşıyıcısının növü

Tariflər (manatla)







Zonalar







A

B

C

1.

Damlarda, hava şarlarının, aerostat və dirijablların üstündə yerləşdirilən lövhələr, ekranlar və göstəricilər

8,0

7,0

3,0

2.

Küçələrin kənarlarında, meydan, park, bağ və yol ayrıclarında yerləşdirilən stasionar işıqlı, kənardan işıqlanan və ya işıqlanmayan istənilən ayrıca dayaqlı lövhələr

10,0

7,0

3,0

3.

Binalarda yerləşdirilən stendlər və pannolar

8,0

7,0

5,0

4.

Yerüstü keçidlərdə, körpü və estakadalarda yerləşdirilən lövhələr

12,0

10,0

8,0

5.

İşıq və digər dirəklərdə yerləşdirilən işıqlı kronşteynlər

10,0

8,0

7,0

6.

Yeraltı keçidlərdə yerləşdirilən lövhələr, stendlər, plakatlar və tablolar

5,0

4,0

3,0

7.

Dayanacaqlarda, telefon, ticarət, köşk və yanacaqdoldurma pavilyonlarında və onların günlüklərində yerləşdirilən lövhələr və stendlər

4,0

3,0

3,0

8.

Tikinti və digər hasarlarda yerləşdirilən düz səthli lövhələr və plakatlar

5,0

4,0

3,0

9.

Küçə və yolların üstündə vurulan asma transparantlar

15,0

12,0

10,0

10.

Dinamik qurğular (prizmavijn, lentvari skroller mexanizmli)

12,0

8,0

5,0

11.

Həcmli fəza konstruksiyaları

12,0

10,0

8,0

12.

Proyeksiya qurğuları

7,0

5,0

4,0

13.

Vitrin və pəncərələrdə yerləşdirilən afişalar, elanlar, plakatlar, ticarət nişanları, loqolar

3,0

3,0

2,0

14.

Binaların fasadlarında, birbaşa aid olduğu xidmət, ticarət və ya digər obyektlərin giriş hissəsində, divarında, önündə kommersiya məqsədilə yerləşdirilmiş həmin obyektlərin mənsubiyyətini, adını, firma nişanını göstərən lövhələr

7,0

5,0

3,0

15.

Sərgi, şou, küçə-meydanlarda və s. kütləvi tədbirlərdə reklam vasitələri, o cümlədən hava şarları, dirijabl üstündə reklam və loqolar (uduşların nümayişi də daxil olmaqla)

12,0

10,0

8,0

16.

Səyyar

7,0

5,0

3,0

17.

İşıqlı elektron tablolar

12,0

8,0

5,0

III. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 23 aprel tarixli, 92 nömrəli qərarı ilə təsdiq edilmiş «Küçə reklamının yerləşdirilməsi, yayımı və reklam tarifi zonalarının müəyyən edilməsi Qaydaları»na uyğun olaraq Sumqayıt, Gəncə, Mingəçevir, Şirvan, Xırdalan şəhərləri və Abşeron rayonu üzrə küçə reklamlarının yayımı üçün bir aylıq ödəniş tarifləri II bənddə qeyd olunan uyğun xidmətlərin tariflərinə 0,7, digər regionlar üzrə isə 0,5 əmsalı tətbiq edilməklə müəyyənləşdirilsin.

IV. 1. Reklamların mövzularından asılı olaraq spirtli içki, sosial reklamlar, yerli istehsal müəssisələrinin reklam vasitələri üçün tətbiq edilən əmsallar müvafiq olaraq 2,5; 0,1; 0,75 səviyyəsində təsdiq edilsin.

2. Həcmli fəza konstruksiyaları və mürəkkəb formalı qurğular üçün sahə kimi reklamın konturu ilə əhatə olunmuş sahə qəbul edilir.

3. Reklam kompaniyaları aparılarkən eyni mövzulu və təsvirli reklam daşıyıcılarının ümumi sahəsi 200 kv.m.-dən yuxarı olduqda, qiymətlərə 20%, 400 kv.m.-dən yuxarı olduqda isə 40 % güzəşt tətbiq edilir.

4. Reklam lövhəsinin ölçüsünə görə aşağıdakı əmsallar tətbiq edilir:

20 kv.m.-ə qədər 1,0

20-40 kv.m.-ə qədər olduqda 20 kv.m.-dən yuxarı hissəsinə 0,8

40-80 kv.m.-ə qədər olduqda 40 kv.m.-dən yuxarı hissəsinə 0,6

80 kv.m.-dən yuxarı olduqda 80 kv.m.-dən yuxarı hissəsinə 0,5

V. Bu qərar 2008-ci il 01 sentyabr tarixindən qüvvəyə minir və bu xidmətlərə dair əvvəl qəbul edilmiş tariflər qüvvədən düşmüş hesab edilir.
Azərbaycan Respublikası Tarif (qiymət) Şurasının sədri

H. BABAYEV

Bakı şəhəri, 30 iyul 2008-ci il



№ 7


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azrefs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə