Konstitutsiya hüququ elminin anlayışı, predmeti və




Yüklə 153.98 Kb.
səhifə1/3
tarix30.04.2016
ölçüsü153.98 Kb.
  1   2   3
Azərbaycan Respublikası Təhsil Nazirliyi Bakı Dövlət Universiteti.
Hüquq fakultəsi II kurs qiyabi şöbəsinin tələbəsi Ağayeva Gülər Sahib qızının Konstitusiya Hüququ fənindən


Konstitutsiya hüququ elminin anlayışı, predmeti və

metodları.



Kafedira: Konstitusiya hüququ
Baş müəllim:
Elmi rəhbər:

Bakı-2010

P L A N


  1. Giriş_________________________________________ 3

  2. Konstitusiya hüquq elminin anlayışı________________9

  3. Konstitusiya hüquq elminin predimenti ____________19

  4. Konstitutsiya hüquq elminin metodları_____________ 26

  5. Nəticə________________________________________31

  6. İstifadə edilən ədəbiyyat_________________________33


G İ R İ Ş

Konstitusiya latınca “constitutio” sözündən olub mənası “quruluş”, “təsisat qurmaq” və “təsis etmək” mənasında işlədilir. Bu söz ilk dəfə Qədim Romada imperator dekretlərindən birisinin adı kimi işlənmiş və konstitusiya sözü buradan meydana gəlmişdir. Orta əsrlərdə Avropada feodal-zadəgan imtiyazlarını nəzərdə tutan aktlar da sözün hərfi mənasına uyğun olaraq bu cür adlandırılmışdır. Lakin nə antik dünyada, nə də orta əsrlərdə konstitusiyanın müasir anlamı olmamışdır, o dövrlərdə bütün cari hüquq yaratma fəaliyyətinin hüquqi bazası ola biləcək əsas qanunlarda yox idi.

Dünyada ilk yazılı konstitusiya 1787-ci ildə ABŞ-də, Avropada isə ilk yazılı konstitusiya 1789-cu ildə Fransada qəbul olunmuşdur.

Azərbaycanda, Konstitusiya quruculuğu tariximizdə 1918-ci il mayın 28-də AXC-nin yarandığını elan edən “İstiqlal bəyannaməsi” konstitusiya xarakteri daşıyan ilk hüquqi sənəd olmuşdur.

Hüquqi dövlətin ən əsas, ən yüksək, ən ali qanunu konstitusiyadır. O, dövlətin bütün qanunvericilik aktlarının əsasında durur. Ən mühüm şəkildə konstitusiya –ali hüquqi qüvvəyə malik, bir tərəfdən insan və cəmiyyət, digər tərəfdən insan və dövlət arasında münasibətlərin, dövlətin özünün təşkilinin əsaslarını tənzimləyən hüquq normaları sistemidir. Bu normalar bir, yaxud bir neçə normativ aktlarda –əsas qanunlarda cəmləşə bilər, həmçinin adi qanunların qeyri-müəyyən çoxluğunda, məhkəmə presedentlərində və konstitusiya adətlərində ola bilər. Onda dövlət həyatının və ictimai həyatın hüquqi prinsiplərini ifadəsini tapıb. Konstitusiya cəmiyyətin ümumi hüquqi modelidir ki, buna da bütün cari qanunvericilik uyğun olmalıdır. Dövlətin heç bir hüquqi aktı konstitusiyaya zidd olmamalıdır.

Müasir dövlətlərin əksəriyyətinin konstitusiyası var. Konstitusiya quruluşun insanların və vətəndaşların hüquq və azadlıqlarına əməl olunmasına yönəldilmiş elə bir qaydadır ki, burada dövlət konstitusiyaya uyğun fəaliyyət göstərir. Hər bir ölkənin konstitusiya quruluşunun özünəməxsus xüsusiyyətləri vardır. Konstitusiya elə xüsusiyyətlərə malikdir ki, bunlar başqa qanunlarda olmur. Bu, hər şeydən əvvəl konstitusiya quruluşunu müəyyən edən əsas ünsürlərlə bağlıdır. Bizim ölkəmizin də konstitusiya quruluşuna malik olduğundan, müəyyən ünsürlərə malikdir. Bu ünsürlərə aşağıdakıları aid etmək olar:



  • Konstitusiyanın aliliyi;

  • xalq hakimiyyəti;

  • xalqın suverenliyi;

  • sosial və dünyəvi dövlət prinsipləri;

  • azad iqtisadiyyat və iqtisadi həyatın müxtəlifliyi;

  • şəxsiyyətin hüquqi statusunun əsasları;

  • hakimiyyətin bölünməsi;

  • siyasi və ideoloji plüralizm;

  • yerli özünüidarəetmənin təşkili;

  • respublika idarəçilik forması;

  • mülkiyyətin müxtəlif formalarının müdafiəsi.

Normasından asılı olaraq konstitusiyaların iki növü mövcuddur: yazılı və şifahi. Şifahi konstitusiyalara Böyük Britaniyanın, Yeni Zelandiyanın, Mərakeşin konstitusiyaları misal ola bilər. Şifahi konstitusiya müxtəlif qanunların, məhkəmə presidentlərinin, adətlərin məcmusundan ibarət olur. Buraya adətlər daxil olur və konstitusiya şifahi xarakter daşıyır.

Müasir elmdə “Konstitusiya” termini iki mənada işlədilir:

1. Faktiki Konstitusiya;

2. Hüquqi Konstitusiya.

Faktiki konstitusiya Azərbaycan Respublikasında ictimai quruluşun faktiki əsaslarını və şəxsiyyətin həqiqi real vəziyyətini ifadə edir. Faktiki konstitusiya cəmiyyətdəki real münasibətləri əks etdirir. Bu münasibətlər müəyyən sənədlərdə ifadə olunaraq hüquq normaları ilə tənzimlənir.

Hüquqi konstitusiyalar ali hüquqi qüvvəsi olan, xüsusi qaydada qəbul edilən və dəyişdirilən, sosial-iqtisadi qruluşun, siyasi sistemin, şəxsiyyətin hüquqi statusunun, cəmiyyətin mənəvi həyatının əsaslarını az və ya çox dərəcədə tənzim edən, yəni xüsusi obyekti olan sənəddir, əsas qanundur.

Faktiki və hüquqi konstitusiyaların nisbət dinamikası mürəkkəbdir. Hüquqi konstitusiyanın mahiyyəti, onun məzmunu faktiki konstitusiya ilə cəmiyyətin və dövlətin inkişafının müxtəlif mərhələlərində sosial-iqtisadi və ictimai prosesdə müəyyən olunur. Konstitusiya Azərbaycan Respublikasının Əsas Qanunudur. Ona görə ki, hüquqi konstitusiyada ifadə olunan normalar real həyatda dövlət hakimiyyətinin həyata keçirilməsi ilə bağlı yaranan ictimai münasibətlərin daha vacib və zəruri sahəsini qaydaya və nizama salır.

Azərbaycan Respublikasının Konstitusiyası dövlətin Əsas Qanunu olması ilə bərabər yüksək hüquqi qüvvəyə malikdir. Maddi mənada konstitusiyanın ali hüquqi qüvvəsi ondadır ki, digər normativ hüquqi aktlar mahiyyət etibarilə konstitusiyanın normalarına uyğun olmalıdır. Buna görə də həm qanunlar, həm də qanunqüvvəli sənədlər kontitusiyaya uyğun gəlməli, ona zidd olmamalıdır.

Azərbaycan Respublikası Konstitusiyasının 147-ci maddəsinə görə Konstitusiya ən yüksək və birbaşa hüquqi qüvvəyə malikdir. Bu o deməkdir ki, heç bir akt konstitusiyaya zidd ola bilməz və kontitusion müddəalar birbaşa praktikada tətbiq edilir. Konstitusiyanın əsas normaları birbaşa tətbiq olunma imkanına malikdir.

Azərbaycan Respublikasının Konstitusiyası suverenliyi, müstəqilliyi və dövlət hakimiyyətinin aliliyini təsbit edən hüquqi təsis sənədidir. O, konstitusiya quruluşunun sistemli baxışına əsas verir, dövlət institutları sistemində balans yaradır, konstitusiya quruluşunun sabitliyini təmin edir.

Azərbaycan Respublikasının Konstitusiyası dedikdə, Azərbaycan respublikasının əsas qanunu sayılan, ali hüquqi qüvvəsi olan xüsusi qaydada qəbul edilən və dəyişdirilən elə bir sənəd başa düşülür ki, bu sənəd sosial-iqtisadi quruluşun,siyasi sistemin və cəmiyyətin mənəvi həyatının əsaslarını,vətəndaşların (şəxsiyyətini) hüquqi vəziyyətini, dövlət quruluşunu və idarəetmə formasını, dövlət hakimiyyəti orqanlarını müəyyən edir.

Konstitusiyanın özünəməxsus xüsusiyyətləri aşağıdakılardan ibarətdir:

1) Konstitusiyanın xalq tərəfindən qəbul edilməsi. Qəbul edilmə qaydasına görə konstitusiyalar bəxş edilmiş və referendumla qəbul olunmuş konstitusiyalara bölünür. Azərbaycan Konstitusiyası referendum yolu ilə Azərbaycan xalqı tərəfindən qəbul olunmuşdur. Mütləq monarxiyalarda konstitusiya yuxarıdan bir növ bağışlanır.

2) Konstitusiya Əsas Qanun kimi başqa qanunlardan fərqlənir. Konstitusiya üstün qüvvədə olmaqla ictimai münasibətlərin geniş dairəsini, bütün cəmiyyət üzvlərinin maraqlarını ehtiva edən daha vacib məsələləri həll edir. Konstitusiya dövlətin konstitusiya quruluşunu, insan və vətəndaşların başlıca hüquq, azadlıq və vəzifələrini, dövlətin ictimai-iqtisadi əsaslarını, onun milli ərazi quruluşunu, dövlət hakimiyyəti və yerli özünüidarəetmə sistemini təsbit edir. Konstitusiya normaları dövlət orqanları, siyasi partiyalar, ictimai təşkilatlar, vəzifəli şəxslər və vətəndaşların fəaliyyəti üçün əsasdır. Konstitusiya normaları daha yüksək hüquqi qüvvəyə malikdir.

3) Konstitusiya bütün hüquq sisteminin başlanğıcı kimi hüququn əsas mənbəyidir. Cari qanunvericilik konstitusiyaya əsaslanır və cari qanunvericilikdə konstitusiya müddəaları əsas götürülür.

4) Konstitusiya yüksək hüquqi qüvvəyə malik olan Əsas Qanundur. Konstitusiyanın aliliyi onda təzahür edir ki, bütün qanunlar və dövlət orqanlarının digər aktları onun əsasında və ona uyğun olaraq qəbul edilir.

Konstitusiya ölkənin həyatındakı əhəmiyyəti haqqında məsələ üzrə müxtəlif fikirlər mövcuddur. Keçmişdə kral mütləqiyyəti əleyhinə mübarizə vaxtı, habelə bəzi Şərq ölkələrində indi də demokratiya uğrunda mübarizə ideoloqları volyuntarist konsepsiyalardan çıxış edərək, ölkənin ictimai və dövlət quruluşunun bərqərar edilməsində konstitusiyaya həlledici əhəmiyyət verirlər. Onların fikirincə hər şey hər şey konstitusiyanı yaradanların rəhbər tutduğu ideyalardan asılıdır: əgər “yaxşı” konstitusiya qəbul edilərsə, ictimai quruluş ədalətli olacaqdır. Əlbəttə, kağız üzərində konstitusiyanın istənilən mətnini yazmaq olar. Lakin həmin mətn sosial-siyasi şəraitə uyğun gəlməzsə, onda cansız hərflər olaraq qalacaqdır.

Müasir elmdə konstitusiya 3 mənada nəzərdən keçirilir: hüquqi sənəd mənasında; siyasi sənəd mənasında; ideoloji sənəd mənasında.



Hüquqi sənəd kimi onun mahiyyəti yuxarıda konstitusiyanın tərifində qeyd olunmuş keyfiyyətlərdən: onun xüsusi məzmunundan, ali hüquqi qüvvəsindən, cari qanunvericiliyin hüquqi əsası kimi rolundan, onun qəbul edilməsi və dəyişdirilməsinin adi qanunvericilik prosesindən fərqlənən xüsusi qaydası ilə əlaqədar yüksək stabillikdən ibarətdir. Azərbaycan Respublikasının hüquqi sənəd mənasında Konstitusiyası dedikdə, ali hüquqi qüvvəyə malik olan, xüsusi qaydada qəbul edilən və dəyişdirilən, ölkənin sosial-iqtisadi quruluşunun, siyasi sisteminin və s. əsaslarını, şəxsiyyətin hüquqi statusunu müəyyən edən sənəd başa düşülür. Göründüyü kimi, hüquqi sənəd mənasında Konstitusiya hüquqi konstitusiyaya verilən anlayışda nəzərdə tutulan mahiyyəti və keyfiyyətləri əks etdirir. Hüquqi sənəd kimi Konstitusiya elə özünün hüquqi mahiyyətini ifadə edir.

Siyasi sənəd kimi konstitusiya, ilk növbədə, dövlət hakimiyyəti məsələsi ətrafında qüvvələr nisbətini, cəmiyyətdə gedən siyasi prosesləri tənzim edir, cəmiyyətin inkişaf yolları haqqında proqram müddəaları müxtəlif dərəcədə əks etdirir. Azərbaycan Respublikasının siyasi sənəd mənasında Konstitusiyası dedikdə, cəmiyyətdə siyasi qüvvələrin nisbətini əks etdirən, sosial qüvvələrin bir-birinə münasibətini ifadə edən və siyasi prosesləri nizama salan sənəd başa düşülür. Siyasi sənəd kimi Konstitusiya hüquqi cəhətdən cəmiyyətdəki siyasi qüvvələrin mənafe balansını möhkəmləndirir, cəmiyyətin inkişaf yolları haqqında proqram müddəaları müəyyənləşdirir. Siyasi sənəd kimi Konstitusiya elə onun siyasi-sosial mahiyyətini ifadə edir.

İdeoloji sənəd kimi konstitusiya cəmiyyətdə hökmran olan və ya onun rəhbər qüvvələri tərəfindən qəbul edilən sosial-siyasi doktrinanı, müəyyən dünyagörünüşünü məcmu şəklində əks etdirir. Bəzən qəbul edilmiş ideologiya haqqında müddəa birbaşa konstitusiyada təsbit olunur. Azərbaycan Respublikasının ideoloji sənəd mənasında Konstitusiyası dedikdə, plüralizm ideologiyasını tanıyan sənəd başa düşülür. İdeoloji sənəd kimi bizim konstitusiya hər hansı rəsmi, dövlət ideologiyasını, sosial-siyasi doktrinanı qəbul etmir. Respublikamızda hər hansı ideologiyanın rəsmi dövlət ideologiyası kimi əhəmiyyəti yoxdur. Köhnə Sovet konstitusiyaları isə marksizm-leninizmi rəsmi dövlət ideologiyası hesab edirdi. Çin dövlətinin Konstitusiyasında (1982) da marksizm-leninizm rəsmi ideologiya kimi nəzərdə tutulur. Bizim Konstitusiya isə hər hansı bir rəsmi dövlət ideologiyasını tanımır və qəbul etmir.

Azərbaycan Respublikasının Konstitusiyasının məzmunu bir qayda olaraq iki mənada başa düşülür: hüquqi mənada (hüquqi məzmun); siyasi-sosial mənada (sosial məzmun).

Konstitusiyanın hüquqi mənada məzmunu (hüquqi məzmunu) dedikdə, onun ibarət olduğu hüquq normalarının məcmusu başa düşülür. Bu normalar tənzim edir:


  • İctimai-iqtisadi quruluşun əsaslarını (iqtisadiyyatın təşkilinin, bazar iqtisadiyyatı adı formasını, mülkiyyət formalarını və s. );

  • Dövlət quruluşunun əsaslarını (idarəetməyə və quruluşuna görə dövlətin formalarını, dövlətin təşkil olunma əsaslarını və s. );

  • Cəmiyyətin mənəvi həyatının əsaslarını (din, ailə, təhsil və s. );

  • Şəxsiyyətin hüquqi statuslarının əsaslarını, yəni vətəndaşların əsas hüquq və vəzifələrini (mülkiyyət hüquqi, əmək hüququ, əqli mülkiyyət hüququ, vergi ödəmək vəzifəsi və s. ).

Konstitusiyada ifadə olunan normalar şəxsiyyət, cəmiyyət və dövlət arasındakı qarşılıqlı münasibətləri nizama salır. Bütün ictimai münasibətlər yox, yalnız mühüm və vacib əhəmiyyətə malik olan ictimai münasibətlərin əsasları məhz bu normalarla tənzimlənir. Həmin normalar cəmiyyətdəki əsas ictimai-iqtisadi və siyasi proseslərin tənzimləyicisi kimi çıxış edir.

Konstitusiyanın siyasi-sosial mənada məzmunu (sosial məzmunu) dedikdə, cəmiyyət və dövlət quruluşunun prinsipial məsələləri barəsində razılığa gəlmiş sosial qüvvələrin nisbətinin və bir-birinə münasibətinin, onların ictimai mənafe balansının Konstitusiyada idarə olunması başa düşülür. Konstitusiyamız müəyyən sinfin və sosial qrupun siyasi hakimiyyətini əks etdirmir. Onda sinfi mənafelər yox, xalq mənafeyi ifadə edilir. Bizim konstitusiya Azərbaycan xalqının yüksək səviyyədə siyasi-hüquqi həmrəyliyini əks etdirən sənəddir. Konstitusiyamızın başlanğıcı aşağıdakı kimi başlayır.

Azərbaycan xalqı özünün çoxəsrlik dövlətçilik ənənələrini davam etdirərək, “Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında” Konstitusiya aktında əks olunan prinsipləri əsas götürərək, bütün cəmiyyətin və hər kəsin firavanlığının təmin edilməsini arzulayaraq, ədalətin, azadlığın və təhlükəsizliyin bərqərar edilməsini istəyərək, keçmiş, indiki və gələcək nəsillər qarşısında öz məsuliyyətini anlayaraq, suveren hüququndan istifadə edərək, təntənəli surətdə aşağıdakı niyyətlərini bəyan edir:

- Azərbaycan dövlətinin müstəqilliyini, suverenliyini və ərazi bütövlüyünü qorumaq;

- Konstitusiya çərçivəsində demokratik quruluşa təminat vermək;

- vətəndaş cəmiyyətinin bərqərar edilməsinə nail olmaq;

- xalqın iradəsinin ifadəsi kimi, qanunların aliliyini təmin edən hüquqi, dünyəvi dövlət qurmaq;

- ədalətli iqtisadi və sosial qaydalara uyğun olaraq, hamının layiqli həyat səviyyəsini təmin etmək;

- ümumbəşəri dəyərlərə sadiq olaraq, bütün dünya xalqları ilə dostluq, sülh və əmin-amanlıq şəraitində yaşamaq və bu məqsədlə qarşılıqlı fəaliyyət göstərmək.

Yuxarıda sadalanan ülvi niyyətlərlə ümumxalq sәsvermәsi-referendum yolu ilə bu Konstitusiya qəbul edilir.

Konstitusiyamız quruluşca bölmələrə, bölmələr fəsillərə, fəsillər isə maddələrə bölünür. Konstitusiyamız 5 bölmə, 12 fəsil və 158 maddədən ibarətdir. Birinci bölmə Konstitusiya quruluşunun əsaslarına (xalq hakimiyyəti və dövlətin əsasları), ikinci vətəndaşların hüquqi statusuna, üçüncü dövlət hakimiyyətinin təşkili və fəaliyyətinə, dördüncü yerli özünü idarəyə, beşinci bölmə isə hüquq və qanun kimi məsələlərə həsr olunur. Konstitusiya keçid müddəaları ilə bitir. Bu müddəalar keçid dövrü üçün nəzərdə tutulmuşdur.

Konstitusiya cəmiyyətdə ümumbəşəri dəyərlər əsasında əldə olunmuş razılığı təsbit edir, cəmiyyət üzvlərində vətəndaşlıq hissi tərbiyə edir.


Konstitusiyanın hər bir müddəası xalqın iradəsini ifadə edir”.

H.ƏLİYEV

Konstitusiya hüququ elminin anlayışı.

Cəmiyyətdə həyat onunla ifadə olunur ki, burada insanlar bir biri ilə bağlıdırlar və öz aralarında müxtəlif məzmunlu qarşılıqlı münasibətlərə malikdirlər. Hətta şəxsi xarakter daşımasından asılı olmayaraq bu münasibətlər ictimai münasibətlərdir. İctimai münasibətlər insan həyatının bütün mərhələlərini əhatə edir. Çox vaxt bu münasibətlər bir-birinə qarışır və müxtəlif formalarda ifadə olunur. Təbiətinə görə hüquqi xarakter daşıdığından bu münasibətlərin müəyyən qisminin hüquq norması ilə nizama salınmasına ehtiyac duyulur. Hüquq normaları ilə nizama salınan ictimai münasibətlər hüquq münasibətlərini təşkil edir. İctimai münasibətlər inkişaf etdikcə buna uyğun olaraq mövcud ictimai münasiətləri əks etdirən hüquq normaları da dəyişir və inkişaf edir. Bir sözlə, yeni ictimai münasibətlər yeni hüquq normalarının və hüquq sisteminin əmələ gəlməsinə səbəb olur. Bu normalar bir, yaxud bir neçə normativ aktlarda- əsas qanunlarda cəmləşə bilər, həmçinin adi qanunların qeyri-müəyyən çoxluğunda, məhkəmə presedentlərində və konstitusiya adətlərində ola bilər. Konstitusiya da cəmiyyətin və dövlət quruluşunun əsaslarını müəyyən edən ictimai münasibətləri nizama salır. Bu münasibətlərdə, hər şeydən əvvəl, dövlətin keyfiyyət xarakteristikası: suverenliyi, idarəetmə forması, dövlət quruluşunun forması, dövlət hakimiyyətinin subyektləri, yəni cəmiyyətin siyasi sisteminin fəaliyyətinin ümumi əsasları öz əksini tapmışdır. Konstitusiya normaları ilə bu sahədə də dövlətin fəaliyyətinin əsas prinsipləri müəyyən edilmişdir. Konstitusiyalar demek olar ki bütün hüquq elmlərinin ən əsas mənbəyi kimi çıxış edir. Konstitusiyalar Konstitusiya hüququ elminin ən əsas mənbəsidir. Konstitusiya hüququ milli hüququn aparıcı sahəsi olan, dövlətin quruluşunu, dövlət hakimiyyətini və yerli özünüidarəetmənin təşkilini, insan və dövlət arasında münasibətləri tənzimləyən hüquq normalar sitemidir. Konstitusiya hüququ elmi konstitusiya hüququna aid qanunvericiliyi, başqa sözlə, konstitusiya hüququ sahəsini öyrənir.

Konstitusiya hüququ öz adını xüsusi hüquqi sənəddən – adətən, rəsmi və ya qeyri-rəsmi əsas qanun adlanan konstitusiyadan götürmüşdür. Lakin konstitusiya hüququ konstitusiya ilə məhdudlaşmayıb, bir çox hüquqi aktları – parlamentin qəbul etdiyi qanunları, prezidentin fərman və dekrətlərini, hökumətin qərarlarını və ya ordonanslarını, konstitusiya məhkəməsinin və ya konstitusiya şurasının qərarları və s. də əhatə edir. Hər birinin öz tənzimetmə obyekti olan digər hüquq sahələrindən fərqli olaraq, konstitusiya hüququna aid hüquqi aktlar ən əhəmiyyətli, mühüm ictimai münasibətləri: şəxsiyyətin, kollektivin, dövlətin, cəmiyyətin özünün həyatının əsaslarını tənzim edir. Konstitusiya hüququ həmin münasibətləri cəmiyyətin, insan həyatının və kollektivlərin özünütənzimetmənin müəyyən sahələrinə toxunmadan, hüquqi tənzimləmənin mümkün olduğu həddə tənzimləyir.

Hazırda dünyanın iki yüzdən artıq suveren dövlət vardır və onlardan hər biri öz konstitusiya-hüquqi inkişaf xüsusiyyətlərinə malikdir. Lakin bu, bütün ölkələr, o cümlədən Azərbaycan Respublikası, hətta müxtəlif ölkə qrupları üçün səciyyəvi olan ümumi cəhətləri olmaması kimi başa düşülməlidir.

1990-cı illərin ikinci yarısından başlayaraq yeni Azərbaycan konstitusiya hüququ elmi yaranmağa başlayır ki, onun da əsasında konstitusiya hüquqi dəyərlər, cəmiyyətin siyasi təşkili sistemi kimi konstitusiya doktirinası dayanır. Uzun müddət Azərbaycanın da daxil olduğu Sovetlər Birliyi məkanında dominantlıq etmiş dövlət etatist hüququndan konstitusiya hüququna keçid başlayır.

Hüquq elmi sosial siyasi-elmdir. Bu baxımdan hüquq elminin bir sıra başqa sahələri kimi konstitusiya hüququ elmi də insanların həyatına, sosial reallıqlara aid hadisələri öyrənir.Konstitusiya hüququ elmi hüquqi reallığı öyrənir. Konstitusiya hüququ elmi konstitusiya hüquq normalarının hazırlanmasını, onun xüsusiyyətlərini, normanın özü ilə tətbiqi arasındakı asılılığı, konstitusiya hüququnun tətbiqi praktikasını, qanunvericilik, icra və məhkəmə orqanlarını və onların qarşılıqlı münasibətini öyrənir. Konstitusiya hüququ sahə elmlərinə aiddir. Sahə elmləri birbaşa pozitiv hüquqla bağlıdır. Bu elmlər qanunvericiliyin müəyyən sahəsini öyrənir. Sahə elmlər digər hüquq elmlərinə nisbətən daha əvvəl meydana gəlmişdir. Konstitusiya hüququ 3 aspektde baxılan çoxplanlı kateqoriyadır.



  1. milli hüquq sahəsi;

  2. Konstitusiya hüquq normalarını və onların əsasında yaranan hüquq münasibətlərini və institutlarını öyrənən elm;

  3. elmi biliklərə və göstəricilərə əsaslanan tədris fənni.

Milli hüquq, elm sahəsi və tədris fənni kimi konstitusiya hüququ digər hüquq sahələri üçün əsasdır. İstənilən dövlətin qanunvericilik aktları iyerarxiyasında konstitusiya xüsusi yer tutur. Konstitusiya ilə təsbit edilən dövlət quruluşunun xüsusiyyətləri, şəxsiyyətin hüquqi statusunun əsasları, müxtəlif hakimiyyət qanadlarının qarşılıqlı münasibətlərinin prinsipləri yerdə qalan digər qanunvericilik sahələri üçün hüquqi fundamentdir. Bütün digər normativ aktlar Azərbaycan Respublikasının 12 noyabr 1995-ci il tarixli mövcud Konstitusiyasına uyğun olmalıdır. Elə konstitusiyanın aliliyi, onun ali hüquqi qüvvəsi də özünü məhz nunda göstərir.

Konstitusiya hər şeydən əvvəl milli hüquq sahəsidir. Hüquq sahəsi kimi o, konstitusiyalarda, qanunlarda, prezident dekretlərində və s. təsbit edilmiş və ictimai münasibətlərin müəyyən qrupunu tənzim edən daxilən uyğunlaşdırılmış hüquq normalarının sistemindən ibarətdir. Hüquq anlayışı çoxmənalıdır. Geniş mənada hüquq həm sosial münasibətləri nizamasalma vasitəsinə, həm də bu sosial nizamasalma vasitəsini öyrənən fundamental elm kimi başa düşülür. Yəni hüquq həm qanunvericiliklə normalaşdırılır və tətbiq edilir, həm də tədris və tədqiq edilir. Hüqquq sosial hadisə olduğuna görə cəmiyyətdən cəmiyyətə müəyyən məsələlərdə fərqlənir. Bütün ölkələrin konstitusiya hüququ eyni deyil. Onlar bir birindən bəzi xüsusiyyətlərinə görə fərqlənirlər. Məsələn Amerika Birləşmiş Ştatlarının konstitusiya hüququ ilə Fransanın konstitusiya hüququ eyni ola bilməz, həmçinin, Azərbaycan Respublikasının konstitusiya hüququ da Türkiyə Respublikasının konstitusiya hüququndan fərqlənir. Bununla, yanaşı bütün konstitusiya hüququ elminin oxşar cəhətləridə vardır. Məsələn, əksər ölkələrin konstitusiya hüququ dövlət, şəxsiyyət və cəmiyyət arasındakı münasibətləri və əlaqələri nizama salır. Konstitusiya hüququ dövlət və cəmiyyətin təşkilinin, şəxsiyyətin hüquqi statusunun, yerli idarəetmənin və özünüidarəetmənin əsaslarını tənzimləyən hüquq sahəsidir.

Konstitusiya hüquq normalarını və onların əsasında yaranan hüquq münasibətlərini və institutlarını öyrənən elmdir. Elm kimi o, kitablarda, məqalələrdə və elmi məruzələrdə şərh olunmuş, konstitusiya hüququ məsələləri üzrə müxtəlif nəzəriyyələrin, təlimlərin, baxışların və hipotezaların məcmusudur. Elm konstitusiya hüququnun qüvvəsini, onun normalarının həyata keçirilməsini öyrənir, bu hüquq sahəsinin inkişaf qanunauyğunluqlarını aşkar edir, konstitusiya hüquq normaları və münasibətlərinin təkmilləşdirilməsi məqsədilə təcrübi məsləhətlər formalaşdırır. O, elmin və nəzəriyyənin tarixini, habelə onların inkişafını öyrənir. Konstitusiya hüququ elmi vahiddir. Əgər alimlər əvvəlcədən müəyyən olunmuş hər hansı bir ehkamı rəhbər tutmurlarsa, öz baxışlarını ona uyğunlaşdırmırlarsa, o zaman hətta onların səhv mülahizələri də elmi müzakirə üçün faydalı ola bilər. Konstitusiya hüququ hüququn bir sahəsi kimi hüquq normalarının məcmusundan ibarətdir. Konstitusiya hüququnda hüquq normaları başqa hüquq sahələrində olan hüquq normaları ilə oxşarlıq təşkil edir. Eyni zamanda hüquq normasını bu və ya digər hüquq sahəsinə aid etmək üçün onun mənbəyindən daha vacib həmin norma ilə tənzimlənən prediment sayılır. Hər bir hüquq norması qeyri-müəyyən subyektlər dairəsinə yönəlir və dəfələrlə tətbiq olunmaq üçün nəzərdə tutulur. Ona görə də konstitusiya hüquq normalarının bir çoxu təkcə konstitusiyalarda deyil, həm də digər milli qanunvericilik aktlarında təsbit olunur.

Dövlət tərəfindən müəyyən edilmiş, yaxud sanksiyalaşdırılmış, hamı üçün məcburi olan, ictimai münasibətləri tənzimləyən və eyni növlü qrup təşkil edən normalar konstitusiya hüquq normaları adlanır. Onlar bütün digər normalara bənzəməklə yanaşı həmin normalarından öz məzmunu ilə, mənbəyi ilə, göstərişlərinin təsisiedici xarakteri ilə, onların quruluş xüsusiyyəti ilə seçilirdi. Ümumiyyətlə, konstitusiya hüquq normalarının aşağıdakı xüsusiyyətləri və növləri vardır.



  1. Konstitusiya hüquq normaları təsisedici normalardır. Təsisedici normalar xalq və dövlət arasındakı münasibətlərin əsaslarını tənzimləyir, şəxsiyyətin əsas hüquqlarını müəyyən edir.

  2. Konstitusiya hüquq normaları, adətən, ənənəvi “üçelementli quruluş”a malikdir.

  3. Konstitusiya hüquq normaları definitiv və prinsip müəyyən edən normalardır.

  4. Konstitusiya hüquq normaları bir çox hallarda özünəməxsus realizə mexanizminə malikdir.

  5. Konstitusiya hüquq normaları həm də özünün təsbitolunma mənbəyinə görə fərqlənir.

  6. Hüquq normaları, o cümlədən konstitusiya hüquq normaları özünün hüquqi qüvvəsinə görə fərqlənir. Ən ali hüquqi qüvvəyə malik normalar konstitusiyada bəyan edilir. Hüquqi qüvvəyyə görə konstitusiyada, qanunlarda, qanun qüvvəli aktlarda təsbit olunmuş konstitusiya hüquq normaları vardır.

  7. Göstərişin xarakterinə görə konstitusiya hüquq normaları səlahiyyətverici, məcburedici və qadağanedici normalara bölünür. Göstərişlərin müəyyənliyi dərəcəsinə görə konstitusiya hüququ normaları dispozitiv və imperativ olurlar. Dispozitiv normalar Konstitusiya hüquq mənbələri iştirakçılarına seçmək imkanı verir. Məsələn, hökumətə etimadsizlıq göstərildikdə istefaya getmək, yaxud aşağı palatanı buraxmaq imkanı. Belə normalar azdır. İmperativ normalar müəyyən şəraitdə müəyyən addım atmağı tələb edir. Məsələn: Konstitusiya qanunları prezident tərəfindən imzalanmasa qüvvəyə minmir.

  8. Konstitusiya hüquq normaları həm də göstərişlərinin subyektə davranış sərbəstliyi verib-verməməsinə görə fərqlənirlər.

  9. Konstitusiya hüquq normaları həm də hüquqi nizamasalma mexanizmində yerinə yetirdiyi funksiyaya görə müxtəlif qruplara bölünür. Hüquqi tənzimləmə prosesində roluna görə konstitusiya hüququ normaları maddi və prosessual olurlar. Maddi norma ictimai münasibətlərin hüquqi tənzimlənməsi üzrə hərəkətin məzmununu nəzərdə tutur. Məsələn, Azərbaycan Respublikasının Konstitusiyasının 81-ci maddəsinə əsasən Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini Azərbaycan Respublikasının Milli Məclisi həyata keçirir. Prosessual normalar həmin normanın realizə olunacağı formanın müəyyənləşdirir: Məsələn, Azərbaycan Respublikasının Konstitusiyasının 94-ci maddəsinə 2,3,4-cü bəndlərində göstərilən məsələlərə dair qanunlar 83 səs çoxluğu ilə, qalan məsələlərə dair qanunlar isə 63 səs çoxluğu ilə qəbul edilir.

Konstitusiya hüquq normaları özünün nizamladığı münasibətlərə görə müəyyən qruplarda birləşirlər. Bu cür hüquq normaları konstitusiya hüququ institutlarını yaradırlar. Konstitusiya hüquq institutu bir-biri ilə uyğunlaşdırılmış normaların sistemi olmuş, həmin hüquq sahəsi daxilində eynicinsli və qarşılıqlı əlaqədə olan ictimai münasibətləri tənzim edir. Konstitusiya hüquq instituları ictimai münasibətlərin müəyyən dairəsini tənzimləyən normalar məcmusudur. Məsələn, dövlət başçısı institutu, yerli özünüidarə institutu və s. Konstitusiya hüquq institutları özünün yaratdığı münasibətlərə, yəni realizə xüsusiyyətlərinə, tənzimlənən münasibətlərin həcminə, normaların sayına, onların hüquqi qüvvəsinə görə bir-birindən fərqlənir. Kompleksli institutlar, onların tərkibində yarıminstitutlar olur. Bəzi institutlar bütün hüquq sistemi və müxtəlif qanunvericilik aktları səviyyəsində realizə olunduğu halda, bəziləri konkret hüquq münasibətləri əmələ gətirir. Əsas konstitusiya hüquq institutları aşağıdakılardır:

    1. Konstitusiya quruluşunun əsasları;

    2. Şəxsiyyətin hüquqi statusunun əsasları;

    3. Dövlət hakimiyyətinin təşkili;

    4. Özünüidarəetmənin təşkili;

    5. Qanunvericilik sistemi.

Konstitusiya quruluşunun əsasları institu ən əsas institutdur. Bu institut bütün hüquq sisteminin əsasını təşkil edir. Burada xalq, dövlət və şəxsiyyət arasında qurulan münasibətlərin hər üç subyektin hakimiyyətlə bağlı imkanları müəyyənləşdirilir, dövlətin əsas əlamətləri və onların rejimi məsələsi həll olunur.

Şəxsiyyətin hüquqi statusunun əsasları içərisində başlıca yeri vətəndaşlıq tutur. Vətandaşlıq özüdə bir institutdur. İkinci institut kimi şəxsiyyətin hüquqi statusunun əsaslarını, insanın dövlətlə münasibətini, dövlətə görə fərdin imkanlarının əsaslarını və dövlətin fərd qarşısında öhdəliklərini müəyyən edir.

Dövlət hakimiyyətinin təşkili institutu dövlətin özünün daxili təşkilatlanmasını ifadə edir. Dövlət hakimiyyətinin təşkili bir neçə iri fərqli sistemi özündə birləşdirir. Buraya hakimiyyətin ərazi cəhətdən təşkili, idarəetmə forması, hakimiyyətin formalaşdırılması üsulları və muxtariyyət aiddir.

Dördüncü institut kimi özünüidarəetmənin təşkili dövlət və cəmiyyət arasında keçid mövqe tutan bir sahəni tənzimləyir. Özünüidarəetmə ilə bağlı münasibətlərdə də konstitusiya hüquq institutu daha çox konkret hüquq normaları vasitəsilə nizamlanır. Özünüidarəetmənin təşkili forması kimi əsas forma yalnız bələdiyyələrdir.

Dövlətlə cəmiyyətin əlaqədə olduğu vasitələrdən biri də məhz qanunvericilik sistemidir. Qanunvericilik sisteminin subyekti, bir qayda olaraq, dövlət orqanlarıdır. Qanunvericilik sistemi hüququn özünü müəyyən edən sistemdir və burda qoyulan tələblər bütün dövlət orqanları üçün məcburidir. Qanunvericilik sistemi geniş məsələləri əhatə edir. Qanunvericilik sistemi konstitusiya ilə tənzimlənir və digər instutlardan fərqli olaraq, özü konstitusiyanın müdafiəsi vasitəsi kimi də çıxış edir.

Demək olar ki, hər bir konstitusiya hüquq institutu digər konstitusiya hüquq institutu ilə sıx bağlıdır. Onları bir-birindən ayırmaq mənfi nəticələrə gətirib çıxara bilər. Konstitusiya hüquq institutları dinamikdir. Daim inkişaf edir və dəyişir.

Konstitusiya hüququ elmi elmi biliklərə və göstəricilərə əsaslanan

  1   2   3


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azrefs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə