Kompüterin texniki təminati Giriş – çıxış qurğularının




Yüklə 133.77 Kb.
tarix20.04.2016
ölçüsü133.77 Kb.

KOMPÜTER, ŞƏBƏKƏ VƏ MULTİMEDİYA---Abdullayeva R.

Kompüterin texniki təminati


Giriş – çıxış qurğularının koməyi ilə kompüterlər ətraf mühitlə əlaqədə olur. Giriş qurğularına misal olaraq: klaviaturanı, mouse (sıçanı), skaneri, qrafiki planşeti (digitizer), web-kameranı, TV- tüneri və s. göstərmək olar.

Klaviatura – kompüterə məlumatı daxil edən əsas xarici qurğulardan biri hesab olunur. Klaviaturanın köməyi ilə kompüterə istənilən simvolları (rəqəm, hərf, və s.) daxil etmək mümkündür. Klaviaturanın köməyi ilə monitorun kursorunu ekranın istənilən nöqtəsinə aparmaq və ekranda olan məlumatı printerə göndərmək mümkündür. Ümumiyyətlə, klaviaturada 102/104 klaviş(düymə) olur.

Mouse (sıçan) - kompüterə məlumat daxil edən giriş qurğusudur. Yerdəyişdirmə vericilərdən (datçiklərdən) və klavişlərdən ibarət olub əl ilə idarə edilən qurğudur. ”Mous”-u hərəkət etdirməklə kursorun displeyin üzərində hərəkətini təmin edirik. Son dövrlərdə optik və radio siqnallar vasitəsi ilə işləyən mouse-dan geniş istifadə olunur.

Mikrofon - səsin elektrik siqnalına çevrilməsinə təmin edən giriş qurğusudur. Mikrofonun köməyi ilə audio məlumat kompüterə daxil edilir.

Web-kamera – video informasiyanı (görüntüləri) kompüterə daxil edən giriş qurğusudur. Qrafiki planşet (digitizer) - əllə çəkilən şəkilləri, sxemləri, imzaları, xəritələri birbaşa kompüterə daxil edən giriş qurğusudur. Qurğu qrafiki planşetdən və qələmdən ibarətdir.

TV – tüner – müxtəlif formatlı (PAL, SECAM, NTSC) televiziya verilişlərini qəbul edib, monitorda göstərilməsini təmin edən giriş qurğusudur.

Skaner – fərdi kompüterin xarici qurğusu olub kağız üzərində olan mətn , şəkil və qrafik məlumatları kompüterə daxil etmək üçündür. Skaner məlumatı qrafiki formada oxuyur və maşının yaddaşına daxil edir. Daha sonra lazımi qrafiki redaktor proqramlarının köməyi ilə onu ikilik koda çevirərək disklərə və ya çap qurğusuna ötürülməsini təmin edir. Skaner fərdi kompüterə USB portu vasitəsi ilə qoşulur.

Monitor çıxış qurğusu olub kompüterə daxil olan məlumatlara və alınmış nəticələrə nəzarət etmək üçün istifadə olunur. Fərdi kompüterlərdə istifadə olunan monitorlar ekranın ölçülərinə görə aşağıdakı ölçüdə olurlar: 14,15, 17,19 və 21 dyüm. Monitorlar şəklin formalaşdırılması prinsinlərinə görə aşağıdakı növlərə bölünürlər: elektron-şüa borusu, mayekristal və plazma. Plazma və mayekristal monitorlar nazik səth formasında olur, çəkiləri çox kiçik olur.

Printer – kompüterin xarici qurğusu olub, informasiyanı kağız üzərində çap etmək üçündür. İnformasiyanın çıxışa verilməsi üsuluna görə printerlər iki qrupa bölünür: simvollu və qrafiki. Simvollu printerlər sətrdəki ayrı-ayrı simvolları bütöv şəkildə çap başlığına ötürür. Qrafiki printerlərdə məlumat simvollar şəklində deyil, ayrı-ayrı nöqtələr şəklində çıxışa ötürülür. Vahid uzunluqda bir dyümdə (1 dyüm=25.4 mm) olan nöqtələrin sayı printerin imkanlarını göstərir. Kağız üzərində şəklin qeyd edilməsi üsuluna görə printerlər iki qrupa bölünür: zərb ilə və zərbsiz çap qurğuları. Zərb çap qurğularına misal olaraq matris çap qurğularını misal göstərmək olar.

Səs kolonkasından (çıxış qurğusu kimi) audio məlumatları dinləmək üçün istifadə olunur. Qrafikçəkən qurğu - kompüterdən alınan qrafiki məlumatları, mürəkkəb sxemləri və şəkilləri qələmin köməyi ilə kağız üzərində çəkən çıxış qurğusudur.

Strimmer (maqnit lent qurğusu) – məlumatı maqnit lenti üzərində saxlayan yaddaş qurğusudur.Bu qurğular etibarlı işləyir, qiyməti ucuz və böyük yaddaş həcminə malik olur. Məlumatın oxunma və yazma sürəti digər yaddaş qurğularına nəzərən çox aşağıdır.Kompüterlərdə mətnin, səsin, şəkilin və görüntülərin birgə emal edilməsini təmin edən qurğu multimedia adlanır. Bu qurğu özündə mikrofonu, web-kameranı, səs kolonkasını və səs kartını birləşdirir. Səs kartından audio-video informasiyanı (analoq formasında olan) ikilik-rəqəm koduna çevirmək və əksinə ikilik kodu audio-video informasiyaya çevirmək üçün istifadə edirlər. Multimedia qurğusunun koməyi ilə kompüter şəbəkələri üzərində audio-video konfransların təşkil olunmasını həyata keçirirlər.

Modem (modulyator – demodulyator) – əlaqə kanallarının (telefon xətləri,radio kanal və s.) köməyi ilə məlumatları uzaq məsafələrə ötürmək və qəbul etmək üçün istifadə olunan qurğudur. Konstruktiv olaraq modemlər iki formada olur: daxili və xarici. Daxili modemlər ana plata üzərində olan sistem şinə qoşulur. Xarici modemlər isə ardıcıl Com, USB portuna qoşulur. Xarici modemlərin qiyməti nisbətən baha olur və fərdi kompüterə rahat qoşulur. Məlumatı ötürmə sürəti 56 Kbit/san ÷ 2 Mbit/san qədər olur. Modem qurğusunun koməyi ilə istifadəçilərin kompüterləri kompüter şəbəkəsinə (İnternet) qoşulur.


DƏRS ---3 PROQRAM TƏMİNATININ NÖVLƏRİ
Bildiyiniz kimi, kompyuter sistemi muxtəlif qurğulardan – kla viatura, siçan, monitor, printer, mikrosxemlər, disksurənlər və başqa qurğulardan ibarətdir. Onlar ozluyundə heç nə etmir, yəni bu qurğuların işləməsi üçün xüsusi proqramlar lazımdır.

Kompyuterdə istifadə olunan proqramlara onun proqram təminatı deyilir. Buna uyğun olaraq da kompyuter sistemini təşkil edən qurğular aparat təminatı adlanır. Kompyuter verilənləri emal edərkən aparat və proqram təminatları qarşılıqlı əlaqədə olur. Verilənlər kompyu terə giriş qurğuları vasitəsilə daxil edilir. Sonra xüsusi proqramlar kom pyuterə həmin veri lənləri necə emal etməyi “bildirir”. Başqa sozlə, proqram təminatı aparat təminatına nə etməli olduğunu gostəriş verir. Verilənlərin lazım olan formaya salınması və monitora, printerə çıxarılması da proqramlar vasitəsilə həyata keçirilir.

Kompyuter proqramlarını üç sinfə ayırırlar: sistem proqramları, tətbiqi proqramlar proqramlaşdırma alətləri .
Sistem proqramları icində əməliyyat sistemləri xüsusi yer tutur. Əməliyyat sisteminin koməyi ilə kom pyu ter və istifadəci arasında unsiyyət yaranır. Antivirus proqramları, arxivləşdirmə proqramları, kompyuter qurğularının iş qa biliyyətini yoxlayan proqramlar, qurğuların işini idarə edən proqramlar (drayverlər) və bu kimi proqramlar da sistem proqramlara aiddir. Paint qrafik redaktoru, WordPad mətn redaktoru, Power Point təqdimat proqramları ilə artıq tanışsınız. Kompyuterdə oyun oynamağı isə, yəqin ki, hər biriniz xoşlayırsınız. Belə proqramlara tətbiqi proqramlar deyilir. Kompyuterin tətbiq olunduğu hər bir sahədə yuzlərcə tətbiqi proq ramdan istifadə olunur. Bəs yuxarıda sadalanan proqramlar necə yaranır? Proqramlaşdırma alətləri sinfinə

aid olan proqramlar bunun üçün nəzərdə tutulub. Tətbiqi proqramların hazırlanması üçün Basic, Pascal, C++ kimi proqramlaşdırma dillərindən geniş istifadə olunur. Qeyd olunduğu kimi, insan və kompyuter arasında unsiyyət prosesi əməliyyat sistemi vasitəsilə həyata keçirilir. Kompyuterdə işlə məyin rahatlığı məhz bu unsiyyətin necə təşkil olunmasından asılıdır. İnsanın kompyuterlə unsiyyət qaydalarına istifadəci interfeysi deyilir. İstifadəci interfeysi əməliyyat sistemini xarakterizə edən əsas cəhətlərdəndir.

Uzun muddət ən geniş yayılmış əməliyyat sistemi DOS idi. İndi bu sistemə bəzi kohnə və zəif kompyuterlərdə rast gəlmək olar. Hazırda Windows əməliyyat sistemi daha geniş yayılmışdır. Bu əməliyyat sis teminin geniş yayılmasının əsas səbəblərindən biri isə onun qrafik interfeysə, daha dəqiqi, qrafik istifadəci interfeysinə malik olmasıdır. Bu interfeysdə siz kompyuterlə qrafik simvollar, başqa sozlə, şəkillər vasitəsilə unsiyyətdə olursunuz. Kompyuteri işə saldıqda ekranda iş ma sası açılır və orada muxtəlif obyektlər, yaxud simgələr görünür. Bu qrafik simvollar –fayl, disk, proqram və başqa obyektləri təmsil edir. Bugünkü kompyuterlərin əksəriyyətində qrafik istifadəci interfeysinin hər hansı bir növü olur. Yaxşı hazırlanmış qrafik istifadəci interfeysi istifadəni asanlaşdırır, istifadəcini mətn komandalarını yadda saxlamaqdan azad edir. Proqramları, yaxud komandaları aktivləşdirmək üçün istifadəci, sadəcə, siçanın gostəricisini uyğun obyektin uzərinə aparır və onu çıqqıldadır.

DƏRS- 4. Sistem proqram təminatı
Sistem proqramları — kompüterin resurslarını – mərkəzi prosessoru, yaddaşı, giriş-çıxış qurğularını idarə etmək üçündür. Onlar bütün istifadəçilər üçün nəzərdə tutulmuş proqramlardır. Kompyuterin sistem proqramları elə hazırlanır ki, tətbiqi proqramlar səmərəli işləyə bilsin.

Sistem proqram təminatlarına aid olan proqramlar

Sistem proqramları arasında əməliyyat sistemləri xüsusi yer tutur, sistem proqram təminatının əsasını əməliyyat sistemi təşkil edir. O, fərdi kompüterlərin vacib elementlərindən biridir. Əməliyyat sistemi kompüter yandırıldıqda işə düşən, kompüterin bütün hissələrinin tam bir vəhdət halında işləməsini təmin edən və informasiyanı idarə edə bilən proqramlar sistemidir.

Əməliyyat sisteminin köməyilə:



  • kompüterlə istifadəçi arasında dialoq yaranır;

  • operativ və daimi yaddaş qurğuları işə salınır;

  • kompüter idarə olunur;

  • istənilən proqram yerinə yetirilməyə başlayır və s.

Vaxtilə IBM PC tipli kompüterlərdə əsasən Microsoft firmasının hazırladığı  MS- DOS əməliyyat sistemindən istifadə olunurdu. Bu əməliyyat sistemində işləyən istifadəçi yalnız konkret bir məsələni həll edə bilərdi. Hazırda fərdi kompüterlərdə çoxtapşırıqlı əməliyyat sistemlərindən istifadə olunur – fərdi kompüterlərin yaddaşında eyni zamanda bir neçə proqram və məsələlər olur ki, mikroprosessor kompüterin resurslarını onların arasında bölüşdürür. Belə əməliyyat sistemlərinə misal olaraq OS/2MacOSUNIXLinuxWindows XPWindows Vista və digər əməliyyat sistemlərini misal göstərmək olar.[

Sistem proqramlarının digər vacib hissəsini xidməti proqramlar – utilitlər (lat. "utilitas" – xeyir, fayda) təşkil edir. Onlar əməliyyat sistemini tamamlayır və onun imkanlarını artırır, həmçinin, müstəqil olaraq bir çox vacib məsələləri də həll edir. Utilitlərin bəzi növləri bunlardır:



  • interfeys proqramları;

  • antivirus proqramları;

  • arxivləşdirmə proqramları;

  • proqram örtükləri;

  • kompüter qurğularının iş qabiliyyətini yoxlayan proqramlar;

  • qurğuların işini idarə edən proqramlar (drayverlər) və s.


DƏRS-6. SİSTEM BLOKU VƏ ONUN ELEMENTLƏRİ.

Sistem blokunun korpusu müxtəlif modifikasiyalarda istehsal olunur: stolüstü, nazikprofil stolüstü, mini-qüllə, qüllə, monoblok və s. Sistem blokunun korpusu dəmir və ya plastik ola bilər. Sistem blokunun içində aşağıdakı qurğular olur:

Qida qurğusu.

Qoşulan komputer qurğularının yerləşdirilməsi üçün bölmələr.

Komputeri işə salma, söndürmə, yenidən yükləmə düymələri və bəzən də başqa düymələr.

Müxtəlif indikatorlar.

Bunlardan əlavə aşağıdakı xırdalıqlar da vardır:

Sistem blokunun içi. Sistem blokunun korpusuna vintlə ana plata birləşdirilir. Korpusun bölmələrinə diskovodlar və başqa qurğular bərkidilir. Ana platanın sistem şinlərinin detallarına lazımi kontroller plataları taxılır.

Xarici qurğular üçün detallar.



Naqillər və kabellər. Bunları aşağıdakı tiplərə ayırmaq olar:

  • Elektrik naqili.

  • Xarici qurğuların qoşulması üçün xarici qurğu və ya detallı kontrollerləri birləşdirən kabellər.

  • CD-ROM-u səs kartı ilə birləşdirən audiokabel.

  • Elektrik düymələrini, indikatorları, səs sistemini ana plata ilə birləşdirən naqillər.

Ana plata komputerin ən əsas hissəsidir.

Buraya aşağıdakı hissələr daxildir.



  1. Mikroprosessor.

  2. Keş-yaddaş.

  3. Operativ yaddaş mikrosxemi üçün girişlər.

  4. ISA şini bölməsi.

  5. Klaviatura kontrollerləri.

  6. PCI şini bölməsi. Hard-diskin qoşulması üçün bğlmələr.

  7. Paralel və ya ardıcıl port bölmələri.

  8. Diskovod üçün bölmə.

  9. Elektrik-qida qurğusu üçün bölmə.

  10. Klaviatura qoşulması üçün bölmə.

Ana plata ən əsas hissə olduğundan onu alarkən aşagıdakı firmalardan almaq məsləhətdir: İntel, Asus, A-Trend, AOpen, SuperMikro, Iwell və s. Ana platanın əsas hissəsi çipset (chipset) adlanır. Ana plataya konveyer paketli (pipeline burst) keş-yaddaş qoşulsa daha yaxşı olar.

Müasir komputerlərin əksariyyəti 72 kontaktlı (pinli) SIMM tipli yaddaş sxemindən istifadə edir. İndi satılan yaddaş mikrosxemlərinin tez işləməsi 200 nanosaniyədən çoxdur. Müasir mikrosxemlər bzik adlanır. ECC-səhv korreksiyalı yaddaşdır. SRAM-statistik yaddaş mikrosxemidir. EDO, BEDO, SDRAM-yaddaş növləridir.


DERS- 8. PERİFERİYA QURĞULARI.
Periferiya hər hansı bir şeyin xarici, mərkəzdən uzaq hissəsidir. Məsələn ,periferik əsəb sistemi insan bədəninin baş beyindən savayı (baş beyin mərkəzi sinir sisteminə aiddir) bütün əsəb nöktələrinin və sonluqlarının toplusudur.Periferik görmə bilavasitə əşyalara baxmadan onları görməyə imkan verir.Kompüterə gəldikdə isə, Periferiya kompüterə qoşula bilən istənilən əlavə, yaxud yardımçı qurğudur.

Kompüterə qoşula bilən Periferiya(çevirəsəl) qurğularinin çoxlu çeşidi var.Onlardan ən geniş yayılmışları skanerlər, CD-R qurğuları, rəqəmli kameralar,videokameralar və b.qurğulardir.



  • Periferiya yeni kompüter almadan mövcud kompüterin imkanlanını genişləndirməyə imkan verir.

  • Qabaqlar periferiya hesab olunan bir çoxqurğular indi kompüterin əsas dəstinə daxil edilib. Bu kateqoriyaya əvvəllər vacib hesab olunmayan siçan və modem də aiddir.

  • “Periferiya” (“çevrəsəl”) sözü daha çox kompüterdən kənarda olan bir şey təsəvvürü yaratsa da, bu kateqoriyaya sistem blokunun içərisində olan bəzi qurğuları da aid etmək olar. (Başqa sözlə, kompüterin standart dəstində olmayan hər bir şeyi periferiya saymaq olar.)

Hər hansı qurğunun periferiya olmasını dəqiq demək həmişə mümkün olmur. Belə ki, qeyd olunduğu kimi, bir vaxtlar periferiya hesab olunan bir çox qurğular indi kompüterin əsas dəstinə daxil edilib. Məsələn, 1992-ci ildə modemlər və CDROM qurğuları  periferiya  qurğuları hesab olunurdu. Hazırda ən geniş yayılmış periferiya qurğuları skanerlər və rəqəmli kameralardır. Bu qurğular  haqqında ayrıca danışılıb. Geniş yayılmış daha üç qurğu-coystik, plotter və Veb-kamera ilə də tanış olmağına dəyər. 

Dərs- 9 Mürəkkəb püskürtməli çap qurğuları


  • Printer - Kompüterin xarici qurğularından biridir. Verilən məlumatı (yazı, şəkil və s.) çap etmək üçündür. Kompüter üçün ilk printer 19-cu əsrdə Çarl Bebbic tərəfindən yaradılmış “Fərqlər Aparatı”(Difference Engine) üçün yaradılıb. Hal hazırda printerlərdən geniş istifadə olunur. Müasir İBM tipli kompüterlərə printerlər əsasən LPT (LinePrinter Terminal) və ya USB (Universal Serial Bus) portu vasitəsi ilə qoşulur. LPT portu vasitəsi ilə 50Kbit/san sürətlə məlumat ötürülə bilir. Lakin USB portu 12Mbit/san sürətlə məlumat ötürə bilir. Bu baxımdan USB portu ilə qoşulan printer daha tez məlumat alıb-ötürə bilir. Bunlardan başqa hal-hazırda şəbəkə vasitəsi ilə də printerləri qoşmaq mümkündür. Bir kompüterə qoşulan printer şəbəkədə olan digər kompüterlərdən alınan məlumatı çap edə bilər.
    Printerlərin işləmə prinspilərinə və tətbiq sahələrinə görə bir neçə növləri vardır:
    1. Barabanlı printerlər (Drum Printer) 1953-cü ildə Remington Rand şirkəti tərəfindən UNİVAC kompüterləri üçün yaradılmışdır. Bu printerdə çap baraban vasitəsi ilə həyata keçirilir. Məlumat ötürüldükdən sonra printer sətri “götürür” və sətrdə simvolları ardıcıl olaraq düzür. Yəni üzərində simvolların təsvir olunan kiçik çəkicciklər sıra ilə barabanın ətrafında, sətrimizə uyğun düzülür. Sonra həmin düzülmüş simvollar ardıcıllığı – sətr kiçik çəkicciklər vasitəsi ilə kağızın üzərinə vurulur, çəkicciklərin üzərində olan mürəkkəb kağızın üzərinə keçir. Bu proses sətrlər qurtarana kimi davam edir. 
    Hal hazırda bu tip printerlər istifadə olunmur.
    2. Çiçəkli printerlər(daisywheel printer) – Bu növ printerlər iş prinsipinə görə barabanlı printerlərə oxşayır. Burada simvollar kiçik ləçəklər üzərində yerləşdirilib. Çap edərkən ləçək fırlanıb lazımlı simvol seçilir və kağız üzərinə vurulur. Lakin bu tip printerlər barabanlı printerlərlə müqayisədə daha gec işləyirdi.
    3. İynəli printerlər(dot-matrix printers) – Bu printerin iş mexanizmi 1964-cü ildə Yaponiyanın Seiko Epson şirkəti tərəfindən ixtira edilib. Çap iynəciklərdən ibarət matrikslər vasitəsi ilə həyata keçirilir. İynələr lazım olan simvola uyğun şəkildə düzülür və rəngli lent vasitəsi ilə simvollar kağızın üzərinə vurulur. Çap olunan məlumatın keyfiyyəti matriksdə olan iynələrin sayından asılıdır. Standart olaraq 9,12,14,18 və 24 iynəli matrikslər mövcuddur. Bu printerlər maddi cəhətdən sərfəli olduğuna görə hal-hazırda da işlədilir.
    4. Şırnaqlı(mürəkkəbli) printerlər( inkjet printers) – bu növ printerlərin iş prinsipi bizim adi mürəkkəbli qələmlə yazmağımıza bənəzəyir. İş prinsipi azacıq iynəli printerə oxşayır. Lakin burada iynəli matriks əvəzinə katriclər var. Katriclərin içərisində mürəkkəb olur və katricin aşağı hissəsində matriksə bənzər deşiklər olur. Mürəkkəb bu deşik vasitəsi ilə tökülür. Mürəkkəbin kağız üzərinə vurulması üçün bir neçə üsul vardır:
       1) Pyezoelektrik – Mürəkkəbli printerlərdə mürəkkəbi katricdən çıxarmaq üçün tətbiq olunan ilk texnologiyadır. Deşiklərin üzərində diafraqmalı pyezokristall yerləşir. Pyezoelementə cərəyan verildikdə o sıxılır və diafraqmanı özünə çəkir nəticədə damcı əmələ gəlir. Sonra həmin damcı kağızın üzərində əks olunur. Bu texnologiya Epson şirkətinin printerlərində tətbiq olunmaqdadır.
       2) Köpük (bubble jet) – Bu texnologiya 1970-ci illərin sonlarında Canon şirkəti tərəfindən ixtira edilib. Lakin bu texnologiyanı tətbiq etmək 1981-ci ildə mümkün olmuşdur. 1981-ci ildə Canon şirkətinin təşkil etdiyi Canon Grand Fair sərgisində bu texnologiya təqdim edildi və bir çox mütəxəssislərin diqqətini cəlb etmişdir. Burada katrincin deşiklər olan hissəsinə kiçik kanal gedir. Kanalın içərisində mikroskopik qızdırıcı element vardır. Elektrik cərəyanı gələn zaman həmin element 500° C temperatura qədər qızır. Qızma zamanı orada qaz köpükcüyü əmələ gəlir və həmin köpük mürrəkkəb damcısını itələyib çıxarır.
       3) Drop-on-demand – HP şikəti tərəfindən ixtira edilən bu texnologiya 1970-ci illərin sonlarında ixtira edilib və 1985 ildə işıq üzü görüb. Bu texnologiya köpük texnologiyasına bənzəyir lakin proses daha aşağı temperaturda gedir və köpük əvəzinə buxar çıxır.


DƏRS-25 MODEMLƏRİN İŞ PRİNSİPİ
Müasir dövrdə qlobal problemlərin həll edilməsində istifadəçilər İnternet elektron şəbəkələrindən istifadə etməyə böyük üstünlük verirlər. Belə dövrələrin köməyi ilə istifadəçi elektron poçtu ilə işləyə bilir, lokal şəbəkələrə daxil olur, faks vasitəsilə istənilən məlumatı ya göndərir, ya da lazımi səviyyədə əldə etmiş olur. Sadalanan işləri həyata keçirmək üçün kompüterə əlavə qurğu kimi mütləq modem və ya faks-modem (informasiya dəyişməsini təsvirlər formasında yerinə yetirən elektron qurğu) qurğusu istifadəçinin ixtiyarında olmalıdır. 
Hal-hazırda   adi   modemlər   istehsal   olunmur,   «modem» dedikdə, sadəcə olaraq faks-modem nəzərdə tutulur. 

Modem - kompüter və telefon xətləri arasında rəqəmli elektrik siqnallarını analoq siqnallarına və ya əksinə avtomatik çevirən qurğudur. Bu çevrilmə onunla əlaqədardır ki, kompüter rəqəmli siqnallar ilə işlədiyi halda, telefon xətləri ancaq analoq siqnallar vasitəsilə işləyir. Texnikada rəqəmli siqnalların analoq siqnallarına çevrilməsinə modulyasiya, əks prosesə isə demodulyasiya deyilir. 
Analoq siqnalları üç parametrlə: amplitudası, tezliyi və fazası ilə səciyyələndirilir. 
Müasir modemlərdə hər üç xüsusiyyətdən istifadə edilir. Modem iş prosesində kompüterdən üç bitə uyğun informasiya qəbul edir ki, birinci bit ilə amplitudaya, ikinci bit ilə tezliyə, üçüncü bit ilə isə fazaya uyğun analoji siqnalı xəttə göndərir. Göndərilmiş siqnallar modem-qəbuledici tərəfindən qəbul edilərək istifadəçiyə lazım olan şəkildə çatdırıır. 

Modemin buraxma qabiliyyəti iki parametr: informasiyanın ötürülmə sürəti və informasiyanın tutumu ilə səciyyələndirilir. İnformasiyanın ötürülmə sürəti bod ilə ölçülür. Yəni əgər modem saniyə ərzində analoq siqnalının xarakteristikasını 2400 dəfə dəyişirsə, deməli onun informasiyam xəttə ötürmə sürəti 2400 boddur. İnformasiyanın tutumu isə analoq siqnallarının sayı, yəni bit ilə təyin edilir. 

Əgər iki modem arasında əlaqə yaratmaq lazımdırsa, hər iki modemin düzgün işləməsi üçün modemlərin səciyyəvi xüsusiyyətləri eyni olmalıdır. Əks halda, informasiya dəyişməsi modemlər arasında baş verməyəcəkdir. 

Qeyd edək ki, telefon xətlərinin keyfiyyətsiz olması və ötürülən siqnalların maneələrə rast gəlməsi modemin iş xüsusiyyətinə, yəni siqnalların keyfiyyətli və sürətli ötürülməsinə xələl gətirir. 

Kompüterə qoşulan modem göstərilən iki iş rejimindən birində ola bilər: verilənlərin ötürülməsi və əmrlər rejimi. Birinci rejimdə kompüterin modemə ötürdüyü siqnal analoq siqnalına çevrilərək telefon xətti ilə ötürülür. İkinci rejimdə isə kompüter tərəfindən xüsusi əmrlərin verilməsinə baxmayaraq, modem özü müstəqil işləyir, yəni simvollar ardıcıllığını əmrə çevirir. 
Modemlər istifadə olunan kompüterlərin tiplərindən asdı olaraq daxili (elektron lövhə şəkilində kompüterin daxilində yerləşdirilir) və xarici (fərdi kompüterə ayrıca qurgu kimi qoşulur) olurlar.

Kompüterlər yalnız xarici ölçülərinə görə deyil, eyni zamanda funksional imkanlarına görə də bir-birindən fərqlənirlər. Fərdi kompüterlərin yaranma tarixi 1974-75-ci illər hesab olunur. 1974-cü ildə iki amerikalı entuziast Stefan Voznyak və Stiv Jobs fərdi kompüter yaratmış və onu APPLE adlandırılmışdır. Fərdi kompüterlərin kütləvi istehsalına isə 1981-ci ildən başlanmışdır.


Fərdi kompüterlərin struktur sxemi aşağıdakı şəkildə göstərilmişdir (şəkil 1). 
Fərdi kompüterlərin quruluşu aşağıdakı kimidir:

  • əsas aparat hissəsini özündə birləşdirən sistem bloku;

  • mətn və qrafik məlumatı özündə əks etdirən monitor (və ya displey);

  • istifadəçi tərəfindən istənilən informasiyanı fərdi kompüterə daxil etmək üçün əlaqə qurğusu olan klaviatura;

  • monitorun ekranı üzərində yerləşən xüsusi göstəricini­­-kursoru ekran boyu istənilən istiqamətdə hərəkət etdirən MOUSE qurğusu;

  • fərdi kompüterin periferiya qurğuları (əlavə qurğular)-printer, skaner, plotter, strimmer, rəqəmli kamera və s.

Fərdi kompüterlər masaüstü, portativ və ovuc kompüterləri variantında istehsal olunur.
Sistem bloku
Sistem bloku  kompüterdə istifadə edilən texniki qurğuların əsas birləşmə qovşağı olub, daxilində iş üçün lazım olan ən əhəmiyyətli hissələr, xaricdə isə bloka qoşulan əlavə, xarici qurğular yerləşir. Kompüterin sistem blokuna xaricdən qoşulan qurğularına periferiya qurğuları deyilir.

ISA – Industry Standard Architecture (Sənaye standart arxitekturalı)


PCI – Peripheral Component Interconnect bus (Perferiya qurğuları ilə qarşılıqlı əlaqə şini) 
LHШ – Lokal hesablama şəbəkəsi

Periferiya qurğularıfərdi kompüterdə köməkçi əməliyyatları yerinə yetirmək üçün istifadə edilir və aşağıdakı kimi qruplaşdırılırlar:

  • verilənləri daxil edən qurğular (klaviatura, xüsusi manipulyatorlar, skaner və rəqəmli kameralar);

  • verilənləri xaric edən qurğular (printerlər);

  • verilənləri saxlayan qurğular (strimmerlər, toplayıcılar və maqnitooptik qurğular);

  • verilənləri mübadilə edən qurğular (faks-modemlər və şəbəkələr);

Masaüstü kompüterlərin sistem blokları üfüqi (desktop) və şaqulu (mini-tower, biq tower) formada istehsal edilirlər. 

Sistem bloka ana lövhə (ana plata), mikroprosessor, mikrosxemlər, yaddaşlar, sərt disk, elastiki (yumşaq) disk sürücüsü, CD ROM, DVD və s. daxildir;
Sistem bloku daxilində yerləşən qida bloku xətdən alınan gərginliyi daxildəki qurğular arasında lazımi şəkildə bölüşdürür.
Ana lövhə kompüterin əsas hissəsi sayılır. Ana lövhə üzərində aşağıdakı elementlər yerləşir:

  • Mikroprosessor (MP)- kompüterində hesabi-məntiqi əməliyyatları yerinə yetirən əsas mikrosxemdir. Mikrosxem xüsusi qaydada hazırlanmış elektron sxemlər toplusudur. Mikroprosessorlar bir-birindən takt tezliklərinə, yəni əməliyyatların yerinə yetirilmə sürətinə və məhsuldarlığa Mhs (saniyədə milyon əməliyyat) görə fərqlənirlər. Pentium tipli kompüterlərdə adətən İNTEL şirkətinin və onun törəməsi olan SELERON tipli mikroprosessorlardan istifadə edilir. Pentium tipli mikroprosessorlar işləmə(takt) tezliyinə görə aşağıdakı siniflərə bölünür.

   Pentium I    -   75Mhs ¸ 300Mhs – tezlik intervalında olur 
Pentium II    -   300Mhs ¸ 600Mhs – tezlik intervalında olur 
Pentium III   -  600Mhs ¸ 1100Mhs – tezlik intervalında olur 
Pentium IV  - 1100Mhs(1,1 Ghs) ¸ 4000Mhs(4 Ghs) – tezlik intervalında olur 
Bir çox hallarda çoxlu sayda riyazi hesablamaların aparılması lazım gəlir ki, mikroprosessorlar bunu təmin edə bilmirlər. Bu səbəbdən də kompüterlərdə riyazi soprosessorlardan istifadə edilir. Müasir prosessorların gücü böyük olduğundan artıq soprosessorlara ehtiyac duyulmur;

  • Çipset (mikroprosessor dəsti)- kompüterin daxili qurğularını idarə etməklə yanaşı, ana lövhənin bütün funksional imkanlarını təyin edən mikrosxem toplusudur;

  • Şinlər- kompüterin daxili qurğuları arasında siqnalların ötürülməsini təmin edən naqillər yığımıdır;

  • Əməli yaddaş- əməli yaddaş qurğusu- ( RAM-ƏYQ)- kompüter xəttə qoşulan zaman verilənlərin müvəqqəti saxlanılan mikrosxem toplusudur. Gərginlik kəsildikdə burada olan məlumatlar itir. Onun tutumu müasir kompüterlərdə bir neçə Hbayt olur;

  • Keş yaddaş-əməli yaddaş ilə mikroprosessor arasında informasiya mübadiləsinin yüksəldilməsi məqsədilə istifadə edilən ifrat sürətli yaddaş qurğusudur. Onun iki Level 1 və Level 2 səviyyələri var. Level 1 səviyyəsi adətən mikroprosessorun daxilində, Level 2 səviyyəsi isə əməli yaddaşla mikroprosessor arasında yerləşir. Onun köməyi ilə informasiya mübadiləsi sürəti 10 dəfəyədək artırılır. Belə yaddaşların tutumu bir neçə Mbayt-a qədər olur.

  • Daimi yaddaş qurğusu (BİOS-DYQ)- kompüterin ilkin yüklənməsini və qurğuların yoxlanılmasını həyata keçirən və daxilindəki verilənlərin gərginlikdən asılı olmayaraq saxlayan yaddaş qurğusu olan mikrosxemdir.

  • Portlar (yuvalar)- əlavə qurğuların (slotların) qoşulmasını təmin edirlər. Portlar paralel (LPT1-LPT4), ardıcıl (COM1-COM3) və universal (USB) ola bilərlər. Paralel portlar sürətinə görə ardıcıl portlardan, universal portlar isə hər ikisindən üstündür.

Videoyaddaş nəticənin ekrana çıxarılmasını idarə edəcək elektron sxem olub videokontrollerin tərkibində yerləşir;
Videoadapter (videokart) monitorun ekranında alınmış təsviri formalaşdırmaq üçün istifadə edilir və həm qrafik, həm də mətn rejimində işləyə bilər;
Kontroller xüsusi elektron sxemlər olub disk sürücüləri, klaviatura və s. ilə əməli yaddaş arasında informasiya mübadiləsinə nəzarət edən qurğulardır.
Monitorlar rəngli və ağ-qara olmaqla ekranın ölçüsünə, rənglərin miqdarına və elektron-süa borulu, LCD, plazma növlərinə bölünürlər. Elektron-süa borulu monitorlarda təsvirin ekrana verilməsi məqsədilə xüsusi elektron şüa borusundan istifadə edilir. LCD monitorlarında ekran iki nazik lövhə arasında yığılmış maye-kristal sxemlərdən ibarətdir. Plazma ekranlarında eyni prinsipdən istifadə edilsə də lövhələr arasında xüsusi qaz yerləşdirilir. Bu tip monitorlar gərginliyi daha çox istifadə edirlər. Məhz bu səbəbdən də onlardan portativ kompüterlərdə istifadə edilməsi məqsədəuyğun deyil. Monitorların standart ölçüləri- 14, 15, 17, 19, 20, 21.
Klaviaturalar köhnə tipli 84/86 düyməli klaviaturalara və 102/104 düyməli klaviaturalara bölünürlər. Klaviaturanın düymələri: funksional düymələrə (F1-F12), hərf-rəqəm düymələrinə, kursoru idarə edən və ədədlərin daxil edilməsi düymələrinə bölünürlər. 
Mouse (siçan) – qurğusu qrafik rejimdə işləyən monitorun ekranında kursoru istənilən istiqamətdə hərəkət etdirən, üzərində iki və ya üç düymə olan qurğudur.  Mouse qurğusu quruluşuna görə mexaniki, optomexaniki və optiki olur. Ümumiyyətlə, kursoru klaviaturanın köməyi ilə də hərəkət etdirmək mümkündür. Klaviatura kursoru üfüqi və şaquli istiqamətdə hərəkət etdirir. Mouse-la isə istənilən əyrini sürətlə çəkmək olur. Mouse komputerin yan tərəfində yerləşən xüsusi lövhənin (buna Mouse-un xalçası da deyirlər) üzəri ilə hərəkət edir. Mouse-un üzərində yerləşdirilmiş idarəetmə düymələri vasitəsilə nəinki kursoru hərəkət etdirmək, həmçinin redaktor rejimində də işləmək mümkündür. 
Xarici yaddaş qurğuları:

  • elastiki (yumşaq) disk sürücüsü xarici yaddaş qurğusu olan elastiki maqnit disklərindən (disketlərdən-floppy disklərdən) məlumatın oxunması və ya onlara məlumatın yazılmasını təmin edən qurğulardır;

  • sərt maqnit diski (HDD, vinçester)- kompüterin sistem blokunun daxilində yerləşərək xarici yaddaş qurğusu olub, informasiyanın saxlanması üçün istifadə edilir. Buraya həm informasiya yazmaq və həm informasiyanı oradan oxumaq mümkündür;

  • CD-ROM- compakt disklərdən (CD-R, CD-RW) məlumatı oxumaq üçün istifadə edilir (600-800 Mbayt);

  • CD-Writer- kompakt disklərdən məlumatı oxumaq və CD-RW-lərə informasiyanı yaza bilən qurğudur;

  • DVD- DVD (4-16 Hbayt) disklərlə işləmək üçün qurğulardır. Müasir DVD qurğuları həm də CD-lərlə işləyə bilir;

  • flash (fleş)-kartlar- informasiyanın saxlanması üçün istifadə edilir(16 Hbayt);



DƏRS-14 KOMPUTER ŞƏBƏKƏLƏRİ

Kompüter şəbəkəsinin yaranması üçün ən azı iki kompüterin bir-birinə qoşulması lazımdır. Şəbəkə harada və nə üçün istifadə olunur? sualını versəniz, bu suala indi çox rahat cavab tapmaq olar. Məsələn, bu gün ofislərdə, nəşriyyatlarda, kompüter klublarında və ya beynəlxalq informasiya mübadilələrində kompüter şəbəkələri vacib rol oynayır. Əgər bir firmanın müdiri ümumi sənədin bütün işçilər üçün əl çatan olmasını istəyirsə, o, kompüter şəbəkəsindən istifadə edərək bu işi rahatca həyata keçirir. Nəşriyyatda işləyən dizayner öz kompüterində hazırladığı jurnalın üz qabığını çap etmədən şef redaktora göstərmək və rəyini bilmək istəyirsə, sadəcə olaraq şefin kompüterinə jurnalın üz qabığını göndərir və danışıq proqramı vasitəsi ilə onun rəyini alır. Oyun klublarında tək oynamaqdan bezən uşaqlar bir-biriləri ilə şəbəkə vasitəsi ilə oynaya bilirlər. Beynəlxalq kompüter şəbəkələri ilə xüsusi proqram təminatı ilə xaricdə yaşayan qohumlarının üzlərini kompüterdə görə və səslərini rahatca eşidə bilərlər. İstəyirəm bir az əvvələ qayıdıb ilk şəbəkələrin yaranmasından indiyədək görülmüş işlərdən bir az məlumat verim.

60-cı illərdə kompüter deyiləndə ağıla böyük mainframe(meynfreym)-lər gəlirdi. Əlbəttə ki mainframe-lər indiki kompüterlərlə müqayisə oluna bilməzlər. Onların nə monitoru, nə də klaviaturası vardı. Mainframe-lər böyük dəmir şkaflara bənzəyirdilər.

ainframe-lər iş dünyasında istifadə edilən ilk kompüterlərdəndirlər. Çox az sayda istehsal olunmuş bu aparatlar böyük bir sığorta şirkəti tərəfindən istifadə edilmişdir və sonra 1984-cü ildə muzeyə verilmişdir. 1950-ci ildə bu kompüterlərin 40 dənəsi çox çətin riyazi hesablamalarda istifadə olunmuşdur. Aralarında Sidney Opera binasının da olduğu bir çox bina və körpünün düzəldilməsində bu kompüterlər faydalı olmuşdur. 1955-ci ildə, kompüterlərin istehsalçısı Ferranti şirkəti, kompüterlərdən birini elm adamları və riyaziyyatçılara təqdim etdi. Beləcə illər tələb edən hesablamalar bu firmaya gətirilirdi və hesablamalar kompüterdə aparıldıqdan sonra nəticə yiyəsinə təslim edilirdi. Başlanğıcda klaviatura və monitoru olmayan bu cihazlar bir və ya daha çox operator tərəfindən proqramlaşdırılır, işləməsi təmin edilirdi. Sonra ekran və klaviaturalardan istifadə olunmağa başlanıldı. Bir mainframe-ə birdən çox klaviatura və monitor birləşdirmək olurdu. Eyni anda birdən çox adam bu cihaza proqram yaza bilərdi. Diqqət etdinizsə proqram yazmaqdan bəhs etdim. O vaxtlar hazır proqramları alıb istifadə etmək yox idi, bir proqrama ehtiyacın var idisə onu oturub yazırdın. Haqqında bəhs etdiyimiz sistemlərə "şəbəkə" deyə bilmərik, çünki bu klaviaturalarla və monitorlarla sadəcə informasiya daxil edilir və çıxarılırdı. Bəlkə ağılsız terminal termini eşitmişiniz. Üzərilərində CPU(Si Pİ Yu)-su olmayan bu cihazlar Dumb(damb) terminal-ağılsız terminal adlandırılırdı. Vaxt keçdikcə mainframe-lər inkişaf etdirildi və hard disklərdən istifadə olunmağa başlanıldı. Çox keçmədən mainframe-lər arasında məlumatın paylanması fikri ortaya çıxdı. Ümumiyyətlə, mainframe-lər bir-birindən minlərcə kilometr uzaqda yerləşirdilər. Eyni bina içində yerləşən mainframe-lər isə çox vaxt fərqli istehsalçıların cihazları olurdu.

Həqiqi şəbəkələrdən çox-çox əvvəl alimlər fərqli iki sistemin məlumatlarının hansı yolla bölüşdürülməsi haqqında müzakirə etməyə başlamışdılar. Yəqin ki siz də ilk kompüter şəbəkəsinin ARPANET olduğunu eşitmisiniz. Amerikanın ARPANET Advanced Research Projects Agency(ARPA) adlı agentliyi tərəfindən qurulmuşdur. ARPA 1958-ci ildə qurulan və Amerika dövləti üçün yüksək texnologiyalar düzəldən agentlik idi. 1972-ci ildə adı DARPA(Defence Advanced Research Agency) kimi dəyişdirildi, 1993-cü ildə təkrar ARPA, 1996-cı ildə isə təkrar DARPA oldu. DARPA kompüter şəbəkələri ilə bağlı fərqli olan fikirləri bir araya gətirərək ümumi sistem düzəltdi. Bu agentlik vasitəsi ilə kompüter şəbəkə layihələri, internetin təməlini qoymuş TCP/IP və buna bənzər texnologiyalar yaradıldı. Əlbəttə, belə sual yarana bilər ki bəs mainframe-lər hara yox oldular. 80-ci illərdə İBM(ay bi em) PC(pi si)Personal Computer- fərdi kompüter fikrini irəli sürdü. Bu kompüterlərdə hətta proqramlaşdırma təminatı da olacaqdı (DOS, Windows).

Nəticədə PC və ya mini-computer adlandırılan bu kompüterlərin dünyadakı sayı milyonlara, milyardlara çatdı. Mainframe-lər texnologiyadakı yeniliklərə baxmayaraq ilk yaradıldıqları məqsədə hələ də xidmət edirlər. Müəyyən hədd daxilində hesablamaya ehtiyacı olan firmalar prosessoru IBM As400 olan maşınlardan və buna bənzər mainframe sistemlərindən hələ də istifadə edirlər. Universitetlərdə və tədqiqat qurumlarında istifadə olunan "super kompüter"-ləri də unutmamaq lazımdır.

Mainframe almaq imkanı olmayan firmalar üçün mini-computer/PC şəbəkələri sistemi yaradıldı. Onlardan bəziləri Novell-in Netware (Netveyr) sistemi, Microsoft-un NT-si və onların davamı olan Windows 2000, XP, Vista buna misal çəkilə bilərlər.

DƏRS-16 LOKAL və QLOBAL Şəbəkələr (Area Networks)

Müxtəlif tip kompüter şəbəkə dizaynlarının kateqoriyalaşdırılması üçün bir yol var. Onları fiziki sahəsi və miqyasına görə qruplaşdırmaq. İnkişaf tarixi səbəblərindən, bütün dizayn tipləri demək olar ki, müəyyən sahəyə görə yaradılmışdırlar. Aşağıda onları görə bilərsiniz:

 LAN - Local Area Network (yerli sahə şəbəkəsi)


  • WLAN - Wireless Local Area Network (simsiz yerli sahə şəbəkəsi)

  • WAN - Wide Area Network (geniş sahə şəbəkəsi)

  • MAN - Metropolitan Area Network (metropoliyan (paytaxt) sahə şəbəkəsi)

  • SAN - Storage Area Network, System Area Network, Server Area Network və ya bəzən Small Area Network (bir çox adı var əsas Storage Area Network (saxlama sahə şəbəkəsi) kimi tanınır)

  • CAN - Campus Area Network, Controller Area Network bəzən Cluster Area Network bir çox adı var. Əsas Controller Area Network (nəzarət sahə şəbəkəsi) kimi tanınır)

  • PAN - Personal Area Network (şəxsi sahə şəbəkəsi)

  • DAN - Desk Area Network (idarəetmə sahə şəbəkəsi)

LAN və WAN əsas orijinal sahə şəbəkəsi kateqoriyalarıdır, qalanları illər boyunca texnologiyanın inkişafı irəlilədikcə yaradılmışdır və yəqin ki, bundan sonra da yeniləri yaradılacaqdır.

LAN Nədir?

LAN (Local Area Network) –YSŞ(Yerli Sahə Şəbəkəsi), məsləhətdir LAN deyəsiniz. YSŞ gülməli çıxır. Bu forma kiçik ofislərdə, ev daxili və ya kiçik kompüter klublarında istifadə olunur. Bu tip vasitəsi ilə evdə, işdə və ya klubda oyun oynamaq, o biri kompüterə qoşulmuş printerdən yazı çap etmək olar. Şəbəkə tipi nə qədər böyük olursa olsun onun tərkibində LAN(lar) olur. Nə qədər böyük deyən zaman mən aşağıda izah edəcəyim, yuxarıda siyahı formasında sadaladığım digər tipləri nəzərdə tuturam. Bütün böyük şəbəkələr kiçik LAN şəbəkələrini birləşdirmək üçün mövcuddurlar və ya o səbəbdən yaranıblar.



WLAN Nədir?

WLAN - Wireless Local Area Network (simsiz yerli sahə şəbəkəsi). Bu da LAN deməkdir. Həm üstün, həm də mənfi cəhətləri var. Üstün cəhəti evin ya da ofisin içərisində ayağınıza dolaşacaq və ya divarın deşilməsinə səbəb olacaq kabellərin olmamağıdır. Mənfi cəhəti onun hələ inkişaf etməkdə olmasıdır ki, texnologiya kompüter oyunları və həcmi böyük proqramların tələblərini hələ ki ödəyə bilmir. Amma sənədləri şəbəkə vasitəsi ilə bölüşmək onun üçün problem deyildir. Üstün cəhəti ötürmə radiusu üzrə dairəvi formada bağlantı qura bilir. Kabel kimi tək istiqamətli bağlantıdan asılı olmur.



WAN Nədir?

WAN - Wide Area Network (geniş sahə şəbəkəsi). LAN-ın maksimum əhatə sahəsi bir binadırsa, WAN üçün bu əhatə sahəsi şəhərin bir neçə rayonu, yer kürəsinin tamamı desək yalan olmaz. Əlbəttə ki, burada istifadə olunan texnologiyalar LAN-dan fərqlənir və daha bir neçə cihaz əlavə olunur. Bu detalları hub vasitəsi ilə şəbəkə quraşdırmanı öyrənən zaman geniş şəkildə izah edəcəyik.



Digər tiplər nədir?

Siyahıda yazılan digər tiplər adlandırıldığı sahə üzrə şəbəkə dizaynlarıdır. Əsasən məqsədyönlü yaradılmışdırlar. Bəzi sahə şəbəkə tiplərinin bir neçə adının olmasının səbəbi dizayn formasının saxlanılaraq məqsədinin dəyişdirilməsi ilə əlaqədardır. Yəni bir dizayn bir çox məqsəd ilə istifadə oluna bilər.



Dərs-12 İnternetin tarixi və inkişafı

2 sentyabr 1969 il ABŞ-in hərbi sənaye qurumunun xətti ilə Ali məktəblər tərəfindən bir layihə həyata keçirildi. Məqsəd çoxlu sayda kompüterləri birləşdirən kabel vasitəsilə eyni vaxtda informasiya mübadiləsi aparmağın mümkünlüyünü təmin etməkdən ibarət idi. Öncə Kaliforniya Universitetinin tələbələri Stiven Kroker və Vinton Serf 4-5 metr uzunluğunda kabellə kompüterləri birləşdirdilər. İlk dəfə olaraq kompüterlər arasında məlumat ötürülməsi baş verdi. Layihə olduqca uğurlu həyata keçirildi. Əvvəlcə 4 Universitetin birləşməsindən ARPANET adlı bir kompüter şəbəkəsi əmələ gəldi və qısa müddətdə ABŞ ərazisində kompüterlər bu şəbəkəyə qoşulmağa başladılar.

1972-ci ildə ARPANET vasitəsilə elektron  məktub göndərilməsinə imkan verən program yaradıldı. İlk dəfə olaraq @ işarəsi elektron poçt ünvanlarında işlədilməyə başlandı və 1980-ci ildə bu işarə Beynalxalq standart kimi təsdiqləndi.

1973-1974-cü illərdə TCP/IP protokolu meydana çıxdı. TCP/IP protokolları ARPANETin əsas qurucularından olan Robert Ken və Vindon Serf tərəfindən təklif olunub. TCP/IP protokolu 2 rabitə protokolundan ibarətdir. Transmission Control Protocol ötürməyə nəzarət protokolu – verilənlərin ötürülməsinə nəzarət edən protokol və Internet Protocol yəni internet protokol.

1980-ci ildə DNS yaradıldı. 

1985-ci ildə ABŞ milli elm fonduna məxsus NSFNET – Milli elm fondu şəbəkəsi yaradıldı.

1995-ci ildə bu şəbəkə bir neçə hissəyə ayrıldı. Hazırda qlobal şəbəkədə BACKBONE rolunu oynayan xeyli sayda şəbəkələr mövcuddur.

İnternet inkişaf etdikcə belə bir sual ortaya çıxdı: necə etmək olar ki, bu şəbəkə vasitəsilə kompüterlərdə olan çoxlu sayda sənədlərdən hamı eyni vaxtda istifadə edə bilsin?

Məhz bu problemin həlli 1989-1990-cı illərdə www sisteminin yaranmasına səbəb oldu. Tim Börner Li hiper mətinli sənədlər texnologiyasını yaratdı. Qeyd etmək yerinə düşər ki, Ser titulu qazanan Tim Börner 2004-cü ildə 15 il öncəki kəşfinə görə Beynalxalq Fond tərəfindən 1.000.000 avro məbləğində pul mükafatı qazanıb. İnternetin qloballaşması 1988-1989-cu illərə təsadüf edir. Bu illərdə Kanada, Fransa, Almaniya və 1992-ci ildə Böyük Britaniya və Latviya NSFNET vasitəsilə internetə qoşuldular.

Keçmiş SSRİ məkanına daxil olan ölkələr üçün ”.su” domeni fəaliyyətə başlayıb. Rusiya 1993-1994-cü ildən RELKOME şəbəkəsi vasitəsilə internetə qoşulub və 1994-cü ilin aprelində “.ru” domenini qeydiyyatdan keçirib. 1993-cü ildə ABŞ administrasiyası ilk dəfə olaraq öz rəsmi veb saytını qəbul etdi.

1994-cü ildə ilk dəfə olaraq internetdən elektron kommersiya məqsədilə istifadəyə başlanılıb.

Beləliklə öncə elm və təhsil qruplarını birləşdirən ARPANET sadə kompüter şəbəkəsi qısa bir müddətdə böyük populyarlıq qazandı. Məhz bu şəbəkə indiki internetin əsası oldu. İlk vaxtlar bu şəbəkədən ancaq mətn formasında olan informasiyanın elektron poçt vasitəsilə ötürülməsi üçün istifadə edilirdi. Hazırda isə internetlə qrafik və multimedia faylları əldə etmək, eyni vaxtda yazışmaq və danışmaq, eyni zamanda oyunlar və əyləncələrlə məşğul olmaq, ucuz telefon bağlantısı yaratmaq, musiqi və video əldə etmək mümkündür. Bütün bunlardan istifadə etmək üçun olduqca sadə bir informasiya vasitəsi olan İnternet haqqında müəyyən bilgi əldə etmək zəruridir.



DƏRS-17 İNTERNETİN ARXİTEKTURASI 

İnternetin necə işləməsini təsəvvür etmək istədikdə, əvvəlcə onun analoqu olan telefon şəbəkəsi yada düşür. Hər ikisi elektron rabitə vasitələridir, hər iki halda birləşmə baş verir və informasiya ötürülür. Çoxları internetə məhz telefonla qoşulur. Əsaslı fərq şəbəkədən istifadə prinsipləridir.

  Telefon şəbəkəsi- kanalların kommutasiyası şəbəkəsidir. İki abunəçi arasında əlaqə yarandığı zaman kanal ayrılır və hətta, heç bir informasiya ötürülmədiyi halda , məsələn, hər iki həmsöhbət susduqda belə, başqa heç kim ondan istifadə edə bilmir. İnternet paketlər kommutasiyası şəbəkəsidir və əlaqə kanallarından daha effektiv istifadə edir. İnformasiya hissələri-paketlərə bölünərək, məktubun poçt ilə göndərildiyi kimi ötürülür. Bu zaman kanal eyni bir vaxtda bir  neçə birləşmə üçün istifadə olunur. İnternetin müxtəlif hissələri “marşrutlayıcılar”-kompüterlər sistemi vasitəsilə birləşir. Marşrutlayıcılar paketlərin başlıqlarını araşdırır, onların təyinat məntəqəsinə çatdırılması üçün hansı qovşağa ötürüləcəyini müəyyənləşdirir, həmçinin şəbəkədə birləşmə pozulduğu halda, alternativ marşrut seçir.

  Bu təxminən adi məktubların ötürülməsinə bənzəyir. Məktub zərfə qoyulur, üzərində məktub alanın və göndərənin ünvanı qeyd edilir və marka yapışdırılır. Poçt xidməti məktubun çatdırılması zamanı müəyyən olunmuş qaydalara riayət edir. Eyni qayda ilə,İnternetin işinin nizamlayan qaydalar da mövcuddur.

  Ünvanlaşdırmaya və paketlərin çatdırılmasına IP (internet protocol) cavabdehdir. IP-ə görə verilənlər paketinin ölçüsü 1 baytdan 1500 bayta qədər ola bilər. Paketə təyinat məntəqəsi haqqında zəruri məlumatlar əlavə edilir. İnternetə qoşulan hər bir kompüterə unikal ünvan-IP-ünvan mənimsədilir. O, bir-birilə nöqtə ilə ayrılan dörd ədəddən ibarətdir.Ədədlərin qiyməti 0 ilə 255 aralığında dəyişir. Məsələn 62.3.250.189 və ya 193.20.1.147.

  Bunula belə IP protokolu paketin itkisiz çatdırılmasına zəmanət vermir. O, həmçinin paketlərin ardıcıl çatdırılmasını yerinə yetirməyə təminat vermir. Əksər hallarda şəbəkə ilə göndərilən informasiyanın həcmi 1500 baytdan çox olur. Bu problemi verilənlərin ötürülməsinə nəzarət protokolu –TCP həll edir. 

 

Dərs- 30 ELEKTRON POÇT PROQRAMI



Elektron poçt - (Electronic Mail və ya E-Mail) hazırkı dövrdə insanlar arasında ən çox yayılmış ünsiyyət növüdür. Bu ünvan bir neçə saniyə ərzində İnternet şəbəkəsinin yerləşdiyi istənilən yerə nəinki mətn, veb-səhifə, hətta məktub halında olan istənilən faylı göndərməyə imkan verir.

ABŞ və Avropadan başlayaraq bu rabitənin adı "e-mail" və ya "email" formasında yazılır.

Elektron ünvanla işləyərkən SMTP və POP3 protokollarından istifadə edilir. SMTP protokolu məktubun göndərilməsinə, POP3 protokolu isə məktubun çatdırılmasına cavabdehdir. Göndəriləcək poçt "elektron poçt qutusuna" yazılır. Bu poçt serverin daimi yaddaşında yerləşən kataloqdur və ona yalnız həmin poçt qutusunun abonenti daxil ola bilər. Abonent serverə müraciət edərkən poçtu oradan çıxarır, poçt qutusundan çıxarılan məktub serverdə saxlanılmır.



Elektron məktubların ünvanı DNS sistemlərində qəbul olunmuş ünvanlardan fərqlənir.

Yazılış qaydası


abonent@ünvan - @ ("ət" və ya "doq") işarəsi kompyuterə məktubun göndərildiyi server ünvanı ilə abonentin adını ayırmağa kömək edir. Burada abonent dedikdə həmin serverin məktubu köçürəcəyi şəxsi kataloq nəzərdə tutulur. Bu kataloq serverdə istifadəçinin ora daxil olana və ya saxlama müddəti qurtarana qədər qalır. Abonentin adını istifadəçi özü seçir. Sonra o poçt ünvanının qeydiyyatını keçirir və proqram təminatını nizamlayır. Bütün bu əməliyyatlardan sonra elektron ünvanla işləmək olar. Müasir dövrdə ən geniş yayılmış poçt hostinq serverləri kimi Gmail.com,Yahoo!Hotmail tanınır. MDB məkanında isə YandexMail.ruRambler kimi poçt servisləri məşhurdur.


KOMPÜTER, ŞƏBƏKƏ VƏ MULTİMEDİYA----- 535


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azrefs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə