Kompas tv layihəsi




Yüklə 7.28 Kb.
tarix20.04.2016
ölçüsü7.28 Kb.



KOMPAS

tv layihəsi
ADI : “KOMPAS”
VAXTI : Ayda 2 dəfə
MÜDDƏTİ : 45 dəqiqə
MÖVZUSU : Əyləncəli səyahət verilişi
LAYİHƏNİN MƏQSƏDİ
Hər bir Azərbaycan vətəndaşı dünya standartlarında veriliş izləmək, əylənərək, əyani şəkildə görərək dünya haqqında məlumat almaq hüququna malikdir. Gündəlik həyatımızda eşitmədiymiz, görmədiyimiz informasiyaları, adət-ənənləri, bizə qeyri-adi gələn insanları, sivilizasiyadan hələ xəbəri olmayan qəbilələri göstərəcəyik. Bəlkə də heç adını eşitmədiyimiz ekstrim idman növləri haqqında öyrənəcək, bütün bunları izlərkən həyatdan zövq alacaqsınız.

Deyirlər çox gəzən çox bilər. Bu proqramımız dünyanın ən ekzotik məkanlarında çəkiləcək. Ekstrim turizmdən zövq almaq üçün ən yaxşı imkanları təqdim edəcək. Verilişin çəkildiyi yerlər elə unikal yerlər olacaq ki, bəlkə də ora ilk azərbaycanlı kimi bizim yaradıcı heyət addım atacaq.

QURULUŞU

Veriliş digər səyahət proqramlarında çoxşaxəliliyi ilə fərqlənəcək. Belə ki, ölkə səyahət proqramlarının hələ heç birinin göstərmədiyi yerlərdə çəkiliş qrupumu fəaliyyət göstərəcək, adını az eşitdiyimiz, görüntüsünü az gördüymüüz insanlardan qəbilələrdən, adətlərdən, ekstrim idmanlardan xəbər tutacaqsız.

Verilişin audiovizual forması da çox maraqlı və diqqəti cəlb edən olacaq. Belə ki, xüsusi qrafk effektlərlə biz aparıcının eyni anda həm ekzotik məkanlarda, həm də ölkəmizin buna bənzər məkanlarından birində (və ya studiyada) təqdimatlarını görəcəyik. Zaman və məkan içində səyahət edəcək aparıcı hələ verilişə başlamadan tamaşaçının diqqətini cəlb edəcək.

YARADICI HEYƏT

Aparıcı Məhəmməd Cahangirov

Rejissor Abbas Quliyev

Ssenari müəllifi Ramil Ələkbərov

Prodüser Elnur Cəbrayılov



Montajçı Fuad Quliyev


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azrefs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə