Klassik məktəb iqtisad elmindən




Yüklə 13.5 Kb.
tarix22.04.2016
ölçüsü13.5 Kb.
Klassik məktəb iqtisad elmindən

Klassik məktəb – klassik iqtisad elminin və onu yaradanların əsl vətəni İngiltərə olmuşdur. Avropanın bu ölkəsində XVII – XVIII əsrlərdə və sonrakı dövrdə iqtisadiyyatda onun əsas sahibləri olan sənayedə, kənd təsərrüfatında, nəqliyyatda, ticarətdə sıçrayışlar baş vermişdir. Burada, sərbəst sahibkarlıq və təşəbbüsə, azad bazar və rəqabətə əsaslanan yeni kapitalist sistemi daha sürətlə inkişaf etməyə başlamışdır. Belə bir şəraitdə iqtisadiyyatın bütöv bir sistem kimi öyrənilməsinə və təhlil edilməsinə ehtiyac duyulurdu. Dövrün ehtiyac və tələbləri bu elmi yaradanları da yetişdiridi. Bunların içərisində ən məhşurları Uilyam Petti ( 1623 -1687), Adam Smit (1723-1790) və David Rikardo ( 1772-1823) olmuşdur.

Iqtisad elminin baniləri və klassiklərinin böyük xidməti ondadır ki, ilk dəfə onlar cəmiyyətin iqtisadiyyatını bütöv halda götürüb tədqiqat obyektinə çevirmişlər. Digərlərindən fərqli olaraq klassiklər sərbəst bazar iqtisadiyyatı nəzəriyyəsini yaratmışlar.

Ixtisasca təbiətşünas, həkim olan U.Petti iqtisad elminin əsaslarının yaradılmasında layiqli yer tutur. O, öz nəzəri görüşlərini “vergilər və rüsumlar haqqında traktat” (1662) əsərində açıqlamışdır. Petti burada vergilərin mənbələrini və rolunu şərh etməklə yanaşı, əmək, dəyər, pul, əmək haqqı, renta kimi iqtisadi kateqoriyalar haqqında öz nəzəri fikrini də bildirmişdir. O, “əmək sərvətin atası, torpaq isə anasıdır” məhşər formulun da müəllifidir. Bundan başqa , Petti özünü statistikanın banisi hesab edərək “ siyasi hesab” adlı əsər də yazmışdır.

Cəmiyyətin iqtisadi həyatını və onun inkişaf qanunlarının daha sistemli şəkildə araşdıran dahi ingilis iqtisadçısı Adam Smitdir. O 1723 –cü ildə şotlandiyanın Kirkalı şəhərində dünyaya gəlmiş, uşaqlıq illərini yoxsulluq və çətinlik içərisində keçirmişdir. Adam Smit 14 yaşında Qlazqo Universitetinə daxil olmuş, sonra isə Oksfordda təhsilini davam etdirərək fəlsəfə doktoru dərəcəsi almaqla oranı bitirmişdir. O, bir müddət məntiq və əxlaq fəlsəfəsi üzrə professor kimi müəllimlik etmişdir. Adam Smit uzun müddət axtarışlardan və müşahidələrdən sonra iqtisadi məsələlərlə məşğul olmağa başlamışdır. Nəticədə “Xalqların sərvətinin təbiəti və səbəbləri haqqında traktat” (1776) adlı şah əsəri ilə məhşur olmuşdur. Beş kitabdan ibarət olan bu böyük əsərdə o, sərbəst bazar iqtisadiyyatı nəzəriyyəsinin banisi kimi çıxış etmişdir.Smitin əsərində başlıca məsələ insanın iqtisadi azadlığı, onun sərbəst surətdə öz qabiliyyətlərini reallaşdıra bilməsidir.O göstərir ki, insanın iqtisadi fəaliyyətinin başlıca amilini, motivini şəxsi maraq təşkil edir. Bu mənafe isə öz əməyini, məhsullarını azad surətdə mübadilə etmək vasitəsilə həyata keçirə bilər.Bu yolla insanlar bir-birinə xidmət edir və münasibətlər yaradırlar. Onun fikrincə istehsalçılar, alıcılar və satıcılar arasında sərbəst rəqabət olmadan iqtisadiyyat inkişaf edə bilməz. O, rəqabəti insanların sərbəst iqtisadi fəaliyyətlərini tarazlaşdıran başlıca qanun hesab edir. Onun “Görünməyən əl” adlandırdığı “gizli fikri” də bazar münasibətlərini tənzimləyən təbii, obyektiv qanunlarıdır. Smit hətta azad rəqabətin söndürülməsini iqtisadiyyatın sərbəst inkişafı üçün bir fəlakət hesab edir.

Adam Smitin nəzəriyyəsində cəmiyyətin sərvəti və onun artırılması yolları mühüm yer tutur. O, sərvətin mənşəyini əməkdə görür və yazır ki, “hər xalqın illik əməyi onun yaşayışına və həyat rahatlığına lazım olan məhsulları gətirən bir ilkin fonddur”. Smitə görə illik məhsulun və sərvətin miqdarı əsasən iki amildən: birinci istehsalda tətbiq olunan əməyin miqdarından, işçilərin sayından, ikinci isə əməyin məhsuldarlığından asılıdır. Buna görə də əmək məhsuldarlığı yüksək olan mədəni xalqlar daha çox sərvət yaradır və yaxşı yaşayırlar. əmək məhsuldarlığı aşağı olan, ibtidai vəziyyətdə qalan xalqlar isə az sərvət yaradır və pis yaşayırlar.

Adam Smit iqtisadiyyatın inkişafında insan amilini onun aparıcı rolunu düzgün qiymətləndirir. O, yazır ki, “ hər bir dövlətin (ölkənin) əsas əhali kütləsi fəhlələrdən, işçilərdən, xidmətçilərdən ibarətdir. Ölkədə əhalinin əksəriyyətini təşkil edən işçilərin həyat şəraitinin yaxşılaşmasına səbəb olan bütün şərtlər cəmiyyət üçün faydalı sayılmalıdır... Əgər əhalisinin əksər hissəsi yoxsul, bədbəxt vəziyyətdə olarsa o cəmiyyət heç vaxt çiçəklənə bilməz”( “xalqların sərvəti...” 1931 –ci il nəşri səhifə 87).

Adam Smit çox zəngin nəzəri irs qoyub getmişdir. Iki yüz ildən artıq bir dövr ərzində onun bir nəzəri irsi elmin, iqtisadiyyatın və mədəniyyətin inkişafına xidmət göstərmişdir. Bu gün də onun nəzəri görüşləri öz aktuallığını saxlamaqdadır.

Adam Smitdən sonra iqtisad elminin inkişafında ən böyük xidməti olan David Rikardo olmuşdur. O, XVIII əsrin sonu XIX əsrin əvvəllərində baş verən sənaye inqilabı dövründə yaşamışdır. Istedadlı və çevik bir maliyyəçi, işbaz olan David Rikardo heç bir ardıcıl təhsil almadan dərin və mürəkkəb iqtisadi müəssisələrin tədqiqi ilə məşğul olmuşdur. O, iqtisad elminin pul tədavülü, krediti, vergi, beynəlxalq əmək bölgüsü, dünya ticarəti kimi konkret sahələri üzrə qiymətli nəzəri və əməli əhəmiyyətli fikir söyləmişdir. Rikardo öz nəzəri görüşlərini başlıca əsəri olan “siyasi iqtisadın və vergi qoyulmasını əsasları”nda (1817) əks etdirilmişdir. O, bu əsərində Smitin iqtisadi nəzəriyyələrini inkişaf etdirir və təkmilləşdirir. Rikardo belə hesab edir ki, cəmiyyətin inkişaf və tərəqqisinin yeganə hərəkətverici qüvvəsi insanların şəxsi mənafeyidir. Bu şəxsi mənafelər isə sərbəst bazara sərbəst rəqabətə əsaslanan iqtisadi sistemdə reallaşa bilər. O, hətta ölkələr, xalqlar arasında mövcud ticarət münasibətlərində belə sərbəst rəqabət imkanlarından istifadə edilməsini məqsədəuyğun sayırdı.

Rikardonun və Smitin iqtisad elminə gətirdiyi yeniliklər haqqında fikrimi burada bitimək istəyirəm



Klassik iqtisad elminin baniləri olan Adam Smit və David Rikardodan sonra, onların nəzəri irsini davam etdirən çoxlu iqtisadçılar nəsli yetişmişdir. Onların içərisində həm bu elm sisteminin tərəfdarları və həm də əleyhdarları, tənqidçiləri olmuşdur. Iqtisad elmi bu klassiklərin nəzəri irsi əsasında müxtəlif istiqamətlərdə və müxtəlif cərəyanlarda inkişaf etdirilmişdir.


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azrefs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə