KİTabxanaşÜnasliq və İnformasiya №1 2010 Baş redaktordan Hörmətli oxucu!




Yüklə 0.8 Mb.
səhifə9/9
tarix22.02.2016
ölçüsü0.8 Mb.
1   2   3   4   5   6   7   8   9

ƏDƏBİYYAT
1. Xələfov A., Qurbanov A. Kitabxanaların kompüterləşdirilməsinin əsas­la­rı: Dərslik.-B.:BUN, 2007.-200 s.

2. Булычева О.С. Использование компактного оптического диска CD-ROM в справочно-библиографической работе// Науч. и техн. б-ки.-1991.-№9.-С.3-8.

3. Гениева Е. Вторжение электронных изданий: Плюсы и ми­нусы// Библиотека.- 1997.- №8.- С.14-16.

4. Доброва В.А. Проблемы формирования фондов аудиови­зуаль­ных документов в библиотеках // Библиотеки стран в новых социально-экономических условиях: Сб. науч. тр. /РГБ.-М., 1994.- С.92-103.

5. Майстрович Т.В. Возможности использования оптических компакт-дисков в библиотеках// Науч. и техн. б-ки.-1997.-№5.-С.9-14.

6. Маркис Д. Основы CD-ROM // Науч. и техн. б-ки.-1995.-№10/11.-С.39-46.

7. Меняев М.Ф., Земсков А.И., Денисов Б.В. Оптические диски в библиотечной технологии// Науч. и техн. б-ки.-1997.-№3.-С.3-15.

8. Милованова Л. Интерактивные компакт-диски // Библиотека.- 1992.-№9-10.- С. 48-51.

9. Позо Лео Ф. Основы технологии CD-ROM// Науч. и техн. б-ки.-1994.-№8.-С.33-50.

ИСПОЛЬЗОВАНИЕ СОВРЕМЕННЫЕ АУДИОВИЗУАЛЬНЫЕ ИНФОРМАЦИОННЫЕ НОСИТЕЛИ В БИБЛИОТЕКАХ
С.И.МАМЕДОВА
РЕЗЮМЕ
В статье освящаeтся использование новых аудио­авизуальных информационных носителей в библиотеках в период информационного общества. А также, широко обьясняется электронная документация, значение новых аудиоаизуальных информационных носителей. Особое внимание уделяется на компактный оптический диск CD-ROM, его использование, значение, история создания и типы.

MODERN AUDIOVISUAL INFORMATION

MEDIA USED IN LIBRARIES
S.I.MAMMADOVA
SUMMARY
The article is deducated to the modern audiovision information carriers of uses in a library in modern information society. The electronic documentation and value of modern information carriers are explained in this article.The special attention is given optical disks, its uses in libraries, the important advantages, types, history of creations.

Yaşlıların fasİləsİz təhsİlİnİn təşkİlİndə

kİtabxanaların rolu və İştİrakı
A.S.HÜSEYNOVA

Bakı Dövlət Universiteti
Cəmiyyətin inkişafının hazırkı vəziyyətı, sosial-iqtisadi şəraiti ümu­milikdə təhsil sisteminin qarşısında xüsusi tələblər qoyur. Biliklərin sürətlə köhnəlməsi hər bir şəxsin bilik potensialının daima yüksəldilməsini tələb edir. Məhz bu mənada bütün ömür boyu təhsil almaq ideyası xüsusi aktuallıq kəsb edir. Onun həyata keçirilməsi fasiləsiz təhsil sisteminin yaranması və inkişafinda özunu ifadə edir

Təhsildə fasiləsizlik insanın bütün ömür boyu tam, əhatəli, zamanın tempinə uyğun individuallaşmiş və təkmilləşdirilmiş təhsilidir və inkişaf səviyyəsindən asılı olamayaraq hər bir ölkə üçün aktualdır. Məsələn, müasir Avropada elm və texnologiya elə sürətlə inkişaf edir ki, məlumatların hər il orta hesabla 20%-i aktuallığını itirir və beləliklə də 5-8 il ərzində peşələrin məzmunu tamamilə köhnəlir. Təsadüfi deyil ki, məşğulluq üzrə Avropa strategiyası çərçivəsində ömür boyu təhsil biliklər və bacarıqların, peşə səriştəsinin artırılması məqsədi ilə və daimi əsaslarla aparılan hərtərəfli təlim fəaliyyəti kimi müəyyən edilmişdir. Bu kimi sənədlərin sayı çoxdur - Fasiləsiz Təhsil haqqında Avropa Memorandumu, Hamburq Bəyannaməsi, Dakar Bəyannaməsi, Sofiya Bəyannaməsi və s.

Qeyd olunanların Azərbaycan kimi keçid iqtisadiyyatlı ölkələr üçün aktuallığı daha böyükdür. Avropada Ömür Boyu Təhsilin qarşısında duran vəzifə, sadə dillə desək, vətəndaşın bilik və bacarıqlarının 3-5 il ərzində yeniləşən texnologiyaya uyğunlaşdırmaqdırsa, Azərbaycanda uzun müddətli dövr ərzində mövcud olmuş planlı iqtisadiyyat şəraitində və totalitar ideoloji mühitdə qazanılmış ixtisasların və əldə edilmiş peşə vərdişlərinin müasir dövrün tələblərinə uyğunlaşmanı təmin etməkdir. Təkcə bir faktı göstərmək kifayətdir ki, hazırda ölkədə mövcud olan əməkqabiliyyətli əhalinin təq­ri­bən 60-70%-i inzibati-amirlik münasibətləri sistemində təhsil almış və ya çalışmışdır. O dövrdə bir dəfə əldə edilmiş ixtisas insanın ömrü boyu işlə tə­min olunmasına imkan verirdi. Lakin indi bazar iqtisadiyyatı şəraitində tex­nologiyaların sürətlə dəyişməsi çevik və dinamik şəkildə peşə və ixtisasların artırılmasını, yeni ixtisaslara yiyələnməni tələb edir. Aparılan tədqiqatlar göstərir ki, ölkədə mövcud işsizlik problemi təkcə iş yerlərinin olmaması səbəbində deyil, işsiz və işaxtaranların peşə-ixtisas təhsilinin və vərdişlərinin müasir əmək bazarına cavab verməməsi səbəbindəndir. Məhz bu faktlar Azərbaycanda yaşlıların təhsilini aktual edir.

Yaşlıların təhsili – fasiləsiz təhsil sisteminin tərkib hissəsi olmaqla, vətəndaşların cəmiyyətdə və iqtisadiyyatda daim baş verən dəyişikliklərə uy­ğunlaşmasını təmin etmək məqsədilə çevik tədris proqramları əsasında həyata keçirilən təhsil prosesidir. Yaşlıların təhsili ilə ənənəvi təhsilin arasında müəyyən fərqlər mövcuddur. Əgər ənənəvi təhsil sisteminin vəzifəsi cəmiyyət üçün layiqli vətəndaş və iqtisadiyyat üçün lazımi kadr hazır­lamaqdırsa, konkret olaraq yaşlıların təhsilinin vəzifəsi isə artıq ənənəvi təhsil sistemindən çıxmış vətəndaşların cəmiyyətdə və iqtisadiyyatda daim baş verən dəyişik­liklərə uyğunlaşmasını və fəal iştirakını təmin etməkdir.

Yaşlı təhsilalan – cəmiyyətdə və iqtisadiyyatda daim baş verən dəyi­şikliklərə uyğunlaşmaq məqsədilə, andraqoji (andraqogika-yaşlıların təsili aqqında elm sahəsidir) prinsiplər əsasında təhsil almaqla, bilik, bacarıq və şəxsi keyfiyyətlərinin, əmək vərdişləri və peşə bacarıqlarının inkişaf etdiril­məsinə və təkmilləşdirilməsinə olan etiyaclarını ödəmək istəyən şəxsdir.

Yaşlıların təhsili prosesində kontingentə aşağıdakı sosial-demoqrafik qruplar aid edilə bilər:



yeniliklərlə əlaqədar ixtisasartırmaya və ixtisasdəyişməyə cəlb edilən peşəkar əmək sahəsi işçiləri;

  • şəxsi təsərrüfatla və fərdi əmək fəaliyyəti ilə məşğul olanlar;

  • məşğuliyyət sahəsini və ya peşəsini dəyişmək fikrində olan şəxslər;

  • uzunmüddətli fasilədən sonra, o cümlədən analıq məzuniyyətindən

sonra peşəkar əmək fəaliyyətinə qayıdanlar;

  • müstəqil həyata yeni başlamış yaşlı mütəxəssislər;

  • peşəsi olmayanlar;

  • yeni peşəyə yiyələnməyə və ya ixtisasını artırmağa ehtiyacı olan

işsizlər;

  • hərbi xidmətdən təxris olunanlar;

  • məcburi köçkünlər və qaçqınlar;

  • adi şəraitdə tədris materiallarını qavraya bilməyən və sağlamlığı

məhdud olan şəxslər;

  • müxtəlif səbəblərdən yeni sosial-mədəni şəraitə uyğunlaşmağa məcbur

olan şəxslər;

  • şəxsi keyfiyyətlərini inkişaf etdirmək və ya bilik dairəsini

genişləndirmək arzusunda olan şəxslər və s.

Azərbaycanda yaşlıların təhsili problemini aktual edən bir sıra səbəblər vardır:



  • Ölkədə mövcud olan işsizlik problemi təkcə iş yerlərinin olmaması səbəbindən deyil, eyni zamanda işsiz və işaxtaran vətəndaşların peşə-ixtisas təhsilinin və əmək vərdişlərinin müasir əmək bazarının tələblərinə cavab verməməsi;

  • Bir milyona qədər qaçqın və məcburi köçkünlərin öz doğma yurd-yuvalarını itirmələri ilə yanaşı, mövcud iş yerlərini də itirmələri;

  • Ölkədə həyata keçirilən idarəetmə prosesində iştirak edən çoxsaylı məmurlar ordusunun nəzəri biliklərinin və praktiki bacarıqlarının müasir dövrün tələblərinə uyğun daha da təkmilləşdirilməsi problemi;

  • Ölkədə informasiya texnologiyalarının tətbiqi sferalarının genişlən­diril­məsi dövlət siyasətinin prioritetlərindən birinə çevrilir. Bu isə informasiya texnologiyalarının yeni tətbiq olunduğu müəssisə və təşkilatların əməkdaş­larının bu istiqamətdə bacarıqlarının artırılmasına yönəldilmiş təlimlərin keçirilməsisi zəruri edir.

  • Ölkədə ciddi ekoloji problemlərin mövcud olmasının müqabilində əhalinin bu istiqamətdə maarifləndirilməsu səviyyəsi aşağıdır. Bu isə həmin istiqamət üzrə yaşlıların təhsili prosesini zəruri edir.

  • Ölkənin ənənəvi təhsil sistemində aparılan islahatlar başa çatma­dığından təhsil sistemində hazırlığı ilə və əmək bazarının tələbləri arasında ciddi uyğunsuzluqlar hələ də mövcuddur. Buna görə də hətta yenicə hazır­lanmış kadrların da əmək bazarında rəqabət qabiliyyətli olmaları üçün, onların çevik və qısamüddətli əlavə təhsilə ehtiyacları vardır ki, bu da yaşlıların təsilini aktual edən daha bir səbəbdir.

  • Ölkə əhalisinin demokratik vətəndaş quruculuğu istiqamətində ciddi maariflənməyə ehtiyacı vardır ki, bu istiqamətdə yaşlıların təhsili prosesi hələ uzun müddət aktual olaraq qalacaq və s.

Yaşlıların fasiləsiz təhsil prosesinin təşkil edən müəssisələr icərisində ən aparıcı yeri kitabxanalar tutur. Müasir şəraitdə cəmiyyət həyatının bütün sahələrində olduğu kimi kitabxanalarda da əsaslı dəyişikliklər baş vermək­dədir. Bazar iqtisadiyyatı şəraitində kitabxanaların yeni iqtisadi mexanizmə uy­ğunlaşması ən aktual problemlərdəndir. Müasir dövrdə geniş oxucu kütlə­lərinin dünyagörüşünün düzgün istiqamətləndirilməsi, təhsil səviyyəsinin yüksəldilməsi, mütaliə mədəniyyəti vərdişlərinə yiyələnməsi üçün kitabxana­ların fəaliyyətinin fasiləsizliyi təmin olunmalıdır. Qeyd etmək lazımdır ki, Amerika kitabxanaşünasları fasiləsiz təhsil sistemini yaşlılar üçün kütləvi kitabxana xidmətinin əsası olaraq qiymətləndirirlər. Şəxsitəhsil mütaliənin fasiləsiz təhsilə kömək edən mürəkkəb formasıdır. Qeyd etmək lazımdır ki, informasiya texnologiyalarının inkişaf etdiyi, kompüter telekommunikasiya vasitələrinin kütləvi xarakter daşıdığı müasir dövrümüzdə dünya əhalisi içərisində məhz yaşlı nəsl daha çox mütaliə etməyə maraq göstərir. Onlar cəmiyyət həyatının hadisələrində şüurlu və fəal iştirak etmək üçün daha çox şəxsitəhsillə məşğul olurlar. Şəxsitəhsil eyni zamanda biliklərə yiyələnməyin əsas yollarından biridir. Şəxsitəhsil elmi nailiyyətlərin geniş xalq kütlələrinin sərvətinə çevrilməsinə kömək edir. Kitabxana işinin düzgün və geniş təşkili olmadan şəxsitəhsil işi inkişaf edə bilməz. Kitabxanalar yalnız şəxsitəhsilə maraq göstərən oxucuları deyil, bütün oxucuları şəxsitəhsilə cəlb etməlidir. Çünki kitabxana xidmətinin düzgün təşkili olmadan çəxsi təhsil işi inkişaf edə bilməz. Şəxsitəhsil elmi nailiyyətlərin geniş xalq kütlələrinin sərvətinə çev­rilməsinə yardım edir. Müasir həyatın hadisələrində şüurlu və fəal şəkildə iştirak etmək yalnız şəxsitəhsillə mümkündür. Bu işdə kitabxanaların səmərəli fəaliyyəti mühüm rol oynaya bilər.
Ədəbİyyat


  1. Xələfov A.A. Kitabxanaşünaslığa giriş: Dərslik H.1-2.B., 2001- 400 s.

  2. Baxşəliyev V. İ. Yaşlıların təhsili zamanın tələbidir // Təhsil.- dekabr 2004

  3. Yaşlıların təhsilinə dail Hamburq konfransı.-1997.

  4. Осипова И. Библиотека и образование: К постановке проблемы// Библиотековедение.- 1999.-№1.-С. 22-28

  5. Проблемы непрерывного образования взрослых: Сб. науч. тр.- Л., 1979.- 77 с.

  6. Збаровская Н. В Формирование информационно-образовательной среды современных библиотек //Библиотековедение.- 2006.- №4.-C.50-54


РОЛЬ И УЧАСТИЕ БИБЛИОТЕК

В НЕПРЕРЫВНОМ ОБУЧЕНИИ ВЗРОЗЛЫХ
А.С.ГУСЕЙНОВА
РЕЗЮМЕ
В статье раскрыта суть актуальности образования взрослых как составной части системы непрерывного образования. Также от­мечается роль и значение библиотек в образовании взрослых в об­щества знаний.
THE ROLE AND PARTICIPATION OF LİBRARİES İN THE ORQANİZATİON OF THE ADULTS CONTİNUOUS EDUCATİON
A.S.HUSEYNOVA
SUMMARY
The a article is dedicated to the essence of the urgency of the edu­cation adults as component of continuous education system. The role and importanse of libraries in the adults in the knovledge society are elucidated as well of adult knowledge in societies.



1   2   3   4   5   6   7   8   9


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azrefs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə