KİTabxanaşÜnasliq və İnformasiya №1 2010 Baş redaktordan Hörmətli oxucu!




Yüklə 0.8 Mb.
səhifə6/9
tarix22.02.2016
ölçüsü0.8 Mb.
1   2   3   4   5   6   7   8   9

ƏDƏBİYYAT



  1. Məhərrəmov A.M. Bakı Dövlət Universiteti.-B., 2009.-688 s.

  2. Xələfov A.A. Bakı Dövlət Universitetinin Elmi Kitabxanası 90 il Elm və Təhsilin xidmətində.- B., 2009. -208 s.

  3. İsmayılov X.İ Kitabxana İnformasiya sahəsində Beynəlxalq əlaqələr /Azərbaycan və Litva Konsorsiumlarının əməkdaşlığı.-B., 2005.-S.9-19.

  4. Yusifova C. Litva Kitabxana Konsorsiumun təcrübəsi / Azərbaycan və Litva Konsorsiumlarının əməkdaşlığı.-B., 2005.-s.27-32.

  5. Zayrseva T. Litva və Azərbaycan kitabxanaları informasiya birliyi yolunda /Azərbaycan və Litva Konsorsiumlarının əməkdaşlığı.-B., 2005.- s.50-63

  6. Bakı Dövlət Universiteti Elmi Kitabxanasının 1991-2009-cu il hesabatları.


Международные отношения Научный Библиотеки Бакинского Государственного Университета
М.A. МАМЕДОВ, ДЖ.Н.ЮСИФОВА
РЕЗЮМЕ
В статье проанализированы состояния и организация между­народного отнашения Научной Библиотеки Бакинского Госу­дар­ствен­ного Университета в годы независимости. Здесь же выявлена роль международного книгообмена в обслуживании широких кругов Чита­те­лей – пользователей документально – информационной базы библиотек с помошью интернета с разными библиотеками стран мира.

The international relations of scientific

library of Baku State University

in THE YEARS OF INDEPENDENCE
M.A.MAMMADOV, J.N.YUSIFOVA
SUMMARY
In the article the international relations of scientific library of Baku State University in sovereignty years have been investigated. In the article the importance of international book exchange in library service has been explained and in this area the activities of scientific library has been investigated.

Kİtab və kİtabxana mədənİyyətİndə

türk xalqlarının dastan və əsatirlərİ
P.F.KAZIMİ

Bakı Dövlət Universiteti
Peyğəmbərin bir hədisi şərifində deyilir: “Qostəntəniyyə əlbəttə bir gün fəth olunacaqdır. Onu fəth edən əsgər nə gözəl əsgər, onu fəth edən sər­kərdə nə gözəl sərkərdədir” [4, 422].Türk xalqı gözəl əsgər və sərkərdələri ilə yanaşı eləcə də dünyanın mədəni tarixini yaradanlardır. Bu xalqın ən qədim yazıları müqəddəs yazılar, ən qədim kitabxanaları insanların milli - tarixi yaddaşı olmuşdur.

Yazının yaranması, tətbiqi və təkamülünün son 5000 ildə keçdiyi tarixi yol əsas verir ki, onu aşağıdakı kimi təsnifləşdirək.



  1. Antik yazının təkamülü və formalaşan qrafik strukturuna əsaslanan

əlifbalar.

  1. Milli və dini qrupların özlərini təcrid etmək məqsədilə tərtib

etdikləri müstəqil əlifbalar.

  1. Böyük əraziləri və xalqları əhatə edə biləcək universal əlifbalar.

  2. Kriptoqrafik məqsədli tərtib olunan əlifbalar.

Türk xalqları ən qədim dövrlərdən başlayaraq bu əlifba sistemlərinin hər dörd istiqamətində özünü sınamış, insan cəmiyyətinin kamil əlifba axtarışında mürəkkəb tarixi təcrübəni yaşamışdı.

Qeyd etdiyimiz kimi, ilk kitabxanalarımız xalqın milli – tarixi yaddaşı olmuşdur. İslamaqədər mədəniyyətimizin böyük bir hissəsi məhz bu kitabxananın vasitəsilə qorunub saxlanılmışdır.

Görkəmli alim Nizami Cəfərov qədim türk ədəbi yaradıcılığını epos, poetik və nəsr yaradıcılığına bölür. İlk yazılı abidələr olaraq Göytürk nəsri, Tonikik kitabəsi, Gültiqin kitabəsi, Bilgə Xaqan kitabəsi, Türk Maniçi nəsri, Xuastuanift, Türk buddist nəsri, Altun Yaruk yazılarını göstərir. Tədqiqatçı geniş mövzu əhatəsi olan poetik irslə yanaşı İslama qədər qədim türk das­tanlarından aşağıdakıları göstərir.


  1. Dünyanın yaranması haqqında

  2. Türklərin törəyişi haqqında (Boz qurd dastanı)

  3. Oğuz Kağan dastanı

  4. Siyenpi dastanı

  5. Alp Ər Tonqa dastanı

  6. Şu dastanı

  7. Ərkənəkon dastanı

  8. Koç dastanı

Böyük coğrafi arealda yaşayan türk xalqlarının bu günə qədər dünya kitabxanalarında qorunub saxlanılmış yazılı və şifahi elmi - ədəbi irsi müxtəlif alimlərin tətqiqatında öz geniş əksini tapır. Türk xalqlarının ümumiyyətlə, bu arealda isə xüsusilə geniş yayılmış folklor nümunələri olmuşdur ki, böyük tarixi dövrdə bu etnosun özünü ifadə forması kimi təzahür edir.

Türk xalqlarının qədim dastanlarından biri də “Dədə Qorqud” dastanıdır.

Rəvayətə görə əfsanəvi Oğuz xanın 6 oğlu olmuş və onlar Günəş, Ay, Ulduz, Göy, Dağ, Dəniz adlanmışlar. Onların da hər birinin 4 oğlu olmuşdur. Oğuz xanın 24 nəvəsi ilə də Oğuz tayfalarının sayı müəyyənləşir (6, 525)

K.İnostransev qeyd edir ki, XV əsrin II yarısında Osmanlı feodalları arasında oğuznamələr çox yayılmışdır və II Bayazidin iki oğluna Qorqud (1460) və Oğuz xan (1470) adı verməsi bunun nəticəsidir (6, 528)

V.Bortolda görə Dədə Qorqud dastanın dövrü I Bayazidin hakimiy­yətindən (1389 – 1402) sonrakı dövrə aid edilə bilər. II Murad (1421 – 1451) üçün Əli Yazıçıoğlu tərəfindən yazılmış Səlcuq tarixi əsərindən də bəzi oxşarlıqlara əsaslanaraq V.Qordiyevski əsassız nəticələr əldə edir. (6, 527) XVI əsr türk tarixçisi Ədirnəli Ruhi, XVII əsr alimi Münədcimbaşı öz tarix əsərində (1676) Qorqud ata haqqında məlumat verir (6, 527)

Türkiyədə Dədə Qorqud dastanının öyrənilməsində Türkiyyənin görkəmli alimləri Abdulla İnan, Əli Riza Yalman, Fuad Köprülü, Pertef Naili Baratov böyük əmək sərf etmişlər. Berlin dövlət kitabxanasında yerləşən Drezden əlyazmasının surəti əsasında 1916-cı ildə İstanbulda Kilisli Müəl­lim Rifət tərəfindən “Dədə Qorqud”-un tam mətni ərəb əlifbasında çap etdirilmişdir. 1938-ci ildə Orxan Şaiq Gökyay tərəfindən latın əlifbasında çap etdirir. (6. 521 səh.)

1815-ci ildə Alman şərqşünası Dis “Dədə Qorqud” dastanının Drezden nüsxəsindən bir boyu ayıraraq onu alman dilində tərcümə ilə birlikdə çap etdirmişdi. Başqa bir alman alimi Teodar Neldeqe (1833 – 1930) “Dədə Qorqud” – un Drezden nüsxəsinin tam surətini çıxarmış və onun tam mətnini alman dilinə tərcümə etməyə səy göstərmişdir. Bu işin son dərəcə çətin olma­sının və o dövrdə türk dilinin öyrənilmə səviyyəsinin aşağı olması ilə əlaqədar olaraq T.Neldeqe 1892-ci ildə bitirmədiyi materialları V.V.Bartolda, 1891 – 1892-ci illərdə hələ tələbə olan gənc mütəxəsisə təqdim edir. 1922 – ci ildə dünya ədəbiyyatı seriyasında çap etdirmək məqsədi ilə V.V.Bartold “Dədə Qorqud”-un Drezden əlyazmasının tam mətnini tərcümə edərək çapa təqdim etdi. Təəsüf ki, nəşriyyatın bağlanması ilə bu kitabın çapı alimin sağlığında işıq üzü görmədi. SSRİ EA-nın arxivində saxlanılan alimin əlyazması əsa­sında 1950-ci ildə görkəmli Azərbaycan alimləri H.Araslı və M.Təhmasibin redaktəsi ilə çap edildi (6, 519 – 520)

“Dədə Qorqud” dastanın Drezden nüsxəsinin son səhifələrindən birində “Osman paşa - 993” (1585-ci il) yazısı olması kitabın yazıya köçü­rülməsi tarixini müəyyənləşdirməyə ehtimallar verir. Vatikan nüsxəsinin 1591-ci ildə Qahirədə, 1615 – 1616-cı illərdə Qüdsdə olması haqqında əlyazmanın üzərində qeydlər var. Lakin ən qədim qeyd Sənullahin ölüm ili 956 (1549 - 1550)-ci il qeyd olunur. E.Rossi əlyazmanı XVI əsrin ortalarına, V.Bortold isə XV əsrin əvvəllərinə aid edir (6, 519 – 527)

Tədqiqatçı V.M.Jirmunski türk xalqları folklorunun tədqiqatları çər­çivəsində qazax dastan və rəvayətlərini ümumiləşdirərək qeyd edir ki, XV – XVI əsrləri əhatə edən və bu günə qədər qorunub saxlanılmış qazax qəhrə­manlıq və tarixi dastanlarından əvvəl bu xalqın qıpçaq kökünə bağlı eposu olmuşdur ki, bu əlamətlər müasir dastanlarda öz elementlərini qoruyub saxlamışdır. Qazax yazılı və şifahi abidələrinin Başqırd, tatar, qırğız və türkmən xalqları ilə tarixi inteqrasiyası tədqiqatçının diqqətindən yayınmış və ya tədqiqatçı bu məsələyə yer ayırmamışdır. Bədii təfəkkürün həm yazılı, həm də şifahi formalarda ifadəsində, sujetlərdə, tarixi və mifoloji qəhrəmanların adında, toponimlərdə bir çox oxşarlıq və eyniliyi müşayət etmək olar.

SSRİ ərazisində yaşamış türk xalqları içərisində “İdiqe” haqqında dastan orta əsrlərdən müasir dövrümüzə qədər çox yayılmış və şöhrət tap­mışdır. Qara dəniz sahilindən, Krım və ön Qafqaz çölləri, aşağı Volqa sa­hilindən Urala qədər, oradan da Aral vadisi və cənubi sibirə qədər ərazidə ya­şamış türk xalqları arasında geniş yayılmışdır. Müxtəlif dövrlərdə qazax­larda və qarakalpaklarda köçəri özbəklərdə, noğaylarda, türkmənlərdə, başqırlarda, krım türklərində, sibir türkləri və dağ altaylılarında yazıya köçürülmüşdür.

1820-ci ildə Q.İ.Spaski tərəfindən Qazax variantının rus dilinə tərcü­məsi sibir xəbərlərində çap edildi. 1830-cu ildə A.Xodzko tərəfindən Həş­tərxan şəhərində noğay variantı yazıya köçürüldü və “İranın xalq poeziyası” adı ilə ingilis dilində çap edildi. 1841 – 1842-ci ildə Çokan Valixanov tə­rəfindən qazax variantının tam mətni çap olundu.

1866 – 1872-ci ildə V.V.Radlov tərəfindən Omsk tatarlarının və Altay teleutlarının versiyası yazıya köçürüldü. 1896-cı ildə krım tatarlarının “İdiqe” haqqında dastanı yazıya köçürüldü. 1903-cü ildə P.M.Melioranski tərəfindən yazıya köçürülmüş karakalpak versiyası, yalnız 1917-ci ildə Aşqabad şəhə­rində çap edildi.

1957-ci ildə Türkiyə tədqiqatçısı Səadət Çağatay “İdiqe” haqqında das­tanı krım tatarı olmuş bir mühacirin ifasından yazıya köçürmüş və An­karada onun Alman dilinə tərcüməsi ilə birlikdə çap edmişdir.

Bu dastanın hal – hazırda çap edilmiş 30-dan artıq versiyası möv­cuddur (6, 354)

Sovet illərində xalq aşığı Saqınbay Orozbakovun ifasından yazıya köçürülmüş “Manas” dastanı 250 000 misra şerlə ifadə olunan möhtəşəm bir eposdur. Şahnamədən 2 dəfə, Homerin İleadasından 16 dəfə böyükdür. Dastanın əsas hissəsi qədər də onun ikinci və üçüncü hissələri (“Semetey” və “Seytek”) Manasın oğlu və nəvəsi haqqında dastanlar təşkil edir (6, 25)

1940 – 1945-ci illərdə Manas dastanının müxtəlif epizodlarının çap edilməsinə baxmayaraq əsərin tam versiyası yox idi. 1958 – 1960 – cı illərdə 500 000 misralıq əsəri ixtisar edərək 80 000 misradan ibarət ixtisar edilmiş versiyasını 4 cilddə ilk dəfə Qırqızıstan elmlər akademiyası çap etdirdi.

Manas eposunun ilk yazılı nümunəsi Qazax etnoqraf alimi Çokan Vəlixanov 1806-cı il yazıya köçürdüyü nüsxədir (6, 25) Əlbəttə bu qorunub saxlanılmış nüsxə hesab edilə bilər. Ç.Valixanov qeyd edir ki, Manas bütün qırğız mifologiyasının, nağıllarının rəvayətlərinin toplanmış ensklopediyasıdır (6, 25)

Özbək “Alpamış” dastanının klassik variantını özbək alimi Fazil Yoldaşov (1873 – 1953) 1928-ci ildə yazıya köçürmüşdür. Bu dastan 14 000 sətrdən ibarətdir. 1939-cu ildə onun tam variantı X.Əlimcanovun redaktəsi ilə çap edilmişdi. Bu nəşrin əsasında L.M.Penkovski onun rus dilinə tərcüməsini hazırlayır və 1943-cü ildə Moskvada çap etdirir.

“Alpamış” dastanının oğuz versiyası “Bamsı Beyrək” haqqında dastan adlanır. Tədqiqatçılar həm sujetdə həm də digər əlamətlərinə görə onu “Alpamış” dastanının anadolu versiyası kimi qəbul edir (6, 155)

Dastanın aşağıdakı versiyaları mövcuddur.



Kunqrat versiyası - “Alpamış” dastanının özbək, Qarakalpak, Qazax redaktəsilə.

Oğuz versiyası – “Kitabi – Dədə Qorqud” da Bamsı Beyrək və müasir anadoluda xalq nağılları formasında.

Qıpçaq versiyası – Başqırd xalq nağılı “Alpamış və Barsınxulu” və Kazan tatarlarının “Alpamşa” dastanı.

Altay versiyası – Altay qəhrəmanlıq nağılı “Alıp – Manaş”. (6. 584 səh.)

Tədqiqatçılar hesab edir ki, bu dastanın ən qədim versiyası altay oğuzlarına VI – VIII əsrlərdə Türk xaqanları dövrünə aiddir (6, 585)

Qəhrəmanlıq dastanlarını araşdıran V.Jirmunski “Koroğlu” dastanının Qırğız, Özbək, Türkmən, Azərbaycan folklorunda rast gəlindiyini qeyd etməklə yanaşı onun tacik versiyasının da olduğunu qeyd edir (6, 18)

Türkmən folklorunda “Yusif və Əhməd”, “Koroğlu”, “Gül və bülbül”, “Gül və Sənubər”, “Şahsənəm və Qərib” (Aşıq Qəribin türkmən versiyası, Tiflisdə Lermentovun 1831-ci ildə tanış olduğu), “Tahir və Zöhrə”, “Seyfəl – Məlik”, “Xurmukca və Xəmrə”, “Sayat və Xəmrə”, “Əsli və Kərəm” və başqa dastanları yazıya köçürülmüşdü. Bu dastanların əksəriyyəti müxtəlif versi­ya­larda bütün türk xalqlarında məşhur olmuşdur. Bu dastanların kitab variantı orta asiyaya, əvvəlcə Xarəzmə, sonra isə Qazaxıstan və qırğızıstana ya­yıl­mışdı.

Başqırdıstanda və Volqa sahili türklərin qəhrəmanlıq dastanları xalq nağılları şəklində şifahi qorunub saxlanılmışdı. Bunlar A.Kireyev tərəfindən Ufada, X.Yarmuxammedov tərəfindən Kazanda çap edilmişdir.

Cənubi sibir türkləri, yeni Tobolsk tatarları, Ob və İrtış çayı vadisində yaşayan altaylılar, Şorlar, Xakaslar və Tuvalılar, Yeniseyin sahilində yaşayan Yakutlar son dövrə qədər köçəri və yarım köçəri yaşamış, ovçuluq və hey­vandarlıqla məşğul olmuş və geniş Türk sivilizaiyasından qismən uzağa düşmüş və müsəlman mədəniyyəti təsirlərindən kənarda qalmışdır. Odur ki, onlar daha orjinal mifologiyasını qoruyub saxlamışdır. Bu dastanları Peter­burq elmlər akademiyasının üzvü Anton Antonoviç Şifner (1817 - 1879) “Si­bir tatarlarının qəhrəmanlıq dastanları” adı ilə alman dilində poetik tərcü­məsini 1859 – cu ildə çap etmişdi.

Altay folklor nümunələrinin Rusiyada ilk toplayanı V.İ.Verbidski (1828 - 1890) olmuşdu. O rus əlifbası əsasında ilk Altay əlifbasının da yara­dıcısı idi. Altay dilinin qrammatikasınıda V.İ.Verbidski tərtib edir. Bundan bir qədər sonra N.Y.Nikiforov (altaylı) altay qəhrəmanlıq nağıllarının rus tərcü­məsini çap etdirir. 1935-ci ildə N.K.Dimitriyevanın çapa hazırladığı “Koqutay” dastanının da rus dilində tərcüməsi işıq üzü görür.

II dünya müharibəsinin başlanmasına az qalmış SSRİ – elmlər aka­demiyasının elmi əsərlərinin etnoqrafiya seriyasında Şorların epik dastan və nəğmələri N.P.Direnkov tərəfindən tərcümələri ilə birlikdə çap edilir. Hal – hazırda bu tədqiqatlar Altayda, Abakanda (Xakasiyada), Kızılda (Tuvada) davam etdirilir.

Yakutiya Rusiya imperiyasında siyasi sürgünlər yeri idi. İlk tədqiqat­çılarda sürgünə gələnlər olmuşdur. İ.A.Xudakaov “Cöğrafiya cəmiyyətinin” dərgisində Q.N.Potaninin redaktəsi ilə yakut qəhrəmanlıq nağıllarını rus dilində tərcüməsini çap etdirdi. Polyak E.Pekarski yakut – rus lüğətinin zəngin folklor nümunələrinə istinadlarla hazırlayıb çap etdirmişdir. Eləcə də sür­gündə olmuş polyak S.B.Yastremski yakut mətnlərinin dəqiq tərcümələrini hazırlamış və yalnız türkoloq S.E.Malovun redaktəsi ilə 1929-cu ildə çap etdirmişdi. “Olonxo” geniş həcmli poetik formada deyilmiş, şamanizmin təsiri ilə mifologiyaya söykənən qəhrəmanlıq dastanlarıdır. Rusiya elmlər akade­miyası sibir şöbəsinin Yakutiya filialının dil, ədəbiyyat və tarix institutunda bu dastanın çoxsaylı qədim və yeni yazıya köçürülmüş müxtəlif versiyaları mövcuddur.

1890 – 1900-ci illərdə Taşkənd tədqiqatçısı, milliyyətcə Başqır olan Əbubəkir Divaev (1856 - 1932) uzun müddət qazaxlar arasında yaşamış və toplamış olduğu nadir əlyazmalardan əldə etdiyi qəhrəmanlıq dastanlarının böyük bir müntəxabatını hazırlamışdır. Ə.Divayev Alpamış dastanın qarakal­paq versiyasını, “İdiqe – batır”, Kazanın işğalından bəhs edən “Şora – batır” və XIX əsrə aid olan digər əsərləri hazırlayıb çap etdirmişdi (6, 14)

Rus tədqiqatçıları Qazax folkloru və ədəbiyyatı ilə daha erkən və geniş maraqlanmağa başlamışlar. Müəyyən olunmuşdur ki, Puşkin qazax folkloru ilə maraqlanmış və onun yazıları içərisində “Kozı – Korpeş və Bayan – Sulu” epik dastanının yazılmış adı müəyyən edilmişdi. Ehtimal olunur ki, Puşkin 1833-cü ildə Orenburq səfərində bu əsərlə tanış olur (6, 135) 1812-ci ildə adı çəkilən bu dastanı Timofey Belyayev Kazaxıstanın “Romeya və Cülyetta”sı adlandırmışdır.

1820-ci ildə Q.İ.Spaskinin tərcüməsi ilə “İdeqe” əsəri rus dilində “Sibir xəbərləri” məcmuəsində çap edilir.

Qazax eposunda qəhrəmanlıq dastanları ilə yanaşı tarixi dastanlarda geniş yayılmışdır ki, bunlara “Kombard – Batır” və məhəbbət dastanları “Kozu - Korpeş”, “Kız - Jibek” dastanları aiddir. Silsilə dastanlardan “Qırx bahadur” eposu 1942 – ci ildə yazıya köçürülmüşdür.

Mərkəzi Asiya və Sibirin görkəmli tədqiqatçısı Q.N.Potanin (1835 – 1920) folklor abidələrini öyrənərək onu dünya folklor sujetlərini müqayisə etmiş və qərbi avropa və Rusiya eposunun mənbəyinin şərqə məxsus olduğunu iddia etmişdir.

Türkologiyanın Rusiyada görkəmli nümayəndələri prof. P.M.Meleran­ski (1868 - 1906), onun tələbəsi akademik A.N.Samoyloviç (1880 - 1938), Türkmən eposunun ilk tədqiqatçısı İ.A.Belyayev də bu istiqamətdə xeyli işlər görmüşlər. Macar tədqiqatçısı Qerman Vamberi (1831 – 1913) 1863 – cü ildə dərviş paltarı geyinərək orta asiya və Çin türküstanını gəzmiş, XVI – XVII ərs türk qəhrəmanlıq dastanlarını öyrənərək alman dilində “Yusif və Əhməd” dastanını çap etdirmişdir (6, 13)

Rusiyada türk xalqlarının şifahi xalq yaradıcılığının sistemli öyrənil­məsi V.V.Radlovun (1837 - 1918) adı ilə əlaqələndirilir. (6. 12 səh.) Əlbəttə tür­­ko­loqların tədqiqat arealı rusiya imperiyası daxilində məhdudlaşır və təd­qiqatçılar xalqların mifoloji təfəkküründə ümumi olanı deyil, fərqləndirici xü­susiyyətləri, ayıran elementləri axtarıb aramaqda daha çox maraqlı olmuşdular.

Radrovun şagirdi Nikolay Federoviç Katanov (1862 - 1922) milliyyət­cə xakas olmuş və V.M.Jirmunskinin qeyd etdiyi kimi öz xalqının ilk savadlı dastan söyləyəni olmuşdur. O, Peterburq universitetinin türkologiya fakul­təsini bitirmiş və sonralar Kazan universitetinin professoru olmuşdur.

Bu gün elmi dövriyyədə olan Türkiyyəli tədqiqatçıların əsərləri Azər­baycan alimlərinin bu sahədə apardıqları araşdırmalar, eləcə də sovet it­tifaqından qalmış elmi irsi ümumiləşdirilərək fundamental biblioqrafik vəsai­tin əldə olunması mümkündür. O zaman qədim və orta əsr türk xalqlarının yazılı və şifahi ədəbiyyatının zəngin repertuarı qarşıya çıxardı.


Ədəbİyyat


  1. Qədim türk ədəbiyyatı.- Bakı Çaşıoğlu, 2006.- 200 s.

  2. Türk xalqlarının nəsri antalogiyası.- B. Çaşoğlu, 2007.- 288 s.

  3. Cavad Heyət. Türklərin tarix və mədəniyyətinə bir baxış.- B., 2009.- 184 s.

  4. Hakim Müstədrik. Cild 4. s.422

  5. M.Fətullah Gülən. Sonsuz Nur.- İzmir, 1997

  6. В.М.Жирмунский, Тюркский героический эпос.- Ленинград. 1974.

  7. История письма.- М.,Экcмо, 2002.- 400 с.


Мифы и легенды тюркских народов в

книжной и библиотечной культуре
П.Ф.Казыми
РЕЗЮМЕ

В книжной и библиотечной культуре Тюркских народов мифы и легенды занимают особое место. Национально – историческая память народа является самым древней библиотекой сохранившей это насле­дие, большой частью которой были записаны и переписаны последние века. В данной статье сделана попытка обобщения репертуара легенд и мифологии Тюркских народов и выявления общих интеграционных элементов в истории культуры.
myths and legends of the Turkish peoples In

the book and library cultures
P.F.KAZIMİ
SUMMARY
In the book and library culture of the Turkish people myths and legends take a particular place. National historical memory is the most ancient library which kept this heritage were recorded and rerecorded during the last centuries. In this article is made attempt generalization of repertory legends and myths of the Turkish people and exposure common integration elements in the history of culture.
Bakı Dövlət Universitetinin

kitabxanaçılıq-informasiya fakültəsində

sahəvi informatikanın tədrisi

(tarixi və müasir vəziyyəti)

Ə.M.RÜSTƏMOV

Bakı Dövlət Universiteti
İstər kontinental, istərsə də milli-mədəni inkişaf baxımından kitab­xa­naların çoxfunksiyalı sosial-informasiya sistemi kimi tarixi inkişafına dair xeyli miqdar kitab və məqalələr yazılmışdır. Bu əsərlərdə kitabxanaların müxtəlif tarixi dövrlərdə fəaliyyəti öz əksini tapmışdır. Burada həmçinin kitabxanaçılıq təhsilinin əlaqədar dövrə uyğun xüsusiyyətləri və məzmunu təsvir edilmişdir. Lakin kitabxanaçılıq təhsilində informatikanın tədrisi məsə­ləsinə xüsusi olaraq toxunulmamışdır. Çünki onun çox da uzun tarixi keçmişi yoxdur.

Məlumdur ki, cəmiyyətin bütün fəaliyyət sahələri və istiqamətləri informasiya mübadiləsinə əsaslanır. Mübadilə mexanizminin əsas mahiyyəti isə yazılı və qismən şifahi formada yaradılan informasiya mənbələrinin müx­təlif kanallarla alınması və verilməsindən ibarətdir. Cəmiyyət inkişaf etdikcə informasiya mənbələrinin növləri də, tipləri də, məzmunu da, onların mübadilə mexanizmi də mürəkkəbləşmiş və sürətlənmişdir. Bu uzun tarixi prosesdə kitabxanalar sosial-mədəni və iqtisadi inkişafın sənəd-informasiya toplayıcısı, mühafizəedici və təminatçısı kimi çox müqəddəs və eyni zamanda mürəkkəb missiyanı yerinə yetirmişdir.

Dünya sənəd - informasiya axınının tarixən getdikcə sürətlənməsi, məzmunca mürəkkəblənməsi, artım tempi baxımından insanın fiziki istifadə imkanlarını dəfələrlə ötüb keçməsi kitabxanaların qarşısında yeni-yeni, daha mürəkkəb problemlər qoymuşdur. Onlar bir tərəfdən, artan sənəd-informasiya mənbələrini məqsədli və istiqamətli şəkildə toplamağın, mühafizə etməyin, çoxaspektli emalının və axtarışının metod, üsul və vasitələrini yaratmaq, digər tərəfdən, cəmiyyətin davamlı olaraq artan və mürəkkəbləşən informasiya tələbatını mövcud tarixi səviyyə baxımından ödəmək problemi ilə həmişə qarşılaşmışlar. Bu problemlərin həlli tarixi inkişaf prosesində getdikcə daha çox maddi və maliyyə resurslarının cəlb edilməsinə, əl əməyinin və vaxt itkisinin getdikcə artırılmasına zərurət yaratmışdır. Deyilən problemlər XX əsrdə özünü daha qabarıq şəkildə göstərmişdir. Məhz bu əsrdə informasiya emalı və mühafizəsi texnologiyaları və texniki vasitələri yaradılmışdır. Kitabxanalar öz fəaliyyətlərini daha səmərəli və operativ təşkil etmək üçün bu texnika və texnologiyalardan istifadəyə zərurət yaranmışdır. İnformatikanın kitabxanaçılıq təhsilində vacib yer tutması da bu zərurətdən doğmuşdur.

XX əsrin əvvəllərinə qədərki dövrdə istər Azərbaycanda, istərsə də xarici ölkələrdə ali kitabxanaçılıq təhsili verən qurumların olması bizə məlum deyil. Bu dövrə qədər əsasən humanitar təhsil almış şəxslər (məs.: filoloqlar, tarixçilər, pedaqoqlar və başq.) kitabxanalarda işləmiş və şəxsi təcrübə toplayaraq kitabxana işini inkişaf etdirmişlər. Həmin dövrə qədər əqli əməyin xüsusi çəkisi nisbətən az olduğuna görə sənəd-informasiya artımında və tələbatında sürətlənmə və mürəkkəbləşmə zəif olmuşdur. Buna görə də o dövrün kitabxanaçı kadrları informasiya axınını idarə etmək, fondyaratma və oxuculara xidmət işlərinin öhdəsindən gəlirdilər.

XX əsrin ikinci onilliyindən başlayaraq bir sıra ölkələrdə, o cümlədən Rusiyada kitabxanaçılıq kursları yaradılmışdı. Oktyabr inqilabından sonra kitabxanaçılıq məktəbləri (siyasi-maarif məktəbləri) və ali kitabxanaçılıq təhsili verən mədəniyyət institutları təşkil edildi.

Azərbaycan Respublikasında ali təhsilli kitabxanaçı – biblioqraf kadrlar II Dünya müharibəsindən bir neçə il sonra, yəni 1947-ci ildə hazırlanmağa başlamışdır. Bu ildə S.M.Kirov adına Azərbaycan Dövlət Universitetinin filo­logi­ya fakültəsində kitabxanaçılıq şöbəsi yaradılmışdır. Şöbənin ilk yaradıcısı və təşkilatçısı hazırda da fəaliyyət göstərən görkəmli kitabxana­şünas –alim, tarix elmləri doktoru, prof.A.A.Xələfovdur. Bu məqalənin müəllifi də daxil olmaqla, respublikada elə bir kitabxanaşünas-alim və kitabxanaçı tapmaq olmaz ki, o, prof.A.A.Xələfovun təhsil, elm və tərbiyə «bulağından» su içməmiş olsun. Bizim hər birimiz təhsilimiz və indiki fəaliyyətimiz üçün ona borcluyuq.

II dünya müharibəsindən sonrakı illərdə dağılmış iqtisadiyyatı bərpa və inkişaf etdirmək üçün elm və texnikanın sürətli inkişafını təmin etmək, dünya elmi-texniki nailiyyətlərini sovet iqtisadiyyatında istifadə etmək zərurəti yaranmışdı. SSRİ-nin bütün elmi və iqtisadi potensialı deyilən istiqamətə yö­nəlmişdi. Bununla əlaqədar olaraq elmi-tədqiqat idarələri, layihə – konstruktor təşkilatları, elmi-istehsalat birlikləri, zavod və fabriklər yaradılır, texniki-peşə məktəbləri, texnikum və institutlar təşkil edilirdi. Bütün bunlar getdikcə əqli əməyin xüsusi çəkisini əvvəlki illərə nisbətən daha sürətlə artırırdı, informa­siya axınını getdikcə sürətləndirirdi, kitabxana-informasiya təminatının key­fiy­yətcə yüksəldilməsinə və operativləşdirilməsinə zəruri ehtiyac yaradırdı. Əsasən humanitar yönümdə fəaliyyət göstərmiş kitabxanaçı kadrlar və kitabxanalar əl əməyinə əsaslanan üsul və vasitələrlə bu ehtiyacı ödəməyə hazır deyildi. Əlbəttə, bu dövrdə hesablama texnikasının seriya və kütləvi istehsalı təşkil edilmişdi. I nəsil EHM-lər, maşın perfokartları (45 və 80 sütunlu) və perfolentləri, 35 və 70 mm-lik maqnit lentləri istehsal edilirdi. Bəzi tədqiqatçılar deyilən texnikanın vaxtında alınmamasının günahını kitab­xanaların özündə görür, hətta onu «qızıl torbaya» bəzədərək kitabxanaların qapısı ağzına qoyulduğunu və onu aşağı götürməmələri ilə izah edirlər. Əslində isə belə deyil. Kitabxanaçılar yeni yaranan informasiya texnikasını görməyə bilməzdi. Çünki o dövr­də həmin texnikaya dair yüzlərlə, minlərlə adda ədəbiyyat həm xarici ölkələrdən, həm də ölkədən kitabxanalara kom­plektləşdirilirdi. Əsas məsələ ondan ibarət idi ki, I nəslə mənsub olan hesab­lama texnikası çox baha idi. Onu hətta orta səviyyəli istehsalat müəssisələri də ala bilmirdi. Kitabxanaların isə bu texnikanı nə almağa pulları, nə də istifadə etməyə ixtisaslı kadrları yox idi. Əmək haqqı ən aşağı səviyyədə olduğundan o dövrdə az tapılan hesablama texnikası sahəsindəki mütəxəssisləri də kitabxanalara işə cəlb etmək mümkün deyildi. Məhz bu səbəblərə görə kitabxanalar «qızıl torbanı» götürə bilmədilər. Deyilən fikirlərə başqa bir sübut bu dövrdə böyük maliyyə imkanları olan Konqress Kitabxanasının MARC elektron kataloqlaşdırma texnologiyasını işləyib tətbiq etməsi, ABŞ Milli Tibb Kitabxanasının MEDLARS sistemini yaratması idi. Çünki onların maliyyə imkanları vardı.

Deyilən fikrə sübut olaraq başqa bir faktı da qeyd etmək olar. Ölkənin sahəvi kitabxanaları müxtəlif nazirlik, komitə və baş idarələrə tabe idi. Onların çoxunda da elektron texnika yox idi. Buna görə də onlar öz hesablama xarakterli məsələlərini kollektiv istifadə məqsədilə təşkil edilmiş hesablama mərkəzlərindən maşın vaxtını pula alaraq, paket rejimində həll edirdilər. Bir cəhəti də qeyd etməliyəm ki, I və II nəsil EHM-lər kitabxana – informasiya proseslərinin bir çox mərhələlərini (məs.: Kataloqlaşdırma) həll etməyə qabil deyildi. Çünki onların yaddaş tutumu az, etibarlılığı və operativliyi isə aşağı səviyyədə idi.

Beləliklə, həm ixtisaslı kadr tərkibinə, həm maliyyə imkanlarına, həm də nazirlik və idarə rəhbərlərinin kitabxanalara laqeyd münasibətlərinə görə XX əsrin 60-cı illərinə qədər SSRİ-nin heç bir kitabxanasında o dövr üçün yararlı hesablama texnikası vasitələri olmamışdır. Lakin elmi-texniki tərəqqi və ondan doğan informasiya artımı getdikcə sürətlənirdi. Bu obyektiv prosesə uyğun olaraq xüsusilə alim və mütəxəssislərin informasiya təminatını dolğun və operativ təşkil etmək lazım gəlirdi. Obyektiv səbəblərə görə kitabxanalar nisbətən qısa müddətdə baş vermiş bu informasiya təminatı problemlərini həll etməyə hazır deyildilər.

XX əsrin ikinci yarısında bir qrup aparıcı sovet alimləri deyilən prob­lemləri həll etmək üçün xüsusi informasiya mərkəzlərinin yaradılması təklifi ilə SSRİ Nazirlər Sovetinə müraciət etdilər. Bu müraciət Nazirlər Soveti tərəfindən nəzərə alındı və 1952-ci ildə Ümumittifaq Elmi və Texniki informasiya İnstitutu (VİNİTİ) yaradıldı. Bu institutun qarşısında bir sıra mürəkkəb vəzifələr qoyuldu: SSRİ-də informasiya mərkəzləri şəbəkəsinin yaradılması layihəsini işləmək və bu şəbəkəyə elmi rəhbərlik etmək; təbiət və texnika elmləri sahəsində dünya cari informasiya axınının təhlili, sintezi və seçilməsi əsasında həftəlik, dekadalıq və aylıq referativ jurnallar və siqnal informasiyaları hazırlayıb nəşr etmək; elmi-texniki informasiya proseslərinin avtomatlaşdırılması sahəsində elmi-tədqiqat işi aparmaq və s.

VİNİTİ-də qısa vaxtda təbiətşünaslıq və texnika elmlərinin müxtəlif sa­hə­ləri üzrə şöbələr, texniki-iqtisadi təhlil, riyazi təminat, elektron texnikasının tətbiqi, elmi-texniki tərcümə (30-a qədər işlək dildən rus dilinə tərcümə) və digər şöbələr təşkil edilmişdi. Əsas fəaliyyəti sahəsi avtomatlaşdırma vasitələri bazasında elmin və texnikanın müxtəlif sahələri üzrə dünya cari informasiyalarını seçmə üsulu ilə toplayıb referativ jurnallar nəşr etmək və o dövrdə «elmi-texniki informasiya» adlandırılan «informatika» sahəsində elmi-tədqiqatlar və işləmələr (razrabotka) aparmaqdan ibarət idi».

SSRİ-nin nəhəng və şaxələnmiş iqtisadiyyatının informasiya təminatı VİNİTİ-nin imkanları xaricində idi. Buna görə də 50-ci illərin ortalarından başlayaraq bütün iqtisadi nazirliklərində, komitə və baş idarələrində infor­masiya institutları, əsasən sənaye yönümlü müəssisə və idarələrdə isə elmi-texniki informasiya şöbələri yaradıldı. İnformasiya orqanlarının təşkili prosesi 60-cı illərin sonlarına kimi davam etdi və bütün fəaliyyət sahələrini əhatə etdi. Belə ki, bu illərdə ictimai elmlər, bəzi vacib sənəd növləri (patent, standart, sənaye kataloqları və s.) üzrə informasiya mərkəzləri və şöbələri təşkil edildi, ayrı-ayrı informasiya prosesləri üzrə avtomatlaşdırılmış sistemlər yaradıldı, bu sahədə elmi jurnallar və məcmuələr nəşrə başladı. İnfor­matikanın ilk rüşeymləri məhz bu dövrdə yaradılmışdır.

Təbii ki, retrospektiv informasiyaları istifadə etmədən yalnız cari infor­masiyalar əsasında elmi-tədqiqatları və istehsalat fəaliyyətini inkişaf etdirmək mümkün deyildi. Retrospektiv informasiyalar isə kitabxanalarda toplanmışdı. Buna görə də Nazirlər Sovetinin qərarı ilə sahəvi kitabxanalar müstəqil dəstə kimi dövlət elmi-texniki informasiya sisteminin tərkibinə daxil edildi.

Artıq XX əsrin 60-cı illərinin sonlarından ölkənin ixtisaslaşdırılmış, daha güclü EHM-lərin III nəsli və kommunikasiya avadanlıqları ilə təchiz edilmiş informasiya mərkəzləri şəbəkəsi formalaşdırıldı, avtomatlaşdırılmış elmi-texniki informasiya sistemləri, standart proqram təminatı vasitələri yaradıldı. Məhz 60-cı illərin sonlarında «İnformatika» termini sovet elmi mətbuatında rəsmi olaraq qəbul edildi. Həmin illərdə «İnformatika» referativ jurnalı və «Osnovı informatiki» adlı tədris xarakterli monoqrafiya nəşr edildi.

XX əsrin 60-cı illərinin sonlarında SSRİ-yə zərərli bir tendensiya müşahidə edilməyə başladı. İnformasiya mərkəzlərində işləyən bəzi mütə­xəsislər kitabxana işini köhnəlmiş hesab edirdi, kitabxanaların informasiya mərkəzləri ilə, kitabxanaçının mühəndislərlə əvəz ediləcəyini əsaslandırmağa çalışırdılar. Hətta, «kitabsız kitabxana» yaratmaq ideyası irəli sürülmüşdür. SSRİ-nin xüsusilə biblioqrafiya sahəsində çalışan mütəxəssisləri bu fikri təkzib edərək kitabxanaların pedaqoji, mədəni- maarif, informasiya funk­siyaları daşıdığını, bütün əhali kütləsinə xidmət baxımından informasiya orqanlarından fərqləndiyini sübut etməyə çalışırdılar.

Sonrakı tarixi inkişaf hər şeyi öz yerinə qoydu. «Kitabsız kitabxana»da (elektron kitabxanalar) yaradıldı, kitabxanalarda mühəndis – texniki xarakterli prosesləri müvəffəqiyyətlə icra edən yüksək ixtisasla kitabxanaçı kadrlar da yetişdi. Əksinə yeni metod, üsul və texnologiyalarla daha da zənginləşdi. Burada tarixi baxımdan bir qədər irəliyə gedərək deməliyik ki, XX əsr kitab­xanaları sosial informatikanın nəzəri və təcrübi elmi arsenalına əhəmiyyətli töhfələr vermişlər. Hazırda internet texnologiyalarında tətbiq edilən biblio­qrafik yazı standartlarını, koordinat indeksləşdirmə metodunu, müxtəlif növ elektron nəşrlər sistemini, elektron kataloqlaşdırma metodlarını və onlarla digər nailiyyətləri sosial informatikanın deyil, kitabxanaşünaslığın və biblioqrafiyaşünaslığın ünvanına yazmaq lazımdır. Bütün bunlar həm də onu göstərir ki, müasir baxımdan kitabxanaşünaslıq, biblioqrafiyaşünaslıq, qismən kitabşünaslıq və sosial informatika necə deyərlər, qardaş elmlərdir, onlar arasında qəti sərhəd çəkmək mümkün deyil.

Sosial informatika bir elm kimi tarixən sonralar formalaşdığından və müasir dövrdə sahəvi informatika elmlərinə bölündüyündən təbii ki, daha qədim tarixi keçmişə malik kitabxanaşünaslıq və xüsusilə biblioqrafi­yaşünaslıq elmlərinin nəzəri və təcrübi elmi arsenalından istifadə etmişdir. Hələ formalaşdığı dövrdən indiyə qədər sosial informatika elmlərinin əsas yaradıcıları olan informasiya mərkəzlərinin bütün tətbiqi xarakterli fəaliyyət sahələri biblioqrafik fəaliyyətdən ibarətdir. Bu fəaliyyətə yalnız avtomatlaş­dırma metodları, vasitələri və texnologiyaları əlavə edilmişdir. Məsələn, referativ jurnallar, siqnal informasiyaları, sənəd-məlumat bazaları, deskriptor sistemləri və digər avtomatlaşdırılmış axtarış vasitələri strukturu və mahiyyəti etibarilə biblioqrafiyaşünaslığın ənənəvi metod və üsullarına əsaslanır. İlk formalaşdığı dövrdən informasiya mərkəzlərinin əksər avtomatlaşdırılmış elmi-texniki informasiya sistemlərinin sənəd bazalı əlaqədar kitabxanalara əsaslanırdı. Bu sistemlər «insan-maşın» xarakterli sistemlər olduğundan onların informasiya təminatı kitabxanalar tərəfindən aparılırdı. O, dövrdə geniş yayılmış informasiyanın seçilmiş paylanmasının avtomatlaşdırılmış sistemi bu fikrin təsdiqinə sübut ola bilər.

SSRİ kitabxanalarında avtomatlaşdırma metodları və texnologiyaları istiqamətində ilk addım XX əsrin 70-ci illərinin əvvəllərindən atılmışdır. Bu dövrdə bir sıra ittifaq səviyyəli kitabxanalarda güclü hesablama mərkəzləri təşkil edildi. Bəzi respublika elmi-texniki kitabxanaları isə bu məqsədlə müx­təlif iri müəssisə və idarələrin hesablama mərkəzlərindən istifadə edirdilər. Bu texniki bazalar əsasında kompleks avtomatlaşdırılmış kitabxana – informasiya sistemi yaradılırdı. Məsələn, Azərbaycan Respublika Elmi-Texnika Kitabxa­nasında 7 altsistemdən ibarət olan avtomatlaşdırılmış inteqral kitabxana-informasiya sistemi layihələşdirilmiş, onun «sənəd – məlumat bazası», «kitabxana xidməti» altsistemləri tətbiq edilmişdi. Digər altsistemlərin tətbiqi SSRİ-nin süqutu ilə əlaqədar olaraq dayandırıldı. Bu sistemə dair SSRİ və xarici ölkə elmi mətbuatında xeyli sayda (28 adda) məqalə, konfrans materialları və monoqrafiyalar (2 adda) çap edilmişdir.

Kitabxanaçılıq təhsili baxımından da XX əsrin 70-ci illəri keyfiyyətcə yeni mərhələ hesab edilə bilər. Belə ki, həmin illərin əvvəllərində o dövrdə kitabxanaçılıq fakültəsinin dekanı olan prof.A.A.Xələfov SSRİ-nin bir neçə respublikasının əlaqədar ali məktəblərinə ezamiyyətə getmiş və onların tədris planı ilə tanış olmuşdu. Litva respublikası Vilnyus Universitetinin kitabxa­naçılıq fakültəsinin tədris planı öz müasirliyinə və dolğunluğuna görə onun diqqətini cəlb etmişdir. Prof.A.A.Xələfov həmin tədris planını konkret şərait uyğunlaşdıraraq Azərbaycan Dövlət Universitetinin kitabxanaçılıq fakültəsin­də istifadəsini təşkil etmişdir. Həmin tədris planında bir neçə informatika yönümlü fənn olmuşdur ki, bunlar da tədrisə daxil edilmişdi. Ümumiyyətlə, SSRİ-nin ümumorta və ali ixtisas təhsili verən məktəblərində ilk dəfə kitab­xanaçılıq fakültələri İnformatika yönümlü fənnlərin tədrisinə başlamışdır. Azərbaycanda isə hələ o dövrdə heç bir təhsil müəsissəsində informatika tədris edilmirdi. Ali məktəblərdə nə informatika kafedraları, nə informatika fənni yox idi. Bu işə yalnız kitabxanaçılıq fakültəsində informatika fənnlərin tədrisindən 8-10 il sonra, yəni 80-cı illərin əvvəllərindən başlanmışdır. Belə­liklə, informatikanın bir elm kimi qəbul edilməsi və kitabxanaçılıq fakül­təsində tədrisə daxil edilməsi arasındakı vaxt fərqi, zaman fərqi 3-4 ilə bəra­bərdir. Əlbəttə, bu böyük tarixi hadisə prof.A.A.Xələfovun nəinki univer­sitet, həm də respublika ali təhsil sistemində böyük xidmətlərindən biridir. Bu xidmətin bəhrələrini biz hələ 80-ci illərin sonlarında görməyə başladıq. Yeni tədris planı əsasında təhsil almış kitabxanaşünas – biblioqraflar respublika kitabxanalarında avtomatlaşdırma istiqamətində müvəffəqiyyətlə işləməyə başladılar.

Prof.A.A.Xəlofovun rəhbərliyi ilə tədrisə daxil edilmiş yeni tədris pla­nın­da informatika yönümlü bir sonra sıra fənnlər vardı. Bunlar «Ali riyaziy­yatı», «Kitabxana işinin riyazi metodları», «Elektron hesablama maşınları», «Proqramlaşdırma», «Elmi-texniki informasiya», «Kitabxana işinin təşkilat texnikası vasitələri», «Patent informasiyası və standartlaşdırma» fənnləri idi. Bu fənn­ləri tədris edən müəllimlər lazım idi. Prof.A.A.Xələfovun axtarışları və gər­­gin əməyi nəticəsində müəllimlərin bir neçəsi universitetin mexanika-riyaziy­yat fakültəsindən və hesablama mərkəzindən, digərləri isə başqa yerlərdən seçildi. Bu sətrlərin müəllifi də onlardan biridir.

Sovet imperiyası dağıldıqdan sonra respublika kitabxanaları bir tərəfdən demokratikləşmə, beynəlxalq aləmə müstəqil çıxış imkanları qazandı, digər tərəfdən onların maliyyə imkanları zəiflədi. Fərdi kompüterlərin, kommuni­kasiya vasitələrinin və disk qurğularının geniş imkanları və ucuzluğu, İnternet texnologiyalarının Azərbaycan Respublikasının müxtəlif idarə və müəssisə­lərində tətbiqi, standart proqram təminatı sahəsindəki nailiyyətlər kitabxana­ların yeni iqtisadi şəraitə uyğun olaraq inkişafını tələb edirdi. Respublikanın iri kitabxanaları və bir sıra MKS-ləri Soros fondunun, bir sıra humanitar təşkilatların, respublikada fəaliyyət göstərən xarici firma və kompaniyaların maliyyə dəstəyi ilə fərdi kompüterlə və kommunikasiya avadanlıqları təchiz edilmiş lokal kompüter şəbəkələri yaratdılar və ən müasir səviyyəyə cavab verən avtomatlaşdırılmış şəbəkə kitabxana-informasiya sistemlərini alıb, tətbiqinə başladılar. Rayon MKS-lərində internet-resurs mərkəzləri və elektron kitabxanalar yaradıldı. Bu proses indi də davam etməkdədir. Deyilən sistemlərin və resurs mərkəzlərinin əksəriyyətində işləyən kadrlar 80-90-cı illərdən sonra kitabxanaçılıq fakültəsini qurtarmış məzunlardır.

Sosial informatikanın 60-cı illərdən başlanan son 30-40 illik tarixi inkişafında toplanan və sürətlə artan nəzəri və təcrübi elmi nailiyyətlər XXI əsrin əvvəllərində onun differensasiyasına, nisbi – müstəqil sahəvi informatika elmlərinin yaranmasına səbəb oldu. Bunun nəticəsində tədris baxımından riyazi informatika, hüquq informatikası, iqtisadi informatika, geoinformatika, texniki informatika və digər sahəvi informatika fənnləri yaradıldı, onlara dair fənn proqramları, dərsliklər və dərs vəsaitləri hazırlanıb nəşr edildi. İnfor­matikanın differensiyası indi də davam edir. Bununla əlaqədar olaraq kitabxa­naçılıq – informasiya fakültəsində prof.A.A.Xələfovun təklifi və rəhbərliyi altında bu sətirlərin müəllifi «Kitabxanaçılıq informatikası» adlanan tədris kon­sepsiyası işləyib hazırladı. Bu konsepsiya dünya kitabxanaçılıq tədris sistemində ilk elmi – tədris konsepsiyası hesab edilə bilər. Bu konsepsiyaya görə «Kitabxanaçılıq informatikası» kompleks sahəvi informatika fənnlə­rindən ibarət olub, kitabxana – informasiya proseslərinin avtomatlaşdırılmış metod, vasitə və texnologiyalarını öyrədən fənnlərdir. Bu istiqamətdə fənn proqramları, bəzi dərsliklər (məs.: «Kitabxanaçılıq informatikası» (ümumi kurs), «Kitabxana informasiya texnologiyaları», «Kitabxanaların kompüter­ləşdirilməsi» və s.), dərs vəsaitləri hazırlanıb nəşr edilmişdir. Bu istiqamətdə işlər davam etdirilir.

Qeyd etməliyik ki, Azərbaycan Respublikasında kitabxana-informasiya sahəsinin 2008-2013-cü illərdə inkişafı üzrə Dövlət Proqramında irəli sürülən əsas mövzular «Kitabxanaçılıq informatikası» fənnlər kompleksinin elmi və tədris problematikasına aiddir. Bu problematikaya uyğun olaraq bir sıra fənnlər xüsusilə son illərdən fakültənin tədris planına daxil edilmişdir. Məsə­lən, «Elektron kataloqlar», «Elektron kitabxanalar», «Biblioqrafik yazı formatları», «Avtomatlaşdırılmış təsnifləndirmə metodlara» və s. Yaxın perspek­tivdə bir sıra digər fənnlərin tədrisə daxil edilməsi nəzərdə tutulur. Məsələn, «Elektron fondlar», «Sənəd-məlumat bazaları», «İntelektual kitabxana informasiya sistemləri» və s.

Perspektiv inkişaf baxımından bizcə iki vacib məsələni həll etmək lazımdır. Birincisi məsələ fakültədə avtomatlaşdırılmış kitabxana – infor­masiya texnologiyaları üzrə ayrıca şöbənin və kafedranın yaradılmasıdır. Bu məsələnin həllinə zərurət əvvələn, ondan irəli gəlir ki, respublika kitabxana­larında avtomatlaşdırma prosesləri günbəgün genişlənir və sürətlənir və ixtisaslı kadrlara ehtiyac artır; ikincisi, tədris planında müəyyən edilmiş ümumi saat balansı kitabxanaçılıq informatikası yönümlü fənnlərin tam kompleksdə tədrisə daxil edilməsinə imkan vermir. Ayrıca şöbə və tədris planı yaradılmalıdır. Nəzərə almalıyıq ki, həm ənənəvi, həm də avtomatlaşdırılmış kitabxana – informasiya prosesləri vəhdəti təşkil edir, biri digərinin üzərində qurulur. Ənənəvi fənnlərin hər birinin avtomatlaşdırılmış kitabxana – informasiya prosesləri baxımından necə deyərlər, paralleli, üst qatı vardır. Onların hər ikisini öyrətmək lazımdır. Lakin bu baxımdan respublikada bəzi fənnlər üzrə ixtisaslı müəllim kadrları tapmaq çətindir. Bizcə belə fənnlər üzrə fakültənin tələbələrindən əlaqədar xarici universitetlərə göndərməklə kadr hazırlamaq olar.

İkinci vacib məsələ tədris planını təkmilləşdirməkdən ibarətdir. Bizcə təkmilləşdirmə iki istiqamətdə aparıla bilər: 1) Ənənəvi fənnlərin yeni para­lelləri kitabxanaşünaslıq və biblioqrafiyaşünaslıq elmlərinin məntiqi – məzmun pillələrinə uyğun olaraq kurslar üzrə paylanmalıdır. Məsələn, kitab­xanaçılıq informatikanın kompleksində fənnlərin kurslar üzrə məntiqi – məz­mun pillələri belədir: «Kitabxanaçılıq informatikası» (ümumi kurs), «Kitab­xana işinin riyazi metodları», «Avtomatlaşdırılmış kitabxana-informasiya sistemlərinin proqram-texniki təminatı», «AKİS-lərin layihələndirilməsi» və onların işçi yerləri»nə uyğun fənnlər – «Sənəd/məlumat bazaları», «Elektron fondlar», «Elektron kataloqlar», «Elektron xidmət» və s.

Magistraturaya təhsil pilləsində həmin fənnlərin ümumi məntiqi davamı olan daha mürəkkəb fənnlər tədris edilməlidir. Bunlar «Elektron kitab­xanalar», «İntelektual kitabxana – informasiya sistemləri», «Bilik bazaları» və s.-dir; 2) xüsusilə bakalavr təhsil pilləsində bir-birini müəyyən qədər təkrar edən fənnlər yox deyildir. Bunlar fakültədə çoxlarına məlumdur və biz buraya onları desək bir dəfə düşdüyümüz haqsız tənqidə bir daha məruz qalmış olarıq.



XX əsrin ikinci yarısına qədərki dövrdə ənənəvi kitabxana – informasiya texnologiyaları demək olar ki, dəyişməz qalmışdır. Bu proses təhsil siste­mində də özünü göstərmişdir. Lakin həmin dövrdən sonrakı illərdə həm kitabxana istehsalatı, həm də təhsili dinamik xarakter almışdır. Bunun əsas səbəbi avtomatlaşdırılmış informasiya metodlarının və vasitələrinin tətbiqi ilə bağlıdır. Yeni informasiya texnologiyalarının getdikcə daha da sürətlənən inkişafı kitabxanaşünaslıq və biblioqrafiyaşünaslıq sahəsində elmi-tədqiqat­ların məzmunca dərin­ləşdirilməsinə və bir sıra hallarda işləmə (razrabotka) səviyyəsinə keçməsinə səbəb olmuşdur. XXI əsrin kitabxanalarını XX əsr kitabxanaları ilə bütün parametrlərinə görə müqayisə etmək çətindir. İndi kitabxana-infor­ma­siya fəaliyyətində inqilabi dəyişikliklər baş verir, yeni-yeni metodlar, vasitələr və texnologiyalar işlənib tətbiq edilir. Yaxın perspektivdə intellektual informasiya texnologiyalarına, semantik şəbəkələrə və bilik baza­larına keçidlə əlaqədar olaraq kitabxanalar qarşısında çox mürəkkəb prob­lemlərin yaranacağı şüb­­həsizdir. Kitabxanaçılıq təhsili də bu problemləri həll etməyə qabil olan kadr hazırlığına indidən tədbirlər görməlidir. Deyi­lənlər informasiya cəmiyyətinin yaxın perspektivinin konturlarıdır. Bir məsələ aydındır ki, cəmiyyətin informasiyalaşdırılması getdikcə daha çox dərəcədə kitabxanaların informasiya cəmiyyətinə inteqrasiya səviyyəsindən asılı vəziyyətə düşəcəkdir. Nə indi, nə gə­­ləcəkdə heç bir informasiya sistemi, o cümlədən, cəmiyyətin informasiya tullantılarının «zibil qutusuna» çevrilmiş internet də, yeni texnologiyalarla kamil silahlanmış kitabxanaları əvəz edə bilməz. Bu tezisi az-çox düşüncəsi və savadı olan hər kəsə sübut etmək olar.
1   2   3   4   5   6   7   8   9


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azrefs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə