KİTabxanaşÜnasliq və İnformasiya №1 2010 Baş redaktordan Hörmətli oxucu!




Yüklə 0.8 Mb.
səhifə5/9
tarix22.02.2016
ölçüsü0.8 Mb.
1   2   3   4   5   6   7   8   9

ədəbİyyat
1.Xələfov A.A. İnformasiya cəmiyyəti və kitabxana işi // Bakı Universiteti: Humanitar elmlər siyahısı.- B.: 2004.- № 3.- s. 316-327

2.Xələfov A.A. Kitabxanaşünaslığa giriş: Dərslik (üç cilddə) h. 1-2.- B., 2001.- 400 s.

3.Rzayev S.M. Kitabxana xidməti: Dərslik. - B.: Turan evi, 2009.- 337 s.

4.Rüstəmov F.A, Dadaşova T.Y. Ali məktəb pedaqogikası: Dərslik. - B: Nurlan, 2007.- 568 s.
Роль библиотек в профессонльной ориентации детей и юнешество
Э.Ю.АХМЕДОВ
РЕЗЮМЕ
В статье определена роль библиотек в профессонльной ориен­тации детей и юнешества.

The role of libraries in the professional

orientation of children and youTH
E.Y.AHMADOV
SUMMARY
The article deternunes the role of libraries in the professional orientation of young and children.


MÜSTƏQİLLİK İLLƏRİNDƏ BDU-NUN ELMİ

KİTABXANASININ BEYNƏLXALQ ƏLAQƏLƏRİ
M.Ə.MƏMMƏDOV, C.N.YUSIFOVA

Bakı Dövlət Universiteti

Bakı Dövlət Universitetinin Elmi Kitabxanası respublikamızda yaradıl­mış ilk ali məktəb kitabxanasıdır. Kitabxana 1919-cu ildə universitetlə bir­likdə yaradılmış və hazırda kitabxana işi sahəsində çox böyük təcrübəyə ma­likdir. Kitabxana yarandığı gündən xarici ölkələrlə beynəlxalq kitab müba­diləsinə və kitabxanalararası beynəlxalq əlaqələrə üstünlük vermiş və bu xid­mət növü həmişə diqqət mərkəzində olmuşdur. Kitabxana beynəlxalq əlaqələrini əsasən keçmiş sosialist ölkələrlə qurmağa çalışmışdır. Lakin 1983-cü ildən kitabxana kapitalist ölkələrlə də əlaqələr yaratmağa başlamışdır. Buna səbəb keçmiş SSRİ Mədəniyyət Nazirliyinin və Elmlər Akademiyası Rəyasət heyətinin 16 aprel 1983-cü ildə qəbul etdikləri “Kapitalist ölkələri ilə kitabxanaların, elmi müəssisələrin və təşkilatların müntəzəm olaraq çap əsərlərin mübadiləsinə hüquq verilməsi” adlı qərar olmuşdur. Bu qərara əsa­sən tədris müəssisələrin elmi kitabxanalarına “ictimaiyyət və təbiət elmləri” üzrə çap əsərlərin mübadiləsinə icazə verilmişdir. 1990-cı ilə qədər mübadilə işi Moskva Dövlət Texniki Kitabxanasının nəzarəti ilə fəaliyyət göstərmişdir. Müstəqilliyimiz əldə olunandan sonra BDU-nun Beynəlxalq Kitab Mübadiləsi bölməsi sərbəst fəaliyyət göstərməyə başlamışdır. Bölüm bu illər ərzində bir sıra xarici ölkələrin aparıcı universitetləri ilə əlaqə saxlamış və çoxlu sayda xarici ədəbiyyat alınaraq Elmi Kitabxananın fonduna daxil edilmişdir. Bu ölkələrdən ABŞ, Türkiyə, Almaniya, Yaponiya, Koreya və b. göstərmək olar.

Elmi kitabxana son illərdə Bakıda yerləşən bir sıra xarici ölkə səfirliklərlə əlaqə yaratmış, Almaniya, Amerika, İngiltərə, Koreya səfirliklərin köməyi ilə bir çox xarici jurnallara abunə yazılmış və çap formasında çoxlu miqdarda kitab və jurnal alınmış və hazırda da bu iş davam etdirilir. Buna nümunə olaraq Almaniya səfirliyinin köməyi ilə alınan “Almaniya” və Fransa səfirliyinin köməkliyi ilə alınan “La Recherche” jurnallarını göstərmək olar. Kitabxana Açıq Cəmiyyət İnstitutu Yardım Fondu ilə “Journal Do­nation Proqram”, “Science Journal Donation Proqram” və “Law Books Donation Proqram” ilə bağlanan müqavilələr əsasında çoxlu sayda çap məhsulları almış və oxucuların istifadəsinə vermişdir. 1993-cü ildə kitabxana 18 xarici ölkənin 34 kitabxanası ilə əlaqə saxlamış və 123 kitab , 235 jurnal və 36 qəzet almışdır. Türkiyənin Qazi Uni­versiteti, İsrailin Beynəlxalq Əlaqələr Cəmiyyəti, Yaponiyanın Kiotto Uni­versiteti, Polşanın Loolz Universiteti ilə beynəlxalq əlaqələr saxlanılmışdır. Poçt qiymətlərinin qalxması ilə əlaqədar bu ildə beynəlxalq kitab mübadiləsi vasitəsilə xaricə çox az miqdarda kitab və jurnal göndərilmişdir. İl ərzində 7 nüsxə Amerikaya, 1 nüsxə İrana, 1 nüsxə Bolqarıstana, 7 nüsxə Almaniyaya, 3 nüsxə Çexslovakiyaya kitab və jurnal göndərilmişdir. Beynəlxalq mübadilə fondu ilə kitabxanaya 1992-ci ildə 322 ədəbiyyat daxil olmuşdusa, 1993-cü ildə isə 460 ədəbiyyat alınmışdır. Elmi kitabxanaya daim xarici ölkələrdən qonaqlar gəlir. ABŞ-ın, İran İslam Respublikasının, Türkiyənin təhsil nazirlik­lərinin əməkdaşları, elm xadimləri, universitet rektorları elmi kitabxananın zəngin və “Nadir və qiymətli kitablar” fondu ilə tanış olmuşlar. 1994-cü ildə kitabxana 224 kitab, 276 jurnal, 54 qəzet almış, 15 öl­kənin 34 elmi təşkilatı ilə əlaqə saxlamışdır. Bunlara misal olaraq Türkiyənin Qazi və Bilkent Universitetləri, Amerikanın Harvard və Konqres kitabxanaları fərqlənirlər. Amerika və Fransa səfirlikləri kitabxanaya xeyli ədəbiyyat hədiy­yə etmişlər. Alman bilik cəmiyyətinə isə 6 adda jurnal göndərilmişdir. 1994-cü ildə Fransada uzun müddət işləmiş madam F.Forneye Fransa səfirliyinin mədəniyyət işləri üzrə müavini Şevalye ilə birlikdə Elmi kitabxanada olmuş “Nadir və qiymətli kitablar” fondu ilə tanış olmuşlar.

1995-ci ildə kitabxana beynəlxalq kitab mübadiləsi vasitəsilə 310 adda ədəbiyyat almışdır. Bu ildə Türkiyə Cümhuriyyətinin prezidenti S.Dəmirəl və başbakan Tansu Çillər Universitetdə olmuş və onlara BDU-nun fəxri doktoru adı verilmişdir. Elmi kitabxananın beynəlxalq əlaqələri 1995-ci ildə iqtisadi vəziyyətlə əlaqədar bir qədər zəifləmiş və poçt xidmətlərinin kəskin şəkildə artması ilə əlaqədar tələb olunan materialın alınmasında və göndərilməsində böyük çətinliklər olmuşdur. 1996-cı ildə Avropa Şurasının 3 nümayəndəsi universitetə gəlmiş və elmi kitabxanada olmuşlar. Həmçinin kitabxana YUNESKO-nun fəaliyyətini əks etdirən sərgilər təşkil etmiş, Özbəkistan prezidenti İ.Kərimovun Univer­sitetə gəlişi ilə əlaqədar Elmi Kitabxana tərəfindən “Özbəkistan müstəqilliyinə doğru” sərgisi keçirilmişdir.

1997-сi ildə beynılxalq mübadilə vasitəsilə kitabxanaya 423 nüsxə ədəbiyyat daxil olmuşdur. Bu ildə Türkiyə Cümhuriyyətinin təhsil naziri Meh­met Sağlam və onunla birlikdə gələn işçi qüvvəsi, Pakistan respublikasının, Kiprin təhsil nazirliyinin nümayəndələri BDU-ya gəlmiş və kitabxana ilə tanış olmuşlar. BDU-nun Elmi kitabxanasına gələn Fransa milli kitabxana­sının məsul işçisi mr.Traval beynəlxalq mübadilə bölümü ilə tanış olmuş və kitabxanaya 33 nüsxə ədəbiyyat bağışlamışdır. Sentyabr ayında Bilkent uni­versiteti kitabxanasının direktoru Filiz xanım kitabxana da olmuş və kitab­xananın iş fəaliyyəti ilə tanış olmuşdur. 1997-ci ildə Çin səfirliyi öz büdcələri hesabına Elmi kitabxana üçün 1 adda, 2 nüsxədən ibarət rus dilində “Kitay” adlı jurnala abunə yazdırmışdır.

1998-ci ildə “İslam sivilizasiyası Qafqazda” adlı keçirilən simpozium­da kitabxananın direktoru Sara xanım iştirak etmiş və operativ işi sayəsində müxtəlif xarici səfirliklər, cəmiyyətlər və şəxslərlə əlaqə yaradaraq onlar tərəfindən kitabxanaya xeyli ədəbiyyat almışdır.

Elmi kitabxana 1999-cu ildə ABŞ, Türkiyə, Almaniya, İngiltərə, Yaponiya, Çin, Fransa və digər ölkələrdən çoxlu miqdarda kitab və jurnallar almışdır. Respublikamızda fəaliyyət göstərən Almaniya, İngiltərə, Fransa, Yəhudi səfirlikləri ilə əlaqədar genişləndirilmişdir. “Açıq Cəmiyyət” İnstitutu ilə 3 proqram: “Law Books Donation Proq­ram”, “Journal Donation Proqram” və “Science Journal Donation Proqram”-ı əsasında müqavilələr bağlanılmışdır. Bu proqramlar əsasında 1999-cü ildə 446 nüsxə jurnal, “Puşkin kitabxanası” proqramı ilə çoxlu sayda ədəbiyyat alın­mışdır.

1999-cu ildə kitabxanaya mübadilə yolu ilə 137 jurnal, 35 qəzet daxil olmuşdur. Həmçinin ABŞ-dan kompyuter ixtisası üzrə 56 nüsxə kitab alınmışdır. Bölmədə mövcud olan “Toefl” ilə tələbələrin məşğul olması üçün hər cür şərait yaradılmışdır. Belə ki, 1999-cu ildə 810 oxucuya bu sahədə xidmət göstərilmişdir.

Müasir dövrü elm və texnikanın inkişafından kənarda təsəvvür etmək qeyri mümkündür. XXI əsrə qədəm qoyan BDU-nun Elmi kitabxanası da öz işini müasir dövrün əsas tələblərindən olan avtomatlaşdırma prosesində qur­mağa çalışır və bu prosesi müəyyənləşdirilmiş proqram əsasında aparır. 2000-ci ildən Elmi kitabxanadan elektron kataloqların yaradılması işinə başlan­mışdır. Məlumdur ki, bu çətin və məsuliyyətli proseslə əlaqədar kitabxanada çox işlər görülüb və hal-hazırda görülməkdədir. Qazanılmış qrantlar əsasında müxtəlif elektron avadanlıqları alınmışdır. Bu elektron aparatlarında işləmək təcrübəsi qazanmaq məqsədilə Elmi kitabxananın əməkdaşları vaxtaşırı olaraq Amerika səfirliyi nəzdində olan Kitabxanaçılar üçün Treyninq Mərkəzi və İnformasiya Mənbələri (İRTCL) tərəfindən təşkil olunmuş kompüter və ingilis dili kurslarına göndərilmişdir. Eyni zamanda avtomatlaşdırma sistemində iş təcrübəsini öyrənmək məqsədilə Elmi kitabxananın 2 əməkdaşı Moskva və Krım şəhərlərində işgüzar səfərlərdə olmuşlar. 2000-ci ildə qazanılmış qrant­lar əsasında və tərəfli razılaşmalara görə əvvəllər kitabxana tərəfindən alınan çox saylı jurnalları 2001-ci il və sonrakı illər üçün online sistemində almağa nail olmuşdur. Elmi kitabxana 2000-ci ildə ABŞ, Türkiyə, Almaniya, İngil­tərə, İran İslam Respublikası və s. ölkələrdən çoxlu miqdarda kitab və jurnallar alaraq fonda daxil etmişdir. Bölmə şəhərimizdə olan bir sıra səfirliklərə və cəmiyyətlərlə əlaqələrini davam etdirmiş. Amerika, Almaniya, İngiltərə, Fransa səfirliklərinin köməyi ilə bir çox xarici kitab və jurnallara abunə yazılmışdır.

2000-ci ildə “Açıq Cəmiyyət İnstitutu” Yardım Fondu tərəfindən keçirilən ən yaxşı “Web-page” müsabiqəsində Elmi kitabxana iştirak edərək qrantlar qazanılmışdır. Həmçinin 9-14 oktyabr 2000-ci ildə Moskva şəhərində keçirilən hüquq kitabxanaçıları üçün seminarda iştirak edərək qrant qaza­nılmışdır. Amerikanın Çikaqo Unive­r­siteti ilə 2001-ci il üçün Online vasi­­təsilə 2: “Astronomical” və “Astrophysical” jurnallarını almaq üçün müqavilə əldə olunmuşdur.

Elmi kitabxana bu ildə ABŞ, Türkiyə, Almaniya, Fransa və s. ölkələrdən çoxlu miqdarda kitab və jurnallar almışdır. 2001-ci ildə “Açıq Cəmiyyət İnistitutu” Yardım Fondu ilə dörd proqram əsasında müqavilələr bağlanmış və bu ildə onlar tərəfindən çoxlu sayda ədəbiyyat alınmışdır. “Law Books Donation Proqram”, “Journal Donation Proqram” və “Science Journal Donation Proqram”-ları vasitəsilə 2001-ci ildə 494 sayda jurnal, “Puşkin kitabxanası” proqramı ilə 190 sayda kitab alınmışdır. 2000-ci il oktyarb ayının 9-dan 14-ə kimi Moskva şəhərinin “Xarici ədəbiyyat” kitabxanasında keçirilən hüquq kitabxanaçıları üçün təşkil olunmuş konfransda bölmənin müdiri Cəmilə Yusifova iştirak etmiş və bu ezamiyyə xərcləri SOROS fondu tərəfindən maliyyələşdirilmişdir. Seminarda Cəmilə xanım konfransın hüquq kitabxanaçısı sertifikatını almışdır. Kon­fransın mövzusuna əsasən 2000-ci ildə layihə yazılmış və “Açıq Cəmiyyət İnistitutu” Yardım Fonduna təqdim olunmuşdur. 2001-ci ildə isə bu layihə yenidən nəzərdən keçirilmiş və onun əsasında Hüquq İnformasiya Mərkəzi yaradılmışdır. Kitabxan 2001-ci ilin axırında EBSCO elektron nəşriyyatının bəzi jurnallarının pulsuz istifadəsinə icazə almış və 2002-ci il üçün isə həmin nəşriyyatın 3500 adda jurnalları ilə işləmək üçün icazəsin alınmasına da nail olmuşdur. Əvəzində BDU tərəfindən həmin nəşriyyata 2000 ABŞ dolları həcmində pul köçürülmüşdür. EIFL proqramı ilə işləmək üçün AÇİ tərəfindən keçirilmiş treyninqdə bölmənin əməkdaşları iştirak etmiş və proqramla işlə­mək üçün bütün hazırlıqlar görülmüşdür. Bu ildə Beynəlxalq kitab müba­diləsi bölməsində xarici Universitetlərdən alınmış 40 adda, 87 ədəd disket olmuşdur.

2001-ci ildə bölmənin 525 oxucusu olmuşdur. Mübadilə yolu ilə bu il 263 nüsxə jurnal alınmışdır. Journal Donation Proqram vasitəsilə Avropa dillərindən alınan jurnalların sayı 494 nüsxə olmuşdur.

Bunlardan:

İngilis dilində ----------------------- 486 nüsxə Alman dilində ---------------------- 4 nüsxə Türk dilində ------------------------ 4 nüsxə Avropa dillərində alınan kitablar 378 nüsxə olmuşdur.

Bunlardan:

İngilis dilində ----------------------- 338 nüsxə Alman dilində ---------------------- 1 nüsxə Türk dilində ------------------------ 39 nüsxə


2002-ci ildə İNTERNET-də BDU-nun saytında Elmi Kitabxananın “Web səhifəsi” açılmışdır. Bu isə Elmi Kitabxananın dünya kitabxanaları səviyyəsinə çıxışı və əlaqələrin genişlənməsi deməkdir. Bu ildə mübadilə yolu ilə xaricə 119 nüsxə ədəbiyyat göndərilmişdir, onlardan 30 nüsxə ədəbiyyat Kiyev Dövlət Universitetinə, 89 nüsxə ədəbiyyat isə Respublika ali məktəb kitabxanalarına göndərilmişdir. Bu ildə Elmi Kitabxana 131 nüsxə ədəbiyyat almışdır ki, onlardan 78 nüsxə kitab, 53 nüsxə jurnal olmuşdur. Bu ildə beynəlxalq kitabxana mübadiləsi 18 ölkənin 50 universiteti ilə aparılmışdır. Tempus Tacis proqramı ilə bağlanmış müqavilə əsasında kitabxananın 2 nəfər əməkdaşı 2002-ci il noyabrın 9-dan 30-dək Fransanın Lion şəhərinə “Kitab­xanaların avtomatlaşdırılması, elektron kataloqların yaradılması” ilə əlaqədar təcrübə mübadiləsi keçmək üçün 3 həftəlik ezamiyyədə olmuşlar. Bu proqramda məqsəd BDU-nun idarə olunmasının yeniləşməsi və müasirləşməsi üçün GİFAM mərkəzi yaratmaq olmuşdur.

2003-cü ilin dekabrında Bakı Dövlət Universitetinin Elmi Kitabxa­nasının nəzdində Azərbaycan Kitabxana İnformasiya Konsorsiumu yaradılmış (AzKİK) və 2004-cü ilin fevralında fəaliyyətə başlamışdır. Konsorsiumun məqsədi təhsil və tədqiqat üçün əsas amil olan və cəmiyyətin inkişafına birbaşa təsir göstərən elektron mənbələrin sərbəst istifadəsini təmin etmək, təlimlər keçirmək və yerli elektron mənbələrin gücləndirilməsindən ibarətdir. Respublikada fəaliyyət göstərən kitabxanaların informasiya və proqram təminatı konsorsiumun əsas iş prinsipidir. Bu təşəbbüs ölkəmizin ən aparıcı universitetləri – Bakı Dövlət Universiteti, Tibb Universiteti və Xəzər Uni­versiteti tərəfindən həyata keçirilərək Açıq Cəmiyyət İnistitutu tərəfindən dəstəklənmişdir. Azərbaycan Kitabxana İnformasiya Konsorsiumu EIFL.net Beynəlxalq Konsorsiumun üzvüdür. Bu konsorsium 55-dən artıq üzvü olan ölkələrdə kitabxana istifadəçilərinə informasiya əldə etməyə geniş imkan yaratmaq üçün danışıqlar aparır, dəstəkləyir və hüquqlarını qoruyur. AzKİK-in artıq on doq­quz üzvü var. Bunlardan on iki təşkilat abunə haqqını keçirməklə konsor­siumun üzvləridirlər, digər üzvləri isə pulsuz konsorsiuma təklif olunan məlumat bazalarından istifadə edərək gələcəkdə bu bazalarla işləyərək elektron resurslarla işləmək təcrübəsinə yiyələnir və konsorsiuma abunə yazılmaq namizədliyi qazanır. Şübhəsiz ki, tədrisin aparılması və yazılan elmi işlərin tələbi beynəlxalq standartlar səviyyəsinə yaxınlaşdıqca informasiyaya olan tələbat artacaq və bununla bərabər üzvlərin sayı da ildən-ilə artacaq. Azərbaycanda elmi məlumatın İnternet vasitəsi ilə əldə olunması üçün bir sıra məlumat bazaları mövcuddur. Bu məlumat bazalardan ancaq EBSCO Host ödənişlidir, ödənişsiz digər məlumat bazalarda olan informasiyadan isə bütövlükdə deyil qismən istifadəsi mümkündür. EBSCO HOST (buraya daxildir: 7000-dən artıq ictimai, humanitar, komyuter, tibb, biologiya, fizika, kimya, riyaziyyat və s. sahələri əhatə edən jurnalların yerləşdiyi verilənlər bazası və onların seçilmiş sayına CD/DVD formatında təminatı və 2500-dən artıq tam mətnlikitab və broşuralar) http://search.epnet.comÖdənişsiz məlumat bazalarına aşağıdakılar daxildir:



IOP publishing BioOne Cambridge University Press Journals Oxford Reference Online/ Oxford English Dictionary Online Nature-Branded Journals Nature and Palgrave Academic Journals 2003-cü ildə Cergenie Corporation of New York fondu tərəfindən dəstəklənən Amerika kitabxana Assosasiyası, Azərbaycan kitabxana Asso­sasiyası və BDU-nun Elmi kitabxanası arasında gerçəkləşən grant layihəsi ilə 25000 dollar həcmində 400 kitab, kitabxana və fakültələr üçün elektron ləvazimat, Ariel proqram, “Hinari” məlumat bazası və 2 dəfə Tbilisi Dövlət Universitetinə treyninq məqsədli səfər qrantı əldə olunmuşdur.

İntas proqramı çərçivəsində Almaniyanın Hanover Universiteti ilə birlikdə işlənən layihə əsasında bu Universitetin elektron jurnallarında, sənədlərində və “Springer” verilənlər bazalarında istifadəsinə kitabxana icazə almışdır. Kitabxanaya “Relief İnternational” hunanitar yardım təşkilatının köməyi ilə ingilis dilində çox sayda bədii ədəbiyyat, elmi kitablar, jurnallar, ensklopediyalar, siyasi mövzuda kitablar alınmışdır. Bu ildə Beynəlxalq kitab mübadiləsi bölməsində xarici universitet­lərindən və elmi müəssisələrdən alınmış 56 adda 136 ədəd CD-ROM, 20 ədəd DVD-ROM, 30 ədəd disket, 2 ədəd kaset olmuşdur. Onların kataloqu tərtib edilərək oxucuların istifadəsinə verilmişdir. Bu ildə hədiyyə yolu ilə 183 nüsxə jurnal alınmışdır. Bunlardan nəzarət vəsiqəsi ilə 30 jurnal və 15 qəzet şərq fonduna verilmişdir. Journal Donation Proqram vasitəsilə təşkil olunmuş siyahılar əsasında ixtisasa uyğun seçilmiş Avropa dillərində alınan jurnalların sayı 195 nüsxə olmuşdur.

2005-ci ildə Elmi Kitabxananın Beynəlxalq Kitab Mübadiləsi bölməsi öz fəaliyyətini uğurla davam etdirmiş dünyanın bir çox ali məktəbləri ilə əlaqə saxlamış, ABŞ, Türkiyə, Almaniya, Yaponiya, Koreya və digər ölkələrlə yaradıcılıq əlaqələri aparmışdır. 2005-ci ildə internetlə bütün il ərzində 2240 oxucuya xidmət göstə­rilmiş, həmçinin çap formasında olan ədəbiyyatla 740 oxucuya xidmət göstərilmişdir. Bu ildə müxtəlif beynəlxalq bazalarda yerləşən 34604 adda elektron jurnallar oxucuların istifadəsinə verilmişdir. Hesabat ilində hədiyyə yolu ilə 22 adda 65 nüsxə jurnal alınaraq fonda daxil edilmişdir. Kitabxana JOURNAL DONATİON PROGRAM vasitəsi ilə təklif olunmuş siyahılar əsasında profilə uyğun seçilmiş avropa dillərində alınan jurnalların sayı 35 adda (115 nüsxə) olmuşdur. Onlardan 105 nüsxəsi ingilis dilində, 10 nüsxəsi alman dilində olmuşdur.

2006-ci ildə Elmi Kitabxana 14 ölkənin 25 universiteti ilə elmi müba­dilə (kitab, jurnal, qəzet) aparmışdır. Bu ildə kitabxana dünyanın bir sıra ölkə­lərində çap məhsulları almışdır. Bu ildə, həmçinin respublikamızda fəaliyyət göstərən bir sıra xarici ölkə səfirlik və cəmiyyətlərlə əlaqə yaradılmış və onların köməkliyi ilə çoxlu miqdarda kitab və jurnal alınaraq fonda daxil edilmişdir.

2004-cü ildə Bakı Dövlət Universitetinin Elmi Kitabxanasının nəz­dində fəaliyyət göstərən Azərbaycan kitabxana informasiya konsorsiumu 2006-cı ildə fəaliyyətini daha da genişləndirmiş və bu ildə daha iki layihənin icrasına başlamışdır. Layihələrdən biri Bakı Dövlət Universitetinin nəşriy­ya­tında çap olunan “Bakı Universiteti xəbərləri” və Universitetin ayrı-ayrı fakültələri tərəfindən nəşr etdikləri jurnalların beynəlxalq “Google scholar” adlanan saytında yerləşdirilməsidir. İkinci layihə isə beynəlxalq “Union Cataloq” adlanan kataloqda kitabxananın elektron kataloqunun daxil olma­sıdır. Beynəlxalq məlumat bazalarında əsasən ayrı-ayrı institutlar üçün trey­ninq­lər keçirilmişdir. EBSCO məlumat bazasında axtarış aparmaq məqsədi ilə konsorsiuma üzv olan universitetlər və elmi institutlar üçün çoxlu sayda treyninqlər keçirilmişdir. Buna misal olaraq Azərbaycan Milli Elmlər Aka­demiyasının Fizika institutunu, Azərbaycan Tibb Universiteti, Qafqaz Uni­versiteti, Sumqayıt Dövlət Universitetinin və s. göstərmək olar. Bu institutun kitabxanasında EBSCO verilənlər bazasında axtarış aparmaq təcrübəsinə aid təqdimat və treyninqlər keçirilmişdir.

2006-cı ilin may ayında ödənişli olan EBSCO verilənlər bazasında axtarış dayandırılmışdır. Oxuculara ödənişsiz verilən bazaları və Hanover texniki Universitetinin elektron ədəbiyyat və sənədlərindən, Blackvell və Springer kimi məlumat bazaları ilə xidmət göstərilmişdir. İNTAS proqramı çərçivəsində Almaniyanın Hanover Universiteti ilə birgə hazırlanmış layihə əsasında 2006-cı il may ayının 2-də Elmi kitabxananın əməkdaşları və Hanover Universitetinin işçilərinin iştirakı ilə seminar keçirilmişdir. Seminarda istifadəsinə icazə verilmiş bazalara əlavə olunmuş yeni elektron ədəbiyyat haqqında məlumat verilmiş, müzakirələr aparılmış və təcrübəli işçilərin və oxucuların çox saylı suallarına cavab verilmişdir. Bu layihə çər­çivəsində 1100 adda elektron jurnalların pulsuz istifadəsi mümkün olmuşdur.

2006-cı ildə Elmi Kitabxana üçün alınmış 110 kitab təsnif və təsvir olunaraq elektron və çap formasında kataloqlara daxil edilmişdir. Bu ildə, həmçinin BDU-nun nəşriyyatında çap olunan 4 adda 15 nüsxə “Bakı xəbər­lər”i jurnalı mübadilə yolu ilə Amerikanın Konqres kitabxanasına göndəril­mişdir. İl ərzində internetlə 1700 oxucuya jurnalların elektron forması ilə xidmət göstərilmişdir. Eyni zamanda çap formasında olan xarici ədəbiyyatla 855 oxucuya xidmət olunmuşdur. Bu ildə bölmənin 2555 oxucusu olmuşdur ki, onların istifadəsinə 21000 adda elektron jurnal verilmişdir.

2007-ci ildə Beynəlxalq kitab mübadiləsi bölməsi öz fəaliyyətini da­vam etdirmiş və noyabr ayının 8-dən 11-ə kimi Belqrad şəhərində eİFL.net-in baş məclisinin keçirdiyi seminarın iştirakçısı olmuşlar. Seminarda bölmənin əməkdaşları beynəlxalq miqyasda əməli təcrübə əldə etmiş və birbaşa işlə­dikləri elektron nəşriyyatların nümayəndələri ilə görüşüb danışıqlar apar­mışlar. Bu ilin noyabr ayının 24-də BDU-nun Elmi kitab­xanasında eİFL.net-in baş məclisinin seminarına həsr olunmuş seminar keçirilmişdir. Seminara kon­sorsiumun üzvləri dəvət edilmiş, görüləcək işlər və layihələr müzakirə olun­muşdur. Noyabr ayının 28-də isə Azərbaycan Pedaqoji Dillər Universitetinin nəzdində olan Amerika mərkəzində praktik konfrans keçirilmiş və burada əyani olaraq EBSCO məlumat bazasında olunan dəyişikliklər və yeniliklər nümayiş etdirilmiş, pulsuz istifadəsi mümkün olan bazaların web saytları açıqlanmış və bu bazalarda axtarışlar aparılmışdır.

2006-cı ildə icrasına başlanmış 2 layihə üzrə iş 2007-ci ildə davam etdirilmiş və hər iki layihə ilə bağlı xeyli işlər görülmüşdür. Həmçinin İNTAS proqramı çərçivəsində Almaniyanın Hanover Universiteti ilə birgə layihə əsasında 2007-ci ildə 1100 adda elektron jurnaldan pulsuz istifadə edilmişdir. Həmçinin çap olan ədəbiyyatla bu ildə 1200 oxucuya xidmət göstərilmiş, hədiyyə yolu və JOURNAL DONATİON PROGRAM vasitəsi ilə 69 adda (259 nüsxə) jurnal alınaraq fonda daxil edilmişdir. 2008-ci ildə Beynəlxalq kitab mübadiləsi bölməsi beynəlxalq səviy­yədə aprelin 28-də Azərbaycan Dillər Universitetinin nəzdində fəaliyyət gös­tərən Amerika mərkəzində Az.KİK “müəllif hüququ” mövzusunda seminar keçirilmişdir. Əlavə olaraq dekabrın 31-də BDU-nun Elmi kitabxanasının Beynəlxalq informasiya mübadiləsi bölümündə “Open Access - materialların açıq istifadəsi üçün yerləşdirilməsi” mövzusunda seminar keçirilmişdir. 2008-ci il noyabr ayının 8-dən 9-na qədər Bolqarıstanın Sofiya şəhərində eİFL.net-in baş məclisinin növbəti seminarı keçirilmiş və bu seminarda Elmi kitab­xananın əməkdaşları da iştirak etmişlər. Seminarda eİFL.net-in beynəlxalq konsorsiumun 2009-2011-ci illər üçün strateji planı müzakirə olunmuş və çox saylı təqdimatlar həyata keçirilmişdir. Bu tədbirlə əlaqədar Elmi kitabxanada noyabr ayının 21-də ayrıca seminar təşkil edilmiş və burada Az.KİK-in üzvləri beynəlxalq eİFL.net-in konsorsiumda baş verən dəyişikliklər və yeniliklərlə tanış olmuşlar.

Beynəlxalq İnformasiya Mübadiləsi bölməsi 2009-cu ildə 38 ölkənin 55 aparıcı universitetləri və elmi müəssisələri ilə əlaqə saxlamış və çoxlu sayda xarici nəşrlər alaraq fonda daxil edilmişdir. Bu ildə Azərbaycan Dillər Universitetində elektron kitabxanalarda müəllif hüquqlarının qorunması maarifləndirmə istiqamətində, Qafqaz Universitetində eİFL.net tərəfindən təqdim olunan beynəlxalq layihələrin müzakirəsi istiqamətində, M.F.Axundov adına Milli Kitabxanada və Azərbaycan Tibb Universitetində, Sumqayıt Dövlət Universitetində EBSCKO məlumat bazasında axtarış və kitabxana sa­həsində inovasiyalar haqqında təqdimat xarakterli seminarlarm keçirilmişdir.



2009-cu il noyabr ayının 11-dən 14-nə qədər Türkiyənin Elaziq şəhərində Firat Universiteti, TUBİTAR (Türkiyənin Elmi və Texnoloji Araşdırmalar Mərkəzi) və ULAKBİM-in (Türkiyənin Akademik Şəbəkə və İnformasiya Mərkəzi) birgə keçirilmiş “Qafqaz ölkələri, Türk Cümhuriy­yətləri və Türkiyə Universitetləri” arasında keçirilən konfransada BDU-nu Elmi kitabxana təmsil etmişdir. Konfransın əsas məqsədi elm və texnologiya sahəsindəki yenilikləri və beynəlxalq əlaqələri inkişaf etdirmək, universitetlər arasında informasiyanı paylamaq, toplu elektron kataloqunu yaratmaq, uzaq məsafəli təhsildə universitetlər arasında əməkdaşlığı yaratmaqdan ibarət olmuşdur. Bu ildə Misirin İsgəndəriyyə kitabxanasında eİFL.net-in Baş Məclisinin keçirtdiyi seminarda da Elmi kitabxananın əməkdaşları fəal iştirak etmişlər. Seminarda eİFL.net beynəlxalq konsorsiumun 2009-2013-cü illər üçün strateji planı müzakirə olunmuş və bir sıra təqdimatlar keçirilmişdir. 2009-cu ildə BDU-nun Elmi kitabxanasında müasir dövrün tələbi olan infor­masiya texnologiyalarını təhsilə tətbiq edərək online mənbələrinin (elektron elmi jurnallar) istifadəsi və yayımının yüksək səviyyədə təşkili və müəllif hüquqları qorunaraq universitet müəllimləri tərəfindən təqdim olunmuş elektron versiyada olan tədris və elmi materiallarının açıq elektron sənədlər arxivinin (Open-Access) yaradılması layihəsi üzrə çox mühüm işlər görülmüş və layihənin reallaşması 2010-cu il üçün nəzərdə tutulmuşdur. Müəlliflər tərəfindən təqdim olunmuş elektron şəkildə olan materiallar açıq elektron sənədlər arxivində yerləşdirilir və internet vasitəsilə dünyanın hər yerində istifadəçilər tərəfindən elektron materiallardan istifadə etmək imkanı yaradılır. Ikinci layihə isə beynəlxalq “Union Cataloq” adlanan kataloqda kitabxananın elektron kataloqunun daxil olmasıdır. Hər iki layihə çərçivəsində xeyli işlər görülmüş və bu sahədə işlər davam etdirilir. Nəticə olaraq qeyd edilməlidir ki, Elmi Kitabxananın Beynəlxalq Kitab Mübadiləsi bölməsi öz fəaliyyətini müasir dövrün tələblərinə uyğun qurmağa çalışır və buna əsasən nail olurlar. Bu isə BDU-nun rektoru, akademik Abel Məhərrəmovun kitabxanaya gös­tərdiyi yüksək qayğının təzahürü kimi qiymətləndirilməlidir. Şübhəsiz ki, burada Elmi kitabxananın direktoru Sara İbrahimova və Mübadilə şöbəsinin müdiri Cəmilə Yusifovanın əməyi də qeyd edilməlidir. Dövlətimiz kitab­xananın direktoru S. İbrahimovanın əməyini yüksək qiymətləndirərək ona “Əməkdar mədəniyyət işçisi” fəxri adı vermişdir.
1   2   3   4   5   6   7   8   9


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azrefs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə