KİTabxanaşÜnasliq və İnformasiya №1 2010 Baş redaktordan Hörmətli oxucu!




Yüklə 0.8 Mb.
səhifə2/9
tarix22.02.2016
ölçüsü0.8 Mb.
1   2   3   4   5   6   7   8   9

Ədəbİyyat


  1. Xələfov A. Heydər Əliyev və kitabxana işi. - B., 2006.

  2. М.Ф.Ахундов адына Милли Китабхананын 1995-ъи ил щесабаты.

  3. M.F.Axundov adına Milli Kitabxananın 2000-ci il hesabatı.

  4. M.F.Axundov adına Milli Kitabxananın 2006-cı il hesabatı.

  5. Azərbaycan Respublikasının Qanunvericilik Toplusu № 4, m. 298-299.

  6. M.F.Axundov adına Milli Kitabxananın 2007-ci il hesabatı.

  7. M.F.Axundov adına Milli Kitabxananın 2008-ci il hesabatı.

  8. Azərbaycan, 2008, 18 noyabr.


НАЦИОНАЛЬНАЯ БИБЛИОТЕКА ИМЕНИ

М.Ф.АХУНДОВА В НЕЗАВИСИМЫЕ ГОДЫ

К.М.ТАХИРОВ
РЕЗЮМЕ
В статье идет речь о новом подходе к библиотечной работе в свете требований информационного общества конца ХХ – начала ХХI века, автоматизации библиотечного процесса, первых ступенях ра­з­вития интернет-службы для полноценного обслуживания читателей Азербайджанской Национальной Библиотеки им. М.Ф.Ахундова. Также подробно освещается работа библиотеки в годы независимости Азер­байджанской Республики, ее роль в общественной жизни страны, в рас­ширении международных библиотечных связей, проведении различных культурных мероприятий международного уровня.

Отдельно говорится о возрастающей успешной деятельности библиотеки и о той значительной роли, которую сыграл в ее усовер­шен­ст­вовании общенациональный лидер азербайджанского народа Гейдар Алиев.

Azerbaijan National Library NAMED AFTER

M.F.AKHUNDOV in the years of Independence
K.M.TAHIROV

SUMMARY

This article is about the reconstruction works held in the National Library at first period according to the demands of informed society, the automation of library processes and the offering the Internet use to the readers at the end of the XX century and beginning of the XXI century. Also here is spoken about the works made in the directions of the total recon­struction of the library activities in the years of independence, expansion of library’s international relations and international scale ceremonies held in the library.

In article especially emphasized great leader of Azerbaijan nation Heydar Aliyev’s unexampled services for the perfection of the library activities.

MÜSTƏQİLLİK DÖVRÜNDƏ MƏRKƏZİ ELMİ

KİTABXANANIN FONDLARININ FORMALAŞMASI:

İNKİŞAFI VƏ TƏKMİLLƏŞDİRİLMƏSİ TENDENSİYALARI

(tədqiqat materialları əsasında)
A.İ.ƏLİYEVA-KƏNGƏRLİ

Azərbaycan MEA-nın Mərkəzi Elmi Kitabxanası
Müstəqillik tarixən heç də bütün millətlərə nəsib olmur. Azərbaycan isə qədim dövlətçilik ənənələri olan bir ölkədir. Ona görə də müstəqil döv­lət­çiliyin bərpa olunması Azərbaycan xalqı üçün çox qiymətlidir.

Müstəqillik əldə edildikdən sonra Azərbaycanda milli-mədəni və tarixi ənənələrə, ümumbəşəri dəyərlərə söykənən yeni dövlət, həqiqi demok­ratik cə­miyyətin qurulması prosesi başlanmışdır. İctimai-siyasi həyatın, iqti­sa­diyyatın, maddi və mənəvi mədəniyyətin bütün sahələrində böyük quru­cu­luq işləri aparılmışdır. Bu quruculuq proseslərində elmi potensialdan səmə­rəli istifadə etmək və onu ictimai tərəqqinin mühüm hərəkətverici qüv­vələrindən birinə çevirmək qarşıda duran vəzifələrdən ən önəmlisidir.

Əlbəttə ki, biz bütün dünya alimlərinin birgə səyi nəticəsində yara­dılan və inkişaf etdirilən, bütün sahələri əhatə edən bir elmdən bəhs edirik. Hər bir ölkə elmin inkişafı və istifadəsi prosesinə öz xüsusiyyətlərinə və im­kan­larına uyğun olaraq qoşulmalıdır.

Azərbaycan elminin tarixi böyükdür. Əsrlərdən-əsrlərə Azərbaycanın elm adamları ixtiralar etmiş, dünya elminə böyük tövhələr vermiş, Azər­bay­ca­nın elm səviyyəsini yüksəklərə qaldırmışlar. XX əsrin əvvəllərindən Azər­baycan elminin inkişafı yeni vüsət almışdır. Elmi müəssisələr yaradıldıqdan sonra elm inkişaf etmişdir. Elmin inkişafında xüsusilə Milli Elmlər Aka­de­mi­yasının bö­yük rolu olmuşdur. Xalqımızın ümummilli lideri Heydər Əli­yev demişdir: «Elmlər Akademiyası Azərbaycan elmini inkişaf etdirib, xalqımızın elm, bilik səviyyəsini yüksəklərə qaldırıb, Azərbaycan elmini dün­yaya tanıtdırıb və dünya elminə öz tövhəsini vermişdir».

Milli Elmlər Akademiyasının Mərkəzi Elmi Kitabxanası (MEK) elm, informasiya, mədəniyyət müəssisəsi kimi elmin inkişafına böyük təkan verən və mənəvi potensialın inkişafına xidmət göstərən bir sosial institut­dur. Kitabxana xidmətinin vəzifəsi – dünya ədəbiyyatı nümunələrinin eti­barlı şəkildə toplan­ması, qorunması, yüksək səviyyədə oxuculara təqdim edilməsidir. Zəngin elmi-bəşəri informasiya sərvətlərinin gələcək nəsillərə ötürülməsində, yüzlərlə elmi kadrların yetişdirilməsində, Azərbaycan elmi­nin inkişafında MEK-in xüsusi rolu vardır. H.Əliyev bir daha bu fikri təs­di­qləmişdir: «Kitabxana xalq, millət, cəmiyyət üçün müqəddəs bir yer, mə­nə­viyyat, bilik, zəka mənbəyidir. Ona görə də kitabxanaya daimi hörmət xalqımızın mədəniyyətini nümayiş etdirən amillərdən biridir».

Alim və mütəxəssisləri elmi ədəbiyyatla tam şəkildə təmin etmək məqsədilə fondlarını müntəzəm olaraq və lazımi elmi ədəbiyyatla zəngin­ləş­dir­mək MEK əməkdaşlarının әn vacib vəzifələrindən biridir. Bu mənada təbii olaraq hesab edilə bilər ki, fond kitabxananın əsas müəyyənləşdirici mahiy­yətini təşkil edir və məxsus olduğu ölkənin, həmçinin bütün dünya ölkələrinin elmi istehsal və mədəni potensialını əks etdirən çap əsərlərini və digər sənədləri əks etdirir. MEK-in fondları milli sərvətimiz olmaqla yanaşı, böyük maddi, mənəvi dəyərlərə malikdir və oxucuların mədəni səviyyəsinin mühüm göstə­ricilərindən biri sayılır. Bu baxımdan MEK-in Milli ədəbiyyat fondu xüsusi yer tutur. Burada xalq-poetik yaradıcılığı, Azərbaycan ədəbiy­yatı klassiklərinin əsərləri, rus və xarici ölkə klassiklərinin tərcümə olunmuş ədəbiyyatı öz əksini tapmışdır. Bundan əlavə Milli ədəbiyyat fonduna şifahi xalq ədəbiyyatı materiallarından Azərbaycan xalq dastanları, nağılları, baya­­tıları, tapmacaları, XII-XX əsrlər Azərbaycan ədəbiyyatı klassikləri N.Gəncəvi, İ.Nəsimi, M.Fü­zuli, M.F.Axundov, M.Ə.Sabir, C. Məm­məd­qulu­zadə, C.Cabbarlı, M.S. Ordu­badinin əsərləri, tarixə və incəsənətə aid elmi-tədqiqat əsərləri daxildir. Uzun illər ərzində Milli ədəbiyyat fondu oxucuların ümumi sorğu istiqamət­lərinə görə, kitabxananın profilinə, seçmə dolğunluğunu, müntəzəm komplektləşdirmə istiqamətlərini nəzərə alaraq formalaşmışdır. Qiymətli, elmi əhəmiyyətə malik kitablarla zəngin olan Milli ədəbiyyat fondunu qoruyub saxlamaq və daha da zənginləşdirmək kitab­xa­na­mızın ən başlıca vəzifələrindən biridir. Ölkəmizdə mövcud olan müs­tə­qil­lik bu vəzifələri reallaşdırmaq üçün əsas təminatçıdır.

Müstəqilliyimizin ilk illərində yaranmış müharibə şəraiti, ölkənin siyasi həyatında baş verən hərc-mərclik kitabxana işinə mənfi təsir göstərmişdir. Belə vəziyyət ilk növbədə informasiya qıtlığında özünü göstərdi. Kitabxanalara qarşı olan laqeyd münasibət nəticəsində, ma­liy­yə vəsa­itinin çatışmazlığından və s. kitabxana fondlarının yeni ədəbiy­yatla komplekt­ləş­di­rilməsi, demək olar ki, iflic vəziyyətinə düşdü. Əsas komp­lektləşdirmə mərkəzi sayılan Kitab Palatası öz fəaliyyətini dayan­dır­mış­dı, Akademiyanın elmi-tədqiqat institutlarının maliyyə çətinlikləri ilə bağ­lı tədqiqatları dondurulmuşdu, nəticədə elmi ədəbiy­yatın nəşri məh­dud­laşmışdır və fonda daxil olan ədəbiyyatın sayı xeyli azalmışdır. Belə ki, 1992-1993-cü illərdə Milli ədəbiyyat fonduna cəmi 444-463 nüsxə yeni kitab daxil olmuşdur, bu da keçmiş illərlə müqayisədə çox azdır.

Ümummilli liderimiz Heydər Əliyevin hakimiyyətə ikinci dəfə gəlişindən sonra onun apardığı düzgün siyasət cəmiyyətdə köklü surətdə dəyişikliklər yaratdı. İlk növbədə atəşkəsə nail olduq. İqtisadiyyatda apa­rı­lan köklü dəyi­şik­liklər, bazar iqtisadiyyatının bərqərar olması, torpağın kəndlilərə verilməsi, xa­rici investorların Azərbaycan iqtisadiyyatına cəlb olunması, Azərbaycanın dün­yada nüfuzunun artması və iqtisadiyyatın dina­mik inkişafı ilə nəticələndi.

Yeni şəraitə uyğun olaraq kitabxanalar üçün yeni dünya görüşünə, milli, bəşəri sərvətlərə və dəyərlərə əsaslanan inkişaf konsepsiyasının hazır­lan­ması prob­lemi meydana çıxdı. Bu konsepsiyanın əsas müddəaları Azər­bay­can Res­publikasının «Kitabxana işi haqqında» qanununda öz əksini tapmışdır.

1998-ci il dekabrın 29-da Azərbaycan Respublikası Milli Məclisində qəbul edilmiş «Kitabxana işi haqqında» qanun ölkəmizdə kitabxanaların fəaliyyəti üçün yeni mərhələnin başlanmasına səbəb oldu. Kitabxanalar elm, informasiya, mədəniyyət, təhsil və tərbiyə müəssisəsi kimi çap əsər­lərini və digər informasiya daşıyıcılarını toplayıb mühafizə edən, cəmiyyətin intellektual və mənəvi potensialının inkişafına xidmət göstərən sosial instituta çevrildilər. Yeni bazar iqtisadiyyatı münasibətlərinin yaranması, iqtisadiyyatda aparılan islahatlar yeni nəşriyyatların yaranmasına təkan verdi. Azərbaycan Respublika­sının «Kitab­xana işi haqqında» qanununa əsasən məcburi nüsxələrin alınması kitabxanaların komplektləşdirmə eh­ti­yac­larını qismən də olsa həll etmiş oldu. Bu vəziyyəti biz əyani surətdə tərtib olunmuş qrafik sxemdə müşahidə edirik. «Kitabxana işi haq­qında» qanun qüvvəyə mindikdən sonra, yəni 1998-ci ildən 2005-ci ilə qədər Milli ədəbiyyat fonduna daxil olan yeni ədəbiyyatın sayı 901 nüsxədən – 2111 nüsxəyə qədər artmışdır.

Ölkəmizin iqtisadi inkişafı, dövlətin elmi müəssisələrə göstərdiyi qayğı nəticəsində elmi-tədqiqat işlərində də xeyli inkişaf müşahidə olunur və elmi kitabların yeni alınmış kitablar arasında faizi getdikcə artır.

«Kitabxana işi haqqında» qanun MEK-in Milli ədəbiyyat fondunun zən­gin­ləşməsinə təkan verdi. Müxtəlif elm sahələrinə aid materiallar əldə olundu. Milli ədəbiyyat fondunun dinamik inkişafını təyin etmək məqsədilə 2006-cı ildə “Müstəqillik dövründə Milli ədəbiyyat fondunun təhlili və təd­qi­qi” adlı elmi-tədqiqat işinin aparılması MEK-in Elmi Şurası tərəfindən məq­sə­dəuy­ğun hesab olunaraq təsdiqləndi. Bu elmi-tədqiqat işini həyata keçirmək məqsədilə işçi qrupu yaradıldı.

Müstəqillik dövründə MEK-də komplektləşdirmənin düzgün aparılması nəticəsində daxil olan yeni ədəbiyyat mövzu dolğunluğu ilə seçilir və fondun daha da zənginləşməsinə səbəb olur. Belə olan halda oxucuların sorğu istiqa­mət­lərindən asılı olmayaraq, onları tam şəkildə lazımi ədəbiyyatla təmin etmək imkanı yaranır.Məhz buna görə də tədqiqat işlərindən ən vacibi düzgün istiqa­mət­də komplektləşdirmə işini aparmaqdır. Elmi-tədqiqat işlərinin yekununda oxu­cular tərəfindən uzun müddət sifariş olunmayan, kitabxana profilinə uyğun olmayan ədəbiyyatın siyahısı tərtib olundu. Beləliklə elmi-tədqiqat işinin daha bir məqsədinə nail olundu, yəni fond lazımsız ədəbiyyatdan azad oldu. Son 3-4 il ərzində kitabxana fondlarına daxil olan yeni ədəbiyyatın ənənəvi kataloq­ların­dan başqa IRbis proqramı əsasında elektron versiya hazırlanır.Həyata keçir­diyi­miz elmi-tədqiqat işinin üçüncü məqsədi keçmiş illərin ədəbiyyatının elektron katalo­qunun hazırlanmasıdır, yəni retrokonversiyaya hazırlıq işləri ilə yekun­laşır.

Ümumiləşdirərək elmi-tədqiqat işinin əsas məqsədlərini belə təqdim et­mək olar:

1. Milli ədəbiyyat fondunun düzgün komplektləşdirilməsi;

2. Keçmiş illərin ədəbiyyatının retrokonversiyaya hazırlanması;

3. Fondun lazımsız ədəbiyyatdan azad edilməsi.

Elmi-tədqiqat işinin həyata keçirilməsi bir neçə mərhələdən ibarət idi.

1-ci mərhələ (2006-cı il): İşçi qrupun yaradılması. İşçi qrupun tər­ki­binə tədqiqat işinin nəticələrindən bilavasitə bəhrələnən şöbələrin əmək­daş­ları daxil edildi:

1. Fondun təşkili, istifadəsi və mühafizəsi şöbəsi;

2. Milli ədəbiyyat şöbəsi;

3. Komplektləşdirmə şöbəsi.

Azərbaycan fondunun təhlili üçün müstəqillik dövrü seçildi (1992-ci ildən 2005-ci ilə qədər fonda daxil olan ədəbiyyat). İşçi qrupun hər bir üz­vünə fondun müəyyən olunmuş sahələrinin təhlili tapşırıldı və bu sahələrdə iş prosesində müəyyən qeydlər aparılmışdır. 1-ci mərhələdə 3850 adda 5441 nüsxə ədəbiyyat nəzərdən keçirilmiş, hər birinin elm sahəsi təyin edilmişdir.

2-ci mərhələdə (2007-ci il): 2000-2005-ci illərdə fonda daxil olan 7373 adda 8964 nüsxə ədəbiyyat nəzərdən keçirilmiş və təhlil olunmuş, təd­qi­qatlar aparılmışdır. Konkret ədəbiyyatın elm sahələri təyin edilmiş, daha çox sifariş olunan ədəbiyyatın qeydiyyatı aparılmışdır.

3-cü mərhələdə (2008-ci il): İşçi qrupun hər bir üzvü tərəfindən aparı­lan tədqiqatlar nəticəsində əldə olunmuş materiallar təhlil edilmiş, hesab­lama­lar aparılmış, ədəbiyyatın kəmiyyət və keyfiyyət göstəriciləri təyin edilmişdir. Yekunda kəmiyyət göstəriciləri əsasında 1992-2005-ci illərdə Mil­li ədəbiyyat fonduna daxil olan ədəbiyyatın qrafik sxemi və keyfiyyət göstəriciləri əsasında tərtib olunan 6 cədvəl hazırlanmışdır.

Cədvəl №1-ə əsasən elm sahələri üzrə üstünlük humanitar elm sahələrinə (təxminən 48,4%) düşür. İctimai-siyasi-16,8%, təbiət elmləri- 4,8%, Yer haq­qında elmlər – 2%, texniki 2,4%, incəsənət, maarif, elm -7,9% təşkil edir. Yaranmış vəziyyət heç də təsadüfi deyil, çünki, Elmlər Aka­demiyasının elmi-tədqiqat institutları arasında humanitar elmlər üzrə tədqiqat institutları çoxluq təşkil edir. Təhlil olunmuş nəticələr göstərmişdir ki, 7 humanitar elm üzrə bədii ədəbiyyat nümunələri üstünlük təşkil edir – 46,2%; 23,7% - tarix elmləri, 6,9% - dilçilik, 23% - ədəbiyyatşünaslıq üzrə materiallardır (cədvəl №2).

Tədqiqatlar nəticəsində 1992-2005-ci illər ərzində kitabxanaya daxil olan yeni nüsxələrin içində bədii ədəbiyyatın üstünlüyü müşahidə olunur. Burada tanınmış yazarların əsərləri ilə bərabər, yaradıcılığa yenicə qədəm basmış, ədə­biyyatda ilk dəfə qələmini sınayan şair və yazıçıların da əsər­lə­rinə rast gəlmək olar. Bu kitabları əsasən hədiyyə yolu ilə əldə olunmuş ədəbiyyat siyahısına daxil etmək olar. Kitabxanada bu tendensiya «Kitab­xa­na işi haqqında» qanun qəbul olunmamışdan əvvəl müşahidə olunurdu. Həmin mərhələdə Mərkəzi Elmi Kitabxanada yeni ədəbiyyat qıtlığı hiss olu­nur­du və bəzi kitabxana şöbələrinin fəaliyyətini dayandırmamaq üçün bu kitab­ların kitabxanaya daxil olması çox vacib idi. Digər tərəfdən gənc yazarlar üçün onların əsərlərinin MEK-in fondlarına daxil edilməsi, soraq-biblioqrafiya aparatında əks olunması, oxuculara çatdırılması, yaradıcılıq­la­rının təbliği üçün çox böyük əhəmiyyət kəsb edirdi. İllər ötdükcə həmin bu tendensiya azalır və ədəbiyyat sahəsində samballı əsərlərin, tanınmış şair və yazıçıların seçilmiş əsərləri və əsərlərinin külliyyatı, Milli ədəbiyyat fonduna daxil olması müşahidə olunur. Fondda oxucular tərəfindən bir dəfə də olsun sifariş olunmayan, elmi əhəmiyyətini itirmiş kitabların siyahısı tutulur və rezerv fonduna köçürülür.

XXI əsrdə elmi informasiyanın çox qiymətli olduğu bir zamanda Azər­baycan alimləri tədqiqatlarının nəticələrini dünyaya çatdırmaq üçün öz fəaliyyətlərini geniş inkişaf etdirməlidirlər. Elm müstəqildir, başqa sahələrdə olduğu kimi elmdə də demokratik prinsiplər tam tətbiq olunmalıdır. H. Əliyev demişdir: «Elə elmlər vardır ki, onların inkişaf etdirilməsi müstəqil Azərbaycan Respublikasının ən böyük vəzifələrindən biridir. Əlbəttə bu gün fizika, riya­ziyyat, kimya, biologiya və başqa elm sahələri inkişaf et­mə­li­dir. Amma tarix hər bir insan üçün yeniyetməlikdən başlayaraq öm­rü­nün so­nuna qədər lazımdır. O cümlədən mədəniyyətimizin, ədəbi elmi­mi­zin tarixi lazımdır».

Müstəqillik illərində alimlərimiz tariximizə dünya ideoloji baxımdan yazılmış, saxtalaşmış tarixi kitabların əvəzinə mükəmməl elmi-tədqiqatlara əsaslanaraq Azərbaycan dövlətinin, onun ayrı-ayrı regionlarına aid tarixi ma­te­rialları əks etdirən kitablar yazmışlar və bu ədəbiyyat milli ədəbiyyat fondunda öz layiqli yerlərini tutmuşdur - 14,5% (cədvəl №2). Burada ilk növbədə Tarix İnstitutu tərəfindən hazırlanmış 7 cildlik “Azərbaycan ta­ri­xi” kitabını qeyd etmək lazımdır. Tarixi kitablar arasında Azərbaycanın ayrı-ayrı regionlarının arxeo­lo­giya və etnoqrafiyasına aid materiallar tam üstünlük təşkil edir.

Son 5 il ərzində Milli ədəbiyyat fonduna daxil olan kitablar arasında Azərbaycan incəsənətinə aid kitablar mühüm yer tutur – 5,1% (cədvəl №7). Bu kitablar Azərbaycan musiqisinin, tətbiqi incəsənət növlərinin (xal­ça­çılıq, şərq miniatürləri) təbliğində əvəzsiz rol oynayır.

Son illər iqtisadiyyatımızın geniş inkişaf mərhələsində bu sahədə apa­rılan elmi-tədqiqatların səmərəliliyi artmışdır. İqtisadiyyatın müxtəlif sa­hə­lərini işıqlandıran menecment, marketinq, bank işinə aid kitabların - 4% (cədvəl №3) əldə edilməsi oxucuların marağına səbəb olur, onların tələbatını ödəyir.

1998-ci ildə ümumilli lider H.Əliyev tərəfindən bir çox xarici ölkələrin neft şirkətlərinin nümayəndələri tərəfindən imzalanmış neft sazişlərindən sonra, aparılan elmi-tədqiqat işlərinin genişləndirilməsi bu sahədə çap olun­muş yeni ədəbiyyatın (2,1% cədvəl №1,5) Milli ədəbiyyat fondunda mü­hüm yer tutmasından xəbər verir.

Müstəqillik dövründə Mərkəzi Elmi Kitabxana da öz fəaliyyətini yeni şəraitə uyğun tələblər əsasında qurmağa başladı və biblioqrafiya sahəsinə xüsusi diqqət yetirildi. Kitabxanada mövzu, ümumi-qeyd xarakterli və şəxsi bib­lioqrafik göstəricilərin tərtibi istiqamətində fəaliyyəti inkişaf etmişdir və məhz buna görə də son illər Milli ədəbiyyat fonduna daxil olan yeni kitab­lar arasında biblioqrafik vəsaitlərin sayı xeyli artmışdır - 1,5% (cədvəl №1). Həmin bib­lioq­rafik vəsaitlərin alim və mütəxəssislərin elmi axtarışlarında rolu və əhəmiyyəti çox böyükdür.

Üç mərhələdən ibarət olan «Milli ədəbiyyat fondunun təhlili və təd­qiqi» elmi-tədqiqat işi Milli ədəbiyyat fondunun müstəqillik dövründə in­formasiya dolğunluğu və məzmunca zənginliyini müəyyənləşdirməyə imkan yaradır. Bunu əyani şəkildə əldə olunmuş kəmiyyət və keyfiyyət göstəriciləri əsasında 1992-2005-ci illərdə Milli ədəbiyyat fonduna daxil olan yeni ədə­biyyatın qrafik sxemində və tərtib olunmuş 7 cədvəldə müşahidə etmək olar.

Mərkəzi Elmi Kitabxanada fondun formalaşması və zəngin­ləş­diril­məsi komplektləşdirmə işi ilə sıx bağlıdır. Məhz ona görə də təyin edilmiş kəmiyyət və keyfiyyət göstəriciləri əsasında MEK oxucuların sorğu istiqa­mət­lərini nəzərə alaraq, fondun profilinə uyğun, seçmə dolğunluğunu əks etdirən düzgün komplektləşdirmə siyasətini təyin etməli və Milli ədəbiyyat fondunu daim zənginləşdirməyi qarşısına məqsəd qoymalıdır.
Ümumi cədvəl - №1


Elm sahələri

Humanitar

İctimai-siyasi

Təbiət

Yer haqqında

Texniki

Tibb

Incəsənət elm, maarif

hərbi

Şərqşünaslıq

biblioqrafiya

Rəqəm

göstəriciləri (nüsxə)



4411

1190

337

152

177

81

563

27

117

102

Faiz göstəriciləri (%)

61,5

16,6

4,7

2,1

2,4

1,1

7,8

0,4

1,7

1,5


Humanitar elmlər üzrə cədvəl - №2


Elm sahələri

bədii ədəbiyyat

ədəbiyyatşünaslıq

dilcilik

tarix

rəqəm göstəriciləri (nüsxə)

2040

1016

308

1047

Faiz göstəriciləri (%)

28,4

14,1

4,2

14,6

humanitar elmləri üzrə

faiz göstəriciləri (%)



46,2

23,0

6,9

23,7


İctimai-siyasi elmləri üzrə cədvəl -№3


Elm sahələri

fəlsəfə

Hüquq

iqtisadiyyat

siyasət

Din

rəqəm göstəriciləri (nüsxə)

185

267

292

279

167

faiz göstəriciləri (%)

2,5

3,7

4,0

3,8

2,3

Ictimai-siyasi elmlər üzrə

faiz göstəriciləri (%)



15,5

22,4

24,5

23,4

14,0


Təbiət elmləri üzrə cədvəl -№4


Elm sahələri

biologiya

kimya

kənd təsərrüfatı

Fizika

rəqəm göstəriciləri (nüsxə)

151

63

46

77

faiz göstəriciləri (%)

2,1

0,8

0,6

1,0

Ictimai-siyasi elmlər üzrə

faiz göstəriciləri (%)



44,8

18,6

13,6

22,8


Yer haqqında elmlər üzrə cədvəl - №5


elm sahələri

geologiya

Cografiya

rəqəm göstəriciləri (nüsxə)

65

77

Faiz göstəriciləri (%)

0,9

1,0

Ictimai-siyasi elmlər üzrə

Faiz göstəriciləri (%)



42,8

50,7



Texniki elmlər üzrə cədvəl - №6


Elm sahələri

riyaziyyat

Texnika

Rəqəm göstəriciləri (nüsxə)

75

102

Faiz göstəriciləri (%)

1,0

1,4

Ictimai-siyasi elmlər üzrə

Faiz göstəriciləri (%)



42,4

57,4


İncəsənət, elm, maarif üzrə cədv -№7


elm sahələri

İncəsənət

elm

maarif

rəqəm göstəriciləri (nüsxə)

368

93

102

Faiz göstəriciləri (%)

5,1

1,2

1,4

elmlər üzrə faiz göstəriciləri (%)

65,4

16,5

18,1


Ədəbİyyat
1. «Kitabxana işi haqqında» AR Qanunu // Azərbaycan. – 1999. – 14 mart.

2. «Azərbaycanda kitabxanaların fəaliyyətinin yaxşılaşdırılması haqqında» AR Prezidentinin sərəncamı //Azərbaycan. – 2007. – 20 aprel.

3. «Azərbaycan Respublikasında kitabxana-informasiya sahəsinin 2008-2013-cü illərdə inkişafı üzrə Dövlət Proqramı»nın təsdiq edilməsi barədə AR Prezidentinin sərəncamı //Azərbaycan.- 2008. – 7 oktyabr.

4. Xələfov A.A. Heydər Əliyev və Azərbaycanda kitabxana işi. – Bakı, 2006. – 312 s.

5. Əliyeva-Kəngərli A.İ. Müasir Azərbaycanda elmin informasiya təminatı və kitabxanalar. – Bakı: Elm, 2007. – 394 s.
Формирование фондов центральной научной библиотеки в период независимости: тенденции развития и совершенствования
А.И.АЛИЕВА-КЕНГЕРЛИ
РЕЗЮМЕ
На основании исследований фонда национальной литературы дан глубокий качественный и количественный анализ новых поступлений в период с 1992-2005 гг., результаты которого отражены в 8 таблицах и 1 графической схеме.
TRENDS OF FORMATION AND IMPROVEMENT

OF LIBRARY COLLECTION OF CENTRAL

SCIENTIFIC LIBRARY IN THE YEARS INDEPENDENCE
A.İ.ALİYEVA-KENGERLİ
SUMMARY
On bace nationaly literature fund's research is given high quality and quantily analysis about new action in the period 1992-2005 which reflect on the 8 tables.

Azərbaycan Respublİkası Prezİdentİnİn İşlər İdarəsİnİn PREZİDENT KİTABXANASI BUGÜN.
M.H.ƏHMƏDOV

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

Prezident Kitabxanasi
Prezident Kitabxanası 2003-cü ildə Azərbaycan xalqının ümummilli li­deri Heydər Əliyevin təşəbbüsü ilə Bakı şəhərinin iki ən qədim kitabxanasının - Mərkəzi Şəhər kitabxanasının (keçmiş Lenin adına kitabxana) və Azər­baycan Respublikası Prezidenti İşlər İdarəsi Təsərrüfat şöbəsinin nəzdində olan kitabxananın (keçmiş Siyasi Maarif Evinin kitabxanası) bazasında yaradılmışdır. Azərbaycan Respublikası Prezidentinin 22 iyul 2009-cu il tarixli Sərəncamı ilə Prezident Kitabxanasına Azərbaycan Respublikası Pre­zidentinin İşlər İdarəsinin şöbəsi statusu verilmişdir. Əməkdaşlarının hamısı dövlət qulluqçusudur.

Kitabxananın əsas vəzifəsi Azərbaycan Respublikası Prezidentinin Ad­ministrasiyasının, İşlər İdarəsinin, mərkəzi və yerli icra orqanlarının əmək­daşlarına, eləcə də geniş oxucu kütləsinə kitabxana biblioqrafiya və infor­masiya xidməti göstərmək, onların kitablara, dövri nəşrlərə və kitabxana fondunu təşkil edən digər sənədlərə olan tələbatını ödəməkdir.

Kitabxananın fəaliyyətinin əsas istiqamətləri kitablar və digər sənəd növləri üzrə fondlar formalaşdıraraq informasiya ehtiyatları yaratmaq, onları mühafizə etmək, həmin fondları özündə əks etdirən mükəmməl ənənəvi və elektron kataloq-kartoteka və biblioqrafik vəsaitlər sistemini tətbiq etmək, onu daim inkişaf etdirməklə bu fondları oxucuların hərtərəfli istifadəsinə ver­məkdən ibarətdir.

Kitabxananın fondunda XVI - XIX əsrlərdə və XX əsrin əvvəllərində nəşr olunmuş müxtəlif dillərdə olan nadir ədəbiyyat nümunələri saxlanılır. Fondda iqtisadiyyata, siyasətə, dövlət quruculuğuna, hüquqa, fəlsəfəyə, statis­tikaya, tarixə, ədəbiyyatşünaslığa və dilçiliyə dair ədəbiyyat üstünlük təşkil edir.

2009-cu ildə “Kitab abidələri haqqında” əsasnəməyə uyğun olaraq Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi tərəfindən res­publikada olan nadir və unikal nüsxələrin dövlət reyestri tərtib edilmişdir. Bu reyestrə əsasən məlum olmuşdur ki, respublikamızda ən çox kitab abidəsi (1088 adda) Prezident Kitabxanasında saxlanılır. Respublikamızda ən qədim kitab abidəsi hesab olunan 1591-ci ildə italyan dilində nəşr olunan “Historia di Parma” kitabı da Prezident Kitabxanasının fondunda saxlanılır.

Kitabxananın dövri mətbuat fonduna respublikamızda və digər ölkələrdə çap edilən 300 adda jurnal, qəzet və digər dövri nəşrlər daxil olur. Hazırda Ki­tabxanada fondun elektron nəşrlərlə komplektləşdirilməsi sahəsinə xüsusi diqqət yetirilir.



Kitabxana proseslərinin avtomatlaşdırılması sistemi. Kitabxanada müasir informasiya texnologiyalarının tətbiqinə xüsusi önəm verilir. Kitab­xanada lokal kompüter şəbəkəsi yaradılmış, İnternetə çıxış təmin edilmişdir. Portativ kompüterləri olan oxucular kitabxananın oxu zalından İnternetə sim­siz əlaqə sistemi ilə də qoşula bilərlər. Kitabxanada İRBİS Kitabxana Avto­matlaşdırılma Sisteminin son versiyasının (İRBİS 64) tam komplekti tətbiq edilmişdir. Bu sistem fondun komplektləşməsindən tutmuş, kitab verilişinədək bütün kitabxana proseslərinin avtomatlaşdırılmasını təmin edir. Sistem həm də oxuculara kitabxanada hazırlanmış tammətnli verilənlər bazasından istifadə etməyə imkan verir. Bundan əlavə, hər bir İnternet istifadəçisi kitabxananın Web səhifəsi vasitəsi ilə onun elektron kataloqundan və digər elektron re­surslarından istifadə edə bilər.

Soraq - biblioqrafiya aparatı və biblioqrafik xidmət. Kitabxanada Azərbaycan, rus və digər dillərdə olan ədəbiyyatı əks etdirən əlifba və sistemli kataloq tərtib edilmişdir. 2003-cü ildən etibarən kitabxananın aldığı bütün kitablar haqqında məlumat elektron kataloqa (EK) daxil edilir. 2004-cü ildən isə fonda daxil olan dövri nəşrlərdəki ən əhəmiyyətli materialların biblioqrafik təsvirləri də EK-nın tərkibindəki ayrı bir verilənlər bazasına daxil edilir. Kitabxanada müxtəlif təyinatlı biblioqrafik vəsaitlər də tərtib və nəşr edilir. EK-dan və biblioqrafik vəsaitlərin elektron variantlarından həm də Kitab­xa­nanın Web səhifəsi ilə də istifadə etmək olar. Kitabxana öz istifadəçilərinə tam həcmdə soraq-biblioqrafiya və biblioqrafik informasiya xidməti göstərir. Xüsusi oxucu qruplarına elektron poçt (E-mail) vasitəsilə də biblioqrafik informasiya xidməti göstərilir. Kitabxanada ənənəvi kitabxana-biblioqrafiya xidmətləri ilə yanaşı, İnternetdən istifadə, müxtəlif təqdimatlar və mətbuat konfranslarının keçirilməsi, skaner, surətçıxarma, laminasiya və s. əlavə xidmətlərdən də istifadə etmək olar.

Elektron biblioqrafik nəşrlər. 2003-cü ildən etibarən kitabxananın fonduna daxil olan kitablar və dövri mətbuat nəşrləri əsasında aşağıdakı cari elektron biblioqrafik göstəricilər tərtib və nəşr edilir:

  • Azərbaycan Respublikasının Prezidenti: Gündəlik fəaliyyətin xronikası

  • Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin imzaladığı qanun, fərman və sərəncamların biblioqrafiyası

  • Azərbaycan Respublikası Prezidentinin fərmanları və sərəncamları

  • Azərbaycan Respublikasının qanunları

  • Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarları

  • İlham Əliyev. Azərbaycanın neft diplomatiyası

  • Azərbaycanı dünyaya tanıdan lider

  • Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə çap olunmuş kitablar

  • Azərbaycan regionlarının sosial-iqtisadi inkişafı

  • Mir Cəlal Paşayev – 100

  • Yeni kitablar

Elektron biblioqrafik bülletenlər

  • İqtidar. Müxalifət. Xalq

  • Tarix. Mədəniyyət. Elm

  • Azərbaycan iqtisadiyyatı

  • Azərbaycan Respublikasında seçkilər

  • Xarici siyasət və beynəlxalq münasibətlər

  • Neft və Qaz

  • İnsan haqları

Tammətnli elektron nəşrlər. Kitabxananın profilinə uyğun aktual möv­zu­lar üzrə aşağıdakı tammətnli elektron nəşrlər yaradılmışdır:

  • Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin nitqləri, çıxışları, müsahibələri, bəyanatları

  • Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin nitqləri, məruzələri, çıxışları, müsahibələri, bəyanatları (1993-2003)

  • İlham Əliyev və Azərbaycanın neft diplomatiyası

  • Əsrin müqavilasi

  • Azərbaycanda Olimpiya hərəkatı

  • Xoşməramlı səfir

  • Azərbaycan diasporu

  • Bələdiyyə hakimiyyəti

  • Dağlıq Qarabağ münaqişəsi

  • Ekologiya (sənədlər toplusu)

  • Azərbaycan regionlarının sosial-iqtisadi inkişafı

  • Dövlət qulluğu (sənədlər toplusu)

  • Azərbaycanlıların soyqırımı və deportasiyası

Azərbaycanın tarixinə, iqtisadiyyatına, xarici siyasətinə, mədəniy­yə­tinə və incəsənətinə dair mövzular üzrə fondda olan kitabların elektron ver­siyası yaradılaraq kitabxananın Web səhifəsinə yerləşdirilir.

LAYİHƏLƏR

  • Odlar Yurdu Azərbaycan (Azərbaycan, rus, ingilis dillərində)

  • Heydər Əliyev. Elektron Sənədlər Toplusu

  • XX əsrin faciəsi – Xocalı soyqırımı (Azərbaycan, rus, ingilis dillərində)

  • Naxçıvan Muxtar Respublikası – 85

  • Azərbaycan. Dövlət rəmzləri və atributları

  • Azərbaycan Prezidenti İlham Əliyevin xarici siyasət faliyyəti.

  • Təcavüz. 20 Yanvar 1990 (Azərbaycan, rus, ingilis dillərində)

Təkçə 2009-cu ildə Prezident Kitabxanasının əməkdaşları tərəfindən ilk dəfə olaraq 20 yanvar faciəsi və Xocalı soyqırımına həsr olunmuş azərbaycan, rus və ingilis dillərində iki zəngin elektron resurs yaradılmış və istifadəçilərə təqdim edilmişdir.

2008-ci il yanvar ayının 24-25-də Prezident Kitabxanasının yaradıl­ma­sının 5 illiyinə həsr olunmuş “Dövlət idarəetmə orqanlarının sənəd-infor­ma­si­ya təminatı: müasir vəziyyət və inkişaf perspektivləri” mövzusunda elmi-prak­tik konfrans keçirildi. Konfransda MDB ölkələrinin prezident və parla­ment kitabxanalarının rəhbərləri, respublikanın aparıcı kitabxanalarının nü­mayəndələri, alimlər, ziyalılar, mütəxəsisslər iştirak edirdilər. Konfransda ali dövlət idarəetmə orqanlarının operativ kitabxana-biblioqrafiya və informasiya təminatı, cəmiyyətin informasiyalaşdırılması, informasiya texnologiyalarının kitabxana işinə tətbiq olunması sahəsində Prezident Kitabxanasının iş təcrü­bəsi, kitabxana proseslərinin kompleks avtomatlaşdırılması sistemlərinin yara­dılması məsələləri geniş müzakirə edilmiş, müvafiq qərarlar qəbul olunmuş­dur.



Fəaliyyət göstərdiyi qısa müddətdə Prezident Kitabxanasının geniş beynəlxalq əlaqələri yaranıbdır. Kitabxana İFLA və EBNİT-in üzvüdür. Be­larus Prezident Kirabxanası, Rusiya Federasiyanın Prezident və Parlament Kitabxanaları ilə sıx əlaqələr qurulmuşdur. Kitabxananın əməkdaşları kitab­xana işinə dair mötəbər beynəlxalq konfranslarda aktiv iştirak edirlər.
ПРЕЗИДЕНТСКАЯ БИБЛИОТЕКА УПРАВЛЕНИЯ ДЕЛАМИ ПРЕЗИДЕНТА АЗЕРБАЙДЖАНСКОЙ РЕСПУБЛИКИ
М.АХМЕДОВ
РЕЗЮМЕ
Президентская Библиотека создана в 2003 г. по инициативе обще­национального лидера Азербайджанского народа Гейдара Алиева, на базе двух старейших библиотек г. Баку - Центральной городской биб­лиотеки (бывшая библиотека им. Ленина) и библиотеки Хозяйственного отдела Управления Делами Президента Азербайджанской Республики (бывшая библиотека Дома Политического просвещения).

Основные задачи библиотеки - библиотечно-библиографическое и информационное обслуживание сотрудников Исполнительного Аппа­рата, Управления Делами Президента Азербайджанской Республики, центральных и местных исполнительных органов, обеспечение их кни­гами, периодическими изданиями и другими документами, составляю­щих библиотечный фонд.
Administrative Department of The President of the REPUBLIC OF Azerbaijan Presidential Library
M.AHMADOV
SUMMARY
The Presidential Library was established in 2003 on the initiative of the Azerbaijan National leader - Heydar Aliyev on the basis of two oldest libra­ries of Baku City - Central City Library (former Library named after Lenin) and the Library of General Service Section of the Azerbaijan Republic President’s Administration (former Library of the Political Education House).

Main tasks of the Library is to accommodate the staff of the Executive Office as well as the President’s Administrative Department, central and local executive bodies with library-bibliographic and informational services, books, periodicals and other types of documents available in the library stock.

NƏSİRƏDDİN TUSİ KİTAB VƏ MÜTALİƏ HAQQINDA
KNYAZ ASLAN
Bakı Dövlət Universiteti
XIII əsr Azərbaycan elmini çох yüksək zirvələrə qаldırmış böyük аlim, filоsоf və şаir Nəsirəddin Tusinin (1201-1275) fəlsəfi və ədəbi-bədii yаrаdıcılığındа bu günün idеаllаrı ilə səsləşən, müаsir dövrün şərtlərinə tаmаmilə uyğun gələn qırılmаz əlаqələr vаrdır. Оnlаrı аrаşdırmаq müхtəlif еlm sаhələrinin təхirəsаlınmаz vəzifələrindəndir.

Tusinin еlmi-ədəbi irsi оlduqcа böyükdür. О, dövrünün ən görkəmli аlimi hеsаb еdilmiş, «əllаmə», «mühəqqiq», «həkim», «хаcə», «ustаd», «əs­rin yеgаnəsi», «sоn filоsоf» və s. ləqəblərlə şöhrət qаzаnmış, müхtəlif mə­хəzlərdə 100-dən çох əsərinin аdı çəkilmişdir. Nəsirəddin Tusi riyаziyyаt, nü­cum, kоsmоlоgiyа, minеrоlоgiyа, triqоnоmеtriyа, cоğrаfiyа, tаriх, hüquq, təbаbət, əхlаq, məntiq, ilаhiyyаt, pоеtikа, kаlliqrаfiyа və s. еlm sаhələrində tədqiqаtlаr аpаrmışdır. Аzərbаycаn еlminə dünyа şöhrəti gətirmiş bu məşhur аlim təbiət еlmləri ilə məşğul оlmаqlа yаnаşı, həm də humаnitаr və siyаsi еlmləri yахşı bilən, dövrün təhsil və tərbiyə prоsеsinə ciddi təsir göstərən görkəmli şəхsiyyət kimi məşhurlаşmışdır. О, həm də gözəl şаir, mаhir şеir nəzəriyyəçisi, pоеtikа аlimi оlmuşdur.

Böyük mütəfəkkirin öz еlmi və ədəbi irsində tərbiyə və mütаliə ilə bаğlı söylədiyi dəyərli kəlаmlаrın və ibrətli fikirlərin, həmçinin оnun bаş­çılıq еtdiyi Mаrаğа rəsədхаnаsı kitаbхаnаsının fəаliyyətinin аrаşdırıl­mаsı mаrаqlı оlа bilər.
İlk təhsilini аtаsındаn аlаn Nəsirəddin sоnrаlаr dövrünün ən şöhrətli müəllim və müdərrisi hеsаb еdilən, şəriət, yunаn fəlsəfəsi, hind hikməti, fаrs mədəniyyəti, Аzərbаycаn incəsənəti ilə dərindən tаnış оlаn Fəridəddin Dа­mаdın yаnındа охumаğа bаşlаmışdır. Yеniyеtməlik çаğlаrındаn аğsаq­qаllаr məclis­lərində əyləşən, dini və fəlsəfi mübаhisələrin şаhidi оlаn bаlаcа Mə­həmməd Qurаn аyələrinin ziddiyyətli təfsiri, hikmət məsələlərinin bir-birini inkаr еdən şərhini görür və хəyаlındа gələcək üçün оrijinаl yаrаdıcılıq plаnlаrı cızırdı. Mаrаqlıdır ki, Tusi sоnrаlаr оnа dünyа şöhrəti qаzаndırmış «Əхlаqi-Nаsiri» əsərində yаddаşındа əbədi iz sаlаn həmin məclisləri fərəhlə хаtırlаyır, bеlə görüşlərin uşаqlаrа nеcə böyük təsir bаğışlаdığındаn dərin bir rəğbətlə söz аçır.

Tаriхi mənbələrin vеrdiyi məlumаtа görə, İsmаili hökmdаrı Nаsir Möh­təşəmin yаnınа Qоhеstаnа (Kuhistаnа) gələn Tusi ilk dövrlərdə ismаililərin yаnındа yаşаyıb-yаrаdır. Möhtəşəm оnun bilik, istеdаd və bаcаrığınа hеyrаn qаlır, fikirləri ilə hеsаblаşır, məsləhətlərinə qulаq аsır. Tusi isə məşhur «Əхlаqi-Nаsiri» əsərini yаzır və оnu məhz hökmdаrın şərəfinə bеlə аdlаndırır. Аmmа müəyyən zаmаn kеçdikcə оnlаrın аrаsındаkı münаsibətlər pоzulmаğа bаşlаyır. Bir qədər sоnrа isə Tusi həbs оlunаrаq Ələmut qаlаsınа sаlınır. Tusi burada toplanmış zəngin kitabxanada, lakin ağır bir şərait mənəvi məhdu­diyyət və inamsızlıq şəraitində işləyib yaradır.

Tаriхdən məlum оlduğu kimi, Əlаəddin yаtаrkən öz hаcibi tərəfindən öldürülür, оnun yеrinə оğlu Rüknəddin Хurşаh kеçir. Bundаn sоnrа Tusinin vəziyyəti хеyli yахşılаşır. Rüknəddin аtаsındаn fərqli оlаrаq münəccimlərin qаbаqcаdаn vеrdiyi хəbərlərə inаndığınа görə bütün məsələlərdə Tusi ilə məsləhətləşir, оnun dеdiklərini nəzərə аlırdı. Mаrаqlıdır ki, mоnqоllаr Ələmut qаlаsınа hücum еdərkən ismаililərin sоn hökmdаrı Rüknəddinin ilk məslə­hətçisi də məhz Tusi оlmuşdu. Tusi Hülаku хаnа müqаvimətsiz təslim оlmаğı Rüknəddinə məsləhət görür və o da rаzılаşır. Hеç bir müqаvimətə rаst gəlmə­dən Ələmut qаlаsını ələ kеçirən Hülаku bunа görə Tusini lаyiqincə qiymət­ləndirir, şəхsi müşаviri təyin еdir. Аbbаsilər хilаfətinə sоn qоyulmаsı ilə bаğlı məsləhətləri Tusinin hörmətini dаhа dа аrtırır. Nəhаyət, Tusi çохdаn аrzu­lа­dığı Mаrаğа rəsədхаnаsının tikilməsinə lаzım оlаn vəsаiti Hülаkudаn аlmаğа nаil оlur.

1274-cü ildə Tusi rəsədхаnаdаkı işləri bаşа çаtdırmаq üçün Аbаqа хаn­lа birlikdə Bаğdаdа gеdir. Lаkin оrаdа хəstələnir və vəfаt еdir. Böyük аlim Bаğ­dаdın məşhur Cаmе məscidində dəfn еdilir. Sоnrаlаr оnun qəbri ziyаrət­gаhа çеvrilir (8).

Tаriхi mənbələrdən məlum оlduğu kimi, ХIII əsr Аzərbаycаn хаlqının ictimаi-iqtisаdi və siyаsi həyаtındа аğır sınаq və imtаhаnlаr dövrü оlmuşdur. Bu dövrdə mоnqоllаrın işğаlınа məruz qаlmış Аzərbаycаn iqtisаdi və siyаsi əlаqələri zəif оlаn аyrı-аyrı fеоdаl dövlətlərdən ibаrət idi. Mоnqоl işğаl­çılаrının hərbi yürüşü Аzərbаycаnın iqtisаdi və mədəni yüksəlişini dаyаndırdı.

Mоnqоl əsаrəti ölkəni bərbаd vəziyyətə sаlmış, iq­tisаdiyyаtı tənəzzülə uğrаtmış, milli mədəniyyətə böyük zərbə vurmuşdu. Məktəblər, mədrəsələr, kitаbхаnаlаr yеrlə yеskаn еdilir, kitаblаr vəhşicəsinə yаndırılırdı.

Mоnqоllаr Аzərbаycаndа möhkəmləndikdən sоn­rа yеni zəbt еtdikləri ərаzilər hеsаbınа Hülаkilər (Еlхаnilər) dövlətini yаrаtdılаr. Аzərbаycаn həmin dövlətin siyаsi-inzibаti mərkəzinə, Təbriz şəhəri isə pаytахtınа çеvrilmişdi. Bu dа Аzərbаycаnın gələcək iqtisаdi və mədəni inkişаfı üçün zəmin yаrаdırdı.

Tarixçi alimlər yаzır ki, mоnqоl işğаlı Аzərbаycаn mədəniyyətinin in­kişаfını ləngitsə də, оnu tаmаmilə dаyаndırа bilmədi. Zаmаn kеçdikcə mədəni səviyyəsi еtibаrilə Аzərbаycаn əhаlisindən çox аşаğı оlаn mоnqоllаrın özləri Аzərbаycаn mədəniyyətinin təsiri аltınа düşmüş, yеrli mədəniyyəti istər-istəməz qəbul еtməli оlmuşdulаr. Bu dövrdə Аzərbаycаndа еlm və mədəniy­yətin, kitаb nəşrinin inkişаfı öz növbəsində хаlqın yаddаşı оlаn kitаbı tоplаyıb sахlаyаn, оnu yеnidən хаlqın iхtiyаrınа vеrən, kitаbхаnа işinin inkişаfınа, yеni kitаbхаnаlаrın yаrаnmаsınа müsbət təsir göstərmişdi. Аzərbаycаnın böyük şəhərlərində zəngin kitаb fоndunа mаlik оlаn kitаbхаnаlаr mеydаnа gəlmişdi. Mаrаğаdа, Təbrizdə, Ərdəbildə, Gəncədə, Şаmахıdа və digər böyük şəhərlərdə yеni-yеni kitаbхаnаlаr fəаliyyətə bаşlаyırdı. Təhsil sistеminin gеnişlənməsi, yеni məktəblərin və mədrəsələrin yаrаnmаsı ilə əlаqədаr təhsil kitаbхаnаsı şəbəkəsi mеydаnа gəlib fоrmаlаşmışdı.

Mоnqоllаr islаmı qəbul еtdikdən sоnrа dini kitаbхаnаlаrla yаnаşı, məscid və dini məktəblərin (mоllахаnаlаrın) kitаbхаnаlаrınа və оnlаrın yеni ədəbiyyаtlа kоmplеktləşdirilməsinə də diqqət аrtmışdı. Kitаbçılığın inkişаfı, kitаb rеpеrtuаrının gеnişlənməsi, şəхsi kitаbхаnаlаrın təşkili üçün də əlvеrişli şərаit yаrаtmışdı. Dеmək оlаr ki, bütün görkəmli аlimlərin, şаir və yаzıçılаrın, mədəniyyət хаdimlərinin zən­gin kitаb fоndunа mаlik оlаn şəхsi kitаbхаnаlаrı vаr idi. Şəхsi kitаbхаnаlrın sаyının аrtmаsı ictimаi və еlmi kitаbхаnаlаrın yаrаnmаsınа dа müsbət təsir göstərirdi.

ХIII əsrdə Аzərbаycаndа Şərqdə tаyı-bərаbəri оlmаyаn, öz fоndunun nаdirliyinə və zənginliyinə görə dünyаnın ən böyük kitаbхаnаlаrı ilə yаrışа girə bilən Mаrаğа Rəsədхаnаsının Еlmi Kitаbхаnаsı fəаliyyətə bаşlаmışdı. Bu kitаbхаnа Аzərbаycаndа kitаbхаnа işinin tаriхində öz məqsədi, vəzifələri və yаrаnmа tаriхi dəqiq məlum оlаn ilk еlmi kitаbхаnаdır. О dövrdə bütün Şərqdə məşhur оlаn bu еlm məbədinin əsаsını еnsiklоpеdik biliyə mаlik görkəmli аlim Nəsirəddin Tusi qоmuşdur.

Nəsirəddin Tusinin yаrаtdığı Mаrаğа Rəsədхаnаsı və bu böyük еlm məbəd­gаhının dünyа еlminə vеrdiyi yеni еlmi tədqiqаtlаr оnun ən böyük еlmi nаiliyyəti sаyılır.

Şərq mədəniyyətinin əzə­­mətli аbidəsi оlаn rəsədхаnаnın bünövrəsi 1258-ci ildə qоyulmuş, 1261-ci ildə tikilib bаşа çаtdırılmışdır. Bəzi mən­bə­lərdə isə göstərilir ki, Hülаku хаn 1259-cu ilin mаyındа rəsədхаnаnın inşasına bаşlаnılmаsı bаrədə göstəriş vеrmiş, binаnın tаm tikintisi 1273-cü ildə bаşа çаtdırılmışdır. Bizcə, bu fikir həqiqətə dаhа yахındır. Hülаkü хаn rəsədхаnа ilə yаnаşı «Еlm və müdriklik еvinin (Dаr əl-ilm və hikmə)» – kitаbхаnаnın tikilməsinə də böyük miqdаrdа pul аyırmışdı. Rəsədхаnının lаyihəsini Tusinin özü vеrmiş, mеmаrı Fəхrəddin Əhməd ibn Оsmаn Mаrаğаyi оlmuşdur. Döv­rünün ən görkəmli аstrоnоm аlimlərini tоplаyıb Nizаmülmülkün Bаğdаddа yаrаtdığı Nizаmiyyə аkаdеmiyаsındаn gеri qаlmаyаn Mаrаğа аkаdеmiyаsını yаrаdаn Tusi ciddi еlmi işlər аpаrmаqlа yаnаşı, həm də rəsədхаnа üçün dəqiq cihаzlаrın iхtirаsı və qurаşdırılmаsı, mаddi-tехniki bаzаnın möhkəm­lən­di­rilməsi, yüksək iхtisаslı kаdrlаrın hаzırlаnmаsı işlərinə də bаşçılıq еdirdi (7).


1   2   3   4   5   6   7   8   9


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azrefs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə