Kimə: abş Beynəlxalq İnkişaf Agentliyinə Dünyanı Öyrənmə Beynəlxalq Təşkilatına Kimdən: İqtisadi Tədqiqatlar Mərkəzindən




Yüklə 15.25 Kb.
tarix06.04.2016
ölçüsü15.25 Kb.
Kimə: ABŞ Beynəlxalq İnkişaf Agentliyinə

Dünyanı Öyrənmə Beynəlxalq Təşkilatına

Kimdən: İqtisadi Tədqiqatlar Mərkəzindən


İyul ayı ərzində gorülmüş işlərin

hesabatı
Layihənin fəaliyyət planına uyğun olaraq iyul ayı ərzində qiymətlərin statistik müşahidəsinin aparılması nəzərdə tutulmuş rayonlara (Gəncə, Şəmkir, Mingəçevir, Şəki, Zaqatala, Lənkəran, Masallı, Sabirabad, Bərdə, Tərtər, Xaçmaz, Quba) səfər edilmiş, “Alternativ inflyasiya: Beynəlxalq təcrübə və Azərbaycan” sorğu kitabçası üzərində iş başa çatdırılmış, iyun ayı və bu ilin birinci yarısı üzrə inflyasiya səviyyəsi hesablanaraq aidiyyatı orqanlara göndərilmiş və yarım ilin yekunlarına həsr olunmuş mətbuat konfransı keçirilmiş, mətbuatda layihƏnin nəticələrinin müzakirəsi davam etdirilmiş, “İnflyasiya və qan təzyiqi” adlı analitik məqalə “Ekspert” curnalının 2007-ci ilin 7-ci (43) sayında nəşr edilmişdir. Bununla əlaqədar olaraq görülmüş işlərin qısa xülasəsini Sizlərə təqdim edirik:


  1. İyulun 20-də Beynəlxalq Mətbuat Mərkəzində 2007-ci ilin 1-ci yarısı üzrə alternativ inflyasiya hesablamalarının yekunlarına həsr olunmuş mətbuat konfransı keçirilmişdir. Mətbuat konfransında 30-dək KİV nümayəndələri iştirak etmiş və onlara press-relizlə yanaşı, yarım ilin yekunları üzrə ümumi, Bakı və regionlar, eləcə də ərzaq, qeyri-ərzaq, xidmətdə inflyasiya səviyyəsini özündə əks etdirən cədvəllər paylanmışdır. Mətbuat konfransında İTM “Alternativ inflyasiya metodologiyasının işlənilməsi” layihəsinin tədqiqat qrupunun üzvləri, ABŞ BİA -nın və “Dünyani öyrənmə” təşkilatının layihəyə və informasiya işinə məsul olan nümayəndələri də iştirak etmişdir. Konfransda layihə rəhbəri Qubad İbadoğlu 2007-ci ilin 1-ci yarısı üzrə alternativ inflyasiya hesablamalarının yekunları ətrafında təqdimatla çıxış etmış və curnalistlərin suallarını cavablandırmışdır. Mətbuat konfransının nəticələrinə dair “6 ayda 17,44% inflyasiya: xidmət sektorunda isə 33,95% qiymət artımı olub” başlığı ilə “Ekspress” qəzetinin 130 saylı, 21-23 iyul 2007-ci il tarixli buraxılışında, “Hesablama azadlığı və yaxud inflyasiya təkrəqəmlidir, yoxsa cütrəqəmli?” başlığı ilə “Azadlıq” qəzetinin 156 saylı 21 iyul 2007-ci il tarixli buraxılışında, «Bakıda inflyasiyanın səviyyəsi daha yüksək olub» başlığı ilə “525-ci qəzet”in 130 saylı, 21 iyul 2007-ci il tarixli buraxılışında, “İnflyasiya artıb. Ən çox qiymət artımı Bakıda baş verib ” başlığı ilə “Mərkəz” qəzetinin 129 saylı, 21 iyul 2007-ci il buraxılışında, “İlin ilk 6 ayında inflyasiya 17,44 faiz olub” başlığı ilə “Müsavat” qəzetinin 183 saylı, 21 iyul 2007-ci il tarixli buraxılışında, “May-iyun aylarında qiymətlər ucuzlaşıb” başlığı ilə “Kaspi” qəzetinin 130 saylı, 21-23 iyul 2007-ci il tarixli buraxılışında, “İlin əvvəlindən qiymətlər 17% artıb” başlığı ilə “Xalq cəbhəsi” qəzetinin 128 saylı, 21-23 iyul 2007-ci il tarixli buraxılışında, “Taxıl istehsalı artıb” başlığı ilə “Şərq” qəzetinin 130 saylı, 21 iyul 2007-ci il tarixli buraxılışında, “Альтернативная инфлясия достигла 17,44%” başlığı ilə “Exo” qəzetinin 130 saylı, 21 iyul 2007-ci il tarixli buraxılışında, “Цена на хлеб все же повысится? ” başlığı ilə “Zerkalo” qəzetinin 129 saylı, 21 iyul 2007-ci il-ci il tarixli buraxılışında, “Payızda bahalaşma gözlənilir” başlığı ilə “Paralel” qəzetinin 103-104 saylı, 21-24 iyul 2007-ci il tarixli buraxılışında, “Bahalaşmanın yeni dalğası gözlənilir” başlığı ilə “Reytinq” qəzetinin 27 saylı 22 iyul 2007-ci il tarixli buraxılışında yazılar dərc olunmuş, “Cari ilin 1-ci yarısında Azərbaycanda inflyasiyanın səviyyəsi 17,44 faiz olub” sərlövhəsi ilə 20 iyul 2007-ci il tarixdə APA agentliyi, «Глава Центра Экономических Исследований: За полгода инфляция в Азербайджане превысила 17 процентов» sərlövhəsi ilə 20 iyul 2007-ci il tarixdə “Trend” agentliyi və həmin tarixdə Turan agentliyi məlumatlar yaymışdır. Bununla yanaşı “В первой половине 2007 года инфляция в Азербайджане составила17,44%” başlığı ilə “Day.az”, 1news.az, novosti.az, fineco.az saytlarında, ANS ÇM, “Azadlıq” və BBC radiolarında mətbuat konfransı ilə bağlı materiallar yayımlanmış, ANS TV-nin günorta (15.10) və axşam (21.35) saatlarında tədbirdən hazırlanmış material və şərhlər efirə getmişdir.

  2. Hesabat ayında qiymələrin statistik müşahidəsi aparılan bütün obyektlərdə monitorinq aparılmış, anketyorların seçdiyi mağazalardakı qiymətlərlə sorğu nəticəsində qeydə alınmış qiymətlər tutuşdurularaq onların düzgünlüyü yoxlanılmışdır. Monitorinqin nəticələri layihə heyəti tərəfindən müzakirə olunmuş və qiymətlərin statistik müşahidəsi işinin daha yaxşı təşkili üçün vacib olan qərarlar qəbul olunmuşdur.

3. “İnflyasiya və qan təzyiqi” adlı analitik məqalə “Ekspert” Curnalının 7-ci sayında dərc olunmuş və aidiyyatı orqanlar arasında yayılmışdır.

4. Hesabat ayı ərzində dövri mətbuatda layihənin müzakirələri davam etdirilmışdır. Layihənin kordinatoru Qubad İbadoglu “EXO”, “Müsavat” qəzetlərində, “Azadlıq” və ANS ÇM radiolarında geniş müsahibə ilə çıxış etmişdir.

5. İyun ayı ərzində may ayı ilə müqayisədə (aylıq), eləcə də yanvar ayının əvvəlinə nisbətdə iyun ayının sonunda (yarım illik) hesablanmış istehlak qiymətləri indeksi barədə məlumat ANS TV-nin Xəbərlər Proqramının İqtisadiyyat Xəbərləri bölməsində efirə gedib. Bu informasiyalar, eyni zamanda bəzi istehlak malları üzrə iyun ayının orta qiymətləri barədə məlumatlar beynəlxalq təşkilatlara, o sıradan Beynəlxalq Valyuta Fondunun Azərbaycan nümayəndəliyinə çatdırılmışdır.

6. Ay ərzində “Alternativ inflyasiya: Beynəlxalq təcrübə və Azərbaycan” sorğu kitabçası üzərində iş davam etdirilmiş və onun redaktəsi, korrektəsi işi başa çatdırılmış, kitabça səhifələnərək çap üçün nəşriyyata təqdim olunmuşdur.

7. Hazırda İTM-in tədqiqat qrupu tərəfindən layihə çərçivəsində nəzərdə tutulmuş və avqustun 16-na təyin olunmuş yekun konfransla əlaqəli işlər davam etdirilir və sonuncu məqalə “Ayna-Zerkalo” qəzetində çapa hazırlanır.

Layihənin koordinatoru Qubad İbadoğlu

12 avqust 2007-ci il.


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azrefs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə