Kim idi O? Sənə deyirəm kim idi o?




Yüklə 287.2 Kb.
səhifə1/5
tarix20.04.2016
ölçüsü287.2 Kb.
  1   2   3   4   5
Intihar

Əvvəllər hər şey yaxşı idi deyə bilmərəm. Elə hər şey əvvəldən pis idi. Hər dəfə atamla anam dalaşarkən əllərimlə qulaqlarımı yumub, otağın küncünə qısılardım. Ilk dəfə anamın üzündəki göyərməni görəndə anladım ki, mən qırağa qısılıb, ağlamalı deyil, anamı müdafiə etməliyəm. Sonralar hər dəfə atam anamı vurarkən aralarına girir, atamı dəhşət törətməsinə mane olurdum. Atam ruhi xəstə idi. Tam ruhi xəstə. Gözünə insanlar görünür, hər şeydən şübhələnirdi. Anamın onu başqa adamlarla aldatdığını düşünürdü. Gecələr öz başına evdə gəzirdi. Çox vaxt şirin yuxumdan bərk səslə oyanırdım.

-Kim idi O? Sənə deyirəm kim idi o?

-Kimi deyirsən, ay Əbülfəz?

-Bayaq pəncərədən düşən adamı. Kim idi o?

-Vallah heç kim yoxdur. Sənin gözünə görünür.

-Sən məni dəli yerinə qoymusan?

Və atamın əl zərbələrinin səsi və anamın acizcəsinə iniltiləri...

Əvvəllər uşaq olanda anamdan soruşardım: Ana, niyə mənim bacım və ya qardaşım yoxdur? Niyə mən təkəm? Niyə Elnarənin, Zülfiyənin, Samirin bacısı var ama mənim yoxdur?. Indi anlayıram. Əslində bu ailədə mən də artıq idim. Heç mən də doğulmalı deyildim. Ümumiyyətlə bu ailə yaranmalı deyildi. Hərdən ailə haqqında şit-şit sözlər eşidəndə ətim tökülürdü. “Ailə qurulanda göydə mələklər sevinir”. Yəqin bizim ailə qurulanda göydəki mələklər ağlayıb. Mən bu ailədə böyüdüm, böyüdüm və bir gün universitetə qəbul oldum. Heç yadımdan çıxmaz o gün. Mən sevinərək anama dedim:-“Ana, 584 bal toplamışam. Qəbul olmuşam! Qəbul olmuşam!” Anam sevincindən ağladı. Onun ən böyük arzusu idi ki,mən ali təhsil alım. O, çox yaxşı qadın idi. Bizə telefon zəngləri gəlirdi həmin gün. Bütün tanışlar, qohum-əqrəbalar zəng vurub soruşurdular.Atam bərkdən qışqırdı: “-Çıxarrtt o telefonuu! Heç kim zəng vurmasın!!!” Biz qorxumuzdan cəld çıxartdıq. Və mən belə qeyd etdim çoxlarının girə bilmədiyi universitetə qəbulumu. Zaman keçdikcə hər şeyə olan inamım, ümidlərim də öldü. Sevgi, ailə, oğlan mənim üçün heç bir məna kəsb etmirdi. Mənə elə gəlirdi ki, bütün ailələr bədbəxtdir. Mənə elə gəlirdi ki, bütün oğlanlar ya ruhi xəstə, ya da narkomandır. Ama yenə də mənim qəlbimin dərinliyində azacıq da olsa, ümidim qalmışdı: “Bəlkə bir gün hər şey düzələcək” ama bu ümid də çox yaşamadı. Həmin gün dərsdə olsam da fikrim anamın yanında idi. Çünki gecə atamın yenə xəstəliyi tutmuşdu. Səhər dərsə getmək istəmirdim. Anam isə dərs buraxmamağımı söyləyərək o mehriban təbəssümü ilə məni dərsə yola saldı. Kaş getməzdim. Kaş qalardım. Tüpürüm universitetə, tüpürüm təhsilə, tüpürüm hər şeyə...

Dərsdən qonşu qızı ilə birgə gəlmişdik. Onunla ayrılandan sonra evə doğru addımlamağa başladım. Elə yaxınlaşa –yaxınlaşa görürdüm. Evimizin qabağı adamlarla dolu idi. Çoxu da qonşularımız idi. Mən addımlarımı yavaşlatdım. Qorxurdum. Evə yaxınlaşmağa qorxurdum. Ürəyim az qala yerindən çıxacaqdı. Ağlıma gələnləri dilimə gətirməyə qorxurdum. “Bu insanlar niyə bura yığılıblar? Yox. Ola bilməz. Yox. Polis maşını da var. Yox. Onlar səhv salıblar. Onlar səhv gəliblər.” Mən dayandım. Istəsəm də yeriməyə taqətim yox idi. Elə bil ayaqlarımın bütün qüvvəsini almışdılar. Mən evə girməyə qorxurdum. Və birdən iki polisin bizim evimizdən çıxdığını gördüm. Onlar əli qandallı birini polis maşınına doğru aparırdılar. Bu o idi. Mənim atam! Yox. Yox. Mənim şübhələrim get-gedə özünü doğruldur. Mən atama baxdım. Düz gözlərinə. Içi qanla dolu gözlərinin içinə. Bir də onda ayıldım ki, addımlayıram. Evə doğru. Qonşuların yanından keçdim. Heç birinin üzünə

baxmırdım. Qorxurdum. Ya onlar mənim istəmədiyim və eşitməyi arzulamadığım xəbəri versəydilər. Evə girdim. Qapı açıq idi.

-Ana! Ana! Ana,hardasan?

-Ay qız, bura olmaz. Bura olmaz. Sən kimsən?-polislər məni əlləri ilə itələdilər.

-Mən burda yaşayıram. Axı niyə qoymursunuz? Mənim anam harda...

O an. O səhnə. O andakı insanlar. Heç vaxt. Heç vaxt mənim yaddaşımdan silinməyəcək. Mən donub qalmışdım. Yerdə bir cəsəd vardı. ətrafı qan idi. Bir anlıq mənə elə gəldi ki, mən pis bir yuxudayam. Kabus görürəm.

-Ana! Ana! Oyat məni. Oyat məni bu pis yuxudan. Nə olar? Nə olar? Gəl yanıma. əvvəlki kimi. Öp, qucaqla məni. De ki, bu sadəcə bir yuxu idi. Pis yuxu.

Anam gəlmirdi. O, məni bu pis yuxudan oyatmırdı. O, yerdə uzanmışdı. O, tərpənmirdi. Onun paltarı qan içində idi. Yox,mən qışqırmadım. Yox, mən ağlamadım da. Mən sadəcə əvvəllər olduğu kimi divara qısıldım və gözlərimi yerdəki qana zillədim...

Niyə qan qırmızı rəngdədir? Niyə sarı, yaşıl, ya da mavi rəngdə deyil? Niyə insanları bıçaqlayanda onlardan qan çıxır? Niyə insanın damarlarında və kapilyarlarında qırmızı rəngli maye axır? Mən axı qana nifrət edirəm. Mən axı qırmızı rəngə nifrət edirəm. Mən axı hər şeyə nifrət edirəm. Bu həyata, çıxan günəşə, əsən küləyə, yağan yağışa, insanlara, ağaclara, çiçəklərə, böcəklərə, hər şeyə, hər şeyə, bu həyatdakı hər şeyə nifrət edirəm. Mən həyatın özünə də nifrət edirəm. Bəs onda niyə hələ də yaşayıram bu zibil, cındır həyatda? Niyə hər gün istəməsəm də səhər açılır? Niyə hər gün mən nifrət etdiyim universitetə getməliyəm? Niyə evə qayıtmalıyam? Niyə mən yaşamaq üçün özümə yemək hazırlamalıyam? Axı mən yaşamaq istəmirdim. Axı niyə yaşamalıydım? Kim üçün? Nəyə görə? Yaşamağımın mənası nədə idi? Hər keçən gün mənə nə verirdi? Nə qazanırdım? Nə dəyişirdi? Mən də getməli idim. Anamın yanına. O, məni gözləyir. Mən 100 faiz əminəm ki, o, məni gözləyir. O, mənsiz darıxır. Axı o,məni çox sevirdi. O,məni gözləyir. Mən onun yanına getməliyəm. Həm də tez. Çox tez bir zamanda. Allaha hər gün dua etdim. Ama Allah məni eşitmirdi. Canımı almırdı. Hər gecə sabaha çıxmamaq ümidiylə yatırdım. Ama sabah açılırdı. O zəhləmgetmiş günəş yenə də çıxırdı. Nifrət etdiyim şüalarını pəncərəmə saçırdı. Və hər dəfə sabahların arsız-arsız açıldığını görəndə qərar verdim ki, bunu özüm etməliyəm. Madam ki, Allah bunu etmir, mən bunu özüm edəcəm. Axı hər şeyi də Allahdan gözləmək olmaz. Bax, yer üzündə nə qədər insanlar var. Hər birinin də bir arzusu.Bəzilərinin iki, üç ya da dörd arzusu. Məgər istəyən kimi yerinə yetir arzular? Əlbəttə ki,yox. Deməli, bunu mən etməliyəm.

Dərsdən gələn kimi komputerimi yandırdım və Internetə girdim. Google səhifəsini açdım. Yazdım: İNTİHAR ETMEK İSTEYİREM. Nəticələr gəldi. Aman Allah nə qədər intihar etmək istəyənlər varmış. Hamısının etirafını oxudum. Hərəsinin də eyni səbəbləri vardı: həyatda özünü tapa bilməmək, uğursuzluq, sevgisizlik, narkomaniya. Hələ biri zarafatla yazmışdı: “ öldürün. Özünüzü öldürün. Onsuzda dünyada insan artımı çoxdur.” Təzədən axtarış verdim. Yazdım: İNTİHAR VASİTELERİ. Nəticələr gəldi. Elə mənim də axtardığım bu idi. Bütün səhifəni diqqətlə, təkrar-təkrar oxudum. Geriyə sadəcə bir iş qalırdı. Oxuduqlarımı tətbiq etmək. Birinci cəhd:çoxlu və müxtəlif dərmanlar qəbul etmək. Hələ o vaxt, dərsdə qızlar danışarkən eşitmişdim.

-Bilirsiz,dünən xəbərlərdə eşitdim. Moskvada bir qız düz 14 dənə müxtəlif dərman qəbul edib, ölüb.

Bu üsul ağlıma batırdı. Dərsdən çıxanda bütün aptekləri gəzdim. Bütün dərmanları eyni aptekdən ala bilməzdim. Bu aptekçiləri şübhələndirə bilərdi. Qabağıma nə qədər aptek çıxdısa, hamısına girdim. Evə gələndə çantamda 10a yaxın müxtəlif dərmanlar vardı: Baş üçün, ürək üçün, mədə üçün... Dərmanları çantamdan çıxardıb, stolun üstünə düzdüm. Hamısını qabından çıxardım,səpələdim. Dərmanların yanında su qrafini və stəkan vardı. Vəssallam. Hər şey hazır idi. Nəyi gözləyirdim? “Bəlkə axşam qəbul edim? Nə fərqi? Yoxsa qorxursan? Əsla! Bəs onda nəyi gözləyirsən? Niyə hələ də icazə verirsən ki, bu həyatda sürünəsən? Başla. Qorxma! Sübut elə ki, sən aciz deyilsən. Qısasını al, bu qəddar həyatdan. Qorxma! Aman Allah, nə çətinmiş insanın özünü öldürməsi. Sadəcə stolun üstündəki dərmanları bir nəfəsə udub, üstünə su içəcəksən. bu qədər sadə. Ölüm, çoxdandır gözlədiyin ölüm iki addımlığındadır. Bəs niyə hələ də tərəddüd edirsən?”

Nəhayət ki, özümdə cəsarət tapıb, stulda əyləşdim. Qrafindən stəkana su süzdüm. Dərmanlardan ovcuma sığan qədər doldurdum. Dərmanlara baxdım. Müxtəlif formalı, müxtəlif rəngli dərmanlar. Həyatıma son qoyacaq dərmanlar. Bir əlimdə su ilə dolu stəkan, bir əlimdə dərmanlar. əllərim əsirdi. Özümə etiraf etməsəm də, qorxurdum. Budur, artıq hazıram. Elə dərmanları ağzıma aparırdım ki, qapı döyüldü. Elə bərk döyüldü ki, ürəyim lap ağzıma gəldi. Tələsik əlimdəki dərmanları və stəkanı stolun üstünə qoydum. əllərim əsdiyindən stəkan yıxıldı və içindəki su dərmanlara doğru axmağa başladı.

-Eee, bu kimdir?-lap əsəbiləşdim. Qapını açdım. Qarşımda təxminən 60-65 yaşlarında üzünü dərin qırışlar basmış,bir qadın dayanmışdı.

-Nə var? Nə lazımdır?-mən kobudcasına soruşdum. Adətən insanları maraqlı film izləyərkən və ya istədiyi insanla telefonda danışarkən və ya əsər yazarkən narahat edəndə insan çox əsəbiləşir. Bütün adaptasiyası pozulur. Mənim də intihar adaptasiyam pozulmuşdu.

-Bağışla qızım, əgər narahat etdimsə...

Qadın elə mülayim danışdı ki, öz kobud davranışıma görə özümə nifrət etdim.

-Yox, narahat etmədiniz.-Bu dəfə daha mülayim danışdım.-Nəsə lazım idi?

-Qızım, mən bir nəfəri axtarıram. Adı Şəhladır. Mənim o vaxtlar yaxın rəfiqəm olub. Çoxdandır onunla əlaqəm yox idi. Bu yaxınlarda onun adresini tapmışam.

-Xala, sənə hansı ünvan lazımdır?

Qadın əlində bürüşdürdüyü kağızı açıb, oxumağa başladı.

-Süleyman Rəhimov küçəsi...

-Hə. Buradır.-fikrim dağılan suyun və dərmanların yanında idi.

-Ev 12.

-Hə. Buradır.



-Onda Şəhla burada yaşayır.

-Yox, ay xala. Şəhla burda olmur.

-Bəs burda kim yaşayır?

-Kim?-bir anlıq kimin adını çəkəcəyimi bilmədim.-Mən yaşayıram.

-Sən kimsən ki?

Qadının asta –asta sual verməyi əsəblərimi lap tarıma çəkdi.

-Ay xala, ünvan eyni ünvandır. Ama burda Şəhla adında qadın yaşamır. Burda əzəldən mən yaşayıram. Mənim adım da Şəhla deyil!

-Bəs sənin adın nədir?

Bu dəfə lap əsəbləşdim. Elə bil qadın bunu qəsdən edirdi.

-Ay xala, mənim adımı bilməyinizin nə fərqi var? Fakt budur ki, burada Şəhla deyilən bir insan yaşamır. Heç vaxt da yaşamayıb. Burada əzəldən biz olmuşuq. Əsgərovlar ailəsi. “Xöşbəxt” Əsgərovlar ailəsi.

-Bəlkə sizdən əvvəl burada yaşayan...

Qadın məni başa düşmürdü ya da düşmək istəmirdi. Bəlkə yarım saat bu qadına vaxt sərf etdim ki, ona başa salım ki, o, səhv gəlib.

Qapını bağlayandan sonra dərindən ah çəkdim. Birdən dərmanlarım yadıma düşdü. Axı bu gün mən özümü öldürmək istəyirdim. Cəld otağa qaçdım. Stolun üstünə baxdım. Bu nə idi? Su bütün dərmanları yumşaldıb, həll etmişdi. Geriyə dərmanlardan ibarət bulaşıq su qalmışdı. Intihar cəhdim boşa çıxmışdı. Deməli, bu gün də həyata davam. Bilmirəm sevinirdim yoxsa kədərlənirdim. Ama onu bilirdim ki, hələ də intihara cəhd edəcəkdim. Sıra ikinci cəhddə idi.

Universitetdə hamı mənə qəribə baxırdı. Tez bir zamanda mənim həyat hekayəm hamının qulağına çatmışdı. Bəzilərinin mənə yazığı gəlirdi, bəziləri mənə qorxu dolu baxışlarla baxırdı, bəziləri isə təəccüblə. Mən bu baxışların heç birini görmürdüm. Çünki heç kimə baxmırdım. Qrupda heç kimlə danışmırdım. Arxa partada təkbaşına otururdum. Qızlar əvvəlcə mənimlə danışmağa, mənə qayğı göstərməyə cəhd göstərdilər. Ancaq əbəs olduğunu görüb, onlar da məndən uzaqlaşdılar. Müəllimlər məndən heç nə soruşmurdular. Uşaqlar mənlə danışmırdılar. Hətta əvvəllər yaxın olduğum qızla da danışmırdım. Insanlardan uzaq qaçırdım. Onlar məni qıcıqlandırırdı. Onlara nifrət edirdim. Özümə də nifrət edirdim. Çünki mən də insan idim və hələ də yaşayırdım.

Patokumuzda bir oğlan vardı: Elvin. Çox istiqanlı və mehriban uşaq idi. Tez –tez tənəffüslərdə mənim yanımda oturar,mənimlə danışardı. Daha doğrusu o danışardı. Mən susardım. Cavab verməzdim. Hərdən onun sevgilisinin bizə uzaqdan necə tərs-tərs baxdığını görürdüm. Yazıq, sevgilisini mənə qısqanırmış. Onun mənə göstərdiyi qayğını qısqanırmış. Bədbəxt. Gör nə günə qalıb. Bu tənəffüsdə də Elvin mənim universitetin foyesində təkbaşıma oturduğumu görüb, mənə yaxınlaşdı.

-Necəsən Aytən? yanında oturmaq olar?

Mən başımla otura biləcəyini işarə etdim. Yanımda oturdu.

-Bu gün yaxşı görünürsən. zaman keçdikcə daha yaxşı olacaqsan. Həyat davam edir. Sən tək deyilsən. Biz varıq. Nə vaxt nəyə ehtiyacın olsa, sənə kömək etməyə hazırıq.

Onun səmimiyyətinə şübhəm yox idi. Ancaq bir anlıq ona da nifrət etdim. Necə də asan idi, qıraqdan durub, təsəlli vermək. Bir anlıq özümü onun yerinə qoydum: Dərsdən evə gedirəm. Anam qapını açıb,məni qarşılayır. Atam axşam işdən gəlir və bu gün dərsimin necə keçdiyini soruşur. Axşam isə yatmamışdan əvvəl sevgilim mənə mesaj yazır: “Gecən xeyrə qalsın. Sabah görüşərik.” Mənim patok yoldaşımın isə ailəsində faciə baş verir. Atası anasını balta ilə öldürür. O, isə anasının cəsədini görür. Mən bunları təsəvvür edə bilmirəm. Çünki heç vaxt ailəmdə belə hadisəylə rastlaşmamışam. Ama təsəlli verirəm. Çünki bu insanlıq borcudur. Bunu hamı edir. Yaxın bir adamın öləndə və ya başqa bir faciə baş verəndə hamı necə kədərləndiyini və səni başa düşdüyünü və dərdinə şərik olduğunu deyir. Əslində isə bütün bunlar dildə deyilir. Heç kim başqasını dərdini onun qədər hiss edə bilməz. Elvin də elə insanlardan idi. Onun normal ailəsi vardı. Ama məni başa düşdüyünü və mənim tək olmadığımı deyirdi. Əslində mən tək idim. Hamı təkdir.

Mən heç nə demirdim. Mən insanlardan heç nə istəmirdim. Onların təsəllisinə

Ehtiyacım yox idi. Çünki heç bir deyilən söz, verilən təsəlli mənim anamı geri qaytarmayacaqdı, mənim yaddaşımdan o qanlı səhnəni silə bilməyəcəkdi. Mənim insanların təsəllisinə və köməyinə ehtiyacım yox idi. Mənim anama ehtiyacım vardı. Yalnız o, məni başa düşə bilərdi.

-Elvin! Elvin!

Elvinin sevgilisi nəhayət ki, dözməyib, uzaqdan onu çağırdı.

-Get. Sevgilin səni çağırır.

Elvin mənə mehribancasına gülümsəyərək:-Hər şey yaxşı olacaq.-dedi və ayağa qalxıb, qıza tərəf getdi.

-Əlbəttə. Hər şey çox yaxşı olacaq. Ama mənsiz!

Universitetə niyə getdiyimi başa düşmürdüm. Axı mən özümü öldürəcəkdim. Axı mən daha artıq bu həyatda qalmayacaqdım. Ama gedirdim. Başqa nə edə bilərdim ki? Evdə qaldıqca o səhnələr gözümün önündən çəkilmirdi. Hələlik yaşayırdımsa, deməli getməli idim. Bu gün də getdim. Bu gün də arxada təkbaşına oturdum və heç kimlə danışmadım. Müəllim də məndən dərs soruşmadı. Hamı artıq get-gedə mənim varlığımı unudurdu. Bu xoşuma gəlirdi. Heç kimin mənimlə maraqlanmasını və süni şəkildə təsəlli və məsləhətlər verməsini istəmirdim. Bu gün mənim həyatımda fərqli bir şey oldu. Bu gün mən özümü tanıdım. Mən kiməm və necə biriyəmmiş...

Tənəffüs idi. Həmişə kimi tək oturmuşdum, qulağımda qulaqcıq, telefonumdakı mahnılara qulaq asırdım. Indi tək dostum rok və rep idi. Onlar mənim içimdəki üsyanı göstərirdilər. Onlara qulaq asmaq məni sakitləşdirirdi. Deyirlər, repə narkomanlar, roka isə satanistlər qulaq asır. Dünyadan ümidini üzmüş bədbəxtlərin musiqisidir bunlar. Mən də bu mahnılara qulaq asırdım. Deməli mən də psixikasında pozğunluq olan insanlardan idim. Buna əmin deyildim ama bu gün tam əmin oldum.

Zəng vuruldu. Ayağa qalxıb, dərs otağına doğru getmək istəyirdim ki, arxadan biri məni səslədi.

-Azzz, Aytən.

Mən geri çevrilib, bu mədəniyyətsiz müraciət edənin kim olduğunu görmək istədim. Bu Elvinin sevgilisi olan o qız idi. Yanında bir qız da vardı.

-Nə lazımdır?-Mən bütün nifrətimi baxışlarıma səfərbər etdim.

-Bura bax, özünü yazıq vəziyyətinə qoyub, sevgilimi əlimdən almaq fikrindəsənsə, budur, sənə deyirəm. Elvini sənə buraxan deyiləm. Cıraram səni. Sən hələ məni yaxşı tanımırsan.

Həyasız və mədəniyyətsiz insanlara nifrət edirəm. Bu qız da həyasız idi.

-Mən heç kimin sevgilisini əlindən almıram. Mənim ümumiyyətlə heç kimlə işim yoxdur.-sakit səslə cavab verdim.

-Sən Allah...Deməzsən ki, aldatdım. Nə olsun ki, başına faciə gəlib. Bu o demək deyil ki, hamı sənin özünə gəlməyin üçün səfərbər olmalıdır. Bizim nə günahımız var ki, sənin ailən psixdir.

Axırıncı cümlədən sonra qanın beynimə necə vurduğunu hiss etdim. Mən vampirlərə həmişə kinolarda baxırdım və onların həqiqət olduğuna şübhə edirdim.. Lakin bu gün mən onları başa düşdüm. Qızı əllərimlə necə bərk itələdiyimi, yerə yıxaraq saçından necə tutduğumu və dartdığımı xatırlamıram. Bircə onu bildim ki, iki oğlan məni qollarımdan tutaraq geri çəkirdilər. Qız yerə yıxılmışdı.Üstü –başı cırıq-cırıq idi. Mənə vəhşi heyvan kimi dəhşətlə baxırdı. Mənsə qışqırırdım:

-Alçaq, zibil, cındır. Sən haradan biləsən mən nələr hiss edirəm. Indi mənim gözümə nə oğlan, nə sevgili nə də sevgi görünür. Allah sənin də başına gətirsin. Inşallah sənin də atan ananı gözlərinin qabağında gəbərdər. Inşallah sənin də canın mənim canımın yandığı qədər yanar. Inşallah sən də...

-Bəsdir,Aytən. özünə gəl. Sakitləş.- ətrafdan səslər eşidirdim. Kim idi, nə deyirdi bilmirdim. Bircə onu bilirdim ki, özümü idarə edə bilmirdim. Vəhşi heyvanlar kimi, məni tutan qollardan qurtulub,qızın üstünə cumub, onun üz–gözünü dağıtmaq istəyirdim.

Bir azdan hər şey düzəldi. Bizi ayırdılar. Və mən dərs otağında həmişəki yerimdə oturmuşdum. Içimdəki nifrət və qəzəb mənə əzab verirdi. Hələ də ürəyim soyumamışdı. Müəllim dərsdən danışırdı. Birdən qapı döyüldü. Bu dekanın müavini idi.

-Aytən, düş dekanlığa. Səməd müəllim səni çağırır.

Mən sakitcə ayağa durub, sinif otağından çıxdım. Baxmasam da bütün nəzərlərin üzərimdə olduğunu hiss edirdim. Bizim dekan çox yaxşı bir insan idi. Geniş və müasir dünyagörüşlü, açıq fikirli və demokratik insan idi. O,həmişə bizim auditoriyada danışanda onun nitqinə heyranlıqla qulaq asardım. O, çox gözəl natiq idi.

Mən astaca qapını döydüm.

-Olar? –asta səslə dedim. Məni nələrin gözləyəcəyini bilirdim. Ya məni danlayacaq ya da universitetdən qovacaqdılar. Mənsə qorxmurdum. Çünki bu yaxınlarda öləcək bir insanın nə qorxusu ola bilərdi ki. Görəsən, insanlar niyə qorxurlar? Tələbə müəllimədən, müəllimə dekandan, tələbə də dekandan.

-Hə, Aytən. gəl görək.-Səməd müəllim oturduğu masa arxasından ciddi baxışlarla mənə nəzər saldı. Mən onun qarşısında dayanmışdım.

-Bu nə məsələdir? Niyə belə hərəkətlərə yol verirsən? Heç yaraşır sənin kimi ağıllı qıza?

Mən susurdum.

-Bu nə hərəkətdir? Istəyirsən səni universitetdən qovsunlar? Yazığın gəlmir əziyyətinə? Yüksək bal toplayıb, qəbul olmusan. 3 ildir ki, əla qiymətlərlə oxuyursan. Axı sən ağıllı, nümunəvi tələbə olmusan. Niyə belə hərəkət edirsən?

Dekanın əlində kağızlar vardı. Yəqin ki, bu kağızlarda mənim imtahan göstəricilərim vardı. O, məni yanına çağırmamışdan əvvəl mənim haqda məlumatlara baxmışdı. O, mənim susduğumu görüb, peşman olduğumu zənn edərək, daha sərt danışdı.

-Bir də belə hərəkət etsən heç bir söz deyilmədən universitetdən qovulacaqsan!

-Qovmaq istəyirsiniz məni? Qovun. Nəyi gözləyirsiniz? Elə bu an, indicə mənim qovulmağım barədə rektora ərizə yazın!

Mənim sözlərim dekanı təəccübləndirmişdi. Axı indiyə qədər heç bir tələbə qovulmağını tələb etməmişdi ondan. Axı kim 1 il əziyyət çəkərək qəbul olduğu universitetdən qovulmaq istəyər?

-Elə bilirsiniz məni bununla qorxuda bilərsiniz?-Mən danışdıqca içimdəki qəzəbin daha da artdığını hiss edirdim.-İnan ki, indi ən son düşünəcəyim şeydir təhsil. Əgər bu zibilə qalmış təhsil olmasaydı, və mən hər gün bu zəhləm getmiş universitetə gəlmək məcburiyyətində olmasaydım, indi mənim anam sağ olacaqdı. Mən onun yanında olub, onu qoruyacaqdım. Ama mən gəldim bura. Siz nə verirsiniz bizə? Təhsil! Elə deyilmi? Nəyimə lazımdır mənim o təhsil əgər mənim ailəm yoxdursa. Nəyimə lazımdır öyrəndiyim biliklər əgər mənim psixikam yerində deyilsə. Sizcə, indi məni təhsil maraqlandırır? Əsla! Qovun məni bu universitetdən! İnanın ki, bu mənim həyatımda heç nəyi dəyişdirməyəcək. Mən ümumiyyətlə bir azdan bu

həyatda olmayacam.

Dekan mənə psix və ya dəli kimi baxırdı.

-Sakit ol, qızım. Nəyə lazımdır bu qədər aqressiya?-o,indi mənimlə daha sakit və mülayim danışırdı.-Sən ağıllı, çalışqan tələbəsən. niyə əziyyətlərin puç olsun ki? Başa düşürəm səni. Ailəndə başına gələn hadisədən xəbərim var. Ama belə bədbin və pessimist olmaq lazım deyil. Həyat davam edir. Sənin həyatın hələ irəlidədir. Niyə onu məhv edirsən?

Yenə bir insan məni başa düşdüyünü deyirdi. Ilahi, nə qədər mərhəmətli və anlayışlı insanlar varmış ətrafımda, xəbərim yoxmuş. Görəsən, eyni hadisə onun da başına gəlsəydi belə sakit danışa bilərdimi?

-İndi get dərsə. Çalış bir də belə hərəkətlər olmasın.

Mən heç nə demədən otaqdan çıxdım. Qəribədir, bayaq məni universitetdən qovmaqla hədələyən insan indi məni dərsə yolladı. Niyə insanlar belədir? Niyə gərək qışqırandan sonra onlar sənin ciddi olduğunu başa düşsünlər? Niyə əvvəlcədən mülayim danışmırdı? Gərək insan qarşısındakıdan qorxmalıdır ki, onunla mülayim rəftar etsin. Ondandır ki, indiki zəmanədə hamı bir-biri ilə qışqıraraq danışır. Hamı elə birinci sözdən sonra həyasızlıq edir. Çünki mülayim danışsan və ya sussan onlar səni ciddi qəbul etməyəcəklər. Yox, onlar məndən qorxmurdular. Onlar sadəcə mənə əsəbləri pozulmuş xəstə kimi baxırdılar. Onların mənə yazığı gəlirdi. Əslində bilmirlər ki, ən yazıq elə özləridir.

Mən dərsə getmək istəmirdim. Dəhlizdə pəncərənin altında dayanıb, zəngin vurulmağını gözlədim. Əgər indi dərsə getsəydim, hamı məndən soruşacaqdı: “Dekan sənə nə dedi? Niyə səni çağırmışdı?” mənsə danışmaq istəmirdim. Ona görə də zəng vurulan kimi otağa çıxıb, çantamı götürüb, evə getdim.

Evdə heç nə etmirdim. Mənə elə də çox pul lazım olmurdu. Təzə paltar almırdım, ərzaq almırdım. Arada bir ac olduğumu hiss edəndə azca bulkudan, peçenyedən mədəmi aldadırdım. Hələki aldığım stipendiya ilə özümü dolandıra bilirdim. Televizoru yandırdım. Pultla kanalları bir-bir çevirdim. Maraqlı bir şey yox idi. Onsuzda gözlərim televizora baxsa da, fikrimdə başqa bir şey vardı: İNTİHAR. Bu gün universitetdə olanlardan sonra bu qərarım lap ciddiləşdi. Çünki bu həyatda qaldıqca, kiməsə zərər yetirə bllərdim. Hər gün psixikamdakı pozğunluq daha da artırdı. Bu gün kimisə döymüşəmsə, deməli sabah da kimisə bıçaqlaya bilərdim. Yox, mən artıq özümə güvənmirəm. Mən hər şey edə bilərəm. Ona görə də tez bir zamanda bu dünyadakı həyatıma son qoymalı idim. Daha artıq heç kimə ziyan verməmək üçün. Televizoru söndürdüm. Yavaş –yavaş intihar planımı həyata keçirmək üçün evə göz gəzdirdim. Evin tavanının ortasından su qızdırıcısının dar, uzun turbası gedirdi. Diqqətlə o turbaya baxdım. Ayağımın altına stul qoyub, əlimlə turbanın möhkəmliyini yoxladım. Bərk idi. Mənim ağırlığıma tab gətirə bilərdi. Onsuzda elə canlı deyildim. Arıq, cılız bir şey idim. Şkafı axtarıb, oradan bir ip tapdım. Ipi turbaya möhkəm bağlayıb, halqa düzəltdim. Başımı halqadan içəri salıb, ölçüsünü müəyyən etdim. Vəssalam. Hər şey hazır idi. Bu dəfə qapı döyülsə belə açmayacaqdım. Stula çıxdım. Əlimlə halqadan bərk-bərk tutdum. Ürəyim yenə bərk-bərk döyünürdü. Deyəsən, qorxurdum. Ama bu dəfə geriyə yol yox idi. Bu dəfə bu alınmalı idi. Içimdəki cəsarəti itirməmək üçün həyatımdakı bütün pis hadisələri- atamın paranoik hərəkətlərini, anamı döyməsini, qorxu ilə açdığım səhərləri, qışqırıqları, iniltiləri,qorxaraq soyuqda həyətdə gizlənərək gecələdiyimiz günləri... Bir sözlə, bütün faciələri gözümün önünə gətirdim. Onları xatırladıqca ölüm qorxusu da azalırdı. Bir də onda ayıldım ki, gözümdən yaş axır.

“Başla,Aytən. Heç nədən qorxma. Bu zibilə qalmış həyata göstər ki, sən aciz

deyilsən. Görəsən boğulmaq necə hissdir? Çox yanarmı canım? Gündə xəbərlərdə eşidirik. Filankəs özünü asdı. Filankəs dənizdə boğuldu. Məgər onlarınkı can deyil, səninki candır? Bu qədərmi şirindir canın sənə? Boğ özünü Aytən. Boğ! Boğ! Boğ!”

Nəhayət cəsarət tapıb başımı halqadan içəri saldım. Geriyə ancaq bir iş qalırdı. Ayağımın altındakı stulu kənara itələmək. Ayağımın birini qaldırdım. Çox həyəcanlı idim. Sən demə, intihar elə də asan iş deyilmiş. Hər gün xəbərlərdə eşitdiyimiz intihar halları asan başa gəlmirmiş. Ama geriyə yol yox idi. Əgər bu gün də özümü öldürməsəydim, özümə olan hörmətim də itəcəkdi. Sağ qalsam belə, öz mənliyimə nifrət edəcəkdim. O biri ayağımı da qaldırırdım. Ta ki...Birdən, televizorun səsini eşitdim. Kimsə danışırdı. Bu ola bilməz! Axı mən televizoru söndürmüşdüm. Dəhşət və qorxu məni bürüdü. Bir andaca bütün bədənimi soyuq tər basdı. Əsən əllərim daha da titrəməyə başladı. Axı televizor öz-özünə yana bilməzdi. Axı evdə məndən başqa heç kim yox idi. Televizordan gələn səs həm məni qorxudur, həm də adaptasiyamı pozurdu. Fikrimi cəmləşdirə bilmirdim. Fikrim televizorun yanında idi. Tərpənmirdim. Daş heykəl kimi yerimdə donub qalmışdım. Əlimi ipdən də çəkmirdim. Qorxurdum ki, əlimi ipdən götürsəm, bir də o ipə sarılmaq üçün cəsarət tapa bilmərəm. Televizorun səsi get –gedə artırdı. Səs son həddinə kimi artmışdı. Elə bərk artmışdı ki, hətta səsini qonşular belə eşidə bilirdi. Televizorda bir qız danışırdı. Onun səsini aydın eşidirdim:

  1   2   3   4   5


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azrefs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə