Kiçik summativ qiymətləndirmə №1




Yüklə 13.33 Kb.
tarix28.02.2016
ölçüsü13.33 Kb.


Kiçik summativ qiymətləndirmə №1

SHK






1. Sonu 3 rəqəmi ilə qurtaran, 957-dən böyük və 986-dan kiçik olan natural ədədləri göstər.

a) 953, 963,973 b) 963, 973, 983

c) 943, 963, 973 d) 953, 963, 983

e) 986, 976, 956

2. A= { 0, 2, 5 } və B={ 1,2,5,7 } çoxluqlarının birləşməsi aşağıdakılardan hansıdı?

a) { 0,1,2,5,7 } b) { 2,5,7 } c) { 2} d) { 0,1,2,3,4,5,6,7} e) { 1,2,3,5,7 }

3. 5-ci sinifdə oxuyan 26 şagirdin 13 nəfəri riyaziyyat, 18 nəfəri isə informatika dərnəyində məşğul olur. Hər iki dərnəkdə məşğul olan şagirdlərin sayını tapın.

a) 13 b) 18 c) 5 d) 10 e) 6

4. 202812, 99537, 837465, 552608, 550907, 678055 natural ədədlərinin azalan sırası hansıdır?

a) 99537,202812,550907, 678055, 837465 b) 837465, 550907, 99537, 202812, 552608

c) 552608, 99537, 550907, 678055, 202812 d) 550907, 99537, 552608, 837465, 202812

e) 678055, 837465, 552608, 678055, 99537

5. 121121007 : 11 bölmə əməlində qalıq neçədir?

a) 6 b) 7 c) 8
6. Hansı bənd 24 : X = 8 tənliyinin həllini düzgün göstərir?
a) X= 24 x8 b) X= 24 : 8 c) X=24-8

7. 190 yüzlükdən 19 təklik çıxsanız, fərq neçə olar?

a) 1881 b) 18981 c) 120000
8. 100 m məsafəni Asif t saniyəyə,Həmid isə Asifdən 5 saniyə tez qaçdı.Hansı dəyişəni ifadə Həmidin qaçış vaxtını düzgün göstərir?

a) t+5 b) 5-t c) t-5

9. 17433:9 qismətini tapın

a) 1937 b) 2043 c) 193814

10. Ülviyənin 24 manat pulu var idi. O, biri 4 manata 4 dənə kitab,biri 3 manata 2 dənə CD aldı.Ülviyyənin nə qədər pulu qaldı?

a) 21 manat b) 2 manat c) pulu qalmadı

11. iyirmi üç milyon altı yüz otuz iki min yüz otuz dörd ədədindən bir vahid böyük olan ədəd hansıdır?

a) 23632134 b) 23632133 c) 23632135

12. Ən böyük üçrəqəmli ədədlə ən böyük dördrəqəmli ədədin cəmi neçədir?

a) 10998 b) 9999 c) 999

13. 456245+728256 cəmini yüzminliklərə qədər yuvarlaqlaşdırdıqda hansı ədəd alınar?

a) 1000000 b) 1100000 c) 1200000

14. ( A x B ) +40 = 80 olduğuna görə A və B dəyişənlərinin qiyməti hansı ədədlər ola bilər?

a) A=8, B=10 b) A=5, B= 8 c) A= 6, B= 7

15. Pərinin və ismayılın birlikdə 36 manat pulu var. Pərinin pulu İsmayılın pulundan 8 manat çox idi.Atası İsmayıla daha 7 manat pul versə,onun nə qədər pulu olar?

a) 14 manat b) 21 manat c) 32 manat




Tərtib etdi: S.Qaziyev 2013


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azrefs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə