Kiçik şəhərlərdə su təchizatı və kanalizasiya layihəsi




Yüklə 16.57 Kb.
tarix22.02.2016
ölçüsü16.57 Kb.
AZƏRBAYCAN RESPUBLİKASI

Kredit müqaviləsi № AZB-P4

“Kiçik şəhərlərdə su təchizatı və kanalizasiya layihəsi”

İxtisas uyğunluğunun qabaqcadan müəyyənləşdirilməsi üçün

DƏVƏT

Bakı şəhəri, 30 may, 2012-ci il №. JICA.AZB P-4.N/C-5




  1. Azərbaycan Respublikası Hökuməti “Kiçik şəhərlərdə su təchizatı və kanalizasiya layihəsi”nin maliyyələşdirilməsi üçün Yaponiya Beynəlxalq Əməkdaşlıq Agentliyindən kredit almışdır (29 may 2009-cu il tarixli, AZB P-4 nömrəli kredit müqaviləsi). Kredit vəsaitlərinin bir hissəsinin bu dəvətin predmeti olan işlərin icrasına xərclənməsi nəzərdə tutulur.




  1. “Azərsu” Açıq Səhmdar Cəmiyyəti (bundan sonra “Sifarişçi”) aşağıda qeyd olunmuş Paket üzrə işləri yerinə yetirməyə iddialı olan podratçıları və yaxud firmaları ixtisas uyğunluğunun qabaqcadan müəyyənləşdirilməsi üzrə müsabiqədə iştirak etməyə dəvət edir:


Paket N5: Qobustan şəhərinin su təchizatı və kanalizasiya şəbəkəsinin yenidənqurulması
Bu paket üzrə yerinə yetiriləcək iş həcmi mal və materialların təchiz edilməsindən, habelə aşağıdakı layihə komponentlərinin tikintisindən ibarətdir:


  1. Qobustanın su təchizatı sistemi

  • Su qəbuledici quyu (dərin quyu, Dia. 200mm x 8 quyu)

  • Nasos stansiyası (4 ədəd), xlorator

  • Su anbarı: üç (3) su anbarı;

  • Paylayıcı şəbəkə (HDPE, Dia. 90-315 mm x 59.7 km)

  • Ev birləşmələri və hidrant

  1. Qobustanın kanalizasiya şəbəkəsi

Kanalizasiya şəbəkəsi və magistral kollektor (HDPE, Dia. 200-600mm, 59.6km)

(3) İnzibati tikili

- İnzibati bina



  • Anbar, qaraj, sex və gözətçi otağı




  1. “Tenderə dəvət”in 2012-ci ilin sentyabr ayında baş tutması gözlənilir.



  1. İddiaçıların ixtisas uyğunluğunun qabaqcadan müəyyənləşdirilməsi üçün Yaponiyanın ODA (İnkişafa Rəsmi Yardım) kreditləri üzrə Satınalma Təlimatları Toplusunda (Oktyabr 1999) əks olunmuş qaydalar tətbiq olunacaqdır. Qeyd olunan təlimatlar toplusu bilavasitə təlimatda müəyyən edilmiş üzv ölkələrə mənsub olan bütün iddiaçılar tərəfindən əldə oluna bilər.




  1. Maraqlanan iddiaçılar şənbə və bazar günləri istisna olmaqla, yerli Azərbaycan vaxtı ilə saat 10:00-dan 17:00-dək aşağıda qeyd olunan ünvandan əlavə məlumat əldə edə və ya həmin ünvana gələrək ixtisas uyğunluğunun qabaqcadan müəyyənləşdirilməsi üzrə sənədləri nəzərdən keçirə bilərlər.




  1. Maraqlanan iddiaçı(lar) aşağıdakı ünvana yazılı müraciət təqdim edərək və aşağıdakı hesab nömrəsinə 150 Manat və ya 200 ABŞ dolları geri qaytarılmayan birbaşa depozit ödəməklə ixtisas uyğunluğunun qabaqcadan müəyyənləşdirilməsi üzrə sənədlərin tam dəstini əldə edə bilərlər.



Benefisiarın Adı:

“AZERSU” ASC

INTP:

9900001751

Benefisiarın Bankı:

Azərbaycan Beynəlxalq Bankı

Milli valyuta ilə hesab nömrəsi:

333020194493087118120

Xarici valyuta ilə hesab nömrəsi:

333120184093087118120

Kod:

805250

SWIFT Kodu:

IBAZAZ2X




  1. İxtisas uyğunluğunun qabaqcadan müəyyənləşdirilməsi üzrə müsabiqədə iştirakla bağlı ərizələr zərfə qoyulmalı, möhürlənməli və zərfin üzərində “Kiçik şəhərlərdə su təchizatı və kanalizasiya layihəsi: Paket N5 üzrə ixtisas uyğunluğunun qabaqcadan müəyyənləşdirilməsi müsabiqəsində iştirak üçün ərizə” yazılmaqla 13 iyul, 2012-ci ilədək aşağıdakı ünvana təqdim olunmalıdır.

AZƏRSU” Açıq Səhmdar Cəmiyyəti



İlqar Tağıyev, Xarici əlaqələr şöbəsinin rəisi

Azərbaycan Respublikası, Bakı şəhəri, AZ1012, Moskva prospekti 67

Tel: +994 12 431 4767 (4492)

Faks: +994 4302911

Elektron ünvanı: i.tagiyev@azersu.az


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azrefs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə