Khazar University




Yüklə 56.53 Kb.
tarix30.04.2016
ölçüsü56.53 Kb.
Khazar University
School of Humanities and Social Sciences

Department of political science and international relations

Subject: Introduction to political science


Topics: Elitalar nəzəriyyələri
Instructor: KƏNAN ALLAHVERDİYEV

Student: Bətiyar Yaqubzadə

BAKI-2007

The Table of Contents



  1. Introduction



  1. Main Party:


1. Elita və siyasi elita anlayışları
2.Elita nəzəriyyələrinin tarixi inkişafı
3.Müasir elita nəzəriyyələri


        1. Conclusion




        1. Used Literature



Introduction
Siyasət insan həyatının bütün sahələrinə təsir edir. Müasir cəmiyyətin təşkili və fəaliyyət mexanizmində olduqca mühüm rol oynayır. Hələ lap qədim dövürlərdən böyük mütəfəkkirlər dərk etməyə başlamışdılar ki,siyasət yalnız ən incə sənət deyil, o habelə sosial varlıq kimi insanın ozünü təsdiqinin mühüm ünsürüdür.Elita anlayışı siyasət elminə 20-ci əsirdə daxil olmasına baxmayaraq siyasət yarandığı gündən, yəni sinifli cəmiyyətin mövcud olduğu dövürdən vardır.Hətta qəbilələr və tayfalar zamanında belə qəbilə camatını idarə edən bir qurup insanlar olmuşdur.Düzdür müasir dövrümüzdə sivilzasyaların inkişafının aparıcı meyllərindən biri demokratiyanın getdikcə mökəmlənməsidir. Amma bu o deməkdir ki, artıq elitalar yoxdur yada yox almaq üzrədir , sadəcə olaraq bəyaqdan üzdə olan, artıq bir qədər uzaqdan, daha doğrusu pərdə arxasıdan idarəyə keçir. Buna misl olaraq özlərini dünyanın ən demokratik ölkəsi kimi təqdim edən ABŞvə Böyük Britanya kimi dövlətlərdə aparılan tədqiqatlar bu dövlətlərdə hakimiyyət elitalar tərəfindən idarə olunur. Məhşur tarixçi və filosof N.A.Berdiyayev çox haqlı olaraq belə yazırdı”Dünya yaranandan bir qayda olaraq həmişə çoxluq deyil, azlıq idarə etmiş və edəcəkdir.Bu, idarə etmənin bütün forma və tiplərinə, monarxiyaya və respublikaya, irtica dövrünə və inqilabi dövürlrə aiddir. Azlığın idarəçiliyindən çıxış yodur. Bir azlıq digər bir azlıqla əvəz edilir. Harda dövlət varsa orda siyasi elita da vardır”.

Müasir siyasət elmində elitaların öyrənilməsinin, onların sturukturlarının, formalaşma mexanizmlərinin və dövriliyiin təhlili böyük əhəmiyyətkəsb edir. Bu problemlə bağlı müxtəlif ölkələrdə aparılan nəzəri, xüsusi ilə də emprik tədqiqatlar tarixi və müasir prosesləri dərindən dərk etmək imkanı verir. Elita anlayışı 20-ci əsrin məhsulu olsada hətta e.ə yaşamış yunan filosofu Platonun dövründə bu yana müxtəlif adlar altında öz aktuallığını heç vat itirməmişdir.Platon da daxil olmaqla bir çox alimlər elitalara aid bir çox əsərlər həsr etmişlər. Məsələn: Paretonun “Elitanın yüksəlişi və süqutu”,Moskanın “Siyasi elmin əsasları” və s.Müasir dövrümüzdədə elitaların öyrənilməsinə ehtiyac var.


Main Party


  1. Elita və siyasi elita anlayışları

Hər bir sinifli cəmiyyət idarə edənlərə və idarə olunanlara bölünür. Idarə edənləri səciyyələndirmək üçün müxtəlif anlayışlardan istifadə edirlər, lakin bunlardan daha çox yayilanı “Elita” anlayışıdır. “Elita” anlyışı latən dilində seçmək mənasını verən “eliqere” ,fransız dilində isə “elite” sözündən olub, Azərbaycan dilinə tərcümədə ən yaxş, seçiliş mənasını verir. 18-ci əsirdən başlayaraq elita sözündənən yüksək keyfiyyətli malları və sosial təbəqənin ən yüksək səviyyəsində dayanan “seçilməş insanları” alandırmaq üçün istifadə olnmağa başladı. Ilk dəfə olaraq Ingiltərədə bu termindən yalnız cəmiyyətin ən yüksək sosial qurupunu adlandırmaq üçün istifadə olunmuşdur. Bütün bunlara baxmayaraq bu termin siyasi elimdə 20-ci əsirdən etibarən geniş yayılmağa başladı.

Politologiyada elitanın iki əsas sistemi müəyyən edilir:



1.Gildiya sistemi

2.Antreprener sistemi

Gildiya sisteminin əsas tərəfləri:

1.Qapalılıq, nisbətən yüksək postlara elitanın özünün aşağı təbəqəsindən seçmə; seçimi təkamül yolu ilə aparmaq;

2. Hər hansı postu tutmaq üçün çoxlu formal tələblər (yaş, cins, partiyaliliq və s.)

3.Çox da böyük olmayan, selentorat (kadr seçimini həyata keçirən adamlar qurupu);

4.Lideri yetişdirmə meyli.

Antreprener sistemin xarakterik cəhətləri:

1. Açıq, müxtəlif sosial quruplardan olan nümayəndələrin elitada yer tutmasına imkan yaratması;

2.İnstutional filtir;

3. Gəniş sahədə selektorat;

4.Seçimdə böyük rəqabət və iddiaçının fərdi keyfiyyətlərinə diqqət;

İdarə edən elita idarəetmə proseslərində bilavasitə və dolayı yolla iştirak edən müxtəlif quruplar aid edilir.İdarə edən elita kifayət qədər mürəkkəb struktura malikdir. Bu sturukturn mühüm ünsürləri aşağıdakılardir.



1. İqtisadi elita (böyük mülkiyətçilər, sənaye kompaniyası,bank,ticarət firmaları)

2. Siyasi elita (mülki və hərbi hökümət orqanlarında yüksək postlar tutan şəxslər)

3. Bürokratik (inzibati) elita

4. İdeoloji elita (elm, mədəniyyət, din, təhsil və kütləvi informasiya vasitələrini aparıcı nümayəndələri)1.

Elmi ədəbiyyatda “siyasi elita” və “idarə edən elita” anlayışları birmənalı qiymətləndirilmir.Elita nəzəriyyəsində “elita” anlayışının tərkib hissəsi olan “siyasi elita” anlayışına xüsusi diqqət yetirilir. Siyasi elita dedikdə, cəmiyyətdə azlıq təşkil edən kifayət qədər müstəqil olan yüksək, nisbətən imtiyazlı qurup(yaxud quruplar) məcmusu yüksək psixoloji, sosial və siyasi keyfiyyətə malik olan, bilavasitə qərarların qəbul edilməsi və həyata keçirilməsində iştirak edən, dovlət hakimiyyəti ilə əlaqəli ola və yaxud ona təsir edən təbəqə başa düşülür.

Müasir dövlətlərin siyasi elitası monarxlarla, prezidentlərlə, vitse prezidentlərlə, baş nazirlərlə, nazirlərlə, qubernatorlarla, ali məhkəmənin uzvləri və s. ilə səciyyələnir. Bu cür insanlar üçün siyasətlə məşğul olmaq və dövlət aparatlarını idarə etmək əsas gəlir mənbəyidir. Politoloq və sosioloqların hesablamalarına görə müxtəlif ölkələrdə siyasi elitanın sayı o qədərdə çox deyil, təxminən 2-4 min nəfər arasındadır. Müəyyən müddətdə onların tərkibi dəyişsədə, strukturu çox cuzi dərəcədə yeniləşməyə məruz qalır2.


1.Temurlu M.Ə “Politologiya”(səh.82.)

2.Rasim Musabəyov “Elitalar və hakimiyyət”(səh.5.)

Siyasi elita mürəkkəb struktura malikdir. Onun başlıca növlərini müəyyənləşdirmək üçün meyar hakimiyyət funksiyalarının həcmidir.Bu meyar əsasında siyasi elitanın aşağıdakı səviyyələri var:ən yüksək səviyyə, orta səviyyə və inzibati səviyyə.

Ən yüksək səviyyə- bunların sayı adətən 100 dən artıq olmur, bəzən lap az olur və ölkədə real hakimiyyəti həyata keçirirlər. Bura aparıcı siyasi rəhbərlər , qanun verici və icra orqanlarında, həmçinin məhkəmələrdə yüksək post tutanlar daxildir.Bunlar prezident və ətrafı, baş nazir, partlament rəhbəri, nazirler, və s.

Orta səviyyə böyük seçkili vəzifələrdə olan şəxslərin təşkil etdiyi siyasi elitadı. Bura deputatlar, icra başçıları, müxtəlif partiya liderləri və s.aiddir.

Və sayca ən çox olan inzibati səviyyə bura isə əsasən nazirlik, məhkəmə və digər dövlət orqanlarında çalışan yüksək rütbəli məmurlar aiddirlər.

Siyasi elita ilə bərabər digər elitalarında xüsusi ilə də intelktual elitanın cəmiyyətdə böyük əhəmiyyəti var. İntelektual elita(o cümlədən ən yüksək) olmazsa, əmiyyətin normal fəaliyyət göstərməsi mümkün olmazdı. Elitanın rolu və əhəmiyyəti ondadır ki, “o, necə yaşamaq, müxtəlif həyat situasiyalarında özünü necə aparmaq,insanların tələbatını nə yolla dərinləşdirmək , yüksəltmək, zənginləşdirmək nümunələrini östərməlidər, yəni mədəniyyət yaratmalidır”(İştivan Bibo)1


2.Elita nəzəriyyələrinin tarixi inkişafı

Hələ qədim dövürlərdən cəmiyyətləri idarə edən müəyyən qurup və ya təbəqlər olmuşdur. Məsələn Qədim şərq ölkələrindəcəmiyyəti şah və onunyaxın ətrafı, Qədim Hindistanda dört təbəqədən ibarət olan kasta quruluşunda cəmiyyətin ən yüksək pilləsində dayanan brahmanlar, yaxudda Qədim Yunanıstanda senatorlar bu qbildəndir. Elitaarın meydana gəlməsi cəmiyyətin sosial strukturu haqqında təsəvvürlərin formalaşmasının birbaşa təsirinin nəticəsi hesab edilə bilər. Tarixin müxtəlif dövürlərində, ayrı ayrı siyasi rejimlər şəraitində cəmiyyətin yaxşılara və pislərə ,aristokratlara və sadə adamlara bölünməsi konkret məzmun və məqsəd daşımışdir. Burada kiçik qurupun çoxluq üzərində ağalığına haqq qazandırmaqdan tutmuş,cəmiyyətin səmərəli idarə edilməsi təminatı kimi böyük amplituda nəzərə çarpır.

Müasir elita nəzəriyyələrinin sələfləri Platon və Karley Nitşse hesab olunur.Eltar dünya görüşü böyük yunan filosofu Platon tərəfindən tam işləyib hazırlanmışdır. Demokratiyanın qatı düşməni olan filosof dölətin idarə olunmasında demosun (xalqın) iştirak etməsinin qəti əleyhinə olmuş,xalqi müdrikliyə düşmən olan kütlə adlandirmışdır. Platon aristokratiyya aid olan insanlara səxavət, mərdlik və ağıl kimi xüsusiyyətlərin xas olduğunu iddia edərək bildirirdi ki, yalniz onlar dövləti idarə edə bilər.

Elita nəzəriyyələrinin formalaşmasında Nitşsenin baxışları guclü təsir etmişdir.Onun siyasi idealı aristokratiyanın güclü hakimiyyətinin olması olmuşdur. Nitşse yazırdı: “həqiqi sağlam aristokratiyanin mahiyyəti ondadı ki, özünü kral hakimiyyətinin və ya cəmiyyətin funksiyası deyil ,əksinə onların “mənası” hiss etsin .müasir lita nəzəriyyələri 19-cu əsrin sonu 20-ci əsrin əvvəllərində burjua demokratiyasının böhranı şəraitində xalq kütlələrinin idarə etmək qabiliyyətinin olmadığı və əvvəlki

1.“Demokratiya: dovlət və cəmiyyət”(səh.184.)

aristokratiya ideyalarının geniş yayılmağa başladığı dövüdə meydana gəlmişdir. Elita nəzəriyyələrini bütov bir sitem halında italyan sosioloq və palitoloqu Vilfired Pareto, Qaetano Moska ,Robert Mixels və ispan politoloqu Xose Orteqa-i-Qassetin əsərlərində görünür. İlk dəfə Q.Moska və V.Pareto birbirindən asılı olmayaraq müstəqil şəkildə elitar cəmiyyət konsepsiyasının əsasını qoymuşlar. Ümumiyyətlə qərb politoloqları arasında “elita” anlayışı birənalı müəyyənləşdirilməyib. Hər politoloq öz bildiyi kimi izzah vermişdir:

İtalyan sosioloqu və iqtisadçısı Vilfired Pareto (1848-1923) belə nəticəyə gəlmişdir ki, bütün dövürlər ərzidə dünyanı seçilmiş adamlar, xüsusi pisixoloji və sosioloji keyfiyyətlərə malik olan azlıq-elita- idarə etmiş və etməlidir. Paretonun əsas tezisi ondan ibarətdir ki, insanlar ağlına, istedadına, əmək sevərliyinə və şöhətpərəstliyinə görə fövqəladə şəkildə bir-birindən fərqlənirlər. Nəticədə başqalarından əhəmiyyətli dərəcədə fərqlənən fərdlərin məcmusu bu və ya digər fəaliyyət sahəsinə yüksək göstəricilərlə təsir edərək elitanı təşkil edirlər. Pareto cəmiyyəti iki hissəyə:elitaya-yəni birbaşa idarə edələrə,yaxud dolayıs ilə (lakin effekli) idarə etmədə iştirak edənlərə və qeyri elitaya,yəni idarə olunanlara, bəzən elita üçün xarakterik olan pisixoloji keyfiyyətlərə malik, lakin özlərinin sosial stukturuna və müxtəlif maneələrə görə rəhbərlik funksiyasına buraxılmayan insanlara bölür. Pareto özünün məhşur “Elitanın yüksəlişi və süqutu” əsərində yazır:Bəşəriyyətin tarixi daim elitanın dəyişməsi tarixidir, bir qismi yüksəlir, digəri isə süquta uğrayır.1

Paretoya örə daim bir birini əvəz edən iki əsas elita tipi mövcuddur. Birinci tip “aslanlardır” onlar üçün ifrat mühafizəkarlıq, idarə etmənin zorakı metodları xarakterikdir. İkinci tip isə “tülkülərdir”-onlar demaqoqiya, yalan, siyasi kombinasiyalar ustasıdırlar. Sabit siyasi sistem “aslanların” üstünlüyü ilə sciyyələnir. Qeyri sabit siyasi sistem praqmatik düşüncəyə malik, enerjili xadimləri, novatorları və kombinatorları tələb edir. “Aslanların”-cəhalətpərəstlər elitasının üstünlük təşkil etdiyi cəmiyyət ölgündür. “Tülkülər” elitasında isə dinamikdir. Elitaların daim bir-birlərini əvəz etməsi hər bir elita tipinin müəyyən üstünlklərə malik olması ilə əlaqədardır. Pareto çox haqlı olaraq qeyd edir ki, inqilab, avamları aldadaaq, xalqın adından danışan maskalanmış potensial elita ilə hakim elita arasındakı mübariədən və birincinin ikincini əvəz etməsindən başqa bir şey deyildir.2 Buna misal olaraq Rusya imperiyasını dağıdan “Oktyabr” inqilabını göstərmək olar.

Politologiyanın yaradıcılarından biri, italyan tədqiqatçısı Haetano Moska (1858-1941) belə yazırdı: “Bütün çox və az sivilzasiyalıcəmiyyətlərdə iki sinif- idarə edən vəidarə olunan siniflər yaranır” İdarə edən həmişə azsayılı olur “siyasi hakimiyyəti inhisara alır”, “inzibati, hərbi, dini, iqtisadi və əxlaqi əhbərliyi həyata keçirir və bu əsasda imtiyazlı sinifə çevrilir,çoxsayılı mənfəətlərdən, maddi və mənəvi xarakterli üstünlüklərdən istifadə edir. O,əhalinin böyük əksəriyyətini təşkil edən “idarə olunan sinif”hesabına yaşayır. Moska elitizm mövqeyindən demkratiyaya düşmən münasibət bəsləmişdir.O, “idarə edən sinif” nəzəriyyəsində inhisarçı

1 M.Ə.Teymurlu “Politologiya”(səh.76)

2. Rasim Musabəyov “Elitalar və hakimiyyət” (səh.4)

burjuaziyanın yüksək əhval ruhiyyəli elita dairəsinin hökümraliğının, islahatlar yolu ilə kapitalizmdə sabitlik yaradılacağını ideallaşdırmışdır. Heç təsadüfi deyil ki, Moskanın başlıca əsəri sayılan “Siyasi elmin əsasları” 1939-cu ildə yenidən çap olunmuş və həmin ildə “İdarə edən sinif” adı altında ingilis dilinə tərcümə olunmuşdur. Bu əsər anqo-saks ölkələrində, xüsusi ilə ABŞda elita nəzəriyyəsinin inkişafına böyük təsir göstərmişdir.

Moskanın ardıcıllarından, elita nəzəriyyələrinə öz böyük töhfələrini verənlərdən biri də Robert Mixelsdir(1876-1936). Elitarizm təliminin inkişafında Mixelsin “oliqarxiya meyllərinin dəmir qaunu” adlandırdığı postulatının böyük rolu olmuşdur. Onun mahiyyəti qısa şəkildə belə ifadə oluna bilər: demokratiya özünü qoruyub saxlamaq və müəyən sabitliyə nail olmaq üçün xüsusi təşkilat yaratmağa möhtacdır, bu isə fəal azlığın- elitanın yaranmasına gətirib çıxarır. Kütlələr böyük təşkilatlar üzərində bilavasitə nəzarəti həyata keçirmək imkanlarına malik olmadığından, bu səlahiyyətinin həyata keçirilməsini elitaya etibar etməyə məcburdur. Beləliklə demokratiya mütləq oliqarxiyaya çevrilir, çünki rəhbərliyin səmərəliliyini artırmaq məqsədilə xüsusi orqanlar yaradan və ixtisaslaşan elita tədricən sadə üzvlərin nəzarətindən çıxır, onların mənafe və təlabatından uzaqlaşır. Mixelsin gəldiyi nəticə bundan ibarətdir ki, nə qədər demokratik olsa da, hər bir təçkilata faktik olaraq oliqarxiya rəhbərlik edir.

Elita nəzəriyyələrinin inkişafında ispan politoloqu Xose Orteqa-i-Qassetin də inkarolunmaz rolu vardır. Onun “Kütlələrin üsyanı” əsərində elitalar haqda geniş söhbət açılır. Bu kitabda elita qısa olaraq belə təsvir edilir: insan cəmiyəti istəsədə, istəməsədə lap əvvəldən aristokratikdir. Hər bir cmiyyət iki amilin –azlığın və kütlələrin dinamik vəhdətidir. Azlığın xüsusi kateqoriyalı şəxsiyyətlər təşkil edir. Kütlə isə orta səviyyəli, başqalarından seçilməyən insanlardan ibarətdir. Ümumiyyətlə götürsək elitanın bütün baniləri elitanı başlıca olaraq siyasət pirizmasından təhlil etmişlər.



3. Müasir elita nəzəriyyələri

Pareto, Moska, Mixels və Orteqa-i-Qassetin elita konsepsiyaları sonralar cəmiyyəti və dövləti idarə edən vəya idarə etmək iddiasında olan xüsusi qurupun nəzəri və emprik tədqiqinin geniş intişar tapmasına güclü təkan vermişdir. Hazırda bu əsasda çoxşaxəli nəzəriyyələr yaranmışdır. Bunlardan başlıcaları aşağıdakılardır:

-demokratik elitizm nəzəriyyəsi, sərvət nəzəriyyəsi, elita pülyüralizmi konsepsiyası(və ya funksional elita nəzəriyyəsi), sol liberal elita konsepsiyası.1

Demokratik elita nəzriyyəsi üçün (R.Dal, S.Lpset) ümumi cəhət bundan ibarətdir ki, seçki kompaniyası dövründə hakimiyyətə rəhbərlik uğrunda rəqabət mübarizəsi demokratik xarakter daşıyır.Söhbət siyasi elitanın əldə etdiyi yeni üsuldan (seçkilərdə xalq tərəfindən müdafiə olunması uğrunda mübarizədən) və elitanın öz siyasi taleyinin siravi vətəndaşlardan asılılığını dərk etməsindən gedir. Demokratik elita nəzəriyyəsində elita liberal demokratik sərvətlərin(azadlığın, bərabərliyin,sosial təminatın və s.) müdafiəçisi kimi nəzərdən keçirilir. Eləcədə iddia olunur ki, elita ağalıq etmir, kütlələrin razılığı əsasında azad seçkilər vasitəsi ilə onlara rəhbərliyi həyata keçirir.Aydındır ki, xalqın idarə etmədə iştirakı və hökümət üzrində nəzarəti heç də həmişə fəal xarakter daşımır, buna görə siyasi və bürokratik

1.Məcid Əfəndiyev “Siyasi və hüquqi təlimlər tarixi”(səh.561)

elita öz istəkləri üzrə hərəkət etmək üçün hədsiz geniş imkanlar qazanır. Onların əməllri üzərində xalq tərəfindən artıq deyildiyi kimi məhdud olmasına baxmayaraq, “demokratik” ölkələrdə siyasi elitalar heç kəsə tabe olmayan despotlara çevrilmirlər. Mütəmadi keçirilən seçkilər onları ictimai rəylə hesablaşmağa məcbur edir. Siyasi və bürokratik elitaların öz əyləncə və balanslar sistemi vardır. Seçilmiş nümayəndələr öz aralarında siyasi alverdə iştirak edə-edə seçicilərin baxış və istəklərini hökümət qərarlarına çevirirlər. “Demokratik” olkələrdə siyasi və bürokratik elita böyük qüvvəyə malikdir, onlar adi vətandaşlardan müqayisə olunmaz dərəcədə qüdrətlidir, lakin onları despotluqda ittiham etmək düzgün olmazdı.1

Sərvət nəzriyyəsnə görə(V.Ropke) elita cəmiyyəti idarə etmək üçün yüksək qabiliyyətə malik olan təbəqədir. Yüksək təbəqə olmaq etibarı ilə elitanın vəziyyətinə haqq qazandırılıb, istər istəməz bütovlükdə cəmiyyətin mənafeyinə cavab verir. Elita cəmiyyəti idarə etmək üçün xeyli dərəcədə yüksək keyfiyyətlərə malik şəxslərin seçilməsinin məhsuludur. Elitanin formalaşması demokratiyanın prinsiplərinə zidd deyildir.

Elita pülyüralizmi konsepsiyasına görə (Keller, O.Ştammler, D.Rismen) cəmiyyətdə çoxlu elita mövcuddur. Elitaya daxil olan heç bir qrup yni vaxtda cmiyyətin bütün sahələrinə həlledici təsir etmək qabiliyyətinə malik deyildir. Demokratiya şəraitində hakimiyyət elitanın müxtəlif qurupları arasında bölüşdürülür. Bu qurular öz mənafeyini müdafiə etməklə qərarların qəbul olunmasına təsir göstərir. Elitanın kütlələrə təsiri seçkilər, referendum, sorğu, mətbuat, təzyiq qurupları vasitəsilə həyata keçiilir. Elitalar arasındakı rəqabət bütöv elitar qurupların formalaşmasının qarşısını alır və kütlələr tərfindən nəzartin həyata keçirilməsinə imkan yaradır. Elitaya yalnız böyük sərvət sahibləri deyil, eləcədə şəxsi qabiliyyətə, biliklərə malik olanla mənsub ola bilir.

Sol-liberal elita konsepsiyasının tərəfdarları isə (R.Mills) pülyüralist elitizmin əksinə olaraq iddia edirlər ki, cəiyyət yalnız vahid ağalıq edən elita tərəfindən idarə edilir. Bu konsepsiyyanın əsas müddəaları aşağıdakılardır:

Real həyatda elita hakimiyyətin ən yüksək səviyyəsində durur və kütlələrin siyasətdə iştirakına imkan vermir. Belə halda demokratik təsisatlar əhəmiyyət kəsb etmir.

Ağalıq edən elita dövlətdə ən başlıca vəzifələrə sahib olur və bu əsasda özünə hakimiyyəti, var dövləti və şöhrəti təmin edir.

Elita ilə kütlələr arasındakı fərqlər o dərəcədə böyükdür ki, bunları praktiki olaraq aradan qaldırmaq mümkün deyil.

Ümumiyyətlə, elia nəzəriyyələri mahiyyət etibarı ilə müasir burjua cəmiyyətinin, kapitalizmin mudafiəsinə istiqamətlənmişdir.


1.Robert Dahl “Demokratiya haqqında”(səh.135)


Conclusion

Mən elita nəzəriyyələrini tədqiq edərkən elita nəzəriyyələrinin dövrə uyğun dəyişdiyini gördüm. Və mən bir daha əmin oldum ki, demokratiya yəni xalqın hakimiyyəti heç vaxt olmayıb bu yalnızca kütlənin gözündən pərdə asmaq üçün istifadə edilən bir oyuncaqdır. Hətta kütlənin üsyanı belə yalnızca yeni elitanın kohnəni əvəz etmək üçün kütlənin gücündən istifadə etməsidir.Məncə cəmiyyət heç vaxt elitasız yaşaya bilməz çünki, elitaya idarə etməsi üçün yol verən elə o özüdür.Cəmiyyət elitasız ancaq o zaman idarə edə bilər ki o elita qədər yaxşı təşkil olunar və onun qədər böyük savada sahib olar, amma bunlar xəyalda ötəyə keçməyəcək şeylərdir. Bir şeyidə qeyd edimki bir az düşünsək özümüz də görərik ki, əsl xalq hakimiyyəti qeyri mümkündür.Məsələn təsəvvür edək ki, Azərbaycanda xalq hakimiyyəti mövcuddur və müəyyən bir qərar qəbul etmək lazımdır, indi bəs bu 8mln. əhali necə qərar qəbul edəcək, hansı müddətə qəbul edəcək, acəba qəbul edəcəyi nə qədər doğru olacaq və s. bu kimi böyük problemlər.Mən əlbəttə elitanın qeyri məhdud hakimiyyətinin də tərəfdarı deyiləm. Mən elitanın milli ənənələrə söykənən və milli dövlətçiliyə arxalanarsa millt və dovlət bundan xeyir tapar. Əlbəttə elitanın bütövlükdə fədakar və xalqa təmənnasız xidmət göstərəcəyini düşnmək sadəlövlük olardı, hələ bizim kimi balaca dövlətlərin elitasını böyük dövlətlərin elitası tərəfindən idarə olunduğu bir dövürdə(nəysə bunlar dərin mövzulardı bura çox girmiyək) .Bir sözlə elitayla, yəni idarə edənlə idarə olunan arasında balanlaşdırılmış sistem hamısından yaxşıdı....?!



Used Literature


  1. Rasim Musabəyov “Elitalar və hakimiyyət”/ Bakı 1998/ 24səh.




  1. Robert Dahl “Demokratiya haqqında” / Bakı 2004/248 səh.




  1. Demokratiya –dövlət və cəmiyyət” /Bakı 1999/278səh.




  1. Temurlu M.Ə. “Politologiya”/Bakı 2005/267səh.




  1. Məcid Əfəndiyev “Siyasi və hüquqi təlimlər tarixi”/Bakı 2002/603səh.


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azrefs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə