Kənd və rayon yerlərində yaşayan qadınların iqtisadi və sosial həyatda iştirakının təşviqatı: texniki yardım




Yüklə 245.83 Kb.
səhifə1/3
tarix27.02.2016
ölçüsü245.83 Kb.
  1   2   3
Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramı

Ölkə: Azərbaycan

Layihə Sənədi
Layihənin adı: “Kənd və rayon yerlərində yaşayan qadınların iqtisadi və sosial həyatda iştirakının təşviqatı: texniki yardım”
UNDAF Nəticəsi (Nəticələri): 2011-2015-ci illər üçün UNDAF-ın 1.2-ci Nəticəsi: Zəif qrupların riskləri idarə etmək və yüngülləşdirmək bacarığının artırılmasına diqqət yetirilməklə, layiqli iş imkanlarını genişləndirmək, regional və gender fərqlərini aradan qaldırmaq üçün milli strategiya, siyasət və potensialın gücləndirilməsi.
Ölkə üzrə Proqramın gözlənilən Nəticəsi (Nəticələri): 2011-2015-ci illər üçün Ölkə üzrə Proqramın 1.2-ci Nəticəsi “Zəif qrupların riskləri idarə etmək və yüngülləşdirmək bacarığının artırılmasına diqqət yetirilməklə, məşğulluq imkanlarını artırmaq regional və gender fərqlərini aradan qaldırmaq üçün milli strategiyaların, siyasət və potensialın gücləndirilməsi.”
Gözlənilən Nailiyyət / Məhsul (Nailiyyətlər / Məhsullar): İqtisadi və sosial həyatda aktiv iştirak etmək üçün qadınların və qızların potensialının artırılması (sınaq ərazidə).
İcraçı qurum: Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi

(AQUPDK)
İcraçı tərəfdaş: Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramı (BMTİP)


frame3
Tələb olunan vəsaitin cəmi məbləği: 158,500 ABŞ dollar
Ayrılan vəsaitin ümumi məbləği: 158,500 ABŞ dolları

  • BMTIP 158,500 ABŞ dollar

  • Maliyyələşdirilməmiş büdcə: 0




  • Natural şəkildə 30,000 ABŞ dolları



Proqramın müddəti: 2011-2015-ci illər

Əsas Nəticələr Sahəsi (Strateji Plan): Qadinlanlarin ve qizlarin selahiyyetlendirilmesine yonelen siyaset hayata kechirilmish, bu sahede fealiyyet gosteren orqanlar ve mexanizmler guclendirilmishdir



Layihənin adı: Kənd və rayon yerlərində yaşayan qadınların iqtisadi və sosial həyatda iştirakının təşviqatı: texniki yardım

Atlas kodu: 00061827

Başlanma tarixi: 1 iyul 2013-ci il

Başa çatma tarixi: 31 dekabr 2014-cü il

PAC Toplantısının tarixi: 18.06.2013

İdarəetmə strukturu: MİC-in dəstək xidmətləri ilə





Hökumət ilə razılaşdırılıb:

H. Hüseynova

Ailə, Qadın və Uşaq Problemləri

üzrə Dövlət Komitəsinin sədri Tarix:



BMTİP ilə razılaşdırılıb:

Antonius Bruk

BMTİP-in Rezident Nümayəndəsi Tarix:

I. Vəziyyətin təhlili
Kənd yerlərində yaşayan qadınların iqtisadi sahədə səlahiyyətlərinin genişləndirilməsi və sosial həyatda iştirakı yoxsulluq, aclıq və ərzaq çatışmazlığı hallarını aradan qaldırmaq və davamlı inkişafa nail olmaq üçün göstərilən qlobal səviyyəli cəhdlərdə mühüm rol oynayır. Qadınlar, dünyada kənd təsərrüfatındakı işçi qüvvəsinin böyük bir hissəsini (43 faiz) təşkil edir. Dünya ərzaq istehsalının yarısı qadınların üzərinə düşür və əksər inkişaf etməkdə olan ölkələrdə onlar ərzağın 60 və 80 faizini istehsal edirlər.

Kənd qadınlarının iqtisadi sahədə səlahiyyətlərinin genişləndirilməsi icmanın fəaliyyətində və yerli idarəetmədə qadınlarının rolunun artması ilə sıx bağlıdır. Yerli idarəetmədə kənd qadınlarının maraqları yer almadığı halda, o, kənd yerlərinin inkişafı ilə bağlı məsələlərin lazımi şəkildə həllini təmin edə və kənd yerlərində iqtisadi və sosial artım üçün əlverişli mühitin yaradılmasına kömək edə bilməz. İqtisadi baxımdan səlahiyyətləndirilmiş kənd qadınları icmaların qərar qəbul etmə prosesində iştirak etmək üçün daha yaxşı mövqedə olur və yerli qadın sahibkarların maraqlarını daha yaxşı müdafiə etmək iqtidarında olurlar. Eyni zamanda, yerli idarəetmədə və icma təşkilatlarında aktiv iştirak edən kənd qadınları iqtisadi və sosial həyatda qadınların üzləşdikləri çətinliklərə dair daha dərin bilikləri önə çəkirlər.


Azərbaycan
Qadınlar Azərbaycan əhalisinin 50.7 faizini təşkil edirlər. Kənd əhalisi arasında qadınların kişilərə nisbəti 102.4-dür1. Azərbaycanda qadınlar orta hesabla 76.2 il, kişilərdən 5 il çox yaşayırlar. Kənd əhalisi arasında nəsilartırma səviyyəsi hər qadına 2.5 uşaq təşkil edir. Azərbaycan qadınları yüksək təhsil səviyyəsinə (99.5 faiz) malik olsalar da, kütləvi informasiya vasitələri, hökumət, Birləşmiş Millətlər Təşkilatının agentlikləri və QHT-lər son illərdə qızlar arasında erkən yaşlarda təhsili buraxma ənənəsinin mövcud olduğunu müəyyən etmişlər. 2011-ci ildə Azərbaycanda qadınlar iqtisadi cəhətdən aktiv əhalinin 49.2 faizini təşkil etmişlər. Qadınların əmək bazarında iştirakı məşğulluqla bağlı gender zəminində iki növ ayrı-seçkiliklə səciyyələnir: üfüqi və şaquli
Qadınlara qarşı Ayrı-seçkiliyin Ləğvi üzrə Komitə, özünün 2009-ci ildə buraxılan yekun müşahidələrində, Azərbaycanı, “qadınların tabeçiliyinə və hər iki cins üçün səciyyəvi stereotiplərin artmasına gətirib çıxaran geniş yayılmış müəyyən münasibətlərdə dəyişiklik etməyə, xüsusilə də kənd yerlərində səyləri intensivləşdirməyə” səsləmişdir.2 Yekun müşahidələrdə “eyni zamanda məlumatlandırma və maarifləndirmə kampaniyalarının icma rəhbərlərinə, valideynlərə, vəzifəli şəxslərə və gənc qızlara və oğlanlara da yönəldilməsi” tövsiyə olunur.3
Azərbaycan, qadınların iqtisadi hüquqlarının qorunması üzrə lazımi qanunvericilik bazasına malikdir. Azərbaycan Respublikasının Konstitusiyası həyatın bütün sahələrində öz vətəndaşlarının gender bərabərliyinə zəmanət verir və bütün növ ayrı-seçkilikləri4 qadağan edir. Milli qanunvericilikdə iqtisadi fəaliyyətin bütün növlər ilə məşğul olmaq, varis olmaq, bank kreditləri almaq və ölkə daxilində və ondan kənara səyahət etmək üçün kişi və qadınların bərabər hüquqları nəzərdə tutulur. Azərbaycan 1991-ci ildə suveren müstəqil dövlət statusu əldə edəndən bəri, ölkə insan hüquqlarına dair əsas beynəlxalq sazişləri, həmçinin qadınların hüquqlarının qorunmasına dair konvensiyaları, o cümlədən 1995-ci ildə Qadınlara qarşı ayrı-seçkiliyin bütün növlərinin ləğvinə dair Konvensiyanı ratifikasiya etmişdir.
Bəzi digər ölkələrdən fərqli olaraq, Azərbaycanda ölkənin kənd yerlərində qadınların iqtisadi və vətəndaş həyatında zəif iştirakının səbəbi gender baxımından məhdud qanunvericilik və ya dövlət siyasəti deyildir. 2011-ci ildə Azərbaycanda Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramı tərəfindən qadınların iqtisadi həyatda iştirakı ilə bağlı ehtiyaclarının və maraqlarının dəyərləndirilməsi onu göstərmişdir ki, sınaq ərazidə (Sabirabad rayonu) kənd qadınlarının iqtisadi və icma həyatında iştirak zamanı üzləşdikləri gender xarakterli maneələr bir sıra amillərdən, o cümlədən aşağıdakılardan irəli gəlir:


  • məhdud sosial-iqtisadi təcrübələr və gender zəminində ayrı-seçkilik; (ailə və icmada qərarların qəbul edilməsində qadınların və qızların təcrid olunması, məişət zorakılığı və zorakılıqla müşayiət olunan nəzarət, gender stereotipləri, ailədəki vəzifələrin və öhdəliklərin gender zəminində sərt şəkildə bölüşdürülməsi, erkən nigah və təhsili buraxma halları)

  • yerli qadın fermerlər və maliyyə təşkilatları arasında zəif əlaqələr və kənddə qadın sahibkarlara yönələn gender məsələlərinə həssaslıqla yanaşılan maliyyə xidmətlərinin olmaması;

  • sınaq ərazidə qadınlar və qızlar üçün şəbəkə yaratma və potensialı inkişaf etdirmə imkanlarının olmaması.

Dəyərləndirmə onu göstərmişdir ki, iqtisadi fəaliyyətdə və icma həyatında iştirak zamanı gender bərabərsizlikləri sınaq ərazidə iqtisadi artım və icmanın inkişafı üçün imkanların itirilməsi ilə nəticələnir.



II. Strategiya
Layihə Azərbaycan üçün Birləşmiş Millətlər Təşkilatının İnkişafa Yardım üzrə Çərçivə Sənədində (UNDAF) qeyd olunan məqsədlərə çatmağa kömək edir və o, 2011 – 2015-ci illərdə Azərbaycan üzrə BMTİP-nin Ölkə Proqramı çərçivəsində həyata keçiriləcəkdir. Layihə 2011-2015-ci illər üçün Ölkə üzrə Proqramın 1.2-ci Nəticəsinə aiddir “Zəif qrupların riskləri idarə etmək və yüngülləşdirmək bacarığının artırılmasına diqqət yetirilməklə, məşğulluq imkanlarının regional və gender fərqlərini aradan qaldırmaq üçün milli strategiya, siyasət və potensialın gücləndirilməsi.”
Layihə, qadınların və qızların iqtisadi hüquqlarını və imkanlarını və qadınların sahibkarlıq fəaliyyətinə yatırımları təşviq edən 2008-2013-cü illər üçün BMTİP-nin Gender Bərabərliyi üzrə Strategiyasında qeyd olunan əsas prioritetlərə uyğunlaşdırılmışdır5.
Layihə, Azərbaycan Respublikasının “qadınlar arasında sahibkarlığı və özü-özünə məşğulluğu və onların biliklərinin təkmilləşdirilməsini” və Yoxsulluğun Azaldılması və Davamlı İnkişaf üzrə Dövlət Proqramında (2008 – 2015-ci illər) və 2006 – 2015-ci illər üçün Azərbaycan Respublikasının Milli Məşğulluq Strategiyasında qeyd olunan zəif qrupların (gənc qadınlar, tənha analar, əlil qadınlar) iqtisadi durumunun gücləndirilməsini təşviq etməyə yönələn strategiyaya uyğun hazırlanmışdır. Layihə, Azərbaycan hökumətinə və xüsusən də, AQUPDK-yə, Minillik İnkişaf Məqsədləri (1 və 3-cü Məqsədlər) və Pekin Bəyannaməsi və Fəaliyyət Platforması ilə bağlı Azərbaycanın öz üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməkdə, habelə ölkənin Qadınlara qarşı ayrı-seçkiliyin bütün formalarının ləğvinə dair Konvensiya üzrə Komitənin tövsiyələrinə riayət etmək öhdəliyinə dəstək göstərir.
Bu Layihə, Kənd qadınlarının sosial və iqtisadi həyatda iştirakının təşviqi Layihəsi (iyun 2011-ci il – -ci il) üçün İlkin Plan (başlanğıc mərhələsi) çərçivəsində aparılan tədqiqat, əlaqələrin qurulması və resursları inkişaf etdirmə tədbirlərini əhatə edir. İlkin Planın bir hissəsi kimi, Azərbaycanda qadınların iqtisadi həyatda iştirakı ilə bağlı ehtiyaclarının və maraqlarının dəyərləndirilməsi sınaq ərazidə (Sabirabad rayonu) kənd və qəsəbələrdə / rayon yerlərində yaşayan qadınların yaşayış şəraitinə, problemlərinə və arzularına dair mühüm təsəvvürlər yaratmışdır. Təhsil və maarifləndirmə materiallarında Azərbaycanda qadınların iqtisadi hüquqlarına və kənd qadınlarının iqtisadi və sosial durumunun inkişaf etdirilməsi üzrə ən qabaqcıl təcrübələrə dair informasiya təqdim olunmuşdur. Bu materiallarda Azərbaycanda kənd qadınlarının real hadisələri, onların maraqları, şəxsi səyləri və uğurlarına dair məlumatlar toplanmışdır. İlkin Plan çərçivəsində aparılan toplantılar və seminarlar zəif qrupları müəyyənləşdirməyə və əsas maraqlı tərəflərlə (yerli qadın sahibkarlar, biznes fəaliyyətinə başlamaq istəyən gənc kənd qadınları, yerli hökumət və QHT-lər) lazımi əlaqə kanallarının yaradılmasına kömək etmişdir. İlkin Planın bir hissəsi kimi, AQUPDK və BMTİP, Dövlət Komitəsinin heyəti üçün, genderlə bağlı siyasətin inkişaf etdirilməsi, beləliklə də, ölkə boyu qadınların zəif qruplarını hədəf seçməklə qurumun siyasət və proqramlar hazırlamaq potensialının gücləndirilməsi üzrə təlim keçirmişlər.
Layihənin məqsədi və vəzifələri
Ümumi məqsəd:

Kənd qadınlarının işgüzar və sosial fəaliyyəti üçün əlverişli mühitin yaradılmasına dəstək göstərmək.


Konkret vəzifələr:


  • Öz işgüzar fəaliyyət səviyyəsini artırmaq istəyində olan kənd qadınlarına, potensialı inkişaf etdirmə və şəbəkə yaratma yolu ilə, dəstək göstərmə.

  • İcma qərarlarının qəbul edilməsində, potensialı inkişaf etdirmə və şəbəkə yaratma yolu ilə, kənd qadınlarının rolunun gücləndirilməsi.

  • Özəl sekrotda (banklar, qeyri-bank kredit bölmələri və özəl şirkətlər) kənd ərazilərində genderlə bağlı qadınların ehtiyaclarına və maraqlarına həssaslıqla yanaşmanı aşılama.

  • Təbliğat, siyasətin inkişaf etdirilməsi və proqramların həyata keçirilməsi yolu ilə kənd qadınlarının ehtiyaclarını təmin etmək üçün Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin potensialının inkişaf etdirilməsi.

Layihənin uğurla həyata keçirilməsində 1) qeyri-formal maraq qrupları (sınaq ərazi(lər)də kənd qadınları), yerli səviyyədə təmsil olunan özəl sektor iştirakçıları (banklar, qeyri-bank kredit təşkilatları) və siyasətin inkişaf etdirilməsinə və həyata keçirilməsinə görə cavabdeh olan müvafiq dövlət qurumları (sınaq ərazi(lər)də AQUPDK-nin Regional Mərkəzi / AQUPDK-nin mərkəzi idarəsi) arasında əlaqələrin qurulması; 2) layihə tamamlandıqdan sonra Qadın Resurs Mərkəzinin (QRM) bazasında təlimlərin keçirilməsi üçün aktiv qadın təlimatçıların cəlb edilməsi; və 3) QRM-in potensialının inkişaf etdirilməsi sayəsində Sabirabad rayonunda QRM-in davamlılığının təmin edilməsi nəzərdə tutulur. Bu strategiya, QRM-ə, layihə boyu təqdim olunan təlim proqramlarının həyata keçirilməsini davam etdirmək imkanını verəcəkdir.


Layihədə, diqqət, İlkin Plan çərçivəsində araşdırılan sınaq ərazi qismində Sabirabad rayonuna yönələcəkdir və fəaliyyətin ölkənin digər ərazilərinə doğru genişləndirilməsi üçün məlumat və tövsiyələr veriləcəkdir.
Layihə 5 komponentdən ibarətdir:
1-ci Komponent. Kənd qadınlarının işgüzar fəaliyyətinə dəstək göstərmə: potensialın inkişaf etdirilməsi və şəbəkə yaratma.
2-ci Komponent. İcmanın fəaliyyətində və qərarların qəbul edilməsində kənd qadınlarının iştirakını gücləndirmə: maarifləndirmə, potensialın inkişaf etdirilməsi və şəbəkə yaratma.
3-cü Komponent. Özəl sektorun (banklar, qeyri-bank kredit institutları və özəl şirkətlər) kənd ərazilərində qadınların genderlə bağlı ehtiyaclarına və maraqlarına həssaslığı artırma.
4-cü Komponent. Kənd qadınlarının işgüzar imkanlarının artırılması və icma həyatında fəal iştirak etmələrinə dair siyasət və proqramların işlənib hazırlanmasına dəstək göstərmə.
5-ci Komponent. İqtisadi, sosial və mədəni baxımdan regional fərqləri nəzərə alınmaqla, sınaq ərazidə inkişaf etdirilən müsbət təcrübəni ölkənin daha bir ərazisində təkrarlama imkanlarının araşdırılması.
III. Gözlənilən Nailiyyət (Məhsul)
Öz ümumi məqsədinə və konkret vəzifələrinə uyğun olaraq, Layihə, komponentlər üzrə aşağıdakı yekun nəticələrə nail olacaqdır.
1-ci Komponent. Kənd qadınlarının işgüzar durumuna dəstək göstərmə: potensialın inkişaf etdirilməsi və şəbəkə yaratma.
Komponentin məqsədi kənd qadınlarının işgüzar imkanlarının artırılması sahəsində bilik, tədris etmə vərdişlərini yayımlayan və informasiya mübadiləsinə kömək edən mexanizm yaratmaqdır. Komponent, həmçinin, ölkə boyu kənd və rayon qəsəbələrində yaşayan iqtisadi baxımdan aktiv qadınlar arasında şəbəkənin yaradılmasına dəstək göstərmək məqsədini daşıyır. Layihə, bu mexanizmi, kənd qadınlarının işgüzar və sosial imkanlarının artırılmasına yönələn regional Qadın Resurs Mərkəzi (QRM) kimi nəzərdə tutur. Mərkəz AQUPDK-nin regional bölməsinin bir hissəsi kimi fəaliyyət göstərəcək və iqtisadi və sosial həyatda iştirakla bağlı kənd qadınlarının ehtiyaclarını və maraqlarını təmin etmə istiqamətində AQUPDK-nin səylərini gücləndirəcəkdir. Komponent benefisiarların (faydalanan şəxslərin) üç hədəf qrupunu əhatə edir: gələcək və ya indiki sahibkarlar və hökumətin vəzifəli şəxsləri.
Fəaliyyət 1.1 Qadınların iqtisadi hüquqlarına, sosial müdafiəsinə, məşğulluğuna və kredit imkanlarına dair informasiyaya daha yaxşı çıxış imkanını təmin etmək üçün yeni yaradılan Qadın Resurs Mərkəzinin potensialının inkişaf etdirilməsi;
Fəaliyyət 1.2 Yerli əmək bazarında regionun aktiv qadınları tərəfindən doldurula bilən boşluqları və tələbatı müəyyən etməklə, QRM-nin fəal üzvlərinin dəstəyi əsasında məşğulluq imkanlarının dəyərləndirilməsini aparma;
Fəaliyyət 1.3 QRM-də, əmək bazarının tələbinə əsasən uyğun ola bilən təlim seminarları / kursları keçirmə (məsələn, tərcümeyi-hal yazma, kompüter kursları, mühasibatlıq və digər);
Fəaliyyət 1.4 İşgüzar imkanların artırılmasının faydaları, qadınlara qarşı zorakılığın kənd qadınlarının iqtisadi və sosial həyatda iştirakına neqativ təsiri və qadınların iqtisadi həyatda iştirakı üçün yeni yollara dair müvafiq təşviqat materiallarının hazırlanması və yayımlanması vasitəsilə, kənd qadınları və qızları arasında, yerli qadın sahibkarların və uğur qazanmış peşəkar qadınların müsbət təcrübələrinə dair məlumatları artırma.
Fəaliyyət 1.5 Layihənin İlkin Plan mərhələsində aparılan “Öz biznesinə başla və onu inkişaf etdir” təlim proqramını bitirmiş qadınların 4 qrupu arasında ən yaxşı mikro layihə biznes təklifi üzrə müsabiqə elan etməklə kənd qadınlarının işgüzar fəaliyyətlərinə dəstək göstərmə. Ən yaxşı təkliflərə natural yardım (məsələn, avadanlıq, xam materiallar və s.) vasitəsilə dəstək göstəriləcəkdir.
2-ci Komponent. İcmanın fəaliyyətində və qərarların qəbul edilməsində kənd qadınlarının iştirakını gücləndirmə: maarifləndirmə, potensialın inkişaf etdirilməsi və şəbəkə yaratma; məlumatlılığı artırma, potensialı inkişaf etdirmə və şəbəkə yaratma. Komponentin məqsədi sınaq ərazidə qadınların icma həyatında aktiv iştirakının faydalarına dair əhalini maarifləndirmək, icma həyatında və qərarların qəbul olunmasında aktiv iştirak etmək üçün kənd qadınlarının potensialını inkişaf etdirmək və sosial baxımdan aktiv qadınlar arasında şəbəkənin yaradılmasına dəstək göstərməkdən ibarətdir.
Fəaliyyət 2.1 Kənd ərazilərində qadınların sosial həyatda iştirakının gücləndirilməsi üzrə təlim kurslarının hazırlanması və keçirilməsi və İlkin Planın bir mərhələsi kimi hazırlanan təşviqat materiallarını yayımlamaqla qadınların icmanın iştirakına köməyi və qadınların sosial həyatda aktiv iştirakı ilə bağlı Azərbaycan ənənəsinə dair kənd qadınları və qızlar arasında məlumatlılığın artırılması.
Fəaliyyət 2.2 Maraq göstərən qadınlara QHT-lərin təsis edilməsi və idarə olunmasının əsaslarına dair təlim keçmə.
3-cü Komponent. Özəl sektorun (banklar, qeyri-bank kredit institutları və özəl şirkətlər) kənd ərazilərində qadınların genderlə bağlı ehtiyac və maraqlarını nəzərə alaraq həssaslığı artırma.
Komponentin məqsədi, maliyyə sektorunun iştirakçıları tərəfindən göstərilən xidmətlərin kənd ərazilərində gələcək və indiki qadın sahibkarların genderlə bağlı ehtiyaclarına və maraqlarına qarşı həssaslaşdırılmasında onlara yardım göstərməkdən ibarətdir. Bu Komponentin hədəf qrupuna həm yerli, həm də mərkəzi səviyyədə aktiv banklar, qeyri-bank kredit institutları və özəl şirkətlər aiddir.
Fəaliyyət 3.1 Gender məsələlərinə həssaslıqla yanaşılan xidmətlərin göstərilməsinə və bu cür məşğulluq strategiyalarının faydalarına dair həm yerli, həm də mərkəzi səviyyədə aktiv banklar, qeyri-bank kredit institutları və özəl şirkətlərin heyət üzvləri üçün təlim seminarlarının hazırlanması və keçirilməsi.
Fəaliyyət 3.2 Xüsusən də iş axtaran kənd qadınlarını hədəf seçməklə, yerli hökumətlə birgə əmək yarmarkasının təşkil olunması.

4-cü Komponent. Kənd qadınlarının iqtisadi məşğulluğu və icma həyatında aktiv iştirak etmələri üzrə siyasət və proqramların hazırlanmasına dəstək göstərmə.
Komponentin məqsədi iqtisadi iştirakçıya və icma liderlərinə çevrilmək istəyində olan kənd qadınlarının ehtiyaclarını və maraqlarını təmin edən siyasətin və proqramların işlənib hazırlanmasında AQUPDK və QRM-nin heyətinə dəstək göstərməkdən ibarətdir. Bu dəstək tədbirlərinə ümumən kənd qadınlarını, habelə ayrı-ayrı zəif qrupları (gənc qadınlar, qaçqınlar, tənha analar və əlil qadınlar) hədəf seçən geniş və səmərəli siyasət və proqramların işlənib hazırlanması üçün zəruri vərdişlərin inkişaf etdirilməsi və biliklərin ötürülməsi aiddir.
Fəaliyyət 4.1 AQUPDK-nin heyəti üçün “Kənd qadınlarının iqtisadi sahədə səlahiyyətlərinin genişləndirilməsi və icma həyatında aktiv iştirak etmələri üzrə siyasət və proqramların hazırlanmasına” dair təlimin təşkili və keçirilməsi. Təlimdə AQUPDK və QRM-in regional heyətinin iştirakının təmin edilməsi.
Fəaliyyət 4.2 İcmanın inkişafı və iqtisadi həyatda iştirak etmədə gender bərabərliyini təşviq etmək məqsədilə kənd qadınları ilə iş aparan AQUPDK-nin heyəti üçün tədris materiallarının hazırlanması.
5-ci Komponent. İqtisadi, sosial və mədəni baxımdan regional fərqləri nəzərə almaqla, layihənin 1-ci mərhələsində həyata keçirilən fəaliyyətləri təkrarlamaq üçün Azərbaycanın digər bir regionunun müəyyənləşdirilməsi.
Komponentin məqsədi Layihənin əhatə dairəsinin Azərbaycanın digər bir regionuna doğru genişləndirilməsi üçün əsasın qoyulmasıdır. Komponentdə ölkənin daha bir regionunda iqtisadi və sosial həyatda iştirak sahəsində kənd qadınlarının ehtiyaclarına və maraqlarına dair məlumatların toplanması və təhlili nəzərdə tutulur. Araşdırma, ərazidə tətbiq edilən müsbət təcrübələri, mühüm regional fərqləri əks etdirmək və ən səmərəli şəkildə yerli konteksti nəzərə almaq üçün uyğunlaşdırmanı təmin edəcəkdir. Komponent, milli hökumət, ekspertlər və vətəndaş cəmiyyətinin iştirakçıları tərəfindən təbliğat, araşdırma və proqramların hazırlanmasında istifadə oluna bilən Azərbaycanda kənd qadınlarının iqtisadi və sosial həyatda iştirakına dair məlumatların toplanmasına lazımi kömək göstərəcəkdir.
Fəaliyyət 5.1 Layihənin 1-ci mərhələsində həyata keçirilən fəaliyyətləri təkrarlamaq üçün AQUPDK ilə birgə Azərbaycanın digər bir regionunu müəyyənləşdirmə və seçilmiş regionda yerli orqanlarla əlaqələr yaratma.
Fəaliyyət 5.2 Seçilmiş regionda iqtisadi və icma həyatında iştirak etmə ilə bağlı kənd qadınlarının ehtiyaclarının və maraqlarının dəyərləndirilməsini aparma.
Fəaliyyət 5.3 Dəyərləndirmənin nəticələri əsasında seçilmiş regionda layihənin genişləndirilməsinə dair tövsiyələrin işlənib hazırlanması.

III. Nəticələr və resurslar üzrə çərçivə sənədi

Ölkə Proqramının Nəticələr və Resurlar üzrə Çərçivə sənədində nəzərdə tutulan Nəticə: 2011-2015-ci illər üçün ÖPS-nin 1.2-ci Nəticəsi: “Zəif qrupların riskləri idarə etmək və yüngülləşdirmək bacarığının artırılmasına diqqət yetirilməklə, məşğulluq imkanlarının regional və gender fərqlərini aradan qaldırmaq üçün milli strategiya, siyasət və potensialın gücləndirilməsi”.

İlkin göstəricilər və hədəflər də daxil olmaqla, Ölkə Proqramının Nəticələr və Resurslar üzrə Çərçivə sənədində qeyd olunan Nəticə göstəriciləri:

Göstərici 1.2.1. Şəhər/kənd/cinslər üzrə işçi qüvvənin iştirak səviyyəsi

Göstərici 1.2.2. Şəhər/kənd/ cinslər üzrə məşğulluq səviyyəsi

Tətbiq edilən Proqram Komponenti: Yoxsulluğun aradan qaldırılması və beynəlxalq səviyyədə razılaşdırılmış inkişaf məqsədlərinə, o cümlədən MİM-lərə nail olma.

Tərəfdaşlıq strategiyası: Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi (AQUPDK), Rayon İcra Hakimiyəti.

Layihənin adı və kodu (ATLAS kodu 00061827): Kənd və rayon yerlərində yaşayan qadınların iqtisadi və sosial həyatda iştirakının təşviqatı: texniki yardım

GÖZLƏNİLƏN NAİLİYYƏTLƏR (MƏHSULLAR)

2013-2014-CÜ İLLƏR ÜÇÜN MÜVAFİQ NAİLİYYƏTLƏR (MƏHSULLAR) ÜZRƏ HƏDƏFLƏR

NÜMUNƏVİ TƏDBİRLƏR

MƏSUL TƏRƏFLƏR

VƏSAİTLƏR

Nailiyyət (məhsul). Qadınların və qızların iqtisadi və sosial həyatda aktiv iştirak etmə potensialının artırılması (sınaq ərazidə)


1-ci Komponent: İqtisadi səlahiyyətlərin genişləndirilməsinə dəstək göstərmə


55,500 ABŞ dolları

İlkin göstərici 1.1

Sınaq ərazidə kənd qadınlarının iqtisadi həyatda iştirakını gücləndirmək üçün zəruri olan informasiya və vərdişlərin təmin olunması üzrə effektiv mexanizm yoxdur.



Göstərici 1.1:

  1. QRM-nin heyəti üçün Təlim Vəsaitinin hazırlanması (bəli/yox)

  2. QRM-nin heyətinin təlim keçməsi.

  3. QRM-nin kitabxanasının inkişaf etdirilməsi (bəli/yox)

  4. QRM-nin strategiyasının, illik Fəaliyyət Planının və Tədbirlər Təqviminin işlənib hazırlanması (bəli/yox).

Hədəflər 1.1 (2013-2014-cü illər)

a) Kənd yerlərində Gender məsələlərinə həssaslıqla yanaşılan proqramlar və icmalara dəstək proqramları üzrə Təlim Vəsaitinin işlənib hazırlanması.

b) QRM-nin heyətinin Gender məsələlərinə həssaslıqla yanaşılan proqramlar və icmalara dəstək proqramları üzrə təlim keçməsi.

c) QRM-nin kitabxanasının yaradılması.

d) QRM-nin strategiyasının, illik Fəaliyyət Planının və Tədbirlər Təqviminin hazırlanması.


1.1 Qadın Resurs Mərkəzinə dəstəyin göstərilməsi


      1. KKənd yerlərində Gender məsələlərinə həssaslıqla yanaşılan proqramlar və icmalara dəstək proqramları üzrə Vəsaitin işlənib hazırlanması.

      2. QRM-in heyəti üçün kənd yerlərində Gender məsələlərinə həssaslıqla yanaşılan proqramlar və icmalara dəstək proqramları üzrə təlimin keçirilməsi

      3. QQRM-in resurs kitabxanasının inkişaf etdirilməsi

      4. QQRM-nin strategiyasının, illik Fəaliyyət Planının və Tədbirlər Təqviminin hazırlanması.




BMTİP, AQUPDK


Beynəlxalq məsləhətçilər: 6,000 ABŞ dollar

Yerli məsləhətçilər: 5,000 ABŞ dollar

Səfərlər: 3,000 ABŞ dollar

Təchizat: 2,000 ABŞ dollar

Audio visual və çap etmə xərcləri: 1,000 ABŞ dollar

Digər: 2,000 ABŞ dolları



İlkin göstərici 1.2

Məşğulluq imkanları və yerli əmək bazarının tələblərinə dair informasiya çatışmazlığı vardır.



Göstərici 1.2.1 Əmək bazarının ehtiyaclarının dəyərləndirilməsi (bəli/yox)

Hədəf 1.2 (2013-ci il)

Yerli əmək bazarında qadınlar üçün məşğulluq imkanları sahəsində dəyərləndirmələrin hazırlanması.




    1. MMəşğulluq imkanlarının dəyərləndirilməsi

1.2.1. Sabirabad regionunda özəl şirkətlər və digər işə götürən təşkilatlar arasında işçi qüvvə ilə bağlı ehtiyacların dəyərləndirilməsinin aparılması.
1.2.2. Regionun qadınlarının məşğulluq imkanlarını (əmək qabiliyyətlərini) artıracaq təlimlər / vərdişlər üzrə tövsiyələrin hazırlanması.

BMTİP, AQUPDK


Yerli məsləhətçi: 2,000 ABŞ dolları

İlkin göstərici 1.3

Bir çox qadınlar hələ də yerli əmək bazarının tələb etdiyi vərdişlərə malik deyildir.



Göstərici 1.3.2: Benefisiarlar (faydalanan şəxslər) üçün kursların sayı

Hədəf 1.3 (2013-ci il)

  1. 25-dən az olmayan sayda qadının İT üzrə kurslarda iştirakı.

  2. Əmək bazarının dəyərləndirilməsi sayəsində müəyyən olunan əlavə təlimdən ən azı 25 qadının faydalanması.

1.3. QRM tərəfindən təşkil olunan təlim kursları

1.3.1. Kompüter vərdişləri üzrə kursların keçirilməsi.

1.3.2. Əmək bazarının dəyərləndirilməsi sayəsində müəyyən olunan ən azı bir əlavə təlimin keçirilməsi.


BMTİP, AQUPDK

Müqavilə (podrat) xidmətləri şirkətləri: 15,000 ABŞ dolları


İlkin göstərici 1.4

Ümumi əhali arasında qadınları iqtisadi həyatda iştirakının faydalarına dair məlumatların az olması



Göstərici 1.4

Məlumatlandırma kampaniyasından faydalanan qadınların sayı



Hədəf 1.4 (2013-2014-cü illər)

  1. a) QRM və bələdiyyə şuralarının iştirakı ilə maarifləndirmə tədbirinin təşkil olunması.

1.4. Məlumatları artırma: iqtisadi sahədə səlahiyyətlərin genişləndirilməsi

1.4.1. Qadınların iqtisadi həyatda iştirakına dair 1-günlük tədbirin təşkil olunması və İlkin Plan üzrə tədbirlərin bir hissəsi kimi hazırlanmış resursların yayımlanması.

1.4.2. Qadınlara qarşı zorakılığın kənd qadınlarının iqtisadi və sosial həyatda iştirakına mənfi təsirinə dair kitabçanın hazırlanması və paylanması.


BMTİP, AQUPDK


Beynəlxalq məsləhətçi: 2,000 ABŞ dolları

Müqavilə (podrat) xidmətləri şirkətləri:

2,000 ABŞ dollar

Audio visual və çap etmə xərcləri: 3,500 ABŞ dollar

Digər: 2,000 ABŞ dolları


İlkin göstərici 1.5

Kiçik sahibkarlıq fəaliyyətinə başlamaq üçün kənd qadınları stimul və resurslara malik deyillər.



Göstərici 1.5.1

Qiymətləndirilən təkliflərin sayı



Göstərici 1.5.2

Təltif edilən qadınların sayı



Hədəf 1.5 (2013-ci il)

  1. Bütün təkliflərin dəyərləndirilməsi və 12 ən yaxşı təklifin seçilməsi

  2. 12 qadın natural şəkildə təltif olunmuşdur.

1.5. Qadınların işgüzar fəaliyyətinə dəstək göstərmə
1.5.1. Beynalxalq Əmək Təşkilatının (BƏT) Öz biznesinə başla və onu inkişaf etdir proqramını bitirən qadınların 4 qrupu arasında müsabiqənin aparılması və 12 ən yaxşı mikro layihə təklifinin müəyyən edilməsi.

1.5.2. Müsabiqənin qaliblərinə natural şəkildə yardımın təmin edilməsi



BMTİP, AQUPDK


Yerli məsləhətçi: 4,000 ABŞ dollar

Avadanlıq və mebel: 6,000 ABŞ dolları



2-ci Komponent: İcma həyatında iştirakın gücləndirilməsi.

15,500 ABŞ dolları

İlkin göstərici 2.1

Sabirabad rayonunda qadınlar aktiv icma həyatında dinamik şəkildə iştirak etmirlər və qadınların QHT-ləri mövcud deyildir.



Göstərici 2.1

  1. Kənd Ərazilərində Qadınların Sosial Həyatda İştirakının Gücləndirilməsi üzrə Təlim Vəsaitinin və QHT-lərin Yaradılması və İdarə Olunmasının Əsasları üzrə təlimatın işlənib hazırlanması

  2. Təlim iştirakçılarının sayı

Hədəf 2.1 (2014-cü il)

  1. Kənd Ərazilərində Qadınların Sosial Həyatda İştirakının Gücləndirilməsi üzrə Təlim Vəsaitinin işlənib hazırlanması.

  2. Ən azı 15 qadın üçün təlimin keçirilməsi.

  3. QHT-lərin Yaradılması və İdarə Olunmasının Əsasları üzrə təlimatın işlənib hazırlanması.

  4. Ən azı 15 qadın üçün təlimin keçirilməsi.




2.1. Qadınların Sosial Həyatda İştirakının Gücləndirilməsi və QHT-lərin Yaradılması və İdarə Olunması üzrə təlim
2.1.1. Kənd Ərazilərində Qadınların Sosial Həyatda İştirakının Gücləndirilməsi üzrə Təlim Vəsaitinin işlənib hazırlanması.

2.1.2. QHT-lərin Yaradılması və İdarə Olunmasının Əsasları üzrə təlimatın işlənib hazırlanması.

2.1.3. Qadınların sosial həyatda iştirakının gücləndirilməsi üzrə təlimin keçirilməsi.

2.1.4. QHT-lərin yaradılması və idarə olunması üzrə təlimin keçirilməsi.



BMTİP, AQUPDK


Beynəlxalq məsləhətçi: 5,000 ABŞ dollar

Səfərlər: 3,000 ABŞ dollar

Müqavilə (podrat) xidmətləri şirkətləri: 5,000 ABŞ dollar

Digər: 2,500 ABŞ dolları


İlkin göstərici 2.2

Ümumi əhali arasında qadınları iqtisadi həyatda iştirakının faydalarına dair məlumatların az olması.



Göstərici 2.2: Paylanmış surətlərin sayı

Hədəf 2.2

QRM və bələdiyyə şuraları vasitəsilə resursların paylanması.



2.2. Məlumatların artırılması: sosial həyatda iştirak etmə
2.2.1. İlkin Plan üzrə tədbirlərin bir hissəsi kimi hazırlanmış əyani vəsaitlərin paylanması.

BMTİP, AQUPDK


3-cü Komponent. Özəl sektor iştirakçılarının gender məsələlərinə qarşı həssaslığının gücləndirilməsi

22,500 ABŞ dolları

İlkin göstərici 3.1

Hazırda göstərilən maliyyə xidmətlərində kənd qadın sahibkarların ehtiyaclarına qarşı həssaslıq göstərilmir və yerli özəl şirkətlər kənd qadınlarının gələcək işçilər kimi potensiala malik olmaları barədə məlumatlı deyildir.



Göstərici 3.1

  1. Gender məsələlərinə həssaslıqla yanaşılan xidmətlərin göstərilməsinə dair Təlim Vəsaitinin hazırlanması (bəli/yox)

  2. Təlim aparılmışdır (bəli/yox)

Hədəf 3.1 (2013-cü il)

  1. Gender məsələlərinə həssaslıqla yanaşılan xidmətlərin göstərilməsinə dair Təlim Vəsaitinin hazırlanması.

  2. Gender məsələlərinə həssaslıqla yanaşılan xidmətlərin göstərilməsi və məşğulluq strategiyası üzrə təlimin keçirilməsi.

3.1. Gender məsələlərinə həssaslıqla yanaşılan xidmətlərin göstərilməsi və belə məşğulluq strategiyalarının faydaları üzrə təlimlərin hazırlanması və keçirilməsi (hədəf qrupu: yerli aktiv bankların, qeyri-bank kredit təşkilatlarının və özəl şirkətlərin heyət üzvləri).

BMTİP, AQUPDK


Beynəlxalq məsləhətçi: 5,000 ABŞ dollar

Səfərlər: 2,500 ABŞ dolları


Göstərici 3.2

  1. Əmək yarmarkası keçirilməsi (bəli/yox)

  2. Əmək yarmarkasında təmsil olunan işə götürən şirkətlərin sayı

Hədəf 3.2 (2014-cü il)

Sınaq ərazidə QRM və yerli hökumət tərəfindən təşkil olunan özəl və dövlət sektorunda kənd qadınları üçün məşğulluq imkanlarının təqdim olunduğu əmək yarmarkası.



3.2. Kənd qadınları üçün əmək yarmarkası
3.2.1.Sınaq ərazidə özəl və dövlət sektorunda kənd qadınları üçün məşğulluq imkanlarının təqdim edildiyi əmək yarmarkasının təşkili.

BMTİP, AQUPDK


Müqavilə (podrat) xidmətləri şirkətləri: 10,000 ABŞ dollar

Digər: 5,000 ABŞ dolları


4-cü Komponent. Siyasətlərin və proqramların işlənib hazırlanması

16,000 ABŞ dolları

İlkin göstərici 4.1

Kənd qadınlarının ehtiyaclarını təmin etmək üçün siyasətlərin və proqramların işlənib hazırlanmasında AQUPDK heyətinin potensialının inkişaf etdirilməsi tələb olunur.



Göstərici 4.1

  1. Təlim vəsaiti işlənib hazırlanması (bəli/yox)

  2. Təlimin keçirilməsi (bəli/yox)

Hədəf 4.1 (2013-ci il)

  1. Kənd qadınlarının iqtisadi səlahiyyətlərinin genişləndirilməsi və icma həyatında aktiv iştirakı sahəsində siyasətlərin və proqramların inkişaf etdirilməsi üzrə Təlim Vəsaitinin hazırlanması.

  2. AQUPDK-nin heyəti üçün təlimin keçirilməsi.

4.1. Siyasətlərin və proqramların işlənib hazırlanması üzrə AQUPDK-nin heyəti üçün təlimin keçirilməsi: kənd yerlərində qadınların iqtisadi və sosial həyatda iştirakı.
4.1.1. Kənd qadınlarının iqtisadi səlahiyyətlərinin genişləndirilməsi və icma həyatında aktiv iştirakı sahəsində siyasətlərin və proqramların inkişaf etdirilməsi üzrə Təlim Vəsaitinin hazırlanması (AQUPDK-nin heyəti üçün).

4.1.2. Kənd qadınlarının iqtisadi səlahiyyətlərinin genişləndirilməsi və icma həyatında aktiv iştirakı sahəsində siyasətlərin və proqramların inkişaf etdirilməsi üzrə təlimin keçirilməsi.



BMTİP, AQUPDK


Beynəlxalq məsləhətçi: 8,000 ABŞ dolları

Audio vizual və çap etmə xərcləri: 4,000 ABŞ dolları

Müqavilə (podrat) xidmətləri şirkətləri: 2,000 ABŞ dolları


Göstərici 4.2

  1. Kənd Qadınlarına Dəstək Göstərmə üzrə Tövsiyələrə dair kitabçanın hazırlanması (bəli/yox)

  2. Kitabça AQUPDK-nin heyətinə paylanmışdır (bəli/yox)

Hədəf 4.2 (2014-cü il)

Kənd Qadınlarına Dəstək Göstərmə üzrə Tövsiyələrə dair kitabçanın hazırlanması və AQUPDK-nin heyət üzvlərinə təqdim olunması.

4.2. AQUPDK-nin heyəti üçün Kənd Qadınlarına Dəstək Göstərmə üzrə Tövsiyələrə dair kitabçanın hazırlanması

BMTİP, AQUPDK


Beynəlxalq məsləhətçi: 2,000 ABŞ dolları

5-ci Komponent. Müsbət təcrübələri təkrarlama imkanlarının araşdırılması

10,000 ABŞ dolları

İlkin göstərici 5

Azərbaycanın müxtəlif regionlarında kənd qadınlarının iqtisadi sahədə səlahiyyətlərinin genişləndirilməsi və sosial həyatda iştirakı üçün yerli mühiti formalaşdıran problemlərə və imkanlara dair informasiya çatışmazlığı vardır.



Göstərici 5.1 Dəyərləndirmə aparılır (bəli/yox)

Hədəf 5.1 (2014-cü il)

Daha 1 Sınaq ərazi üçün kənd qadınlarının iqtisadi və icma həyatında iştirakla bağlı ehtiyaclarının və maraqlarının dəyərləndirilməsinə hazırlıq.



5.1. Bir sınaq ərazidə iqtisadi və sosial həyatda iştirakla bağlı kənd qadınlarının ehtiyaclarının və maraqlarının dəyərləndirilməsini aparma.

BMTİP, AQUPDK


Beynəlxalq məsləhətçi: 7,000 ABŞ dolları

Səfərlər: 2,000 ABŞ dolları



Göstərici 5.2 Tövsiyələr hazırlanmışdır (bəli/yox).

Hədəf 5.2

Bir sınaq ərazidə layihənin genişləndirilməsi üçün tövsiyələrin hazırlanması.



5.2. Dəyərləndirmənin nəticələri əsasında bir sınaq ərazidə layihənin genişləndirilməsi üçün tövsiyələrin hazırlanması.

BMTİP, AQUPDK


Beynəlxalq məsləhətçi: 1,000 ABŞ dolları

6-cı Komponent. Layihənin idarə olunması

39,000 ABŞ dolları







6.1. Layihə idarəetmə bölməsinin təsis olunması.
6.2. Layihənin davamlı şəkildə idarə olunması, monitorinqi və ona dair hesabatın verilməsi.

BMTİP, AQUPDK


Müqavilə (podrat) xidmətləri – fərdlər (məvaciblər):

Layihə meneceri: 1,878 ABŞ dolları / ay x 18 ay = 33,804 ABŞ dolları

İcarə və digər: 1,000 ABŞ dolları

Təchizat: 2,000 ABŞ dolları



CƏMİ XƏRCLƏR:

158,500 ABŞ dolları
  1   2   3


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azrefs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə