Kənd Təsərrüfatı Nazirliyi yanında Kənd Təsərrüfatı Kreditləri üzrə Dövlət Agentliyi Müsabiqəli Qrantlar haqqında Elan




Yüklə 25.63 Kb.
tarix20.04.2016
ölçüsü25.63 Kb.
Kənd Təsərrüfatı Nazirliyi yanında Kənd Təsərrüfatı Kreditləri üzrə Dövlət Agentliyi

Müsabiqəli Qrantlar haqqında Elan
Azərbaycan Hökuməti Dünya Bankının Dəstəyi ilə İkinci Kənd Təsərrüfatının İnkişafı və Kreditləşməsi Layihəsini həyata keçirir. Layihənin ümumi məqsədi fermerlərin, kiçik və orta-həcmli kənd müəssisələrinin kənd biznes və kənd təsərrüfatı dəstək xidmətlərinə o cümlədən, maliyyə, məsləhət və baytarlıq xidmətlərinə çıxış imkanlarını artırmaq və kənd ərazilərinə bazar yönümlü investisiyaları stimullaşdırmaqdır.
Layihənin komponentləri və fəaliyyətləri bunlardır: (i) kənd təsərrüfatı biznes xidmətləri o cümlədən, təkmilləşmiş maliyyə xidmətləri, biznes əlaqələri və texnoloji yeniliklər üçün kiçik qrantlar və kənd biznes məsləhət və bazar xidmətləri; və (ii) kənd təsərrüfatına dəstək xidmətləri, o cümlədən məsləhət sisteminin və baytarlıq xidmətlərinin genişləndirilməsi və gücləndirilməsi və seçilmiş kənd təsərürfatı tədqiqat müəssisəsinin müasirləşdirilməsi.
Müsabiqəli Qrant Proqramının məqsədi Azərbaycanda inkişaf etməkdə olan kiçik-həcmli kənd biznes və aqro-emalçılarla fermerlər, assosiasiyalar və qruplar arasında davamlı əlaqələrin yaranmasını və inkişafını təşviq edən yeniləşmiş mexanizmlərin və texnologiyaların tətbiqini dəstəkləməkdir.
Proqramın həyata keçirilməsini təmin etmək məqsədilə Kənd Təsərrüfatı Nazirliyi yanında Kənd Təsərrüfatı Kreditləri üzrə Dövlət Agentliyi biznes əlaqələri və texnoloji yeniliklərin tətbiq edilməsi, nümayişi və ötürülməsinə dair aşağıda göstərilən sahələr üzrə beş Regional Məsləhət Mərkəzlərinin (RMM) əhatə etdiyi bölgə və rayonlardan - Şəki RMM (Balakən, Qax, Oğuz, Zaqatala, Şəki), Gəncə RMM (Ağstafa, Daşkəsən, Gədəbəy, Xanlar, Qazax, Samux, Şəmkir, Tovuz), Beyləqan RMM (Ağcabədi, Beyləqan, İmişli, Füzuli), Masallı RMM (Astara, Cəlilabad, Lerik, Masallı, Yardımlı, Lənkəran), Naxçıvan RMM (Babək, Culfa, Ordubad, Sədərək, Kəngərli, Şahbuz, Şərur) - layihə-təkliflərin qəbuluna dair
Müsabiqə elan edir:


  • İstehsalın keyfiyyətinin və standartlarının yaxşılaşdırılması;

  • Kənd təsərrüfatı məhsullarının saxlanması və kiçik emalı;

  • Təzə məhsulun sortlara və növlərə ayrılması

  • Yığımdan sonrakı itkilərin azaldılması;

  • Kənd təsərrüfatı məhsullarının marketinqi;

  • Məhsulların qablaşdırılması və nümayişi;

  • Biznesin idarə edilməsi və ən yaxşı biznes təcrübəsi

Göstərilən sahələr son hədd deyildir və digər mümkün təkliflər də nəzərə alına bilər.


Müsabiqə şərtləri və qaydaları
1. İştirak etmək hüququ olan iddiaçılar:

Müsabiqəli Qrant Proqramına layihə-təklif təqdim etməyə hüququ olan iddiaçılara aşağıdakılar daxildir:



  • Qeydiyyatdan keçmiş kiçik və orta kənd biznes və marketinq assosiasiyaları;

  • Qeydiyyatdan keçmiş fermer/istehsalçılar assosiasiyaları və kooperativlər;

  • Ümumi məqsədlərə malik və kommersiya yönümlü, lakin rəsmi qeydiyyatdan keçməyən icma (kənd) səviyyəsində fermer və kənd biznes qrupları (qeyri rəsmi qruplar). Qeydiyyatdan keçməyən bu qruplar ən azı beş üzvdən ibarət, fərqli torpaq mülkiyyəti yaxud biznesə sahib olmaqla (yəni, qohum ola bilmələrinə baxmayaraq eyni ailə təsərrüfatından olmamalıdırlar) yaxşı olardı ki, eyni icmadan (kənddən) olsunlar. Ərizə-təkliflərlə bərabər qrupun təşkil olunmasını, konsensus (ümumi razılıq) əsasında qrup təmsilçisinin təyin olunmasını, qrup üzvlərinin borclu olmadıqlarını, qrant məqsədləri üçün hər hansı maliyyə mənbələrinə malik olmalarını və qrant məqsədlərinə nail olmaq üçün birgə fəaliyyət göstərmələri barədə qrupun öhdəliklərinə dair notarius tərəfindən təsdiq edilmiş məktub da təqdim edilməlidir.

Qeyri rəsmi qruplara ailə birlikləri də daxildir. Ailə birlikləri deyəndə: b

ir ərazidə kompakt yaşayan, fərdi və ya birgə təsərrüfatla məşğul olan, ümumi ideya və məqsəd ətrafında birləşmiş, ümumi səylə təkmilləşmiş texnologiyaların tətbiqi, nümayişi və ötürülməsi ilə bağlı olan problemləri həll etməyə qadir insanlar qrupu nəzərdə tutulur.

Ailə birlikləri o birliklər hesab olunur ki, oraya 5-dən az olmayaraq sərbəst təsərrüfat fəaliyyəti aparan ailə daxildir.
2. Əməkdaşlıq

Qrant üçün ərizə təqdim etmək istəyən Kənd Biznes Müəssisələri və digər hüququ olan iddiaçılar mütləq texniki, yaxud biznes xidməti təminatçısı (ları) ilə əməkdaşlıq qurmalıdırlar.



3. Xidmət təminatçısı

Xidmət təminatçısı iddiaçıya aşağıdakı məsələlərdə yardım göstərməlidir:

Təkliflərin hazırlanmasında;

Layihənin texniki fəaliyyətlərinin həyata keçirilməsində;

Texnoloji fəaliyyətlərin yerinə yetirilməsində;

İdarəetmədə və uçotun aparılmasında;

Monitorinqin aparılması və hesabatın verilməsində
Xidmət təminatçısı iddiaçının üzv olduğu assosiasiyadan, yaxud qrupdan olmamalıdır. Xidmət təminatçısı layihə-təklifin həyata keçirilməsi zamanı texniki yardım göstərmək məqsədilə tələb olunacaq və texnoligiyanın ötürülməsi planının yerinə yetirilməsinə məsul olacaqdır. Xidmət təminatçısı ölkədəki müxtəlif təşkilatlardan, o cümlədən: (i) Regional Məsləhət Mərkəzlərindən; (ii) özəl bölmə məsləhətçiləri arasından; (iii) müstəqil mütəxəssislərdən və texniki ekspertlər arasından; (iv) tədqiqat və təhsil müəssisələrindən/orqanlardan; (v) Qeyri Dövlət Təşkilatlarından və ölkədə fəaliyyət göstərən beynəlxalq layihə və proqramlardan cəlb edilə bilərlər.
4. İştirak barədə şərtlər

İddiaçılar xidmət təminatçıları və iştirak edən digər təşkilatlarla birlikdə təklif olunan layihənin ümumi məbləğinin minimum 30% həcmində nəğd vəsait, yaxud natura şəklində öz paylarını qoymalıdırlar. Müxtəlif ortaq tərəflərin iştirakı və iştirak payı baş iddiaçı, xidmət təminatçısı və iştirak edən digər təşkilatların yazılı razılığı ilə layihədə institusional əməkdaşlıq öhdəliyi kimi təsdiq olunmalıdır (Baş iddiaçı Kənd Biznes Qrupları, assosiasiyası/qrupu və xidmət təminatçıları adından qrant təklifi təqdim edə bilən əsas qrant iddiaçısıdır. O, layihə-təkliflərin hazırlanması, təqdim edilməsi və həyata keçirilməsi ilə bağlı bütün məsələlərdə əsas əlaqələndirici şəxs hesab olunur).


5. Əməliyyat qaydaları

Maliyyə dəstəyinə aşağıdakılar daxildir:




  • Qrant alan tərəfindən yeniləşmiş mexanizmlərin və texnologiyaların tətbiqi və nümayişi ilə bağlı fəaliyyətlərinin müəyyən edilməsi və həyata keçirilməsi (bu kateqoriya altında xərclərin məbləği ümumi qrant məbləğinin 85%-dən artıq olmamalıdır);

  • Xidmət təminatçısı tərəfindən texniki yardımın göstərilməsi (bu kateqoriya üzrə xərclər qrantın məbləğinin 15%-nə qədər ola bilər);

  • Texnologiyanın ötürülməsi ilə bağlı fəaliyyətlər (bu kateqoriya qrant məbləğinin ən azı 10%-ni təşkil etməlidir).

Təklif edilən layihələr aşağıdakı qaydalara uyğun olmalıdır:

    • Təklif edilən layihə maksimum iki il müddətində tamamlanmalıdır;

    • Təklif edilən (istənilən) qrant vəsaiti 10 000-dən maksimum 30 000 ABŞ dolları arasında

olmalıdır;

  • Qrantın dəyəri layihənin ümumi dəyərinin 70%-dən artıq olmamalıdır;

  • Müraciət olunan qranta layihə-təklifində ümumi büdcənin ən azı 30% həcmində birgə

maliyyələşmə (nəğd yaxud natura şəklində) təmin edilməlidir;

  • İstifadə ediləcək (qrant xahişi) məbləğ ümumi dəyəri 60 000 ABŞ dollarından artıq sərmayə paketinin bir hissəsi olarsa iddiaçıya qrant verilməyəcək;

  • Qrant əmək haqqına yaxud layihə iddiaçıları tərəfindən layihədə planlaşdırılan xidmətin ödənilməsinə yönəlməyəcək;

  • Bir idiaçı eyni vaxtda iki qrant ala bilməz;

  • Müsabiqəli Qrant Proqramı tərəfindən dəstəklənən əvvəlki hər hansı bir layihəni uğurla həyata keçirməyən iddiaçılar dəstəklənməyəcək (qrant verilməyəcək).

Aşağıdakı məsələlər üzrə xərclər qrant vəsaitindən ödənilməyəcək:



  • Qrant alanların əmək haqqı yaxud onların göstərdikləri xidmət üçün ödəmələr;

  • Müqavilənin imzalanmasından əvvəl hər hansı xərclər;

  • Dünya Bankının üzvü olmayan ölkələrin ərazisində çəkilmiş hər hansı xərclər yaxud belə ölkələrdə istehsal olunmuş mallar yaxud göstərilmiş xidmətə görə xərclər.


6. Ərizə-təkliflərin təqdim olunması və qiymətləndirilməsi: Ərizə-təkliflərin qəbulu üçün son müddət 28 mart 2008-ci il saat 17:00-dır. Təkliflər 4 nüsxədə (bir əsli, 3 surəti) təqdim olunmalıdır. Son müddətdən sonra təqdim edilən təkliflər nəzərə alınmayacaq.
Elanda göstərilən müddət ərzində qəbul edilən layihə-təkliflərin yuxarıdakı qaydalara uyğunluğu Müsabiqəli Qrant Komissiyasının katibliyi tərəfindən yoxlanılacaq. Uğurlu təkliflər bundan sonra ixtisaslı mütəxəssislər (texniki rəyçilər) tərəfindən araşdırılacaq və 0-100 ballıq sistem üzrə qiymətləndiriləcək. 70-dən artıq bal alan təkliflər son qiymətləndirilmə və seçim üçün Müsabiqəli Qrant Komissiyasına təqdim olunacaq.
7. Bildiriş: Həm qalib, həm də qalib gəlməyən iddiaçılara nəticələr barədə məlumat veriləcək və onların müraciəti əsasında layihə-təkliflərin əsli geri qaytarılacaq.

8. Təqdimat sənədləri barədə informasiya: Ərizə-təklif formalarını və təqdimat üçün zəruri olan bütün digər lazımı məlumatları təmənnasız olaraq Müsabiqəli Qrant Komissiyasının katibliyindən Ünvan: Bakı şəhəri Ü. Hacıbəyov küçəsi 40, Hökümət evi 8-ci mərtəbə 815-ci otaq. Əlaqələndirici şəxs Samir Novruzov. Tel: 498-21-14; Faks: 498-13-95; Elektron poçt: snovruzov@agroagency.gov.az yguliyev@agroagency.gov.az və ya bölgələrdəki yerli məsləhətçilərdən əldə etmək olar. Bölgələrdəki yerli məsləhətçilərin familiyası, adı və telefonları aşağıdakı kimidir:

Beyləqan RMM əhatə etdiyi rayonlar (Ağcabədi, Beyləqan, İmişli, Füzuli) üzrə yerli məsləhətçi: Məmmədov Məhəmməd, telefonu: 050 616-26-47;

Gəncə RMM əhatə etdiyi rayonlar (Ağstafa, Daşkəsən, Gədəbəy, Xanlar, Qazax, Samux, Şəmkir, Tovuz) üzrə yerli məsləhətçi: Ağayev Elvin, telefonu: 050 333-95-74;

Masallı RMM əhatə etdiyi rayonlar (Astara, Cəlilabad, Lerik, Masallı, Yardımlı, Lənkəran) üzrə yerli məsləhətçi: Abıyev Rahib, telefonu: 050 388-28-32;

Naxçıvan RMM əhatə etdiyi rayonlar (Babək, Culfa, Ordubad, Sədərək, Kəngərli, Şahbuz, Şərur) üzrə yerli məsləhətçi: Sadıqov Həsənqulu, telefonu: 050 611-40-17;

Şəki RMM əhatə etdiyi rayonlar (Balakən, Qax, Oğuz, Zaqatala, Şəki) üzrə yerli məsləhətçi: Qədirov Ağalar, telefonu: 050 453-44-56.



AGENTLİYİN RƏHBƏRLİYİ



Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azrefs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə