KarsiNOİD ŞİŞLƏRİ




Yüklə 15.06 Kb.
tarix25.04.2016
ölçüsü15.06 Kb.
KARSİNOİD ŞİŞLƏRİ

Ağciyər şişlərinin Beynəlxalq histoloji təsnifatında ağciyər karsinoidi bədxassəli şişlərə aid edilmiş və tipik və atipik olmaqla növə bölünmüşdür. Onlar endokrin sistemin şişi olmaqla Kulçik hüceyrələrinə oxşar hüceyrələrdən yaranırlar.

Mikroskopik karsinoidalveolyar,trabekulyar,tubulyar,solid quruluşa uyğun gəlir.Şiş hüceyrələri poliqonal,dənəvər eozinofilli və ya parlaq sitoplazmalı,düz oval nüvəlidir.Nüvəcik yaxşı formalaşmışdır. Mitoz bölünmə nadir hallarda rast gəlinir.Əksərən gümüş boyanmada “+” reaksiya alınır. Sitoplazmadakı argirofil dənələr elektron sıxlıqlı olub neyrosekretor dənələrə uygun gəlir.Şişin stroması çox nadir vaskulirizə olunmuşdur.Nekroz nadirən rast gəlinir.

Atipik karsinoid hüceyrələrin inkişafı,hüceyrə və onun nüvəsinin polimorfizmi,mitozun mövcudluğu ,nüvənin və nüvə-sitoplazma həcminin böyüməsi ilə xarakterizə olunur.

Bronxial vəz xərçəngi

Bu bölmədəki xərçəng tüpürcək vəzi xərçəngi tipinə uygun gəlir və 3 alttipə bölünür:adenokistoz xərçəng(silindroma),mukoepidermal xərçəng və pleomorf qarışıq şiş.

Adenokistoz xərçəng(silindroma)- xarakter kribroz quruluşlu bədxassəli epitelial şişdir.Xərçəng hüceyrələri böyük olmayan axacaqdaxili struktur əmələ gətirir və ya solid sərhədlər əmələ gətirərək kiçik kistoz sahələr əmələ gətirir və şişə dantel forma verir.Axacaqşəkilli strukturlarin tərkibində adətən Şİk+ sekret olur;bazofil , alsam mavisiynən rənglənən selikli material şiş hüceyrələri komplekslərini ətrafında həmçinin onların arasındakı kribroz strukturların mənfəzində tapılır. Adenokistoz xərçəng zamanı şiş hüceyrələrinin həmçinin müxtəlif tip yerləşməsinə də rast gəlinə bilər.Şiş agciyərin mukoepidermoid xərçənginə nisbətən daha aydin ifadə olunmuş yerli invaziv böyümə və metastazverməyə meyillidir daha çox traxeya ,esas bronxa, nadirən paylarda lokalizə olunur.

MUKOEPİDERMOİD XƏRÇƏNG

SELİKƏMƏLƏGƏTİRƏN epidermoid hüceyrələri və araliq tip hüceyrə elementləri ilə xarakterizə olunur.Epidermoid komponent adətən şiş hüceyrələri kompleksindən ibarət olur və ya selikəmələgətirən elementlər arasında çoxqatlı şəkildə yerləşir.Şişdə hüceyrəarası körpücüklər müşahidə olunur lakin keratin nadir halda müəyyən olunur.Mukoepidermoid xərçəng zamanı selikmələgətirən və epidermoid hüceyrələrin xarakter birləşməsi müşahidə olunur.Bu şiş hüceyrələri vəzili yastıhüceyrəli xərçəngin uyğun hüceyrə elementlərinə görə daha xoşxassəli quruluşla xarakterizə olunur,şişin böyüməsi isə daha az aqressivdir. Mukoepidermoid xərçəng nadir rast gəlinən şişlərdəndir və həmçinin traxebronxial ağacın proksimal hissələrində rast gəlinir.Periferik forma xəstələrin yalnız 14%də rast gəlinir.

Morfoloji diaqnostikanın əsas metodu hələ də işıq mikroskopiyasıdır.Digər metodlarla alınan nəticələri(immunhistokimyəvi,elektron mikroskopik)yardımçı diaqnostika üsulları hesab olunmalıdır və onlar daha çətin morfoloji diaqnostika hallarında istifadə olunmalıdır məs.ağciyər xərçənginin altipinin müəyyən olunmasında.

İRİHÜCEYRƏLİ XƏRÇƏNG

Epitelin bədxassəli şişi olub,hüceyrəvi elementləri iri nüvə,aydın nüvəcik,duru sitoplazma və aydin sərhəd ,yastıhüceyrə,adenokarsinoma,xırdahüceyrəli xərçəngə xas olmayan əlamətlərlə xarakterizə olunur. İrihüceyrəli xərçəng ağciyər şişlərinin 9%-ni təşkil edir və differensəolunmayan forma xərçəngə aid edilir.Klinik anatomik xüsusiyyətlərinə görə agciyər xərçənginin həm mərkəzi,həm də periferik xərçənginə aid edilir.Mikroskopik olaraq əksərən aşağıdifferensə olunmuş adenokarsinoma və ya yastıhüceyrəli xərçəng kimi təyin olunur. Elektron-mikroskopik və immunhistokimyəvi müayinələr nəticəsində xərçəngin morfoloji quruluşunu təyin etmək olur.Əgər irihüceyrəli xərçəng xırdahüceyrəli xərçənglə birgə olarsa bu qarışıq tip sayılır.

Beynəlxalq histoloji klasifikasiyada 5 növ ağciyər şişi təyin olunur.

Giqanthüceyrəli xərçəng-şişin kənarında çoxnüvəli polimorf atipik hüceyrə yığını qeydə alınır. Sitoqramdan elə təsəvvür yaranır ki,bu hüceyrələr neytrofil leykositləri özündə saxlayır.Adenokarsinoma və yastı giqanthüceyrəli xərçəng bu alttipə aid edimir.

Açıqhüceyrəli xərçəng-nadir formadır açıq,seliksiz,köpüklü sitoplazma ilə təsvir olunur.Şiş hüceyrələri özündə qlikogen saxlayır. Adenokarsinoma və yastıhüceyrəli xərçəngin açıq hüceyrələri bu alttipə aid edilmir.

Son illər irihüceyrəli xərçəngə iyşəkilli xərçəng aid edilir hansı ki, sarkomatoid ,limfoepiteləbənzər ,irihüceyrəli neyroendokrin xərçəng adlandırılır.Bu alttiplərin proqnozu pisdir,ancaq 1-2 ci stadiyalarda qənaətbəxş nəticə almaq olar.

Vəzili- yastıhüceyrəli xərçəng / v-Y x. Bədxassəli şiş olub yastihuceyreli xerçeng ve adenakarsinoma elementleri ile xarakterize olunur. Ağciyer xerçengi xestelerinin 0.6-2.3 %de rast gelinir. Takamori ve digerleri terefinden teklif olunan meyarlara esasen shish hem yastihüceyrəli xərçəng hem de adenokarsinoma xususiyyetlerine malik olmalidi ve yalniz 5% hallarda onlardan biri ustunluk teshkil edir. Ishida ve digerlerinin tesnifatina esasen V-Y xərçəngin 3 alttipi ayird edilir- yastıhüceyrəli tip elementlerinin üstünlük teşkil etdiyi, adenokarsinoma elem.nin üstünlük teshkil etdiyi ve ve her 2 kompomentlerin qarişiq alttip

Qarışıq xərçəng bir düyündə birləşmiş müxtəlif mənşəli bədxassəli şiş olaraq maraq kəsb edir,kombinəolunmuş şişlərdə bədxassəli prosesin mərhələsi və metastaza meyillik daha aşağı differensiasiyalı hüceyrələrlə şərtlənir.Bəzi müəlliflər vəzili yastıhüceyrəli xərçəng xəstələrini daha qisa heyatli hesab etdiyi halda,digərləri isə ağciyərin digər tip qeyri xırdahüceyrəli xərçəng proqnozları arasında heç bir ferq müəyyən etməmişlər.

BRONXOALVELYAR XƏRÇƏNG

BARın morfoloji əlamətləri bunlardır:heceyrəarası əlaqələr zəifdir,alveol daxilində sərbəst yerləşmiş xərçəng komplekslərindən ibarətdir ki,bu da xərçəngin ağciyər toxuması boyunca aerogen yayılmasına səbəb olur.



BAXın xarakter göstəricilərindən biri də ətraf toxumaları qismən dağıtmasıdır.Epiteli bir alveoldan digərinə doğru böyüyür ,lakin ağciyər toxuması öz strukturunu saxlayır.Bununla əlaqədar olaraq bu forma digər histoloji tiplərdən şişin mərkəzində nekroz kütləsinin olmaması ilə fərqlənir Buradakı nekrotik kütlə şişin damarların qidalanma funksiyasını pozması ilə səciyyələnir.Qidalanma qənaətbəxş olduqda görünür BAXın kəskin ifadə olunmuş polimorfizmi və atipik hüceyrə elementləri rast gəlinmir. BAXın qarışıq forması da vardır ki bunlar nə 1ci ,nə də 2ci tipə aid edilir. BAX quruluşlu xərçəng özündə əsasən adenogen,az hallarda yastıhüceyrə və xirdahüceyrəli xərçəngi cəmləşdirir.

Selikəmələgətirən BAX 42-60%,selikəmələgətirməyən 21-45%,qarışıq 12-14%,təsnifolunmayamlar 7% hallarda diaqnoz olunur.


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azrefs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə