Karl qustav yunq




Yüklə 50.93 Kb.
tarix29.04.2016
ölçüsü50.93 Kb.
KARL QUSTAV YUNQ

Karl Qustav Yunq - İsveçrə psixoloqu, mədəniyyət fəlsəfəsinə dair bir sıra əsərlərin müəllifi, dərin psixologiyanın banisi.

Karl Qustav Yunq psixologiya elminin öndə gedən dünyada ən taninmiş və bir o qədər də dəyərli elm adamlarından biridir. 26 iyun 1875-ci ildə İsveçrənin Konstans gölü yaxınlığında yerləşən kiçik bir qəsəbə olan Kessvilldə anadan olmuşdur.Atası protestant bir rahib olan Yunqun kiçik yaşlarda özünə qapalı bir uşaq olduğu, xəyallarla dolu bir uşaqlıq keçirdiyi söylənilir.

Ailə keçmişində çoxlu sayda sayda din adami olan Yunq əvvəlcə din adami olmağa qərar versə də sonra Bazel ve Zurix universitetlərinə girdi.1902-ci ildə universiteti qurtarıb həkim oldu.Bu vaxtı şüuraltı komplekslərə xitab edən sözlü çağrışım testi ilə bir anda tibb dünyasının marağına səbəb oldu.Çagrışım testinə görə terapevt daha öncə hazırladığı bir siyahıdan sözləri oxuyur və xəstədən sözləri eşitdiyi zaman ağlına gələn ilk şeyi söyləməsini istəyirdi.Bu sözlərdən xəstə üçün əhəmiyətli olan önəm daşıyanları süuraltı kompleksləri hərəkətə gətirərək şüur aximinda durğunluq yaradir və saniye ölçən ilə ölçülən çağrışım vaxtı artır.

Yunq 1907-ci ildə Vyanaya gedərək Freydlə ilk dəfə görüşmə fürsəti tapdi.Həyəcanla bir-birlərinə fikirlərini dedikləri aralıqsız 12 saat davam edən bu görüşmədən sonra dostluqları və yaxınlıqları artaraq davam etdi.Yunq Freydi bir ata kimi,Freyd də Yunqu bir oğul kimi sevməyə başladı.

Freyd öz əsəri olan psixoanalizi gələcək nəsillərə çatdırmaq üçün özünün varisi kimi gördüyü Yunqa əmanət etməyə hazırlaşırdı.1909-cu ildə psixoanalizi tanıtmaq üçün dəvət edildikləri Amerikaya getdilər.Bu vaxt bir-birlərinin düşüncələrini analiz edib, bəzi məsələləri müzakirə edərək bütün vaxtlarını bərabər keçirirdilər.Müəyyən vaxtdan sonra aralarında fikir ayrılıqları yaranmağa başladı. 1912-ci ildə Yunq "Şüuraltının psixologiyasi" kitabını çap etdirdikdən sonra Freydlə münasibəti sona çatdı.Çünki Yunq Freydin libidonun sadəcə cinsi meyldən gələn bir enerji olaraq dəyərləndiridiyi teorisini dar görüşlü və insana aid bütün gerçəkliyi və zənginliyi əks etdirməkdən uzaq olan bir fikir kimi dəyərləndirdi. 1911 və 1914-cü illər arasında Beynəlxalq Psixoanaliz Dərnəyinin sədrliyindən istefa verəndən sonra analitik psixoloji nəzəriyələrin əsasını qoydu. 1921-ci ildə çap etdirdiyi "Psixoloji tiplər" adlı əsərində şüurun başlica 4 əsas fərqli modelini və daxilə dönən xaricə dönən şəklində fərqliləşən davraniş modellərinin olduğunu bildirdi.Daha sonrakı illərdə şüuraltının fərdi və kollektiv şüuraltı olaraq 2 növünün olduğunu iddia edirdi.O şəxsiyyəti kişidə qadın ruhunu əks etdirən anima,qadında isə kişi ruhunu əks etdirən animus kompleksləri şəklində 2 növə ayırdı.Kollektiv şüuraltı arxetiplər adlandırdığı insan irqinin varolduğu dövr ərzində yaşadığı təcrübələrin bir varisi olaraq doğuşdan əmələ gələn enerji ilə yüklü obyektlərdən ibarət idi.

Yunq 1913-cü ildən sonra insan davranışını araşdırmaq,yerli mədəniyyətləri öyrənmək məqsədilə sırayla Şimali Afrika,Arizona,New meksiko,Kenyaya getdi.Ömrünün qalan qismini şüuraltının mexanizminin fenomenlərini araşdırıb yazaraq konfraslar verərək keçirtdi.



1961-ci ildə 86 yaşında ikən vəfat etdi.Yunq olduqca çox danişan fərqli mövzularda dərin bilgi sahibi,yumoristik,səmimi bir insan olduğu söylənilir.80 yaşınadək idmanla da məşğul olduğu söylənilir.

Mədəniyyət fəlsəfəsinə dair bir sıra əsərlərin müəllifi Karl Qustav Yunqun «Şərq təfəkkürü ilə Qərb təfəkkürünün fərqi» məqaləsi onun «Böyük qurtuluşun Tibet kitabı»na psixoloji şərhlər» əsərinin birinci hissəsini təşkil edir. Əsər 1939-cu ildə yazılmış və ilk dəfə 1954-cü ildə çap edilmişdir.

D-r Evans Vens Şərq «psixologiyasının» vacib müddəalarından ibarət mətnin şərhi vəzifəsini mənə həvalə etdi. Dırnaq işarəsi belə bir ifadənin işlədilməsinin şübhə doğurduğunu göstərir. Qeyd etmək yerinə düşərdi ki, Şərq Avropa psixologiyasına bənzər bir şeydən daha çox fəlsəfə və ya metafizika yaratmışdır. Orta əsrlər Avropası kimi, Şərqə də müasir psixologiyanın anası - tənqidi fəlsəfə yaddır. Şərqdə «idrak» anlayışı metafizikaya aiddir, Qərbdə isə o artıq orta əsrlər dövründən metafizik mənasını itirmiş, «psixi funksiya» mənasını əldə etmişdir. «Psixi»nin nə demək olduğunu bilmədən və bunu bilməyə iddia etmədən biz metafizik bütövlüyə malik olmayan, fərdin idrakının mövcudluğu və onun universal korrelyatının hipotetik mövcudluğu arasında hər hansı bir əlaqəsi olmayan «idrak» fenomeni ilə kifayətlənəcəyik. Psixologiya, beləliklə, hadisələr dünyasını metafizik implikasiyalarsız dərk edən elmdir. Son iki əsr ərzində Qərb fəlsəfəsinin inkişafı idrakın Universumla əvvəlki vəhdətinin yox olmasını və onun öz sərhədlərində qapanmasını başa çatdırdı. İnsan özü artıq mikrokosm və kosmosun obrazı, onun ruhu isə daha Dünya Ruhunun qığılcımı deyil.

Buna uyğun olaraq psixologiya istənilən metafizik iddiaları və mülahizələri psixi fenomenlər kimi şərh edir, bunlarda son nəticədə şüuraltı meyllərdən yaranan idrak və onun strukturu haqqında məlumatlar görür. Psixologiya baxımından bu mülahizələr şəksiz dəyərə malik deyillər və özlüyündə heç bir (hətta metafizik) həqiqətin ifadəsi deyillər. Elə bir intellektual «gediş» yoxdur ki, onun köməyi ilə belə bir mövqeyin nə dərəcədə düzgün olduğunu aydınlaşdırmaq mümkün olsun. Həmçinin o da aşkardır ki, Universal İdrakın mövcudluğu haqqında metafizik postulatı qənaətbəxş şəkildə əsaslandırmaq qeyri-mümkündür. Ümumiyyətlə, onu əsaslandırmaq mümkündürmü? İnsanın idrakı Universal İdrakın mövcudluğunu fərz edə bilər, lakin bununla o hələ sonuncunu gerçəkdən mövcud olan kimi təsdiq etmir və biz bunu yalnız fərziyyə saymaqda haqlıyıq. Bu fərz etmənin özü və bizim onu fərziyyə kimi müəyyən etməyimiz eyni dərəcədə sübut edilməzdir. Başqa sözlə, eyni dərəcədə ehtimal var ki, bizim idrakımız Dünya İdrakının nümayişidir. Lakin insan əsl həqiqəti bilmir və bilə də bilməz. Buna görə də psixologiya onun hüdudlarından kənarda olan hər hansı bir şeyin mövcudluğunu əsaslandırmağa və ya təsdiq etməyə qadir deyil.

Sağlam düşüncə bizi bu məhdudiyyətləri qəbul etməyə məcbur edir, bu zaman verilən qurbanlar - nağıl dünyası və orada yaşayan idrakın yaratdıqları ilə vidalaşma da qaçılmazdır. İbtidai insanın dünyası belə idi; orada hətta cansız əşyalar da canlı, şəfaverici, magik qüvvəyə malik idilər, bunun sayəsində əşyalar və insanlar qarşılıqlı əlaqə şəraitində mövcud idilər. Bir gün insan başa düşür ki, əşyaların qüdrəti onun özündən gəlirdi, bunların mənası isə onun proyeksiyası idi. İdrak nəzəriyyəsi bəşəriyyətin uşaqlığından - səmalarında və cəhənnəmində idrakın yaratdığı fiqurların məskən saldığı metafizik Kainatdan sonuncu addım atır. Bu qaçılmaz epistemoloji tənqidilik insanın inanmaq qabiliyyətinin Tanrını dərk etməyə imkan verdiyi dini baxışına qəti tərəfdar olmağa maneçilik törətmir. Buradan da Qərbin yeni bəlası - elm və din arasında ziddiyyət meydana çıxır. Elmin tənqidi fəlsəfəsi (neqativ metafizika, başqa sözlə, materializm olaraq) belə bir məntiqi səhv, ehtimal üzərində qurulub ki, materiya yalnız qeyri-tənqidi idrakın hipostazirə etdiyi hipotez, sırf metafizik anlayış deyil, hiss olunan, dərk edilən reallıqdır. Əslində isə «materiya» sözü «ruh» və ya hətta «Tanrı» sözü kimi bilinməyənin rəmzidir. Digər tərəfdən, dini inam özünün tənqidəqədərki dünyagörüşündən imtina edə bilmir. İsanın çağırışına baxmayaraq, inananlar uşaq kimi deyil, uşaq olaraq qalmaq istəyirlər. Bir məşhur müasir ilahiyyatçı öz tərcümeyi-halında etiraf edir ki, «uşaqlığından bu günə qədər» İsa onun mehriban dostudur. İsa - təlimi atalarının dini ilə prinsipial ziddiyyət təşkil edən təbliğçinin parlaq nümunəsidir. Lakin İsanın təqlidi, göründüyü kimi, ardıcıllardan öz yolunun başlanğıcında onun verdiyi psixi və mənəvi qurbanı tələb etmir - Bu qurban olmasaydı, o heç bir zaman xilaskar olmazdı.

Əslində elm və din arasındakı ixtilaf hər iki tərəfdən anlaşılmazlığa əsaslanır.

ANALITIK NƏZƏRIYYƏ: Yunqa görə şəxsiyyət 3 ayrı-ayrı, lakin bir-birilə qarşılıqlı əlaqədə olan strukturdan ibarətdir: eqo, şəxsi şüursuzluq və kollektiv şüursuzluq.

EQO: Şüur sferasının mərkəzində durur. O, özündə fikir, hiss, təəssürat və duyğuları birləşdirən,”psyche” komponenti vasitəsilə çıxış edir. Elə buna görə də biz özümüzü tam, daimi hiss edirik və insan kimi qavrayırıq. Eqonun hesabında biz öz şüur fəaliyyətimizin nəticəsini görə bilirik.

ŞƏXSI ŞÜURSUZLUQ: Özündə indi unudulmuş, amma vaxtilə baş verən konflikt və təəssüratları birləşdirir. Yunq Freyddən daha irəli gedərək bildirir ki, şəxsi şüursuzluq fərdin keçmiş yaxud anadan gəlmə, nəsli təcrübəsindən gələn kompleksləri, yaxud emosional fikirləri: hiss və təəssüratları birləşdirir. Yunqun təsəvvürlərinə görə bu komplekslər fərdin davranışına güclü təsir göstərə bilər. Məs: hakimlik kompleksi olan insan birbaşa yaxud simvolik olaraq hakimiyyət mövzusu ilə əlaqədar olan işlərə əhəmiyyətli dərəcədə psixi enerji sərf edə bilər. Bir dəfə formalaşmış kompleks insanın davranışına və onun hisslər aləminə təsir etməyə başlayır. Nəticədə kompleksin komponentləri, yaxud bütün kompleks dərk edilə və fərdin həyatına güclü təsir edə bilər.

KOLLEKTIV ŞÜURSUZLUQ: Yunq şəxsiyyətin strukuturunda daha dərin qatda mövcud olan kollektiv şüursuzluq haqqında fikir irəli sürdü. Bu daha güclü və təsirli psixi sistemdir və pataloji hallarda o eqonu və şəxsi şüursuzluğu ört-basdır edir. Kollektiv şüursuzluq özündə insanın və hətta insanаbənzər nəsillərin də hafizəsinin gizli izlərini özündə birləşdirir. Yunqun özünün dediyi kimi “kollektiv şüurusuzluq” hər bir fərdin beyin strukturunda yaranan insan təkamülünün ruhi səltənəti durur. Belə olan halda kollektiv şüursuzluğun məzmununa bütün insanlığın səltənəti aiddir. Onu da qeyd etməliyəm ki, Yunqun və Freydin fikir ayrılığının əsas səbəbi kollektiv şüursuzluq konsepsiyası oldu.

ARXETIPLƏR: Yunq belə bir fərziyyə irəli sürdü ki, kollektiv şüursuzluq ilkin psixi obrazlar olan arxetiplərdən ibarətdir. Arxetip-bu əhəmiyyətli emosional elementə malik universal fikir formasıdır. Arxetiplər-anadangəlmə fikir və təəsüratlardır. Anadangəlmə burada konkret situasiyalara emosional, koqnitiv və davranış baxımından cavab vermə tendensiyası kimi başa düşülür. Misal üçün, valideynlərlə, sevdiyin insanla, ilanla yaxud ölümlə qəfil qarşılaşma olduqda. Yunq tərəfindən göstərilən arxetiplər arasında ana, uşaq, qəhrəman, müdrik, Allah və ölüm daxildir.

Yunq belə hesab edirdi ki, hər bir arxetip uyğun obyekt yaxud situаsiya ilə münasibətdə hissləri və fikirləri əks etdirir. Yunq sonralar bildirirdi ki, arxetip ideya və obrazlara tez-tez yuxugörmədə həmçinin mədəniyyətlərdə simvol, əlyazısı, ədəbiyyat və dində rast gəlmək olar. Kütləvi şüursuzluqda arxetiplərin miqdarı hüdudsuz ola bilər. Lakin, Yunqun nəzəri sistemdə əsas diqqət persona, anima və animusa, kölgə və özəlliklərə ayrılır.



Persona: (latınca “persona” – maska dem.) Bu bizim ictimai üzümüzdür, yəni biz başqa insanlarla münasibətdə özümüzü necə göstəririk. Persona sosial tələbatlarımızı yerinə yetirmək üçün oynadığımız rol mənasını bildirir. Yunqa görə, persona bizə digər insanlara yaxşı təəssürat bağışlamağa və ya onlardan doğrunu gizlətmək üçün lazım olur.

Anima və animus: Bir çoxları tərəfindən qəbul olunmuşdur ki, insan həqiqətdə heyvani bioseksualdır. Fizioloji səviyyədə biz görürük ki, həm qadında, həm də kişidə kişi və qadın hormonları ayrılır. Psixoloji səviyyədə baxdıqda isə hər iki cinsdə həm maskulin, həm də feminin xarakteri mövcuddur. Homoseksuallıq – daha aydın görünən belə hadisələrdən biridir, hansı ki, insan bioseksuallığı haqqında təssəvürlərə başlanğıc verdi. Kişi şəxsiyyətinin feminin və qadın şəxsiyyətin maskulin tərəfinə Yunq arxetiplər şəklində baxır. Kişidə feminin arxetipi anima, qadında maskulin arxetipi isə animus adlanır. Bu arxetiplər xromosomlar və cinsi maddələrlə şərtlənsələr də kişilərin qadınlarla bağlı olaraq və qadınların kişilərlə bağlı olaraq keçirdikləri təəsüratlаrın nəticəsidir.

Kölgə: Persona arxetipinə əks mövqedə, şəxsiyyətin qaranlıq, qarışıq və heyvani tərəfi olan kölgə dayanır. Kölgə özündə sosial cəhətdən qəbul olunmayan seksual və aqressiv impulsları, əxlaqsız fikir və ehtirasları özündə birləşdirir. Lakin kölgənin həm də müsbət tərəfləri də var. Yunq kölgəyə həyatın mənbəyi, fərdin həyatının spontаn və yaradıcılığının başlanğıcı kimi baxırdı. Оnun fikrinə görə, eqonun funksiyası kölgənin enerjisini düzgün cərəyana yönəltsin.

Özəllik: Yunqun nəzəriyyəsində daha vacib xarakter daşıyır. Bu arxetip ətrafında digər elementləri birləşdirən şəxsiyyətin özəyini təşkil edir. Ruhun hərtərəfli inteqrasiyasına nail olunduqda insan birlik, tamlıq və harmoniya hiss edir. Belə olan halda Yunqa görə özəllik bu insan həyatının başlıca məqsədidir.

Psixoanaliz nəzəriyyəsinin həddlərində şəxsiyyətdaxili münaqişə nəzəriyyəsi üzərində K.Yunq, A.Adler, K.Horni və digərləri işləyib hazırlamışdılar. Münaqişə şəxsiyyətin kəskin mənfi təəssüratlarında ifadə olunur. Şəxsiyyətdaxili nəzəriyyəsinin tədqiqini Amerika psixoloqu Karl Rocers (1909-1982-ci illər) öz yaradıcılığında davam etdirdi. O, hesab edirdi ki, şəxsiyyətin strukturunun fundamental komponenti «Mən-konsepsiya»dır; buraya şəxsiyyətin özü haqqında təsəvvürlər daxildir. Öz «Mən»in obrazı, şəxsiyyətin ətraf mühitlə qarşılıqlı əlaqəsi zamanı formalaşır. Digər Amerika psixoloqu Abraham Maslou (1908-1968-ci illər) da böyük populyarlıq qazanan bir konsepsiyanı yratamıdır. A.Maslounun fikrincə, şəxsiyyətin motivasiyalar strukturunun əsasında bir sıra təşkilati tələbatlar durur. Onların sırasında fizioloji, təhlükəsizliyə, sevgiyə, hörmətə, özünüifadə olunmaya olan tələbatları qeyd etmək olar. Ən alisi – sonuncudur, çünki burada insanın imkanları, qabiliyyət və talantları realizə olunur. Özünüifadəetmə – çox adamlarda var, lakin yalnız bəzilərində o, reallaşır və həqiqətə çevrilir. Konfliktoloji konsepsiyalarda şəxsiyyətdaxili münaqişələri növlərə böləndə, bir neçə əsası nəzərə alırlar. «Fərdin və qrupun psixologiyası» əsərinin müəllifləri üç cürə belə münaqişəni fərqləndirirlər: tələbatlar münaqişəsi; tələbatlar və sosial normalar arasında münaqişə; sosial normaların münaqişəsi. Şəxsiyyətdaxili münaqişələrinin daha dolğun təsnifatı A.Y.Antsupov və A.İ.Şipilov tərəfindən verilir: onlar belə təsnifatın əsasını şəxsiyyətin dəyərlər – motivasiyalar sahəsində görürlər. Münaqişəyə girən tərəflərdən asılı olaraq, onun əsas növləri göstərilir: motivasiyalarla bağlı olan, əxlaqi, gerçəkləşdirilmiş arzularla bağlı olan, rol, adaptasiya münaqişələri, qeyri-adekvat* (uyğun olmayan), bir də nevrotik* (əsəb sistemi ilə bağlı olan) münaqişələr. Şəxsiyyətdaxili münaqişələr öz nəticələrinə görə konstruktiv* (funksional, səmərəli), ya da ki, destruktiv* (dağıdıcı, səmərəsiz) ola bilər. Konstruktiv xarakterli münaqişələr şəxsiyyətin inkişafı üçün zəruridir. Destruktivlər isə şəxsiyyət üçün müəyyən təhlükə törədir: burada ağır təəssüratlanmalar stressvəziyyətinə gətirib çıxarır, bunların da ən ağır forması – intihardır*. Şəxsiyyətdaxili münaqişə – şəxsiyyətin elə bir vəziyyətidir ki, eyni zamanda ziddiyyətli və bir-birini inkar edən motivlər, dəyərlər yönümü və məqsədlər yaranır və insan həmin anda onların öhdəsindən gələ bilmir. Ümumi şəkildə şəxsiyyətdaxili münaqişəni subyektiv mövcud durumu və arzuolunan durumu, imkan və gerçəklik, aktual və potensialın arasındakı münaqişə kimi xarakterizə etmək olar. Ən geniş yayılmış psixoloji münaqişələr sırasında şəxsiyytələrarası münaqişələri göstərmək olar. Onlar əslində cəmiyyətdə bütün fəaliyyət sahələrini əhatə edir. Alimlər haqlı olaraq qeyd edirlər ki, şəxsiyyətlərarası münaqişə – insan nəslinə xas olan ən qədim fəaliyyət üsullarından biridir. Bəziləri hesab edirlər ki, münaqişənin bu növü şəxsiyyətin daxilində gedən mübarizədən əvvəl yaranıb, çünki insanlar öz daxili aləmini araşdırmazdan əvvəl fərdlərarası ünsiyyətdə iştirak edirlər.

Şəxsiyyətlərarası münaqişələr - ayrı-ayrı fərdlərin sosial və psixoloji qarşılıqlı təsirinin nəticəsində öz aralarında toqquşması deməkdir. Bu – qarşılıqlı fəaliyyət quran subyektlərin açıq qarşıdurmasıdır; burada ziddiyyətlər, konkret şəraitdə üst-üstə düşməyən əksməqsədlər kimi çıxış edir. Ziddiyyətlər ictimai həyatın müxtəlif sahələrində yarana bilər – məişət, iqtisadi, siyasi və s. Fərdlərarası ziddiyyətlər mülkiyyət üstündə, xasiyyətləri bir-birinə uyğun gəlməyəndə, xırda hərc-mərclik üstündə yaranır. Müxtəlif xasiyyətli, temperamentli insanlar, bir-birilə heç cürə yola gedə bilmirlər. Şəxsiyyətlərarası münaqişələr özünəməxsusluğa malikdir: insanların ziddiyyətləri, şəxsi motilərin toqquşması nəticəsində dərhal, yerindəcə baş verir; burada bütün məlum olan ümumi və xüsusi, obyektiv və subyektiv səbəblər ifadə olunur; burada xasiyyət, temperamentin yoxlanılması meydanıdır, belə demək olar ki, «poliqondur», qabiliyyətlər, intellekt, iradə və digər keyfiyyətlərin ifadə olunması vasitəsidir; yüksək emosionallıq müşahidə edilir; nəinki münaqişədə olan, həm də onlarla birbaşa əlaqəli olan maraqlarına toxunur. Şəxsiyyətlərarası münaqişənin yaranması işində əsas rolu ziddiyyətlər oynayır. Hər hansı bir hadisəyə olan baxışlar, qiymətvermələr üst-üstə düşməyəndə, ziddiyyətlər yaranır, mübahisə doğurur. Əgər belə vəziyyət iştirakçıların birinə təhlükəli görünərsə, onda münaqişəli vəziyyət yaranır. Münaqişəli vəziyyət zamanı tərəflərdə, hər hansı bir obyekti ələ keçirmək işində əksmövqe və məqsədlər yaranır. Məs., tədris qrupunda tələbələr arasında lider olmaq arzusu yaranır. Münaqişənin yaranması üçün burada istənilən bəhanə, yəni hər hansı bir hadisə, hətta üçüncü tərəfin iştirakı da ola bilər. Burada belə bir bəhanə hər hansı bir tələbənin, lider olmaq istəyinin haqqında rəyin yayılması ola bilər. Münaqişəli vzəiyyətdə onun sübyekti və obyekti aşkarlanır. Şəxsiyyətlərarası subyektlər – öz maraqlarını müdafiə edən, məqsədlərinə nail olmağa çalışan iştirakçılardır. Münaqişənin obyekti – onun iştirakçılarının meyl saldıqları bir şeydir. Bu, həmin məqsəddir ki, qarşıdurma iştirakçılarının hər biri ona nail olmağa çalışır. Belə vəziyyətdə münaqişənin predmeti isə – subyektlərin əks maraqlarını ifadə edən ziddiyyətlərdir. Şəxsiyyətlərarası münaqişələrin səbəbləri müxtəlif ola bilər, çünki onlar həyat fəaliyyətinin bütün sahələrində mövcuddur. Məs., təşkilatda münaqişələr ehtiyatların bölünməsi sahəsində, kommunikasiya vasitələrində nasazlıq üzərində məqsədlərdə olan fərqlərdən, fərdi-psixoloji xüsusiyyətlərindən, bir sıra (status, rol, mövqe və s.) sosial-psixoloji hadisələr üzündən baş verə bilər.

Qrup münaqişələri - qarşıdurma tərəflərindən heç olmasa biri kiçik qrup olduğu əqdirdə, qrup münaqişəsi yaranır. Belə qarşıdurma bir-birinə zidd mövqeli qrup motivlərin əsasında yaranır. Qrup münaqişələrin iki əsas növünü göstərmək olar: qrupdaxili («şəxsiyyət-qrup» münaqişəsi); qruplararası («qrup-qrup» münaqişəsi).

Qrupdaxili münaqişənin «şəxsiyyət-qrup» növündə durur. Münaqişənin bu növü şəxsiyyətlərarası münaqişədən əsaslı şəkildə fərqlənmir, burada fərq onun çoxölçülülü olmasındadır. Qrupa bir çox münasibətlər daxildir, o, müəyyən şəkildə təşkili olunub, burada formal və/yaxud qeyriformal lider var və s. Münaqişənin şəxsiyyətdaxili və şəxsiyyətlərarası səbəblərinə qrup təşkilatı ilə müəyyən edilən səbəblər də əlavə olunur. Şəxsiyyət və qrup arasında münaqişələr qrupunun daxilidə mövcud olan qarşılıqlı münasibətlərin inkişafı nəticəsində yaranır; bəzən burada özünəməxsus xüsusiyyətlər də yaranır. Birinci xüsusiyyət münaqişənin strukturu ilə bağlıdır; münaqişə ilə bağlı fəaliyyət şəxsi və qrup motivlərinin toqquşması əsasında aparılır. İkinci xüsusiyyət – nəzərdə tutulan munaqişənin səbəblərinin mahiyyətini özündə əks etdirir. Səbəblər isə bilavasitə fərdin qrupda mövqeyi ilə bağlıdır; bu mövqeyi «vəziyyət», «status»*, «daxili ustanovka»*, «rol», «qrup normaları» kimi anlayışlar xarakterizə edir. şəxsiyyət və qrup arasında yaranan münaqişələrin səbəbləri birbaşa rol gözlmələri ilə bağlıdır; şəxsiyyətin statusuna daxili ustanovka («gözləmə») uyğun gəlməyəndə, rol gözdəmələri pozulanda münaqişə baş verir. Üçüncü xüsusiyyət – öz əksini hər hansı bir münaqişənin ifadəolunması formalarında tapır; məs., qrup tərəfindən sanksiyalar (cəza tədbirləri) tədbiq olunur, qrupun üzvləri münaqişədə olanla qeyriformal ünsiyyəti kəsirlər; münaqişə edəni kəskin şəkildə tənqid edirlər, bəzən onda eyforiya (yüksək əhval-ruhiyyə) yaranır və s.

Qruplararası münaqişə əks mövqeli qrup motivlərin, maraqların, dəyərlər və məqsədlərin toqquşması nəticəsində yaranır. Belə münaqişələrin səciyyəvi cəhəti məhz qeyd edilən xüsusiyytədir. Münaqişələrin belə növü müxtəlif ölçüdə (kiçik, orta, iri) qruplar arasında ola bilər. Kiçik sosial qrup (KSQ) – bilavasitə ünsiyytdə olan, ümumi məqsəd və vəzifələri həyata keçirən (ailə, briqada, qrup) insan birliyidir. Orta sosial qrup (OSQ) – nisbətən müstəqil, ictimai əmək bölgüsü sistemində öz statusuna və funksiyalarına malik olan təşkilatdır (müəssisə, tədris ocağın, hərbi hissənin kollektivi). Böyük sosial qrup (BSQ) – bütün üzvləri üçün ümumi olan iqtisadi, siyasi, dini və s. əlamətlər əsasında formalaşan insan qrupudur (sosial sinif, siyasi partiya, laylar, etnik birliklər, milli qurumlar, iri dini birləşmələr). Sosial qrupların müxtəlif səviyyələri münaqişələrin yarışması və həllolunma üsullarında öz xüsusiyyətlərinə malikdir. Məs., kiçik qrup səviyyələrində qruplararası münaqişələrin yaranmasında qrupların sosial identifikasiyası amili böyük rol oynayır. O, qrupa aidolma duyğusunun formalaşdırılmasında, özünü digər üzvləri ilə eyniləşdirilməsində «onlar» və yaxud «bizimki olmayanlar» mövcudluğundan fərqli olan «biz» mövhumunun yaradılmasında istifadə olunur.

Karl Yunqdan maraqlı ifadələr:

İnsan bir hadisəni izah edərkən,yalnız olub bitən bir hadisədən danışmır. İstər istəməz özündən də danışır.Çünki biz dünyanı olduğu kimi deyil,olduğumuz kimi görürük. Əgər dinləməyi bacara bilsək adamın söylədiyi hər şeydən o adamın necə biri olduğunu müəyyən qədər də olsa üzə çıxara bilərik.

• Empatik dinləmə,qarşıdakı şəxsin gözüylə görüb,qulağıyla eşidə biləcək şəkildə dinləməyə deyilir.

• Bir adamın ürəyində sizə qarşı pis hisslər varsa,hətta dünyanın bütün məntiqini istifadə etməklə onu qazana bilməzsiniz.

• İnsanları qazanmaq istəyirsinizsə hər şeydən əvvəl ona səmimi bir dost olduğunuzu göstərməlisiniz.Beləcə onun başına girməyin ən gözəl yolunu tapmış olarsınız

• İnsan bir hadisəni izah edərkən,yalnız olub bitən bir hadisədən danışmır. İstər istəməz özündən də danışır.Çünki biz dünyanı olduğu kimi deyil,olduğumuz kimi görürük. Əgər dinləməyi bacara bilsək adamın söylədiyi hər şeydən o adamın necə biri olduğunu müəyyən qədər də olsa üzə çıxara bilərik

• Sizinlə danışan şəxsə bütün diqqətinizi verin.Çünki belə etməyiniz ona verdiyiniz dəyərin göstəricisidir.

• Başqalarının bizi hirsləndirən tərəfləri özümüzü anlamağımıza gətirib çıxarır.


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azrefs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə