Kardiologiya ixtisası üzrə yeni nümunəvi test sualları 15. 02. 13 – cü il tarixində əlavə edilmişdir




Yüklə 121.6 Kb.
tarix10.04.2016
ölçüsü121.6 Kb.
Kardiologiya ixtisası üzrə yeni nümunəvi test sualları
15. 02. 13 – cü il tarixində əlavə edilmişdir.

1) Ürək əzələsinin birincili zədələnməsi hesabına əmələ gələn ürək çatışmazlığı hansı xəstəliklər zamanı baş verir?

1. miokarditlər

2. idiopatik dilatasion kardiomiopatiya

3. kəskin miokard infarktı

4. ürək əzələsinin xroniki işemiyası

5. postinfarkt və aterosklerotik kardioskleroz
A) 3, 4, 5

B) 1, 3, 5

C) 1, 2

D) 2, 4


E) 2, 3
Ədəbiyyat: Ədəbiyyat: Г.Е.Ройтберг, А.В.Струтынский. Внутренние болезни (сердечно - сосудистая система). «Бином - пресс», 2007, стр60
2) Ürək əzələsinin ikincili zədələnməsi hesabına əmələ gələn ürək çatmamazlığı hansı xəstəliklər zamanı baş verir?

1.miokarditlər

2. ürək əzələsinin xroniki işemiyası

3. postinfarkt və aterosklerotik kardioskleroz

4. kəskin miokard infarktı

5. idiopatik dilatasion kardiomiopatiya
A) 1, 3, 5

B) 2, 3, 4

C) 3, 4, 5

D) 2, 4, 5

E) 1, 2, 4
Ədəbiyyat: Ədəbiyyat: Г.Е.Ройтберг, А.В.Струтынский. Внутренние болезни (сердечно - сосудистая система). «Бином - пресс», 2007, стр 60
3) Ürək çatışmazlığının ən çox rast gələn səbəbləri hansı xəstəliklərdir?

1. ÜİX (ürəyin işemik xəstəlikləri), kəskin miokard infarkt və infarktdan sonrakı kardioskleroz daxil olmaqla

2. arterial hipertenziya, o cümlədən ÜİX ilə müştərək

3. ürəyin qapaq qüsurları

4.endomiokardial fibroz

5. hipo və ya hipertireoz
A) 1, 3, 5

B) 3, 4, 5

C) 1, 2, 4

D) 2, 4, 5

E) 1, 2, 3
Ədəbiyyat: Ədəbiyyat: Г.Е.Ройтберг, А.В.Струтынский. Внутренние болезни (сердечно - сосудистая система). «Бином - пресс», 2007, стр61
4) Hansı xəstəliklər zamanı mədəciklərin konsentrik hipertrofiyası inkişaf edir?

1. arterial hipertenziya

2. aorta və ya ağ ciyər arteriyası qapaqlarının stenozunda

3. aorta qapaqları və ya ağ ciyər arteriyasının çatışmazlığı

4. mitral qapaq çatışmazlığı

5. ağ ciyər ürəyi
A) 3, 4, 5

B) 2, 4, 5

C) 1, 2, 5

D) 1, 3, 5

E) 1, 2, 4
Ədəbiyyat: Ədəbiyyat: Г.Е.Ройтберг, А.В.Струтынский. Внутренние болезни (сердечно - сосудистая система). «Бином - пресс», 2007, стр 64 - 65.
5) Hansı neyroendokrin sistemlərin aktivləşməsi ürək çatışmazlığının xarakterik hemodinamik dəyişiklərin əmələ gəlməsində böyük rol oynayır?

1. simpatiko - adrenal sistemin və onun effektorları (adrenalinin və noradrenalinin)

2. renin - angiotenzin - aldosteron sistemi (böyrək - böyrəküstü vəzi)

3. toxuma renin - anqiotenzin sistemi

4. miozinin ATF - nın aktivliyinin yüksəlməsi

5. fosforlaşma oksidləşmə prosesində enerjinin əmələ gəlməsinin zəifləməsi və qalıq ATF - nın həddindən artıq coxalması
A) 3, 4, 5

B) 2, 4, 5

C) 1, 3, 5

D) 1, 2, 4

E) 1, 2, 3
Ədəbiyyat: Ədəbiyyat: Г.Е.Ройтберг, А.В.Струтынский. Внутренние болезни (сердечно - сосудистая система). «Бином - пресс», 2007, стр 66
6) Kəskin ürək çatışmazlığı zamanı hansı müxtəlif orqan və toxumaların membran hüceyrə reseptorları vasitəsilə simpat - adrenal sistemin aktivləşmə effekti reallaşır?
A) α - adrenergik reseptorları

B) α - və β - adrenergik reseptorları

C) β - adrenergik reseptorları və lokal toxuma (eyni zamanda miokardial) renin –angiotenzin sistemi

D) lokal toxuma (eyni zamanda miokardial) renin – angiotenzin sistemi

E) β - adrenergik reseptorları
Ədəbiyyat: Ədəbiyyat: Г.Е.Ройтберг, А.В.Струтынский. Внутренние болезни (сердечно - сосудистая система). «Бином - пресс», 2007, стр 67
7) Anqiotenzin - çevirici ferment harada lokalizə olunur?
A) ağ ciyərlərin endotelial hüceyrələrinin membranında, böyrəklərin proksimal kanalcıqlarında, qara ciyərdə, plazmada

B) ağ ciyərlərin endotelial hüceyrələrinin membranında, böyrəklərin proksimal kanalcıqlarında, miokardda, plazmada

C) ağ ciyərlərin endotelial hüceyrələrinin membranında, böyrəklərin proksimal kanalcıqlarında

D) ağ ciyərlərin endotelial hüceyrələrinin membranında və plazmada

E) böyrəklərin proksimal kanalcıqlarında, miokardda və qara ciyərdə
Ədəbiyyat: Ədəbiyyat: Г.Е.Ройтберг, А.В.Струтынский. Внутренние болезни (сердечно - сосудистая система). «Бином - пресс», 2007, стр 69
8) Renin - anqiotenzin - aldosteron sisteminin uzun müddətli hiperaktivləşməsi nəticəsində hansı mənfi effektlər inkişaf edir?

1. ümumi periferik damar müqaviməti yüksəlir, orqan və toxumaların perfuziyzası aşağı düşür

2. ürəyə son yüklənmənin həddindən artıq artması

3. orqanizmdə mayenin nəzərə carpacaq dərəcədə saxlanılması nəticəsində, şişkinlik sindromunun əmələ gəlməsi və ön yüklənmənin yüksəlməsi

4. sirkulə edən qanın miqdarının azalması və qanın osmotik təzyiqinin yüksəlməsi

5. arterial təzyiqin düşməsi ilə nəzərə çarpacaq vazodilatasiya
A) 3, 4, 5

B) 2, 4, 5

C) 1, 2, 4

D) 1, 3, 5

E) 1, 2, 3
Ədəbiyyat: Ədəbiyyat: Г.Е.Ройтберг, А.В.Струтынский. Внутренние болезни (сердечно - сосудистая система). «Бином - пресс», 2007, стр. 69 - 70
9) Orqanizmdə suyun həddindən artıq toplanması və toxumaların hiperhidratasiyası nəticəsində osmo - və volümoreseptorların qıcıqlanması nəyə səbəb olur?
A) somatotrop hormonun sekresiyası artır

B) adrenokortikotrop hormonun sekresiyası azalır

C) adrenokortikotrop və somatotrop hormonların sekresiyası azalır

D) antidiuretik hormonun sekresiyası artır

E) antidiuretik hormonun sekresiyası kəskin azalır və ya, hətta, kəsilir
Ədəbiyyat: Ədəbiyyat: Г.Е.Ройтберг, А.В.Струтынский. Внутренние болезни (сердечно - сосудистая система). «Бином - пресс», крови 2007, стр. 70
10) Qulaqcıq natriumuretik peptidi harada istehsal olunur (hazırlanır) və qana nə vaxt keçir?
A) qulaqcıqların miositlərində istehsal olunur və onların gərilməsi zamanı qana keçir

B) mədəciklərin və qulaqcıqların miositlərində istehsal olunur, ancaq mədəciklərin gərilməsi zamanı qana keçir

C) mədəciklərin miositlərində istehsal olunur, ancaq qulaqcıqların həcminin kiçilməsi zamanı qana keçir

D) qulaqcıqların miositlərində istehsal olunur və onların həcminin kiçilməsi zamanı qana keçir

E) mədəciklərin miositlərində istehsal olunur, ancaq qulaqcıqların gərilməsi zamanı qana keçir
Ədəbiyyat: Ədəbiyyat: Г.Е.Ройтберг, А.В.Струтынский. Внутренние болезни (сердечно - сосудистая система). «Бином - пресс», 2007, стр. 70
11) Qulaqcıq natriumuretik peptidi hansı effektlər törədir?

1. kalsiumuretik

2. natriumuretik

3. diuretik

4. damargenişləndirici

5. damarbüzücü
A) 2, 3, 4

B) 2, 4, 5

C) 1, 3, 5

D) 3, 4, 5

E) 1, 2, 4
Ədəbiyyat: Ədəbiyyat: Г.Е.Ройтберг, А.В.Струтынский. Внутренние болезни (сердечно - сосудистая система). «Бином - пресс», 2007, стр. 70
12) Xroniki ürək çatışmazlığı olan xəstələrdə qulaqcıq natriumuretik peptidinin - QNUP (qanda sirkulə edən QNUP səviyyəsinin yüksək olmasına baxmayaraq) müsbət effekt dərəcəsinin azalmasına səbəb nədir?

1. reseptorların həssaslığının azalması

2. peptidin parçalanmasının sürətlənməsi

3. reseptorların həssaslığının artması

4. qulaqcıqlarda qanın həcminin azalması
A) 2, 3

B) 2, 4


C) 3, 4

D) 1, 3


E) 1, 2
Ədəbiyyat: Ədəbiyyat: Г.Е.Ройтберг, А.В.Струтынский. Внутренние болезни (сердечно - сосудистая система). «Бином - пресс», 2007, стр. 70
13) Son zamanlar xroniki ürək çatışmazlığının əmələ gəlməsində neyrohormonların uzunmüddətli hiperaktivasiyasına və endotelial disfunksiyaya böyük məna verilir. Bu dəyişikliklər nələr ilə müşayiət olunur?

1. sistem vazokonstriksiyası ilə

2. sinus taxikardiyası ilə

3. hipertrofiyanın inkişafı ilə

4. sistem vazodilyatasiya ilə

5. sinus bradikardiyası ilə
A) 1, 2, 3

B) 2, 4, 5

C) 3, 4, 5

D) 1, 2, 4

E) 1, 3, 5
Ədəbiyyat: Ədəbiyyat: Г.Е.Ройтберг, А.В.Струтынский. Внутренние болезни (сердечно - сосудистая система). «Бином - пресс», 2007, стр72», 2007, стр72
14) Ürəyin hansı funksiyalarının pozuntusu, müvafiq olaraq, sistolik və diastolik ürək çatmamazlığına səbəb olur?
A) ürəyin avtomatizm funksiyası və, müvafiq olaraq, mədəciklərin dolma pozuntuları

B) ürəyin keciricilik funksiyası və, müvafiq olaraq, mədəciklərin dolma pozuntuları

C) ürəyin rezervuar funksiyası və, müvafiq olaraq, mədəciklərin dolma pozuntuları

D) ürəyin oyanma funksiyası və, müvafiq olaraq, mədəciklərin boşalma pozuntuları

E) ürəyin nasos funksiyası və, müvafiq olaraq, mədəciklərin boşalma pozuntuları
Ədəbiyyat: Ədəbiyyat: Г.Е.Ройтберг, А.В.Струтынский. Внутренние болезни (сердечно - сосудистая система). «Бином - пресс», 2007, стр. 72
15) Kəskin ürək çatmamazlığın kliniki əlamətlərinin özünü göstərməsi hansı vaxt ərzində inkişaf edir?
A) xəstəliyin başlanmasından bir neçə dəqiqə və ya saat sonra

B) xəstəliyin başlanmasından bir neçə ay müddətində

C) xəstəliyin başlanmasından 3 - 5 qün müddətində

D) xəstəliyin başlanmasından 30 - 40 saniyə müddətində

E) xəstəliyin başlanmasından 2 - 3 aydan sonra
Ədəbiyyat: Ədəbiyyat: Г.Е.Ройтберг, А.В.Струтынский. Внутренние болезни (сердечно - сосудистая система). «Бином - пресс», 2007, стр. 73
16) Xroniki ürək çatmamazlığın kliniki əlamətlərinin özünü göstərməsi hansı vaxt ərzində inkişaf edir?
A) xəstəliyin başlanmasından 2 - 3 qün müddətində

B) xəstəliyin başlanmasından 30 - 40 saniyə müddətində

C) xəstəliyin başlanmasından bir neçə dəqiqə və ya saat sonra

D) xəstəliyin başlanmasından 3 - 5 qün müddətində

E) xəstəliyin başlanmasından bir neçə həftədən bir neçə ilə qədər
Ədəbiyyat: Ədəbiyyat: Г.Е.Ройтберг, А.В.Струтынский. Внутренние болезни (сердечно - сосудистая система). «Бином - пресс», 2007, стр. 73
17) Sol mədəcik (və ya “sol ürək”) çatmamazlığı zamanı hansı simptom üstünlük təşkil etmir?
A) boğulma

B) ortopnoe vəziyyəti

C) təngnəfəslik

D) hepatomeqaliya

E) ağ ciyər ödemi
Ədəbiyyat: Ədəbiyyat: Г.Е.Ройтберг, А.В.Струтынский. Внутренние болезни (сердечно - сосудистая система). «Бином - пресс», 2007, стр. 73
18) Sol mədəcik (və ya “sol ürək”) çatmamazlığı zamanı hansi simptomlar üstünlük təşkil edir?

1. ağ ciyər ödemi

2. ortopnoe vəziyyəti

3. boğulma

4. hepatomeqaliya

5. boyun venalarının şişməsi
A) 2, 4, 5

B) 1, 2, 3

C) 3, 4, 5

D) 1, 2, 4

E) 1, 3, 5
Ədəbiyyat: Ədəbiyyat: Г.Е.Ройтберг, А.В.Струтынский. Внутренние болезни (сердечно - сосудистая система). «Бином - пресс», 2007, стр. 73
19) Biventrikulyar (total) ürək çatmamazlığında nə baş verir?
A) ancaq böyük qan dövranı venalarında durğunluq, lakin kiçik qan dövranında durğunluq yoxdur

B) kiçik qan dövranının arteriya və venalarında durğunluq, lakin böyük qan dövranında durğunluq yoxdur

C) həm kiçik, həm də böyük qan dövranı venalarında durğunluq

D) ancaq kiçik qan dövranı venalarında durğunluq

E) böyük qan dövranının arteriya və venalarında durğunluq
Ədəbiyyat: Ədəbiyyat: Г.Е.Ройтберг, А.В.Струтынский. Внутренние болезни (сердечно - сосудистая система). «Бином - пресс», 2007, стр. 73
20) Hansı xəstəliklər zamanı ürək çatmamazlığı aşağı ürək atımı hesabına meydana çıxır?
A) arterio - venoz şuntda

B) anemiyalarda

C) Pedjet xəstəliyində

D) miokarditlərdə

E) hamiləlikdə
Ədəbiyyat: Ədəbiyyat: Г.Е.Ройтберг, А.В.Струтынский. Внутренние болезни (сердечно - сосудистая система). «Бином - пресс», 2007, стр. 74
21) Aşagıda göstərilən xəstəliklərdən hansı kəskin ürək çatmamazlığının (ÜÇ) tez - tez təsadüf olunan səbəbi hesab olunmur? (SA - sinoatrial, AV - atrioventrikulər).
A) ürəyin tamponadası

B) ağ ciyər arteriyasının tromboemboliyası

C) Q dişsiz və sol mədəciyin kiçik həcmli zədələnməsi olan miokard infarktı

D) aritmiyalar (paroksizmal mədəcik taxikardıyası, paroksizmal mədəciküstü taxikardiya və ya qulaqcıqların fibrilyasiyası, qəfləti inkişaf edən bradiaritmiya - SA və AV - blokadalar)

E) sağ mədəciyin yayılmış miokard infarktı
Ədəbiyyat: Ədəbiyyat: Г.Е.Ройтберг, А.В.Струтынский. Внутренние болезни (сердечно - сосудистая система). «Бином - пресс», 2007, стр. 74
22) Aşağıda göstərilənlərdən xroniki ürək çatmamazlığında erkən simptom kimi hansı hesab olunmur?
A) təngnəfəslik (dispnoe)

B) ortopnoe (orthopnoe)

C) qeyri məhsuldar quru öskürək

D) bradikardiya

E) ürək astmasının artması
Ədəbiyyat: Ədəbiyyat: Г.Е.Ройтберг, А.В.Струтынский. Внутренние болезни (сердечно - сосудистая система). «Бином - пресс», 2007, стр. 75
23) Xroniki ürək çatmamazlığı olan xəstələrdə hansı dəyişikliklər zamanı təngnəfəslik əmələ gəlir və o, nəyə dəlalət edir? ( SDT - son - diastolik təzyiq, SM - sol mədəcik).
A) SDT - in və SM - də dolma təzyiqinin yüksəlməsi zamanı, kiçik qan dövranının venoz yatağında qanın durğunluğunun başlamasına və dərinləşməsinə

B) SDT - in və SM - də dolma təzyiqinin enməsi zamanı, kiçik qan dövranının venoz yatağında qanın durğunluğunun başlamasına və dərinləşməsinə

C) SDT - in yüksəlməsi və SM - də dolma təzyiqinin enməsilə, böyük qan dövranının venoz yatağında qanın durğunluğunun başlamasına və dərinləşməsinə

D) SDT - in və SM - də dolma təzyiqinin yüksəlməsinə, böyük qan dövranının venoz yatağında qanın durğunluğunun başlamasına və dərinləşməsinə

E) SDT - in yüksəlməsi və SM - də dolma təzyiqinin enməsilə, kiçik qan dövranının venoz yatağında qanın durğunluğunun başlamasına və dərinləşməsinə
Ədəbiyyat: Ədəbiyyat: Г.Е.Ройтберг, А.В.Струтынский. Внутренние болезни (сердечно - сосудистая система). «Бином - пресс», 2007, стр. 75», 2007, стр. 75
24) Hansı təngnəfəslik ortopnoe (orthopnoe) hesab olunur ?
A) xəstənin yarımoturaq vəziyətində əmələ qələn və horizontal vəziyyətdə yox olan

B) xəstənin uzanmış vəziyyətdə başı hündürdə olmamaqla əmələ qələn və vertikal vəziyyətdə yox olan

C) xəstənin uzanmış vəziyyətdə başını azacıq qaldırmaqla əmələ qələn və vertikal vəziyyətdə yox olan

D) xəstənin uzanmış vəziyyətində başı hündürdə olmamaqla əmələ qələn və horizontal vəziyyətdə yox olan

E) xəstənin oturaq vəziyyətində əmələ qələn, vertikal və horizontal vəziyyətlərində yox olan
Ədəbiyyat: Ədəbiyyat: Г.Е.Ройтберг, А.В.Струтынский. Внутренние болезни (сердечно - сосудистая система). «Бином - пресс», 2007, стр. 75
25) Ortropnoe zamanı təngnəfəslik nə vaxt əmələ gəlir və hansı şəraitdə yox olur?
A) əsasən xəstə gəzərkən əmələ gəlir, lakin oturduqda tez keçir

B) əsasən xəstə yataqda uzanmış vəziyyət aldıqdan bir neçə dəqiqə sonra əmələ gəlir, lakin oturduqda və ya yarımoturaq vəziyyət aldıqda tez keçir

C) əsasən xəstə oturmuş vəziyyətdə olduqdan bir neçə saat sonra əmələ gəlir, lakin horizontal vəziyyət aldıqda tez keçir

D) əsasən xəstə oturmuş vəziyyətdə olduqdan bir neçə dəqiqə sonra əmələ gəlir, ancaq venaya sidikqovucu yeridildikdən sonra keçir

E) əsasən xəstə oturmuş vəziyyətdə olduqdan bir neçə dəqiqə sonra əmələ gəlir, lakin horizontal vəziyyət aldıqda tez keçir
Ədəbiyyat: Ədəbiyyat: Г.Е.Ройтберг, А.В.Струтынский. Внутренние болезни (сердечно - сосудистая система). «Бином - пресс», 2007, стр. 75
26) Xroniki ürək catmamazlığı olan xəstələrdə adətən nə vaxt və xəstənin hansı vəziyyətində ürək astması tutmaları inkişaf edir?
A) gecə, xəstə yataqda olduğu vaxt

B) gündüz, xəstə yataqda olduğu vaxt

C) axşam, xəstə qida qəbul etdiyi vaxt

D) səhər tezdən, xəstə yataqdan qalxdığı vaxt

E) səhər, xəstə işə getdiyi vaxt
Ədəbiyyat: Ədəbiyyat: Г.Е.Ройтберг, А.В.Струтынский. Внутренние болезни (сердечно - сосудистая система). «Бином - пресс», 2007, стр. 75
27) Xroniki ürək catmamazlığı olan xəstələrdə ürək astması tutmaları zamanı xəstədə nə baş verir?
A) uzanır, quru öskürək, oyanma, ölüm qorxusu hissi ilə müşayiət olunan boğulma getdikcə keçir

B) oturur, bu əksər hallarda nəzərə çarpan yüngüllük gətirir, boğulma getdikcə azalır, quru öskürək və ölüm qorxusu hissi yox olur

C) yeriməyə başlayır, boğulma, quru öskürək, ölüm qorxusu hissi tədricən yox olur

D) yataqda oturur, önə əyilərək masaya dirənir, bununla nəfəsalma aktında köməkci əzələləri işə salır

E) oturur, bir qədər arxaya söykənir, lakin bu əksər hallarda nəzərə çarpan yüngüllük gətirmir:quru öskürək, həyəcan, ölüm qorxusu hissi ilə müşayiət olunan boğulma getdikcə artır
Ədəbiyyat: Ədəbiyyat: Г.Е.Ройтберг, А.В.Струтынский. Внутренние болезни (сердечно - сосудистая система). «Бином - пресс», 2007, стр. 75
28) Ürək astması və ağ ciyər ödeminin yaranması nə ilə əlaqədardır?(SM - sol mədəcik)

1. SM - in yığılma qabiliyyətinin tez və xeyli azalması

2. böyük qan dövranında qan durğunluğu

3. kiçik qan dövranında qan durğunluğu

4.ürəyə qanın venoz axınının artması

5. SM - in yığılma qabiliyyətinin tez və xeyli artması
A) 3, 4, 5

B) 1, 2, 4

C) 2, 4, 5

D) 1, 3, 4

E) 1, 2, 4
Ədəbiyyat: Ədəbiyyat: Г.Е.Ройтберг, А.В.Струтынский. Внутренние болезни (сердечно - сосудистая система). «Бином - пресс», 2007, стр. 75
29) Ürək çatmamazlığı olan xəstələrdə ürəkdöyünmənin əmələ qəlməsi nə ilə əlaqədardır? (SAS - simpat - adrenal sistem, RAAS - renin - angiotenzin - aldosteron sistemi).
A) SAS - ın və RAAS - in aktivləşməsi hesabına yaranan sinus taxikardiyası ilə

B) RAAS - ın aktivləşməsi hesabına yaranan sinus bradikardiyası ilə

C) SAS - ın aktivləşməsi hesabına yaranan sinus bradikardiyası ilə

D) RAAS - ın aktivləşməsi hesabına yaranan sinus taxikardiyası ilə

E) SAS - ın aktivləşməsi hesabına yaranan sinus taxikardiyası ilə
Ədəbiyyat: Ədəbiyyat: Г.Е.Ройтберг, А.В.Струтынский. Внутренние болезни (сердечно - сосудистая система). «Бином - пресс», 2007, стр. 76
30) Böyük qan dövranının venoz yatağında qan durgunluğu hesabına yaranan sağ mədəcik çatmamazlığı zamanı hansı simptomlar üstünlük təşkil edir?

1. boşluqların maye ilə dolması (assit, hidrotoraks, hidroperikard)

2. xaya və cinsiyyət orqanların ödemi

3. sianoz

4. boğulma

5. ortopnoe vəziyyəti
A) 3, 4, 5

B) 1, 2, 4

C) 1, 3, 5

D) 1, 2, 3

E) 2, 4, 5
Ədəbiyyat: Ədəbiyyat: Г.Е.Ройтберг, А.В.Струтынский. Внутренние болезни (сердечно - сосудистая система).«Бином - пресс», 2007, стр.77
31) Xroniki ürək çatmamazlığı olan xəstələrdə sianozun səbəbi nədir?
A) periferiyada qan axınının artması hesabına oksigenin toxumalar tərəfindən ekstraksiyasının artması

B) periferiyada normal qan axını və oksigenin toxumalar tərəfindən ekstraksiyasının artması

C) periferiyada qan axınının artması hesabına oksigenin toxumalar tərəfindən ekstraksiyasının azalması

D) periferiyada qan axınının zəifləməsi hesabına oksigenin toxumalar tərəfindən ekstraksiyasının artması

E) periferiyada qan axınının zəifləməsi hesabına oksigenin toxumalar tərəfindən ekstraksiyasının azalması
Ədəbiyyat: Ədəbiyyat: Г.Е.Ройтберг, А.В.Струтынский. Внутренние болезни (сердечно - сосудистая система). «Бином - пресс», 2007, стр.77
32) Sağ mədəcik və ya biventrikulyar ürək çatmamazlığı olan xəstələrdə odemlər hansı səbəblərlə təzahür olunur? (RAAS - renin - anqiotenzin - aldosteron sistemi, POT - plazmanın onkotik təzyiqi).

1. böyük qan dövranının venoz yatağında hidrostatik təzyiqin qalxması ilə

2. qara ciyərdə qanın durğunluğunun və zülal sintezinin pozulması nəticəsində POT - in enməsi ilə

3. RAAS - ın aktivləşməsi hesabına yaranan damar keçriciliyi pozuntusu, natrium və suyun orqanizmdə saxlanması ilə

4. böyük qan dövranının venoz yatağında hidrostatik təzyiqin enməsi ilə

5. qara ciyərdə qanın durğunluğunun və zülal sintezinin pozulması nəticəsində POT - in qalxması ilə
A) 3, 4, 5

B) 1, 2, 3

C) 2, 4, 5

D) 1, 2, 4

E) 1, 3, 5
Ədəbiyyat: Ədəbiyyat: Г.Е.Ройтберг, А.В.Струтынский. Внутренние болезни (сердечно - сосудистая система). «Бином - пресс», 2007, стр. 77
33) Xroniki ürək çatmamazlığı olan xəstələrdə boyun venalarının şişməsi zamanı hansı hemodinamik dəyişikliklər vacib klinik əlamət hesab olunur?

1. mərkəzi venoz təzyiqin, belə ki, sağ qulaqcıqdakı təzyiqin yüksəlməsi

2. böyük qan dövranının venoz yatağında qan durğunluğu

3. mərkəzi venoz təzyiqin, belə ki, sol qulaqcıqdakı təzyiqin enməsi

4. kiçik qan dövranının venoz yatağında qan durğunluğu

5. mərkəzi venoz təzyiqin, belə ki, aortadakı təzyiqin yüksəlməsi
A) 1, 2, 4

B) 3, 4


C) 1, 2

D) 1, 3


E) 2, 4, 5
Ədəbiyyat: Ədəbiyyat: Г.Е.Ройтберг, А.В.Струтынский. Внутренние болезни (сердечно - сосудистая система). «Бином - пресс», 2007, стр. 80
34) Abdominal - yuqulyar (və ya hepato - yuqulyar) reflyuks yüksək mərkəzi venoz təzyiqin etibarlı göstəricisi hesab olunur. Abdominal - yuqulyar sınaq necə aparılır?
A) əlin ovuc hissəsilə qarın boşluğunun ön divarının sidik kisəsi nahiyyəsini qısa müddətdə (10 san.ərzində) sıxmaq yolu ilə

B) əlin ovuc hissəsilə qarın boşluğunun ön divarının kor bağırsaq nahiyyəsini davamlı (10 dəq.ərzində) sıxmaq yolu ilə

C) əlin ovuc hissəsilə qarın boşluğunun ön divarının göbəkətrafı nahiyyəsini qısa müddətdə (10 san.ərzində) sıxmaq yolu ilə

D) əlin ovuc hissəsilə qarın boşluğunun ön divarının göbəkətrafı nahiyyəsini davamlı (5 dəq.ərzində) sıxmaq yolu ilə

E) əlin ovuc hissəsilə qarın boşluğunun ön divarının sidik kisəsi nahiyyəsini davamlı (5 dəq.ərzində) sıxmaq yolu ilə
Ədəbiyyat: Ədəbiyyat: Г.Е.Ройтберг, А.В.Струтынский. Внутренние болезни (сердечно - сосудистая система). «Бином - пресс», 2007, стр. 84
35) Abdominal - yuqulyar sınaqın nəticəsinin qiymətləndirilməsi nəyin səbəbini dəqiqləşdirməyə imkan yaradır?
A) periferik ödemlərin, əsasən o hallarda, nə vaxt ki, boyun venalarının nəzərə çarpacaq genişlənməsi və sol mədəcik çatmamazlığının digər xarici əlamətləri olmur

B) periferik ödemlərin, əsasən o hallarda, nə vaxt ki, boyun venaları nəzərə çarpacaq genişlənib və sağ mədəcik çatmamazlığının digər xarici əlamətləri vardır

C) periferik ödemlərin, əsasən o hallarda, nə vaxt ki, boyun venaları nəzərə çarpacaq genişlənib və sol mədəcik çatmamazlığının xarici əlamətləri vardır

D) periferik ödemlərin, əsasən o hallarda, nə vaxt ki, boyun venalarının nəzərə çarpacaq genişlənməsi və ya sağ mədəcik çatmamazlığının digər xarici əlamətləri olmur

E) periferik ödemlərin, əsasən o hallarda, nə vaxt ki, boyun venaları nəzərə çarpacaq dərəcədə genişlənib
Ədəbiyyat: Ədəbiyyat: Г.Е.Ройтберг, А.В.Струтынский. Внутренние болезни (сердечно - сосудистая система). «Бином - пресс», 2007, стр. 83
36) Abdominal - yuqulyar sınaqın müsbət nəticəsi nəyə dəlalət edir?
A) sol mədəcik çatmamazlığı səbəbindən kiçik qan dövranın venalarında durğunluğun olmasına

B) sağ mədəcik çatmamazlığı səbəbindən böyük və kicik qan dövranın venalarında durğunluğun olmasına

C) sağ mədəcik çatmamazlığı səbəbindən kiçik qan dövranın venalarında durğunluğun olmasına

D) sol mədəcik çatmamazlığı səbəbindən böyuk qan dövranın venalarında durğunluğun olmasına

E) sağ mədəcik çatmamazlığı səbəbindən böyuk qan dövranın venalarında durğunluğun olmasına
Ədəbiyyat: Ədəbiyyat: Г.Е.Ройтберг, А.В.Струтынский. Внутренние болезни (сердечно - сосудистая система). «Бином - пресс», 2007, стр. 83
37) Biventrikulyar xroniki ürək çatmamazlığı olan xəstələr necə görünür («Korvizar» sifəti)?

1. ağzı yarımaçıq olur

2. sifət şişkinliyi

3. boyun venalarının şişməsi

4. dodaqların və burunun ucunun nəzərə çarpacaq sianozu olmaqla üzün rəngi sarımtıl - avazımış

5.akrosianoz
A) 2, 3, 5

B) 1, 3, 5

C) 1, 2, 4

D) 3, 4, 5

E) 2, 4, 5
Ədəbiyyat: Ədəbiyyat: Г.Е.Ройтберг, А.В.Струтынский. Внутренние болезни (сердечно - сосудистая система). «Бином - пресс», 2007, стр. 83
38) «Ürək kaxeksiyasının» baş vermə səbəbini nə ilə əlaqələndirirlər? (SAS - simpatiko - adrenal sistem, RAAS - renin - angiotenzin - aldosteron sistem).

1. daxili üzvlərin və skelet əzələlərinin perfuziyasının kritik azalması hesabına, nəzərə çarpacaq distrofik dəyişikliklərilərlə

2. SAS - ın, RAAS - ın və digər neyrohormonal sistemlərin uzunmüddətli hiperaktivasiyası səbəbindən

3. daxili üzvlərin və skelet əzələlərinin perfuziyasının artması hesabına , nəzərə çarpacaq distrofik dəyişikliklərilərlə

4. daxili üzvlərin, skelet əzələlərinin və baş beyin perfuziyasının kritik artması hesabına, nəzərə çarpacaq distrofik dəyişikliklərilərlə

5. SAS - ın uzunmüddətli hiperaktivasiyası
A) 1, 2

B) 1, 3


C) 3, 4

D) 2, 4


E) 2, 3
Ədəbiyyat: Ədəbiyyat: Г.Е.Ройтберг, А.В.Струтынский. Внутренние болезни (сердечно - сосудистаясистема). «Бином - пресс», 2007, стр. 83
39) Ağciyərlərin həddindən artıq qanla dolması ilə bağlı olan ağciyər toxumasının rigidliyinin artmasına gətirib çıxaran ağır vəziyyətlərdə nə baş verir?
A) ekspirator xarakterli təngnəfəslik

B) taxipnoe xarakterli təngnəfəslik

C) qarışıq xarakterli təngnəfəslik

D) inspirator dispnoe xarakterli təngnəfəslik

E) apnoe epizodları ilə əvəzlənən təngnəfəslik
Ədəbiyyat: Ədəbiyyat: Г.Е.Ройтберг, А.В.Струтынский. Внутренние болезни (сердечно - сосудистая система). «Бином - пресс», 2007, стр. 83
40) Xroniki ürək çatmamazlığı olan (XÜÇ) hansı xəstələrdə hidrotoraks rast gəlinir və əsasən, o, harada lokalizə olunur?
A) biventrikulyar XÜÇ - ğı olan xəstələrdə və cox vaxt sol plevral boşluqda lokalizə olunur

B) sol mədəcik XÜÇ - ğı olan xəstələrdə və sol plevral boşluqda lokalizə olunur

C) sağ mədəcik XÜÇ - ğı olan xəstələrdə və sol plevral boşluqda lokalizə olunur

D) sağ mədəcik XÜÇ - ğı olan xəstələrdə və sağ plevral boşluqda lokalizə olunur

E) biventrikulyar XÜÇ - ğı olan xəstələrdə və adətən sağ plevra boşluqda lokalizə olunur
Ədəbiyyat: Ədəbiyyat: Г.Е.Ройтберг, А.В.Струтынский. Внутренние болезни (сердечно - сосудистая система). «Бином - пресс», 2007, стр. 84
41) Nəzərə çarpan sistolik disfunksiya və sol mədəciyin dilatasiyası olan xroniki ürək çatmamazlıqlı xəstələrdə çox vaxt auskultasiyada nə müəyyən olunur?

1. ürəyin əlavə patoloji III tonu

2. ürəyin əlavə patoloji IV tonu

3.üçhissəli protodiastolik qalop ritmi

4. mezodiastolik qalop ritmi

5. presistolik qalop ritmi
A) 1, 3

B) 3, 4


C) 1,2

D) 2, 3


E) 2, 4
Ədəbiyyat: Ədəbiyyat: Г.Е.Ройтберг, А.В.Струтынский. Внутренние болезни (сердечно - сосудистая система). «Бином - пресс», 2007, стр. 86; А.Л.Гребнев. Пропедевтика внутренних болезней.2001, стр. 153
42) Xroniki ürək çatmamazlığı olan, əsasən yığılma sürəti və dilatasiyaya uğramış sol mədəcik boşalmasının zəifləmələsinə dəlalət edən əksər xəstələrdə nə eşidilir?
A) ürəkdə I ton qüclənməsi və ağ ciyər arteriyası üzərındə II tonun aksenti

B) ürəkdə I və II əsas tonların güclənməsi

C) ürəkdə I tonun zəifləməsi və ağ ciyr arteriyası üzərındə II tonun aksenti

D) ürəkdə I tonunun zəifləməsi və aorta üzərındə II tonun aksenti

E) ürəkdə I və II əsas tonların zəifləməsi
Ədəbiyyat: Ədəbiyyat: Г.Е.Ройтберг, А.В.Струтынский. Внутренние болезни (сердечно - сосудистая система). «Бином - пресс», 2007, стр. 86
43) II mərhələ xroniki ürək çatmamazlığı olan xəstələrdə hansı hemodinamik dəyişikliklər baş verir? (N.D.Strajesko və V.X.Vasilenko təsnifatı əsasən).
A) sakit halda kiçik və/ və ya böyük qan dövranında qan durğunluğu şəklində mövcud olan hemodinamik dəyişikliklər

B) nəzərə çarpan hemodinamik dəyişikliklər və ancaq kiçik qan dövranında venoz durğunluq əlamətləri, həmçinin orqan və toxumaların əhəmiyyətli perfuziya və metabolizm pozuntuları

C) sakit halda hemodinamik dəyişikliklər olmur və ancaq fiziki hərəkət zamanı meydana çıxır

D) nəzərə çarpan hemodinamik dəyişikliklər və ancaq böyük qan dövranında venoz durğunluq əlamətləri, həmçinin orqan və toxumaların əhəmiyyətli perfuziya və metabolizm pozuntuları

E) nəzərə çarpan hemodinamik dəyişikliklər və hər iki qan dövranında venoz durğunluq əlamətləri, həmçinin orqan və toxumaların əhəmiyyətli perfuziya və metabolizm pozuntuları
Ədəbiyyat: Ədəbiyyat: Г.Е.Ройтберг, А.В.Струтынский. Внутренние болезни (сердечно - сосудистая система). «Бином - пресс», 2007, стр. 91.
44) I funksional sinif xroniki ürək çatmamazlığı olan xəstələrə nəyin əsasında diaqnoz qoyulur? (Nyu - York ürək assosiasiyasının təsnifatına əsaslanaraq).
A) Xəstə veloerqometrdə 150 - 300 kqm/dəq yükün öhdəsindən - 3 dəqiqə, 450 kqm/dəq yükün isə - 1 dəqiqə gələ bilir

B) Fiziki aktivlikdə məhdudlaşma yoxdur. Adi fiziki yük nəzərə carpan yorğunluq, zəiflik, təngnəfəslik və ya ürəkdöyünmə yaratmır

C) Fiziki aktivlik bir qədər məhdudlaşıb. Sakitlikdə hər - hansı bir patoloji simptomlar yoxdur. Adi fiziki yük zəiflik, yorulma, ürəkdöyünmə, təngnəfəslik və başqa simptomlar yaradır

D) Narahatsızlıqsız hər - hansı bir yükün öhdəsindən gəlmək mümkünsüzdür. Sakit halda ürək çatmamazlığının simptomları vardır və hər hansı fiziki yük zamanı artır

E) Fiziki aktivlik kəskin məhdudlaşıb. Yalnız sakit halda xəstə özünü yaxşı hiss edir, lakin adi fiziki yük zəiflik, ürəkdöyünmə, təngnəfəslik və başqa əlamətlərin əmələ gəlməsinə səbəb olur
Ədəbiyyat: Ədəbiyyat: Г.Е.Ройтберг, А.В.Струтынский. Внутренние болезни (сердечно - сосудистая система). «Бином - пресс», 2007, стр. 91.
45) IV funksional sinif xroniki ürək çatmamazlığı olan xəstələrə hansı əlamətlər əsasında diaqnoz qoyulur? (Nyu - York ürək assosiasiyanın təsnifatına əsaslanaraq).
A) Xəstə veloerqometrdə 300 - 450 kqm/dəq yükün öhdəsindən 3 dəqiqə, 600 kqm/dəq yükün öhdəsindən 1 dəqiqə gələ bilir

B) Fiziki aktivlikdə məhdudlaşma yoxdur. Adi fiziki yük nəzərə carpan yorulma, zəiflik, təngnəfəslik və ya ürəkdöyünmə yaratmır

C) Narahatsızlıqsız hər - hansı bir yükün öhdəsindən gəlmək mümkün deyil. Sakit halda ürək çatmamazlığının simptomları vardır və hər hansı fiziki yük zamanı artır

D) Fiziki aktivlik bir qədər məhdudlaşıb. Sakitlikdə hər - hansı bir patoloji siptomlar yoxdur. Adi fiziki yük zəiflik, yorulma, ürəkdöyünmə, təngnəfəslik və başqa simptomlar yaradır

E) Fiziki aktivlik kəskin məhdudlaşıb. Təkcə sakit halda xəstə özünü yaxşı hiss edir, lakin azacıq fiziki yük zəiflik, ürəkdöyünmə, təngnəfəslik və başqa əlamətlərin əmələ gətirir
Ədəbiyyat: Ədəbiyyat: Г.Е.Ройтберг, А.В.Струтынский. Внутренние болезни (сердечно - сосудистая система). «Бином - пресс», 2007, стр. 91.
46) Xəstəliklərin sonuncu Beynalxalq Təsnifatına (XBT - 10) əsasən ÜÇ - na aşağıdakılardan hansı aid deyil?( ÜÇ - ürək çatışmazlığı).
A) I50.11 – Sağ mədəcik çatışmazlığı

B) I50 – Ürək çatışmazlığı

C) I50.0 – Durğunluq ürək çatışmazlığı

D) I50.1 – Sol mədəcik çatışmazlığı

E) I50.9 – Dəqiqləşdirilməmiş ürək çatışmazlığı
Ədəbiyyat: Ədəbiyyat: Ürək çatmamazliğının diaqnostika və müalicəsi üzrə klinik protokol. AzRSN. Вакı, 2010. Səh 9.sdiq edilmişdir. Вакı, 2010. Səh 9.
47) Amerika Kardiologiya Kolleci (ACC) və Amerika Ürək Assosiasiyasının (AHA) ürək çatışmazlığın (ÜÇ) təsnifatı nəyə əsaslanır? ( ÜÇ - ürək çatışmazlığı).
A) ÜÇ əlamətlərinə və fiziki fəaliyyətinə

B) funksional - morfoloji dəyişikliklərə

C) xəstənin şikayətlərinə və obyektiv müayinələrə

D) ürək əzələsinin struktur zədələnməsinə və ÜÇ simptomatikasının qiymətləndirilməsinə

E) xəstənin şikayətlərinə və fiziki fəaliyyətinə
Ədəbiyyat: Ədəbiyyat: Ürək çatışmazlığın diaqnostika və müalicəsi üzrə klinik protokol. AzRSN. Вакı, 2010. Səh 11.
48) Ürək çatışmazlığın struktur pozulmalarına əsaslanan (ACC/AHA) təsnifatındakı B mərhələ şikayət və fiziki fəaliyyətə əsaslanan (NYHA) təsnifatındakı hansı funksional sinfə uyğun gəlir? (ACC - Amerika Kardiologiya Kolleci, AHA - Amerika Ürək Assosiasiyası, NYHA - Nyu - York Ürək Assosiasiyası).
A) Sinif I

B) Sinif IV

C) Sinif II

D) Sinif III

E) Sinif V
Ədəbiyyat: Ədəbiyyat: Ürək çatışmazlığın diaqnostika və müalicəsi üzrə klinik protokol. AzRSN. Вакı, 2010. Səh 11.
49) Xroniki ürək çatışmazlığına (XÜÇ - ə) xas olan şikayətlər hansılardır?

1. sakit vəziyyətdə və ya fiziki gərginlik zamanı təngnəfəslik

2. ümumi zəiflik, tez yorulma

3. aşağı ətraflarda ödem

4. baş qicəllənmə

5. üzün şişkinliyi
A) 2, 3, 4

B) 2, 3, 5

C) 1, 3, 4

D) 1 , 3, 5

E) 1, 2, 3
Ədəbiyyat: Ədəbiyyat: Ürək çatışmazlığının diaqnostika və müalicəsi üzrə klinik protokol. AzRSN. Вакı, 2010. Səh 13.
50) Xroniki ürək çatışmazlığına (XÜÇ - ə) xas olan əlamətlər hansılardır?

1. taxikardiya, taxipnoe, ağ ciyərlərin aşağı paylarında kiçik qabarcıqlı yaş xırıltılar

2. plevral boşluqlarda transudat (mayenin) yığılması, vidaci venalarda şişkinlik (venoz təzyiqin artması nəticəsində)

3. əllərdə tremor

4. sağ ətrafların zəifləməsi

5.periferik ödemlər, hepatomeqaliya
A) 1, 2, 5

B) 1, 2, 4

C) 2, 4, 5

D) 1, 3, 5



E) 3, 4, 5
Ədəbiyyat: Ədəbiyyat: Ürək çatışmazlığının diaqnostika və müalicəsi üzrə klinik protokol. AzRSN. Вакı, 2010. Səh 13.


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azrefs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə