Kardiologiya 1 Qan dövranı sistemi neçə yerə bölünür?




Yüklə 3.76 Mb.
səhifə1/41
tarix30.04.2016
ölçüsü3.76 Mb.
  1   2   3   4   5   6   7   8   9   ...   41
Kardiologiya
1) Qan dövranı sistemi neçə yerə bölünür?
A) böyük və kiçik qan dövranına

B) yalnız böyük qan dövranına

C) böyük, kiçik və beyin (Circle of Willis) qan dövranına

D) böyük, mərkəzi və kiçik qan dövranına

E) böyük, kiçik, mərkəzi və periferik qan dövranına
Ədəbiyyat: Г.Е.Ройтберг, А.В.Струтынский. Внутренние болезни (сердечно-сосудистая система). «Бином-пресс», 2007, стр., 11
2) Kiçik qan dövranınin əsas funksiyasına aşağıdakılardan hansı daxil deyil?
A) oksigenləşmiş arterial qanın böyük qan dövranına daxil edilməsi

B) ağ ciyərlərin qan dövranının təchizatı

C) ağ ciyərlərin perfuziyasının təchizatı

D) oksigenləşmiş arterial qanın ürəyin sol şöbəsinə daxil edilməsi

E) ağ ciyərlərin ventilyasiyasının adekvat təminatı
Ədəbiyyat: Г.Е.Ройтберг, А.В.Струтынский. Внутренние болезни (сердечно-сосудистая система). «Бином-пресс», 2007, стр., 11
3) Böyük qan dövranının əsas funksiyasına aşağıdakılardan hansı daxil deyil?
A) venoz qanın ürəyin sağ şöbəsinə daxil olmasını təmin etmək

B) bütün daxili orqanların arterial qanla təchiz edilməsi və venoz qanın orqanlardan çıxarılması

C) venoz qanın bütün orqanlardan çıxarılması

D) bütün daxili orqanların arterial qanla təchiz edilməsi

E) oksigenləşmiş arterial qanın ürəyin sol şöbəsinə daxil edilməsi
Ədəbiyyat: Г.Е.Ройтберг, А.В.Струтынский. Внутренние болезни (сердечно-сосудистая система). «Бином-пресс», 2007, стр., 11
4) Anatomik olaraq normada ürəyin ön səthi əsasən hansı hissələrdən təşkil olunmuşdur?
A) ancaq sol mədəcikdən

B) sağ mədəcik və sağ qulaqcıqdan

C) 2/3 hissə sol mədəcik və 1/3 hissə sağ mədəcikdən

D) sol mədəcik və sol qulaqcıq seyvanından

E) ancaq sağ mədəcikdən
Ədəbiyyat:Г.Е.Ройтберг, А.В.Струтынский. Внутренние болезни (сердечно-сосудистая система). «Бином-пресс», 2007, стр., 12
5) Anatomik olaraq, normada ürəyin arxa səthi əsasən hansı hissələrdən təşkil olunmuşdur?

1.Sol və sağ qulaqcıqların arxa və yuxarı səthlərindən

2.Sağ qulaqcığın arxa səthindən

3.Sağ mədəciyin kiçik hissəsindən

4.Sol qulaqcığın böyük hissəsindən

5.Sol mədəciyin böyük hissəsindən

A) 1, 2, 3

B) 1, 2, 4

C) 1,3 ,5

D) 2, 4, 5

E) 3, 4, 5


Ədəbiyyat:Г.Е.Ройтберг, А.В.Струтынский. Внутренние болезни (сердечно-сосудистая система). «Бином-пресс», 2007, стр., 12
6) Qulaqcıqlar və mədəciklər bir - birindən hansı qapaqlarla ayrılır?

1. mitral qapaqlarla

2. ağciyər arteriyasının qapaqları ilə

3. trikuspidal qapaqlarla

4. aorta qapaqları ilə
A) 1, 3

B) 2, 4


C) 2, 3

D) 1, 2


E) 1, 4
Ədəbiyyat: Г.Е.Ройтберг, А.В.Струтынский. Внутренние болезни (сердечно-сосудистая система). «Бином-пресс», 2007, стр., 12
7) Sağ və sol mədəciklərin çıxacaq hissəsində yerləşən ağciyər arteriyası və aorta qapaqları, müvafiq olaraq, neçə taydan təşkil olunmuşdur?
A) 3 və 2

B) 3 və 3

C) 4 və 3

D) 3 və 4

E) 2 və 3
Ədəbiyyat:Г.Е.Ройтберг, А.В.Струтынский. Внутренние болезни (сердечно-сосудистая система). «Бином-пресс», 2007, стр., 13
8) Ürəyin hansı hissəsini endokard nazik (0,6 mm-ə yaxın) birləşdirici toxuma qişası ilə daxildən örtmür?
A) qapaqları

B) qalxan aortanın başlanğıc hissəsini

C) bütövlükdə ürək boşluğunu

D) papillyar əzələləri

E) xordaları
Ədəbiyyat:Г.Е.Ройтберг, А.В.Струтынский. Внутренние болезни (сердечно-сосудистая система). «Бином-пресс», 2007, стр., 13
9) Normada sağ mədəcik miokardının qalınlığı nə qədərdir?
A) 3-4 mm

B) 2-3 mm

C) 4-5 mm

D) 4,5-5,5 mm

E) 5-6 mm
Ədəbiyyat:Г.Е.Ройтберг, А.В.Струтынский. Внутренние болезни (сердечно-сосудистая система). «Бином-пресс», 2007, стр., 13
10) Ürəyin əsasında epikardda nə baş verir?
A) əvvəlcə perikardın visseral sonra isə parietal səhvəsinə keçir

B) perikardın nə parietal nə də visseral səhvəsinə keçmir

C) perikardın parietal səhvəsinə keçir

D) perikardın visseral səhvəsinə keçir

E) əvvəlcə perikardın parietal sonra isə visseral səhvəsinə keçir
Ədəbiyyat: Г.Е.Ройтберг, А.В.Струтынский. Внутренние болезни (сердечно-сосудистая система). «Бином-пресс», 2007, стр., 13
11) Epikard ürəyin hansı hissəsini örtür?

1. ürəyin xarici səthi

2. qalxan aortanın və ağciyər arteriyası kötüyünün başlanğıc hissəsi

3. ağciyər və boş venaların son hissələri

4. ürəyin qapaqları

5. papilyar əzlələri

A) 1, 2, 4

B) 3, 4, 5

C) 1, 2, 3

D) 2, 4, 5

E) 1, 3, 5


Ədəbiyyat: Г.Е.Ройтберг, А.В.Струтынский. Внутренние болезни (сердечно-сосудистая система). «Бином-пресс», 2007, стр., 13
12) Epikard hansı toxumalardan təşkil olunmuşdur?
A) Sinir toxuması ilə bitişmiş əzələ toxumasından

B) Epitel toxuması ilə bitişmiş birləşdirici toxumadan

C) Əzələ qatı ilə bitişmiş epitel toxumasından

D) Sinir toxuması ilə bitişmiş birləşdirici toxumadan

E) Əzələ qatı ilə bitişmiş birləşdirici toxumadan
Ədəbiyyat:Г.Е.Ройтберг, А.В.Струтынский. Внутренние болезни (сердечно-сосудистая система). «Бином-пресс», 2007, стр., 13
13) Ürəyin əsasında epikard nəyə məruz qalır?
A) perikardın parietal səhifəsinə kecir, sonra aortanın başlanğıc hissəsini bürüyür və ürəyi ətraf orqanlardan mühafizə edir

B) perikardın parietal səhifəsinə və boş venaların mənfəzinə kecir, sonra ürəyi ətraf orqanlardan mühafizə edir

C) perikardın visseral səhifəsinə keçir, sonra aortanın başlanğıc hissəsini bürüyür, beləliklə ürəyi ətraf orqanlardan mühafizə edir

D) perikardın parietal səhifəsinə, sonra aorta və ağ ciyər arteriyası kötüyünün başlanğıc hissəsinə, həmçinin ağ ciyər və boş venaların mənfəzinə kecir və ürəyi ətraf orqanlardan mühafizə edir

E) perikardın visseral səhifəsinə kecir, sonra ag ciyər arteriyası kötüyünü bürüyür və ürəyi ətraf orqanlardan mühafizə edir
Ədəbiyyat:Г.Е.Ройтберг, А.В.Струтынский. Внутренние болезни (сердечно-сосудистая система). «Бином-пресс», 2007, стр., 13
14) Sağlam adamlarda normal yerləşən ürəyin sol sərhədi (zirvəsi) nədən təşkil olunub və hara proyeksiya olunur?
A) sol mədəcikdən, hissəvi sağ mədəcikdən əmələ gəlir və döş sümüyünün sol kənarından 2,5 sm icəri dördüncü qabırğaarası sahəyə proyeksiya olunur

B) sol mədəcikdən əmələ gəlir və sol orta körpücük xəttindən 1,0–1,5 sm xaricə (tışa) proyeksiya olunur

C) sol mədəcikdən əmələ gəlir və döş sümüyünün sol kənarından 2,5 sm xaricə (tışa) dördüncü qabırğaarası sahəyə proyeksiya olunur

D) sağ mədəcikdən əmələ gəlir və döş sümüyünün sol kənarından 2,5 sm xaricə (tışa) dördüncü qabırğaarası sahəyə proyeksiya olunur

E) sol mədəcikdən əmələ gəlir və sol orta körpücük xəttindən 1,0–1,5 sm içəri proyeksiya olunur
Ədəbiyyat: Г.Е.Ройтберг, А.В.Струтынский. Внутренние болезни (сердечно-сосудистая система). «Бином-пресс», 2007, стр., 14
15) Sağlam adamlarda normal yerləşən ürəyin sağ sərhədi nədən əmələ gəlir və hara proyeksiya olunur?
A) sağ mədəcikdən əmələ gəlir və döş sümüyünün sol kənarından 2,5 sm xaricə (tışa) dördüncü qabırğaarası sahəyə proyeksiya olunur

B) sağ mədəcikdən, hissəvi sağ qulaqcıqdan əmələ gəlir, döş sümüyünün sağ kənarı bərabərliyində və ya ondan 1,0 sm sağa proyeksiya olunur

C) sağ mədəcikdən əmələ gəlir , döş sümüyünün sağ kənarı bərabərliyində və ya ondan 1,0 sm sağa proyeksiya olunur

D) sol mədəcikdən, hissəvi sağ mədəcikdən əmələ gəlir və döş sümüyünün sol kənarından 2,5 sm xaricə (tışa) dördüncü qabırğaarası sahəyə proyeksiya olunur

E) sağ qulaqcıqdan əmələ gəlir, döş sümüyünün sağ kənarı bərabərliyində və ya ondan 1,0 sm sağa proyeksiya olunur
Ədəbiyyat: Г.Е.Ройтберг, А.В.Струтынский. Внутренние болезни (сердечно-сосудистая система). «Бином-пресс», 2007, стр., 14
16) Sağlam adamlarda normal yerləşən ürəyin yuxarı sərhədi nədən əmələ gəlir və hara proyeksiya olunur?
A) sağ qulaqcıq seyvanından əmələ gəlir, döş sümüyünün sağ kənarında III qabırğanın yuxarı kənarı bərabərliyində proyeksiya olunur

B) sol qulaqcıq seyvanından əmələ gəlir, döş sümüyünün sol kənarında III qabırğanın yuxarı kənarı bərabərliyində proyeksiya olunur

C) sol qulaqcıqdan, hissəvi sağ qulaqcıq seyvanından əmələ gəlir və döş sümüyünün sağ kənarında III qabırğanın yuxarı kənarı bərabərliyində proyeksiya olunur

D) sağ qulaqcıqdan əmələ gəlir, döş sümüyünün sağ kənarında II qabırğanın yuxarı kənarı bərabərliyində proyeksiya olunur

E) sağ qulaqcıqdan, hissəvi sol qulaqcıqdan əmələ gəlir, döş sümüyünün sol kənarında II qabırğanın yuxarı kənarı bərabərliyində proyeksiya olunur
Ədəbiyyat: Г.Е.Ройтберг, А.В.Струтынский. Внутренние болезни (сердечно-сосудистая система). «Бином-пресс», 2007, стр., 14
17) Ürəyin hansı şöbələrini sağ koronar arteriya qidalandırır?

1.sağ mədəciyi

2. mədəciklərarası çəpərin arxa hissəsini

3.yan, eyni zamanda arxabazal şöbələrini

4.sol mədəcik divarının aşağı diafraqmal və hissəvi, arxabazal şöbələrini

5.ürəyin zirvəsini və sol mədəciyin aşağı diafraqmal şöbəsinin az hissəsini
A) 3, 4, 5

B) 1, 3, 5

C) 2, 4, 5

D) 1, 2, 4

E) 1, 2, 3
Ədəbiyyat:Г.Е.Ройтберг, А.В.Струтынский. Внутренние болезни (сердечно-сосудистая система). «Бином-пресс», 2007, стр., 14
18) Ürəyin hansı şöbələrini sol koronar arteriyanın mədəciklərarası şaxəsi qidalandırır?

1.sağ mədəciyi

2.mədəciklərarası çəpərin ön hissəsini

3.hissəvi sol mədəciyin aşağı diafraqmal şöbəsini

4.sol mədəciyinön yuxarı,yan şöbələrini

5. ürəyin zirvəsini
A) 2, 4, 5

B) 1, 2, 4

C) 3, 4, 5

D) 2, 3, 5

E) 1, 2, 3
Ədəbiyyat:Г.Е.Ройтберг, А.В.Струтынский. Внутренние болезни (сердечно-сосудистая система). «Бином-пресс», 2007, стр., 14
19) Ürəyin hansı şöbələrini sol koronar arteriyanın dolanan şaxəsi qidalandırır?

1. ürəyin zirvəsini

2. sol mədəciyin yan şöbələrini

3. mədəciklərarası çəpərin ön hissəsini

4. sol mədəciyin ön yuxarı şöbələrini

5. sol mədəciyin arxa bazal şöbələrini

A) 1, 2, 3

B) 3, 4, 5

C) 2, 4, 5

D) 1, 3, 5

E) 1, 2, 4


Ədəbiyyat:Г.Е.Ройтберг, А.В.Струтынский. Внутренние болезни (сердечно-сосудистая система). «Бином-пресс», 2007, стр., 14
20) Ürəyin iri venaları qanı haradan toplayırlar?
A) əsasən sol mədəciyin divarından

B) sağ qulaqcıq və hissəvi sol mədəciyin divarlarından

C) sağ və sol mədəcik divarlarından

D) sağ mədəcik və sağ qulaqcıq divarlarından

E) sol qulaqcıq və hissəvi sol mədəciyin divarlarından
Ədəbiyyat:Г.Е.Ройтберг, А.В.Струтынский. Внутренние болезни (сердечно-сосудистая система). «Бином-пресс», 2007, стр., 15
21) Koronar sinus ürəyin hansı səthində yerləşir?
A) Sağ yan

B) Ön


C) Arxa

D) Bazal

E) Sol yan
Ədəbiyyat:Г.Е.Ройтберг, А.В.Струтынский. Внутренние болезни (сердечно-сосудистая система). «Бином-пресс», 2007, стр., 15
22) Qanı sağ mədəcik divarından toplayan ürəyin venaları hara tökülürlər (Vyessen-Tebeziya kiçik venaları istisna olmaqla)?

A) sağ mədəcik boşluğuna

B) koronar sinusun özünə

C) sol mədəcik boşluğuna

D) sol qulaqcıq boşluğuna və koronar sinusa

E) koronar sinusu ötərək, sağ qulaqcıq boşluğuna


Ədəbiyyat:Г.Е.Ройтберг, А.В.Струтынский. Внутренние болезни (сердечно-сосудистая система). «Бином-пресс», 2007, стр., 15
23) Ürəyin kiçik venaları (Vyessen -Tebeziya venaları) hara tökülür?
A) bilavasitə qulaqcıq və mədəcik boşluqlarına

B) bilavasitə koronar sinusa

C) bilavasitə sol mədəcik boşluğuna

D) bilavasitə sağ mədəcik boşluğuna

E) bilavasitə sağ qulaqcıq və sağ mədəcik boşluqlarına
Ədəbiyyat:Г.Е.Ройтберг, А.В.Струтынский. Внутренние болезни (сердечно-сосудистая система). «Бином-пресс», 2007, стр., 15
24) Ürəyin hansı fəaliyyəti keçiricilik funksiyası adlanır?
A) xarici mühit qıcıqlandırıcılarının təsiri ilə elektrik impulsları hasil etmək

B) xarici mühit elektrik impulslarının təsiri ilə ürəyin keçiricilik sistemini və miokardın yığılma qabiliyyətli hüceyrələrini oyatmaq

C) ürək əzələsini oyadaraq keçiricilik sistemi ilə elektrik impulslarını ötürmək

D) ürəyin keçiricilik sisteminin lifləri və miokardın yığılma qabiliyyətli hüceyrələri ilə qıcığı ötürmək

E) xarici mühit qıcıqlandırıcılarının təsiri olmadan elektrik impulsları hasil etmək
Ədəbiyyat:Г.Е.Ройтберг, А.В.Струтынский. Внутренние болезни (сердечно-сосудистая система). «Бином-пресс», 2007, стр., 16
25) Ürəyin ayrı-ayrı şöbələrinin yığılıb-boşalması ürəyin hansı funksiyası hesabına ödənilir?
A) ürəyin transport funksiyası

B) ürəyin nasos funksiyası

C) ürəyin rezervuar funksiyası

D) ürəyin inоtrop funksiyası

E) ürəyin inоtrop funksiyası və Frank-Starlinq mexanizminin qoşulması birlikdə
Ədəbiyyat:Г.Е.Ройтберг, А.В.Струтынский. Внутренние болезни (сердечно-сосудистая система). «Бином-пресс», 2007, стр., 18
26) Ürəyin işlək əzələ liflərinin ritmiki və sinxron yığılmasını nə təmin edir?
A) funksional sinsiti

B) ayrıca əzələ lifləri

C) əlavə disklər (neksus)

D) sarkoplazmatik şəbəkə

E) spontan ritmiki aktivliyə malik hüceyrələr
Ədəbiyyat:Г.Е.Ройтберг, А.В.Струтынский. Внутренние болезни (сердечно-сосудистая система). «Бином-пресс», 2007, стр., 18
27) Hər bir kardiomiositlər nədən təşkil olunmuşdur?
A) çoxlu miqdarda bir-birinə keçən miofibril liflərindən

B) çoxlu miqdarda sarkoplazmatik şəbəkədən

C) çoxlu miqdarda sarkolemmadan

D) spontan ritmikliyə malik sinir hüceyrələrindən

E) çoxlu miqdarda əlavə disklərdən (neksus)
Ədəbiyyat:Г.Е.Ройтберг, А.В.Струтынский. Внутренние болезни (сердечно-сосудистая система). «Бином-пресс», 2007, стр., 18
28) Miofibrillərin arasında nə yerləşir?
A) hüceyrə nüvəsi, ribosomlar, əlavə disklər (neksus)

B) hüceyrə sitoplazması və mitoxondriyalar, həmçinin hüceyrədaxili membran sistemi

C) hüceyrə nüvəsi, həmçinin hüceyrədaxili membran sistemi

D) hüceyrə nüvəsi, mitoxondrilər, həmçinin hüceyrədaxili membran sistemi

E) hüceyrə nüvəsi, ribosomlar və sarkolemmalar
Ədəbiyyat:Г.Е.Ройтберг, А.В.Струтынский. Внутренние болезни (сердечно-сосудистая система). «Бином-пресс», 2007, стр., 18
29) Sadananlardan hansının vasitəsi ilə eninə zolaqlı əzələ hüceyrələri (kardiomiositlər) bir-birilə birləşir?
A) sarkoplazmatik şəbəkə ilə

B) əlavə disklərlə (neksus)

C) funksional sinsiti ilə

D) spontan ritmikliyə malik sinir hüceyrələri ilə

E) sarkomerlərlə
Ədəbiyyat:Г.Е.Ройтберг, А.В.Струтынский. Внутренние болезни (сердечно-сосудистая система). «Бином-пресс», 2007, стр., 18
30) Miosıtləri nə əhatə edir?
A) ribosomlar

B) funksional sinsiti

C) mitoxondrilər

D) sarkolemma

E) miofibrillər
Ədəbiyyat:Г.Е.Ройтберг, А.В.Струтынский. Внутренние болезни (сердечно-сосудистая система). «Бином-пресс», 2007, стр., 19
31) Miofibrillərin yığılmasının struktur və funksional vahidini nə təşkil edir?
A) funksional sinsiti

B) ribosomlar

C) sarkolemma

D) sarkomerlər

E) mitoxondrilər
Ədəbiyyat:Г.Е.Ройтберг, А.В.Струтынский. Внутренние болезни (сердечно-сосудистая система). «Бином-пресс», 2007, стр., 19
32) Bir-birilə sıx əlaqə nəticəsində kardiomiositlərin yığılmasının əsasını təşkil edən sarkomerlərin tərkib hissəsinə nə daxildir?
A) mitoxondrilər və nazik saplar (miozin molekulaları)

B) nazik saplar (aktin molekulaları)

C) mitoxondrilər və qalın saplar (miozin molekulaları)

D) mitoxondrilər və ribosomlar

E) nazik saplar (aktin molekulaları) və qalın saplar (miozin molekulaları)
Ədəbiyyat: Г.Е.Ройтберг, А.В.Струтынский. Внутренние болезни (сердечно-сосудистая система). «Бином-пресс», 2007, стр., 19
33) Sarkomerlərin qalın lifləri hansı molekullardan təşkil olunub?
A) iki spiral zənciri formasında dolanmış, bir-birini tənzimləyən requlyator zülallar –tropomiozin və troponinlə sıx əlaqəsi olan miozin molekulundan

B) spiral formasında dolanmış və köndələn körpülər əmələ gətirərək aktinin nazik lıflərinə doğru qabarmış uzun miozin molekullarından

C) iki spiral zəncir formasında dolanmış, bir-birini tənzimləyən requlyator zülallar – tropomiozin və troponinlə sıx əlaqəsi olan aktin molekulundan

D) spiral formasında dolanmış və köndələn körpülər əmələ gətirərək miozinin nazik lıflərinə doğru qabarmış uzun aktin mоlekullarından

E) uzun miozin molekulundan və bir-birini tənzimləyən requlyator zülallar –tropomiozin və troponinlə sıx əlaqəsi olan aktin molekulundan
Ədəbiyyat: Г.Е.Ройтберг, А.В.Струтынский. Внутренние болезни (сердечно-сосудистая система). «Бином-пресс», 2007, стр., 19
34) Hüceyrədaxili konsentrasiyasından asılı olaraq, miokardın yığılma qabiliyyətində yüksək rolu olan, hansı ionların kardiomiositlərdəki miqdarı ürəyin inоtrop vəziyyətini tənzim edən əsas faktordur?
A) Nа+

B) К+


C) Са2+ və К+

D) СL-


E) Са2+
Ədəbiyyat: Г.Е.Ройтберг, А.В.Струтынский. Внутренние болезни (сердечно-сосудистая система). «Бином-пресс», 2007, стр., 23
35) Ürək əzələsinin funksiyasını müəyyən edən həlledici faktor nədir?
A) ürəyin yığılma qüvvəsinin mədəciklərin son sistolik həcmindən aslılığı faktoru

B) ürəyin yığılma qüvvəsinin onun əzələ liflərinin ilkin uzunluğundan aslılığı faktoru

C) ürəyin yığılma qüvvəsinin onun əzələ liflərinin ilkin uzunluğundan aslı olmaması faktoru

D) mədəciklərin son sistolik həcminin onun əzələ liflərinin ilkin uzunluğundan aslılığı faktor

E) ürəyin yığılma qüvvəsinin mədəciklərin son diastolik həcmindən aslılığı faktoru
Ədəbiyyat:Г.Е.Ройтберг, А.В.Струтынский. Внутренние болезни (сердечно-сосудистая система). «Бином-пресс», 2007, стр., 24
36) Frank-Starlinq qanununa görə normada mədəciyin son diastolik həcminin artması nəyə səbəb olur?
A) maksimal yığılma sürətinin dəyişməsinə

B) əzələ liflərinin ilkin uzunluğunun qısalmasına

C) maksimal yığılma gücünün zəifləməsinə

D) mədəciklərin yığılmasının yavaşımasına

E) mədəciklərin yığılmasının güclənməsinə
Ədəbiyyat:Г.Е.Ройтберг, А.В.Струтынский. Внутренние болезни (сердечно-сосудистая система). «Бином-пресс», 2007, стр., 24
37) Frank-Starlinq qanununa əsasən hansı göstəricinin yüksəlməsi hesabına mədəciklərin yığılması güclənir?
A) son diastolik təzyiqin

B) son sistolik və son diastolik həcmin

C) son sistolik həcmin və son diastolik təzyiqin

D) son diastolik həcmin

E) son sistolik həcmin
Ədəbiyyat:Г.Е.Ройтберг, А.В.Струтынский. Внутренние болезни (сердечно-сосудистая система). «Бином-пресс», 2007, стр., 24
38) Simpatik aktivliyin və digər faktorların artmış təsirindən əmələ gələn ürək əzələsinin inotrop funksiyasının artması nəyə səbəb olur?
A) maksimal yığılma gücünün zəifləməsinə

B) maksimal yığılma sürətinin dəyişməsinə

C) əzələ liflərinin ilkin uzunluğunun qısalmasına

D) yığılma gücünün, həmcinin maksimal yığılma sürətinin artmasına

E) yığılma gücünün, həmcinin maksimal yığılma sürətinin zəifləməsinə
Ədəbiyyat: Г.Е.Ройтберг, А.В.Струтынский. Внутренние болезни (сердечно-сосудистая система). «Бином-пресс», 2007, стр., 24
39) Mədəciklərin sistolası hansı fazadan başlanır?
A) mədəciklərin sürətli dolma

B) qanın qovulma

C) mədəciklərin izovolümik boşalma

D) asinxron yığılma

E) mədəciklərin izovolümik yığılma
Ədəbiyyat:Г.Е.Ройтберг, А.В.Струтынский. Внутренние болезни (сердечно-сосудистая система). «Бином-пресс», 2007, стр., 26
40) Mədəciklərin asinxron yığılma fazası nə vaxtdan başlanır? (FKQ- fonokardioqramma)
A) FKQ- dakı III tonun əvvəlindən sonuna qədər olan vaxtdan

B) EKQ- də T dişinin əvvəlindən sonuna qədər, FKQ- dakı I tonun son hissəsindən II tonun sonuna qədər olan vaxtdan

C) EKQ- də R dişinin zirvəsindən S dişinin sonuna qədər, FKQ -dakı yüksək tezlikli dalğalarının birinci dalğasından sonuncu dalğasına qədər olan vaxtdan

D) EKQ- də QRS kompleksinin başlanğıcından, FKQ- dakı I tonun yüksək tezlikli dalğalarının birinci dalğasına qədər olan vaxtdan

E) FKQ- dakı II tonun son hissəsindən III tona qədər olan vaxtdan
Ədəbiyyat:Г.Е.Ройтберг, А.В.Струтынский. Внутренние болезни (сердечно-сосудистая система). «Бином-пресс», 2007, стр., 26
41) I tonun əmələ gəldiyi izovolümik yığılma fazası nə ilə xarakterizə olunur?
A) mədəcik miokardının sürətli və qüvvətli yığılması, atrioventrikulyar və aypara qapaqların tam bağlanması fonunda mədəcikdaxili təzyiqin təcili yüksəlməsi ilə

B) təzyiqlər fərqi hesabına qanın qulaqcıqlardan mədəciklərə “passiv” tökülməsi, bu fazada mədəciklərin maksimal qanla dolması baş verir

C) aorta və ağ ciyər arteriyasının qapaqlarının bağlanması, mədəcik miokardının boşalması nəticəsində yaranan təzyiqin magistral damarlardakı təzyiqdən bir az aşağı düşməsi ilə

D) mədəciklərdə təzyiqin qulaqcıqlardakı təzyiq həddinə düşdükdən sonra atrioventrikulyar qapaqların açılmasıyla

E) qulaqсıqların yığılması və qanın aktiv qulaqcıqlardan mədəciklərə qovulması ilə
Ədəbiyyat: Г.Е.Ройтберг, А.В.Струтынский. Внутренние болезни (сердечно-сосудистая система). «Бином-пресс», 2007, стр., 27
42) Ürəyin I tonu nə zaman yaranır?
A) izovolümik boşalma dövründə

B) izovolümik yığılma fazasında

C) protodiastolik dövrdə

D) mədəciklərın sürətli dolma fazasında

E) qulaqcıqların sistola fazasında
Ədəbiyyat: Г.Е.Ройтберг, А.В.Струтынский. Внутренние болезни (сердечно-сосудистая система). «Бином-пресс», 2007, стр., 27
43) Mədəciklərdən qanın qovulması fazasında ardıcıllığı göstərin.
A) mədəciklərdə təzyiq, aorta və ağ ciyər arteriyasındakı təzyiqlə bərabərləşdikdə, bu vaxt aypara qapaqlar açılır və qan maqistral damarlara daxil olur

B) mədəciklərdə təzyiq, aorta və ağ ciyər arteriyasındakı təzyiqdən aşağı olduqda, bu vaxt aypara qapaqlar bağlanır və qan maqistral damarlara daxil olur

C) mədəciklərdə təzyiq, qulaqcıqlardakı təzyiq həddinə düşdükdə, atrioventrikulyar qapaqlar açılır və mədəciklərdən qanın qovulması başlayır

D) qulaqcıqların aktiv yığıldığı və qanın qulaqcıqlardan mədəciklərə vurulduğu vaxt

E) mədəciklərdəki təzyiq, aorta və ağ ciyər arteriyasındakı təzyiqdən azacıq artıq olduqda, bu vaxt aypara qapaqlar açılır və qan maqistral damarlara daxil olur
Ədəbiyyat: Г.Е.Ройтберг, А.В.Струтынский. Внутренние болезни (сердечно-сосудистая система). «Бином-пресс», 2007, стр., 27
44) Mədəciklərin diastolası neçə fazadan ibarətdir?
A) 2

B) 3


C) 5

D) 1


E) 4
Ədəbiyyat:Г.Е.Ройтберг, А.В.Струтынский. Внутренние болезни (сердечно-сосудистая система). «Бином-пресс», 2007, стр., 28
45) Mədəciklərin diastola fazasına nə aid deyil?
A) mədəciklərin zəif dolması

B) qulaqcıqların sistolası

C) mədəciklərın sürətli dolması

D) asinxron yığılma

E) izovolümik boşalma
Ədəbiyyat: Г.Е.Ройтберг, А.В.Струтынский. Внутренние болезни (сердечно-сосудистая система). «Бином-пресс», 2007, стр., 28-29

  1   2   3   4   5   6   7   8   9   ...   41


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azrefs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə