Kanalların alaq otları ilə zibillənməsi




Yüklə 3.98 Kb.
tarix24.04.2016
ölçüsü3.98 Kb.
Kanalların alaq otları ilə zibillənməsi
Kanalın dibinin bu və ya digər səbəblər üzündən lillənməsi onun içəri səthində alaq otalrının yetişməsi üçün əlverişli şərait yaradır. Alaq otları basmış kanalın eni kiçilir, içi kələkötürləşir, suyun axma sürəti yavaşıyır, kanalın lillənmə prosesi güclənir, dərinliyi xeyli azalır və nəticədə kanalın suburaxma qabiliyyəti olduqca aşağı düşür, bu da çoxlu su itkisinə səbəb olur. Kanalın içərisini alaq otlarının basması qruntun növündən asılıdır. Torflu və digər yumuşaq qruntlarda çəkilən kanalları alaq otları tez basır. Gilli və digər ağır qruntlarda alaq otlarının əmələ gəlməsi kanal çəkildikdən iki-üç il sonra başlanır.

Kanalların alaq otları ilə zibiləməsi həmçinin onların ölçülərindən asılıdır. Kanal kiçik olduqda alaq otlarının çoxalmasına şərait yaranır. Odur ki, kiçik suvarma kanalında bitən otların ildə bir neçə dəfə biçilməsi tələb olunur.


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azrefs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə