Kamran imranoğlu z ə L i baki 2013 Kamran İmranoğlu. Zəli (povestlər)




Yüklə 0.66 Mb.
səhifə7/7
tarix22.04.2016
ölçüsü0.66 Mb.
1   2   3   4   5   6   7

9

Səhnə içinə süpürgəni qoyduğu vedrəni və ucu­na əski sarınmış pol ağacını götürüb vağzalın qapısına tərəf üz tutdu. Gözaltı süpürdüyü və sildiyi yerlərə baxıb, nəyin pis, nəyin yaxşı olduğunu bey­nindən keçirdi. Birdən ağlına gəldi ki, neçə gündür vağzalın dəmiryoluna baxan poncərələrini silmək istəyir, lakin vaxtı çatmır. Vaxtı çatmır deyəndə ki, Səhnə həmişə camaat vağzala axışan zaman, yəni vağ­zalın gur çağı başlayana qədər işini qurtarıb get­mək istəyir. Səh­nənin çalışdığı budur ki, həm görə­cə­yi işləri səliqə ilə yerinə yetirsin, həm də adamlar onu görməsin deyə tez evə qayıtsın. Hərdən də fikirləşir ki, bəs vağzalın rəisi neçə dəfə demişdi ki, ay Səhnə, bizi biabır eləmə, bir tikə çörəyin var, otur evdə dolan. Amma o vaxt Səhnə inad eləmişdi ki, Ağoşun gəzdiyi yerləri, oturduğu kabineti, dolaşdığı butkaların içini silib-sü­pürmək istəyirəm. Bununla da həm başım qarışacaq, həm də Ağoşun nəfəsini duyacağam.

İndi də Səhnə o ilki söhbətləri fikrinə gətirir, peşman olmağı barədə bir dəfə də olsun düşünmür­dü. Amma vağzaldakı adamlardan gizlənmək istə­mə­sinə özü də məəttəl qalmışdı. Məsələ burasındadır ki, bu barədə heç kəsə bir kəlmə də danışmamışdı. Onsuz da kimə danışsaydı, o adam Səhnəyə deyə­cəkdi ki, özün günahkarsan. Pis də olsa, yaxşı da olsa bu işin səbəbkarı sən özünsən. Bir də özü yı­xılan heç vaxt ağlamaz.

Yaxud başqa birisi təsəlli verəcəkdi ki, ay Səh­nə, evdə oturub nə işlə məşğul olacaqsan? Yenə ca­maat içinə çıxırsan, birinə salam verib birindən sa­lam alırsan, az da olsa özünə çörəkpulu qazanırsan. Sənin kimi ərsiz dul arvadlardan kim evdə oturubsa, elə bil pas atıb. Vallah, onlardan eləsi var ki, xeyir-şərə gə­lən­də oturub-duruşundan xəcalət çəkirsən. Altdan-alt­dan göz qoyub fikir verirsən, söhbətinə qulaq asırsan, az qalır adamın əti tökülsün. Amma, ay Səhnə, sənin oturuşun-duruşun qız-gəlinlərə yenə bir dərsdir.

Səhnə öz-özünə dilinin ucunda deyinməyə baş­ladı ki, keçən il Düyərlidəki sünnət toyunda o dul arvadlardan biri gəlib düz yanımda oturmuşdu. Ye­di­yim-içdiyim hamısı burnumdan gəldi. Zalımın ba­lası elə qoxurdu ki, Elə bil indicə tövlədən çıxıb bura gəlmişdi. Qorxmağı bir yana qalsın, fısıldamağı lap cana gətirdi məni.

Səhnə bunları fikirləşə-fikirləşə vağzalın qapı­sın­dan çıxmaq istəyirdi ki, səhər-səhər kənddən işə gə­lən kürəkəni ilə qarşılaşdı. Əvvəlcə Səhnə dillənib soruşdu ki, ay bala, evdə nə var, nə yox? Fotoqraf Qa­dir də bunun əvəzində salam verib, sonra dedi ki, Allaha şükür hər şey yaxşıdır. Səhnə bir də qayıdıb dedi ki, ay bala, günortalar gəl evdə isti xörək ye! Az­dan-çoxdan əlimə düşəndən bişirirəm. Həm də mənə bir-iki saatlıq qulaq yoldaşı olarsan. Fotoqraf Qadir də cavab verdi ki, bəs axşam evdə bişəndən bir tikə götürüb işə gətirirəm. Allah razı olsun! Səhnə yenə dedi ki, ay bala, keçən dəfə qız bizə gələndə söylədi ki, bəs həyətdə ağacın başından asılan elektrik lam­pası xeyli vaxtdır xarab olub, yanmır. Sonra da giley­ləndi ki, bəs uşaqları gecə bayıra çıxaranda hər tərəf qaranlıq olur, uşaqlar da, mən də qorxuruq. Bu gün maaş verəcəklər, yadından çıxmasın, barı kəndə bir lampa al apar. Qadir də tez dilləndi ki, Ay Səhnə xala, narahat olma, keçən həftə alıb aparmışam. Səhnə də dedi ki, sağ ol, bala, bir-birinizdən muğayat olun.

Bundan sonra Səhnə ilə Fotoqraf Qadir bir-biri ilə sağollaşıb ayrıldılar. Amma Səhnənin nəzərindən bir şey yayınmamışdı. Nəzərindən yayınmayan o idi ki, kürəkəni söhbət elədikcə gözlərini «pol əskisin­dən» çəkmirdi. «Deyəsən tanımışdı ki, pol ağacının başına doladığı qızımın donundan kəsib düzəltdiyim əskidir».

Həmişə Novruz bayramından qabaq, daha doğ­rusu, axır çərşənbədə qohumlar bir-birinin evinə gedər, təbrik üçün əlində bir kiçik boxça da apa­rardılar. Kimi alma götürər, kimi də limon. Qoca arvadlara kəlayağı aparmaq daha çox dəbdə idi. Kirvəlik eləyən ailələrdə isə birinci ili həmişə ən qiymətli pay xoruz olardı. Xoruzu verərdilər sünnət edilən uşağın qoltuğuna, uşaq da Düyərlinin küçələ­rindən keçərək öz kirvələrigilə gedərdi.

Qız köçürənlərin birinci bayramlığı o qədər də asan başa gəlməzdi. Əvvələn qızın qayınanasına və qayınatasına gərək pay alaydın. İkincisi, qızın qayın­ları və baldızları yaddan çıxsaydı səhərisi kəndin ortasında bir yekə zurna çalınacaqdı. Üçüncüsü, kü­rə­kənə də ən azı köynək, dəsmal və corab qoyma­lıy­dın. Dördüncüsü də qızın öz payı el-oba içinə çıxa­rılmalı pay olmalıydı. Çünki elə çərşənbə axşamı qonşular­dan gələn qız-gəlinə pay göndərilən boxçanı açıb göstərməliydin. Onlar da göndərilən paya ya bir-bir baxıb başlarını bulayardılar, ya da razılıq əla­məti ola­raq yavaşca mızıldanardılar. İnsafən Səhnə də qızının birinci bayramlığına xüsusi diqqət göstər­mişdi. Cehiz paltarları kimi qızına hər şey qoymuş­du. «Novqod» vaxtı Ağoşun Urusetdən gətirdiyi qır­mı­zı güllü donu da sandıqda gizlədib Novruz bay­ra­mına saxlamışdı. Bax Fotoqraf Qadirin diqqət yetirdiyi «pol əskisi» də köhnəlmiş həmin paltarın bir hissəsi idi.

Səhnə bütün bunları xatırlaya-xatırlaya divarın dibində qoyulmuş və səhər qabağında it yatan dəmir şkafın yanına çatdı. Əvvəlcə vedrə ilə süpürgəni şka­fın bir küncünə qoydu, sonra isə başına əski keçi­rilmiş «pol ağacını» şkafın o biri küncünə dayadı. İndi də Səhnənin öz nəzərləri dikilib «pol əskisinə» qaldı. Bir anlığa Ağoşla Hacı Muradın tayalarının yanında gizlənpaç oynadıqları yadına düşdü. Sonra da necə oldusa, elə o vaxtlar Salatının Araza düşüb boğulmağı gözlərinin qabağından çəkilmədi.

Səhnə tez şkafın qapılarını örtüb sürətlə vağ­zal­dan uzaqlaşmağa başladı. Elə vağzalın səkisindən dəmiryolunun üstünə ayaq qoyan kimi Səhnəni ağlamaq tutdu. Maaş almaq da, aparıb Qəssab Əlinin oğlunun pulunu vermək də Səhnənin yadından ta­mam çıxmışdı. Səhnə istədi ki, dəmiryolunun üstün­də oturub doyunca ağlasın. Səhnənin dəmiryolunun üstündə oturub ağlamağının heç bir qorxusu yox idi. Çünki neçə il idi ki, bu vağzala qatarlar gəlmirdi.

Amma Səhnənin qorxduğu o idi ki, ağlamağını görənlər olar. Beləcə Səhnə ağlaya-ağlaya da yoluna davam elədi. Amma Səhnə hələ də bilmirdi ki, oğ­lundan teleqram gəlib və poçtolyon da səhər-səhər həmin teleqramı gətirib onların darvazasının yanın­dakı daşın altına qoyub. Teleqramda bu sözlər ya­zılmışdı: «Ana, təbrik edirəm. Qardaşlarımı tapmı­şam. Rəşid».


EPİLOQ ƏVƏZİ
Ağoşla Səhnənin bir baməzə qohumu varıydı. Onu tanıyırdınmı, ay Baftalı Salahın nəvəsi?

– Kimi deyirsən?

– Maarifdə inspektor işləyən Murtuz müəllimi deyirəm.

– Bəli, bəli, tanıyırdım, ay Məşədi Vəli kişi.

– İnanmıram. O qədər də yaxşı tanımazsan. İndi Murtuz müəllimdən bir əhvalat danışım, onda biləcəyəm tanıyırdın, ya yox?

– Bəlkə də yaxşı tanımamışam, nə deyim?

– Müəllimlərin hamısı dərsə başlamazdan əv­vəl avqustun axırlarında maarifə kedib təzə əmrlərini alardılar. İki barmaq boyda bir kağıza yazılmış əmri alan hər kəs Murtuz müəllimə bir manat verərdi. Murtuz müəllim də dədəsinin malı kimi manatları götürüb sürməyə atardı. İstidən yerin bağrı çatlayan avqust günlərinin birində İnkevedi Həsən Murtuz müəllimin yanına gəlib məktəbdə rus dili müəllimi işləyən arvadının əmrini alandan sonra ədəb-ərkanla və dinməz-söyləməz bir kağız manat çıxardıb stolun üstünə qoyur. Bu zaman Murtuz müəllim iki əlini yuxarı qaldırıb ucadan deyir ki, mənə lazım deyil, pulunu götür, cibinə qoy! İnkevedi Həsən də cavab verir ki, müəllimlərin əmrini verəndə hərədən bir manat almağını rayonda hamı bilir. Mən də düşün­düm ki, nə olar inkevedidə işləyəndə, palaza bürün, elnən sürün. Onda Murtuz müəllim qayıdır ki, elə­dirsə, etirazım yoxdur. Amma mənə yaxşılıq eləmək istəyirsənsə, get dəmir manat gətir! Dəmir manatın üstündə nömrəsi olmur. İnkevedi Həsən də sakitcə gedib Murtuz müəllimə bir dəmir manat gətirir.

– Bax, bunu eşitməmişdim, ay Məşədi Vəli kişi!

– Hələ sən çox şeyləri eşitməmisən, ay Baftalı Salahın nəvəsi!
Basqal,

iyul-avqust 2000.

MÜNDƏRİCAT
Yalquzaq…………………………………………..3
Zəli……………………………………………….92
Vağzal…………………………………………..138
Kamran Əliyev.

Zəli.

Bakı, “Elm və təhsil”, 2013.

Íÿøðèééàò äèðåêòîðó:

Nadir Məmmədli
Êîìïƒòåðäə jû‹äû:

Ruhəngiz Əlihüseynova
Korrektor:

Həbibə Hüseynova
Êîìïƒòåð òəðòèá÷èñè âə

òåõíèêè ðåäàêòîðó:



Ramin Abdullayev
Êà‹ûç ôîðìàòû: 60/84 1/32

Ìəòáəə êà‹ûçû: ¹1

Hə‡ìè: 208 ñəù.

Òèðàæû: 500


Êèòàá Àçəðáàj‡àí ÌÅÀ Ôîëêëîð Èíñòèòóòóíóí

Êîìïƒòåð Ìəðêəçèíäə jû‹ûëìûø, “Elm və təhsil” ÍÏÌ-äÿ îôñåò ƒñóëó èëə ÷àï îëóíìóøäóð.


500 tiraj

100 qalın+400 nazik

1   2   3   4   5   6   7


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azrefs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə