Kafedrasi




Yüklə 138.52 Kb.
tarix20.04.2016
ölçüsü138.52 Kb.


AZƏRBAYCAN RESPUBLİKASI MƏDƏNİYYƏT VƏ TURİZM NAZİRLİYİ
AZƏRBAYCAN TURİZM İNSTİTUTU

“TURİZM BİZNESİNİN TƏŞKİLİ VƏ TEXNOLOGIYASI” KAFEDRASI

Turizmin əsasları”

fənnindən


Dünya mehmanxana şəbəkələri”

mövzusunda

KURS İŞİ

“Turizm və otelçilik” ixtisası üzrə əyani şöbənin birinci kurs tələbəsi



B A K I - 2011
Plan

1.Giriş


2.Mehmanxana sənayesinin inkişafı tarixindən

3.Mehmanxanaların təsnifat sistemləri

4.Mehmanxana şəbəkələri

5.Mehmanxana şəbəkələri Azərbaycanda



Giriş

Turizm müasir dövrdə bütün dünyaya özünün tükənməz potensialını təqdim edən, ölkənin daxilində olduğu kimi ümumdünya səviyyəsində də sosial və iqtisadi inkişafını konkret özünəməxsus qanunlar çərçivəsində müəyyən edən qlobal hadisədir.Müasir zamanda iqtisadiyyatın ən gəlirli sahəsinə çevrilmiş turizm qədim köklərə malikdir.

Öz inkişaf mənbəyini uzaq kecmişdən ( o zaman səyahət yalnız varlılara qismət olurdu) götürmüş və XX əsrin II yarısından kütləvi hadisəyə çevrilmiş turizm eyni zamanda iqtisadiyyat, elm və mədəniyyətə də güclü təsir gostərir. Beynəlxalq turizm sayəsində xalqlar bir-birini daha yaxşı tanıyır, ETT-dən əldə etdikləri naliyyətləri mübadilə edir, ticarət canlanır və bütün bunlar hamısı birlikdə istehsal sahəsində inteqrasiya yaradır, yeni iş yerlərinin yaranmasına səbəb olur. Turist mübadiləsində etibarlılıq və qarşılıqlı anlaşma xalqlar arasında müharibələrin yaranmasının qarşısını alır və planetimizi gələcək nəsil üçün qorumağa şərait yaradır. Turizmin təşkili işi istirahət və əyləncənin ən fəal formalarından biri olmaqla yanaşı həm də bir çox sosial-iqtisadi, mədəni-siyasi və kulturoloji funksiyaların həyata keçirilməsində xüsusi əhəmiyyət kəsb edir. Turizm müasir dünyanın qlobal əhəmiyyətə malik olan, sosial və iqtisadi əlaqələrini tənzimləyən, müxtəlif ölkələr və xalqlar arasında qarşılıqlı münasibətlər yaradan biznes maraqlarının əhatə dairəsini genişləndirən sahədir.

Turizm bir-birini qarşılıqlı olaraq tamamlayan elementlərin məcmusu şəklində fəaliyyət göstərən bir sistemdir.Bu sistemdəki münasibətlərin iştirakçıları – turist, turizm müəssisələri, təşkilatlar,regionlar və dövlət qarşılıqlı olaraq bir-birinə təsir edib, ətraf mühitə sıx olaraq bağlıdırlar. Turizmə bir sistem kimi iki alt sistemin – turizmin subyektinin və turizmin obyektinin məcmusu kimi baxmaq olar. Turizm subyekti dedikdə, özünün bir sıra tələbatlarının ödəmək üçün spesifik xidmətlərdən istifadə eiməklə turizm tədbirlərinin iştirakçısı olan şəxs-turist başa düşülür. Turizmin obyekti dedikdə isə turizm subyektinin səyahəti zamanı onun maraq dairəsində ola biləcək hər bir şey nəzərdə tutulur. Tənzimlənən bir sistem kimi turizmə təsir edən ətraf mühit isə iqtisadi, ekoloji, texnoloji, siyasi və sosial sistemlərdən ibarətdir.





Mehmanxana sənayesinin inkişafı tarixindən

Təkzibedilməz faktdır ki, turizmi mehmanxanasız təsəvvür etmək mümkün deyildir.Mehmanxana müəssisələrinin yaranma tarixi cəmiyyətin inkişaf tarixi ilə üst-üstə düşür.Tarixi inkişafın müxtəlif mərhələlərində səyahətlərə və turizmə maraq artdıqca mehmanxana müəssisələri şəbəkəsi də genişlənmişdir.

Mehmanxana müəssisələri haqqında ilk yazılar qədim manuskriptlərdə aşkar edilmişdir.Bunlardan biri Babilistan hökmdarı Hammurapinin Qanunlar külliyatıdır.Bu külliyat e.ə.1700-cü ilə aid edilir.E.ə. II-I minilliklərdə Assuriyada səyahətçilərin müvəqqəti qalmaq və istirahəti üçün ilk karvansaralar yarandı.E.ə.I əsrdə Qədim Yunanıstanda üç tip gecələmə müəssisələrinin olması haqqında məlumat vardır.

1.müsafirlər üçün xüsusi həyətlər-kataqoqilər;

2.müsafirlər üçün dövlət həyətləri-pandogenlər;

3.səyahətçilərin yerləşməsi üçün tavernalar.

Tavernalar əhalinin sosial və dini həyatının vacib elementlərindən hesab olunurdu.Səyyahların,tacirlərin yerləşdirilməsi üçün nəzərdə tutulmuş otaqların olmasına baxmayaraq,tavernalar,ilk növbədə,yemək xidmətləri göstərmək üçün nəzərdə tutulmuşdur.Ticarətin inkişafı ilə əlaqədar səyahətlərin uzunmüddətli olması qidalanma və gecələmə xidmətinin təşkilini də zəruri edirdi.Məhz bu, yeni bir müəssisə növünün-müvəqqəti dayanacaq həyətlərinin yaranmasına səbəb oldu.Bu tip müəssisələrin yaranması Roma imperiyasında müşahidə olunur.Bu dayanacaqlarda hökumət məmurlarının verdiyi xüsusi sənədi təqdim etməklə qalmaq olardı.Roma imperatoru Oktavianın hakimiyyəti dövründə (e.ə.I əsrdə)”Müntəzəm poçt rabitəsi haqqında”qanunun qəbul edilməsi ilə əlaqədar olaraq dayanacaq yerlərinin tikintisi genişləndirilir.

Yaxın Şərqdə,Şərqi Asiyada,Cənubi Qafqazda ticarət əlaqələri genişləndikcə,gecələmə yerlərinin yaranmasına və inkişafına da təsir edirdi.Bu regionların ərazisindən ticarət yolları keçirdi ki,onlarla fasiləsiz olaraq karvanlar hərəkət edirdi.Karvanlarla hərəkət edənlər üçün yol boyu gecələmə və dincəlmə yerləri yaranırdı.Bu yerlər karvansaralar adlanırdı.Karvansaralar adətən qala divarları ilə əhatə olunurdu ki,bu da onları qarətçilərdən,habelə təbii fəlakətlərdən müdafiə edirdi.

Orta əsrlər dövründə müqəddəs ziyarət yerlərinə gedənlərin sayı xeyli artır.Bununla əlaqədar,kilsə rəhbərliyi monastırlara tapşırıq vermişdi ki,ziyarətə gedənlərə qonaqpərvərlik göstərərək onları yataq və yeməklə təmin etsinlər.

Monastırlar,xüsusi istirahət evləri və burada göstərilən xidmətlər zəvvarlar üçün pulsuz idi.Bu isə o dövrdə gecələmə yerlərinin yaranmasını ləngidir və inkişafına mane olurdu.

İngiltərədə taverna və dayanacaqlar yalnız islahatlar dövründə,orta əsrlərin sonunda yaranır və inkişaf edir.Burada nümunəvi yol mehmanxanaları olan “İnn”lər inşa edilir.

XI-XII əsrlərdə Rusiyada da müasir mehmamxanaların prototipi olan dayanacaq

həyətləri yaranır.Bu cür yerlər o zaman “yama”adlanırdı.

XV əsrdə Rusiyada böyük şəhərlərdə qonaq həyətlərinin tikilməsi müşahidə olunur.Bu qonaq həyətlərinin fərqi ondan ibarət idi ki,burada yalnız gecələmir,eyni zamanda kommersiya fəaliyyəti də aparılırdı.Bu həyətlərdə xarici qonaqlar milli mənsubiyyətinə görə yerləşdirilidi.Məsələn,Moskvada “ingilis”,”yunan”,Nijni Novqorodda “alman”,”holland”qonaq həyətləri,bu günədək qalmış “Kaluqa qonaq həyəti” misal ola bilər.

XVIII əsrdən etibarən dünyanın bir sıra qabaqcıl dövlətlərində dəbdəbəli mehmanxanalar tikilməyə başlayır.Avropanın ilk mehmanxanalarından olan “VI Henrix oteli” 1788-ci ildə Fransanın Nant şəhərində tikilmişdir.60 yerlik olan bu mehmanxana həm də Avropanın ən yaxşı mehmanxanalarından sayılırdı.1898-ci ildə Londonda əsası Sezar Rits tərəfindən qoyulan “Savoy”oteli açılır.

Həmin dövrlərdə mehmanxana müəssisələrinin inkişafında ABŞ xüsusi xüsusi rol oynanırdı.Mütəxəssislərin fikrincə,ABŞ-da tavernalar və dayanacaqların əsasını avropadan köçənlər qoymuşdu.İlk tavernalardan biri 1634-cü ildə Bostonda,1642-ci ildə isə Nyu-Yorkda hollandlar tərəfindən açılmışdır.ABŞ-da ilk mehmanxana 1794-cü ildə,70 nömrəli “Siti-otel”Nyu-Yorkda Brodveydə açılmışdır.

1829-cü ildə Bostonda birinci dərəcəli 170 nömrəli ilk otel olan “tremont”açılmışdır.Burada ilk dəfə müştərilərin qeydiyyatı aparılır və dəhliz növbətçilərindən istifadə olunurdu;sabun pulsuz verilirdi və qapılar kilidli-açarlı idi.Onun açılışı ABŞ-da otelçiliyin inkişafına təkan verdi.1859-cü ildə Nyu-Yorkda elektrik işığı və lifti olan ilk “Everett” oteli açıldı.

XIX əsrin sonunda ABŞ-da iki növ gecələmə yerləri mövcud idi.Birinci növ otellər memarlıq üslubuna görə gözəl və təmtəraqlı idi.Geniş vestibülləri,ziyafət zalları,liftləri,sanitar qovşaqları,elektrik işığı və bir sıra komfort şəraiti var idi.İkinci növ otellərdə qiymətlər nisbətən ucuz,binaları köhnə,göstərilən xidmətlər məhdud və aşağı səviyyədə idi.

Həmin illərdə Çikaqoda “Polimer Houz”,Yeni Orleanda “Çarl və Luiz” otelləri,Sent-Luisdə “Planetar otel” istifadəyə verildi.Florens Şəhərində(Kanzas ştatı) Fred Harvey özünün ilk mehmanxanasını açır.1880-1890-cı illərdə Harvey ABŞ-da yeni mehmanxanalar tikdirir ki,bunlar”Harvey evi” adlanırdı Burada yüksək səviyyəli xidmət və yeddi cür yemək verilirdi.

1906-cı ildə mehmanxana sahibkarlarının beynəlxalq ittifaqı yaranır.Bu ittifaq dünyanın müxtəlif ölkələrindən 1700 mehmanxana sahibkarını birləşdirirdi.

XX əsrin əvvvəllərində ABŞ-da mehmanxanaların inşasında,müştərilərə maksimum komfort təqdim olunan yeni konsepsiya yaranır.Konsepsiyanın əsasını 1908-ci ildə açılan “Buffalo Statler”oteli qoyur.(Buffalo şəhəri).

Ötən əsrin 20-ci illərində Amerikada ən iri “Konrad Hilton”oteli inşa olunur.Artıq XX əsrin 30-cu illərində “Hilton” və “Enderson”(“Şeraton”oteli) adları bütün dünyada məşhur idi.

1925-ci ildə memar Artur Xayneman Kaliforniya ştatında ilk motelin əsasını qoyur.Bundan sonra dünyanın bir sıra ölkələrinda də motellər tikilir.

Rusiyada da mehmanxana sənayesi tədricən inkişaf edirdi.1818-ci ildə artıq Moskva şəhərində 7 mehmanxana fəaliyyət göstərirdi.1897-1907-ci illərdə Moskvada inşa edilmiş “Metropol” , ”Qrand otel”, “Avropa” və digər mehmanxanlar məhşur idi.

XX əsrin əvvəllərində Krım və Qafqazda kurort müəssisələri yaranır.Soçidə “Qafqaz Rivyerası” adlı 310 nömrəsi olan 4 mehmanxana inşa olunmuşdu.Bu kompleksə 600 yerli konsert zalı,tennis kortu,çimərlik,avtomobil dayanacağı,müalicə korpusu və s. daxil idi.

XX əsrin 50-60-ci illərində Avropada və dünyanın bir çox ölkələrində mehmanxana sənayesi dirçəlir və yeni inkişaf mərhələsinə daxil olur.

Avtomobillə səyahət edənlər üçün motellər tikilir.İlk motellərdən biri-“Holiday İnn” 1952-ci ildə Kemmon Uilson tərəfindən tikilir.Mehmanxanlar əyləncə və xidmət sənayesinə çevrilir.Aviaşirkətlər də mehmanxana tikintisində iştirak edir.Bunlar “Hilton”, “İnterkontinental” və digərləri idi.

ÜTT-nin məlumatlarına görə XX əsrin 70-80-ci illərində dünya

mehmanxanalarında 17 milyon mehmanxana yeri mövcud idi.”Mariott”,”Ramada”,”Şeraton”,”Radisson” kimi mehmanxanlar inkişaf edirdi.

Mehmanxanaların təsnifat sistemləri

Mehmanxanaların kateqoriyası,təqdim etdiyi müxtəlif səviyyəli xidmət növləri müəssisələrinin işinin təşkilinə,iqtisadi göstəricilərinə böyük təsir göstərir.

Mehmanxanaların təsnifatı dedikdə,hər hansı bir mehmanxana və ya motelin,onların nömrələrinin xidmət standartlarına uyğunluğunun təyin olunması nəzərdə tutulur.

BTÜTT-nin tövsiyəsi əsasında turistləri yerləşdirmə vasitələrinin standart təsnifatı qəbul olunmuşdur.Buna əsasən yerləşdirmə vasitələri iki dərəcəyə bölünür: kollektiv və fərdi

BTÜTT-nin təyininə görə,xidmət sahəsinə və mövcud avadanlıqla təchiz olunmasına əsasən dərəcələrə bölünmüş müəyyən nömrələr sayından ibarət,vahid rəhbərliyə tabe olan servis xidmətləri (ən azı yataqların sahmanlanması, otaqların və sanitar qovşaqlarınin yığışdırılması) göstərən kollektiv yerləşdirmə vasitəsi mehmanxana adlanır.

Mehmanxanaların təsnifatlaşdırılması meyarları

1.Komfort(rahatlıq) səviyyə

2.Nömrə fondunun tutumu(yerlərin sayı)

3.Mehmanxanaların funksional təyinatı

4.Mehmanxanaların yerləşdiyi yer

5.Mehmanxananın işləmə müddəti

6.Qonaqların yeməklə təminatı

7.Qonaqların qalma müddəti

8.Qiymətlərin səviyyəsi

Mehmanxanaların təsnifat sistemində əsas yeri komfort tutur.Komfort mehmanxananın göstərdiyi xidmət keyfiyyətlərini özündə cəmləşdirir:mehmanxananın nömrə fondunun vəziyyəti,nömrələrin sahəsi,biryerli (birotaqlı) ,çoxotaqlı, apartament nömrələrin olması,kommunal xidmətlərin rahatlığı,mebel inventarları və s.



Nömrə fondunun tutumu. Mehmanxanaların tutumu nömrələrin və ya yerlərin sayı ilə müəyyən olunur.Bir çox ölkələrdə mehmanxanaları nömrə fondunun tutumuna görə dörd dərəcəyə bölürlər:

1. Kiçik mehmanxanalar(100-150 nömrə)

2. Orta mehmanxanalar(100-400 nömrə)

3. İri mehmanxanalar(400-1000 nömrə)

4. Nəhəng mehmanxanalar(1000 nömrədən çox)

Mehmanxanalar funksional təyinatına görə iki yerə ayrılır:

1. İşgüzar təyinatlı mehmanxanalar;

2. İstirahət təyinatlı mehmanxanalar.

İşgüzar təyinatlı mehmanxanaların əsasını 1908-ci ildə “Buffalo Statler” mehmanxanasının açılışı ilə Ellsvort Statler qoyulmuşdur.Bu tip mehmanxanalara tələbat olduğundan xidmətlər bazarında bu konsepsiya aparıcıdır.



Mehmanxanaların yerləşdiyi yer. Lüks otellər və orta dərəcəli mehmanxanalar əsasən şəhərin mərkəzində yerləşir.Dəniz kənarında yerləşən mehmanxanlar sahildən 50-300 metr aralıda olmalı, qış və yay istirahəti üçün avadanlıqla təchiz edilməlidir.

Mehmanxanaların işləmə müddəti bütün il boyu və mövsümi olur.

Qonaqların yeməklə təminatı gündə 3 dəfə tam pansion,gündə 2 dəfə yarımpansion və ya ancaq səhər yeməyi olur

Qonaqların qalma müddətinə görə təsnifatı uzun və qısa müddətli olmaqla iki yerə,bunlar da öz növbəsində bir neçə yerə bölünür.

Mehmanxanalarda nömrələrin qiymət səviyyəsinin təsnifatı:

Büdcə dərəcəli $25-$35

Ekonom dərəcəli $35-$55

Orta dərəcəli $55-$95

Birinci dərəcəli $95-$195

Apartament dərəcəli $65-$125

Lüks dərəcəli $125-$425

Mehmanxanaların təsnifat sisteminin işlənib hazırlanmasını hər bir ölkənin rəsmi dövlət orqanları həyata keçirir və onlara nəzarət edir.

Azərbaycanda milli təsnifat sistemi Azərbaycan Nazirlər Kabinetinin qərarı ilə 16 iyul 2004-cü ildə işlənib hazırlanmışdır.

Ulduzlar sistemi” adlanan Fransa milli təsnifat sistemi həm də Avropa sistemi adlanır.Bu təsnifat sisteminə görə mehmanxanalar 1-dən 5-dək ulduzlara bölünür.Minimum tələblərə cavab verməyən mehmanxanaya ulduz verilmir.

Alman təsnifat sisteminə görə mehmanxana müəssisələri 5 dərəcəyə bölünür.Bu Avropa sisteminə uyğun olaraq hər dərəcə bir ulduza uyğundur
Turist dərəcə -1 ulduz

Standart dərəcə -2 ulduz

Komfort dərəcə -3 ulduz

Birinci dərəcə -4 ulduz

Lüks dərəcə -5 ulduz

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 iyul 2004-cü il qərarı ilə təsdiq olunmuş “Turist –ekskursiya xidmətlərinin sertifikatlaşdırılması” qaydalarına əsasən hazırda ölkəmizdəki mehmanxana komplekslərinin təsnifatə aparılır.Bu təsnifata əsasən mehmanxanalar “ulduz” nişanı ilə qeyd olunur.Bakıda hazırda “Excelcior” ,”Hyatt Regency”, “Hyatt Park”, “Qrand Otel Europe”, “Plaza”, “Meridian”, “Holiday-İnn” 5 ulduzla, “Park İnn”, “İrşad”, “Ambiance” və digərləri 4 ulduzla qeyd edilmişdir.


Mehmanxana şəbəkələri

Otelçiliyin inkişafında mehmanxana şəbəkələri mühüm əhəmiyyət kəsb edir. Mehmanxana şəbəkəsi dedikdə bir mərkəzdən idarə olunan yerləşmə müəssisələri qrupu nəzərdə tutulur.Bu,özündə eyni xidmət səviyyəsi göstərən, dizaynda və müştərilərə xidmətdə oxşar olan mehmanxana müəssisələrini birləşdirir.Bir qayda olaraq,bir mehmanxana şəbəkəyə daxil olan digər bütün mehmanxanaları təmsil edir.Mehmanxana şəbəkələri texniki-material bazasının və xidmət səviyyəsinin eyniliyinə riayət edirlər.Şəbəkə bir və ya bir neçə ölkədə mehmanxana müəssisəsi aça bilər.Müəssisə şəbəkəyə françayz müqaviləsi əsasında tam hüquqlu üzv kimi daxil ola və ya bir korporasiyanı idarə etmək üçün müqavilə imzalaya bilər.

Hal-hazırda ümumi nömrə fondu təxminən 2 000 000 olan 100-dən artıq mehmanxana şəbəkəsi mövcuddur. İlk mehmanxana şəbəkələrindən biri əsası 1927-ci ildə Konrad Hilton tərəfindən qoyulmuş “Hilton”dur.Hazırda qərargahı Beverli-Hilzdə (ABŞ-ın Kaliforniya ştatı) yerləşən “Hilton” öz xidmətləri olan bir neçə şəbəkədən ibarətdir. Dünyanın ikinci nəhəng mehmanxana şəbəkəsi olan “Holiday-İnn” isə 1952-ci ildə Kemmons Uilson tərəfindən yaradılmışdır.

İkinci dünya müharibəsindən sonra kiçik mehmanxanaların birləşərək təmərküzləşməsi və vahid mərkəzdən idarə olunması prosesi sürətlənir və yeni-yeni mehmanxana şəbəkələri yaranır.

XX əsrin 50-ci illərindən etibarən mehmanxana sənayesindəki idarəetmə strukturunda işin təşkilinin əsas iki modeli təsdiqlənmişdir

I model-Ritz mehmanxana şəbəkəsi modelidir ki, bu da məhşur İsveçrə sahibkarı Sezar Ritzin adını daşıyır.Dünyanın bir şox məhşur otelləri onun adı ilə bağlıdır.Bu model Avropa nəzakət və zadəgan ənənələrinə əsaslanır.Mehmanxana şəbəkəsinin adı özündə dəbdəbə və kamilliyi təcəssüm etdirir.Şəbəkəyə daxil olan 36 otel (20-si ABŞ-da, 16-sı Avstraliya, Meksika,Koreya, İspaniya, Sinqapur, Honq Konq, Bali adalarında yerləşir) müştərilərə 24 saat xidmət göstərir. Ritz modelinə nümunə kimi Moskva şəhərindəki “Palas-otel”i göstərmək olar



II model “Holiday Inn” mehmanxana şəbəkəsidir.Bu modeldə müştərilərin ehtiyac və arzularının ödənilməsinə üstünlük verməklə xidmətin yüksək standartlarına (otelin hər hansı bir ölkədə yerləşməsindən asılı olmayaraq) riayət olunur. Bu şəbəkə üzrə fəaliyyət göstərən göstərən mehmanxanalara aşağıdakı tələblər qoyulur:

-mehmanxanada istifadə olunmuş üslubun vəhdəti (memarlıq və interyer baxımından);

-mehmanxana nişanlarının və reklamlarının eyniliyi;

-geniş və funksional vestibül (holl);

-daimi müştərilər üçün nəzərdə tutulmuş nömrələr;

-müştərilərin cəld və çevik qeydiyyatı;

-səhər yeməyi-“İsveç masası”

-mehmanxanada konfrans-hollun olması;

-əlverişli tariflər (qiymətlər) siyasəti;

-marketinq,kommunikasiyalar xidməti və idarəetmənin mərkəzləşdirilməsi.

Dünyada mövcud olan mehmanxana nömrələrinin 50%-dən çoxu bu şəbəkənin nəzarətindədir.

I və II modellərlə yanaşı III model də mövcuddur.Bu model “Könüllü”adlanır.Bu modelə görə eyni ticarət nişanı altında,hansı ölkədə yerləşməsindən asılı olmayaraq,oxşar əlamətlər üzrə,bir standart və xidmətlərə riayət edərək mehmanxanalar birləşir(“Best Western”,”Romanite Hotels” və s.).Mehmanxanalar vahid fonda üzvlük haqqı ödəyirlər ki,bu vəsait birləşmiş reklam və marketinq fəaliyyətinə sərf olunur.Mehmanxanaların maliyyə və idarəetmə müstəqillikləri tamamilə saxlanılır.

Beynəlxalq Mehmanxana Assosiasiyasının məlumatına görə dünyada 8 mindən çox mehmanxana vardır ki,onların da təxminən 70 %-i Avropa və Şimali Amerikada yerləşir.Dünyadakı mövcud mehmanxana şəbəkələrinin böyük bir qismi ABŞ-a məxsusdur.

Bu,lüks dərəcəli mehmanxana şəbəkələri olan “Hyatt”,”Hilton”,”West İnn” və orta dərəcəli mehmanxana şəbəkələri olan “Şeraton”, ”Holiday İnn”,”Mariott”,”Ramada” və başqalarından ibarətdir.Bunlardan dünyada məşhur olan mehmanxana şəbəkələrindən aşağıdakıları qeyd etmək olar:

-“Accor”(Fransa)-700 mehmanxana,80 000 nömrə;

-“Transthouse Fort”(Böyük Britaniya)-800 mehmanxana,75 000 nömrə;

-“Club Meditrans”(Fransa)-243 mehmanxana,61 000 nömrə.

Ötən əsrin 50-ci illərindən başlayaraq aviaşirkətlər də öz mehmanxana şəbəkələrini yaratmağa başlayırlar.Məsələn.”Pan American Airways” şirkətinin “İntercontinental Hotels” adlanan filialları Venesuela, Braziliya, Uruqvay, Çili, Kolumbiya, Meksika və Latın Amerikasının digər ölkələrində yaranır. Aşağıdakı cədvəldə dünyada mövcud olan ən iri mehmanxana şəbəkələri haqqında məlumat verilmişdir:




No

Mehmanxana şəbəkəsinin adı

Mənzil-qərargahın yerləşdiyi şəhər, ölkə

Nömrələrin sayı

Mehmanxa-naların sayı

1.

HFS İNK

Parsippani,ABŞ

490 000

5300

2.

Holiday İnn Worldwide

Atlanta,ABŞ

386 323

2260

3.

Best Western International

Feniks,ABŞ

295 305

3654

4.

Accor

Evri,Fransa

279 145

2465

5.

Choice Hotels International

Silber Srinqs,ABŞ

271 812

3197

6.

Mariott International

Vaşinqton,ABŞ

251 425

1268

7.

ITT Sheraton Corp

Boston,ABŞ

130 528

413

8.

Promus Cos

Memfis,ABŞ

105 930

809

9.

Hilton Hotels Corp

Beverli-Hilz

101 000

245

10.

Carlson Hospitality Worldwide

Minneapolis,ABŞ

91 777

437

11.

Hyatt Hotels/Hyatt International

Çikaqo,ABŞ

80 598

176

12.

Inter-Continental Hotels

London,Böyük Britaniya

69 632

193

13.

Hilton International

Uatford,Böyük Britaniya

51 305

160

14.

Grupo Sol Meliq

Palmade,

Malyorka,

İspaniya


47 371

203

15.

Forte Hotels

London,Böyük Britaniya

46 847

259

Accor –mehmanxana biznesi üzrə dünya lideridir.Fransız şirkətlər qrupu olan Accor turizm ,mehmanxana və kooperativ xidmət sahəsində fəaliyyət göstərir. Əsası

1983-cü ildə qoyulmuşdur və Novotel, İbis, Merkur və Sofitel şəbəkələrini əhatə edirdi.Accor şəbəkəsi yeni otellərin açılması ,yeni brendlərin təmsil olunması və ən mütərəqqi dizayner və arxitekturlarla işbirliyi ilə diqqət çəkir.Nəzərdə tutulur ki, 2015-ci ilə qədər Accor şəbəkəsinin otel nömrələrinin sayı 700 minə çatacaq.



Best Western International- təxminən 80 ölkədə 4195-dən çox oteli əhatə edən ən böyük mehmanxana şəbəkələrindən biridir.Qərargahı Feniksdə(ABŞ) yerləşən şəbəkənin təkcə Şimali Amerikada 2000-dən artıq oteli fəaliyyət göstərir.Best Western özündə xüsusi şarma və yüksək səviyyəli xidmət standartlarına malik olan müstəqil otelləri birləşdirir.Bu şəbəkənin əsası 1946-cı ildə mehmanxana biznesində 23 illik təcrübəsi olan M.K.Quertin tərəfindən qoyulmuşdur.2006-cı ildə mehmanxana şəbəkəsi 60 illiyini qeyd etdi.1976-cı ildə Best Western Meksikada, Avstraliyada və Yeni Zellandiyada da otellərin açılmasına başladı.1979-cu ildə mehmanxana şəbəkəsində 15 milyon qonaq ziyarət etmişdi.


Mariott İnternational- Amerikan mehmanxana şəbəkəsi olan Mariott İnternational dünyanın ən böyük beynəlxalq korporasiyalarından biridir. Əsası 1927-ci ildə gənc amerikalı Con Mariott və həyat yoldaşı Elis tərəfindən Vaşinqtonda qoyulmuşdur. .Hal hazırda şəbəkənin ABŞ-ın 50 ştatında və 57 xarici ölkədə 2000 obyekti, 356 000 nömrə fondu mövcuddur.Mariott şəbəkəsində nömrələrin rezervasiyası beynəlxalq bronlaşdırma sistemi (GDS) və ya internet vasitəsilə həyata keçirilir.Beləliklə təkrar müştərilər üçün genişləndirilmiş proqram olan “qonaqların tanınması” texnologiyası kompaniyanın bütün ticarət nişanlarında tətbiq edilir.

Sheraton-dünyanın ən böyük mehmanxana şəbəkələri siyahısında birinci yeri Hiltonla bölüşdürür.Əsası 1937-ci ildə Ernest Henderson və Robert Mur tərəfindən qoyulmuşdur.İlk otel Sprinqfild şəhərində,Massaçusestts ştatında açıldı.Şəbəkənin adı ilk alınmış otelin adından götürülmüşdür.1968-ci ildə beynəlxalq holding olan ITT tərəfindən alınmış və adı dəyişdirilərək ITT Sheraton olmuşdur.Bu mehmanxana şəbəkəsi ildə 22 milyon qonağa xidmət edir.Sheraton bir neçə sahədə-rezervasiya üçün yeni texnologiyaların istifadəsində ,beynəlxalq bazarda nüfuzuna görə dünya liderlərindəndir.
Beynəlxalq Mehmanxana Assosasiasiyası mehmanxana şəbəkələrini 3 qrupa bölür:

1..Kooperativ şəbəkələr-çoxsaylı müəssisələrə sahib olan mehmanxana şirkətləri;

2.Müstəqil müəssisələr şəbəkəsi-bu müəssisələr birləşərək vahid bronlaşdırma,reklam,marketinq və s. xidmətlər siyasəti yeridir;

3.İdarəedici xidmətlər göstərən mehmanxana şəbəkələri.

Mehmanxana şəbəkəsinə daxil olan hər bir müəssisə şəbəkə nişanı altında fəaliyyət göstərir. Öz firma nişanlarına ciddi əməl edən mehmanxanaların üstünlüyü ondan ibarətdir ki,onların müştəriləri hansı ölkədə yerləşməsindən asılı olmayaraq bu mehmanxanalarda təqdim olunan xidmətlər haqqında kifayət qədər təsəvvürləri olur.

Son zamanlarda MDB ölkələrində də mehmanxana şəbəkələri yaradılır.1997-ci ilin oktyabrında Moskvada Rusiya mehmanxana şəbəkəsi-“Nord-Hotel” yaradılmışdır.Könüllü olaraq “Altay”, “Baykal”, “Vostok”, “Zarya”, “Ostankino”, “Zolotoy Kolos”, “Turist”, “Yaroslavskaya”, “Zvezdnaya” mehmanxanaları bu şəbəkəyə daxil olmuşdur.

Sabiq SSRİ-də “İnturist” mehmanxana şəbəkəsi mövcud idi.O,1970-ci ildə dünyada 23-cü yeri tuturdu.”İnturist” 27 min nömrəyə malik idi.Bakıda “İnturist” Səhmdar Cəmiyyətinin üç mehmanxanası:”Azərbaycan”, “Moskva” və “İnturist” fəaliyyət göstərirdi.

Avropada mehmanxana şəbəkələrinin,müstəqil mehmanxanalar və restoranlar assosiasiyalarının fəaliyyətinin koordinasiya olunması problemləri ilə Avropa İqtisadi Birliyinin Milli Mehmanxanalar və Restoranlar Assosasiyalarının Konfederasiyası (HOTREK) məşğul olur.

Təcrübə göstərir ki,təkcə mehmanxana şəbəkələrinin inkişafı çoxsaylı turistlərin istək və arzularının ödənilməsini təmin etmir və bu kiçik,müstəqil mehmanxanaların yaranmasına səbəb olur.Bu kiçik mehmanxanalar əsas üstünlüyü təkrarolunmaz xidmətlərə,nadirliyə və qeyri-adiliyə verirlər.Məhz bunları mütəxəssislər XXI əsrin mehmanxanaları hesab edirlər.

Hazırda dünyada 14 milyon nömrəli 350 min yüksək səviyyəli komfort mehmanxana vardır.Son 20 ildə mehmanxana nömrələrinin sayı3-4 faiz artmışdır.Dünya mehmanxana fondunun 45 faizi Avropanın payına düşür.Amerika qitəsində dünya mehmanxana fondunun 35 faizini təşkil edən 5 milyon nömrə vardır.

Dünya mehmanxana nömrə fondunun 14%-nə (3 milyon nömrə) malik olan Asiya regionu bu sahədə 3-cü yeri tutur.Afrika və Okeaniya regionunda dünya mehmanxana fondunun 3%-i yerləşir.

Dünya mehmanxana fondunda liderlik ABŞ(3,5 mln),Yaponiya(1,65 mln), İtaliya(1 mln), Fransa, İspaniya, İngiltərə, Çin, Avstraliya, Avstriya, Meksika, Kanada, Yunanıstan, Tailand, Rusiya, İndoneziya, Türkiyə, İsveçrə, Braziliya, Argentina kimi ölkələrə məxsusdur.

Dünya mehmanxana fondunun artımına görə Türkiyə, Çin, Malayziya, Sinqapur, Mərakeş, İspaniya, Almaniya, Argentina kimi ölkələr liderdirlər.

Mütəxəssislərin rəyinə görə ən yaxşı otellər ABŞ-da fəliyyət göstərir.Onların sayı 40-dan artıqdır.

1968-ci ildən mənzil-qərargahı Parisdə yerləşən “Tişay otelləri” beynəlxalq assosiasiyası fəaliyyət göstərir.Bu assosasiyaya daxil olmaq üçün 3 meyar əsas götürülür:



  1. Qonağı təbii və komfort şərait əhatə etməlidir;

  2. Müasir tələblərə cavab verən xarakterik görünüşlü,qonaqpərvər,rahat və bəzəkli mehmanxana olmalıdır;

  3. 3.Yüksək səviyyəli restoran və mətbəx olmalıdır.

Hal-hazırda Avropanı 329 mehmanxana “Tişyan otelləri” şəbəkəsinə daxildir.Digər böyük mehmanxanalar haqqında məlumat aşağıdakı cədvəldə verilmişdir:

No

Mehmanxanaların adı

Yerləşdiyi yer

Nömrələrin sayı

1.

“Sands Hotel”

Las-Veqas,ABŞ

6000

2.

“Ambassador City Jomtien”

Tailand

5100

3.

“MGM Grand”

Las-Veqas

5005

4.

“Excalbiur”

Las-Veqas

4032

5.

“Flamongo Hilton”

Las-Veqas

3642

6.

“Las Vegas Hilton”

Las-Veqas

3174

7.

“The Mirage”

Las-Veqas

3049

8.

“Monte Carlo”

Las-Veqas

3014

9.

“TrRasure Island”

Las-Veqas

2900

10.

“Bally’s”

Las-Veqas

2814

11.

“Circus Circus”

Las-Veqas

2793

12.

“Imperial Palace”

Las-Veqas

2636

13.

“Luxor”

Las-Veqas

2523

14.

“Hilton Hawaiian Village”

Qonolulu(ABŞ)

2523

15.

“Stardust”

Las-Veqas

2335

16.

“New York Hilton”

Nyu-York(ABŞ)

2131

17.

“Disney Carribbiean Beach Resort”

Orlando(ABŞ)

2112

18.

“Riviera”

Las-Veqas

2109

19.

“Disney Dixic Landing”

Orlando

2048

20.

“Hyatt Regency”

Çikaqo(ABŞ)

2033

Göründüyü kimi,dünyanın ən iri 20 otelindən 14-ü Las-Veqasda yerləşir.Las-Veqas dünyanın əyləncə mərkəzi sayılır,şəhərdə 50-dən çox kazino var ki,bunların da çoxu xüsusi tikilmiş mehmanxanaların nəzdində fəaliyyət göstərir.Bu otellərin apatamentləri adi mehmanxana apartamentindən böyükdür,mini-hovuz,böyük ekranlı bir neçə televizoru(peyk kanalları ilə) ,bir neçə hollu, yataq, qonaq otağı, bar və s. mövcuddur.Kazinolu otellərin bir çox nömrələri varlı müştərilər üçün boş saxlanılır.Bu nömrələrin qiyməti sutkaya 1000-25 000 ABŞ dollarına qədərdir.

Dünyada lüks və dəbdəbəli otellərdən başqa qeyri-adiliyi və unikallığı ilə seçilən digər otellər də mövcuddur.

Dünyanın ən möcüzəli və nadir mehmanxanalarından biri Keniya təbii parklarından birində, ağacların üzərində yerləşən “Tree Tops Hotel”dir.Bu mehmanxananın pəncərəsindən vəhşi heyvanların su içməyə yığışmalarına tamaşa etmək mümkündür.1952-ci ildə məhz bu mehmanxanada istirahət edən II Elizaveta Böyük Britaniyanın kraliçası olması xəbərini alır.



Avstraliyada riflər üzərində inşa edilmiş sualtı mehmanxana vardır.Onun otaqlarının pəncərələri dəniz səviyyəsindən aşağı olduğundan heyranedici mənzərələri seyr etmək imkanı yaradır.

İran körfəzindəki Bəhreyn dövlətində də sualtı mehmanxana yerləşir.6 korpusdan ibarət olan mehmanxana ekzotik dəhlizlərə malikdir.Mehmanxanaya yalnız xüsusi liftlər vasitəsilə düşmək mümkündür.



Hollandiyanın paytaxtında-Amsterdamda dünyanın üzən ən yüksək mehmanxanası yerləşir.Bu beşmərtəbəli “gəmi” Amsterdam limanları arasında hərəkət edir və əsl dəniz gəzintisi təsəvvürü yaradır.

Yaponiyadakı “Capsule Hotel”in otaqları həqiqətən kapsula oxşayır.Otaqlar 1,2-2,2 metr olan pəncərəsiz nömrələrdir.Mebel əşyalarından otaqlarda yalnız yataq və televizor vardır.



Himalay dağlarının ətəyində 13 min metr yüksəklikdə mehmanxana yerləşir.Açıq hava şəraitində bu mehmanxanadan Everest dağına gözəl mənzərə açılır.Bu mehmnaxanada ən populyar sifariş oksigendir,onun dəqiqəsi 1 ABŞ dollarıdır və turistlərə əlavə xidmət kimi təqdim edilir.

Yüksək mehmanxanalardan biri Sinqapurda yerləşən 73 mərtəbəli oteldir.Trinidad və Tobaqo dövlətinin paytaxtı Port-of-Speys şəhərində uçurumun üstündə qayalarda bir mehmanxana yerləşir.Bu mehmanxanaya giriş yalnız onun üstündəndir.

Ginnesin rekordlar kitabına daxil olan “Bürc-əl-Ərəb” yəni “Ərəb qülləsi” dünyada ən hündür yeddiulduzlu oteldir.Onun hündürlüyü 321 metrdir.Birləşmiş Ərəb Əmirliklərində süni adada inşa edilən bu otel sahildən 276 metr aralıdır.




San-Fransisko (ABŞ) şəhərində yerləşən “Fairmont” otelində ən bahalı, dəbdəbəli, lüks apartament otağın qiyməti 6 min dollardır (1 sutkalıq qiymət).Qonağa sutka ərzində yüksək keyfiyyətli xidmət göstərilir.Avtomobil və sürücü qonağın sərəncamındadır.
Mehmanxana şəbəkələri Azərbaycanda

Dünyanın hər yerində turizmin inkişafına dövlətlər və sivilizasiyalar səviyyəsində böyük maraq göstərilir.Son illər Azərbaycanda da turizm sahəsində beynəlxalq əlaqələrin təşkili və inkişaf etdirilməsi, turizm imkanlarının təbliği, milli turizmin inkişafı və turizm infrastrukturlarının yeniləşməsi sahəsində konkret istiqamətlər müəyyənləşdirilib. Azərbaycanın qədim tarixə malik olması, Xəzər dənizi sahilində yerləşməsi, tarixi abidələrlə zənginliyi və insanların qonaqpərvərliyi turizmin inkişaf etdirilməsinə geniş imkanlar yaradır .Son illər beynəlxalq turizmin inkişafı, respublikamızda turizm şirkətlərinin və mehmanxanaların sayının artması, ölkəmizdə turizm sektorunun dünya standartlarına uyğun səviyyədə inkişaf etdirilməsi Azərbaycanın dünya turizm bazarına inteqrasiyası istiqamətində aparılan ardıcıl işlərdəndir.

Son illər ərzində Bakıda dünya mehmanxana şəbəkələrinə daxil olan bir sıra otellər inşa edilmişdir.Turizm ilində Bakıda artıq fəaliyyətə başlayan üzrə olan otellərdən biri “Hilton Baku” “Hilton Worldwide” şirkətinin portfelindən Azərbaycanda açılan birinci mehmanxanadır.“Hilton Worldwide” şirkətinin Avropanın hər tərəfində fəaliyyət göstərən 200-dən çox mehmanxanası var və 90-dan çox mehmanxanası tikinti mərhələsindədir.

“Hilton Baku” otel kompleksi müasir dizaynı ilə seçilir. Otelin inşasında beynəlxalq və milli memarlıq üslubu peşəkarlıqla uzlaşdırılmışdır. Yenicə inşa edilmiş “Hilton Bakı” mehmanxanası özünün bir sıra fərqli xüsusiyyətləri - 24 və 25-ci mərtəbələrdə fırlanan bar və restoranı, SPA mərkəzi, geniş görüş zalları və biznes sahələri ilə seçilir. Mehmanxanada 35 lüks nömrə daxil olmaqla 309 nömrə var və həmin nömrələrdən Bakı şəhərinin horizont xəttinin əsrarəngiz mənzərəsi göz önündə canlanır.Otelin ikinci və üçüncü mərtəbələrdə müxtəlif səviyyəli tədbir və görüşlərin keçirilməsi üçün ən son informasiya-kommunikasiya texnologiyaları ilə təchiz edilmiş 18 zal fəaliyyət göstərir. İkinci mərtəbədəki 750 nəfərlik böyük konfrans zalında beynəlxalq və respublika əhəmiyyətli tədbirlərin keçirilməsi üçün lazımi şərait yaradılıb.

Bakıda həmçinin dünyada xüsusi imicə malik Kempinski otellər qrupunun standartlarına uyğun inşa edilmiş “Kempinski Badamdar” otel kompleksi də 2011-ci ildə istifadəyə verilmişdir. 1897-ci ildə Berlində yaranan, mərkəzi ofisi Cenevrədə yerləşən”Kempinski” otellər qrupu dünyada ən böyük otel təşkilatının – Beynəlxalq Otellər Alyansının yaradıcısıdır. Kempinski otellər qrupu dünyanın 28 ölkəsində beşulduzlu 65 otelin sahibidir. İstər “Kempinski Badamdar” oteli, istərsə də Avropa, Orta Şərq, Afrika və Asiyadakı bu cür xidmət obyektləri fərdi üslubu ilə seçilməklə yanaşı, yüksək keyfiyyəti və çoxsaylı bənzərsiz xidmət növləri təklif etməsi ilə də fərqlənir. Burada ən yüksək standartlara cavab verən 283 nömrədə müştərilərin rahatlığı və istirahəti üçün hər cür şərait yaradılmışdır. Oteldəki iki restoran və üç bar qonaqlara yerli və xarici mətbəxin nümunələrini təqdim edir. Otelin Azərbaycanda bənzəri olmayan 3,5 min kvadratmetr sahəni əhatə edən SPA mərkəzi, 24 masaj otağı, üzgüçülük hovuzu,buz meydançası, gözəllik salonları, sauna, hamam müştərilərin sağlamlığının və rahatlığının yüksək səviyyədə təşkilinə imkan yaradır.

Bunlardan əlavə Bakıda fəaliyyətə başlayan və yaxud açılması nəzərdə tutulan “Hyatt Regency”, “Holiday İnn”,”Flame Towers Fairmont”, “Absheron JW Marriot”, “Jumeirah Bilgah” otelləri də nüfuzlu mehmanxana şəbəkələrinə daxildirlər.Turizm ili çərçivəsində bu sahədə işlərin daha da genişləndirilməsi və yeni otellərin açılması nəzərdə tutulmuşdur.Bu tədbirlər turistlərin və xarici investorların Azərbaycana olan marağını artıracaq .



İstifadə olunmuş ədəbiyyatlar
1.Turizmin tarixi-B.Ə.Bilalov, Bakı 2008, Mütərcim nəşriyyatı

2.Turizm-S.Yeganlı,E.Hacıyev,Bakı 2006,ABU Təhsil nəşriyyatı

3.Otel-M.M.Ağakərimov,Bakı 2008

4.www.en.wikipedia.org

5.www.hotels.com

6.www.travel.ru



7.www.prohotel.ru



Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azrefs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə