Kafedrasi




Yüklə 78.53 Kb.
tarix21.04.2016
ölçüsü78.53 Kb.


AZƏRBAYCAN RESPUBLİKASI MƏDƏNİYYƏT VƏ TURİZM NAZİRLİYİ
AZƏRBAYCAN TURİZM İNSTİTUTU

“TURİZM BİZNESİNİN TƏŞKİLİ VƏ TEXNOLOGIYASI” KAFEDRASI

Turizm və mehmanxana təsərrüfatı”

fənnindən


Gürcüstanın və Azərbaycanın dəniz sahili kurort-turizm təsərrüfatının müqayisəli coğrafi xarakteristikası”

mövzusunda

KURS İŞİ

“Turizm və otelçilik” ixtisası üzrə əyani şöbənin birinci kurs tələbəsi Şabanova Əsmər



B A K I - 2012

P L A N
1. Giriş

2. Azərbaycan və Gürcüstanın kurort-turizm və iqlim ehtiyatları haqqında ümumi məlumat

3. Azərbaycan kurortlarının coğrafi xarakteristikası

4. Gürcüstan kurortlarının coğrafi xarakteristikası

5. Nəticə

6. İstifadə olunmuş ədəbiyyat

GİRİŞ
Müasir dünyada turizm hər bir ölkə üçün iqtisadiyyatın ən dinamik inkişaf edən sahələrindən biri sayılır. Hazırda dünya üzrə ümumi milli məhsulun 10 faizi, ixracatın 8 faizi beynəlxalq turizmin payına düşür. Göstərilən xidmətlərin təqribən 1/3-i beynəlxalq turizm vasitəsilə həyata keçirilir. Dünyada əmək qabiliyyətli əhalinin 8,1 faizi turizm və onunla bağlı sahələrdə çalışır. Bu rəqəmlər turizmin bütün dünyada nə qədər önəmli bir sahə olduğunu aşkar şəkildə ortaya qoyur.

Azərbaycanın turizm sahəsi böyük perspektivlərə malikdir. Ölkəmizdə turizmin əksər növlərinin (kənd, müalicə-sağlamlıq, ekoloji, mədəni, sosial, kommersiya, idman, dini və s.) inkişafı üçün geniş imkanlar mövcuddur. Son illərdə əldə olunmuş sürətli sosial-iqtisadi tərəqqi bu sahənin hərtərəfli inkişafına yeni imkanlar açıb.

Azərbaycanda turizmin inkişafı sahəsində qarşıya qoyulan əsas məqsədlər kifayət qədər genişdir: turizm ehtiyatlarının öyrənilməsi, genişləndirilməsi, turistlərin tələbatının ödənilməsi üçün zəruri xidmətlərin təşkili və müasir standartlara uyğunlaşdırılması, sanatoriya-kurort imkanlarının genişləndirilməsi, mehmanxanaların və digər turizm obyektlərinin sayının artırılması, turizm marşrutlarının çoxaldılması və s. Bir sözlə, söhbət turizmin ölkə iqtisadiyyatının ən dayanıqlı, effektiv və rəqabətə davamlı sahəsinə çevrilməsindən gedir.

Son vaxtlar bu istiqamətlərdə müsbət dinamika güclənməkdədir. Hər il Azərbaycanda 25-50 yeni mehmanxana, hotel, motel və digər turist yerləşdirmə obyektinin təməli qoyulur. Bundan başqa, iş adamlarında turizm sahəsinə böyük maraq yaranıb. 10 il əvvəl ölkədə cəmi 32 turizm şirkəti vardı, bu gün isə onların sayı 123-dür.

Turizmin inkişafına yönəlmiş tədbirlərin sırasında Bakı şəhərində inşa olunan mehmanxana kompleksləri, Qəbələdə inkişafda olan turizm potensialı da diqqəti cəlb edir.Beynəlxalq standartlara uyğun mehmanxana şəbəkəsinin inkişafı bu sahədə çalışan kadrlara ehtiyac yaradır. Bu ehtiyacı qarşılamaq üçün Prezident İlham Əliyevin 2006-cı il 25 avqust tarixli Fərmanı ilə yaradılan Azərbaycan Turizm İnstitutunun ilk məzunları artıq ixtisasları üzrə çalışmaqdadırlar.


Azərbaycan və Gürcüstanın kurort turizm və iqlim ehtiyatları haqqında ümumi məlumat

Azərbaycanın iqliminə ölkənin coğrafi mövqeyi, relyefi və Xəzər dənizi əsaslı təsir göstərir. Burada yarımsəhra və quru çöl, subtropik, mülayim və soyuq iqlimə rast gəlinir. Quru subtropik iqlim Kür-Araz ovalığı və Abşeron üçün xarakterikdir. Rütubətli subtropik iqlim yalnız Talış dağlarının cənubunda müşahidə edilir. Mülayim iqlim Böyük və Kiçik Qafqazın əsasən meşələrlə örtülü yamaclarında müşahidə olunaraq, quru, mülayim-isti quru, mülayim-isti rütubətli və mülayim soyuq iqlimlərə ayrılır.

Azərbaycan neft və qaz yataqları ilə məşhurdur. Respublika ərazisinin 2/3 hissəsi neft və qazla zəngindir. Ən çox neft və qaz yataqları Abşeron yarımadasında, Xəzər dənizinin şelf zonasında, Bakı və Abşeron arxipelaqlarındadır.

Dünyanın ən iri qapalı su hövzəsi – Xəzər Azərbaycanın həyatında çox mühüm əhəmiyyət daşıyır. Onu qeyd etmək kifayətdir ki, Xəzər dənizinin flora və faunası endemik növlərlə zəngindir. Belə ki, qədimliyi ilə digər balıqlardan fərqlənən nərəkimilərin ehtiyatlarının 90 %-i bu dənizdə cəmləşmişdir.

Akvatoriyanın Azərbaycan hissəsi dənizin orta və cənub hissələrini əhatə edir. Azərbaycanda mövcud olan 300-dək palçıq vulkanının 170-dən çoxu Xəzərin Azərbaycan sektorunda ada və sualtı vulkanlarını təşkil edir. Xüsusilə onlar Cənubi

Xəzərdə daha çoxdur. Təqribən 40 balıq növü və yarımnövü ov əhəmiyyəti daşıyır. Ümumi ixtiokütlənin əsas hissələrini kilkələr təşkil edir, qalan hissə iyənəyin, kefalın, aterinanın, gümüşcənin və xul balığının payına düşür. Xəzər və ahilyanı zonanın müxtəlif biotiplərinə çoxlu quş növü də qeydə alınmışdır.


Dünyada turizmin əhəmiyyəti daima artır ki, bu da sahənin iqtisadiyyata təsirinin güclənməsi ilə səciyyəvidir. Turizm gəlirlərin və məşğulluğun mühüm mənbəyi olmaqla, xidmət edən yeni sahələr yaratmaqla iqtisadiyyatın diversifikasiyasına səbəb olur. Bundan əlavə, turizm dövlətin xarici siyasətinin reallaşdırılmasının mühüm amillərindən biridir. Azərbaycan Respublikasının mövcud ehtiyatları turizm infrastrukturunun lazımi səviyyədə inkişaf etdirilməsi şərtilə xarici turistlərin qəbulunu dəfələrlə artırmağa imkan verir.

Ölkəmizdə tədricən turizmə realist yanaşma və onun Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı üçün çox böyük əhəmiyyətə malik iqtisadi sahə kimi qəbul olunması baş verir.

Azərbaycan Respublikasının rəqabət üstünlükləri siyasi stabillik və ölkədə təhlükəsizliyin təmini, adambaşına düşən gəlirlərin getdikcə artması və milli valyutanın – manatın stabilliyi hesab oluna bilər.

Bununla belə, qeyd etmək lazımdır ki, ölkəmizin malik olduğu nadir təbiət və iqlim ehtiyyatları, həmçinin mədəni irs Azərbaycan turizminin uğurlu inkişafını təmin edən yeganə və kifayət edəcək şərt kimi nəzərdən keçirilə bilməz, çünki bunlar yalnız turizm təklifinin elementlərindən biridir. Dünyada təbii və mədəni ehtiyatlara görə Azərbaycan Respublikası ilə müqayisə oluna bilən, lakin inkişaf etmiş keyfiyyətli turizm infrastrukturuna malik olan ölkələri misal göstərmək olar. Belə ölkələrdən ərazisi və əhalisi ölkəmizlə eyni olan Avstriyanı, həmçinin Fransa və ya İspaniyanı qeyd etmək olar. Bu ölkələr hər il yalnız beynəlxalq turizmdən on milyardlarla dollar gəlir əldə edirlər.

Azərbaycan Respublikasında turizmin inkişafının məqsədi Azərbaycanın və xarici vətəndaşların turizm xidmətlərinə olan tələbatlarının təmini, əhalinin məşğulluğu və gəlirlərinin artırılması üçün geniş imkanlar açan müasir rəqabətə davamlı turizm bazarının formalaşdırılmasıdır.

Bu məqsədə çatmaq üçün inkişafın elementlərindən biri, ölkənin beynəlxalq nüfuzunun möhkəmləndirilməsi və əhalinin həyat səviyyəsinin yüksəldilməsi vasitəsi kimi Azərbaycan Respublikasında gəlmə və daxili turizmin uğurlu inkişafı üçün stimullar həyata keçirmək lazımdır.

Rəqabətə davamlı turizm bazarı formalaşdırmaq üçün yalnız infrastrukturun inkişafı üçün səylər yetərli deyil. Milli turizm məhsulunun satışı üçün turist göndərən əsas bazalara istiqamətlənmiş və təcavüzkar xarakterə malik effektli strategiyaya ehtiyac vardır ki, nəticədə gəlmə və daxili turizmi Azərbaycan Respublikasının iqtisadiyyatında əsas gəlir vasitəsinə çevirmək olar.

Uğur əldə etmək üçün böyük həcm, müntəzəmlik və daimi təsir lazımdır. Reklam kompaniyası müəyyən bir zamandan sonra iqtisadi səmərə verməyə başlayır. Bu məqsədlə həm ölkədaxili, həm də xarici reklam-informasiya kompaniyası aparılmalı, Beynəlxalq turizm və digər sərgilərdə iştirak edilməli, Azərbaycan Respublikasının turizm imkanlarının təqdimatı keçirilməlidir. Həmçinin əsas turist göndərən bazaların dilində reklam çap məhsulları hazırlanmalı və yayılmalıdır.

Bunlardan bəziləri artıq həyata keçirilir. Bununla belə, hazırda Azərbaycanın milli turizm məhsulunun təbliği üçün büdcədən ayrılan vəsait mövcud turist axınına çox cüzi təsir edə bilər. Bunun üçün xeyli vəsaitin ayrılmasına ehtiyac vardır.

Dünyanın bir çox ölkələri, iqtisadiyyatda turizmin əhəmiyyətini dərk edərək turist göndərən və qəbul edən əsas bazarların xüsusiyyətlərini nəzərə almaqla milli turizm məhsulunun təbliği üçün böyük vəsait sərf edirlər. Ölkənin turizm imkanlarının geniş reklam kompaniyası xarici və daxili turistlərin artımına və nəticə etibarı ilə ölkə iqtisadiyyatına daxil olmaların çoxalmasına gətirib çıxarır.

Hal-hazırda ölkəmizdə ən çox inkişaf etmiş iqtisadiyyat sahəsi neft sənayesidir. Bugünkü gündə ölkəmiz ən çox gəliri məhz neft sənayesindən əldə edir. Respublika öz xərclərinin böyük həcmini də bu sənayedən gələn gəlir hesabına ödəyir. Lakin neft tükənəbiləcək bir təbii sərvətdir. Buna görə də gərək neft sənayesi ilə yanaşı digər sənaye sahələri də inkişaf etdirilsin.

Bildiyimiz kimi ölkəmiz böyük turizm ehtiyatına malik olan coğrafi mövqedə yerləşmişdir. Son zamanlar Azərbaycanda turizmin inkişafı üçün bir çox tədbirlər həyata keçirilir ki, bu da Azərbaycanda turizm sahəsinə olan diqqəti özündə əks etdirir. Eyni zamanda bu tədbirlər ölkəyə turist axınını gücləndirir, turizm sahəsindən gələn gəlirin ölkə büdcəsində daha fəal iştirak etməsini təmin edir. Turizm iqtisadiyyatının inkişafı üçün aparılan işlərə bir çox turizm obyektlərinin, pansionatların, restoranların, ulduzlu otellərin və s. tikilməsi misal ola bilər. Həm də respublikanın əksər regionlarında tikilmiş və tikilməkdə olan olimpiya kompleksləri də ölkə iqtisadiyyatına müəyyən miqdarda təsir göstərir



Azərbaycan kurortlarının coğrafi xarakteristikası

Azərbaycan turizm sənayesinin inkişafı üçün çox zəngin və əvəzsiz ehtiyyatlara malikdir. Bu hər şeydən əvvəl, çox əlverişli siyasi-coğrafi mövqedir. Belə ki, Azərbaycan iki dünya sivilizasiyasının qovuşuğunda, Transqafqaz nəqliyyat dəhlizinin ortasında yerləşir ki, bütün infrastrukturlar - Avropanı Qafqaz və mərkəzi Asiya ölkələri ilə birləşdirən hava və dəniz daşımaları, magistral avtomobil və dəmir yolları burada cəmləşmişdir. Dünya turistlərinin diqqətini Azərbaycana cəlb etmək üçün müxtəlif istiqamətlərdə fəal işlər görülür. Ölkənin turizm potensialını təbliğ etmək, yerli adət-ənənələri, milli mətbəxi, mədəni və tarixi irsi tanıtmaq məqsədilə kitablar, bukletlər, disklər hazırlanır və yayılır, dünyanın müxtəlif televiziya kanallarında reklamlar nümayiş etdirilir, həyata keçirilən yeni layihələr barədə reklam və elanlar verilir, bu istiqamətdə internet imkanlarından geniş istifadə olunur. Ümumilikdə son 2 ildə ölkəyə gələn turistlərin sayı 41 faiz yüksəlib. Bu yüksək rəqəm Dünya Turizm Təşkilatı tərəfindən də qeyd olunub. Dünyada turizm sahəsində böhran və çətinliklərin olmasına rəğmən, Azərbaycan turist sayının yüksək artımına nail olub. Bu, ölkəmizdə aparılan sosial-iqtisadi siyasətin nəticəsi olmaqla yanaşı, həm də dövlət tərəfindən turizm sahəsinə göstərilən diqqətin təzahürüdür və ümid etməyə tam əsas var ki, növbəti illərdə bu göstərici qat-qat çox olacaq.

İqtisadiyyatın inkişafı və respublikada vəziyyətin stabilləşməsindən sonra turizm sahəsi öz istiqamətini dəyişməyə başlayıb. Əgər əvvəllər çoxsaylı turizm şirkətləri respublika vətəndaşlarına xarici ölkələrə səfərlər təqdim edirdisə, hazırda onlar xarici turistlərin respublikanın kurortlarına cəlb edilməsi ilə məşğuldur.

Azərbaycanın təbii zənginliyi respublikada turizm biznesinin daim artmasına şərait yaradır. Dövlət Statistika Komitəsinin məlumatına görə, təkcə 2000-ci ildə ölkəyə 680 909 xarici turist gəlib. Bu, 1999-cu ildəkindən 13% azdır, lakin 1997-ci ilin göstəricilərindən 2 dəfə çoxdur. Son illər ərzində sanatoriya zonaları və istirahət evlərinin inkişafına vəsait qoyuluşlarının həcmi artıb. Azərbaycan Respublikasında bir çox hidromineral ehtiyyatları vardır ki, bu da sanatoriya-kurort işinin inkişafı üçün əhəmiyyətlidir. Azərbaycanda rekreasiya və turizm xidməti üçün də çox əlverişli şərait vardır. Respublikanın landşaft-iqlim xüsusiyyətləri burada kurort-turizm təsərrüfatını inkişaf etdirməyə imkan verir. Ərazi geniş miqyasda quru subtropik iqlimə malik olduğu üçün insan səhhətinə müsbət təsir göstərir, yüksək dağ və tundra landşaftına malik olması isə qış idman növlərinin yaradılmasına geniş imkanlar açır. Mineral suların, müalicə nefti və palçığının olması kurort yerlərinin əhəmiyyətini artırmaqla yanaşı, onların il boyu fəaliyyət göstərməsinə şərait yaradır. Azərbaycanın əlverişli iqlim-landşaft ehtiyatlarına müvafiq olaraq sağlamlıq ocaqları “iqlim-bolneoloji” istiqamətlidir. Bu xidmət sahəsi çox gənc sahələrdəndir. Azərbaycanda 27 minə qədər yeri olan 132 sanatoriya və istirahət müəssisələri, 4 minə yaxın yeri olan 10 turist bazası yaradılmışdır.

Respublikanın sağlamlıq ocaqlarında ildə orta hesabla 600 mindən artıq adam müalicə oluna bilər. Azərbaycanın kurort ehtiyatları burada müalicə olunan və istirahət edənlərin sayını 2 milyona qədər artırmağa imkan verir. Bu baxımdan Xəzər sahili zonanın əhəmiyyəti daha böyükdür. Bu zonanın çox böyük üstünlükləri var. Məsələn, Abşeron – Nabran sahillərində günəşli havalar Soçi – Suxumi rayonlarından 1,5 dəfə çoxdur. Xəzər sahilinin Nabran – Yalama, Giləzi – Zarat, Abşeron, Lənkəran – Astara çimərliklərinin yaxınlığında karbohidrogenli mineral sular vardır. Bunlar sahil zonalarında rekreasiya obyektlərinin bütün il boyu fəaliyyət göstərməsi üçün şərait yaradır.


Abşeron yarımadası kurortlar qrupu rayonu respublikamızda məşhur kurort guşəsidir. Təxminən 53 kilometr dənizin içərisinin doğru irəliləyən bu yarımadanın cahili başdan-başa gözəl çimərliklərlə əhatə olunmuşdur. Abşeron yarımadası iqliminə görə subtropik iqlimə çox yaxındır. Burada isti yay, günəşli payız, mülayim qış keçir, yazı nisbətən qısa olur. Abşeron qumlu sahilləri və təkcə dənizi ilə şöhrət tapmamışdır. Burada çoxlu şəfa bulaqları qaynayır. Suraxanı, Sabunçu və Şıx burnunda çıxan mineral sular böyük müalicə əhəmiyyətinə malikdir. Tərkibində yod, brom və böyük müalicə təsiri gücünə malik çoxlu başqa maddələr olan mineral suları Abşeronu daha da şöhrətləndirmişdir. Böyük Şor və Masazır mənbələrində qiymətli müalicə palçığı çıxır. Abşeron yarımadasında onlarca palçıq vulkanı püskürmüşdür. Təəssüf ki, bu vulkanlardan çıxan müalicə palçıqları balneoloqlar və kurortoloqlar tərəfindən lazımınca tədqiq olunmamışdır.

Mərdəkan, Buzovna, Şüvəlan, Zağulba, Pirşağı, Türkan və Abşeronun digər guşələri indi zəhmətkeşlərin ən sevimli istirahət yerinə çevrilmişdir. Həmin yerlərdə onlarca sanatoriya, istirahət evləri tikilmişdir. Lakin bu son hədd deyildir.

Bakı-Abşeron turizm bölgəsi Azərbaycan Respublikasının şərqində, Xəzər dənizi sahilində yerləşir və əlverişli coğrafi mövqeyə malikdir. Bölgə dərketmə, müalicə-sağlamlıq, idman, işgüzar turizm növləri üzrə ixtisaslaşmışdır. Xəzərin Bilgəh, Nardaran, Pirşağı, Buzovna, Zuğulba, Novxanı sahillərindəki qumlu çimərliklər turizmin inkişafı baxımından əlverişlidir. Balneoloji iqlimə malik bölgədə "Gənclik", Beynəlxalq Turizm Məkəzi, "Neptun" turist bazası və sanatoriya-kurort mərkəzləri (Bilgəh, Mərdəkan, Buzovna) fəaliyyət göstərir. Bakıda İçərişəhərin tarixi-memarlıq abidələrindən olan Buxara və Multani karvansaralarından müasir dövrdə turist obyektləri kimi istifadə olunur. Bakı Əyləncə Mərkəzi, "Akva-park", "Lunapark", "Lido" istirahət və əyləncə mərkəzlərində turistlərə yüksək xidmət göstərilir. Dərketmə turizminin mərkəzi olan Bakıda gəlmə və getmə turizmi inkişaf etdirilir. Bakı şəhərində 5462 yerlik 40 TYO (30 mehmanxana və 10 digər TYO) fəaliyyət göstərir. Bakıda İçərişəhər kompleksi (Şirvanşahlar sarayı, Qız qalası, qədim məscidlər, karvansara və b.), Bibi-Heybət məscidi, "Atəşgah" məbədi, Xəzəryanı müdafiə qurğuları, qalalar, karvansaralar və ovdanlar kompleksi (Mərdəkan qalası və qüllələri, Nardaran və Ramana qalaları) və b. maraqlı tarixi abidələrdir. Şəhərdən 70 km cənubda Qobustan Dövlət Tarix-Bədii Qoruğu, Altıağac Milli Parkı, Abşeron Milli Parkı, "Cənnət bağı" istirahət zonası (Xızı) yerləşir. Bakının cənub-qərbində "Şıx" kurort kompleksi fəaliyyət göstərir. Turistlər Bakıdan 4 istiqamətdə: respublikanın qərb, şimal-qərb, şimal və cənub bölgələrinə səyahətə çıxırlar. Müasir Olimpiya (Bakı, Maştağa) və digər idman kompleksləri idman turizminin inkişafına imkan yaradır.

Abşeron yarımadasının mineral suları

Abşeron rayonunun bir neçə çeşidli kurort imkanları vardır.


Bunlara:

  1. Metan və kükürdlü oksigen suları;

  2. Mineral palçıq;

  3. Mineral göllər;

  4. Çimərliklər;

  5. Dənizkənarı iqlim stansiyaları daxildir.

Yarımadada böyük sayda metan və kükürdlü mineral sular vardır. Bunlardan ən məşhuru Suraxanı rayonundakı Zıx qəsəbəsində və Şıx dilindəki mineral sulardır. Onların hamısı yüksək balneoloji əhəmiyyətə malikdirlər.
Masazır kəndində yerləşən Böyük Şor və Masazır gölləri tükənməz qiymətli müalicəvi palçıq mənbəyi sayılırlar. Abşeron yarımadasında onlarla qiymətli böyük və kiçik göllər mövcuddur

Lənkəran-Astara bölgəsində əsasən Masallı kurort təsərrüfatı ilə seçilir. Əhalisi əsasən azərbaycanlılardan, qismən talış və ruslardan ibarətdir. Əhali Lənkəran ovalığında sıx, dağlarda isə seyrək məskunlaşıb Rayonda sənaye çox zəif inkişaf edib. Rayonun sənayesi bitkiçilik və balıqçılıq məhsullarının emalına əsaslanır. Sənaye məhsulunun 90%-i yeyinti sənayesi verir. Yeyinti sənayesi balıq emalı və balıq konservi, çay, tütün, meyvə-tərəvəz konservi, şərab zavodları ilə təmsil olunur. Rütubətli subtropik iqlimin və sarı torpaqların olması sitrus meyvələrin, üzümün, çayın, taxılın və faraş (tezyetişən) tərəvəzçiliyin inkişafına imkan verir. Lakin yağıntı ilin soyuq dövründə düşdüyündən süni suvarmaya böyük ehtiyac var. Azərbaycanda becərilən çayın 99%-ni, tərəvəz və bostan məhsulunun yarıdan çoxunu bu rayon verir. Ümumiyyətlə regionda hakim olan rütubətli subtropik iqlim rayonun k/t-nın ixtisaslaşmasına təsir edən əsas amildir. Bu iqtisadi rayon daxilindəki Bakı-Astara dəmir və avtomobil yolu Azərbaycanla Iran arasında yükdaşımada mühüm rol oynayır.
Masallı (Bakıdan 232 km məsafədə)-rayon bir terefden Xəzər dənizi, digər tərəfdən Talış dağları ile əhatə olunub. Burada çox gözel iqlim meşələrində kicik göller ve şəlalələr, en meşhuru İstisu bulagı olan çoxlu kükürdlü bulaqlar var.

İstisu- Masallının möcüzəli guşəsidir. Tam adı - İstisu "Fatimeyi-Zəhra" Şəfa Sanatoriyasıdır.

İstisu "Fatimeyi-Zəhra" Şəfa Sanatoriyası həm Masallı şəhərindən 13 kilometr aralıda, dəniz səviyyəsindən 1650 metr yüksəklikdə qərar tutmuş Dəmbəlov dağının döşündə, Viləş çayının sahilində yerləşir. Tərkibində hidrogen-sulfid, natrium-xlor kalsium, maqnezium-hidrokarbonat və hər litrində 30 milliqram yod var. Yerin çox dərin qatlarından 60 dərəcədən də yuxarı isti halda məhlul çıxır. Bu məhlul xəstəlikləri dava-dərmansız sağaldır. Qədimdə yerli sakinlər bu suya minbir dərdin dərmanı olan möcüzə kimi baxıblar.


Gürcüstan kurortlarının coğrafi xarakteristikası

Gürcüstan Respublikası. Mərkəzi Qafqazı və Qara dəniz sahillərini əhatə edir.İCM-yi əlverişlidir.Rusiya,Azərbaycan,Türkiyə və Ermənistanla quru sərhədinə malikdir.Ərazisinin 50 %-i dağlıqdır.Ölkədə Kolxida, Kaxetiya, və Kartli düzənlikəri vardır.Ölkənin təbii artımı aşağıdır.(0.7 %). Gürcüstan çoxmillətli ölkədir.Əhalisinin əksəriyyətini Qafqaz dil ailəsinə aid olan gürcülər təşkil edir.Respublikada həmçinin abxazlar,acarlar,osetinlər,ermənilər,ruslar və yüz minlərlə azərbaycanlılar yaşayır.Dövlətin tərkibinə Abxaziya,Acarıstan və Cənubi Osetiya milli bölgələri(qurumları) daxildir.Gürcüstan kənd təsərrüfatı əsas sahələri çayçılıq, üzümçülük, tütünçülük və subtropik meyvəçilikdir.İri çayçılıq ölkəsi olan Gürcüstanın əsas çay plantasiyaları Kolxida ovalığındadır.Ölkədə əsas Kurort-turizm bölgəsi Qara dəniz sahilləridir.Buranın iqlimi subtropik, qışı mülayim, yayı isti keçir.Çimərlik mövsümü təxminən 5-6 ay davam edir. Bu bölgədə yerləşən əsas kurort şəhərləri aşağıdakılardır:



BatumiGürcüstanın Qara dəniz limanı və Acarıstan Muxtar Respublikasının paytaxtıdır. Şəhərin əhalisi 122 500 nəfərdir. Turizm mərkəzi olan Batuminin əhalisi yay aylarında 400 000 min nəfərə çatır.

Batumi Zaqafqaziya dəmiryolunun və Bakı neft boru xəttinin qurtardığı əhəmiyyətli liman və ticarət mərkəzidir. Türkiyə sərhədindən 12 kilometr məsafədə yerləşir. Subtropik iqlimə malikdir, sitrus meyvələri və çay yetişdirilir. Neftayırma zavodu və gəmiqayırma sənayesi ilə tanınır.

Batumi əhəmiyyətli liman şəhəridir. Eyni zamanda tətil mərkəzi olan şəhər botanika bağları və tropik bitkilər baxımından zəngindir.

Şəhərin görməli yerləri arasında Orta məscid, Acarıstan dövlət muzeyi, Batumi botanika bağı, İsa Məsihin 12 həvariyunundan biri olan Müqəddəs Matveyin abidə məzarının yerləşdiyi Roma dövründən qalma Apsaros qalası, XX əsrdə tikilmiş gürcü memarlığını əks etdirən köhnə poçt binası, Qara dəniz sahilindəki Batumi dövlət parkı, akvarium və sirk sayıla bilər.Batumidə əsasən subtropik iqlim hökm sürür. Şəhərdə və ətrafında subtropik bitkilər yetişir. Parklar, çay plantasiyaları və sitrus önəmli yer tutur. Batumidə orta illik temperatur 14 °C-dir. Ən soyuq ay olan yanvarda orta temperatur göstəricisi 6 °C, ən isti aylar olan iyul və avqustda isə 22 °C-dir. Batumidə qeydə alınmış ən aşağı temperatur -7 °C, ən yüksək temperatur isə 40 °C-dir.


Makincauri-Gürcüstanın digər məşhur kurort bölgələrindən biri olan Makincauri Acarıstan Muxtar respublikasında, Qara dəniz sahilindəki Xelvaçaur bölgəsində yerləşir.Acarıstanın paytaxtı olan Batumidən 5 km şimalda yerləşir və burada əsasən rütubətli subtropik iqlimə hökm sürür.Dəniz səviyyəsindən 15 metr yüksəklikdədir. Əsasən dəniz sahili kurort kimi tanınmışdır və Gürcüstanın Qara dəniz sahilində Batumi ətrafında yerləşən kurortlar qrupuna daxildir.

Ureki şəhəri Gürcüstanın Quria regionunun Ozurgeti bölgəsində Qara dəniz sahilində yerləşir.Batumidən təxminən 10 km , Tiflisdən isə 300 km məsafədə yerləşir.Dəniz səviyyəsindən 4 metr yüksəklikdədir.Təxminən 1422 nəfər əhali Urekidə məskunlaşmışdır.

Anaklia Qərbi Gürcüstanda Qara dəniz sahilində yerləşən məşhur kurort şəhərciklərindən biridir.Bu şəhərcik Abxaziya ilə inzibati sərhədin yaxınlığında , İnqur çayının Qara dənizə töküldüyü yerdə Samerqrelo-Zemo Svaneti regionunda yerləşir.Anaklia da digər qeyd olunan şəhərlər kimi rütubətli iqlimə malikdir.


Nəticə
Ölkəmiz Şərq və Qərb mədəniyyətlərini özündə birləşdirən zəngin mədəni irsə malikdir. Millətin kökünü, bünövrəsini təşkil edən bu irs əsrlərdir ki, onu qoruyur. Ardı-arası kəsilməyən hücumlara, işğal və istismarlara müqavimət, hətta işğalçıya öz mədəniyyətini qəbul etdirmək gücü də məhz burdan qaynaqlanır. Azərbaycan əsrlərdir qoruyub saxladığı mədəni irsini bəşəri dəyərlərlə birləşdirən dinamik inkişafa malikdir.

Onu da unutmaq olmaz ki, Azərbaycanın inkişafını nəzərdə tutduğu və gələcəyə hesablanan böyük planlar qurduğu sahələrdən biri, mədəniyyətin təbliği baxımından da mühüm əhəmiyyət kəsb edən turizmdir. Neft sektorundan qeyri-neft sektoruna keçid prosesinin sonunda ölkəyə ən böyük gəlir gətirən sahələrdən birinin də məhz turizm olacağını nəzərə alsaq, bu inkişafın illər sonrakı nəticəsini təsəvvür etmək çətin deyildir.

Ölkənin əcnəbi qonaqlarına təqdim edəcəyi çox böyük mədəni irs və turizm üçün əlverişli bölgələri vardır. Odur ki, bütün ölkə ərazisində tətbiq edilən regionların inkişafı proqramının nəticələrinin uğuru ucqar əyalətlərdə də artıq görünməkdədir. Ölkəmizin mövcud turizm potensialının səmərəli istifadə olunması məqsədilə turizm sahəsində planlaşdırılmış işlərə 2001-ci ildən başlanmışdır.

Dünyada turizmin əhəmiyyəti daima artır ki, bu da sahənin iqtisadiyyata təsirinin güclənməsi ilə səciyyəvidir. Turizm gəlirlərin və məşğulluğun mühüm mənbəyi olmaqla, xidmət edən yeni sahələr yaratmaqla iqtisadiyyatın diversifikasiyasına səbəb olur. Bundan əlavə, turizm dövlətin xarici siyasətinin reallaşdırılmasının mühüm amillərindən biridir. Azərbaycan Respublikasının mövcud ehtiyatları turizm infrastrukturunun lazımi səviyyədə inkişaf etdirilməsi şərtilə xarici turistlərin qəbulunu dəfələrlə artırmağa imkan verir.

Ölkəmizdə tədricən turizmə realist yanaşma və onun Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı üçün çox böyük əhəmiyyətə malik iqtisadi sahə kimi qəbul olunması baş verir.

Azərbaycan Respublikasının rəqabət üstünlükləri siyasi stabillik və ölkədə təhlükəsizliyin təmini, adambaşına düşən gəlirlərin getdikcə artması və milli valyutanın – manatın stabilliyi hesab oluna bilər.

Bununla belə, qeyd etmək lazımdır ki, ölkəmizin malik olduğu nadir təbiət və iqlim ehtiyyatları, həmçinin mədəni irs Azərbaycan turizminin uğurlu inkişafını təmin edən yeganə və kifayət edəcək şərt kimi nəzərdən keçirilə bilməz, çünki bunlar yalnız turizm təklifinin elementlərindən biridir. Dünyada təbii və mədəni ehtiyatlara görə Azərbaycan Respublikası ilə müqayisə oluna bilən, lakin inkişaf etmiş keyfiyyətli turizm infrastrukturuna malik olan ölkələri misal göstərmək olar. Belə ölkələrdən ərazisi və əhalisi ölkəmizlə eyni olan Avstriyanı, həmçinin Fransa və ya İspaniyanı qeyd etmək olar. Bu ölkələr hər il yalnız beynəlxalq turizmdən on milyardlarla dollar gəlir əldə edirlər.

Azərbaycan Respublikasında turizmin inkişafının məqsədi Azərbaycanın və xarici vətəndaşların turizm xidmətlərinə olan tələbatlarının təmini, əhalinin məşğulluğu və gəlirlərinin artırılması üçün geniş imkanlar açan müasir rəqabətə davamlı turizm bazarının formalaşdırılmasıdır.

Bu məqsədə çatmaq üçün inkişafın elementlərindən biri, ölkənin beynəlxalq nüfuzunun möhkəmləndirilməsi və əhalinin həyat səviyyəsinin yüksəldilməsi vasitəsi kimi Azərbaycan Respublikasında gəlmə və daxili turizmin uğurlu inkişafı üçün stimullar həyata keçirmək lazımdır.

Rəqabətə davamlı turizm bazarı formalaşdırmaq üçün yalnız infrastrukturun inkişafı üçün səylər yetərli deyil. Milli turizm məhsulunun satışı üçün turist göndərən əsas bazalara istiqamətlənmiş və təcavüzkar xarakterə malik effektli strategiyaya ehtiyac vardır ki, nəticədə gəlmə və daxili turizmi Azərbaycan Respublikasının iqtisadiyyatında əsas gəlir vasitəsinə çevirmək olar.

Uğur əldə etmək üçün böyük həcm, müntəzəmlik və daimi təsir lazımdır. Reklam kompaniyası müəyyən bir zamandan sonra iqtisadi səmərə verməyə başlayır. Bu məqsədlə həm ölkədaxili, həm də xarici reklam-informasiya kompaniyası aparılmalı, Beynəlxalq turizm və digər sərgilərdə iştirak edilməli, Azərbaycan Respublikasının turizm imkanlarının təqdimatı keçirilməlidir. Həmçinin əsas turist göndərən bazaların dilində reklam çap məhsulları hazırlanmalı və yayılmalıdır.

Bunlardan bəziləri artıq həyata keçirilir. Bununla belə, hazırda Azərbaycanın milli turizm məhsulunun təbliği üçün büdcədən ayrılan vəsait mövcud turist axınına çox cüzi təsir edə bilər. Bunun üçün xeyli vəsaitin ayrılmasına ehtiyac vardır.

Dünyanın bir çox ölkələri, iqtisadiyyatda turizmin əhəmiyyətini dərk edərək turist göndərən və qəbul edən əsas bazarların xüsusiyyətlərini nəzərə almaqla milli turizm məhsulunun təbliği üçün böyük vəsait sərf edirlər. Ölkənin turizm imkanlarının geniş reklam kompaniyası xarici və daxili turistlərin artımına və nəticə etibarı ilə ölkə iqtisadiyyatına daxil olmaların çoxalmasına gətirib çıxarır.

Hal-hazırda ölkəmizdə ən çox inkişaf etmiş iqtisadiyyat sahəsi neft sənayesidir. Bugünkü gündə ölkəmiz ən çox gəliri məhz neft sənayesindən əldə edir. Respublika öz xərclərinin böyük həcmini də bu sənayedən gələn gəlir hesabına ödəyir. Lakin neft tükənəbiləcək bir təbii sərvətdir. Buna görə də gərək neft sənayesi ilə yanaşı digər sənaye sahələri də inkişaf etdirilsin.

Bildiyimiz kimi ölkəmiz böyük turizm ehtiyatına malik olan coğrafi mövqedə yerləşmişdir. Son zamanlar Azərbaycanda turizmin inkişafı üçün bir çox tədbirlər həyata keçirilir ki, bu da Azərbaycanda turizm sahəsinə olan diqqəti özündə əks etdirir. Eyni zamanda bu tədbirlər ölkəyə turist axınını gücləndirir, turizm sahəsindən gələn gəlirin ölkə büdcəsində daha fəal iştirak etməsini təmin edir. Turizm iqtisadiyyatının inkişafı üçün aparılan işlərə bir çox turizm obyektlərinin, pansionatların, restoranların, ulduzlu otellərin və s. tikilməsi misal ola bilər.

Gündən – günə sürətlə inkişaf edən Turizm sənayesi yüksək ixtisaslı kadrların və ciddi peşə hazırlığının olmasını tələb edir. Bu turizmin müasir inkişaf mərhələsi üçün daha xarakterikdir. Turizm nəinki səyahətlərin praktiki reallaşdırılması sahəsidir, o həmçinin xüsusi biliklər sahəsinə, yəni nəzəri fəaliyyət sahəsinə çevrilməkdədir.



İstifadə olunmuş ədəbiyyat siyahısı

1.Beynəlxalq turizmin coğrafiyası-Memmedov C.A., Soltanova H.B., Rehimov S.H., Mütərcim 2002

2.Kurortlarımız –Hüseynov M.M. ,Egiazarov A.Q. ,Azərnəşr 1958

3.İstisu kurortu və onun müalicə üsulları-Kərimov H.M. Azərnəşr 1959

4. www.elibrary.bsu.az

5.www.wikipedia.com





Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azrefs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə