Kafedra: İQTİsadi HÜquq iXTİsas: İQTİsadiyyatin hüquqi TƏNZİMLƏNMƏSİ kurs iŞİ




Yüklə 153.11 Kb.
səhifə2/2
tarix23.02.2016
ölçüsü153.11 Kb.
1   2

3.Azərbaycan Respublikasında icarə münasibətlərinin normativ hüquqi təminatı

Bu gün Respublikada torpaqların icarəsi xüsusi əhəmiyyət kəsb edir. Mülki Məcəllədə icarə sazişinə izah verilir, onun predmeti və əsas şərtləri müəyyənləşdirilir, sazişin forması, onun dövlət qeydiyyatı, bağlanma müddəti, əmlakın icarədara verilməsi qaydası üçün irəli sürülən tələblər dəqiqləşdirilir. Mülki Məcəllədə və ‘‘Torpağın icarəsi haqqında’’ qanunda icarədarların və icarə verənlərin hüquq və vəzifələri müəyyənləşdirilir.

Bu gün Azərbaycan Respublikasında torpaq icarə İnstitutu kənd təsərrüfatı və digər sahə sahibkarlarına imkan verir ki, onlar bu və ya digər səbəblərdən torpaq sahəsini mülkiyyətlərinə götürə bilmirlərsə onda icarə torpaqları hesabına öz fəaliy­yətlərini genişləndirmiş olsunlar. Məsələn, kəndli-fermer kənd təsərrüfatı istehsalı ilə məşğul olmaq üçün dövlətdən pulsuz yalnız torpaq payı həjmində sahə alır. Bir qayda olaraq bu pay səmərəli istehsal qurmaq üçün kifayət etmir. Əkin sahələrini genişləndirmək, yaxud digər istehsal ehtiyajlarını ödəmək üçün əlavə torpaq almağa vəsait olmadıqda, onlar bu torpaqları haqla ijarə hüququ çərçivəsində əldə edə bilərlər. Torpaq icarə institutu torpaq sahələrinin Azərbaycan vətəndaşlığında olmayan şəxslərə, xarici dövlətlərin fiziki və hüquqi şəxslərinə verilməsi üçün səmərəli hüquqi alətdir. Belə ki, bu institut dövlətə imkan verir ki, öz müstəqilliyinə xələl gətirmədən, milli sərvət kimi torpaq mülkiyyəti ilə alver etmədən xarici sərmayədarlarla (investorlarla) fəal əməkdaşlıq qursun. Torpaq icarə institutunun mənfi tərəfləri də vardır. Azərbayjan Respub­likasında torpaqlar hüquqi və fiziki şəxslərə qısamüddətli (on beş ilə qədər) və uzunmüddətli (on beş ildən doxsan doqquz ilə qədər) icarəyə verilir. Lakin praktikada əksər hallarda torpaq payları 1-3 il müddətinə icarəyə verilir. Təbii ki, belə qısamüddətli icarə zamanı elmi cəhətdən əsaslandırılmış növbəli əkin sis­temlərini tətbiq etmək mümkün deyildir. Qısamüddətli icarə icarədara torpaqdan səmərəli istifadə etməsinə, onun qorunmasına stimul yaratmır, baxmayaraq ki, qanunla bu vəzifələr onun üzərinə düşür.

İcarə münasibətləri icarəyəverənlə icarəçi arasında yaranan hüquqi və iqtisadi əlaqələrdən ibarətdir. Torpaq üzərində icarə münasibətlərinin obyektləri dövlət, bələdiyyə və xüsusi mülkiyyətdə olan torpaqlardır. Azərbaycan Respublikasında bu Qanunla müəyyənləşdirilən icarə münasibətlərinin obyektləri olan dövlət və bələdiyyə torpaqları mənfəət əldə etmək məqsədilə fəaliyyət göstərən hüquqi və fiziki şəxslərin istifadəsinə, qanunvericiliklə müəyyən edilmiş qaydada, icarə əsasında verilir. Torpağın istifadəsi haqqında sənədlərdə nəzərdə tutulduğu hallarda torpağın istifadəçisi onu icarəyə verə bilər.

Yeni ictimai münasibətlər şəraitində təşkil olunmuş torpaq bazarı torpaq eh­tiyatlarının daha səmərəli istifadə edən subyektlərin əlinə keçməsinə şərait yaradır. Torpaq bazarını təşkil etməklə ölkə iqtisadiyyatı yalnız torpağın satışın­dan, torpaq vergisindən və digər torpaqla bağlı əməliyyatlardan vəsait əldə etmir, hər şeydən əvvəl o torpağın əsl sahibinin tapılmasına şərait yaradır. Xaricilər, vətəndaşlığı olmayan şəxslər, xariji hüquqi şəxslər, beynəlxalq birliklər, təşkilatlar və xariji dövlətlər öz səlahiyyətləri çərçivəsində qanunla müəyyən edilmiş qaydada, torpaq bazarında torpağın xüsusi mülkiyyətə alınması əqd­ləri istisna olmaqla digər əqdlərdə iştirak edə bilərlər. İcra hakimiyyəti və bələdiyyələrin müvafiq orqanları qanunçuluqla onlara veril­miş hüquqlar çərçivəsində torpaq bazarında iştirak edirlər. Ölkənin yeni tor­paq siyasətinin ilkin nəticələri göstərir ki, Azərbayjanda normal fəaliyyət göstərən torpaq bazarı təşkil etməklə ölkə iqtisadiyyatının sabit və davamlı inkişafına nail olunmuş, həmçinin kənd təsərrüfatı istehsalına investisiya qoyuluşu güclənmişdir.

Torpaq müəyyən mənada əmək məhsulu olmasa da mülkiyyət obyekti olduğu üçün bazar iqtisadiyyatı şəraitində alqı satqı obyekti rolunu oynayır. K.Marksa görə torpağın qiyməti kapitallaşmış rentadır, yəni torpağın qiyməti torpaq sahəsindən götürülən rentanın miqdarından asılı olaraq müxtəlif olur. Torpağın qiymətinə təsir edən amillərdən biri də bank faizi normasıdır. Torpağın qiyməti renta ilə düz, bank faizi norması ilə tərs mütanasibdir. Cəmiyyətin inkişafı ilə əlaqədar torpağın qiyməti də artır. Çünki məhsuldar qüvvələrin inkişafı bir tərəfdən rentanın yüksəlməsinə, digər tərəfdən faiz normasının aşağı düşməsinə səbəb olur. Azərbaycan Respublikasında torpağın normativ qiymətinin (dəyərinin) müəyyən edilməsi barədə əsasnaməsinin bəndləri buna sübutdur:

1. Torpağın normativ qiyməti torpaq kadastrı məlumatları əsasında müəyyən edilmiş Respublikanın hər bir qiymət rayonu üzrə Dövlət Torpaq Komitəsinin Dövlət Yerquruluşu Layihə İnstitutu tərəfindən diferensial rentaya görə hesablanır. Normativ qiymət müəyyən edilərkən torpağın münbitliyi və son 5 ilin iqtisadi göstəriciləri əsas götürülür.

2. Torpaq sahələri alınıb-satıldıqda, girov qoyulduqda, irsən verildikdə, onun barəsində digər əqdlər bağladıqda torpağın qiyməti tələb və təklifdən asılı olaraq bazar qiyməti ilə, lakin torpağın normativ qiymətindən az olmayaraq müəyyən edilir.

3. Respublikanın qiymət kadastr rayonları üzrə müəyyən edilmiş torpağın normativ qiyməti (dəyəri) Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarı ilə təsdiq edilir.

4. Torpağın normativ qiymətinə (dəyərinə) dair qayimə (sertifikat) torpaq mülkiyyətçilərinə və istifadəçilərinə torpağa mülkiyyət hüququna dair və torpaqdan daimi istifadə hüququna dair Dövlət aktları, torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə, habelə yay və qış otlaq sahələrindən müvəqqəti istifadəyə və ya icarəyə görə veriləcək torpaqdan müvəqqəti istifadə hüququna dair Şəhadətnamə və müqavilə ilə birlikdə verilir.

Respublikada hər yerdə torpaq sahələrinin alqı-satqısı üzrə əməliyyatlar həyata keçirilir. Bu proses şəhərlərdə və digər yaşayış məntəqələrində daha intensiv, aqrar sahədə isə zəif həyata keçirilir. Azərbaycan Respublikasında torpaq bazarının formalaşması dövlətin bila­vasitə iştirakı və nəzarəti altında həyata keçirilir və bu proses daha da təkmil­ləşdirilərək davam etdirilməlidir. Torpaqların əsas hissəsi dövlətin mülkiyyətində saxlanılır. Buna görə də dövlət yalnız torpaq bazarında baş verən dəyişiklikləri tənzimləməməli, əhəmiyyətli həjmdə kapital olan bütün torpaq fondunu idarə etməlidir. Müasir mərhələdə torpaq ehtiyatlarının idarə edilməsinə dair dövlətin gördüyü işlər torpaq potensialından dolğun və səmərəli istifadəyə tam javab vermir. Ölkənin bir çox şəhərlərində (Bakı, Gəncə, Sumqayıt, Lənkəran, Şirvan, Mingəçevir və s.) qeyri-adi vəziyyət yaranmışdır. Belə ki, işləməyən nəhəng zavodlar böyük əraziləri tuturlar və əksər hallarda investorlar üçün cazibədar olan torpaq sahələri onlara məxsus olur. İqtisadi və inzibati-hüquqi mexa­nizmdən istifadə etməklə bu torpaqların səmərəli yenidən bölgüsü məqsədəuyğun olardı. Elə məhz bu səbəbdən torpaqların icarəyə verilməsi vacib hesab olunur.

Torpaq üzərində icarə münasibətlərinin subyektləri Azərbaycan Respublikası, bələdiyyələr, Azərbaycan Respublikasının hüquqi şəxsləri və vətəndaşları, habelə əcnəbilər və vətəndaşlığı olmayan şəxslər, xarici hüquqi şəxslər, beynəlxalq birliklər və təşkilatlar, habelə dövlətlərdir. Azərbaycan Respublikası adından icarə münasibətlərində öz səlahiyyətləri daxilində müvafiq icra hakimiyyəti orqanları iştirak edirlər. Bələdiyyələr icarə münasibətlərində Azərbaycan Respublikasının qanunvericilik aktları ilə bələdiyyələrə verilən səlahiyyətlər daxilində iştirak edirlər. Azərbaycan Respublikasının hüquqi şəxsləri və vətəndaşları icarə münasibətlərində icarəyəverənlər və icarəçilər kimi iştirak edirlər. Əcnəbilər və vətəndaşlığı olmayan şəxslər, xarici hüquqi şəxslər, beynəlxalq birliklər və təşkilatlar, habelə xarici dövlətlər icarə münasibətlərində yalnız icarəçilər və subicarəçilər kimi iştirak edə bilərlər.

İcarə münasibətləri iki şəxs arasında yaranan münasibətdir. Burada bir tərəf icarəyəverən digər tərəf isə icarədar hesab olunur. İcarə münasibətləri icarə müqaviləsi bağlandığı andan etibarən yaranır. Həmin andan etibarən icarəyə verən və icarədarın özünəməxsus hüquq və vəzifələri yaranır.

İcarəyəverənin hüquqları aşağıdakılardır:



  • icarəyə verilmiş torpaq sahələrinin təyinatı üzrə istifadəsinə və icarə müqaviləsinin şərtlərinə əməl edilməsinə nəzarət etmək;

  • icarəyə verilmiş torpaq sahələrinin istifadəsi, keyfiyyətinin yaxşılaşdırılması, qorunması və mühafizəsi barədə icarəçilərdən məlumatlar almaq;

  • icarə müqaviləsinin dəyişdirilməsi, vaxtından əvvəl ləğv edilməsi, dayandırılması və (bələdiyyə torpaqlarına dair müqavilə istisna olmaqla) uzadılması barədə təkliflər vermək;

  • icarəçinin təqsiri üzündən icarəyə verilmiş torpaqlara vurulmuş zərərin əvəzinin ödənilməsini tələb etmək;

  • icarəyə verilmiş torpaqlarda icarəyə verənin razılığı olmadan tikilmiş və quraşdırılmış binaların, qurğuların sökülməsini tələb etmək;

  • qanunvericiliklə nəzərdə tutulmuş digər hüquqları həyata keçirmək.

İcarəyəverənin vəzifələri aşağıdakılardır:

  • icarəyə verilən torpaq sahəsini icarə müqaviləsi və torpaq qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada icarəçiyə təhvil vermək;

  • icarəyə verilmiş dövlət mülkiyyətində olan torpaq sahəsi özəlləşdirilərkən, bu sahənin satın alınmasını ilk növbədə icarəçiyə təklif etmək;

  • icarə müqaviləsinin şərtlərinə əməl etmək, müqavilənin müddəti qurtardıqda və ya müqavilə vaxtından əvvəl ləğv edildikdə, müqavilədə başqa hal nəzərdə tutulmamışdırsa, onun razılığı ilə icarəçinin vəsaiti hesabına aparılmış tikinti işlərinin dəyərini ödəmək;

  • qanunvericiliklə nəzərdə tutulmuş digər vəzifələri həyata keçirmək.

Azərbaycan Respublikasının vətəndaşları və hüquqi şəxsləri, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər, xarici hüquqi şəxslər, beynəlxalq birliklər və təşkilatlar, habelə xarici dövlətlər Qanunda və torpaq qanunvericiliyində nəzərdə tutulmuş qaydada torpaq icarəçisi ola bilərlər.

İcarəçinin hüquqları aşağıdakılardır:



  • torpaq sahələrindən icarə müqaviləsi ilə müəyyən edilmiş həddə sərbəst istifadə etmək;

  • icarə obyekti özəlləşdirildiyi, başqasına istifadəyə və ya icarəyə verildiyi halda həmin obyektə qoyulmuş investisiyanı icarəyəverəndən tələb etmək;

  • icarə müqaviləsinin uzadılması üçün icarəyəverənə təklif vermək;

  • icarəyəverənin razılığı ilə icarəyə götürülmüş torpaq sahələrində torpaqdan təyinatı üzrə səmərəli istifadə etmək məqsədilə tikililər və avadanlıqlar quraşdırmaq;

  • icarəyə götürülmüş torpağın keyfiyyətinin təbii proseslər nəticəsində pisləşdiyi halda icarə haqqının azaldılmasını icarəyəverəndən tələb etmək;

  • dövlət mülkiyyətində olan torpaq sahəsi özəlləşdirildiyi halda həmin sahənin ilk növbədə ona təklif edilməsini icarəyəverəndən tələb etmək;

  • qonşu torpaq mülkiyyətçilərinin və istifadəçilərinin torpaq sahələrinə torpaq qanunvericiliyi ilə müəyyən edilmiş servitut qoyulmasını tələb etmək;

  • qanunvericiliklə nəzərdə tutulmuş digər hüquqları həyata keçirmək.

İcarəçinin vəzifələri aşağıdakılardır:

  • icarəyə götürülmüş torpaqlardan təyinatı üzrə istifadə etmək;

  • icarə müqaviləsinin şərtlərinə və torpaq qanunvericiliyinin tələblərinə riayət etmək;

  • icarəyə götürülmüş kənd təsərrüfatı təyinatlı torpaqların mühafizəsi, keyfiyyətinin qorunması, bərpası və yaxşılaşdırılması üçün müvafiq aqrotexniki tədbirlər görmək;

  • icarəyə götürülmüş torpaq sahələrini müqavilənin müddəti başa çatdıqdan sonra vaxtında geri qaytarmaq;

  • icarəyə götürülmüş torpaq sahəsinə, ətraf mühitə və əhalinin sağlamlığına ziyan vurmamaq;

  • torpaq sahəsindən istifadəyə görə icarə haqqını, digər tədiyələri vaxtında ödəmək;

  • qanunvericiliklə nəzərdə tutulmuş digər vəzifələri həyata keçirmək.


4.İcarə münasibətləri sahəsində pozulmuş hüquqların müdafiəsi mexanizmi

"Torpaq icarəsi haqqında" Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən icarə münasibətlərinin əsas rola malik olan tərəflər icarəverənin və icarədarın vəzifələrini düzgün yerinə yetirmədiyi halda qanun pozuntusu hesab olunur. Nəticədə qanun pozuntusunu yaradan tərəf məsuliyyətə cəlb olunur. “Torpaq icarəsi haqqında” Azərbaycan Respublikasının Qanununun V fəslində Torpaq icarəsi haqqında qanunvericiliyin pozulmasına görə məsuliyyət və mübahisələrin həlliqaydaları qeyd edilmişdir. Qanunun 29-cu maddəsinə əsasən, torpaq icarəsi haqqında qanunvericiliyin tələbləri pozulmaqla bağlanmış əqdlər etibarsızdır. "Torpaq icarəsi haqqında" qanunvericiliyin pozulmasında təqsirkar olan hüquqi və fiziki şəxslər Azərbaycan Respublikasının qanunvericiliyində müəyyən edilmiş qaydada məsuliyyət daşıyırlar. Torpaqların icarəyə verilməsi, istifadəsi, müqavilənin dəyişdirilməsi, uzadılması, vaxtından əvvəl ləğv edilməsi və xitamı ilə əlaqədar mübahisəli məsələlər Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq məhkəmə qaydasında həll olunur. Azərbaycan Respublikasının tərəfdar çıxdığı dövlətlərarası müqavilələrdə torpaq bazarı münasibətlərinin tənzimlənməsi barədə müəyyən olunmuş qaydalar bu Qanunda nəzərdə tutulmuş qaydalardan fərqlənərsə, beynəlxalq müqavilələrin qaydaları tətbiq olunur.

Torpaq bazarı haqqında qanunvericiliyin məqsədi Azərbaycan Respublikasında torpaq bazarı münasibətlərinin ümumi qaydalarını müəyyənləşdirmək və torpaq üzərində mülkiyyət hüquqlarının müdafiəsini təmin etməkdir. Torpaq bazarı münasibətləri ilə əlaqədar əqdlər torpaq mülkiyyətçilərinin və istifadəçilərinin son əqd bağlananadək qəbul etdikləri öhdəliklər nəzərə alınmaqla bağlanılır.

Torpaqların və onlar üzərində istifadə və icarə hüquqlarının ayqı-satqısı torpaqların məqsədli təyinatını və hüquqi reyimini, ərazinin şəhərsalma sənədləri əsasında inkişaf perspektivlərini nəzərə almaqla həyata keçirilir. Şəhərsalma, ekoloji və sosial tələblər baxımından sökülməsi və ya yaşayış məntəqəsi hüdudlarından kənara çıxarılması planlaşdirilan dövlət mülkiyyətindəki obyektlərin altında olan torpaqların satışına icarə verilmir. Belə obyektlərin siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.

Azərbaycan Respublikasının hüquqi və fiziki şəxslərinin özəlləşdirdikləri obyektlərin yerləşdiyi torpaqların və ya sahibkarlıq fəaliyyəti məqsədi ilə dövlətdən normativ və güzəştli qiymətlərlə aldıqları qeyri – kənd təsərrüfatı torpaqlarının özgəninkiləşdirilməsi qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilə bilər. Torpaq bazarında bağlanan əqdlər torpaq və mülki qanunvericilikdə müəyyən olunmuş qaydada rəsmiləşdirilir. Ərazi planlaşdırılması əsasında yaşayış məntəqəsinin infrastruktir sahələrinin yaradılması üçün nəzərdə tutulan torpaqların, habelə onlardan istifadə və icarə hüquqlarının alqı-satqısı bir qayda olaraq torpaq hərracları və müsabiqələri vasitəsilə həyata keçirilir.

Kənd təsərrüfatı torpaqlarının, onlar üzərində istifadə və icarə hüquqlarının, habelə kənd təsərrüfatına az yararlı və yararsız torpaqların kənd təsərrüfatına və onunla bağlı olan dövrüyyəyə cəlb edilməsi məqsədilə satın alınmasında üstünlük hüququ, bu torpaqların əvvəlki istifadəçilərinə və icarəçilərinə, habelə satışa çıxarılan sahələrlə həmsərhəd yerləşən kənd təsərrüfatı istehsalçılarına verilir. Bu torpaq sahələrinə tələb təklifi üstələdiyi hallarda satış hərrac və ya müsabiqə yolu ilə həyata keçirilir.

Bələdiyyə tərəfindən bilavasitə satılmış torpaq sahələri və onlar üzərində istifadə və icarə hüquqlarına dair alqı-satqı aktı tərtib edilir. Bələdiyyələr, satışa çıxarılan sərbəst torpaq sahələri və yeni torpaqların mülki dövriyyəyə cəlb edilməsi proqramları barədə əhalini mütəmadi məlümatlandırır, ildə bir dəfə torpaqların dövriyyəsi və istifadə olunması bərədə məlumatlar dərc edirlər.

Vətəndaşların və hüquqi şəxslərin mülkiyyətində olan torpaqlar, habelə onlar üzərində istifadə və icarə hüquqları bilavasitə satıldıqda, alqı-satqı tərəflər arasında bağlanmış və notarial qaydada təsdiq edilmiş alqı-satqı müqavilələri əsasında həyata keçirilir.

Torpaqların və onlar üzərində istifadə və icarə hüquqlarının alqı-satqı müqavilələri Azərbayjan Respublikasının mülki və torpaq qanunvericiliyinin tələblərinə əməl edilməklə bağlanılır.

Torpaq istifadəciləri, mülkiyyətçilərin razılığı ilə torpaqdan istifadə hüququnu nizamnamə (pay) fonduna yalnız müvəqqəti verə bilərlər.

Nizamnamə (pay) fonduna verilən torpaq sahəsi və ya bu sahə üzərindəki hüquqlar üzrə müqavilə iştirakçılarının mülkiyyət münasibətləri Azərbaycan Respublikasının müvafiq qanunvericilik aktları ilə tənzimlənir.

5.Torpaq münasibətləri sahəsində dövlət orqanlarının hüquqi vəziyyəti

Torpaq münasibətləri dövlət orqanları, bələdiyyələr, hüquqi və fiziki şəxslər arasında torpağa sahiblik, torpaqdan istifadə və torpaq barəsində sərəncam vermək sahəsində, habelə torpaq resurslarından istifadənin dövlət tərəfindən idarə edilməsi sahəsində ictimai münasibətlərdir. Bu münasibətlərin təmin edilməsində dovlət orqanlarının rolu böyükdür. Beləki, dövlət orqanları bu sahədə normativ hüquqi aktlar qəbul etməklə torpaq münasibətlərinin tənzimlənməsində böyük rol oynayırlar. Həmin normativ hüquqi aktlara “Torpaq islahatı haqqında” Azərbaycan Respublikasının Qanununu, ”Torpaq bazarı haqqında” Azərbaycan Respublikasının Qanunu və bir sıra qanunverici aktlar, Respublikanın tərəfdar çıxdığı beynəlxalq müqavilələr daxildir. Azərbaycan Respublikasının torpaq qanunvericiliyi Torpaq Məcəlləsindən, “Torpaq islahatı haqqında” Azərbaycan Respublikasının Qanunundan və digər normativ hüquqi aktlardan ibarətdir.

Yerin təkindən, su obyektlərindən, meşədən, bitki və heyvanlar aləmindən, mədəni və təbii landşaftlardan, atmosfer havasından istifadə və onların mühafizəsi üzrə münasibətlər Azərbaycan Respublikasının müvafiq qanunvericiliyi ilə tənzimlənir. Azərbaycan Respublikasının Torpaq Məcəlləsi Azərbaycan Respublikasında torpaq üzərində mülkiyyətin müxtəlif növlərinin tətbiqi əsasında yaranan torpaq münasibətlərinin tənzimlənməsinə, torpaq mülkiyyətçiləri, istifadəçiləri və icarəçilərinin torpaqla bağlı vəzifələrinin yerinə yetirilməsinə və torpaq üzərində hüquqların müdafisinə, torpaqlardan səmərəli istifadə və onların mühafizəsi üçün şərait yaradılmasına, torpağın münbitliyinin bərpasına və artırılmasına, texnogen çirklənmə və dağılmadan korlanmış torpaqların rekultivasiyasına, təbii mühitin qorunmasına və yaxşılaşdırılmasına yönəlmişdir.

Torpaq münasibətlərinin tənzimlənməsi sahəsində fəaliyyət göstərə bilərlər:



  1. Torpaq münasibətlərinin iştirakçıları: Azərbaycan Respublikası, Dövlət orqanları, bələdiyyələr, Azərbaycan Respublikasının vətəndaşları və hüquqi şəxsləri, beynəlxalq birliklər və təşkilatlar, xarici dövlətlərdir.

  2. Əcnəbilər və vətəndaşlığı olmayan şəxslər, xarici hüquqi şəxslər, beynəlxalq birliklər və təşkilatlar, habelə xarici dövlətlər torpaq münasibətlərinin iştirakçıları kimi bu Məcəllənin 48-ci maddəsində nəzərdə tutulmuş məhdudiyyətlərlə çıxış edə bilərlər.

  3. Torpaq münasibətlərinin obyekti torpaq sahəsi və onun üzərində hüquqlardan ibarətdir.

Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 18 aprel tarixli 460 nömrəli Fərmanı ilə Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi yaradılmışdır. Komitə yerquruluşu, dövlət torpaq kadastrı, torpaqların monitorinqi, onların münbitliyinin təmin olunması, geodeziya və xəritəçəkmə sahəsində dövlət siyasətini formalaşdıran və həyata keçirən mərkəzi icra hakimiyyəti orqanıdır. Komitənin mərkəzi aparatı və onun ikili tabelikdə olan yerli orqanları (rayon və şəhər şöbələri), habelə Komitənin tabeliyində olan Azərbaycan Dövlət Yerquruluşu Layihə institutu, Dövlət Torpaq Kadastrı, Monitorinqi və İnformasiya Mərkəzi, Aerogeodeziya və Kadastr İstehsalat Birliyi və Bakı Kartoqrafiya Fabriki Komitənin vahid sistemini təşkil edirlər. Komitə öz fəaliyyətini digər dövlət və bələdiyyə orqanları ilə, habelə ictimai birliklərlə qarşılıqlı əlaqədə olmaqla həyata keçirir.

Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi funksyaların yerinə yetirilməsində özünəməxsus vəzifə və hüquqlara malikdir.



Komitənin əsas vəzifələri aşağıdakılardır:

  • Dövlət torpaq kadastrı, torpaqların monitorinqi, yerquruluşu, geodeziya, topoqrafiya, xəritəçəkmə, qravimetriya, torpaq islahatı, torpaqların münbitliyinin bərpası və artırılması, torpaq bazarının təşkili, torpaq-hüquq münasibətlərinin tənzimlənməsi, ərazi vahidlərinin müəyyən edilməsi və torpaqla bağlı digər işləri təşkil etmək və həyata keçirmək;

  • Öz səlahiyyətləri hüdudlarında torpaqlardan istifadəyə və onların mühafizəsinə, geodeziya və kartoqrafiya fəaliyyətinə dövlət nəzarətini həyata keçirmək;

  • Qanunvericiliklə müəyyən edilmiş qaydada dövlət torpaq reyestrini aparmaq;

  • Dövlət əhəmiyyətli coğrafi məlumat sistemlərinin yaradılması, ümumcoğrafi, torpaq, geobotaniki, siyasi-inzibati, elmi məlumat və digər sahələrarası mövzu xəritələrinin, atlaslarının, kartoqrafik tədris vasitələrinin layihələşdirilməsini, tətbiqini və nəşrini təmin etmək;

  • Dövlət topoqrafik xəritələrin və planların hazırlanmasını, ümumdövlət, müdafiə, elmi-tədqiqat və digər məsələlərin həllini təmin edən dövlət plan və yüksəklik, o cümlədən qravimetrik şəbəkələrin yaradılmasını və işçi vəziyyətində saxlanmasının təmin etmək;

  • Azərbaycan Respublikasının dövlət sərhədlərinin, o cümlədən sərhəd sularının və Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub olan bölməsinin delimitasiyası və demarkasiyası işlərini həyata keçirmək;

  • dəqiqliyinə və məzmununa görə ümumdövlət, müdafiə, elmi-tədqiqat və digər məsələlərin həllini təmin edən dövlət topoqrafik xəritələrin, habelə qrafiki, rəqəmi, fotoqrafik və başqa formalı planların yaradılması, yeniləşdirilməsi, nəşri və geodeziya, qravimetriya, topoqrafiya və kartoqrafiya işlərinin həyata keçirilməsində, materialların istifadəsində dövlətin müdafiəsini və təhlükəsizliyini təmin etmək;

  • Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş digər vəzifələri yerinə yetirmək.

Dцvlət Torpaq və Xəritəзəkmə Komitəsi ona həvalə olunmuş vəzifələrə uyğun olaraq aşağıdakı funksiyaları həyata keçirir:

  • Torpaq ehtiyatlarından səmərəli istifadə olunması və onların mühafizəsi, torpaqların münbitliyinin bərpası və artırılması, yerquruluşu, geodeziya, topoqrafiya və kartoqrafiya sahəsində dövlət proqramlarını hazırlayır və aidiyyəti orqanlarla birlikdə onları həyata keçirir;

  • Torpaqların eroziyadan, şorlaşma, şorakətləşmə və müxtəlif antropogen və texnogen çirklənmələrdən mühafizəsi, torpaqların münbitliyinin qorunması layihələrini aidiyyəti təşkilatlarla birlikdə tərtib edir, həmin layihələrin yerinə yetirilməsinə nəzarət edir;

  • Dövlət torpaq kadastrının, torpaqların monitorinqinin aparılması, habelə yerquruluşunun həyata keçirilməsi üzrə işləri və tədbirləri təşkil edir və həyata keçirir;

  • Torpaq islahatının həyata keçirilməsi, torpaqdan səmərəli istifadə olunması və onun mühafizəsi, geodeziya, topoqrafiya, qravimetriya və kartoqrafiya sahəsində qanunvericiliklə müəyyən edilmiş qaydada beynəlxalq təşkilatlarla, xarici ölkələrlə elmi-texniki əməkdaşlıq edir, onların təcrübəsini öyrənir və tətbiq edir, qanunvericiliklə müəyyən edilmiº qaydada xarici ölkələrin ərazisində geodeziya və kartoqrafiya iºlərini həyata keçirir;

  • Torpaq haqqında məlumat bankı yaradır, torpaq, geodeziya və kartoqrafiya haqqında qanunvericiliyin tələblərinə hüquqi və fiziki şəxslər tərəfindən riayət olunmasına nəzarəti həyata keçirir;

  • Yay və qış otlaq sahələrinin inzibati-ərazi vahidləri arasında uzunmüddətli istifadə üçün bölüşdürülməsi barədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təkliflər verir;

  • Öz səlahiyyətləri daxilində torpaqların kənd təsərrüfatı və meşə təsərrüfatı dövriyyəsindən çıxarılması ilə əlaqədar olaraq kənd təsərrüfatı və meşə təsərrüfatı itkilərinin miqdarının müəyyən edilməsi barədə təkliflər verir;

  • Torpaq sahələrinin yerquruluşu planından və dövlət kadastrı məlumatlarından çıxarışlar verir;

  • Hər il 1 yanvar vəziyyətinə əvvəlki il üçün torpaq fondunun növlərinə, torpaqların rekultivasiyasına, mülkiyyətçilər və istifadəçilər üzrə torpaq bölgüsünə, hər 5 ildən bir isə torpaqların keyfiyyətinə (bonitirovka, iqtisadi qiymətləndirmə) dair ilkin hesabatları tərtib edir;

  • Çirklənmiş, öz keyfiyyətini itirmiş və yararsız hala düşmüş (tənəzzülə uğramış) torpaqların konservasiya edilməsinə dair təkliflərin hazırlanmasında iştirak edir;

  • Torpaq bazarı subyektlərinin hüquq və vəzifələrini əhali arasında təbliğ edir, torpaq bazarını tənzimləyən rəsmi məlumatların müntəzəm toplanmasını, xüsusi bülletenlər və kütləvi informasiya vəsaitləri ilə açıqlanmasını, habelə torpaq bazarının fəaliyyəti ilə bağlı öz səlahiyyətləri daxilində digər tədbirləri görür;

  • Müvafiq inzibati rayon vahidlərində torpaq kadastrının aparılması məqsədilə lazımi kadastr-planalma işlərini həyata keçirir;

  • Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş digər funksyaları yerinə yetirir.

Komitə öz vəzifə və funksiyalarını həyata keçirmək üçün aşağıdakı hüquqlara malikdir:

  • Müəyyən edilmiş qaydada öz səlahiyyətlərinə aid olan məsələlərə dair mərkəzi və yerli icra hakimiyyəti orqanları, bələdiyyələr, hüquqi və fiziki şəxslər üçün icrası məcburi olan normativ hüquqi aktlar qəbul etmək;

  • Torpaqlardan istifadəyə və onların mühafizəsinə, geodeziya və kartoqrafiya fəaliyyətinə dövlət nəzarətini təmin etmək məqsədilə müvafiq tədbirlər həyata keçirmək;

  • Qanunvericiliklə müəyyən olunmuş qaydada torpaqlardan istifadə və onların mühafizəsi, geodeziya və kartoqrafiya fəaliyyəti sahəsində dövlət nəzarətinin həyata keçirilməsi zamanı aşkar edilən qanun pozuntularının müəyyən olunmuş müddətdə aradan qaldırılması üçün müvafiq tədbirlər görmək;

  • Öz səlahiyyətləri daxilində və qanunvericiliklə müəyyən edilmiş qaydada torpaq, geodeziya və kartoqrafiya qanunvericiliyinin müvafiq tələblərini pozan şəxsləri inzibati məsuliyyətə cəlb etmək, inzibati işlərə baxmaq və həmin şəxslər barəsində inzibati tənbeh tədbirləri görmək;

  • Torpaq ehtiyatlarından səmərəli istifadə və onların mühafizəsi məsələləri, yerquruluşu, geodeziya və kartoqrafiya işləri üzrə yerli icra hakimiyyəti orqanlarının və bələdiyyələrin müvafiq qanunvericiliyin tələblərinə uyğun gəlməyən qərarlarının dayandırılması və ya ləğv edilməsi barədə müvafiq orqanlar və ya məhkəmə qarşısında məsələ (iddia) qaldırmaq;

  • qanunvericilikdə müəyyən edilmiş hallarda və öz səlahiyyəti hüdudlarında torpaq sahələrinin istifadəyə verilməsi barədə müvafiq orqanlar qarşısında vəsatət qaldırmaq;

  • qanunvericiliklə müəyyən edilmiş qaydada geodeziya və kartoqrafiya fəaliyyətinin həyata keçirilməsinə xüsusi razılıq (lisenziya) vermək;

  • qanunvericilikdə müəyyən edilmiş qaydada dövlət qeydiyyatına (patent) alınmamış, yaxud sertifikatlaşdırılmamış geodeziya və kartoqrafiya işlərini müvəqqəti dayandırmaq, qanunvericiliyin tələblərinə uyğun gəlməyən işlərin dayandırılması barədə müvafiq orqanlar və ya məhkəmə qarşısında məsələ (iddia) qaldırmaq;

Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin baş idarələrinin və onların tərkibindəki şöbələrin rəisləri vəzifələrinə görə eyni zamanda torpaqlardan istifadə və onların mühafizəsi üzrə, habelə geodeziya və kartoqrafiya fəaliyyətinə dövlət nəzarəti üzrə dövlət müfəttişləridir. Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin mərkəzi aparatında dövlət nəzarətinin həyata keçirilməsi həvalə edilmiş baş mütəxəssisləri və aparıcı mütəxəssisləri isə torpaqdan istifadə və onların mühafizəsi üzrə, habelə geodeziya və kartoqrafiya fəaliyyətinə dövlət nəzarəti üzrə müfəttişlərdir.

Dövlət orqanları torpaq münasibətlərində sabitliyin, hüquq pozulma məsələrinin həllinin müəyyən edilməsi üçün bir sıra tədbirlər görmüş və siyasətlər həyata keçirmişdir. Azərbaycan Demokratik Respublikası yarandığı ilk günlərdən müstəqil dövlətimizin sərhədlərininə, ərazisinin,torpaqlarının qorunmasını millətin tale yüklü problemi elan etmişdi. Çünki, Azərbaycan Demokratik Respublikası öz vətəndaşlarının azad, demokratik həyatının təməlini torpaqlarımızın çiçəklənməsində görürdü.

Sosialist torpaq münasibətləri çərçivəsində yuxarıda qeyd edildiyi kimi, torpaq dövlətin müstəsna mülkiyyəti olduğundan dilini bilənlərə,qəlbini oxşayanlarla yalnız istifadəyə (müddətli və müddətsiz) verilirdi. Belə hüquqi rejim sahibkarlıq mülkiyyətçilik hüququnu onun əlindən alırdı. Çox vaxt «hər şeyin biliciləri» olan yerli partiya funksionerlərinin «səpini3 cünə qurtar», yığımı 5günə başa çatdır» göstərişlərinin yerinə yetirilməsi bu baxımdan labüd olurdu. Bu isə «yetişməmiş» sahələrin səpilməsinə «dəyməmiş» məhsulun toplanmasına səbbəb olurdu. Bütün bunlarla nəticədə ya ilk başlanğıcdan,ya da sonra min bir zəhmət bahasına əldə ediləcəkvə ya edilmiş məhsulun itkisinə gətirib çıxarırdı. Buna görə 1994-cü ilin sonunda nisbətən sabit siyasi vəziyyətin yaranması hökumətə kənd təsərrüfatı sahəsində islahat üzərində diqqətini cəmləşdirməyə imkan verdi.

Prezident H.Ə. Əliyevin rəhbərliyi altında hazırlanmış müstəqil Azər­bayjanın aqrar siyasəti onun gələjək inkişafına və dünya iqtisadi sisteminə inteqrasiyasına, xariji bazarlara geniş çeşiddə və yüksək keyfiyyətli məhsulların çıxarılmasına imkan verən rəqabət qabiliyyətli iqtisadi sahələrin inkişaf et­di­rilməsinə yönəldilmişdir 12 noyabr 1995-ci ildə ümumxalq referendumu ilə qəbul edilmiş Azərbaycan Respub­likasının Konstitusiyası torpaq üzərində dövlət inhisarını ləğv etməklə ölkədə dolğun torpaq islahatı keçirilməsi prosesinin başlanğıcını qoydu. 16 iyul 1996-cı ildə Azərbayjan Respublikasının ‘‘Torpaq islahatı haqqında’’ Qa­nunu qəbul edildi. Torpaq-su resurslarının məhdudluğu, bir çox təbii-iqtisadi zona­larda əmək resurslarının artıqlığı, ölkə ərazisinin özünəməxsus landşaft xüsusiyyətləri və Respublika aqrar-sənaye kompleksinin inkişafının özünə­məxsusluğu dövlətin torpaq siyasətinin məqsəd və məzmununu müəyyən etdi. İqtisadi azadlıq və sosial ədalətlilik prinsipləri əsasında torpaq üzərində yeni mül­kiyyət münasibətlərinin yaranması, bazar iqtisadiyyatının və sahibkarlıq təşəb­büskarlığının inkişafı, iqtisadi müstəqilliyə, o cümlədən ölkənin ərzaqla təmin olunmasına nail olmaq və son nəticədə Azərbayjan xalqının maddi rifah halının yüksəldilməsi torpaq islahatının əsas məqsədi kimi müəyyən edilmişdir. Torpaq islahatının qarşısında duran vacib məsələ Azərbayjan respublikası əra­zisində dövlət torpaqlarının müəyyən edilməsi, torpağın bələdiyyələrə və xüsusi mülkiyyətə verilməsi, mülkiyyətçilərin torpağa sahibolma, istifadə və onun barəsində sərəncamvermə hüquqlarının təmin edilməsindən ibarətdir.

Azərbaycanın torpaq münasibətləri siyasətinin mərkəzi məsələsi – torpaq üzərində mülkiyyət hüququ məsələsidir. 1995-ci il noyabrın 12-də keçirilən Azərbaycan Respublikası referendumunda qəbul olunmuş Konstitusiyamız torpaq üzərində dövlət inhisarını ləğv etmişdir. Sözügedən əsas Qanuna görə, hal-hazırda torpaq üzərində dövlət, bələdiyyə, xüsusi mülkiyyət formaları bərqərar edilmişdir. Konstitusiyaya görə ölkəmizdə mülkiyyətin heç birinə üstünlük verilmir və mülkiyyət formasından asılı olmayaraq təsərrüfat fəaliyyəti üçün bərabər şərait yaradılması nəzərdə tutulmuşdur.

İqtisadi azadlıq və sosial ədalət prinsipləri əsasında torpaq üzərində yeni mülkiyyət münasibətlərini yaratmaq, bazar iqtisadiyyatını və sahibkarlıq təşəbbüslərini inkişaf etdirmək, ölkənin iqtisadi müstəqilliyinə, o cümlədən ərzaq taminatına nail olmaq Azərbaycanda torpaq islahatının əsas məqsədidir. Torpaq islahatı haqqında qanunun 6-cı maddəsinə görə dövlət torpaqlarının tərkibinə aşağıdakılar aiddirlər:



  1. Dövlət hakimiyyət orqanlarının (qanunvericilik, icra, məhkəmə hakimiyyəti orqanlarının) yerləşdiyi torpaqlar;

  2. Dövlət obyektlərinin dağ-mədən sənayesinin, təsdiq edilmiş faydalı qazıntı yataqlarının, vahid energetika sisteminin, magistral boru kəmərlərinin, nəqliyyat, rabitə və müdafiə obyektlərinin, dövlət sərhəd zolaqlarının, mühüm meliorasiya və su təsərrüfatı obyektlərinin yerləşdiyi torpaqlar;

  3. Yay və qış otlaqlarının, mal-qara düşərgələrinin və köç yollarının torpaqları;

  4. Meşə fondu torpaqları (sovxoz və kolxozların meşələri də daxil olmaqla);

  5. Su fondu torpaqları və Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub olan sektorunun altında yerləşən torpaqlar;

  6. Təbiəti mühafizə və təbii-qoruq obyektlərinin, tarixi və mədəni abidələrin yerləşdiyi torpaqlar, habelə üzərində təsərrüfat fəaliyyəti qadağan edilmiş qorunan ərazilərin torpaqları;

  7. Dövlət elmi-tədqiqat və tədris müəsisələrinin, onların təcrübə bazalarının, maşın-sınaq stansiyalarının, dövlət sort-sınaq xidmətinin, toxumçuluq və damazlıq təsərrüfatlarının torpaqları;

Torpaq islahatı haqqında qanunun qəbulundan sonra torpaq mülkiyyətçilərinin strukturalarında köklü dəyişikliklər edilmişdir. Belə ki, kolxoz və sovxozların torpaqlarının özəlləşdirilməsi aparılmış, onların torpaqları hesabına azad sahibkarlığa əsaslanan yüzlərlə kəndli (fermer) təsərrüfatları, şəxsi yardımçı təsərrüfatlar, torpaq və əmlak üzərində xüsusi mülkiyyətə əsaslanan birgə təsərrüfatlar, səhmdar cəmiyyətləri, toxumçuluq, damazlıq üzrə ixtisaslaşmış dövlət kənd təsərrüfatı müəssisələri və digərləri yaradılmışdır.

Mülkiyyətə və istifadəyə verilmiş torpaq sahələrindən tam, dolğun və səmərəli istifadəni təmin etmək məqsədilə torpaqdan istifadəyə görə torpaq qanunvericiliyi torpaq vergisi nəzərdə tutur.

Torpaq vergisinin müəyyən edilməsi və ödənilməsi əsasən 1997-ci ilin 1 yanvarından qüvvəyə minmiş “Torpaq vergisi haqqında” qanunla tənzimlənir.

Qanunun 7-ci maddəsi aşağıdakı torpaqlar üçün torpaq vergisi nəzərdə tutmur:



  1. Yaşayış məntəqələrinin ümumi istifadədə olan torpaqları;

  2. Dövlət mülkiyyətində olan təbiəti mühafizə, təbii qoruq, sağlamlaşdırma, istirahət, tarix, mədəniyyət təyinatlı torpaqlar, habelə qanunla qorunan ərazilərin təsərrüfat fəaliyyəti qadağan edilmiş torpaqları;

  3. İstehsal fəaliyyətinə cəlb edilmiş dövlət, meşə və su fondu torpaqları, Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub olan sektoru altında yerləşən torpaqlar;

  4. Dövlət büdcəsinin, yaxud həmkarlar ittifaqı təşkilatının vəsaiti hesabına maliyyələşdirən mədəniyyət, incəsənət və kinematoqrafiya, təhsil, idman-sağlamlıq kompleksləri , habelə təbii, tarixi və mədəni abidələr yerləşən torpaqlar;

  5. Kənd təsərrüfatı və meşə təsərrüfatı təmayüllü elmi təşkilatlar və elmi tədqiqat idərələri, elmi və tədris məqsədləri üçün istifadə edilən torpaqlar;

Dövlət sərhəd zolaqları və müdafiəTorpaq sahəsi yalnız Azərbaycan Respublikasında daimi yaşayan Azərbaycan Respublikası vətəndaşlarına və hüquqi şəxslərinə satıla bilər. Bələdiyyənin ehtiyat fondunun kənd təsərrüfatı məqsədləri üçün nəzərdə tutulmayan, kənd təsərrüfatına az yararlı və yararsız torpaqlarının Azərbaycan Respublikasının fiziki və hüquqi şəxslərinə satışı, qanunvericiliyə uyğun olaraq həmin torpaqların ölçüsü və hüdudları müəyyən edilən gündən etibarən həyata keçirilə bilər. Fiziki və ya hüquqi şəxslərin mülkiyyətində olan torpaq sahəsi satıldıqda onun qiyməti bazar qiyməti ilə, lakin normativ qiymətdən az olmamaq şərti ilə müəyyən edilir.

Yeni torpaq münasibətləri zəhmət adamını torpaqla bağlı əsrlər boyu arzuladığı münasibətlərə çatdırır. Onun torpaqla ünsiyyətini, yaxınlığını, doğmalığını rəsmiləşdirir, torpaq bilicisinə sərbəst təsərrüfatçılıq hüququ verir, özünün və sərəncamında olan torpağın potensial imkanlarından tam, dolğun və səmərəli istifadə üçün hüquqi, iqtisadi, siyasi şərait yaradır.




Nəticə və təkliflər

Qeyd etdiyimiz kimi torpaq icarəsi dedikdə müqavilə əsasında əvəzi ödənilməklə torpaqdan müddətli istifadə etməkdir. Qədim zamanlarda bəri insanlar öz tələbatlarının ödənməsi və müvafiq fəaliyyətlərini həyata keçirmək məqsədilə torpaqları icarəyə götürürdülər. Məhz torpağı icarəyə götürən və icarədar arasında münasibətlər formalaşdı ki, bu da icarə münasibətləri adlandı.

Azərbaycan Respublikasında qanunvericiliyə müvafiq olaraq, torpağı icarəyə vermək hüququ mülkiyyətçilərə, onların vəkil etdiyi orqanlara, Azərbaycan Respublikasının hüquqi və fiziki şəxslərinə məxsusdur. Dövlət mülkiyyətində olan torpaqların icarəyə verilməsini qanunvericilikdə nəzərdə tutulmuş qaydada müvafiq icra hakimiyyəti orqanları, bələdiyyə torpaqlarını isə bələdiyyələr həyata keçirirlər. Xüsusi mülkiyyətdə olan torpaqların icarəyə verilməsini qanunvericilikdə nəzərdə tutulmuş qaydada mülkiyyətçilər həyata keçirirlər. “Torpaq icarəsi haqqında” qanunvericiliyin pozulmasında təqsirkar olan hüquqi və fiziki şəxslər Azərbaycan Respublikasının qanunvericiliyində müəyyən edilmiş qaydada məsuliyyət daşıyırlar.

Torpaq münasibətlərinin inkişafını və torpaq islahatının ye­ni mərhələsinin gedişatını təhlil edərkən onların yüksək səviyyəsini görmək olar. Yeni torpaq münasibətləri üçün hüqu­qi-normativ əsaslarının bütöv sistemi yaradılmışdır. Bu baza sivil bazarlara daxil olmağı təmin etməyə qadirdir və torpaq münasibətləri sahəsində dünya qanunçuluğu sisteminə əhə­miy­yətli dərəcədə inteqrasiya olunmuşdur. Torpaq mülkiyyəti mü­nasi­bətlərinə və torpaq üzrə sövdələşmələrə mülki –hüquqi institutların şamil edilməsi keçmiş illərin torpaq qanunçu­lu­ğunda özünə yer tapmış əsaslandırılmamış məhdudiyyətləri aradan qaldırır.



Respublikada torpaq münasibətlərinin təkmilləşdirilməsi və torpaq islahatının dərinləşdirilməsi yaxın perspektivdə torpaq bazarının, torpaq girovu üzrə ipoteka kreditləşdirməsinin və torpaqdan istifadə hüququnun gələcək inkişafına zəmin yaradar, icarə münasibətlərinin təkmilləşdirər, son nəticədə torpaqlardan səmərəli istifadə edilməsinə və onların qorunmasına xidmət etmiş olar.


İstifadə edilmiş ədəbiyyatlar

  1. M.İ.Cəfərov, R.M.Quliyev – Torpaq fondu və ondan səmərəli istifadə. Bakı – “Elm” – 1997

  2. A.H.Babayev – Azərbaycan torpaqlarının münbitliyinin modelləşdirilməsi və proqnozlaşdırılması. Bakı – 2005

  3. Q.Ş.Məmmədov – Azərbaycanın torpaq ehtiyatları. Bakı – “Elm” – 2002

  4. R.M.Quliyev. Yerquruluşunun elmi əsasları Bakı - “Elm” 2007

Q.Məmmədov, A.Cəfərov, Z.Mustafayeva. Əkinçilik və bitkiçiliyin
1   2


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azrefs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə