Kafedra: İQTİsadi HÜquq iXTİsas: İQTİsadiyyatin hüquqi TƏNZİMLƏNMƏSİ kurs iŞİ




Yüklə 153.11 Kb.
səhifə1/2
tarix23.02.2016
ölçüsü153.11 Kb.
  1   2
AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ

AZƏRBAYCAN DÖVLƏT İQTİSAD UNİVERSİTETİ


FAKÜLTƏ: ÜMUMİ İQTİSADİYYAT

KAFEDRA: İQTİSADİ HÜQUQ

İXTİSAS: İQTİSADİYYATIN HÜQUQİ TƏNZİMLƏNMƏSİ


KURS İŞİ
MÖVZU: Torpaq münasibətləri hüquqi tənzimlənməsi
QRUP: 74

TƏLƏBƏ: Muradov Tahir Cəmil

ELMİ RƏHBƏR: dos. S.Z. İsayev

BAKI – 2012
Mündəricat

Giriş......................................................................................................................3

1.Torpaq münasibətləri hüquqi tənzimləmənin obyekti kimi..............................5

2.Torpaq icarəsi və onu şərtləndirən amillər.........................................................9

3.AR-da icarə münasibətlərinin normativ hüquqi təminatı.................................15

4.İcarə münasibətləri sahəsində pozulmuş hüquqların müdafiəsi mexanizmi.....21

5.Torpaq münasibətləri sahəsində dövlət orqanlarının hüquqi vəziyyəti.............23

Nəticə və təkliflər .................................................................................................33

İstifadə olunmuş ədəbiyyatlar...............................................................................34

Giriş

Ölkәmizin tәbii eһtiyatları tükәnmәz (Xәzәr dәnizinin suyu, külәk vә su enercisi vә s.) vә tükәnәn (meşә, fauna vә floranın ayrı-ayrı elementlәri, yararlı torpaq saһәlәri vә s.) olmaqla iki hissəyə bölünür. Torpaq da tükənən təbii eһtiyatlarından biri olmaqla әn dәyәrli tәbii eһtiyat hesab edilir. Torpaq bütün dövrlərdə elin bərəkət mənbəyi, ruzi çeşməsi hesab edilib. Torpaq eһtiyatları tәbii sәrvәtlәrin tәrkib һissәlәrindәn biri olub, cәmiyyәtin әn qiymәtli xәzinәsidir. Bu eһtiyyat xalq tәsәrrüfatının müxtәlif saһәlәrindә istifadә edilir. Ölkәmizin torpaq eһtiyatları xüsusiyyәtlәrinә vә istifadә xarakterinә görә, onların üzәrindә tәsbit edilmiş mülkiyyәt formalarına, һәmçinin mәqsәd tәyinatına müvafiq olaraq, ayrı-ayrı torpaq növlәrinә, qruplara, kateqoriyalara bölünür.

Torpağa ilk elmi tərif V.V.Dokuçayev tərəfindən verilmişdir: "Dağ süxurlarının (fərqi yoxdur hansı) su, hava və müxtəlif növ canlı və cansız orqanizmlərin birgə fəaliyyəti nəticəsində təbii yolla dəyişdirilmiş "açıq" və ya xarici qatına torpaq deyilir". O müəyyən etmişdir ki, yer səthindəki bütün torpaqlar "yerli iqlimin, bitki və heyvan orqanizmlərinin, ana dağ süxurların tərkib və quruluşunun, ərazinin relyefinin və nəhayət, ölkənin yaşının olduqca mürəkkəb qarşılıqlı təsiri" nəticəsində yaranmışdır. V.V.Dokuçayevin bu ideyaları torpağın ətraf mühitlə daim maddə və enerji mübadiləsi və qismən qapalı bioloji dövran vasitəsilə qarşılıqlı təsirdə olan biomineral ("biokos") dinamik sistem kimi dərk edilməsində böyük əhəmiyyət kəsb etmişdir. Torpağın əsas xassəsi münbitliyidir. Münbitlik torpağın bitkini normal yaşaması və məhsul yetirməsindən ötrü qida elementləri və su, onun kök sistemini hava və istiliklə təmin etmək qabiliyyətidir. V.R.Vilyamsın qeyd etdiyi kimi, torpağı dağ süxurundan fərqləndirən məhz bu əhəmiyyətli keyfiyyəti onu "yer kürəsinin quru səthinin bitkiyə məhsul verməyə qabil olan üst horizontu kimi təyin edir".

Hələ qədim zamanlardan indiki dövrümüzə qədər cəmiyyətdə, insalar arasında torpaqdan istifadə əsasında müəyyən münasibətlər formalaşdı ki, bu da torpaq münasibətlərinin əsasını qoydu. Beləki, insanlar torpaqdan istifadəyə görə bir biri ilə münasibətlər, əlaqələr quraraq icarə münasibətlərini də formalaşdırdılar. Torpaq icarəsi, müqavilə əsasında əvəzi ödənilməklə torpaqdan müddətli istifadə etməkdir. İcarəyəverənlə icarəçi arasında torpaq üzərində yaranan hüquqi və iqtisadi əlaqələr icarə münasibətlərini formalaşdırışdır. Torpaq üzrə icarə münasibətlərinin formalaşması prosesi icarəyəverənin və icarədarın razılığı əsasında icarə müqaviləsinin bağlanılması zamanı reallaşır. Torpaq icarəsi və onun əsasında yaranan icarə münasibətlər qanunvericilik əsasında qəbul edilmiş normativ hüquqi aktlar əsasında tənzimlənir.

Yuxarıda qeyd etdiyimiz bütün məlumatları aşağıda daha aydın izah edək.


1.Torpaq münasibətləri hüquqi tənzimləmənin obyekti kimi

Torpaq münasibətləri torpaqdan istifadə edən və ya mülkiyyətçisi olan ayrı-ayrı insanlarla əsas istehsal vasitəsi olan torpaq arasında istehsal prosesində yaranan münasibətlərdir. Torpaq münasibətləri çoxcəhətli problem olub, mülkiyyət və təsərrüfatçılıq formaları, torpaq bazarı, renta, torpağa görə haqq və s. kimi məsələləri özündə birləşdirir.

Bütövlükdə iqtisadiyyatda, o cümlədən aqrar bölmədə dərin böhrandan çıxmaq üçün ölkəmizdə aqrar islahatların, onun tərkib hissəsi olan torpaq münasibətləri islahatının Azərbaycan modeli işlənib hazırlanmışdır. Bu məqsədlə torpaq münasibətlərinin yeniləşdirilməsinə dair qanunverici və normativ hüquqi aktlar işlənmiş, torpaq münasibətlərinin nizamlanmasına dair hüquqi, iqtisadi və təşkilati mexanizmlər yaradılmışdır.

Torpaq təkrar istehsalın ayrılmaz amili olub ən qiymətli xəzinədir. İstehsal prosesində torpaq qarşılıqlı əlaqədə olan üç formada çıxış edir.



  1. Fəza (məkan) bazisi kimi (şəhər və yaşayış məntəqələrinin, zavod və fabriklərin tikilməsi, yol və körpülərin salınması üçün).

  2. Əmək predmeti kimi (torpağın üst qatını kənd təsərrüfatı bitkilərini yetişdirilməsi üçün yararlı hala salmaqdan ötrü insan əməyi buraya yönəlir.)

  3. Əmək aləti kimi (torpağın və ətraf mühitin komponentlərinin təsiri ilə insan öz fəaliyyətinin nəticəsi olan məhsulu alır). Deməli, torpaq əmək prosesinin baş verməsi üçün əsas amil olub xalq təsərrüfatının bütün sahələrində istehsal vasitəsidir.

Torpağı başqa istehsal vasitələrindən fərqləndirən xüsusiyyətlərə nəzər salaq:

  • Torpqdan başqa bütün istehsal vasitələri insan əməyinin məhsuludur. Torpaq isə təbiətin məhsulu olub əməyi qabaqlayır.

  • Torpaqdan istifadə onun yerinin sabitliyi ilə xarakterizə edilir. Onu istehsal vasitəsi kimi bir yerdən başqa yerə köçürmək mümkün deyil. Başqa istehsal vasitələrini isə (traktorları, kombaynları, dəzgahları) istehsalat proseslərinin tələblərinə uyğun olaraq müxtəlif yerlərə köçürmək olar.

  • Torpaqdan başqa bütün istehsal vasitələri ondan istifadə edərkən köhnəlir, öz dəyərini itirir və nəhayət istehsal prosesindən çıxır.

İstehsal qüvvələrinin inkişafı ilə istehsal vasitələri kəmiyyətcə çoxalır, keyfiyyətcə dəyişir. Az təkmilləşmiş istehsal vasitələri ləğv olunur, texniki cəhətdən daha təkmilləşmiş və iqtisadi cəhətdən səmərəli olanlarla əvəz edilir. Torpağı isə başqa istehsal vasitələri ilə əvəz etmək mümkün deyil. Beləliklə, torpaq daimi olub, heç bir istehsal vasitələri ilə əvəz edilməzdir.

Torpaq üzərində mülkiyyətçilik, onun icarəyə verilməsi, torpaq haqqının müəyyənləşdirilməsi və torpaq münasibətlərini şərtləndirən digər hallar müsəlman aləmində yüzilliklər boyu milli adət-ənənələrə istinadən müəyyənləşdirilib. Müsəlman qanunvericiliyi torpaq üzərində feodal mülkiyyətinin formalaşmasına rəvac vermiş, həm də torpaq üzərində ali dövlət mülkiyyətinin mövcudluğunu təsbid etmişdir.

Hələ Məhəmməd peyğəmbərin vaxtında torpaqlar mənsubiyyətinə, keyfiyyətlərinə, yararlılıqlarına görə 4 növə bölünürdü:


  • Müsəlmanların əkin üçün yararlı torpaqları;

  • Torpaq üzərində sahibkarlığı əldə saxlamaq üçün islam dinini qəbul etmişlərin torpaqları;

  • Döyüşlə “kafir”lərdən zəbt edilmiş torpaqlar;

  • İstifadəsinə görə vergi alınan torpaqlar.

Hələ qədimlərdən müsəlman dünyasında torpaqlar şəriət müqaviləsinə görə sahibkar tərəfindən özünün nicatını, həyatını torpaqla bağlayan əkinçiyə becərmək üçün verilirdi.

Azərbaycanda xanlıqlar dövründə formalaşan torpaq münasibətlərinə nəzər salaq. Nadir şahın ölümündən sonra (1747-ci il) Azərbaycan ərazisində xanlıqlar (Şəki, Qarabağ, Quba, Şamaxı, Bakı, Naxçıvan, Gəncə, Təbriz, Sərab, Ərdəbil, Xoy, Urmiya, Qaradağ, Talış, Mağara, Maku, Cavad) yarandı. Ərazicə kiçik olan yerlərdə (Qutqaşendə, Qəbələdə, Ərəşdə, Qazaxda, Şəlaşədildə, İlisuda, Salyanda) sultanlıqlar meydana gəldi. Qarabağın Dağlıq hissəsində Qarabağ xanlıqlarının tərkibində 5 məliklik mövcud idi. Məliklərin hakimiyyəti əsasən onların yaşadığı qalaların hüdudlarında ona yaxın bir neçə kəndlərdə məhdudlaşırdı. Bu dövrdə feodal təsərrüfat münasibətləri hakim rol oynayırdı. Yerli feodallar, xanlar, sultanlar, məliklər, bəylər öz ərazilərində hökmranlığı əldən verməmək üçün feodal pərakəndəliyinin saxlanmasının tərəfdarı idilər. Ona görə də onlar bir yerdən idarə edilən vahid iqtisadi mərkəzin əleyhinə idilər. Feodal ictimai quruluşun əsas sinifləri feodallar və kəndlilər olduğundan, torpaq münasibətləri məhz onlar arasındakı istehsal münasibətləri ilə müəyyənləşdirilmişdi. İcarə haqqının 3 formasına: mülk, pul və qarışıq formasına təsadüf edilirdi. XX əvvəllərində Azərbaycan kəndlilərinin başlıca məşğuliyyəti yenə də əkinçilikdən, bağçılıqdan və maldarlıqdan ibarət idi. Bu dövrdə pambıqçılıq əkinçiliyin əsas istiqamətlərindən idi.

Sosialist inqilabı yeni torpaq münasibətlərini müəyyənləşdirirdi. Belə ki, 1922-ci ildə qəbul edilmiş “Torpaq qanunları məcəlləsi” torpaq üzərində dövlətin müstəqil mülkiyyət hüququnu təsbit edirdi. Ona görə də, Azərbaycanda Sovet hakimiyyətinin bərqərar olduğu ilk illərdə bütün xüsusi torpaqlar zorla əhalidən alınmağa başlandı. Torpaqların, digər xüsusi əmlakın “kollektivləşmə” adı altında əhalidən alınması ilə xalqı güc hesabına kollektiv təsərrüfatlara cəlb edirdilər. İnsanlar “könüllü” surətdə halal zəhmətlə qazandığı var-dövlətdən, illərlə ünsiyyətdə olduqları torpaqlardan imtina edirdilər. Əks halda onlara “qolçomaq” damğası vurulur, ağır cəzalar verilirdi. İlk baxışdan hamının olan, əslində isə heç kimin olmayan kolxoz quruluşu getdikcə öz perspektivsizliyini göstərirdi Mülkiyyətçini torpaqsızlaşdırmaq, öz zəhməti hesabına bir az güzəranı yaxşı olanları müflisləşdirmək 30-cu illərin repressiya qanunlarının əsas məğ­zi idi. Humanizmdən uzaq olan bu qanunların tətbiqi bir vaxtlar əkilən bol məhsulu ilə eli, obanı sevindirən torpaqları baxımsız edir, təbiətə can verən, həyatı başdan-başa dəyişdirən işgüzar adamların əllərini torpaqdan soyudurdu.

Bütün bu münasibətlərə baxmayaraq, torpaq elə öz gücündə, səxavətində və müqəddəsliyində qalırdı. Yuxarıdakı münasibətlər o dövrə təsadüf edirdi ki, həmin vaxtlar sosializmin tam qələbəsi adlı guya misilsiz qələbədən danışılır, iqtisadi təminatı, ümumbəşəri əsası olmayan cəmiyyət təriflənirdi və bu “sosialist inqilabı” keçmiş SSRİ məkanından uzaqlara ayaq açırdı. H. Əliyev cənabları 1969-cu ildə respublikaya rəhbər təyin edildiyi ilk vaxtlardan sosialist iqtisadi münasibətlər çərçivəsində Azərbaycan SSR-nin aqrar sənaye kompleksinin sürətli inkişafını təmin edən istiqamətləri müəyyənləşdirdi. Bu istiqamətlərdə torpaqların münbitliyini artırmaq, qabaqcıl istehsal texnologiyasını tətbiq etmək, mineral və üzvi gübrələrdən səmərəli istifadə etmək, torpaqların geniş meliorasiyasını həyata keçirmək, eroziyaya qarşı tədbirlər görmək, bitkilərin xəstəliklərdən, ziyanvericilərdən qorunması sahəsində tədbirlər sistemini həyata keçirmək, məhsul itkisini aradan qaldırmaq, əkin sahələrinin quruluşunu təkmilləşdirmək, torpaq ehtiyatlarına qayğı ilə yanaşmaq, qeyri kənd təsərrüfatı ehtiyacları üçün torpaq ayrılarkən israfçılığa yol verməmək və sair məsələlər nəzərdə tutulurdu.

Sosialast torpaq münasibətləri çərçivəsində, yuxarıda qeyd edildiyi kimi, torpaq dövlətin müstəsna mülkiyyəti olduğundan, dilini bilənlərə, qəlbini oxşayanlara yalnız istifadəyə (müddətli və müddətsiz) verilirdi. Belə hüquqi rejim kəndçinin sahibkarlıq, mülkiyyətçilik hüququnu onun əlindən alırdı. Çox vaxt “hər şeyin biliciləri” olan yerli partiya funksionerlərinin “səpini 3 günə qurtar”, “yığımı 5 günə başa çatdır” göstərişlərinin yerinə yetirilməsi bu baxımdan labüd olurdu. Bu isə “yetişməmiş” sahələrin səpilməsinə, “dəyməmiş” məhsulun toplanmasına səbəb olurdu. Bütün bunlar nəticədə, ya ilk başlanğıcdan, ya da sonra min bir zəhmət hesabına əldə ediləcək və ya edilmiş məhsulun itkisinə gətirib çıxarırdı. Bu rejim daxilində torpaqların tam gücündən əksər hallarda istifadə edilmirdi. Buna səbəb elmi cəhətdən əsaslandırılmamış plan tapşırıqlarının müəyyənləşdirilməsi idi. Belə ki, azaldılmış plan əmək adamını arxayın saldığından, torpağın potensial gücündən tam istifadə edilmirdi. İstehsal qüvvələrinin inkişaf səviyyəsinə uyğun olmayan, yerinə yetirilməsi reallıqdan uzaq olan plan tapşırıqlarının raportu üçün ən müxtəlif üsullar seçilirdi. Bütün bunların nəticəsində insan öz zəhməti müqabilində xoşbəxtçilikdən çox, narahatçılıq tapırdı.

Tarix göstərdi ki, yalnız dövlət inhisarına əsaslanan torpaq münasibətləri şəraitində torpaqlardan tam, dolğun və səmərəli istifadə mümkün deyildir. Bazar iqtisadiyyatına keçid dövründə formalaşan torpaq münasibətləri və yeni təsərrüfatçılıq formaları şəraitində təşəkkül tapan kəndli (fermer) təsərrüfatlarının özəl qurumlarının qısa zaman kəsiyində əldə etdikləri nailiyyətlər bunu əyani sübut etdi. Bəli, torpaqlardan səmərəli istifadə yalnız çoxmülkiyyətli təsərrüfatçılıq şəraitində mövcuddur.



2.Torpaq icarəsi və onu şərtləndirən amillər

Torpaq icarəsi müqavilə əsasında əvəzi ödənilməklə torpaqdan müddətli istifadə etməkdir. Torpaq icarəsi haqqında Azərbaycan Respublikasının qanunvericiliyi “Torpaq icarəsi haqqında” Azərbaycan Respublikasının Qanunu, Azərbaycan Respublikasının torpaq, mülki və digər qanunvericilik aktlarından ibarətdir. “Torpaq icarəsi haqqında” Azərbaycan Respublikasının Qanunu Azərbaycan Respublikasında dövlət, bələdiyyə və xüsusi mülkiyyətdə olan torpaqların icarəyə verilməsinin və icarə münasibətlərinin hüquqi əsaslarını müəyyən edir. Yerin təkindən, sudan, meşədən, bitki və heyvanat aləmindən, mədəni və təbii landşaftlardan istifadə üzrə icarə münasibətləri Azərbaycan Respublikasının müvafiq qanunvericiliyi ilə tənzimlənir. Azərbaycan Respublikasının tərəfdar çıxdığı dövlətlərarası müqavilələrdə torpaqların icarəyə verilməsi barədə müəyyən edilmiş qaydalar Qanunda nəzərdə tutulmuş qaydalardan fərqlənərsə, beynəlxalq müqavilələrin qaydaları tətbiq olunur.

İcarəyəverənlə icarəçi arasında torpaq üzərində yaranan hüquqi və iqtisadi əlaqələr icarə münasibətlərini yaradır.İcarə münasibətlərində isə obyekt və subyekt mövcuddur. İcarə münasibətlərinin obyekti kimi dövlət, bələdiyyə və xüsusi mülkiyyətdə olan torpaqlar çıxış edir. Torpaq üzərində icarə münasibətlərinin subyektləri isə Azərbaycan Respublikası, bələdiyyələr, Azərbaycan Respublikasının hüquqi şəxsləri və vətəndaşları, habelə əcnəbilər və vətəndaşlığı olmayan şəxslər, xarici hüquqi şəxslər, beynəlxalq birliklər və təşkilatlar çıxış edir.

Dövlət mülkiyyətində olan aşağıdakı torpaqlar icarəyə verilə bilər:



    • dağ-mədən sənayesinin, ehtiyatları təsdiq edilmiş faydalı qazıntı yataqlarının, magistral boru kəmərlərinin, sənaye, nəqliyyat, rabitə, energetika, mühüm meliorasiya və su təsərrüfatı obyektlərinin yerləşdiyi torpaqlar;

    • meşə fondu torpaqları;

    • Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub olan bölməsinin dibi də daxil olmaqla su fondu torpaqları;

    • yay və qış otlaqlarının torpaqları;

    • dövlət elmi-tədqiqat və tədris müəssisələrinin, onların təcrübə bazalarının, maşın-sınaq stansiyalarının, dövlət sort-sınaq, baytarlıq, fitosanitar nəzarəti xidmətlərinin, toxumçuluq və damazlıq müəssisələrinin torpaqları;

    • sağlamlaşdırma və istirahət təyinatlı torpaqlar;

    • dövlət müəssisə, idarə və təşkilatlarının yerləşdiyi və ya dövlət obyektlərinin tikintisi layihələndirilmiş torpaqlar.

Digər dövlət torpaqlarının icarəyə verilməsi Azərbaycan Respublikasının Torpaq Məcəlləsi və müvafiq qanunvericiliyi ilə tənzimlənir. Dövlət torpaqları icarəyə verilərkən, onların hüquqi statusu, rejimi, məqsədli təyinatı nəzərə alınır, istifadəsi və mühafizəsi Azərbaycan Respublikasının torpaq qanunvericiliyi və digər qanunvericilik aktları ilə tənzimlənir.

Bələdiyyə mülkiyyətində olan aşağıdakı torpaqlar icarəyə verilə bilər:



  • ehtiyat fondu torpaqları;

  • fiziki və hüquqi şəxslərin istifadəsində olan torpaqlar.

Ümumi istifadədə olan torpaqların icarəyə verilməsi bələdiyyə torpaqları haqqında Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən olunur.

Azərbaycan Respublikasının hüquqi və fiziki şəxslərinin xüsusi mülkiyyətində olan torpaqlar Azərbaycan Respublikasının mülki və torpaq qanunvericiliyində nəzərdə tutulmuş qaydada icarəyə verilə bilər.

Torpaqlar icarəyə verilərkən aşağıdakı şərtlərə əməl edilir:


  • ərazinin təbii-coğrafi şəraitinin, torpaqdan istifadənin müddətinin və xüsusiyyətlərinin, qonşu torpaqların mülkiyyətçilərinin və istifadəçilərinin qanunla qorunan mənafelərinin nəzərə alınması;

  • torpaqların təyinatı üzrə istifadə edilməsi;

  • torpaqların istifadəsi zamanı ekoloji tarazlığın gözlənilməsi və ətraf mühitin mühafizəsinin təmin edilməsi;

  • torpaq sahələrinin yerquruluşu layihələri və yaşayış məntəqələrinin baş planları əsasında verilməsi;

  • kənd təsərrüfatı təyinatlı torpaqların mühafizəsi, keyfiyyətinin və münbitliyinin qorunması, bərpası və yaxşılaşdırılmasının təmin edilməsi.

Azərbaycan Respublikasında torpaqlar mülkiyyətçilərin və ya onların vəkil etdiyi orqanların qərarı (razılığı) ilə bilavasitə, torpaq müsabiqələri və ya hərracları vasitəsilə icarəyə verilə bilər. Bələdiyyə torpaqları üzərində icarə hüquqları yalnız açıq torpaq hərracları və ya müsabiqələri vasitəsilə əldə edilə bilər.

Dövlət torpaqlarının bilavasitə icarəyə verilməsi barədə qərar torpağı icarəyə götürmək istəyənin ərizəsi, icarəyə verilən torpaq sahəsi qanuni istifadədə olduqda isə torpaq istifadəçisinin razılığı və müvafiq icra hakimiyyəti orqanının rəyi əsasında qəbul olunur və icarəyəverənlə icarəçi arasında icarə müqaviləsi bağlanılır. Xüsusi mülkiyyətdə olan torpaqların bilavasitə icarəyə verilməsi icarəyəverən və icarəçi arasında bağlanmış və notarial qaydada təsdiq edilmiş müqavilə əsasında həyata keçirilir. Xüsusi şəhərsalma əhəmiyyətinə malik dövlət və bələdiyyə torpaqları ayrılıqda, yaxud layihələrlə birlikdə yalnız torpaq müsabiqələri və ya hərracları vasitəsilə icarəyə verilə bilər. Dövlət torpaqlarının torpaq müsabiqələri və ya hərracları vasitəsilə icarəyə verilməsini müvafiq icra hakimiyyəti orqanı həyata keçirir.

Bələdiyyə mülkiyyətində və xüsusi mülkiyyətdə olan torpaqların torpaq müsabiqələri və ya hərracları vasitəsilə icarəyə verilməsini mülkiyyətçilər sərbəst həyata keçirirlər. Dövlət və bələdiyyə mülkiyyətində olan torpaqların hərraclar və ya müsabiqələr vasitəsilə icarəyə verilməsini qanunvericiliklə müəyyən edilmiş qaydada müvafiq icra hakimiyyəti orqanı orqanı təşkil edir. Torpaq müsabiqələrinin və ya hərraclarının keçirilməsində aşkarlıq təmin olunur. Torpaq müsabiqəsində və ya hərracında qalib gəlmiş hüquqi və ya fiziki şəxs icarəyəverənlə icarə müqaviləsi bağlayır. İcarə müqaviləsi torpaq müsabiqəsinin və ya hərracının şərtləri əsasında tərtib olunur. Torpaqların icarəyə verilməsi ilə bağlı torpaq müsabiqələrinin və hərraclarının keçirilməsi qaydalarını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir.

İcarəyəverənlə icarəçinin münasibətləri torpaq icarəsi müqaviləsi ilə tənzimlənir. Torpaq icarəsi müqaviləsi Azərbaycan Respublikasının torpaq qanunvericiliyinə uyğun tərtib olunmalıdır.

İcarə müqaviləsində aşağıdakılar nəzərdə tutulmalıdır:


  • icarəyəverən və icarəçinin adları, hüquqi ünvanları, digər rekvizitləri, onların hüquq və vəzifələri;

  • torpaq sahəsinin ölçüsü, keyfiyyət kateqoriyası, sərhədləri və təyinatı barədə məlumatlar;

  • icarənin müddəti, icarə haqqı, ona yenidən baxılması şərtləri və ödənilmə qaydaları;

  • torpaqların istifadəsi, mühafizəsi və keyfiyyətinin yaxşılaşdırılması şərtləri;

  • müqavilənin dəyişdirilməsi, uzadılması, vaxtından əvvəl ləğv edilməsi və xitamı qaydası;

  • müqavilənin şərtlərinin pozulması ilə bağlı tərəflərin məsuliyyəti və mübahisəli məsələlərin həlli qaydası.

Torpaq icarəsi müqaviləsində torpağın subicarəyə verilməsi, satın alınması, torpaq və mülki qanunvericiliklə müəyyən edilmiş digər şərtlər də nəzərdə tutula bilər. Torpaq icarəsinin müddətləri tərəflərin razılığı ilə müəyyən edilir və onlar qanunvericiliklə müəyyən edilmiş qaydada bağlanan müqavilədə təsbit olunurlar.

Torpağın icarə haqqı torpaqdan müddətli istifadəyə görə icarəçinin icarəyəverənə ödədiyi vəsaitdir. İcarəyəverən torpaq vergisi tədiyəçisi olduqda, torpaq vergisi icarə haqqının tərkibinə daxil edilir. İcarəyəverən torpaq vergisi tədiyəçisi olmadıqda, icarə haqqının tərkibində torpaq vergisi nəzərə alınmır. Xüsusi mülkiyyətdə olan torpaqların icarə haqqı tərəflərin razılığı ilə müəyyən olunur. Dövlət mülkiyyətində olan torpaqların icarə haqqının aşağı həddi hərraca (müsabiqəyə) çıxarılan dövlət və ya bələdiyyə mülkiyyətində olan torpaqların icarə haqqının ilkin qiyməti (qiyməti) onların təyinatından, sahəsindən, coğrafi yerləşməsindən və keyfiyyətindən asılı olaraq müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilmiş normativlər əsasında müəyyənləşdirilir. Həmin sənədlərdə torpağın normativ qiyməti, torpaq vergisi, habelə tələb və təklif nəzərə alınmalıdır. Kənd təsərrüfatı təyinatlı torpaqlara təklif tələbi üstələdiyi hallarda dövlət mülkiyyətində olan torpaq üçün icarə haqqı, hərraca (müsabiqəyə) çıxarılan dövlət və ya bələdiyyə mülkiyyətində olan torpaqlar üçün isə torpağın icarə haqqının ilkin qiyməti (qiyməti) güzəştli müəyyən edilə bilər. İcarə haqqı tərəflərin razılığı ilə pul, natura və ya qarışıq formalarda müəyyən edilə bilər. Qanunla müəyyən edilmiş hallar istisna olmaqla, dövlət mülkiyyətində olan torpaqların icarə haqları Azərbaycan Respublikasının dövlət büdcəsinə köçürülür. Dövlət mülkiyyətində olan torpaqların icarəyə verilməsindən daxilolmalara nəzarət müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir.

İcarəyə verilmiş torpaqların məqsədli təyinatı Azərbaycan Respublikasının torpaq qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada müəyyən olunur və icarə müqaviləsində əks etdirilir. İcarəyə verilmiş torpaqların başqa məqsədlər üçün istifadəsinə yalnız məqsədli təyinatının dəyişdirilməsindən sonra yol verilə bilər. İcarəyə verilmiş torpaqların məqsədli təyinatının dəyişdirilməsi Azərbaycan Respublikasının torpaq qanunvericiliyində nəzərdə tutulmuş qaydada həyata keçirilir. Azərbaycan Respublikasında torpağı icarəyə vermək hüququ mülkiyyətçilərə, onların vəkil etdiyi orqanlara, Azərbaycan Respublikasının hüquqi və fiziki şəxslərinə məxsusdur. Dövlət mülkiyyətində olan torpaqların icarəyə verilməsini qanunvericilikdə nəzərdə tutulmuş qaydada müvafiq icra hakimiyyəti orqanları, bələdiyyə torpaqlarını isə bələdiyyələr həyata keçirirlər. Xüsusi mülkiyyətdə olan torpaqların icarəyə verilməsini qanunvericilikdə nəzərdə tutulmuş qaydada mülkiyyətçilər həyata keçirirlər. İcarəçinin icarəyə götürdüyü torpaqdan istifadə nəticəsində əldə etdiyi məhsul, əmlak və gəlir icarəçinin mülkiyyətidir. İcarəyə götürülmüş torpaq sahəsində icarəyəverənin razılığı ilə icarəçinin vəsaiti hesabına tikilmiş binalar və qurğular icarəçiyə məxsusdur. Müqavilənin müddəti qurtardıqda və ya müqavilə vaxtından əvvəl ləğv edildikdə, icarə müqaviləsində başqa hallar nəzərdə tutulmamışdırsa, icarəyəverən həmin binaların və qurğuların dəyərini müəyyən edilmiş qaydada ödəməyə borcludur, qanunvericilikdə və müqavilədə başqa hal nəzərdə tutulmamışdırsa, torpaq sahəsindən icarə müddəti başa çatdıqdan sonra icarəçi tərəfindən ucaldılmış müvəqqəti tikili onun hesabına sökülməlidir. İcarəyə götürülmüş torpaq sahəsində icarəyəverənin razılığı olmadan icarəçinin vəsaiti hesabına tikilmiş, aparılması mümkün olmayan binaların və qurğuların müqəddəratı tərəflərin qarşılıqlı razılığı ilə, bu mümkün olmadıqda isə Azərbaycan Respublikasının torpaq və mülki qanunvericiliyinə uyğun olaraq məhkəmə qaydasında həll edilir. İcarəçi icarə müqaviləsinə uyğun olaraq özünün təsərrüfat fəaliyyətini müstəqil müəyyənləşdirir, məhsuluna və əmlakına sərbəst sərəncam verir. İcarəçinin sahibkarlıq fəaliyyəti yalnız müqaviləsinin şərtləri ilə məhdudlaşdırıla bilər.İcarəçinin icarəyə götürdüyü torpaq üzərində hüququnun mühafizəsi mülkiyyətçinin hüququnun mühafizəsi ilə eyni əsasda təmin edilir.

İcarəyə götürülmüş torpaqlarda sahibkarlıq fəaliyyəti nəticəsində dövlətə, hüquqi və fiziki şəxslərə, ətraf mühitə və mülkiyyətçilərə dəymiş zərər Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş qaydada ödənilir. İcarəyə götürülmüş torpaqların satın salınması Azərbaycan Respublikasının torpaq və özəlləşdirmə haqqında qanunvericilik aktları ilə tənzimlənir. Torpaq icarəsi haqqında qanunvericiliyin tələbləri pozulmaqla bağlanmış əqdlər etibarsızdır. Torpaq icarəsi haqqında qanunvericiliyin pozulmasında təqsirkar olan hüquqi və fiziki şəxslər Azərbaycan Respublikasının qanunvericiliyində müəyyən edilmiş qaydada məsuliyyət daşıyırlar. Torpaqların icarəyə verilməsi, istifadəsi, müqavilənin dəyişdirilməsi, uzadılması, vaxtından əvvəl ləğv edilməsi və xitamı ilə əlaqədar mübahisəli məsələlər Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq məhkəmə qaydasında həll olunur.

  1   2


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azrefs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə