Kafedra: İQTİsadi HÜquq iXTİsas: İQTİsadiyyatin hüquqi TƏNZİMLƏNMƏSİ Yasamal Rayon İcra Hakimiyyəti haqqında hesabat qrup




Yüklə 409.46 Kb.
səhifə5/5
tarix24.02.2016
ölçüsü409.46 Kb.
1   2   3   4   5

  • digər icra hakimiyyəti orqanlarının müvafiq sahə ilə bağlı fəaliyyətini əlaqələndirmək;

  • Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrin həyata keçirilməsini öz səlahiyyətləri daxilində təmin etmək;

  • müvafiq sahədə dövlət nəzarətini həyata keçirmək;

  • qanunvericiliklə nəzərdə tutulan hallarda və qaydada müvafiq fəaliyyət növlərinə xüsusi razılıq (lisenziya) və ya xüsusi icazə, habelə hüquqmüəyyənedici sənədlər vermək;

  • öz səlahiyyətləri daxilində insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsini təmin etmək və onların pozulmasının qarşısını almaq;

  • müvafiq sahədə tələbatın ödənilməsini təmin etmək;

  • qabaqcıl beynəlxalq təcrübə nəzərə alınmaqla müvafiq sahədə elmi-texniki nailiyyətlərin tətbiq edilməsini təmin etmək;

  • müvafiq sahəyə ayrılan büdcə vəsaitləri, kreditlər, qrantlar və digər maliyyə vəsaitlərindən təyinatı üzrə səmərəli istifadə olunmasını təmin etmək;

  • qanunvericiliyə uyğun olaraq dövlət sirrinin və məxfilik rejiminin qorunması üçün zəruri tədbirlər, habelə fəaliyyət istiqamətlərinə uyğun təhlükəsizlik tədbirlərini görmək;

  • müvafiq sahədə kadr hazırlığını təmin etmək, həmçinin mütəxəssislərin hazırlanması və əlavə təhsili üçün tədbirlər görmək; 

  • Orqanın strukturunun və fəaliyyətinin təkmilləşdirilməsi istiqamətində öz səlahiyyətləri daxilində tədbirlər görmək və s.

     Mərkəzi icra hakimiyyəti Orqanı öz vəzifələrini yerinə yetirmək üçün müvafiq hüquqlara malikdir ki, bunlar aşağıdakılardır :

    müvafiq sahəyə aid olan qanunvericilik aktlarının layihəsini hazırlamaq və ya onların hazırlanmasında iştirak etmək;



    • müvafiq sahə üzrə Azərbaycan Respublikasının beynəlxalq müqavilələrə tərəfdar çıxması barədə təşəbbüslə çıxış etmək;

    • müvafiq sahə üzrə dövlət və yerli özünüidarəetmə orqanlarına, fiziki və hüquqi şəxslərə zəruri məlumatlar (sənədlər) barədə sorğu vermək və onlardan belə məlumatları (sənədləri) almaq;

    • qanunvericiliklə müəyyən edilmiş qaydada müvafiq beynəlxalq təşkilatlarla, xarici dövlətlərin aidiyyəti dövlət orqanları (qurumları) ilə əməkdaşlıq etmək, xarici dövlətlərin müvafiq təcrübəsini öyrənmək;

    • fəaliyyət istiqamətlərinə uyğun rəy vermək, təhlillər və ümumiləşdirmələr aparmaq, analitik materiallar hazırlamaq, müvafiq sahə üzrə tədqiqatlar aparmaq, təkliflər vermək;

    • müstəqil ekspertləri və mütəxəssisləri qanunvericiliklə müəyyən edilmiş qaydada öz fəaliyyətinə cəlb etmək və s.

    Mərkəzi icra hakimiyyəti qarşısında duran hüquq və vəzifələr ümumilikdə yerli icra hakimiyyət orqanlarının fəaliyyətinin tənzimlənməsində mühüm rol oynayırlar.

    Yerli icra hakimiyyəti orqanları fəliyyətinin tənzimləməsində mühüm rol oynayan normativ aktlardan biri də “Azərbaycan Respublikasının Dövlət Qulluqçuları Reyestrinin aparılması Qaydaları”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikasının Prezidentinin Fərmanıdır. Fərman əsasında Dövlət Reyestrinin yaradılmasında məqsəd dövlət qulluqçuları haqqında məlumatları toplamaq, təzələmək və təhlil etmək, onların qulluqda yüksəliş yolu ilə seçilməsi, yerləşdirilməsi, ixtisas dərəcələrinin artırılması məsələlərinin və dövlət qulluğu ilə bağlı digər məsələlərin həllində bu məlumatlardan istifadə etmək, müvafiq hallarda bu Qaydalarla və digər normativ hüquqi aktlarla müəyyən edilmiş qaydada dövlət orqanlarını həmin məlumatlarla təmin etməkdən ibarətdir. Dövlət Reyestri Azərbaycan Respublikası Prezidentinin İcra Aparatı və Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya tərəfindən birgə aparılır. Dövlət reyestrinin tərtib edilməsi Qaydaları aşağıdakı kimidir :



    • Dövlət Reyestrinə Azərbaycan Respublikasının dövlət qulluqçuları haqqında əsas məlumatlar daxil edilir;

    • Dövlət Reyestrində toplanan məlumatların dolğunluğunu təmin etmək məqsədilə dövlət qulluqçusu haqqında təqdim olunan məlumatlar “Azərbaycan Respublikasının Dövlət Qulluqçuları Reyestrinin aparılması Qaydaları” haqqında fərmanın II bölməsinin 10-cu maddəsində qeyd edilən tələblərə cavab verməlidir:

    • Dövlət Reyestrindəki məlumatlar həmişəlik saxlanılır və heç bir halda məhv edilə bilməz.

    Dövlət Reyestrinə dövlət qulluqçusu haqqında məlumatların ilk dəfə daxil edilməsinə əsas bu şəxsin stajçı kimi dövlət qulluğuna qəbul edilməsidir. Aidiyyəti dövlət orqanı bu şəxs haqqında məlumatları Dövlət Reyestrini aparan dövlət orqanına dövlət qulluğunda vəzifəyə (o cümlədən staj müddətinə) təyin edildikdən sonra on beş gün ərzində rəsmən təqdim etməlidir.

    Dövlət qulluqçusu haqqında məlumatların Dövlət Reyestrindən çıxarılması “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 33-cü maddəsində nəzərdə tutulmuş dövlət qulluğuna xitam verilməsi hallarında baş verir. Aidiyyəti dövlət orqanı bu barədə məlumatları Dövlət Reyestrini aparan dövlət orqanlarına on beş gün ərzində rəsmən təqdim etməlidir. Dövlət qulluğuna xitam verilmiş şəxs haqqında məlumatlar Dövlət Reyestrinin arxiv hissəsinə keçirilir.

    Dövlət orqanları öz səlahiyyətlərinə uyğun olaraq Dövlət Reyestrində olan məlumatları əldə etmək üçün Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyaya yazılı surətdə müraciət edirlər.

    “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasinin Qanunu Yerli icra hakimiyyəti orqanları fəliyyətinin tənzimləməsində mühüm rol oynayan əsas normativ aktlardan biridir. Bu Qanun Azərbaycan Respublikasında dövlət qulluğu sahəsində dövlətlə dövlət qulluqçuları arasında yaranan münasibətləri və dövlət  qulluqçularının hüquqi vəziyyəti ilə bağlı məsələləri tənzimləyir.

    Dövlət qulluğu Azərbaycan Respublikasının Konstitusiyasına və digər qanunvericilik aktlarına uyğun olaraq dövlətin məqsədlərinin və  funksiyalarının həyata keçirilməsi sahəsində dövlət qulluqçularının öz vəzifə səlahiyyətlərini yerinə yetirməsidir. Bu Qanun icra, qanunvericilik və məhkəmə hakimiyyətləri orqanlarının aparatlarında dövlət qulluğu keçən  qulluqçulara şamil edilir. Dövlət qulluqçusu bu Qanunla müəyyən edilmiş qaydada maaşlı dövlət qulluğu vəzifəsini tutan və inzibati vəzifə üzrə dövlət qulluğuna qəbul edilərkən Azərbaycan Respublikasına sadiq olacağına and içən Azərbaycan Respublikasının vətəndaşıdır.

    “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasinin Qanunun III maddəsində  dövlət qulluğunun əsas vəzifələri qeyd edilmişdir:



    • Azərbaycan Respublikasının Konstitusiyası və digər qanunvericilik aktları əsasında vətəndaşların hüquq və azadlıqlarının təmin  edilməsi;

    • dövlət orqanlarının səlahiyyəti hüdudlarında qərarların hazırlanması, qəbul edilməsi, icrası və icraya nəzarət edilməsi;

    • dövlət orqanlarının səmərəli fəaliyyətinin və dövlət qulluqçuları tərəfindən vəzifə səlahiyyətlərinin yerinə yetirilməsinin təmin  edilməsi.

    Dövlət qulluğu haqqında qanunvericilik Azərbaycan Respublikasının Konstitusiyasından, bu Qanundan, Azərbaycan Respublikasının  tərəfdar çıxdığı beynəlxalq müqavilələr, Azərbaycan Respublikasının dövlət qulluğunu hüquqi cəhətdən tənzim edən və dövlət  qulluqçularının hüquqi vəziyyətinin xüsusiyyətlərini müəyyən edən digər qanunvericilik aktlarından ibarətdir.

    Qeyd etdiyimiz kimi yerli icra hakimiyyət orqanlarının fəaliyyətinin tənzimlənməsində bir sıra normativ hüquqi aktlardan istifadə edilir. Bu normativ aktların hər biri müəyyən hüquqi qüvvəyə malik olmaqla tənzimləmədə mühüm rol oynayırlar. Bunun üçün də normativ hüquqi aktların icrasına xüsusi diqqət edilərək nəzarət edilir.




  • 1   2   3   4   5


    Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azrefs.org 2016
    rəhbərliyinə müraciət

        Ana səhifə