Kafedra: İQTİsadi HÜquq iXTİsas: İQTİsadiyyatin hüquqi TƏNZİMLƏNMƏSİ Yasamal Rayon İcra Hakimiyyəti haqqında hesabat qrup




Yüklə 409.46 Kb.
səhifə3/5
tarix24.02.2016
ölçüsü409.46 Kb.
1   2   3   4   5

2010-cu ilin yanvar-dekabr aylarında

tikinti müəssisələrində işçilərin

sayı və orta aylıq əmək haqqı

Siyahı tərkibində olan işçilərin orta sayı (nəfərlə)

Əvvəki ilin müvafiq dövrünə nisbətən, faizlə

Orta hesabla bir işçiyə düşən orta aylıq əməkhaqqı, manat

Əvvəki ilin müvafiq dövrünə nisbətən, faizlə

2421

76,0

1173,7

150,1

2010-cu ilin yanvar-dekabr aylarında tikintidə işçilərin orta siyahı sayı 2421 nəfər olmuşdur ki, bu da əvvəlki ilin müvafiq dövrünə nisbətən 673 nəfər azalmışdır. Fəhlə və qulluqçuların orta aylıq əməkhaqqı 1173,7 manat təşkil etmişdir və yaxud əvvəlki ilin müvafiq dövrünə nisbətən 50,1 faiz artmışdır.

2010-cu ilin yanvar-dekabr aylarında rayon əhalisinə 1029104,7 min manatlıq və ya 2009-cu ilin eyni dövrü ilə müqayisədə 98,8 faiz həcmində istehlak malları satılmış və pullu xidmətlər göstərilmişdir.

Pərakəndə əmtəə dövriyyəsinin və əhaliyə göstərilən pullu xidmətlərin ümumi həcmi aşağıdakı məlumatlarla xarakterizə olunur:




Göstəricilər

2010-cu ilin yanvar-dekabr ayları,

min manatla

2010-cu ilin yanvar-dekabr ayları

2009-cu ilin yanvar-dekabr aylarına nisbətən,

faizlə

Pərakəndə əmtəə dövriyyəsinin və əhaliyə göstərilən pullu xidmətlərin ümumi həcmi

1029104,7

98,8

O cümlədən ;

Pərakəndə əmtəə dövriyyəsi, iaşə edaxil olmaqla



563318,8

103,0

Pullu xidmətlərin həcmi

465785,9

95,0

İstehlak bazarında pərakəndə əmtəə dövriyyəsinin və əhaliyə göstərilən pullu xidmətlərin xüsusi çəkiləri müvafiq olaraq 54,7 və 45,3 faiz təşkil etmişdir. Müvafiq olaraq 2003-2010-cu illərdə əmtəə dövriyyəsinin və əhaliyə göstərilən pullu xidmətlərin artım dinamikası aşağıdakı kimidir:



Yasamal rayonunda 2003-2010-cu illərdə

pərakəndə əmtəə dövriyyəsinin artım dinamikası

(artım min manatla)

Yasamal rayonunda 2003-2010-cu illərdə

əhaliyə göstərilən pullu xidmətlərin artım dinamikası

(artım min manatla)


Hesabat dövrü ərzində pərakəndə və iaşə əmtəə dövriyyəsinin, əhaliyə göstərilən pullu xidmətlərin real artımının, demək olar ki, 90,3 faizini özəl sektorun hesabına təmin edilmişdir. 2010-cu ilin yanvar-dekabr aylarında özəl müəssisələr tərəfindən əhaliyə 929729,8 min manatlıq və ya əvvəlki ilin eyni dövrü ilə müqayisədə 3,2 faiz çox istehlak malları satılmış və müxtəlif növ pullu xidmətlər göstərilmişdir. 2010-cu ilin yanvar-dekabr aylarında pərəkandə ticarət və iaşə şəbəkələrində əhaliyə 563318,8 min manatlıq və ya əvvəlki ilin eyni səviyyəsinin 3,0 çox istehlak malları satılmış və iaşə xidmətləri göstərilmişdir. Artımın 98,5 faizi özəl sektorun fəaliyyəti hesabına təmin edilmişdir. Bu sektorun müəssisələri üzrə pərakəndə əmtəə dövriyyəsinin həcmi 560258,3 min manat olmuş və əvvəlki ilin eyni dövrü ilə müqayisədə 2,9 faiz artmışdır.

Pərakəndə ticarət şəbəkəsinin əmtəə dövriyyəsində qeyri-dövlət müəssisələrinin xüsusi çəkisi 99,5 faiz, dövlət müəssisələrinin xüsusi çəkisi isə 0,5 faiz təşkil etmişdir. Əmtəə dövriyyəsi mülkiyyət üzrə aşağıdakı kimi xarakterizə olunur :




Göstəricilər

2010-cu ilin yanvar-dekabr ayları,

min manatla

2010-cu ilin yanvar-dekabr aylarının

2009-cu ilin yanvar-dekabr aylarına nisbəti,

faizlə

Pərakəndə ticarət şəbəkəsinin əmtəə dövriyyəsi-cəmi

563318,8

103,0

o cümlədən :

dövlət bölməsi



3060,5

123,1

qeyri-dövlət bölməsi

530258,3

102,9

Hüquqi şəxs statuslu və hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti göstərən fərdi sahibkarların ticarət müəssisələrində pərakəndə mtəə dövriyyəsinin real həcmi 2009-cu ilin eyni dövrünə nisbətən 1,7 fazi artmışdır, bazar üzrə isə 13,8 fazi artmışdır.

Hesabat dövründə əmtəə bazarı aşağıdakı kimi xarakterizə olunur :



Göstəricilər

2010-cu ilin yanvar-dekabr ayları,

min manatla

2010-cu ilin yanvar-dekabr ayları

2009-cu ilin yanvar-sentyabr aylarına nisbətən fiziki həcm indeksi,

faizlə

Pərakəndə əmtəə dövriyyəsi-cəmi

563318,8

103,0

o cümlədən:

ticarət müəssisələri



496544,6

101,7

onlardan :

Hüquqi şəxs statuslu müəssisələr



102148,2

127,9

Hüquqi şəxs yaratmadan ticarət fəaliyyəti göstərən fərdi sahibkarlar

394396,4

96,6

Bazar

66774,2

113,8

2010-cu ilin yanvar-dekabr aylarında əmtəə bazarının strukturu, faizlə



2010-cu ilin yanvar-dekabr aylarında rayonun pərakəndə ticarət şəbəkəsindən (iaşə müəssisələri istisna olmaqla ) 525192,3 min manatlıq, iaşə müəssisələrindən isə əhaliyə 38126,5 min manatlıq iaşə xidmətləri göstərilmişdir.



Göstəricilər

2010-cu ilin yanvar-dekabr ayları,

min manatla


2010-cu ilin yanvar-dekabr aylarının

2009-cu ilin yanvar-dekabr aylarına nisbəti,

faizlə

Pərakəndə əmtəə dövriyyəsi-cəmi

563318,8

103,0

o cümlədən :

Pərakəndə ticarət dövriyyəsi



525192,3

103,2

İşlərin dövriyyəsi

38126,5

100,3

Hesabat dövründə pərakəndə əmtəə dövriyyəsinin ümumi həcminin 6,8 faizini iaşə müəssisələrinin dövriyyəsi təşkil etmış, əhaliyə 38126,5 min manatlıq və ya əvvəlki ilin müvafiq dövründəkindən 0,3 fazi çox iaşə xidməti göstərilmişdir. Hüquqi şəxslər tərəfindən əhaliyə 21726,5 min manatlıq iaşə xidmətləri göstərilmişdir. İaşə dövriyyəsinin 100,0 faizi özəl müəssisələrin hesabına formalaşmışdır.

2010-cu ilin yanvar-dekabr aylarında pullu xidmətlərin həcmi əvvəlki ilin müvafiq dövrünə nisbətən 95,0 faiz olaraq 465785,9 min manat təşkil etmişdir. 2010-cu ilin yanvar- dekabr aylarında əhaliyə göstərilmiş xidmətlərin 20,7 faizi dövlət müəssisələrinin payına düşmüşdür. Özəl sektorun müəssisələri tərəfindən əhaliyə 369471,5 min manatlıq və ya 2009-cu ilin eyni səviyyəsinin 86,3 faizi həcmində pullu xidmətlər göstərilmişdir.

Pullu xidmətlərin həcmi aşağıdakı məlumatlarla səciyyələnir:




Göstəricilər

2010-cu ilin yanvar dekabr ayları,

min manatla

2010-cu ilin yanvar-dekabr ayları

2009-cu ilin yanvar-dekabr aylarına nisbətən,

faizlə

Pullu xidmətlərin ümumi həcmi-cəmi

465785,9

95,0

o cümlədən :

Hüquqi şəxslər üzrə



390955,9

94,0

ondan :

Dövlət mülkiyyəti



96314,4

155,6

Hüquqi şəxs yaratmadan fəaliyyət göstərən fərdi sahibkarlar üzrə

74830,0

100,7

Məişət xidmətləri

44372,2

76,0

2010-cu ilin yanvarın 1-i vəziyyətinə məşğulluq xidmətində işsiz hesab edilənlərin sayı rayon üzrə aşağıdakı kimi xarakterizə olunur :



Göstəricilər

İşsizlik statusuna malik olanlar

Onlardan işsizliyə görə müavinət alanlar

Cəmi

1579

69

İşsizliyə görə müavinət alanlara (69 nəfərə) hesablanmış orta məbləğ (aylıq) 168,35 manat olmuşdur. Rayon üzrə işsizlik statusuna malik olanların 672 nəfəri qadınlar təşkil etmişdir. İşçi qüvvəsinə olan tələbat (iyun ayının axırına ) rayon üzrə cəmi 189 nəfərdir, onlardan 47 nəfəri fəhlədir.

2010-cu ilin yanvar-noyabr aylarında rayon üzrə işçilərin orta sayı əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 1032 nəfər artaraq 76759 nəfər olmuşdur. 2010-cu ilin yanvar-noyabr aylarında əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə işçilərin orta aylıq nominal əməkhaqqının səviyyəsi 12,0 faiz artaraq 407,7 manat olmuşdur.

Ötən ilin müvafiq dövrü ilə müqayisədə isə rayonun iqtisadi və sosial sahələrində işləyənlərin orta əmək haqqı 9,4 faiz artaraq, 440,7 manat olmuşdur.



Yasamal rayonunda 2003-2010-cu illərdə

adambaşına düşən əməkhaqqı

(artım min manatla)


2010-cu ilin yanvar-dekabr aylarında işçilərin orta sayı və orta aylıq nominal əməkhaqqının səviyyəsi iqtisadiyyatın fəaliyyət növləri üzrə aşağıdakı kimi xarakterizə olunur :



Göstəricilər

İşçilərin orta sayı, cəmi (nəfərlə)

Orta aylıq əməkhaqqı

2010-cu ilin yanvar-noyabr aylarında

2009-cu ilin yanvar-noyabr aylarında

2010-cu ilin yanvar-noyabr aylarında

2009-cu ilin yanvar-noyabr aylarında

Rayon üzrə

76759

75727

407,7

364,1

o cümlədən :

Kənd təsərrüfatı,ovçuluq və meşə təsərrüfatı



232

342

151,8

122,8

Mədənçıxarma sənayesi

49

39

3949,5

1553,6

Emal sənayesi

2234

2776

183,9

164,4

Elektrik enerjisi, qaz və suyun istehsalı və bölüşdürülməsi

344

779

441,2

413,9

Çirkli suların və tullantıların təmizlənməsi

6102

1582

275,9

141,8

Tikinti

2658

3630

1197,1

807,5

Topdan və pərakəndə ticarət :

avtomobillərin, məişət malları və şəxsi istifadə əşyalarının təmiri



12132

15003

381,6

240,1

Nəqliyyat və anbar təsərrüfatı

6097

5809

419,3

395,2

Yaşayışın təşkili və ictimai iaşə

1393

1358

467,9

453,4

İnformasiya və rabitə

3634

3857

524,9

649,8

Maliyyə fəaliyyəti

2568

1856

957,8

852,1

Daşınmaz əmlakla əlaqədar əməliyyatlar

109

42

278,5

164,1

Peşə, elan və texnika fəaliyyəti

12558

13306

485,6

494,0

İnzibati yardımçı xidmət

1975

2115

388,8

232,4

Dövlət idarəetmə və müdafiə :

sosial təminatın vəzifələri



4278

3310

405,9

451,1

Təhsil

10356

10268

275,2

277,3

Səhiyyə və sosial xidmətlərin göstərilməsi

7807

7069

178,1

145,6

İstirahət, əyləncə və incəsənət

1220

1142

247,1

241,8

Digər sahələrdə xidmətlərin göstərilməsi

1013

1444

441,3

363,8

Əhalinin sosial vəziyyətinin daha da yaxşılaşdırılması, iqtisadiyyatın inkişaf etdirilməsi, elm, təhsil, səhiyyə, mədəniyyət, ümumiyyətlə, həyatın bütün sahələrində inkişafın təmin olunmasına dair tapşırıqlar artıq rəsmi Dövlət Proqramı şəkilində xalqa təqdim edilmışdir. Qəbul edilən qərarlar, hazırlanan layihələr və həyata keçirilən tədbirlər, iş proqramının reallaşması yolunda artıq ciddi və qəti addımların atılmasını əyani şəkildə təsdiq edir.

2010-cu ilin yanvar-dekabr aylarında rayonda 1956 yeni iş yerləri açılmışdır ki,onda 341 mövcud müəssisələrdə, 119 yeni yaradılmış müəssisə və təşkilatlarda və 1496 fiziki şəxs kimi olmuşdur.

01 oktyabr 2003-2010-cu illərdə açılmış yeni iş yerləri (nəfər)

İllər

2003

2004

2005

2006

2007

2008

2009

2010

Yeni iş yeri

441

2229

3969

3999

3070

2794

2199

1956


Yeni açılmış iş yerlərinin 2003-2010-cı illə üzrə dinamikası





Yeni açılmış iş yerlərinin sayı

(01 oktyabr 2003-01 yanvar 2011-ci il)


Göstəricilər

o cümlədən

4-cü rüb

2003-2009-cu illər



2010-cu il

Rayon üzrə



Cəmi

Ondan daimi

Cəmi

Ondan daimi

Cəmi

Ondan daimi

20657

20527

18701

18571

1956

1956

2009-cu il və 2010-cu ilin yanvar-dekabr aylarında əhalinin təbii hərəkətinin göstəriciləri aşağıdakı kimi olmuşdur:





Göstəricilər

Yanvar-dekabr aylarında

Nəfər

əhalinin hər 1000 nəfərinə

2009-cu il

2010-cu il

2009-cu il

2010-cu il

Doğulanlar

3713

4326

15,8

18,4

Ölənlər

1618

1576

6,9

6,7

o cümlədən :

1 yaşa qədər ölən uşaqlar

59

31

25,1

0,13 *)

Təbii artım

2471

2750

10,5

11,7

Nikahlar

1662

1683

7,1

7,1

Boşanmalar

477

570

2,0

2,4

2010-cu ilin yanvar-dekabr aylarında rayonda 4326 nəfərin doğumu və 1576 nəfərin ölümü qeydə alınmışdır ki, onlardan da 31 nəfəri 1 yaşa qədər ölən uşaqlardır.2009-cu ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər 1000 nəfərinə doğulanların sayı 15,8-dən 18,4-ə artmışdır, təbii artım isə 10,5-dən 11,7-ə qalxmışdır, ölənlərin sayı isə 6,9-dan 6,7-ə enmişdir.

Yasamal rayonunda 2010-cu ilin yanvar-dekabr aylarında 1683 nikah və 570 boşanma qeydə alnmışdır ki, bu da keçən ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər 1000 nəfərinə nikahların sayı 7,1 səviyyəsində qalmışdır, boşanmaların sayı isə 2,0-dan 2,4-ə qalxmışdır. 2010-cu ilin yanvar-dekabr aylarında daimi yaşamaq üçün 174 nəfər gələn qeydə alınmış, gedən isə olmamışdır.

1   2   3   4   5


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azrefs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə