Kafedra: İQTİsadi HÜquq iXTİsas: İQTİsadiyyatin hüquqi TƏNZİMLƏNMƏSİ Yasamal Rayon İcra Hakimiyyəti haqqında hesabat qrup




Yüklə 409.46 Kb.
səhifə2/5
tarix24.02.2016
ölçüsü409.46 Kb.
1   2   3   4   5

1. Rayon təsərrüfat şöbəsi

2. Qaçqınlar və qaçqınlarla iş şöbəsi

Aşağıdakılarla bağlı məsəslələrə baxır :



  • “Azərsu”, “Azərqaz”, “Azər istilik təchizatı”, “Bakı şəhər işıq” müəsisələrinin, “Bakı şəhər yaşıllaşdırma təsərrüfat birliyinin”, “Bakı elektrik şəbəkə”nin rayon xidmətləri

  • Həmkar təşkilatların rayon şöbələri

Aşağıdakılara başçılıq edir:

  • Fövqəladə Hallar üzrə komisiya

  • İnzibati komisiya

  • Daimi yaşayış yerlərini tərk etmişlərlə iş komisiyası

  • İdarələrarası komisiya

  • Daimi fəaliyyət gostərən komisiya

Rayon İcra Hakimiyyətində mövcud şöbələr müəyyən vəzifələr yerinə yetirərək müəyyən funksiyalar daşıyırlar. Normativ hüquqi aktlar əsasında, qanunvericilik əsasında qəbul edilən əsasnamələr həmin şöbələrin fəaliyyətinin tənzimləməsində mühüm rola malikdir. Əsasnamələr şöbələrin iş funksiyalarını və yerinə yetiriləcək vəzifələrini müəyyən edir və tənzimləyir.

Ərazi idarəetmə orqanları ilə iş şöbəsi. Ərazi idarəetmə orqanları ilə iş şöbəsi Rayon İcra Hakimiyyət başçısının rəhbərliyi ilə fəaliyyət göstərir və onun tapşırığını yerinə yetirir. Ərazi idarəetmə orqanları ilə iş şöbəsinin əsasnaməsində şöbənin yerinə yetirdiyi vəzifələri qeyd edilmişdir ki, bunlar aşağıdakılardan ibarətdir :

  • Rayon İcra Hakimiyyət strukturunda kadr təşkilatı – təlimat sahələrində qanunvericiliyə riayət olunmasının təmin edilməsi məqsədilə təklif və arayışların Rayon İcra başçısına təqdim olunması və başçının bu məsələlərlə əlaqədar verdiyi tapşırıq və göstərişlərin icra edilməsi.

  • Rayon İcra Hakimiyyət başçısının şöbələrdə iş planının tapşırıqlarına, göstərişlərinə və əsasnaməyə uyğun tərtib edilməsinə nəzarətin təmini.

  • Rayon İcar Hakimiyyət başçısına cari ilin yekunlara dair Rayon İcra Hakimiyyət başçı aparatında iş planının icra vəziyyətinə dair arayışın təqdim olunması.

  • Şöbələrdə hesabatların ümumiləşdirilərək Rayon İcra Hakimiyyətinin hesabatının aparılması və əsasnamənin 6-cı maddəsinin tələblərinə uyğun olaraq aidiyyatı üzrə təqdim olunması.

  • Əsasnamənin 7.2.8 maddəsinə əsasən seçkilərin ümumixalq səsvermələrinin və müzakirələrin keçirilməsini qanunvericilikdə müəyyən edilmiş qaydada təmin etmək məqsədi ilə Rayon İcra Hakimiyyətinin başçısına təqdim etmək üçün təkliflərin hazırlanması və təkliflərin həyata keçirilməsi və s.

Ümumi şöbə. Ümumi şöbənin əsasnaməsinə uyğun olaraq şöbənin yerinə yetirdiyi əsas vəzifələri aşağıdakılar daxildir :

  • Rayon İcra Hakimiyyəti başçı aparatının kargüzarlıq işini təşkil edir, aparatın fəalliyyəti üçün lazımi tədbirlər görür.

  • Şöbə aparatda kargüzarlığın aparılmasına; korrespandesiyaların qəbul olunması qaydasına əməl olunmasına, kargüzarlıq sahəsində aparatın şöbələrinə köməklik göstərilməsinə habelə sənədlərlə iş barədə müvafiq təlimatın yerinə yetirilməsinə nəzarəti həyata keçiririr.

Ümumi şöbənin funksyalarına aşağıdakılar daxildir :

  • İcra Hakimiyyətinə daxil olan , göndərilən sənədləri qəbul edir, qeydə alır, bölüşdürür və göndərir.

  • İcar Hakimiyyət başçısının verdiyi sərəncam və əmrləri qeydə alır

  • Yuxarı təşkilatların fərman, sərəncam və qərarlarını eyni zamanda Rayon İcra Hakimiyyətində qeydə edilən sərəncam və əmrlərin göstərilən vaxtda icraçılara çatdırılmasını təmin edir.

  • Vətəndaşların qəbvulunun qoyulmuş qaydada aparılmasına nəzarət edir.

  • İcra Hakimiyyətinə vətəndaşlar tərəfindən daxil olan ərizə, təklif, şikayətləri qəbul edir, qeydiyyat keşirir və uşotunu aparır, baxılması üçün rəhbərliyə təqdim edir.

  • Vətəndaşların müraciətlərinə təyin olunan vaxtda baxılmasını təmin edir.

Sosial – iqtiadi məsələlər şöbəsi. Sosial – iqtisadi məsəslələr şöbəsinin yerinə yetirdiyi vəzifələri aşağıdakılar daxildir:

  • əhalinin həyat vəziyyətinin yüksəldilmiş, bazar iqtisadiyyatı prinsiplərinə əsaslandırılmış, kompleks tədbirlərin işlənməsi və təkliflərin təqdim edilməsi.

  • Rayonun iqtisadi – sosial inkişafının təmin edilməsi

  • Rayonun iqtisadi – sosial inkişafının proqnozlaşdırılması.

  • Rayonun ekoloji vəziyyətinin təhlil edilməsi və təkliflərin verilməsi.

  • Yerli yarmarkaların təşkili və əhaluyə bütün növlərdən olan xidmətlərin inkişafına kömək göstərilməsi.

  • Rayon təsərrüfatının inkişafı yenidənqurulması işinin istiqamətləndirilməsi.

  • Rayon ərazisində abadlıq, yaşıllaşdırılma və sanitariya məsələləri ilə bağlı işin təşkili və koordinasiyası.

  • Rayon ərazisində qanunsuz tikintilərə və küçə ticarətinə qarşı mübarizə aparılması.

  • Torpaq məsələri, əsaslı təmir və tikinti işlərinin aparılması ilə bağlı məsələlər.

  • Əmək ehtiyatlarından səmərəli istifadə etmək , xüsusi ehtiyacı olan vətəndaşların məşğulluğunu təmin etmək məqsədilə ərazi məşğulluq proqramlarının tərtib olunması və onların icrasına nəzarət edilməsi.



2.2010-cu ildə Yasamal rayonunda sosial inkişafın səviyyəsi.

2010-cu ildə Yasaml Rayon İcra Hakimiyyət Başçı yanında Şuranın iclasında 24, aparatın şöbələrində isə 90-a yaxın məsələ müzakirə edilmişdir. Bunlardan bir neçəsini misal göstərək :



  • Rayon İcra Hakmiyyəti başçısı aparatının 2009 –cu ildə gördüyü işlər haqqında hesabatın hazırlanması və müzakirəsi;

  • Cari ilin I yarısında Rayon İcra Hakimiyyəti başçısının yerlərdə keçirdiyi səyyari görüşlərin təhlili;

  • Rayon ərazisində badlaşdırma işlərinin gedişi haqqında;

  • Rayonun xidmət sahələrinin işi haqqında;

  • Yasamal Rayonunu 2009-2010 – cu ilin payız –qış mövsümünə hazırlığın gedişatı və s.

2010-cu ilin yanvar-dekabr aylarında rayonda baş verən sosial-iqtisadi dəyişiklikləri xarakterizə edən makroiqtisadi göstəricilər əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə nəzərə çarpacaq dərəcədə dəyişmişdir. Həmin il üzrə makroiqtisadi göstəricilər aşağıdakı cədvəldə əks etdirilmişdir :


Göstəricilər

2010-cu ilin yanvar-dekabr ayları faktiki, min manat

Əvvəlki ilin müvafiq dövrünə nisbətən,faizlə

Sənaye məhsulunun ümumi həcmi

164454,1

121,1

Nəqliyyat sektorunda xidmətlərin həcmi

1751246,4

101,2

Rabitə xidmətlərinin həcmi

120850,0

62,7

Əsas kapitala yönəldilən investisiyalar

41733,9

138,4

Əsas kapitala yönəldilmiş ümumi investisiyadan tikinti-quraşdırma işləri

41425,8

140,7

Öz gücləri ilə yerinə yetirilən podrat işlərinin həcmi

351819,1

109,5

Pərakəndə əmtəə dövriyyəsi

563318,8

103,0

Əhaliyə göstərilən pullu xidmət

465785,9

95,0

Bir işçiyə hesablanmış orta aylıq əmək haqqı, manat

(yanvar-avqust aylarında)



407,7

112,0

2010-cu ilin yanvar-dekabr aylarında fəaliyyət göstərən bütün sənaye müəssisələri tərəfindən 164454,1 min manatlıq və ya əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 21,2 faiz çox sənaye məhsulu istehsal edilmiş və xidmətlər göstərilmişdir. İstehsalın ümumi həcmində məhsul istehsalının payı 50,3 faiz, xidmətlərin payı isə 49,7 faiz təşkil etmişdir.

Sənaye məhsulunun ümumi həcmində dövlət sektorunun xüsusi çəkisi 55,0 faiz, qeyri-dövlət sektorunun isə 45,0 faiz olmuşdur.

2010-cu ilin yanvar-dekabr aylarında istehlakçılara 164541,0 min manatlıq və ya bütün sənaye istehsalının 100,1 faizi qədər sənaye məhsulu göndərilmişdir. 2011-ci ilin yanvarın 1-i vəziyyətinə sənaye müəssisələrinin anbarlarında 2619,1 min manatlıq hazır məhsul ehtiyatı olmuşdur. 2003-2010-cu illər arasındakı dinamikaya nəzər salaq:



Yasamal rayonunda 2003-2010-cu illərdə

sənayenin dinamikası

(artım min manatla)




2010-cu ilin yanvar-dekabr aylarında sənaye

məhsulunun artımının aylar üzrə dinamikası

(əvvəlki ilin müvafiq dövrünə nisbətən, faizlə)

Emal sənayesi

Mühüm növ qida məhsullarının istehsalı aşağıdakı göstəricilərlə xarakterizə olunur :






Məhsul növləri

2010-cu ilin yanvar dekabr aylarında istehsal edilmişdir

Əvvəlki ilin müvafiq dövrünə nisbətən, faizlə

01.01.2011-ci il vəziyyətinə hazır məhsul ehtiyatı

Alkoqolsuz içkilər, dekal

2583,6

161,1

112,3

Qeyri-dövlət

2583,6

161,1

112,3

Şirniyyatlar, ton

26,7

157,1

-

Buğda unu, ton

84,7

87,2

-

Çörək, ton

2,1

117,1

-

Makaron, ton

2801,1

107,7

-

Süd və süd məhsulları, ton

0

158,3

-

Qatılaşmış süd, ton

304,0

11,1 d

-

Digər məhsulların istehsalı aşağıdakı göstəricilərlə xarakterizə olunur :





Məhsul növləri

2010-cu ilin yanvar dekabr aylarında istehsal edilmişdir

Əvvəlki ilin müvafiq dövrünə nisbətən, faizlə

01.01.2011-ci il vəziyyətinə hazır məhsul ehtiyatı

Kağız və karton, ton

1683,7

104,5

-

Poliqrafiya, min ədəd

48,8


168,9


-


Kimya sənayesi,ton

146,5

123,6

-

Mebel istehsalı,ədədlə

1388


137,3


-


Qazın bölüşdürülməsi dövlət, 100 m3

90,3


86,0


-




2010-cu ilin yanvar-dekabr aylarında sənaye müəssisələri tərəfindən

malların istehsalı və xidmətlərin göstərilməsi (faktiki qiymətlərlə)



Göstəricilər

2010-cu ilin yanvar dekabr aylarında

2009-cu ilin yanvar dekabr aylarında

Əvvəlki ilin müvafiq dövrünə nisbətən, faizlə

01.01.2011-ci il vəziyyətinə hazır məhsul ehtiyatı

Rayon üzrə cəmi

164454,1

144955,8

109,9

2619,1

Emal sənayesi

73179,8

54959,2

133,2

1377,4

Elektrik enerjisi, qaz, buxar və kondisiyalaşdırılmış hava ilə təchizat

14667,9

11234,0

130,6

-

Su təchizatı, çirkli suların və tullantıların təmizlənməsi

67188,3

65543,9

102,5

-

Mədənçıxarma sənayesi

9417,8

13218,7

71,2

-

Digər sahələr

8763,7

2618,8

3,3 d

1241,7

2010-cu ilin yanvar-noyabr aylarında rayonuin sənaye müəssisələrində siyahı tərkibində olan işçilərin orta sayı 8492 nəfər olmuşdur ki, onların da orta aylıq əməkhaqı 280,7 manat olmuşdur.

Rabitə müəssisələri tərəfindən 2010-cu ilin yanvar-dekabr aylarında 120881,5 min manatlıq xidmət göstərilmişdir ki, bu da keçən ilin müvafiq dövründə göstərilmiş xidmətlərin 52,7 faizini təşkil etmişdir. Göstərilmiş rabitə xidmətləri, əsasən, dövlət rabitə müəssisələri tərəfindən həyata keçirilmişdir. 2010-cu ilin yanvar-noyabr aylarında rabitə müəssisələrində 3634 nəfər işçi çalışmış, onların orta aylıq əməkhaqqı əvvəlki ilin müvafiq dövrünə nisbətən 19,2 faiz azalaraq 524,9 manat olmuşdur.

Rabitə müəssisələrinin işinin əsas göstəriciləri

min manat



Göstəricilər

2010-cu ilin yanvar-dekabr aylarında

2009-cu ilin müvafiq dövründə

2009-cu ilin müvafiq dövrünə nisbətən, faizlə

Rabitə xidmətlərindən əldə olunan gəlir, faktiki qiymətlərlə

120881,5


229022,0

52,7



Yasamal rayonunda 2003-2010-cu illərdə

Rabitə xidmətlərinin artım dinamikası

(artım min manatla)


Nəqliyyat məsəslələri tərəfindən 2010-cu ilin yanvar-dekabr aylarında 1761246,4 min manatlıq və ya əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 1,1 faiz çox xidmət göstərilmişdir.

Nəqliyyat müəssisələrinin işinin əsas göstəriciləri

min manat


Göstəricilər

2010-cu ilin yanvar-dekabr aylarında

2009-cu ilin müvafiq dövründə

2009-cu ilin müvafiq dövrünə nisbətən, faizlə

Nəqliyyat xidmətlərindən əldə olunan gəlir, faktiki qiymətlərlə,

min manatla



1761246,4

1741180,4

101,1

2010-cu ilin yanvar-dekabr aylarında avtomobil nəqliyyatı vasitələri ilə 14,6 min ton yük daşınmış, yük dövriyyəsi isə 157,3 min ton/km olmuşdur.

Bu ilin yanvar-dekabr aylarında sərnişin daşınması 169525,6 min sərnişin olmuşdur. Sərnişin dövriyyəsi isə 1704490,7 min sərnişin km olmuşdur ki, bu da keçən ilin müvafiq dövrü ilə müqayisədə 12,7 faiz azalmışdır.



Nəqliyyat xərclərinin həcmi

(əvvəlki ilin müvafiq dövrünə nisbətən, faizlə)


Yasamal rayonunda 2003-2010-cu illərdə

nəqliyyat xidmətlərinin artım dinamikası

(artım min manatla)

Yanvar-noyabr aylarında nəqliyyat müəssisələrində çalışan işçilərin orta siyahı sayı 6097 nəfər olmuşdur ki, bu da əvvəlki ilin yanvar-noyabr aylarından 288 nəfər və ya 5,0 faiz çoxdur. Orta aylıq əməkhaqqı 419,3 manat olmuşdur, bu da əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 6,1 faiz çoxdur.

2010-cu ilin yanvar-dekabr aylarında bütün maliyyə mənbələri hesabına əsas kapitala 208,1 min manat əsas fondlar istifadəyə verilib. İstifadəyə verilmiş fondların 100,0 faizinin əhəmiyyətli obyektlər təşkil edir. 2010-cu ilin yanvar-dekabr aylarında rayonun iqtisadi və sosial sahələrinin inkişafı üçün bütün maliyyə mənbələrindən əsas kapitala 41733,9 min manat məbləğində investisiya yönəldilmişdir ki, bu da əvvəlki ilin müvafiq dövrünə nisbətən 38,4 faiz artmışdır. İstehsal təyinatlı obyektlərin inşasında 8509,8 min manat (20,4 faiz), qeyri-istehsal təyinatlı obyektlərin tikintisində 33224,1 min manat (79,6 faiz) investisiyadan istifadə edilmişdir. Qeyri-dövlət mülkiyyətinə məxsus müəssisə və təşkilatlar əsas kapitala 41733,9 min manat (100 faiz) sərmayə yönəltmişlər. 2003-2010-cu illərdə əsas kapitala yönəldilmiş investisiyaların dinamika isə aşağıdakı kimidir:

Yasamal rayonunda 2003-2010-cu illərdə

əsas kapitala yönəldilmiş investisiyaların dinamikası

(artım min manatla)


2011-ci ilin altı ayı ərzində yoxsulluğun azaldılmasına xidmət edən “Ünvalı dövlət sosial yardımı” proqramının tətbiqi nəticəsində 1602 ailəyə ümumilikdə 5801 nəfərə ünvanlı sosial yardım təyin edilmişdir.

2010-cu ilin yanvar-dekabr aylarında 41425,8 min manatlıq tikinti-quraşdırma işləri yerinə yetirilmişdir ki, bu da əvvəlki ilin müvafiq dövrünə nisbətən 40,7 faiz artmışdır. 2010-cu ilin yanvar-dekabr aylarında tikinti-quraşdırma təşkilatlarının öz gücləri ilə yerinə yetirdikləri podrat işlərinin həcmi 351819,1 min manat və ya əvvəlki ilin müvafiq ilinə nisbətən 9,5 faiz artmışdır. Podratçı təşkilatların gördükləri işlər yeni tikinti, yenidənqurma, genişləndirmə, texniki vasitələrin yenidən təchiz edilməsi 2010-cu ilin yanvar-dekabr aylarında 318083,3 min manat, əvvəlki ilin müvafiq ilinə nisbətən 38,1 faiz artmışdır. Əsaslı təmir üzrə 2010-cu ilin yanvar-dekabr aylarında17217,4 min manat (müvafiq olaraq 2,2 d. artmışdır), cari təmir üzrə 4165,7 min manat (müvafiq olaraq 65,8 faiz), sair işlər isə 12352,7 min manat (16,0 faiz) təşkil etmişdir.

Qeyri-dövlət mülkiyyətində olan tikinti müəssisələrinin yerinə yetirdikləri işlərin həcmi 331892,3 min manat (94,3 faiz), dövlət mülkiyyətində olan tikinti müəssisələrinin yerinə yetirdikləri işlərin həcmi isə 19926,8 min manat (5,7 faiz) olmuşdur.

2010-cu ilin yanvar-dekabr aylarında əsas kapitala

yönəldilmiş investisiyaların və tikinti-quraşdırma

işlərinin yerinə yetirilməsi

Əsas kapitala yönəldilmiş investisiyalar

O cümlədən tikinti-quraşdırma işləri

Cəmi,

min manatla



Əvvəlki ilin müvafiq dövrünə nisbətən, faizlə

Cəmi,

min manat



Əvvəki ilin müvafiq dövrünə nisbətən, faizlə

41733,9

138,4

41425,8

140,7


Yasamal rayonunda 2003-2010-cu illərdə əsas kapitala

yönəldilmiş investisiyalardan tikinti-quraşdırmaişlərinin dinamikası

(artım min manatla)




2010-cu ilin yanvar-dekabr aylarında

podrat təşkilatlarının öz gücləri ilə

yerinə yetirdikləri işlərin dəyəri

Cəmi, min manat

Əvvəki ilin müvafiq dövrünə nisbətən, faizlə

351819,1

109,5

Yasamal rayonunda 2003-2010-cu illərdə öz gücləri ilə podrat işlərin artım dinamikası isə aşağıdakı kimidir:



Yasamal rayonunda 2003-2010-cu illərdə

öz gücləri ilə podrat işlərin artım dinamikası

(artım min manatla)


Yasamal rayonunda tikinti müəssisələri tərəfindən yerinə yetirilmiş tikinti işlərinin strukturu aşağıdakı kimi xarakterizə olunur:


1   2   3   4   5


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azrefs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə