Kafedra: İQTİsadi HÜquq iXTİsas: İQTİsadiyyatin hüquqi TƏNZİMLƏNMƏSİ Yasamal Rayon İcra Hakimiyyəti haqqında hesabat qrup




Yüklə 409.46 Kb.
səhifə1/5
tarix24.02.2016
ölçüsü409.46 Kb.
  1   2   3   4   5


AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ

AZƏRBAYCAN DÖVLƏT İQTİSAD UNİVERSİTETİ


FAKÜLTƏ: ÜMUMİ İQTİSADİYYAT

KAFEDRA: İQTİSADİ HÜQUQ

İXTİSAS: İQTİSADİYYATIN HÜQUQİ TƏNZİMLƏNMƏSİ


Yasamal Rayon İcra Hakimiyyəti haqqında
HESABAT

QRUP: 74

TƏLƏBƏ: Muradov Tahir Cəmil

ELMİ RƏHBƏR: dos. S.Z. İsayev
BAKI – 2011
Plan :

  1. Giriş

  2. Yasamal rayonu haqqında məlumat, rayon icra hakimiyyətinin təşkilati strukturu və vəziyyəti.

  3. 2010-cu ildə Yasamal rayonunda sosial inkişafın səviyyəsi.

  4. Yerli icra hakimiyyət orqanlarının fəaliyyətinin tənzimlənməsinin normativ hüquqi vəziyyəti.



  1. Yasamal rayonu haqqında məlumat, rayon icra hakimiyyətinin təşkilati strukturu və vəziyyəti

Bakı şəhərinin mərkəzi rayonlarından biri olan yasamal rayonu 1991-ci ilin dekabrında yaranmışdır. İlkin məlumatlara görə 2011-ci ilin yanvar ayının 1-i vəziyyətinə əsasən rayon ərazisi 16.22 km 2 ( 1622 hektar ) , əhalisi 235,6 min nəfər olmuşdur. Rayonun əhalinin sıxlığı kvadrat kilometrə 11780 nəfər təşkil edir.

Hər bir rayon icra hakimiyyətinin fəaliyyəti, eləcə də Yasamal Rayon İcra Hakimiyyətinin fəaliyyəti Azərbaycan Respublikası Prezidentinin 16 iyun 1999-cu il tarixli №138 nömrəli Fərmanına əsasən, “Yerli icra hakimiyyətləri haqqında” Əsasnamə ilə tənzimlənir.

Yerli icra hakimiyyətləri haqqında Əsasnamənin təsdiq edilməsi barəsində

Azərbaycan Respublikası Prezidentinin Fərmanı Azərbaycan Respublikası Konstitusiyasının 124-cü maddəsinə uygun olaraq tərtib edilmişdir. Əsasnamədə dövlət quruculuğu sahəsində zəruri tədbirlərin arıdıcıl olaraq həyata keçirilməsinin təmin edilməsi, habelə yerli icra hakimiyytələrinin səlahiyyətlərinin, fəaliyyət dairsinin müəyyən edilməsi və strukturunun təkmilləşdirilməsi nəzərdə tutulmuşdur. Məhz bunlara əsasən, “Yerli icra hakimiyyətləri haqqında” Əsasnamənin təsdiq edilməsi barəsində Azərbaycan Respublika Prezidenti yerli icra hakimiyyətləri haqqında Əsasnamənin təsdiq edilməsi qərarını almışdır. Bu Əsasnamə əsasında Azərbaycan Respublika Prezidenti Azərbaycan Respublikası şəhər və rayon icra hakimiyyəti başçısı aparatı, rayon və şəhər icra hakimiyyəti orqanlarının rayon tabeliyində olan şəhərlərdə, qəsəbə və kəndlərdə nümayəndəliklərinin nümunəvi strukturu və ştat sayı təsdiq edilməsi, şəhər və rayon icra hakimiyyəti başçıları aparatlarında, rayon və şəhər icra hakimiyyəti orqanlarının rayon tabeliyində olan şəhərlərdə, qəsəbə və kəndlərdə nümayəndəliklərinin işçilərinin vəzifə maaşları Azərbaycan Respublikası Nazirlər Kabinetinin icra hakimiyyəti orqanlarının işlərinin vəzifə maaşlarını tənzimləyən müvafiq normativ hüquqi aktlara əsasən müəyyən edilməsi, rayon və şəhər icra hakimiyyəti başçıları aparatı, rayon və şəhər icra hakimiyyəti orqanlarının rayon tabeliyində olan şəhərlərdə, qəsəbə və kəndlərdə nümayəndəliklərinin işçilərinin saxlanılması xərcləri müvafiq olaraq Azərbaycan Respublikası Dövlət büdcəsinin və Naxçıvan Muxtar Respublikası büdcəsinin vəsaitləri hesabına ödənilməsi qərarlarını almışdır.

Bu Əsasnamə əsasında Azərbaycan Respublikası Prezidentinin bir sıra fərman və sərəncamlarının qüvvədən düşməsi barədə qərar qəbul edilmişdir. Bu normativ aktlara aşağıdakılar daxildir :

1."Azərbaycan Respublikasının rayonlarında, şəhərlərində, şəhər rayonlarında, kəndlərində və qəsəbələrində dövlət hakimiyyət və idarəetmə orqanlarının strukturunu və fəaliyyətini təkmilləşdirmək haqqında" 1991-ci il 18 oktyabr tarixli 372 nömrəli;

2."Azərbaycan Respublikasının rayonlarında, şəhərlərində dövlət hakimiyyət və idarəetmə orqanları haqqında Əsasnaməyə əlavə edilməsi barəsində" 1992-ci il 4 mart tarixli 598 nömrəli;

3."Azərbaycan Respublikası Prezidentinin torpaqla əlaqədar bəzi fərmanları haqqında" 1992-ci il 17 iyul tarixli 55 nömrəli Fərmanının 2-ci bəndi;

4."Azərbaycanlılara qarşı edilmiş vəhşiliklərin açıqlanması və erməni terrorizmi qurbanlarının xatirəsinin əbədiləşdirilməsi haqqında" 1993-cü il 23 fevral tarixli 471 nömrəli Fərmanının 2-ci bəndinin 4-cü abzası;

1991-ci il 4 dekabr tarixli 98 nömrəli Sərəncamı;

5.Azərbaycan SSR Nazirlər Soveti 1991-ci il 22 yanvar tarixli 21 R nömrəli Sərəncamı;

6."Azərbaycan Respublikasının bir sıra yaşayış məntəqələrində idarəetmə orqanlarının strukturunun yaxşılaşdırılması haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1991-ci il 12 aprel tarixli 46 R nömrəli Sərəncamı;

7."Quba rayonunun Qonaqkənd zonasında idarəetmə orqanlarının məsələləri haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1991-ci il 31 dekabr tarixli 307 R nömrəli sərəncamı qüvvədən düşmüş hesab edilsin.

Əsasnaməyə uyğun olaraq belə bir qərar qəbul edilmişdir ki, Azərbaycan Respublikası Prezidentinin İcra Aparatının rəhbərinə tapşırılsın ki, Azərbaycan Respublikası Prezidentinin 1993-cü il 25 yanvar tarixli 290 nömrəli Sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikası rayonlarının, şəhərlərinin icra hakimiyyəti başçılarının aparatlarında sənədlərlə iş barədə təlimat" bu Fərmanın 1-ci bəndinə müvafiq olaraq təsdiq olunmuş Əsasnaməyə uyğunlaşdırılıb təsdiq olunmaq üçün Azərbaycan Respublikasının Prezidentinə təqdim olunsun.

Əsasnamə Azərbaycan Respublikası Konstitusiyasının 124-cü maddəsinə uyğun olaraq yerli icra hakimiyyətlərinin fəaliyyət dairəsini və  təşkilati quruluşunu, habelə səlahiyyətlərini müəyyən edir.

Azərbaycan Respublikası Konstitusiyasının 124-cü maddəsinin I hissəsinə uyğun olaraq yerlərdə icra hakimiyyətini yerli icra  hakimiyyətlərinin başçıları həyata keçirirlər. Azərbaycan Respublikası Konstitusiyasının 124-cü maddəsinin II hissəsinə uyğun olaraq icra hakimiyyəti başçılarını Azərbaycan  Respublikasının Prezidenti vəzifəyə təyin və vəzifədən azad edir. Azərbaycan Respublikası Konstitusiyasının 141-ci maddəsinə uyğun olaraq Naxçıvan Muxtar Respublikasında yerli icra hakimiyyətlərinin  başçılarını Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin təqdimatı əsasında Azərbaycan Respublikasının Prezidenti təyin edir.

İcra hakimiyyəti başçıları öz işlərinə görə Azərbaycan Respublikasının Prezidenti qarşısında məsuliyyət daşıyırlar.

Yerli icra hakimiyyəti başçısının fəaliyyəti aşağıdakı prinsiplərə əsasən həyata keçirilir:



  • vətəndaşların hüquq və azadlıqlarının, qanuni mənafelərinin müdafiəsi;

  • müvafiq ərazinin əhalisinin rifahının yaxşılaşdırılması naminə iqtisadiyyatın, sosial və mədəni sahələrin inkişafının təmin edilməsi;

  • qanunçuluq;

  • dövlət mənafelərinin və yerli mənafelərin uzlaşdırılması;

  • aşkarlıq və ictimai rəyin nəzərə alınması.

İcra hakimiyyəti başçıları öz fəaliyyətləri haqqında ildə bir dəfədən az olmayaraq Azərbaycan Respublikasının Prezidentinə və mütəmadi  olaraq Azərbaycan Respublikası Prezidentinin İcra Aparatına hesabat verir. Naxçıvan Muxtar Respublikasında icra hakimiyyəti başçıları öz fəaliyyətləri haqqında mütəmadi olaraq həm də Naxçıvan Muxtar Respublikasının ali vəzifəli şəxsinə hesabat verirlər.

Yerli icra hakimiyyətləri başçıları müəyyən vəzifələr yerinə yetirirlər. Bunlara aşağıdakılar daxildir:



  • İcra hakimiyyətləri başçıları bilavasitə və ya müvafiq yerli icra hakimiyyəti orqanları vasitəsilə səlahiyyətləri daxilində müvafiq ərazinin  sosial-iqtisadi məsələlərini həll edir, onların səlahiyyətlərinə bu Əsasnamə və Azərbaycan Respublikası Prezidenti tərəfindən aid edilən digər  məsələləri həll edirlər.

  • Azərbaycan Respublikası Prezidentinin tapşırıqlarını yerinə yetirir. Naxçıvan Muxtar Respublikasında həm də Naxçıvan Muxtar  Respublikasının ali vəzifəli şəxsinin tapşırıqlarını yerinə yetirir;

  • Azərbaycan Respublikasının Prezidenti tərəfindən təsdiq edilmiş dövlət proqramlarının, Naxçıvan Muxtar Respublikasında həm də Naxçıvan Muxtar Respublikasının iqtisadi və sosial proqramlarının, habelə müvafiq yerli proqramların həyata keçirilməsi üçün  tədbirlər görür;

  • bu Əsasnamədə nəzərdə tutulmuş qaydada öz aparatını təşkil edir, qanunvericiliklə müəyyən edilmiş qaydada şöbə, idarə və  xidmətləri, müəssisə, idarə və təşkilatları yaradır və ləğv edir, tabeçiliyində olan orqan, idarə, müəssisə və təşkilatların rəhbərlərini  qanunvericiliyə əsasən vəzifəyə təyin və vəzifədən azad edir, onların aktlarını qanunvericiliyə zidd olduqda ləğv edir;

  • icra hakimiyyəti orqanlarında işçilərin yerləşdirilməsini, onların ixtisasının artırılmasını təşkil edir;

  • qanunvericiliyə əsasən icra hakimiyyəti başçısı aparatının işçilərinə münasibətdə həvəsləndirmə və intizam tədbirləri tətbiq edir;

  • seçkilərin, ümumxalq səsvermələrinin (referendumların) və müzakirələrin keçirilməsini qanunvericiliklə müəyyən edilmiş qaydada  təmin edir;

  • müvafiq icra hakimiyyəti orqanları qarşısında ərazinin inkişafına dair məsələlər qaldırır, təkliflər verir;

  • rayonu, şəhəri, şəhər rayonunu dövlət orqanları ilə münasibətlərdə, rəsmi protokol tədbirlərində təmsil edir və s.

İcra hakimiyyəti başçısının müavinləri müvafiq icra hakimiyyəti başçısının apardığı vəzifə bölgüsünə əsasən rayonun, şəhərin və şəhər rayonunun ərazisində icra idarəetmə fəaliyyətini həyata keçirir, icra hakimiyyəti başçısının tapşırıqlarını yerinə yetirir. İcra hakimiyyəti başçısı olmadıqda və ya öz səlahiyyətlərini icra etməyə iqtidarı olmadıqda vəzifə bölgüsünə əsasən onun müavinlərindən  biri icra hakimiyyəti başçısının səlahiyyətlərini həyata keçirir. İcra hakimiyyəti başçısının müavinləri rayon, şəhər və şəhər rayonu icra hakimiyyəti başçısının müavinləri Azərbaycan Respublikası Prezidenti İcra Aparatının rəhbəri ilə razılaşdırılmaqla müvafiq icra hakimiyyəti başçısı tərəfindən vəzifəyə təyin və vəzifədən azad edilir. Naxçıvan Muxtar Respublikasında müvafiq icra hakimiyyəti başçılarının müavinləri Naxçıvan Muxtar Respublikası ali vəzifəli şəxsi ilə razılaşdırılmaqla müvafiq icra hakimiyyəti başçıları tərəfindən vəzifəyə təyin və vəzifədən azad edilir. Bakı şəhəri İcra hakimiyyəti başçısının müavinləri Azərbaycan Respublikası Prezidenti tərəfindən vəzifəyə təyin və vəzifədən azad edilir.

Yerli icra hakimiyyəti başçıları, onların aparatlarının, şöbə, idarə və digər xidmətlərinin vəzifəli şəxsləri fəaliyyətlərinə və qəbul etdikləri qərarlara görə qanunvericiliklə müəyyən edilmiş qaydada məsuliyyət daşıyırlar. Yerlərdə icra hakimiyyətinin vəzifəli şəxslərinin qərarları qanunvericiliyə zidd olduqda, vətəndaşların hüquqlarını və qanuni mənafelərini pozduqda onların qanunvericiliklə müəyyən edilmiş qaydada məhkəməyə müraciət etmək hüququ vardır.

 Yerli icra hakimiyyəti başçısı müvafiq ərazidə fəaliyyət göstərən dövlət orqanları və bələdiyyə orqanları ilə qarşılıqlı fəaliyyətini təmin edir

Yerli icra hakimiyyətlərinin maliyyə mənbələri dövlət büdcəsindən ayırmalardan və qeyri-büdcə vəsaitindən, alınan kreditlərdən və qanunvericiliklə nəzərdə tutulmuş digər mənbələrdən əldə edilmiş vəsaitdən ibarətdir. Yerli iqtisadi və sosial-mədəni inkişafı təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının dövlət büdcəsinin tərkibində müvafiq ərazi vahidləri üçün ayırmalar nəzərdə tutulur. Dövlət büdcəsindən ayırmalara dair təkliflərin hazırlanması və istifadə edilməsi müvafiq icra hakimiyyəti başçısı tərəfindən həyata keçirilir. Azərbaycan Respublikasının və ya Naxçıvan Muxtar Respublikasının dövlət orqanları tərəfindən qəbul edilən qərar nəticəsində yerli gəlirlər azaldıqda və ya xərclər artdıqda çatışmayan maliyyə vəsaitləri Azərbaycan Respublikasının dövlət büdcəsi, Naxçıvan Muxtar  Respublikasının büdcəsi vəsaitləri hesabına qanunvericiliklə müəyyən edilmiş qaydada ödənilməlidir. Yerli icra hakimiyyəti başçıları tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada məqsədli fondlar yarada bilərlər. Məqsədli fondların vəsaitləri qanunvericiliklə müəyyən edilmiş qaydada bank idarələrində saxlanılır və müəyyən edilmiş məqsədlər üçün, qanunvericiliyə uyğun olaraq, yerli icra hakimiyyəti başçıları tərəfindən istifadə edilir.

İcra hakimiyyəti başçısının bir çox sahələrdə səlahiyyətlərə malikdir. Bunlardan bir neçəsini misal göstərək:

Rayon, şəhər və şəhər rayonu icra hakimiyyəti başçılarının planlaşdırma, büdcə, maliyyə və uçot sahəsində İcra hakimiyyəti başçısının aşağıdakı səlahiyyətləri vardır:



  • rayonun, şəhərin və şəhər rayonunun sosial-iqtisadi inkişaf və ekoloji proqramların hazırlanmasını təşkil etmək və təsdiq etmək, büdcənin formalaşmasına dair müəyyən edilmiş qaydada təkliflər vermək, onların icra olunmasını təşkil etmək, bu haqda hesabatlar  vermək;

  •  rayonun (şəhərin) planlaşdırılması sxemini və layihəsini təsdiq etmək;

  • iqtisadi və sosial inkişaf üçün zəruri olan maliyyə, pul, əhalinin gəlirləri, əmək ehtiyatları, torpaq və digər balansların hazırlanmasını  təşkil etmək;

  • qanunvericiliklə müəyyən edilmiş qaydada tabeliyində olan müəssisə, idarə və təşkilatlarda uçotun və hesabatın vəziyyətinə cari  nəzarət etmək, dövlət statistika orqanlarının işinə kömək göstərmək;

  • məqsədli proqramların maliyyələşdirilməsi üçün fondlar təşkil etmək və onlardan qanunvericiliklə müəyyən edilmiş qaydada istifadə etmək;

  • tabeliyində olmayan müəssisələr tərəfindən müqavilə əsasında ərzaq və qeyri-ərzaq, digər gündəlik tələbat mallarının istehsalını, əhaliyə xidmətlərin göstərilməsini, habelə sosial və istehsal infrastrukturun tikintisini və rekonstruksiyasını təşkil etmək;

  • təbii fəlakətlərdən, habelə başqa qəzalardan zərər çəkmiş vətəndaşlara lazımi yardımın göstərilməsini təşkil etmək;

Yerli icra hakimiyyətlərinin sərəncamına verilmiş əmlak barəsində, rayonun, şəhərin və şəhər rayonunun ərazisində yerləşən müəssisə, idarə və təşkilatlarla münasibətdə rayon, şəhər və şəhər rayonu icra hakimiyyəti başçılarının aşağıdakı səlahiyyətləri vardır:

  • rayonun, şəhərin və şəhər rayonunun icra hakimiyyəti orqanının sərəncamında olan əmlaka münasibətdə qanunvericiliklə müəyyən edilmiş qaydada hüquqi hərəkətlər etmək, barəsində sərəncam vermək, tabeliyində olan müəssisələrin, idarələrin və təşkilatların  rəhbərlərini, əgər digər qayda nəzərdə tutulmamışsa, qanunvericiliyə uyğun olaraq vəzifəyə təyin etmək və vəzifədən azad etmək,  onların işləri barədə məlumatlarını dinləmək; müəyyən edilmiş qaydada müəssisə, idarə və təşkilatlar yaratmaq;

  • sahibkarlığın və ailə kəndli təsərrüfatlarının yaradılmasına və fəaliyyət göstərməsinə kömək göstərmək;

  • tabeliyində olan müəssisələrin, idarələrin və təşkilatların fəaliyyətini əlaqələndirmək, onların yerləşdirilməsi, ixtisaslaşdırılması və  inkişaf məsələlərini həll etmək;

Kənd təsərrüfatı, torpaqdan istifadə və təbiəti mühafizə sahələrində rayon, şəhər və şəhər rayonu icra hakimiyyəti başçısının səlahiyyətləri:

  • müvafiq qanunvericiliklə müəyyən edilmiş qaydada dövlət mülkiyyətində olan torpaq sahələrini istifadəyə vermək, torpaq  kadastrının aparılmasını təşkil etmək;

  • müvafiq ərazidə dövlət mülkiyyətində olan torpaqların istifadə edilməsini planlaşdırmaq;

  • müvafiq ərazidə yaşayış məntəqələrinin torpaq-təsərrüfat quruluşunun hazırlanmasını və həyata keçirilməsini təşkil etmək;

  • torpaq mülkiyyətçilərinin, torpaq sahiblərinin, torpaq istifadəçilərinin hüquqlarının müdafiə edilməsinə kömək etmək;

  • ekoloji şərait barəsində əhaliyə məlumat vermək, təbii fəlakət və qəza baş verdikdə əhalinin təhlükəsizliyinin təmin olunması  sahəsində tədbirlər görmək;

Memarlıq fəaliyyəti, tarix və memarlıq abidələrinin qorunması sahəsində rayon, şəhər və şəhərdə rayon icra hakimiyyəti başçısının səlahiyyətləri aşağıdakılardır:

  • qanunvericiliklə müəyyən edilmiş qaydada şəhərsalma və memarlıq məsələləri ilə məşğul olan bölmələri (idarələri, şöbələri) yaratmaq  və fəaliyyətini təşkil etmək;

  • öz səlahiyyətləri hüdudlarında mövcud qaydalar əsasında təsdiq edilmiş memarlıq layihəsini qeydiyyatdan keçirmək;

  • memarlıq obyektinin layihəsini və layihənin texniki və ekoloji ekspertiza qaydaları memarlıq-planlaşdırma tapşırıqları verən orqanla razılaşdırılmaqla mövcud qanunvericiliyə uyğun olaraq öz səlahiyyətləri hüdudlarında təsdiq etmək;

  • qəbul edilmiş memarlıq layihəsinin memarlıq həllinin bütün dəyişikliklərinə öz səlahiyyətləri hüdudlarında razılıq vermək;

  • tikinti üçün sənədlərin tərtibatı və ya memarlıq obyektinin inşası zamanı müəllifin razılığı ilə memarlıq layihəsinə edilən dəyişikliklər memarlıq-planlaşdırma tapşırığının tələblərindən və ilkin razılaşdırma layihəsindən kənara çıxdıqda, bu dəyişiklikləri öz səlahiyyətləri  hüdudlarında təsdiq etmək;

Bu Əsasnamənin beşinci bölməsində yerli icra hakimiyyəti başçılarının səlahiyyətləri qeyd edilmişdir. Burada rayon, şəhər və şəhər rayonu icra hakimiyyəti başçılarının planlaşdırma, büdcə, maliyyə və uçot sahəsində səlahiyyətləri, memarlıq fəaliyyəti, tarix və memarlıq abidələrinin qorunması sahəsində rayon, şəhər və şəhərdə rayon icra hakimiyyəti başçısının səlahiyyətləri, kənd təsərrüfatı, torpaqdan istifadə və təbiəti mühafizə sahələrində rayon, şəhər və şəhər rayonu icra hakimiyyəti başçısının səlahiyyətləri, qaçqınlar və məcburi köçkünlərə münasibətdə rayon və şəhər icra hakimiyyəti başçısının səlahiyyətləri, yaşayış məntəqələrində küçə və meydanlara ad verilməsi sahəsində rayon və şəhər icra hakimiyyəti başçısının səlahiyyətləri, tikinti, nəqliyyat və rabitə sahələrində rayon, şəhər və şəhər rayonu icra hakimiyyəti başçısının səlahiyyətləri, mənzil-kommunal təsərrüfatı, ticarətin və əhali üçün digər xidmətlərin təşkil edilməsi sahələrində rayon, şəhər və şəhər rayonu icra hakimiyyəti başçısının səlahiyyətləri, əhaliyə sosial-mədəni xidmətlərin göstərilməsi sahəsində rayon, şəhər və şəhər rayonu icra hakimiyyəti başçısının səlahiyyətləri, əhalinin sosial müdafiəsi sahəsində rayon, şəhər və şəhər rayonu icra hakimiyyəti başçısının səlahiyyətləri, qanunçuluğun təmin edilməsi, vətəndaşların hüquq və azadlıqlarının qorunması sahələrində rayon, şəhər və şəhər rayonu icra hakimiyyəti başçısının səlahiyyətləri qeyd edilmişdir.

Əsasnamənin altıncı bölməsinə əsasən Bakı Şəhəri Yasamal Rayonu İcra Hakimiyyəti Başçıları Aparatlarının Nümunəvi Strukturu və Ştat Vahidlərinin Sayı aşağıdakı kimidir :



Struktur bölmələrinin, vəzifələrin adı

Ştat vahidləri

RƏHBƏRLİK 

İcra hakimiyyətinin başçısı

Başçının birinci müavini

Başçının müavini

Başçının köməkçisi

Mülki Müdafiə Qərargahının rəisi

İnspektor


 

1

1



2

1

1



1

Ərazi idarəetmə orqanları ilə iş şöbəsi

Şöbə müdiri

Referent

Referent


 

1

2



1

 Hüquq şöbəsi

Şöbə müdiri

Hüquqşünas


 

1

2



  İctimai təşkilatlar və siyasi partiyalarla

iş şöbəsi

Şöbə müdiri

Böyük referent

Referent

 

1

1



1

 Sosial-iqtisadi məsələlər şöbəsi

Şöbə müdiri

Böyük iqtisadçı

İqtisadçı

Ekologiya məsələləri üzrə təlimatçı


 

1

2



1

1


 Təhsil, səhiyyə və mədəniyyət şöbəsi

Şöbə müdiri

Böyük referent

Referent


 

1

1



1

 Qaçqınlar və məcburi köçkünlərlə iş şöbəsi

Şöbə müdiri

Təlimatçı


 

1

2



 Rayon təsərrüfatı şöbəsi

Şöbə müdiri

Referent

Memar


 

1

2



1

 Ümumi şöbə

Şöbə müdiri

Dəftərxana müdiri

Məktublar və vətəndaşların qəbulu üzrə inspektor

İnspektor

Makinaçı


 

1



1
1

2


Mühasibat

Baş mühasib



 

1


 Xidmət heyəti

Komendant

Sürücü

Xadimə


 

1

3



2

Cəmi:

45 

 

Yasamal Rayon İcra Hakimiyyəti Başçısı İbrahim Mehdiyevdir. İbrahim Mehdiyevi I müavin Ceyhun Cəfərov əvəz edir. Onlar aşağıdakı bölmələrin işlərinin yerinə yetirilməsinə və fəaliyyətinə rəhbərlik edir :



1. Ümumi şöbə

2. Hüquq şöbəsi

3. Mülki Müdafiə qərargahı

4. Ərazi idarəetmə orqanları ilə iş şöbəsi

Aşağıdakılarla bağlı məsəslələrə baxır :



  • Prokrorluq

  • Rayon Polis İdarəsi

  • Məhkəmə orqanları

  • Milli Təhlükəsizlik orqanları

  • Maliyyə idarələri

  • Ədliyyə Nazirliyi rayon qeydiyyat şöbəsi

  • Notariat konturları

  • Hüquq məsləhətxanaları

Yasamal Rayon İcra Hakimiyyəti Başçının I müavinini Səməd İslamlı əvəz edir. Səməd İslamlı aşağıdakı şöbə işinə rəhbərlik edir:

  1. Sosial – iqtisadi məsələlər şöbəsi

Aşağıdakı məsələlərə baxır :

  • Mənzil kommunal təsərrüfat birliyi

  • Rayon ərazisində abadlıq, tikinti işləri

  • Sosial, mədəni, məişət, ticarət, ictimai iaşə

  • Xidmət obyektlərinin yerləşdirilməsi

  • Dövlət Əmlak Komitəsi üzrə qəbul şöbəsi

  • Statistika şöbəsi

  • Məşğulluq mərkəzi

  • Gigiyena və epidemiya mərkəzi

  • Sənaye, nəqliyyat və rabitə müəsisələri

  • Elmi – tətqiqt təşkilatları

  • Banklar, sığorta agentlikləri

Aşağıdakılara başçılıq edir :

  • Rayon İcra Hakimiyyəti nəzdində qanunsuz tikililərə qarşı mübarizə komisiyası

  • Fövqəladə əks epidemiya komisiyası

Yasamal Rayon İcra Hakimiyyətinin başçı müavini Səməd İslamovdur. Səməd İslamov aşağıdakı şöbələrin işinə rəhbərlik edir :

  1. İctimai təşkilatlar və siyasi partiyalarla iş şöbəsi

  2. Təhsil, səhiyyə və mədəniyyət şöbəsi

Aşağıdakılkarla bağlı məsəslələrə baxır :

  • Hərbi Komisarliq

  • Dövlət Sosial Müdafiə Fondu

  • Gənclər və İdman İdarəsi

  • Əhalinin Sosial Müdafiə

  • Ali, orta, ixtisas, məktəbəqədər uşaq müəssisələri

  • Respublika və Şəhər əhəmiyyətli səhiyyə ocaqları, elmi – tətqiqat institutları

  • Azərbaycan Respublikası Milli Elmlər Akademiyasının elmi – tətqiqat institutları

  • Mədəni maarif müəssisələri

  • Mətbuat orqanları

  • İctimai təşkilatlar

  • Dini qurumlar

  • İctimai - siyasi təşkilatların, dini qurumların, rayon şöbələrinin qeydə alınması

Aşağıdakılara başçılıq edir:

Mənzil məsəslələri üzrə komisiya



  • Yetkinlik yaşına çatmayan işçilərin hüquqlarının müdafiəsi üzrə komisiya

  • Qəyyumluq üzrə komisiya

  • Narkomanlıq və narkotik vasitələrinin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə komisiya

  • Narkotik vasitələrin, psikotrok maddələrin və sorların məhv edilməsi üzrə rayon komisiyası

  • Vətən azadlığı uğrunda xüsusi xidmətləri olan və şəhid olmuş vətəndaşların xatirəsini əbədiləşdirmək üçen komisiya

  • Dini işlər üzrə komisiya

Yasamal Rayon İcra Hakimiyyətinin başçı müavini Səməd İslamovu Şahin Məmmədov əvəz edir.

Şahin Məmmədov aşağıdakı şöbələrin işinə rəhbərlik edir :


  1   2   3   4   5


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azrefs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə