Jan Pol Sartr Ürək bulantısı Roman




Yüklə 0.82 Mb.
səhifə9/12
tarix25.04.2016
ölçüsü0.82 Mb.
1   ...   4   5   6   7   8   9   10   11   12

Ayağa qalxıb çıxışa yaxınlaşdım. Hasara çatanda arxaya dönüb baxdım. Park mənə gülümsədi. Çıxış hasarına söykənib ona uzun-uzadı baxdım. Ağacların, dəfnə pöhrəliklərinin təbəssümündə mütləq nəsə bir məna olmalı idi. Həə, bu, mövcudluğun həqiqi sirri. Yadıma gəlir, üç həftə qabaq bazar günü demişdim ki, əşyalar elə görünürlər elə bil ki, müttəffiqdirlər. Kimin müttəffiqləri, mənim? Kədərlə hiss etdim ki, bunu başa düşəcək gücdə deyiləm. Gücüm çatmaz. Amma yenə də o burada idi, gözləyirdi, baxışı xatırladırdı. O orada, şabalıdın gövdəsində idi... şabalıdın özü idi. Əşyalar fikirlərə oxşayırlar, yarıyolda donurlar, özləri özlərini unudurlar, nə düşündüklərini unudurlar, yerlə göy arasında asılıb qalırlar, qəribə, balaca fikirləri olur, onu da özlərinə yerləşdirə bilmirlər. Bu kiçik fikir məni qıcıqlandırırdı- onu başa düşə bilmirdim, hətta yüz yeddi il də bu hasarın yanı ilə gəzsəm, yenə də başa düşməyəcəm; mövcudluq barədə nə öyrənə bilərdimsə hamısını öyrəndim. Getdim, otelə qayıdıb bax bu qeydləri etdim.

Həmin gecə

Qərara gəlmişəm: artıq kitab yazmadığıma görə Buvildə qalmağımın bir əhəmiyyəti yoxdur, Parisə köçəcəm. Cümə günü saat beş qatarı ilə çıxacam, şənbə günü Anni ilə görüşəcəm, bir neçə gün birlikdə olacağıq. Sonra bura qayıdacam, bir-iki işimi qaydasına salıb, çemodanımı yığacam. Bir martdan gec olmayacaq Parisdə olacağıma ümid edirəm.
Cümə günü.

“Dəmiryolçuların sığınacağında”. Mənim qatarım iyirmi dəqiqə sonra çıxır. Patefon. Sərgüzəştin tünd qoxusu.


Şənbə günü.
Anni uzun, qara paltarda qapını açır. Əlbəttə ki, əlini uzatmadan “Salam!” deyir. Sağ əlim plaşımın cibindədir. Anni deyingən tonda, çox sürətlə danışır, formallığı qurtarmağa çalışır:

  • Gəl, ürəyin istəyən yerdə otur, pəncərənin yanındakı kreslodan başqa.

Bu odur, sözsüz ki, odur. Əlləri bayramsayağı yellənir, üzündə qaşqabaqlı ifadə var, əvvəllər bu ifadə ona keçid dövründəki qız sifəti ilə oxşarlıq verirdi. Amma indi Anni qıza oxşamır. Kökəlib, şişkin döşləri var.

Anni qapını bağlayıb, öz-özünə fikirli-fikirli danışır:



  • Bilmirəm, bəlkə yataqda oturum...

Axırda xalı ilə örtülmüş sandığın üstündə oturur. Yerişi dəyişilib, Anni yüklü kimi gəzir, amma hələ də cazibədardır, görünür, köklüyü mane olur. Amma yenə də heç nəyə baxmayaraq bu Annidir.

Gülməkdən boğulur.



  • Nəyə gülürsən?

Adətinə sadiq qalıb, o dəqiqə cavab vermir, üzündə davakar ifadə var.

  • De görüm nəyə gülürsən?

  • Çünki içəri keçən kimi gülümsədin. Qızını elə indicə ərə vermiş atalara oxşayırsan. Yaxşı, dayandın, daha bəsdir. Plaşını soyun və otur. İstəyirsən burada otur.

Sükut hökm sürür. Anni onu pozmağa çalışmır. Necə çılpaq otaqdır! Əvvəllər Anni hara getsə özü ilə böyük çemodan aparırdı, içi şallar, türbanlar, yapon maskaları, şəkillərlə dolu olardı. Otelə çatan kimi- hətta bir gecəlik olsa da- ilk işi çemodanı açmaq olurdu, bütün var-dövlərini çıxarıb divarları, lampaları, stol-stulları, döşəməni düşünülmüş və ya dəyişdirilmiş qaydada bəzəyərdi, yarım saat keçmirdi ki, ən adi otel otağı o qədər hissiyyatlı, şişkin fərdə çevrilirdi ki, bəzən dözülməz olurdu. Bəlkə Anni çemodanını itirib və ya saxlama otağına qoyub...Bu vanna otağının yarı açıq qapısı ilə soyuq otaqda nəsə pislik var idi. O mənə Buvildəki otağımı xatırladır, onun daha gözəl və daha kədərli variantını.

Anni yenidən gülür. Bu qəhqəhəni tanıyıram- çox yüksək və bir az burnunda.



  • Heç dəyişməmisən. Bu sərsəm görünüşlə nə axtarırsan?

O gülümsəyir, eyni zamanda da mənə maraqla bir az da düşməncəsinə baxır.

  • Sadəcə düşündüm ki, bu otaqdan bilmək olmur ki, burada sən yaşayırsan.

  • Hə, məsələ belədir..,- qeyri-müəyyən cavab verdi.

Yenə də sükut. İndi Anni yataqda oturub, qara paltar onu solğunlaşdırır. Saçlarını kəsdirməyib. Hələ də sakitcə, qaşlarını bir az qaldırıb, mənə baxır. Deməli mənə deyəcək heç bir sözü yoxdur? Onda məni niyə çağırıb? Sükut dözülməz olur.

  • Səni görməyimə şadam,- yazıq tonla deyirəm.

Sonuncu söz boğazımda ilişir. Əgər ağıllı bir şey fikirləşə bilmirəmsə yaxşı olardı ümumiyyətlə ağzımı açmayım. İndi hirslənəcək. Ümumiyyətlə bilirdim ki, ilk dəqiqələr əzablı olacaq. Əvvəllər də Anni ilə görüşəndə qoy hətta bir gündən sonra, hətta səhər yuxudan sonra heç vaxt onun gözlədiyi sözləri tapa bilmirdim, elə söz tapa bilmirdim ki, onun paltarına, havaya, sonuncu dəfə danışdığımız ifadələrə uyğun olsun. İndi görəsən nə istəyir? Tapa bilmirəm.

Gözlərimi qaldırıram. Anni mənə hətta mehribanlıqla baxır.



  • Deməli heç dəyişməmisən? Əvvəlki kimi axmaqsan?

Üzündə razılıq var. Amma niyə belə yorğun görünür?

  • Sən yol sütunusan, - deyir, - həmişə bir yerdə dayanan sütun. Dayanmadan və bütün ömrün boyu deyəcəksən ki, Melenaya iyirmi yeddi kilometrdir, Montarjiyə qırx iki kilometrdir. Bax elə buna görə də mənə lazımsan.

  • Sənə lazımam? Görüşmədiyimiz bütün dörd ildə sənə lazım olmuşam? Hisslərini yaxşı gizlədə bilirsən.

Bunu təbəssümlə deyirəm, yoxsa elə bilər ki, ondan incimişəm. Amma hiss edirəm ki, təbəssüm saxta alındı. Özümü pis hiss edirəm.

  • Necə də axmaqsan? Əgər söhbət səni görməkdən gedirsə əlbəttə ki, buna ehtiyacım yoxdur. Səndə başa düşürsən elə bir şey yoxdur ki, baxanı sevindirsin. Mənə lazımdır ki, sən bu dünyada yaşayasan, heç dəyişməyəsən. Sən nə Parisdə nə də yaxınlarda olmayan platin metr kimisən. Məncə heç kim heç vaxt onu görmək istəməz.

  • Bax burada səhv edirsən.

  • Vacib deyil, əsas odur ki, mən görmək istəmirəm. Amma mən sevinirəm ki, o var, planet meridianının dörddə bir hissəsinin on millionluq parçasına bərabərdir. Mən bu barədə həmişə qarşımda kimsə ev ölçəndə və ya parça alanda fikirləşirəm.

  • Deməli elə?- soyuq-soyuq deyirəm.

  • Amma mən sənin haqqında hansısa mücərrəd varlıq kimi düşünə bilərəm, məsələn elə ölçü cihazı kimi. Mənə minnətdar olmalısan ki, buna görə hər dəfə üzünü yadıma salıram.

Yenə başladı, bizim klassik mübahisələrimiz, keçmişdə bunu mən dəyişirdim, ürəyimdə sadə arzu hiss edirdim ki, ona deyim səni sevirəm və qucaqlayım. Bu gün belə bir arzum yoxdur. Sadəcə susmalı, ona baxmalı və sükutda bu qeyri-adi hadisənin mənasını hiss etmək qalırdı- Anni qarşımda idi. Onun üçünsə- yəni onun üçün bu gün də başqa günlər kimi idi? Əlləri əsmir. Yəqin o gün mənə yazanda ki, nəsə deməlidir, ola bilsin ötəri halda imiş. İndi bütün izlər soyuyub.

Birdən Anni mənə açıq mehribanlıqla gülümsədi, gözlərim doldu.



  • Mən sənin haqqında platin metrədən daha çox fikirləşmişəm. Elə bir gün olmayıb ki, sənin haqqında fikirləşməyim. Ən xırda detallara qədər xatırlamışam səni.

Ayağa qalxıb, mənə yaxınlaşır, əllərini çiyinlərimə qoyur.

  • De ki, üzümü xatırlayırdın, baxmayaraq ki, mənə yazığın gəlir.

  • Bu düz deyil, - cavab verirəm,- özün ki, bilirsən yaddaşım pisdir.

  • Deməli boynuna alırsan ki, məni tamam unutmuşdun. De görüm, küçədə görsən tanıyardın məni?

  • Əlbəttə. Amma axı söhbət bundan getmir.

  • Heç olmasa yadına gəlir ki, saçlarım hansı rəngdədir?

  • Əlbəttə! Sarı.

Gülür.

  • Elə də qürurla dedin ki. Sən ki, indi onları görürsən, yaddaşını qurdalamaq lazım gəlmir.

Saçlarımı qarışdırır.

  • Səninsə saçların kürəndir,- məni cinləndirir.- İlk dəfə səni görəndə başımda- heç vaxt unutmaram- mavi rəngli yumşaq şlyapa vardı, saçlarınla heç uyğun gəlmirdi. Gözlərin xəstə idi. Hardadı şlyapan? Bilmək istəyirəm, yenə də axmaq zövqün qalır?

  • Daha şlyapa geyinmirəm.

Gözlərini bərəldib, fit çalır.

  • Bunu özün fikirləşə bilməzdin. Özün? Həə, təbrik edirəm, afərin! Düzdür, bunu çoxdan fikirləşmək lazım idi. Sənin saçların heç nə ilə uyğun gəlmir, nə şlyapayla, nə yastıqla nə də divar kağızı ilə, əgər onun qarşısında dayanırsansa. Ya da gərək Londondan aldığın fetrli şlyapa kimi gərək qulaqlarına qədər örtəsən. Saçlarını şlyapanın altına yığmışdın, görən də elə bilərdi ki, kəllən keçəldir. – və qərarlı tonla əlavə edir, adətən belə danışanda mübahisələrimizə son qoyurdu:- O sənə heç yaraşmırdı.

Hansı şlyapadan söhbət getdiyini xatırlamıram.

  • Mən demişdim ki, mənə yaraşır?

  • Əlbəttə, demişdin! Ancaq bundan danışırdın. Gizlincə güzgüyə baxırdın, elə bilirdin səni görmürəm.

Keçmiş haqqında bu söhbət məni kədərləndirir. Anniyə baxanda isə deməzsən ki, xatirələri canlandırır: səsində bir damcı da adətən belə şeylərlə məşğul olanda yaranan kədər yoxdur. Elə danışır elə bil ki, söhbət bu gündən və ya dünəndən gedir; bütün baxışlarını, incikliklərini ilk təravəti ilə saxlayıb. Mənim üçünsə hər şey şairanə düşüncələrə çevrilib, istənilən güzəştə hazıram.

Sonra birdən heç bir ifadəsiz deyir.



  • Mən isə, görürsən, kökəlmişəm, qocalmışam, gərək özümə baxım.

Düzdür. Və necə də yorğun görünür! Ağzımı açırdım ki, əlavə edir:

  • Londonda teatrda oynayıram.

  • Kandlerlə?

  • Əlbəttə yox. Kandlerlə yox. Bu sənsən. Beyninə salmısan ki, Kandlerlə oynayacam.Neçə dəfə demək olar ki, Kandler dirijordur? Yox, bu Soxo-Skverdə balaca teatrdır. Biz Şon O’Keysinin “İmperator Con”pyesini oynayacağıq, Sinqa və “Britannika”.

  • “Britannika”? – təəccüblə yenidən soruşuram.

  • Hə, təsəvvür edirsən, “Britannika”. Buna görə qovulmuşam. Bu mənim ağlıma gəldi ki, “Britannikanı” oynamaq olar, onlar isə mənə Yuniyanın rolunu vermək istədilər.

  • Deməli belə.

  • Amma mən əlbəttə ancaq Aqrippinin rolunu oynaya bilərəm.

  • İndi nə edirsən bəs?

Gərək bu sualı verməyəydim. Anninin üzü o dəqiqə cansızlaşdı. Amma duruxmadan danışır.

  • Daha oynamıram. Səyahət edirəm. Bir nəfər var, məni təmin edir.- gülümsəyir.- Oh, xahiş edirəm, mənə belə kədərli baxma, heç bir faciə yoxdur. Mən sənə həmişə demişəm ki, sakitcə özümü təmin edə bilərəm. Qısası, bu qoca mənə mane olmur.

  • İngilisdir?

  • Nə fərqi var?- acıqla soruşur.- Gəl onun haqqında danışmayaq. Nə sənin nə də mənim onunla işim var. Çay istəyirsən?

Hamama girir. Hirslə öz-özünə nəsə mızıldana – mızıldana hansısa qab-qacaqla məşğul olmasını eşidirəm. Yatağının yanındakı gecə stolunun üstündə həmişəki kimi Mişlenin “Fransanın tarixi” kitabı var. Yatağının üstündə- indi baxdım- foto asıb, Emili Brontenin rəssamın qardaşı tərəfindən çəkilmiş yeganə reproduksiyası.

Anni qayıdıb, o dəqiqə deyir:



  • İndi də özün haqqında danış.

Yenə də hamamda itir. Bax bunu pis yaddaşım olsa da xatırlayıram: o həmişə birbaşa suallar verirdi ki, bu da məni utandırırdı, çünki onlarda bir tərəfdən səmimi maraq var idi, digər tərəfdən çalışırdı ki, bu mövzuyla tələsik qurtarsın. Hər halda, bu sualdan sonra şübhə qalmır, ona məndən nəsə lazımdır. Bu elə belə yanaşmadır, hələ ki, əvvəlcə qarışıq sualları verəcək ki, ikimənalı suallarla qurtarsın (“İndi də özün haqqında danış”). Sonra özü haqqında o danışacaq. Birdən həqiqətən istədim ki, nə olur olsun ona nəsə danışım. Nə? Ürəkbulantısı, qorxu, mövcudluq...Qoy bunlar məndə qalsın.

  • Hə də, tələs- arakəsmədən qışqırır. Əlində çayniklə otağa qayıdır.- Parisdə yaşayırsan?

  • Buvildə yaşayıram.

  • Buvildə? Niyə elə?Ümid edirəm evlənməmisən.

  • Evlənmək? – Diksindim.

Anninin ağlına belə fikir gəlməsi xoşuma gəlir. Bunu ondan gizlətmirəm.

  • Boş sözdür! Bu təbii fantaziyalara görə məni nə vaxtsa danlamışdın. Yadına gəlir, özümü iki oğullu dul kimi təsəvvür etmişdim. Və sənə nələr olacağı ilə bağlı müxtəlif şeylər danışırdım. Dözə bilmirdin.

  • Sənin isə xoşuna gəlirdi- utanmadan deyir.- Bunları danışırdın ki, özünü təsdiq edəsən. Qısası, sözdə hirslənirsən, amma gizlicə evlənərsən sən. Bütün bir il deyirdim ki, heç vaxt “İmperator bənövşəsi” filminə getməzsən. Sonra mən xəstələndim və sən qonşuluqdakı kinoteatra tək baxmağa getdin.

  • Buvildə yaşayıram,- qürurla deyirəm,- çünki Markiz de Rolbon haqqında kitab yazıram.

Anni çalışır ki, maraqlanmış görünsün, mənə baxır.

  • Markiz deRolbon? XVIII əsrdə yaşayan?

  • Hə.

  • Düzdür, mənə onun haqqında danışmışdın,- yayınaraq deyir. Deməli tarixi iş görürsən.

  • Hə.

  • Ahaaa!

Bir sual da versə ona hər şeyi danışacam. Amma heç nə barədə soruşmur. Şübhəsiz, hesab edir ki, mənim haqqımda öyrəndikləri tamamilə kifayətdir. Anni dinləməyi çox gözəl bacarır, ancaq istəyəndə. Ona baxıram- gözlərini aşağı salır, mənə indi deyəcəyi barədə fikirləşir, söhbətə necə girəcəyi barədə. Bəlkə mən də ona suallar verim? Məncə lazım deyil. O ancaq lazım biləndə danışır. Ürəyim möhkəm döyünür.

  • Mən isə dəyişmişəm,- qəfil deyir.

Bu da başlanğıc. Amma danışmır. Ağ, çini stəkanlara çay süzür. Cavab gözləyir, deməli nə isə demək lazımdır. Amma ilk ağla gələn sözləri deyil, onun gözlədiyi sözləri demək lazımdır. Özümü itirmişəm. Doğrudanmı dəyişib? Hə, kökəlib, görünüşü yorğundur, amma o əlbəttə başqa şeyi nəzərdə tutur.

  • Bilmirəm. Mənə elə gəlmir. Əvvəlki kimi gülürsən, əvvəlki kimi əllərini çiyinlərimə qoyursan, əvvəlki kimi danışa-danışa fikirləşirsən. Əvvəlki kimi Mişlenin “Tarix”ini oxuyursan. Və başqa nələr...

Məsələn, onun üçün mənim dəyişməyən mahiyyətim vacibdir amma başıma nə gələcəkləri maraqlı deyil, və bu maraqlı oyun, ilk dəqiqədən insanlar arasında ünsiyyəti asanlaşdıran hörmət, dostluq kimi formulları ataraq qarşı tərəfi dayanmadan improvizasiya etməyə məcbur edir.

Çiyinlərini çəkir.



  • Yox dəyişilmişəm, - quru-quru deyir,- tamamilə dəyişmişəm. Tamam başqa adam olmuşam. Elə bilirdim ilk dəqiqədə bunu hiss edəcəksən. Amma sən mənə Mişlenin “Tarixi”ndən danışırsan.- Düz qabağımda dayanır.- Görək bu adam özünü göstərdiyi qədər ağıllıdır. Tap görüm nədə dəyişmişəm.

Duruxuram. Ayaqlarını hələ də gülümsəyərək yerə çırpır, amma hiss edirəm ki, qıcıqlanır.

  • Mənim bir xasiyyətim var idi ki, səni incidirdi. Hər halda özün belə deyirdin. Amma indi yoxdur. Bunu hiss etməli idin. Məgər indi mənim yanımda özünü daha əmin hiss etmirsən?

Qərar verə bilmirəm deyim ya yox: yox, hiss etmirəm. Əvvəlki kimi stulun ucunda oturmuşam, ancaq onu fikirləşirəm ki, elə bir şey etməyim ki, mənim üçün qeyri müəyyən olan hirs yaradım.

Yenidən oturur.



  • Hə, görürsən,- başını əminliklə tərpədib deyir,- başa düşmürsənsə deməli çox şeyi unutmusan. Hətta fikirləşdiyimdən çox şeyi. Yaxşı, heç olmasa əvvəlki günahlarını xatırlayırsan? Yersiz-yersiz gəlirdin danışırdın, gedirdin. Təsəvvür et, hər şey əvvəlki kimi olsaydı sən içəri girərdin, divarlarda maskalar, şallar asılmış olardı, mən yataqda oturardım və deyərdim ( başımı dala atıb, butun pərələrini şişirdib teatrda rol oynayırmış kimi danışır, elə bil ki, özü-özünü yamsılayır) : “Hə, nə gözləyirsən? Otur”. – Əlbəttə heç vaxt sənə deməzdim ki: “ Pəncərənin yanındakı kresloda oturma”.

  • Mənə tələ qurmuşdun.

  • Bu tələ deyildi. .. Və sən, sən də düz kresloya tərəf gedərdin.

  • Bəs mənə nolardı? Dönüb maraqla kresloya baxaraq soruşuram. Görünüşü çox adidir, rahat kreslodur.

  • Pis olardı,- Anni qısaca cavab verir.

Heç nə soruşmuram. Anni həmişə özünü müxtəlif tabularla əhatə edir.

  • Məncə nəsə duydum, deyirəm.- Düzdür bu çox qəribə olardı. Dayan qoy ifadə edim. Əslində bu otaq boşdur. Bilirsən bunu o dəqiqə hiss etdim. Yoxsa içəri girib divarlarda maskalar, şallar başqa nələr görərdim. Otellər həmişə sənin otağının qapısında bitərdi. Sənin nömrən artıq başqa dünya idi. Sən qapını mənə açmazdın. Oturardın, hətta bəlkə də yerdə, özünlə hər yerə apardığın qırmızı xalının üstündə, mənə amansız baxışlarla baxıb gözləyərdin...Elə bircə söz deyən, nəfəs alan, hərəkət edən kimi üz-gözünü qırışdırardın, o dəqiqə hiss edərdim ki, nədəsə səhv etmişəm amma nədə heç vaxt bilməzdim. Sonra hər dəqiqə mənim səhvlərim çoxalardı və mən günahkar olardım...

  • Nə qədər belə olub?

  • Yüz dəfə.

  • Bəlkə də çox! Bəlkə sən o vaxtdan ağıllanmısan və daha diqqətli olmusan?

  • Yox!

  • Sevinirəm ki dedin. Davam et.

  • Amma indi bunlar yoxdur.

  • Aha...- teatr tonu ilə deyir. – Bu adam indi-indi inanmağa başlayır!- yumşaq tonla davam edir:- Belə, indi mənə inana bilərsən, bu daha yoxdur.

  • Və möhtəşəm anlar da yoxdur?

  • Yox.

Özümü itirmişdim. İnadkarlıq edirəm.

  • Yox... Deməli bütün...bütün bu faciələr, maskaların, şalların, mebellərin, mənim hansısa kiçik rolda sənin isə baş rolda oynadığın qəfil faciələr bitdi?

  • Naşükür,- gülümsəyir. – Bəzən sənə özümkündən daha vacib rol verirdim. Sənin isə xəbərin də olmurdu. Hə, bitdi. Təəccübləndin?

  • Nə danışırsan, əlbəttə! Mən elə bilirdim ki, bunlar hamısı sənin bir hissəndir, onu səndən almaq ürəyini qoparmaq kimi bir şeydir.

  • Mən də elə bilirdim, təəssüflənmədən deyir. İstehza ilə məndə ağır hisslər yaradaraq əlavə edir:- görürsən bunsuz da yaşaya bilirəm.

Barmaqlarını bir-birinə keçirib, dizinə qoyub. Ətrafa gülümsəyərək baxır, birdən bu təbəssümdən üzü cavanlaşır. İndi o sirlə dolu və nədənsə razı gombul qızlara oxşayır.

  • Sevinirəm ki, sən olduğun kimi qalmısan. Əgər səni başqa yerə aparsaydılar, rəngləyib digər yolda torpağa sancsaydılar istiqamətimi itirərdim. Sən mənə lazımsan, mən dəyişirəm, belə oldu, sən isə olduğun kimi qalmalısan. Sənə baxıb ölçə bilirəm ki, özüm nə qədər dəyişmişəm.

Bir az inciyirəm.

  • Bax görürsən, sənin ölçün dəqiq deyil,- tez etiraz edirəm. – Bu qədər vaxtda dəyişib, mən əslində...

  • Offf!- məhv edici tonda fınxırır.- Gör ey intellektual dəyişiklik! Mən isə iliklərimə qədər dəyişmişəm.

İliklərimə qədər.... Onun səsində mənə nə təsir etdi? Belə ya elə, birdən içimdə nəsə qırılır- itmiş Annini axtarmağı dayandırıram. Mənə bax bu gombul, həyatın sürtdüyü bu qadın təsir edir, onu sevirəm.

  • Məndə qəribə özünə əminlik yaranıb.... bilmirəm fiziki ya yox. Hiss edirəm ki, möhtəşəm anlar yoxdur, olmur. Yeriyəndə ayaqlarımla hiss edirəm. Yatanda hiss edirəm. Bunu unuda bimirəm. Elə bilmə ki, eləcə bir gün birdən oldu hər şey, yox. Deyə bilmərəm ki, hansısa andan və ya hansısa gün həyatım dəyişdi. Amma daha məndə belədir hər şey, elə bil ki, hər şey indicə olub. Qəribə hiss edirəm, öz qabımda deyiləm, buna alışa bilmirəm.

O bunları sakit səslə, dəyişdiyinə görə qürurla deyir. Sandığının üstündə qeyri-adi cazibə ilə yırğaıanır. Mən içəri girəndən bəri bir dəfə də Marseldəki, keçmiş Anniyə bu qədər oxşamamışdı. O yenə də məni cəlb etdi, yenə də gülüşlərin, oyunların, müdrikliyin sərhədlərini aşan qəribə dünyasında batırdı. Hətta yenidən onun yanında keçirdiyim yüngül titrəməni hiss edirəm, ağzımda o vaxtkı kimi acı dad var.

Anni əllərini dizindən aşağı saldı. Susur. Bu hesablanmış susqunluqdur- Operada da səhnə yeddi orkestr taktı vaxtı boş olur. Anni çay içir. Sonra stəkanını yerə qoyur, dirçəlir və əllərini sandığa dayayır.

Birdən onun üzü nə vaxtsa sevdiyim möhtəşəm Meduzanın üzünə çevrilir, nifrətlə dolu, çəpəki, zəhərli. Anni ifadələrini dəyişmir, o üzlərini dəyişir, antik aktyorlar maskalarını dəyişən kimi- bir anda. Və bu maskaların hər biri onun üçün yaradılır ki, sonrakı hadisənin atmosferinə uyğunlaşsın, tonunu müəyyən etsin. Anni danışarkən maska yaranır və dəyişilməz qalır. Sonra maska qopur və Annidən ayrılır.

Anni fikirli baxışlarını mənə zilləmişdi. İndi danışacaq. Maskasına görə ondan faciəli monoloq, qəbirüstü mahnı gözləyirəm. Amma qısa ifadə deyir.



  • Mən canlı ölüyəm.

Ton üzünə tam oturmur. O faciəli deyil, qorxuludur- onda göz yaşısız, kədərsiz quru peşmançılıq var. Hə, onda nə isə həmişəlik quruyub.

Maska düşdü. Anni gülümsəyir.



  • Mən heç də kədərlənmirəm. Bəzən bu məni təəccübləndirir və boş yerə:niyə kədərlənim ki? Nə vaxtsa atəşli ehtirasa sahib idim. Anama dəhşətli dərəcədə nifrət edirdim. Və ya səni, səni ehtirasla sevirdim.

Cavab atmacasını gözləyir. Susuram.

  • Amma bu həmişəlik bitdi.

  • Haradan bilirsən?

  • Bilirsəm. Bilirəm ki, daha heç kim və heç nə məndə ehtiras oyada bilməz. Başa düşürsən, kimisə sevməyə başlamaq çox böyük işdir. Enerji, maraq, korluq lazımdır....Əvvəl elə anlar olur ki, uçurumdan tullanmalı olursan, amma fikirləşəndən sonra bilirsən ki bunu etməyəcəksən. Mən bilirəm ki, daha heç vaxt tullanmayacam.

  • Niyə?

Anni mənə istehzalı baxış atıb, cavab vermir.

  • İndi qurumuş ehtiraslarımın əhatəsində yaşayıram. Çalışıram anam məni döyəndə dördüncü mərtəbədən tullanacaq qədər böyük olan gözəl qəzəbi yenidən yaradım. – heç bir əlaqəsi olmadan uzaqlaşmış görünüşlə əlavə edir:- və mən gərək əşyalara çox baxmayım. Gərək baxım, başa düşüm ki, nədir o dəqiqə də gözlərimi qaçırım.

  • Niyə?

  • İyrənirəm.

Məgər bu...Hər halda oxşayır. Londonda bir dəfə olub, biz ayrı-ayrılıqda eyni vaxtda eyni əşyalar haqqında düşünürdük. Çox sevinərdim əgər bu... Amma Anninin fikirləri adətən qəribə dəyişikliklər edir, heç vaxt əmin olmaq olmaz ki onları tam başa düşmüsən. Gərək bunu aydınlaşdıram.

  • Qulaq as, axı mən əslində heç vaxt möhtəşəm anların nə olduğunu bilməmişəm. Mənə heç vaxt izah etməmisən.

  • Əlbəttə, axı sən heç vaxt bunu başa düşməyə kiçik cəhd də etməmisən. Həmişə yanımda axmaq ki axmaq qalmısan.

  • Bilirəm bu mənə nələrin bahasına başa gəlib.

  • Başına gələnlərə layiq idin, günahkar idin. Öz ciddiyətinlə məni qıcıqlandırırdın. Bütün görünüşünlə elə bil ki deyirdin: “Bax, mən normal insanam” və çalışırdın göstərəsən ki, necə sağlamsan, necə mənəvi cəhətdən sağlam adamsan.

  • Amma mən səndən yüzlərlə dəfə bunun nə olduğunu soruşmuşdum...

  • Hə, amma elə bir tonla ki!- hirslə deyir.- yuxarıdan aşağı maraqlanırdın, bax tonun bu idi. Elə mehribanlıqla soruşurdun ki, məndən qoca qadınlar uşaqlıqda olanda nə ilə oynadığımı elə soruşurlar. Ümumiyyətlə,- düşüncəli halda davam edir, - ola bilər ki, dünyada hamısan çox elə sənə nifrət edirdim.

Özünü ələ almaq üçün çox çalışır, gülümsəyir- yanaqları hələ də yanır. Çox yaxşı görünür.

  • İndi sənə bunun nə olduğunu izah etməyə hazıram. İndi mən hirslənmədən uşaqlıq oyunlarımdan sənə bəhs etmək üçün kifayət qədər qocayam. De görüm nəyi bilmək istəyirsən?

  • O nə idi.

  • Sənə seçilmiş vəziyyətlər barədə danışmışdım?

  • Məncə yox.

  • Danışmışdım,- əminliklə deyir.- bu Eksedə, adını unutduğum meydanda olmuşdu. Biz günəşin düşdüyü yerdə kafedə narıncı çətirlər altında oturmuşduq. Yadından çıxıb, biz limonad içmişdik və şəkər tozunun içində ölü milçək tapmışdım.

  • Hə, ola bilər...

  • Məhz elə o kafedə sənə seçilmiş vəziyyətlərdən danışmışdım. Mişlenin “Tarix” kitabının böyük nəşri ilə bağlı danışmışdım, uşaqlıda varım idi. O bundan daha böyük idi, səhifələri isə solğun ağ rəngdə idi, şampinyon kimi və ondan göbələk iyi gəlirdi. Atamın ölümündən sonra Jozef dayı onu özünə götürdü. Məhz həmin gün mən onu qoca donuz adlandırdım, anam məni döydü mən də özümü pəncərədən atdım.

  • Hə, hə... sən “Fransa tarixi” haqqında mənə belə bir şey danışmışdın... Sən deyəsən onu çardaqda oxuyurdun hə? Görürsən, yadıma gəlir. Məni ədalətsiz olaraq günahlandırırsan ki, hər şeyi unutmuşam.
1   ...   4   5   6   7   8   9   10   11   12


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azrefs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə