Jan Eşnoz və onun «Royal Arxasında» romanı




Yüklə 449.13 Kb.
səhifə5/8
tarix22.02.2016
ölçüsü449.13 Kb.
1   2   3   4   5   6   7   8

Maks bir neçə dəfə qapağı bağlanmış alətin ətrafında dövrə vurdu – gücü başqa nəyə çatardı ki. Uğur qazanacağına bir o qədər də inanmadan üst qapağı qaldırmaq fikrinə düşdü, qaldırıb ramaya baxsın, barmaqlarının ucuyla olsa belə simlərə toxunsun. Bağlıdır. Maks royalın böyür-başına fırlanarkən beynindən başqa bir fikir yarandı.

Bu fikir onu məcbur etdi ki, çox cəld və çətinlik çəkmədən holla aparan yolu tapsın. Usandırıcı sukutun içində addımlayırdı; bu sükut təkcə onun addımlarının səsini yüksəltmirdi, başqa səslərin də meydana çıxmasına səbəb olurdu – əsəblərə toxunan səslər, xışıltılı səslər, uğultu, fəryad, xırçıltı, bir azdan anladı ki, bu səsələrin mənbəyi əslində onun öz beynidir ki, daxili rezonator rolunu oynayır.

Holla çatanda gördü ki, holl da, qapıçının şüşəli budkası da boşdur. Maks özünü elə aparırdı ki, guya yolu azmış turistdir və vaxtını fövtə vermədən böyür-başına nəzər yetirir. Hara baxsa da fikrini bir şey məşğul edirdi: gəlsənəm yavaşca tambura yaxınlaşsın, sonra yavaşca itələsin qapını, bağlanıb-bağlanmamasına əmin olsun, sonra bir az da möhkəm itələyib açsın, sonra çölə çıxsın. Bir neçə saniyə ərzində fırlanan tamburun üzərində qaldıqdan sonra ağlına gələnlərdən özü də təəccübləndi. «Burdan birdəfəlik qacacam, izim-tozum da qalmayacaq!»

Bəs hara gedim? Bilmirəm, bilmirəm. Çölə çıxmaq və bacardıqca burdan uzaqlaşmaq, sonra hər şey özbaşına aydınlaşacaq. Qarşısında açılan mənzərə heç nəyi ilə fərqlənmirdi. Üstünə çınqıl səpilmiş esplanada Mərkəzin binasına birləşmişdi, bundan sonra pis asfalt çəkilmiş yol gəlirdi. Yol sadəcə asfalt parçalarına bələnmişdi, onların arasından otlar çıxmışdı

Bu mənzərə Maksın Mərkəzin pəncərəsindən baxıb gördüyü mənzərəyə az oxşayırdı: keçid zonası, neytral ərazi, təbiəti etibarilə bomboz və həyatsız bir məkan. Maks yolun ucun tutub gedirdi, əsas buydu ki, Maksın açıq-aydın məqsədi yoxdu. Əlli metr gedəndən sonra çevrilib arxaya baxdı və Mərkəzə baxdı. Gözlədiyi kimi, liftlə aşağı düşəndə necə hislər keçirmişdisə, burdan baxanda Mərkəzin binası təqribən qırx mərtəbəli boz rəngli qülləyə bənzəyirdi.

Bom-boş yolla təxminən iki və ya üç kilometr yol qət etdi, arxadan bəzən zəif motor səsi eşidirdi, iki taktdan ibarət səs idi, bi azdan gücləndi. Heç zaman olmadığı kimi, Maks arxaya baxmadan yolu ölçürdü, imkan vermirdi ki, motorun səsi belinə dirənsin, onu əsəbiləşdirib özündən çıxarsın. Ancaq, necə olmasa da geri çevrilməli oldu. Bu miniatür biçimli, markası məlum olmayan, qatlanmış damlı bir maşın idi, sadəliyinə baxmayaraq çox bahalı maşına bənzəyirdi. Bayaq böyük zalda gördüyü royalda olduğu kimi, üzərində istehsalçının kimliyini göstərən nə bir yazı, nə də loqotip vardı. Maks rul arxasında oturanı tanıdı, bu – Dino idi, bayaq əyninə geydiyi xidmətçi uniformasını gözəl bir kostyumla dəyişmişdi. Başına şlyapa qoymuşdu, bir söz demədən bir əliylə şlyapanı çıxardı, azca əyilib təzim etdi, gülümsədi, maşını saxlayıb qapını açdı.

Burada etiraz etməyin yeri yoxdu, Maksın maşına minməkdən başqa yolu qalmadı. Dino maşını döndərdi və onlar Mərkəzə sarı getdilər. Əvvəlcə heç biri kəlmə kəsmədi, sonra Dino sükutun rəhmsiz bir şeyə döndüyünü anladığından dodaqaltı zümzümə etməyə başladı, mahnının sözləri Maksa çox tanış idi: The Night Is Young And Youre So Beautiful, - sonra boğazını arıtlayıb gur səslə ötməyə başladı. Maks nəinki mahnının sözlərini tanıdı, ona elə gəlirdi ki, Dinonun da səsini tanıyır, şərqiçinin oxu manerasını yaxşı bilir, bunu düşünüb sadəlövlüyünə gülməyi tutdu: heç şübhəsiz ki, bu Din Martindir. Buna heç bir şübhə ola bilməzdi.

Maks üçün Dinoyla daha yaxından tanış olmaq şansı yaranmışdı, ancaq artisti tanıdığını üzə vurmayaraq. Dino tanınmaq istəmirsə, bu yenə onun öz işdir, sual yağışına tutmağın əhəmiyyəti yoxdu. Ancaq başqa bir mövzuda danışmaq olar, ancaq nədən?

- Dino, - mahnı qurtaran kimi Maks ona müraciət etdi, bəlkə oturub vuraq, səninlə tanış olmaq mənimçün xoşdu, bir az da yaxından tanış olmaq istərdim.

Bayaqdan üzündən şəfəq yağan, gülümsəyən Dino ciddiləşdi. Üzünü Maksa tərəf çevirdi və sakitcə cavab verdi:

- Mənimlə bir kimsə yaxından tanış ola bilməz, cənab.

Və yenə də gözqamaşdırıcı gülüşlər. Maks bilmədi neyləsin: Dino sakit və qapalı bir insan idi və Beylar demişkən, onun şəxsiyyət kimi sirlərinə hörmətlə yanaşmaq lazımdı.

Dinonun gülüşü kimi ağappaq səma altında Mərkəzə tərəf getdkləri müddətdə Maks ora çatandan sonra başına gətirlənlər haqqında düşünür və buna görə də ürəyi bir balaca qısılırdı. Özbaşına çıxıb getmə ilə əlaqədar tətbiq ediləcək intizam tədbiri nə ola bilərdi, demək çətindir, görünür onun hərəkəti qaçış kimi qiymətləndirəcək və cəzalandıracaqdılar. Cəza nə olacaqdı? Cərimə, azadlıqdan məhrum etmə, hökm, məcburedici işlər və sair və ilaxır, onu bəs burdan götürüb hara göndərə bilərlər ki? Bir şey var, əvvəlki kimi rulu mahnı ritmiylə bir döndərən Dinonun davranışlarına qiymət verəndə, aydın olurdu ki, hələ qorxulu bir perspektiv görünmürdü, dönüb bir də Dinoya baxdı, bu dəfə diqqətlə, bu adam bir an içində hər şeyə tüpürə bilərdi. Və bu təkcə görünüş məsələsi deyildi.

Mərkəzdə Maksı nə dəhşətli, dişlərinin dibinə kimi silahlanmış cəza dəstəsi, nə də əlində şpris tutmuş şəfqət bacıları gözləyirdi. Onu qaranlıq bir otağa atdılar, qara geyimli insanların qarşısında cavab verməli olmadı. Dino sadəcə onu nömrəyə apardı, burada Belyar çarpayının üstündə oturmuş və narahat şəkildə qolundakı saata baxırdı. Belyarın yeganə istirahət gününü korladığını ağlına gətirərək istənilən hökmü eşitməyə hazır idi, qarşısındakı isə elə Dino kimi sakit və laqyed idi. Maks nə isə izah etməyə çalışsa da, Belyar onun sözünü ağzında qoydu.

- Əziyyət çəkməyin, həyəcanlanmayın, gec və ya tez – hamı qaçmağa üz tutur. Yaxud, - bir az da dəqiqləşdirdi, - hamı bu fikrə düşür əvvəl-axır. Prinsip etibarilə belə bir təşəbbüsə qarşı deyiləm, bilirsiniz əslində bu, insanın sağlam reaksiyasıdır və sübut edir ki, siz tam sağalmısınız. İndi isə, lütfən, şeylərinirzi toparlayın, - deyə əlavə etdi, və əliynin işarəsiylə sözünü tamamladı.

- Nəyim var ki, yığışdırım da. – Mask dedi.

- Bağışlayın, belə deyərlər, - Belyar dedi, - sizi başqa nömrəyə köçürəcəyik.

Maks ən pis şeyə hazır idi: qaranlıq karser, təkadamlıq kamera, dünyadan təcrid olunmuş bir hücrə, yaxud buna bənzər başqa bir şey, ancaq sonradan aydın olduğu kimi onu daha böyük, daha işıqlı bir nömərədə yerləşdirəcəkdilər. Onun yeni nömrəsi də əvvəlki mərtəbədə yerləşirdi, bundan başqa iki laylı, terrasa açılan şüşə qapısı da vardı. Bu axşam şamı otagında tək yeyəcəkdi, sabah isə Belyar onu restorana dəvət eləmişdi, ayrılanda Belyar ona binokl da verdi ki, qaranlıq düşənə kimi parka baxsın.

Budur, Dino da gəldi, əlində podnos, əynində əvvəlki uniforma, özünü elə aparırdı ki, Maksın təzə otağından son dərəcə xoşlandığını göstərmək istəyirdi.

- Mənim otağımla müqayisədə sizinki daha yaxşıdır, bax, pənəcərəndən necə gözəl mənzərə görünür.

Həyəcandan özünü elə itirdi ki, özü də hiss etmədən rolunu unutdu, əslində necəydi həmin adama döndü, Maks özünü saxlaya bilmədi.

- Qulaq as, Dino, Maks da fərəhlə qışqırdı, - xahiş edlirəm, boynunuza alın ki, bu-sizsiniz!

- Yəni kim? – mərtəbə xidmətçinsinin rəngi qaraldı.

- Nə demək istədiyimi çox gözəl başa düşürsünüz, - Maks dilinə gətirdiyini saxlamadı, - əminəm ki, bu sizsiniz. Axı mən sizi tanıyıram, sizi dəfələrlə kinoda görmüşəm, lap az qala bir ay qabaq sizi televizorla göstərilən Teşlinin filmində gördüm. Etiraf edin və bu aramızda qalacaq.

- Cənab, - Dino kəskin səslə cavab verdi, - sizdən çox xoşum gəlir, böyük rəğbətim var, ancaq bir də bu mövzuya qayıtmasanız, sizə çox minnətdar orlardım.

Yaxşımı?


17 _________________________
Ertəsi gün təxminən saat birin yarısında Belyar Maksın dalınca gəldi, özü demişkən, qolundan tutub camaat arasına çıxarsın («sizin üçün bir küncə sıxılıb qalmaq yaraşmaz, əksinə biz imkan düşdükcə daha sıx ünsiyyət bağlamalıyıq»).

Beləliklə, Maks birinci dəfə idi ki, otağından kənarda nahar edirdi. Dəhlizdə onlar yenidən Dorislə rastlaşdılar. Görünür işsiz-gücsüz qalanda özünü itirir, əlini bulamağa bir şey axtarır, kənardan baxana elə gələ bilərdi ki, xüsusi məqsədlə Maksı güdür, küncdə-bucaqda onu gözləyir, Maks isə, deyildiyi kimi ömründə arvadbaz olmamışdı və indiyə kimi bu və ya digər dərəcədə qabarıq, ya zəif qadın çağırışlarına məhəl qoymayıb, belə ki, özünə də bir elə əmin deyildi, əslində bu tipli çağrışları, süzgün baxışları görəndə inanmırdı ki, bunlar onun üçündür. Ancaq bu dəfə ona doğrudan da elə gəldi ki, Doris gözlərini ona dikib, ayırmaq fikri yoxdu və bu dəfə daha ürəkdən gülür, təbəssümünü israf edib xərcləyir. Hətta makiyajı və yerişi belə dəyişmişdi, daha incə və məftunedici olmuşdu... ancaq, mən bilmirəm sən nə deyirsən, özündən nə uydurursan...

- Görünür, bu Mərkəzin yeganə restoranı deyil, - Belyar izah etdi, Maksı çəkib o biri dəhlizə apardı. – Bir restoran hamıya bəs etmir, buna görə də hər bir mərtəbədə restoran var. Coğrafi zonalara uyğun olaraq Mərkəz sektorlara bölünüb, bax, orada gördüyün adamlar sizin yaxınlığımızda yaşayırdılar, belə ki, orada tanışlarınıza rast gəlmək şansınız da var, onlar da sizin kimi, buraya bircə həftədir ki, gəliblər.

- Tanışlar? – Maks bir daha soruşdu.

- Bəli, bəli, mən kişi tanışlarınızı nəzərdə tutuam. Hələ sizə deməmişəm ki, Mərkəzdə insanlar ayrı-ayrı yaşayırlar. Qadın şöbəsi başqa yerdədir. Bilirəm bu, bir az mühafizəkar təsir bağışlaya bilər, razıyam. Bununla əlaqədar hazırda rəhbərlikdə müzakirələr aparılır, indilik qayda belədir, hələ vaxtımız var, hara tələsirik ki, VAXT bizimdir, ancaq bizim. Budur, gəlib çatdıq. Yox,yox, düşün, yalnız sizdən sonra.

Restoranın zalı təxminən iki yüz adam tutan, qırxdan yuxarı stol-stul qoyulmuş, zövqlə bəzədilmiş geniş yerdən ibarət idi. Əksərən bunla demək olar ki, yaşlı adamlardı, yavaş-yavaş və az-az yeyirdilər, gözlərinin qırağıyla belə kənara baxmırdılar. Ancaq aralarında nisbətən cavanları da vardı, Maksın yaşıdları hər dəfə qədəhlərini yerə çırpıb şərab istəyirdilər. Onların böyük əksəriyyəti avtomobil qəzasına uğramış, qətl qurbanı olmuş, öldürülərkən dəhşətli və ağır yaralar almış – əlləri, qolları, başı kəsilərək qətlə yetirilən insanlar idi, onların bəzisi güllə, bəzisi isə soyuq silahla öldürülmüşdü. Əlbəttə Maksda olduğu kimi, Mərkəzin cərrahları bu yaraları sağaltmış, dəhşətli yaralara məlhəm qoymuş, ancaq bəzilərində bıçaq və digər yaralar açıq aydın bilinirdi, gözə sataşırdı, onların hər birinə yanaşıb dərdinə qulaq asmaq, başlarına nə gətirildiyini öyrənmək pis olmazdı. Ancaq nə olursa-olsun keçmişin yaraları bu insanları indiki məqamda narahat etmirdi, yaralar bağlanmışdı.

- Sizi tərk edirəm, - Belyar dedi, - sizi əyləndirəcəklər, sonra özüm sizin dalınızca gələcəyəm.

Həqiqətən kimsə gəlib Maksı boş yeri olan stola dəvət etdi. Stol ətrafında oturanların heç biri onu tanımırdı, heç kəsə onunla kəlmə kəsmək istəmirdi, əvvəlcə xidmət göstərən personalı tanımaqdan başladı. Bu zal çox nəhəng idi, monumental küncləri çox geniş perspektiv yaradırdı, bu görkəmiylə nə zabit yeməkxanasına, nə məktəb və ya fabrik yeməkxanasına, nə də başqa bir ictimai yeməkxanaya bənzəyirdi. Əksinə burada hər şey böyük və olduqca gözəl bir restoranı xatırladırdı: böyük və ağır portretlər, yuxarıdan səliqə və zövqlə sallanan göyərti, qar kimi ağ salfetlər və kənarları büzməli süfrələr, köhnə yeməkuxana qaşıqları, prizma formalı bıçaq altlıqları, bərq vuran, göz qamaşdıran xrustal, qrafinlər, hər bir stolun üstünə qoyulmuş balaca gümüş gül buketləri...

Xidmət işinə qara smokinq taxmış, kraxmallı, düz yaxalıqlı köynək geyinmiş qara «kəpənək» qalstuklu, ağ jilet, qara corab və kauçuk dabanlı qara tufli geyinmiş baş xidmətçi rəhbərlik edirdi. Ona qara jilet və şalvar, kraxmallı, düz yaxalıqlı göynək, «kəpənək» qalstuku, qara corab və kauçuk dabanlı qara tufli geyinmiş xidmətçilər gömək edirdilər. Yorulmadan, nəfəs dərmədən işləyən, bokallarda içkinin olmasına daim diqqət yetirən ofisiantlara gəlincə, onlar qısa qara gödəkçə, qara jilet və şalvar, yaxası düz duran kraxmallı ağ köynək, üstündən qara qalstuk-kəpənək geyinmişdilər.

Bu ierarxiyanın ən aşağı pilləsində köməkçilər və stolların üstündən qab-qacağı yığışdıran və sıralar arasında verilən xəbərləri gözəgörünməz sahə adlanan, şef aşbazın rəhbərliyi altında böyük və mürəkkəb bir mexanizmin işlədyiyi mətbəxə çatdıran şəxslər gəlirdi; bu mexanizm əsasən aşbazlardan, qab-qacaq yuyanlardan, anbar baxıcısı və digər şəxslərdən ibarət idi. Bayaqdan təsvir edilən piramidanın zirvəsində oturduğu yerdən hamıya göz qoyan restoranın direktoru yerləşirdi. Əynində marenqo rəngli pencək və jilet, zolaqlı şalvar, qara corab və qara tufli vardı. Ağ saçları bərq vururdu.

Görünür, Mərkəzə əvvəllər daxil olan və buna görə də Maksdan daha çox məlumata malik olan şəxslər şəhər, yaxud park adlı iki mümkün çıxış yolu haqqında daha çox şeylər bilirdilər. Hər kəs, digər şəxslərin gələcyi ilə bağlı ən cüzi şeyləri belə qısqanclıqla gözdən qaçırmayaraq öz gələcəklərindən ötrü həyəcanlanırdılar. Qızğın mübahisə edir və hətta mərcə girirdilər, Maks isə sakitcə qulaq asırdı. Mərkəzdə yaşayışın necə qurulduğunu bilməzdən qabaq, Rozanı xatırlayaraq hələ düşünə bilirdi ki, birdən onu restoranda görə bilər, indi bütün ümid çıraqlarını piləyib söndürmüşdülər.

Buraya beş və ya altı gün öncə təşrif gətirən və indi burada iştirak edənlərin müəyyən qismi tanış olmağa və söhbətləşməyə macal tapmışdılar. Maks özünü təzə hesab edirdi, belə etmək yaramaz, sıxıldınmı, görəcəklər, sənə yuxarıdan aşağı baxacaqlar, içəri girəndə fikir verməyəcəklər, gözlərinin ucuyla da baxmayacaqlar. Maksa elə gəlirdi ki, ba adamların içində ağ mətbəx gödəkçəsi geyinmiş xörək paylayanın diqqətini qazanmışdı. Gətirdiyi yeməkdən stol arxasında oturanlara təklif edir, onlarsa istədikləri qədər kəsib götürür, başlarını aşağı dikib yeməyə davam edirdilər. Bura gəldiyi gün cücə verirdilər, xüsusi qaydada hazırlanmış kamberlen sousunun içində. Maks bir parça götürdü, desertdən daddı, kofe içdi və Belyarın gəlməisni gözlədi.

- Hə, - liftlə qalxarkən Belyar soruşdu, - kimisə gördünüzmü?

- Yox, - Maks cavab verdi, restoranda tanış adına heç kəsi görmədim. Hələ də Doris və Dino ilə görüşün təsiri altında olduğundan bir az çaşıb qalmışdı, - bu nə deməkdir? Restoranda tanış görmədiyindən bir az dilxor olmuşdu.

- Əbəs yerə ümid bəsləyirdik, - Belyar dedi, izah etdi ki, Mərkəzin prinsiplərindən biri də budur ki, xidmət personalında hamının tanıdığı simalardan istifadəyə xüsusi önəm verilir, ancaq bir şərtlə, necə deyərlər duzu çox əndərmək olmaz. Hər mərtəbədə iki nəfər, bəsdir. – Məsələn, aşağıdakı məprtəbədə, - deyə dəqiqləşdirdi,- Renato Salvatori və Sorayya işləyir. Bu keçmiş ulduzları Mərkəzdə saxladıq, onlar şəhər zonası ilə park arasında seçim etməkdən azaddırlar, bu, şübhəsiz ki, riskiz bir statusdur, ancaq nə gələcəyi var ki...

Hə, yaranın lap qaysağından qopardı, Maks onu məhz bu məsələ ilə əlaqədar söhbətə çəkmək istəyirdi, elə bu zaman liftin zəngi artıq çatdıqlarını bildirdi. Yeni dəhlizlərdən keçərək, o gün Maksın qaçmağa çalışdığı tam başqa bir çıxışa çatdılar, Burada nə fırlanan tamburlu qapılar, nə mühafizəçi köşkü, nə də üstünə çınqıl ələnmiş meydlança vardı. İki böyük şüşəli qapı birbaşa təbiətin üzünə açılırdı.

- Həzmə köməyi dəyər, bəlkə bir az gəzişək? - Belyar soruşdu.

- Məmnuniyyətlə, - Maks dilləndi.

- Onda, ardımca.

Əvvəlcə hündür bir qayanın başına dırmaşdılar, Maks buradan parkın ümumi strukturu haqqında məlumat ala bilərdi. Gözləri qarşısında insan əli dəyməmiş, başdan-başa bitki və tərəvəzlə örtulu bir məkan açılırdı. Bu məkan təəccüb oyadacaq səviyyədə ən müxtəlif və rəngarəng, bir-biri ilə möcüzəli şəkildə çulğaşan peyzajlardan ibarət idi, həmin rənglərin çulğaşdığı nöqtədə bütün geomorfoloji formalarını seyr edə bilərdin – təpələr, dərələr, vadilər və sair və ilaxır. Orada hər şey parıldayırdı, gözlərini qamaşdırıb yavaşca çıxıb gedirdi, bəlkə də uçub gedirdi, bir də görürdün baxdığın yerdən suları nəğmə oxuyan çaylar axdı, gözlərindən yapışıb çəkib aparırıdı. Yfüqə baxanda hissin coşurdu, fəhm edirdin ki, hardasa, bir az arxada gözəl bir dəniz var.

Qaya qışında yerə düşməyə başlayanda Maksın gözləri önündə rəngarəng bitkilər oyandı, bir-birinə sarmaşıb üfüqə çatırdılar. Elə bil dünyanın bütün botanika mütəxəssisləri bir yerə yığışıb dəhşətli bir möcüzə icad etmişdilər, eynən portuqal bağlarına bənzəyirdi, ağacların düzülüşündə, hansı «dostunun» yanında olması dəhşətli bir dəqiqliklə ölçülüb-biçilmişdi, dünyada nə qədər bitki növü var – biri də yaddan çıxmamışdı.

- Davam edək, - Belyar dedi, - Gəl hər şeyə bir az yaxından baxaq.

Yolu tutub getdilər, elə dünən bu yerlərdən keçsə də Maksın yadına heç nə düşmədi. Hər iki tərəfdə meyvə ağacları ucalırdı, bəzək ağacları, meşəliklər, aşağıda, onların altında isə torpaq milyon adda çiçəyə bələnmişdi. Bu zəngin flora faunasız da deyildi. Qorxaq dovşanlar zavod oyuncaqlarına bənzəyirdi, kol dibinə yığışmışdılar, kəpənəklər, qanadlarını çırpan quşlar...Yuxarıda, budaqların üstündə oturub onu silkələyən tərbiyəsiz meymunlar min oyun çıxarırdılar, əbəs yerə qışqırırdılar, bir az nizam-intizamlıları, tərbiyəliləri isə aşağıda meyvə toplayırdılar, səbətə qoyur, yenidən ağaca dırmaşırdılar. Bir azdan, bir az da irəli getdikdən sonra elə bil ağacların arası qəfil yarıldı, balaca komalar, evlər göründü. Bu tikililər ən fərqli mədəniyyət tiplərini təmsil edirdi – komadan tutmuş yurtlara qədər, burada ənənəvi çay evlərini də görə bilərdin, halbuki onların arasında ən müasir üslubla inşa edilmiş evlərə də rast gələrdin: propilendən tikilmiş, hava ilə doldurulmuş tikililər, beton binalar, avtomobil furqonları-yedəklər və hətta «Aljeko» firmasının bir modulu. Onlardan hər birinin iki fərqləndirici xüsusiyyəti vardı. Əvvəla, onların hamısı kiçik ölçüdə idi, elə bil ki, bunları bir, ən çoxu iki nəfərin yaşaması üçün layihələndirmişdilər. İkincisi, demək olar ki, təkərlər üsütündə tikilənlərdən başqa yerdə qalanları göz açıb yumunca söküb-quraşdırmaq olardı. Maks bununla bağlı təəccübünü bildirəndə Belyar izah etdi ki, parkın skkinləri köçəri həyat tərzinə üstünlük verir, elə məkanın ölçüləri də buna yetərincə imkan verir. Landşaftın dörd-ətraında səpələnən bu hərəki yaşayış binaları arasında müəyyən məsafə vardı, halbuki artıq oturuşmuş, ağacların budaqları arasında yuva quranlardan bəziləri asma keçidlər quraşdırmışdılar.

Ancaq sakinlərini fərqləndirməyin mümkün olduğu bütün bu tikililəri Maks uzaqdan seyr edə bilirdi.

- Bir balaca yaxınlaşa bilərikmi?

- Yox, - Belyar cavab verdi, - bilmərik. Onları həyəcanlandırmaq olmaz, bunu heç xoşlamırlar. Qazandıqları sakitliyin üstündə əsirlər, bir də ki, siz olsa-olsa müşahidəçi statusuna maliksiniz və mən sizin onlara qarışmanıza yol verə bilmərəm. Sizə yalnız bunu deyə bilərəm ki, onlar əmin-amanlıqda yaşayırlar, üslubunu da özləri seçdikləri evlərində. Bu qayda onları təmin edir. Park çox böyük olduğu üçün, hərə digərinə mane olmadan xoşladığı tərzdə yaşayır. İstədikləri zaman rastlaşırlar. İdman avadanlıqları, qolf və tennis meydançası, təbii su hövzələrində su idman növləri klubları var. Deməliyəm ki, bu sahədə uğurları da az deyil. Bəzən konsertlər və tamaşalar təşkil edirlər, heç kəsi bu tədbirlərdə iştirak etməyə məcbur etmirlər. Hər kəs istədiyini edir. Necə olmasa da sizə hələ tutulmamış yerlərdən birini göstərmək istərdim.

O, Maksı qarşısında ingilis stilində salınmış bağ olan miniatür biçimli kottejə apardı, bağda bərq vuran göyqurşağına bənzər avtomatik suvarma sisteminin sayəsində qızılgül, anemon, floks və lalələr açmışdı.

- Baxın, görün necə gözəldir, - Belyar həyəcanla dedi. – onlar hətta bağ salmaq qayğısına da qalırlar. Görün burda nə qədər meyvə ağacı var, əlini uzat, dər və ye. Ancaq «istədiyin meyvə» deyəndə mən hər şeydən qabaq papayanı nəzərdə tuturam Burada praktiki olaraq fəsillər olmadığı üçün, ya da belə deyək, il təhvil alınmadığı üçün papaya üçün iqlim lap göydəndüşmədir. Qarşısıalınmaz şəkildə, hər yerdə yetişir. Aramızda qalsın, bu meyvə heç xoşuma gəlmir, zəndeyi-zəhləm gedir. Gedək, indi sizə daha ekzotik yerləri göstərəcəyəm, oralarda heç kəs yaşamır. İndi göstərdiklərim qədər rahat olmasalar da, müvəqqəti yaşamaq məqsədinə yarayar, gedək ora.

Maks palıd ağacından dirəklər üstündə tikilmiş komalara heyrətlə baxırdı, yerinə şabalıd ağacından çəkilmiş pol salınmışdı, bu komaların damına küknar yarpaqları salınmışdı, bir sözlə bu dairəvi tikili qamış və bambukdan hazırlanmış , döşəməsinə palma yapaqları döşənmiş, biri-birən keçi tükləri ilə möhkəmləndirilmiş, divarları isə qalın kətanla sarınmış dəyələrə bənzəyirdi.

- Hardasa bu, İnsan muzeyini xatırladır, Belyar şərh verməyə başladı,- başdan-ayağa etnoqrafiyadır. Bir bura baxın.

Doğrudan da, irəlilədikcə vaxtilə Aralıq dənizi sahillərində rastlaşdığı balıqçı komalarını, tryelerləri, dəftər-kitabdan silinmiş vaqonları və təpəsi üstə torpağa quylanmış gəmiləri xatırladan komaları görürdü.

- Görürsünüz, - Belyar dedi, - burada hər şey var, - hər şey. Təki müştəri istəsin.

- Bəli. – Maks razılaşdı, - bəs bütün bunları necə qızdırırsınız?

Belyar gülümsədi.

- Buraların iqlimi ölçülüb-biçilib, nə qızdırıcıya, nə də ventilyatora ehtiyac yoxdu. Bəli, dediyim odur ki, indi siz parkla əlaqədar müəyyən təsəvvür əldə etdiniz. Qalsaydınız bura sizinçün necə də yaxşı olardı. Necə olmasa da sabah sizin məsələ həll edilir.

- Düzdür, - Maks razılaşdı, - qorxduğum odur ki, buralar dəhşətli dərəcədə darıxdırıcıdır.

- Bəli, bu – doğrudan da problemdir. Yaxşı. Artıq gecdir, geri qayıtmaq vaxtıdır.

Yeni mənzilinə sarı geri qayıdarkən Maks dəhlizdə yenidən Dorislə rastlaşdı. Onun yanından keçəndə qadın dayandı və gülümsədi.

- Bir şey lazım deyil ki?!

- Sağ olun, yox, - Maks cavab verdi, - hər şey qaydasındadır.

- Demək parkda oldunuz da, gördünüz oralar necə gözəldir?

- Əladır, - Maks təsdiqlədi, - bəli, doğrudan da söz ola bilməz.

- Hə, indi mən sizi tərk edirəm, bu günkü işimi qurtardım. Gecəniz xeyrə qalsın.

- Gecəniz xeyrə qalsın., - Maks dedi, - yuxunuz şirin olsun.

Onlar bir-biri ilə uzan-uzadı mənalı-mənalı baxışandan və bir-birinin üzünə gülümsəyəndən sonra ayrıldılar. Maks otağına daxil oldu. Ancaq heç üç dəqiqə keçməmişdi ki, qapı döyüldü. Yenə də Doris idi – nəsə qəribə bir bəhanəylə geri qayıtmışdı, guya xadimə nəyisə yaddan çıxarmışdı. Bir neçə dəqiqə ərzində həmin itiyi səmərəsiz şəkildə axtardı, sonra cəld çöndü, özünü saxlaya bilmədi, Maksın ağuşuna yıxıldı. Bəli, günlərin gözəl bir günündə Maks Doris Deyin gülünü dərdi.

18 _________________________


Məhəbbətlə aşıb-daşan gecə. Maks və Doris Dey.

19 _________________________


Ertəsi gün yuxudan gec durdu və yanında heç kəsi görmədi. Gözlərini açmadan bir neçə dəfə səmtini dəyişdi, ötən gecə baş verən hadisələri dumanlı şəkildə xatırladı. Dorisin peyda olması o dərəcədə qeyri-mümkün idi ki, əvvəlcə bütün bunların yuxu olduğunu güman etdi. Nəhayət yuxudan birdəfəlik oyandı, gözlərini açdı, yerindən dik atılıb çapayının üstündə oturdu və dərhal mələfəyə baxdı. Onların vəziyəti açıq şəkildə deyirdi ki, bayaq düşündüyü heç də yuxu deyilmiş. Üzüqoylu çarpayının üstünə uzandı, odeyalı üstünə çəkdi və dərindən, tam razılıqla nəfəsini dərdi. Sonra, beynində ötən gecənin ən yadda qalan məqamlarının canlandırdığı vaxt dayandı. Yadına saldı ki, bu gün Belyarın sözlərinə görə bu gün taleyi həll olunmalıydı.

Maks hökmü gözləyə-gözləyə, bir daha, cərrahi əməliyyatdan sonra olduğu kimi yaşadığı ömür-günü çək-çevir eləməyə başladı. Bu dəfə daha artıq ciddiyyətlə, bütün ciddiyyəti ilə vicdanını sorğu-suala çəkdi, kanonik formaları tətbiq elədi. Beləliklə, bir daha təkrar edək: ömrüm boyu heç kəçi öldürməmişəm, zənnimcə heç kəsi soyub-talamamışam və bildiyiniz kimi heç bir yalan danışmamışam. Çox nadir hallarda and içib. Həmişə bazar günlərimi istirahətə sərf eləmişəm, valideynlərimə gəlincə, zənnimcə əlimdən gələni əsirgəməmişəm. Zinakar olmamışam. Düzdür, bu məsələdə o qədər möhkəm olmasam da ciddi heç nə baş verməyib. Nəhayət, mənim son günümə qədər dəqiq yanaşdığım ilahi məsələ. Allaha həmişə şübhəli, ancaq vicdanla yanaşmışam. Tərəddüd etsəm də, hörmətlə yanaşmışam. Bəli, bu qədər. Razıyam, bəzən bir az artıq içmişəm, ancaq peşəmi nəzərə alsaq, zənnimcə burada üzürlü səbəblər var və bundan başqa, zənnimdə yanılmıramsa, on ehkamda alkaqolla bağlı birbaşa göstəriş olmasın gərək. Daha nə qalır? Ümummən, mənə belə gəlir ki, özümü heç də pis aparmamışam. Hər şey yaxşı olmalıdır. Ancaq bu park ki, var... hələ məlum deyil orada nə yaxşıdır. Yaxşı, yaşayarıq, görərik.

1   2   3   4   5   6   7   8


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azrefs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə