Izahlı lüğət




Yüklə 2.68 Mb.
səhifə27/42
tarix22.02.2016
ölçüsü2.68 Mb.
1   ...   23   24   25   26   27   28   29   30   ...   42

SİNXRONLAŞDIRICI (synchronizator) Kinoda TV-də səs təsvirin sinxronluğunu tənzimləyən, sinxronluq yaradan qurğu, cihaz.


SİNXRONLAŞDIRILMIŞ PARTLAYIŞ (sync burst) – Çox vaxt seytrafer, kinoçəkiliş zamanı işıqlandırma partlayışından istifadə etməklə alınan partlayış. Obtyuratorun açılması ilə eyni zamanda hərəkətə gətirilir. Çəkilişin başlanması ilə partlayışın sinxronlaşdırılması çox vaxt adi elektrikqoşma üsulu və vahid ötürücünün köməyi ilə həyata keçirilir.

SİNXRONLAŞDIRMA SİSTEMİ (locking system) – Təsvirin hissələrə bölünməsi və canlandırılmasının sinxronluğunu və sinfazlığını təmin edən vasitələrin məcmusu. S.s. bir sıra ümumi tələblərə cavab verməli, ilk növbədə isə təsvirin bölünməsi üçün verilən üsul və parametrləri təmin etməlidir. Azərbaycan teleməkanında yayım TV-si üçün bu tələb dövlət standartı ilə sətirlərarası bölünmə, saniyədə 25 kadr olmaqla 625 sətir müəyyənləşdirilmişdir.

SİNXRON RADİOYAYIM (sync broadcasting) – Bir neçə radioyayım stansiyasının bir tezlikdə işləməsi və eyni proqramı yayması. S.r., əsasən orta dalğa diapazonunda aparılır. Bu diapazonda ayrı-ayrı mümkün tezlik kanallarının sayı çox deyil və bir tezlik kanalında işləyən radioyayım stansiyalarının sayı onlarcadır. Bu yayım növü tezlik kanallarından daha səmərəli istifadə etməyə imkan verir, səslənmənin tələb olunan keyfiyyəti yüksək tezlik üzrə daha az müdafiə münasibətləri təqdirində təmin edilir.

SİNXRONUN İTMƏSİ (lock out) Montaj, yaxud efir zamanı danışanın tələffüzü ilə artikulyasiyası (dodaqların hərəkəti) arasında uyğunsuzluq; ekranda təsvirin, yaxud səsin pozulması.


SİNXRON YAZILIŞ (sync recording) – Kinoçəkilişlə eyni zamanda səsin yazılışı. S.y. səsin iri plan da daxil olmaqla aktyorların artikulyasiyası və mimikası ilə tam üst-üstə düşməsini təmin edir və bu cəhətdən çox mükəmməl sayılır.

SİNTAQM (syntagm) – Təyinedici elementlə müəyyən olunan elementin məna və vurğu cəhətdən birləşməsindən ibarət söz və ya söz qrupları; bütöv sintaktik intonasiya və məna vahidi; nitq təqti; sözlərin sintaqmatik birləşməsi. S. bir sözdən, hər cür söz birləşməsindən, sintaktik tərkiblərdən, analitik vahidlərdən, bütöv cümlədən ibarət ola bilər. Mətndən, situasiyadan, danışanın məqsədindən, cümlənin məzmun müxtəlifliyindən asılı olaraq eyni bir cümlə müxtəlif şəkillərdə S.-lara bölünə bilər.

SİSTEM BLOKU (system block) – Kompüterin bütün aparat hissəsini, yəni qida blokunu, sərt və çevik disklərdə yaddaşı, videoadapteri, giriş-çıxış portlarını, həmçinin ən mühüm tərkib hissə olan "ana plata"sını özündə cəmləşdirən gövdə. Bundan əlavə S.b.-nda əlavə olaraq faks-modem (daxili), multimedia vasitələri (disk, səs kartı), şəbəkə kartı və s. qurğular da yerləşə bilər. Kompüterin modelləri dəyişdikcə S.b.-un xarici görünüşü də dəyişir.

SİTAT (citation/quotation) – 1) Bir mətndən və ya şəxsin dilindən eynilə alınıb işlədilən dil vahidləri, iqtibas; öz fikrini təsdiq və sübut etmək, qüvvətləndirmək, yaxud birisinin müddəalarını təkzib etmək üçün bir müəllifin əsərindən və ya sənəddən eynilə götürülən parça, hissə; 2) Verilişlərdə hər hansı hadisənin, yaxud fikrin doğruluğunu təsdiq etmək məqsədi ilə səlahiyyətli şəxsin, yaxud ekspertin istinad kimi gətirilən sözləri. S.-dan daha çox istinad etmək, informasiyaya mötəbərlik, aydınlıq gətirmək məqsədi ilə istifadə olunur.

SİTKOM (sitcom situation comedy) – Vəziyyətlər komediyası. Seriyalar və seriallarla yanaşı, kütləvi videoəyləncə mədəniyyəti üçün səciyyəvi növ kimi qiymətləndirilən populyar TV janrı.

SİTUASİYA (situation) – Həyatda və incəsənətdə dramatik konfliktin inkişaf etdiyi müəyyən şəraitin, vəziyyətin məcmusu. S. ictimai münasibətlərdən, ziddiyyətlərdən, bir-birinə əks meyllərin, baxışların, niyyətlərin toqquşmasından asılıdır. Ziddiyyətlərin xarakteri S.-ların (fəci, komik və s.) xarakterlərini müəyyən edir.

SİYASİ ŞƏRHÇİ (news analist) – Ölkədə və dünyada baş verən mühüm siyasi hadisələrin mahiyyətini şərh edən şəxs; ictimai-siyasi məsələlərin şərhi üzrə ixtisaslaşmış jurnalist.

SKAYNER (scanner) – 1) Mətnlərin, təsvirin (fotonun) və digər qrafik cizgilərin kompüterə verilməsini (klaviaturasız) təmin edən qurğu; 2) Müşahidə olunan məkanın tapşırıq verilən zonasında informasiyaya şüa baxışı üçün qurğu. Naşirlərin lüğətində scan sözü qəzet, yaxud digər çap mətninə baxışı, TV sahəsində təsvirin təhlilini, parçalanmasını, yaxud elementlər, nöqtələr üzrə açılmasını bildirir. Ən geniş yayılmış iki növ S. mövcuddur: əl ilə işləyən (hand-held) və stolüstü (desktop). İkinci növ S. daha geniş yayılmışdır.

SLOQAN (slogan) – Bax: Ş ü a r.

SOLO (solo) – 1) Bir musiqi aləti və ya bir səs üçün yazılmış musiqi əsəri və ya həmin əsərdən bir parça; 2) Bir nəfər tərəfindən ifa edilən rəqs, mahnı.

SONLUQ (epilogue) – Kinofilmin nəticədən (zavyazkadan) sonra gələn tamamlayıcı hissəsi.
1   ...   23   24   25   26   27   28   29   30   ...   42


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azrefs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə