Izahlı lüğət




Yüklə 2.68 Mb.
səhifə22/42
tarix22.02.2016
ölçüsü2.68 Mb.
1   ...   18   19   20   21   22   23   24   25   ...   42

RAKURS ÇƏKİLİŞLƏRİ (fore-shortened shooting) – Müasir filmlərdə hərəkət edən kameralarla dəyişən fokus məsafəli optika ilə yerinə yetirilən çəkilişlər; Xeyli perspektivli ixtisarlara gətirib çıxaran bucaq altında çəkilişlər. R.ç. çəkilən obyektə xüsusi əhəmiyyət, xüsusi səciyyə vermək istədikdə tətbiq olunur. R.ç.-ndən klip, reklam və sənədli filmlərin çəkilişində tez-tez istifadə olunur.


RAPİD-ÇƏKİLİŞ (rapid shooting) – Sürətli kinoçəkiliş: saniyədə yüz və minlərlə tezlikli kadr çəkilişi; bəzən yavaşıdılmış hərəkət effekti yaradan çəkiliş üsulu. Bu effekti həm kamera ilə çəkiliş anında, həm də montaj zamanı yaratmaq mümkündür.

RASTRIN ELEKTRON AÇILMASI (electronic raster scanning) – İki ölçüdə skanlaşan ləkələrin hərəkətini elektron vasitələrlə açma üsulu.

RASTR QRAFİKASI (bitmapped graphics) – Təsvirin bit kartlar, yaxud mozaik nöqtələr toplusu şəklində verildiyi cədvəl. R.q.-ndakı hər nöqtə işığın əhəmiyyətinə (və intensivliyinə) uyğun gəlir. Vektor cədvəlindən fərqli olaraq R.q.-nda təsviri sərbəst şəkildə böyütmək olmaz, çünki bu əməliyyat görüntünün keyfiyyətinin itirilməsinə səbəb olar.

RATSİYA (ratio) – Əldə gəzdirilməsi (səyyar) mümkün olan mini radiostansiya.

REAL (real) – Həqiqi, doğru, gerçək; həyati, həyata keçirilə bilən; əməli, praktik, həqiqi şəraiti nəzərə alan.

REAL VAXTDA VİDEO (real time video) – Real vaxt kəsiyində hərəkətli videotəsvirlərin rəqəmləşdirilməsi üsulu. Bu üsul zamanı mümkün maksimal həll 128x120 təsvir nöqtəsi təşkil etdiyinə görə videotəsvirin az əhəmiyyətli detalları haqqında informasiya itir.

REAL VAXT HESABLAYICISI (real-time counter) – Real vaxt miqyasında işləyən və lent üzərində videofraqmenti müəyyənləşdirməyə xidmət edən hesablayıcı qurğu. Ünvan-vaxt kodundan (ÜVK) fərqli olaraq R.v.h. lentdəki konkret kadrla əlaqədar olmur.

REAL VAXT REJİMİ (real time rejime) – Təsvir sahəsində davam edən görünmə (təzahür) dinamikasına (təsvirin tədricən peyda olması) müdaxilə etmədən təzahürlərin və verilən tapşırıqların (ölçülərin) qeydə alınmasını təmin edən rejim.

REAL ZAMAN KODU (real time code) – Materialın montaj prosesini asanlaşdırmaq və sürətləndirmək məqsədi ilə operatorun çəkilişdən əvvəl saatla qoyduğu işarə. R.z.k. montaj vaxtı lentdə istənilən kadrın (təsvirin) yerini operativ tapmağa imkan verir.

REDAKSİYA (editorial staff/editorship/editorial office) – Qəzet, jurnal, kitab və s. çapa hazırlayan yaradıcı-inzibati qurum, verilişin efirə hazırlanmasına məsul olan struktur vahidi; nəşriyyatın əlyazmaları çapa hazırlayan şöbəsi; idarə.

REDAKSİYA HEYƏTİ (editorial board) – Qəzet, yaxud jurnalın faəliyyətinə rəhbərlik etmək, onun problemlərini müzakirəyə çıxarmaq üçün redaksiyada yaradılan kollegial orqan. R.h.-nin sayı, səlahiyyəti və vəzifələri Azərbaycan Respublikasının «KİV haqqında Qanun»unda və redaksiyanın Nizamnaməsində öz əksini tapmışdır. Bəzən R.h. nəşrin bütün fəaliyyətinə məsuliyyət daşıyır, bəzən isə məşvərət xarakterli olur. R.h.-nin tərkibinə, adətən, baş redaktor, onun müavinləri, məsul katib, əsas şöbələrin müdirləri, redaksiyanın kommersiya direktoru daxil olur. Dövlət TV-sində bu qurumu kollegiya, özəl TV-lərdə isə proqram şurası, yaxud bədii şura əvəz edir.

REDAKTƏ ETMƏK (edit/word) – Mətni yoxlayıb düzəltmək, sonuncu dəfə işləyib çapa hazırlamaq.

REDAKTOR (editor) – Efir üçün hazırlanan verilişə cavabdeh olan, verilişin ideoloji istiqamətindən tutmuş, fakt və informasiyaların dəqiqliyi üçün məsuliyyət daşıyan şəxs; çap olunan əsərə rəhbərlik edən, onun məzmununu təsdiq edən adam.

REİLİTİ-ŞOU (reality show) – Məhkəmə, tibbi, kriminal problemlərlə bağlı teleproqram tipi. R.ş. Qərb TV-lərində geniş yayılmışdır.

REJİM ÇƏKİLİŞİ (lockup shooting) – Gün batma anında xüsusi təsviri effekt almaq məqsədi ilə aparılan kinoçəkiliş.

REJİSSOR (producer) – Ekranda müəllif ideyasını gerçəkləşdirən əsas yaradıcı sima; TV, radio, kino və teatr əsərlərində dramaturji gedişi müəyyənləşdirən, əsas mizanları verən, bütövlükdə əsərin tərtibinə və quruluşuna rəhbərlik edən şəxs; bədii rəhbər. Konkret bir filmin çəkilişi ilə bağlı yaradıcılıq və istehsalat işinə başçılıq edir. R. ssenari əsasında filmin, tamaşanın, verilişin ideya-bədii düşüncəsini müəyyənləşdirir və onu aktyorların, operatorların, rəssamların, bəstəkarların, eləcə də quruluşun digər iştirakçılarının birgə işinə rəhbərlik etməklə tam hala salır.

REJİSSOR ASSİSTENTİ (assistant producer) – Bax: A s s i s t e n t.

REJİSSOR KANALININ KODU (sue code) – Videomontaj üçün rejissor kanalının maqnit nişanı.

REJİSSOR SSENARİSİ (script of production) – Filmin məzmununu açmaq və onun gerçəkləşdirilməsi üçün rejissorun ssenari üzərində apardığı yaradıcılıq işi. R.s. ədəbi ssenari (yaxud, libretto) əsasında işlənir. Bu ssenaridə bütün film epizodlar və kadrlar üzrə bölünür, eyni zamanda hər kadrın uzunluğu (metrlə), məzmunu, musiqi və səs effektləri ilə müşayiəti ayrıca göstərilir. Başqa sözlə, R.s.-ndə filmin hansı parçalardan (epizod və kadrlardan) yığılacağı, hər kadrda nəyin təsvir olunacağı və necə çəkiləcəyi aydın göstərilir.
1   ...   18   19   20   21   22   23   24   25   ...   42


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azrefs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə