Izahlı lüğət




Yüklə 2.68 Mb.
səhifə14/42
tarix22.02.2016
ölçüsü2.68 Mb.
1   ...   10   11   12   13   14   15   16   17   ...   42

KİNOXRONİKA (news reel/topical film) Mühüm əhəmiyyət kəsb edən, ictimai həyata – siyasi, elmi və mədəni həyata dair hadisələrin kinolentə çəkilməsi və uzun müddət saxlanması.

KİNOJURNAL (news reel) – Bax: S ə n ə d l i k i n o.


KİNOKADR (still) – Kinofilmin bir səhnəsinin fiksə edildiyi ayrıca epizod.

KİNO KADRININ KOMPOZİSİYASI (film composition) – Kadrın ayrı-ayrı elementlərinin vahid bədii tamda ahəngdar şəkildə birləşdirilməsi. Həmin vahid tamda konkret görüntü formasında kadrın məzmunu verilir. Xətti düzüm, işıq, tonun seçimi, çəkilişin məna və görüntü mərkəzinin yerləşməsi, xətti və ton perspektivindən istifadə – təsviri kompozisiyanın bütün bu əsas elementləri onların qarşılıqlı məna əlaqəsində birləşir və istifadə olunur, eyni zamanda bunlar kadrın ideyasının daha tam, daha dərindən açılmasına kömək edir.

KİNOKAMERANIN KADR PƏNCƏRƏSİ (camera picture aperture) – Bax: P r o y e k s i y a a p a r a t ı.

KİNOKLUB (cinema club) – Kinotamaşaçıların və kino sənəti həvəskarlarının kütləvi təşkilatı. K. üzvlük haqqı hesabına maliyyələşdirilir. «7-ci incəsənət dostları» adlı ilk K. 1920-ci ildə Fransada kinotənqidçi R.Kanudonun təşəbbüsü ilə yaradılmışdır.


KİNOKONSERT (film concert) – Ayrı-ayrı konsert (musiqi) nömrələrindən ibarət film. Musiqili filmin bu janrı öz bədii özfəaliyyət kollektivləri olan klubların, mədəniyyət sarayları və evlərinin kino həvəskarları kollektivləri üçün məqbuldur.

KİNOKÖÇÜRMƏ APARATI (recorder) – Təsviri və fonoqramı kinolentə köçürən aparat. Çap üsuluna görə kontaktlıoptik növləri var (birincidə kinoplyonkalar bir-birinə kip sıxılır, ikincidə isə aralı qoyularaq obyektivlə proyeksiyalanır). K.a.-nda kinolent fasiləsiz və fasiləli (kəsik-kəsik) hərəkət edə bilər.

KİNOQEYDİYYAT (frame by frame shot) – Hər hansı prosesin intervallarla kadr-kadr çəkilişi, yaxud cihazlar qrupu dərəcələri ilə birgə çəkiliş.

KİNO QURĞUSU (film projector) – Kinofilmləri nümayiş etdirmək üçün avadanlıq kompleksi. İstifadə şəraitinə görə stasionar və səyyar olur. Bax: S ə y y a r k i n o q u r ğ u s u.

KİNOLENT (film/tape) – Səthində bir neçə nazik təbəqə olan polimer plyonkadan ibarət elastik çoxlaylı lent. Kinolentin nəqli üçün kino aparatının lentdartan mexanizmlərində onun kənarlarına bir və ya bir neçə sıra gözlüklər açılır. K. ümumiləşdirilmiş termindir, buraya kinoplyonka, kinofilm, film nüsxəsi və s. daxildir. Bax: K i n o p l y o n k a.

KİNOLENTİN AŞKARLANMASI (film develop) – Bax: A ş k a r l a m a.

KİNOLENTİN FORMATI (tape format) – Kinolentin eninə görə millimetrlərlə ölçüsü.

KİNOLENTİN İŞLƏNMƏSİ (film processing) – İşlənmənin texnoloji proseslərinin məcmusu (aşkarlama, fiksə və s.). Həmin proseslər nəticəsində lentdə çəkiliş obyektinin hazır neqativ, yaxud pozitiv təsviri, eləcə də yazılmış, ya da çap olunmuş optik fonoqramın təsviri alınır.

KİNOLENTİN NƏMLƏNMƏSİ (picture dew) – Nəmləndirmə buxarının kinolentə təsiri. Bunun nəticəsində kinolentin fiziki-mexaniki xassələri qismən bərpa olunur. K.n. tez köhnəlmənin qarşısını almaq üçün uzunmüddətli saxlanıb, mühafizə edilməsi zamanı tətbiq olunur. Film quru yerdə saxlandıqda lent kövrəkləşir və asanlıqla qırılır. Ona görə də K.n. prosesi vacib sayılır.

KİNOLENTİN SƏTHİNİN ZƏDƏLƏNMƏSİ («YAĞIŞ») (film strach "rain") – Kinolentin səthində cızıqlar, sürtülmələr şəklində mexaniki zədələr. Bunlar kinofilmin nümayişi zamanı təsvirin və səsin güclü təhrifinə səbəb olur.

KİNOLENTİN SIXILMASI (picture compression) – Kinolentdə gedən və onun həndəsi ölçülərini, fiziki-mexaniki xassələrini dəyişən fiziki-kimyəvi proses.

KİNOLENTİN SÜRƏTİNİN SABİTLƏŞDİRİCİSİ (film speed stabilizator) – Yazılış, yaxud səsləndirmə zamanı yazı daşıyıcısının (fonoqramın) sürətinin titrəyişini məhdudlaşdıran qurğu.

KİNOLENTİN YUYULMASI (picture washing) – Fiksajlamadan sonra emulsiya təbəqəsində qalan fiksələşdirici məhlulun, yaxud bu və ya digər emal prosesindən sonra suda həll olan maddələrin təmizlənməsi.

KİNOLENTLƏRDƏ LƏKƏLƏR (tape fault/blemishes) – Neqativlərdə və pozitivlərdə səhv aşkarlama zamanı əmələ gələn və lentin ayrı-ayrı sahələrində, yaxud bütün səthində yaranan bu və ya digər boyanma ilə ifadə olunan qüsur.

KİNOLENTLƏRİN MÜHAFİZƏSİ (film proservation) – Emulsiyada və altlıqlarda mühafizə etdikdə kinolentin xassələrinə əhəmiyyətli dərəcədə təsir göstərən proseslər baş verir. Dəyişiklik altlıqdan daha çox fotoqrafik emulsiyada özünü göstərir. Bu proseslər köhnəlmə adlanır – işığahəsssaslıq azalır və örtüyün sıxlığı artır. Bu cür dəyişikliklər lent hazırlandıqdan sonrakı ilk 2-4 ayda xüsusilə nəzərə çarpacaq şəkildə baş verir.
1   ...   10   11   12   13   14   15   16   17   ...   42


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azrefs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə