İXTİsas: Maliyyə qrup: 636 kurs: III kafedra: İqtisadi nəzəriyyə FƏNN: Xarici iqtisadi siyasət referat mövzu: Xarici iqtisadi əlaqələrin əsası




Yüklə 135.78 Kb.
tarix20.04.2016
ölçüsü135.78 Kb.
AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ

BAKI BİZNES UNİVERSİTETİ
FAKÜLTƏ: İqtisadiyyat və idarəetmə
İXTİSAS: Maliyyə
QRUP: 636
KURS: III
KAFEDRA: İqtisadi nəzəriyyə
FƏNN: Xarici iqtisadi siyasət


REFERAT
Mövzu: Xarici iqtisadi əlaqələrin əsası
Müəllim: Dadaşov İlham
Tələbə: Astanov Ruslan
Bakı-2012


Plan:



  • Beynəlxalq iqtisadi əlaqələrin obyektiv zəruriliyi və nəzəri əsasları




  • Xarici ticarət-iqtisadi əlaqələri şərtləndirən amillər




  • Xarici iqtisadi siyasətin həyata keçirilməsi istiqamətləri


Giriş

Müasir dövrün başlıca qanunauyğunluqlarından biri dünya ölkələrinin inkişafının ,günü-gündən tamlaşan və özü-özünə inkiçaf edən system kimi formalaşan dünya iqtisadiyyatından asılılığının artmasıdır.Bu proses ictimai istehsalın inkişafının daha yüksək səviyyəsi olan çox tərəfli və mürəkkəb iqtisadi münasibətlərdən ibarət olan xarici iqtisadi əlaqələrin yaranmasına gətirib çıxarmışdır.Dünya iqtisadiyatının inkişafında iştirak edən ölkələr bu prosesdə təbii olaraq müxtəlif rollar yerinə yetirməklə yanaşı,eyni zamanda müxtəlif vəzifələri həll edirlər.Qeyd etmək lazımdır ki,bu ölkələrin hər birinin ən başlıca məqsədi-bəşəriyyətin malik olduğu məcmu iqtisadi potensialdan maksimum üstün istifadə etməkdir.Bununla yanaşı hər bir ölkənin beynəlxalq əhəmiyyəti,o ölkənin iqtisadi potensialı,dünya əmtəə və xidmətlər istehsalında rolu,texnoloğiyasının,maliyyəsinin dünya iqtisadi sistemində payı ilə müəyənləşir.

Dünyada iqtisadi proseslərin getdigcə daha yüksək səviyyədə beynəlmiləlləşməsi və iqtisadi inteqrasiyanın daha da artdığı müasir şəraitdə bu proseslərin məzmununu təşkil edən beynəlxalq iqtisadi münasibətlərin araşdırılması,onun inkişaf meyllərinin müəyənləşdirilməsi hər bir ölkə üçün mühüm aktuallıq kəsb etdiyini nəzərə alsaq,yeni müssəqillik əldə etmiş və dünya təsərüfatına inteqrasiya olunmaq xətti götürmüş Azərbaycan Respublikası üşün xüsusilə aktual olduğunu qeyd etməliyik.

Beynəlxalq iqtisadi münasibətlər,beynəlxalq əmək bölgüsünə əsaslanan müxtəlif dünya ölkələrinin milli iqtisadiyyatları arasında yaranan elmi-texniki,istehsal,ticarət,maliyyə-valyuta,pul-kredit və informasiya münasibətlərindən ibarət olan müxtəlif təsərüfatçılıq münasibətləri sistemi kimi özünü göstərir. Beynəlxalq iqtisadi münasibətlər təsərüfatçılıq həyatının inkişafının ümumi qanunauyğunluqları əsasında inkişaf etsə də,özünə məxsus əsaslı xüsusiyyətlərə malikdir:

-təsərüfatçılıq münasibətləri milli sərhədlərin çərçivəsindən kənara çıxan daha geniş əraziləri əhatə edir;

-tərkibi və həcminə görə yeni əlavə ehtiyatlar iqtisadi dövriyyəyə cəlb edilir;

-beynəlxalq miqyasda ayrı-ayrı ölkələr xaricinə istehsal amilləri və onun nəticələrinin yerləşdirilməsi baş verir;

-belə dünya təsərüfatçılıq əlaqələrini təmin edən xüsusi (maliyyə,valyuta, kömrük və i.a.)alətlər və mexanizmlər fəaliyyət göstərir;



- yaradılan beynəlxalq və milli ,xüsusi təşkilatı strukturların iştirakı və köməkliyi ilə bu ölkələr arasındakı iqtisadi əlaqələr həyata keçirilir və tənzimlənir.Belilklə, müasir şəraitdə hər hansı ölkə ümumbəşəri nailiyyətlərə əsaslanaraq özünün milli iqtisadiyyatını sürətlə inkişaf etdirmək,ölkə əhalisinin maddi rifah halını yüksəltmək istəyirsə,onda beynəlxalq iqtisadi münasibətlərin iştirakçısına çevrilməli və xalqın milli mənafelərini daha yüksək səviyyədə əks etdirən mövqe qazanmalıdır.Bu məqsadə nail olunması isə beynəlxalq itisadi münasibətlərin daha dərindən və inkişafda öyrənilməsini tələb edir Xalqlar və ölkələr arasında beynəlxalq ticarətin nəzəri cəhətdən əsaslandırılması və onun mövcud olmasının səblərinin izah olunması beynəlxalq ticarətin mövcudliöundan çox-şox sonra yaranmışdır.Əvəlcə ölkələr arasında uzunmüddətli, sabit ticarət mövcud olmuşdur.Beynəlxalq ticarətə ilk öncə iki prinsipial yanaşma formalaşmışdır.Birincisi,azad ticarətdir ki,bu beynəlxalq ticarətin məhdudiyətsiz həyata keçirilməsini nəzərdə tutur.İkincisi isə,himayəçilikdir(proteksionizm) ki,burada milli iqtisadiyatın mənafelərini müdafiə etmək məqsədilə beynəlxalq əmtəə dövriyyəsinə dövlətin müdaxilə etməsi əsaslandırılır.Bu iki yanaşma birincinin üstünlüyü ilə bu günədək tətbiq olunmaqdadır.Xarici ticarətin mahiyyətinn və məqsədlərinin müəyyənləşdirilməsinə ilk dəfə hələ feodalizmin dağılmağa başladığı və kapitalizmin meydana gəldiyi XU-XUİİ əsrlərdə merkantilistlərin iqtisadi təlimlərində cəhd olunmuşdur.Merkantilizm məktəbibin görgəmli nümayaəndəsi A.Monkretyenin fikrincə, xarici ticarətin başlıca məqsədi sərvətin ən mühüm forması olan qızıln və qiymətli metalların ölkəyə gətirilməsinə xidmət etməkdir.Çünki dövlətin başlıca vəzifəsi ölkənin qizil ehtiyatını artırmaqdır və xarici ticarət bu vəzifəni yerinə yetirməlidir.Bu məqsədlə ölkədən xaricə qızıl çıxarılması qanunla qadağan olunurdu.Bü siyasət uzun müddət Avropada geniş tətbiq olunmuşdur və xarici ticarətə dövlətin müxtəlif variantlarda müdaxiləsini( ilkin və yetgin merkantilizm )nəzərdə tuturdu.Ticarət siyasəti ixracatı müxtəlif formalarda həvəsləndirməklə yanaşı gömrük rüsumları təyin etməklə idxalı məhdudlaşdırmağa xidmət edirdi.Kapitalizmin sürətli inkişafı,daxili bazarların məhdudluğu və proteksionist siyasətin ümumi inkişafa mane olduğunu ortaya qoydu.Beləki,hər bir ölkə yüksək gömrük rüsümları təyin edərək öz milli iqtisqdiyyatını qorumaq cəhdləri,sonda ölkələr arası ticarətin məhdudlaşmasına və onlar arasında ziddiyyətlərin yaranmasına gətirib çıxarırdı.Digər tərəfdən iri maşınlı sənayaenin meydana gəlib inkişaf etməsi nəticəsində mübadilə saferasına külli miqdarda əmtəələr çıxzrılırdı ki buları satmaq üçün daxili bazarlar kifayət etmədiyindən yeni siyasətə keçmək obyektiv reallığa çevrilmişdi.Belə bir siyasət xarici ticaərətdə azadlığı və sərbəstliyi nəzərdə tuturdu ki, bu da dövlətin bu sferaya müdaxilə etməməsi demək idi .Azad ticarət siyasətinin nəzəri əsaslarını klassik ingilis siyasi iqtisad məktəbibnin görkəmli nümayəndələri A.Smit və D.Rikardonun iqtisadi təlimləri təşkil edirdi. Klassik ingilis siyasi iqtisad məktəbinin nümayəndələri A.Smit, D.Rikardo və D.S.Mill öz iqtisadi baxışlarında xalqları əmtəə və xidmətlərlə təmin edən maddi isehsalın müəyyənedici rolundan çıxış edirdilər.Eyni zamanda onlar hesab edirdilər ki, istehsalın baş tutması və daha sürətlə inkişafı təbii amillərlə müəyən olunur.,Bu amillərdə üstünlüyə malik olmaq u və ya digər istehsalın aparılmasına və xaricə ixracına daha əlverişli şərait yaradır.”Təbii əmək bölgüsünə”əsaslanan yanaşma bü gün də klassik məktəbin davamçılarına xasdır.A.Smitə görə,azad ticarət prinsipi ölkəyə imkan verir ki,öz gücünü digər ölkələrdən daha keyfiyyətli və daha ucuz istehsal edə bildiyi məhsul və xidmətin istehsalı sahələrinə yönəltsin.Nəticədə qərarlaşan əmək bölgüsü mübadilənin artmasına və beynəlxalq ticarətin inkişafına səbəb olmaqla iştirakçıların hamısının səmərə əldə etməsinə gətirib çıxarır.A.Smitə görə belə üstünlük hər bir ölkənin müvafiq məhsul istehsalına mütləq məsrəflərindəki fərqlə(məhsul vahidi istehsalı üçün tələb olunan iş saatları) müəyyən olunur.Məs.şərabı Fransada və Portuqaliyada daha ucuz istehsal etmək olar nəinki Şotlandiyada istixanalarda.Mütləq üstünlüyə malik olmadığı məhsülların istehsalından imtina edərək ,üstünlüyə malik olduğu sahələrə öz gücünü cəmləşdirməklə ümumi istehsalın həcminin artmasına və mübadilənin inkişafına səbəb olur.A.Smitin müdiaları istehsal texnologiyasının tətbiqindən irəli gələn,əldə olunmuş üstünlüklə zənginləşdirildikdə daha da inkişaf etmiş olur. Qeyd olunan “mütləq üstünlük” iki müqayisə olunan ölkə arasında natural formada əmtə mübadiləsi ilə əlaqədar olsada pul tədavülünü tətbiq etdikdə də öz nəzəri əhəmiyyətini doğruldur.D.Rikardo özündən əvəlki beynəlxalq ticarət haqqındakı nəzəriyələri ümumiləşdirərək bir az da irəli getmişdir.O, A.Smitin baxışlarının doğruluğunu qəbul etsə də onu xüsusi hal kimi qiymətləndirmişdir.
1.Beynəlxalq iqtisadi əlaqələrin obyektiv zəruriliyi və nəzəri əsasları.

Dünya təcrübəsi göstərir ki, ölkələr arasında iqtisadi əlaqələr daima artır və genişlənir. Bu prosesin obyektiv əsasları aşağıdakılardır:



  1. Ümumdünya əmək bölgüsü

  2. Təsərrüfat həyatının beynəlilləşməsi

Özünün iqtisadi maraq və mənafe dairəsindən axış edən hər bir dövlət həmişə başqa dövlətində iqtisadi əlaqələr yaratmağa ehtiyac hiss edir. Ideoloji, siyasi, dini və iqtisadi fərqlər dünya dövlətlərinin inteqrasiyasının qarşısını almaq iqtidarında olmaq. Çünki, bu inteqrasiya prosesinin əsasında dünyanın bütün iqtisadi, elmi-texniki potensialını, intelektual fikrini texnoloji sıçrayış üçün səfərvər etmək, insan ağlının yüksək nəticələrindən bəşəriyyət naminə istifadə etmək zəruriyəti dayanır.

Müasir dünyanın vəhdətini, dünya xalqlarının birliyini şərtləndirən amillər sırasına bəşəriyyəti narahat edən aşağıdakı qlobal problemləri aid etmık lazımdır.



  1. Nüvə müharibəsinin qarşısının alınması

  2. Zəif inkşaf etmiş ölkənin iqtisadi geriliyinin aradan qaldırılması.

  3. Dünya enerji, ərzaq, xammal və demoqrafiya problemlərinin həlli.

  4. Kosmos və dünya okeanı sərvətlərinin dinc məqsədlər üçün istifadə edilməsi.

  5. Təhlükəli xəstəliklərin müalicəsi və aradan qaldırılması və s.

Bu məqsədlərin həyata keçirilməsi böyük iqtisadi biliklərin yaranmasına, məhsuldar qevvələrin beynəlmilləşməsinə səbəb olur.

Dünya ölkələri bir-biri ilə iqtisadi əlaqələrin müxtəlif formalarından istifadə edirlər. Xalqların ın çox istifadə etdiyi, mənəvi əlaqə forması xarici ticarətdir. Xarici ticarət hər bir dövlətin iqtisadi fəaliyyətində mühüm yer tutur.

Bu baxımdan iqtisadi fəaliyyətə dair xarici ticarət nəzəriyyəsi klassik məktəbin nümayindəsi. Ingilis iqtisadcısı D.Rikardo tərəfindən işlənib, hazırlanmışdır.


  1. İqtisadi resurslar-təbii, insan və sərmayə ehtiyatları ülkələr arasında qeyri-bərabər bölünmüşdür.

  2. Müxtəlif əmtələrin səmərəli istehsalı texnologiya və resursların kombinasiyasını tələb edir.

  3. Ölkələr arasında resursların mütəbərrikliyi aşağıdır.

Ona göre də, xarici ticarət resursların beynılxalq mütəbərrikliyi əvəzləyicisi kimi ortaya çıxır.

Xarici ticarətin nəzəri müddə alan dünya təcbübəsi sınaqlarından keçmiş müasir ümümdünya təcrübəsində özünü tam subut etmişdir. Məs.: Yaponiya yüksək seviyyəli ixtisaslı işcilərə malikdir. Burada ixtisaslı əmək çox, təbii resurslar isə məhduddur. Ona göre də Yaponiyada az material tutumlu lakin yüksək ixtisaslı əmək tələb edən sahələr istehsal səmərəlidir. Əksinə Avstraliya böyük torpaq sahəsinə, lakin az insan və kapital resurslarına malikdir. Ona göre də burada kənd təsərrufatı mıhsulları-taxıl, yun, ət və s. istesalı ucuzdur.

Dünya ölkələrinin iqtisadi əlaqələrinin əsasını təscil edən obyektiv meyarlarla qiymətləndirdikdə Azərbaycanın dünya iqtisadi inteqrasiyasına qovuşmasını şərtləndirən amilləri aşağıdakılara ayırmaq olar:

1.Coğrafi baxımdan Azəerbaycanın torpaq iqlim şəraitinin əlverişliyi. Qərb və Şərq, Şimal və Cənub arasında əlaqələrin yaradılmasında Azərbaycan ərazisi mühüm rol oynayır. Azərbaycandan dünya ticarət və hava yollarına asanlıqla çıxmaq imkanları vardır. Xarici iqtisadi əlaqələrin inkişafı üçün yüksək səviyyədə inkişaf etmiş nəqliyyat və infrastruktura sistemi ticrət-iqtisadi əlaqələri səmərəli aparmaq üçün əlverişli şərait yaradır, xarici iqtisadi əlaqələrin yaradılması üçün əlavə xərclər tələb olunmur.

2.Respublikanın zəngin təbii xammal və əmək ehtiyatlarına malik olması.

3.İnvestisiya-kapital resurslarının məhdudlugu və çatışması.

4.Txniki-texnoloji potensialın aşağı olması və onlara kəskin ehtiyac olması.

5.azerbayan iqtisadiyatının mövcud vəziyyəti eledir ki, ölkə əhalisinin bütün məhsul növlərinə olan ehdiyaclarını öz istesalı hesabına tımin etmık imkanına malik deyildir. Ona görə də xarici ticarətin Azərbaycanın iqtisadi inkişafında rolu böyükdür.



6. Müstəqil azərbaycanın siyasi durumu Azərbaycan dövlətinin müstəqilliyini qorumaq və möhkəmləndirmək zərurəti.

Az-nın əldə etdiyi siyasi istiqlalımöhkəmlətmək üçün xarici ölkələrlə iqtisadi əməkdaşlıq həm siyasi həmdə iqtisadi cəhətdən çox vacibdir. Az-n dünya təsərrüfatının tərkib hissəsinə çevrilməklə, iki dövlətlərin maraq dairəsinə daxil olunur. Həmin ölkələr isə öz maraqlarıni təmin etmək üçün Azərbaycanın siyasi müstəqilliyinin qorunub saxlanılmasında maraqlıdır. Digər tərəfdən beynəlxalq iqtisadi əməkdaşlığın üstünlüklərindən istifadə edərək respublika öz iqtisadi problemlərini həll etmək imkanı qazanır. Müasir dövrün ən mühüm əlaməti ,müxtəlif ölkələrin iqtisadiyyatlarının qarşılıqlı asılılığının güclənməsi,makro və mikro səviyyələrdə inteqrasiya proseslərinin inkişafı, sivilzasiyalı ölkələrin intensiv surətdə qapalı milli iqtisadiyyatdan açıq tipli iqtisadiyyata keçməsindən ibarətdir.Bütün bunlar dünya təsərrüfatının iqtisadi inkiçaf qanunauyğunluqlarından irəli gəlir.Dünyanın müxtəlif regionlarında inteqrasiya proseslərinin inkşafı üçün güclü stimul dünyanın bir-biri ilə mübarizə aparan iki əks qütbə parçalanmasına son qoyulmasından gəldi.İqtisadiyyatın idarə edilməsinin inzibati-amirlik sisteminə aid olan planlı iqtisadiyat tipli milli iqtisadiyatların aradan çıxması nəticəsində dünyada demək olar ki, eyni iqtisadi bazisə əsalanan ölkəlrdən ibarət şərait yarandı.Bazar mexanizmlərinin tətbiqi və neoliberal islahatların aparılması zərurətinin dərk edilməsi daha da genişləndi.Çox böyük həcmdə vəsait və güc tələb edən elmi-texniki tərəqqi də inteqrasiyanı gücləndirdi.İqtisadiyyatın beynəlmiləlləşməsinin artıdğı şəraitdə,təsərrüfatçılıq fəaliyyətinin təşkilinin milli-dövlət forması onun səmərəliliyini məhdudlaşdırır.Təsərrüfatçılığın beynəlxalq təşkilinin yeni formaları,yeni inkişaf yolları axtarılır.Təsərrüfatçılıq həyatının beynəlmiləlləşməsi,xalqlar və ölkələr arasında sabit təsərrüfat əlaqələrinin inkişafı,təkrar istehsal prosesinin milli sərhədlər çərçivəsini aşması deməkdir. Artıq XX əsrin 50-60-cı illərindən başlayaraq müxtəlif kontinentlərdə inteqrasiya meylləri dəqiq müşahidə olunmağa başladı.Məs.1958-ci ildə mərkəzi amerika ölkələri arasında azad ticarət və iqtisadi inteqrasiya haqqında razılaşma imzalanmışdır (Tequsiqalplar müqaviləsi),1959-cu ildə Qərbiafrika valyuta ittifaqı yaradılmış,1960-cı ildə,Latınamerikası azad ticarət asosaiyası,Mərkəziamerika ümumi bazarı yaradıldılar.Baxmayarq ki,onların bəziləri iqtisadi məzmuna malik olmadıqlarından və digər səbələrdən ləgv olundu,bəziləri isə daha da genişləndi.Müharibədən sonrakı dövrdə ticarətin liberallaşması inteqrasiya proseslərinin inkişafında həlledici roloynadı,lakin bəzi inteqrasiya sxemləri özünü doğrultmadığı hallarda oldu. Avropa ittifaqının timsalında inteqrasiya proseslərinin inkişafı qnunauyğunluqların dərk etmək,onun yaranması mexanizmlərini təhlil etmək olur.Təbii haldır ki digər regionlardakı,Asiyada və Afrikadakı inteqrasiya proseslərindəki təcrübələrdə nəzərə alınmışdır.İtyeqrasiyanın hərəkətverici qüvvələrini,mexanizmlərini aydınlaşdırmadan XXəsrin80-90-cı illərindən başlamış avropa ölkələrindəki milli iqtisadiyyatların çulğaşması və qovuşmasında və milli təsərrüfatçılıq siyasətlərinin əlaqələndirilməsi səviyyəsinin yüksəlməsində ifadə olunan dərin inteqrasiya proseslərinin səbəblərini başa düşmək mümkün deyildir. Beynəlxalq iqtisadi inteqrasiya ,özünü tənzimləmək və inkişaf potensialı olan milli təsərrüfatçılıq sistemlərinin yaxınlaşması ,bir-birinə uyğunlaşması və qovuşmasının istiqamətləndirilən, obyektiv prosesidir.Beynəlxalq iqtisadi inteqrasiyanın əsasında beynəlxalq əmək bölgüsü və təsərüfatçılıq sübyüktinin iqtisadi maraqları dayanır.İqtisadi inteqrasiyanı bir mənalı şəkildə, ancaq kortəbii bazar və yaxud da şüurlü tənzimolunan proses kimi nəzərdən keçirmək olmaz .Onu təşkil edən hər iki cəhətin- obyektiv və subyektiv cəhətlərin, dialektik vəhdəti şəklində nəzərdən keçirmək lazımdır.Beynəlxalq iqtisadi inteqrasiyanın başlanğıc nöqtəsi ilkin təsərüfat sübyüktləri səviyyəsində mövcud olan beynəlxalq iqtisadi əlaqələrdir ki,bular da üfüqi və şaqüli istiqamətlərdə inkişaf edərək daha da dərinləşməklə milli təsərrüfatların qovuşmasını tədricən təmin edirlər.Bunun ardınca isə dövlət,iqtisadi ,hüquqi,fiskal,sosial və digər sistemlərin qarşılıqlı uyğunlaşmalarının həyata keçirilməsi labüd olur.Bu uyğunlaşma hətta idarəetmə strukturlarını da əhatə edir,onların qovuşmasını da tələb edir. İqtisadi inteqrasiyanın əsas məqsədi,beynəlxalq miqyasda təsərüfatşılıq fəaliyyətinin səmərəliliyinin təmin edilməsi əsasında təklif olunan əmtəə və xidmətlərin çeşidinin və həcminin sürətli artırılmasıdır.Əgər AB –nin təcrübəsinə nəzər salsaq aydın olar ki,burada baş vermiş inteqrasiya proseslərinin əsasında təkcə kortəbii bazar prosesləri dayanmamışdır.Təsərrüfatlar arasında əlqələrin dərinləşməsinə üyğun olaraq ,formalaşan təsərüfat kompleksi miqyasında AB dövlətləri və müvafiq orqanları tərəfindən iqtisadi proseslərin birgə şüurlu tənzimlənməsinə və qarşılıqlı adaptasiyasına tələb aydın nəzərə çarpır.Belə tənzimləmənin məqsədi,milli iqtisadiyyatlar arasında qarşılıqlı mübadilə və qarşılıqlı fəaliyyətə mane olan milli arakəsmələrin aradan qaldırılması və təsərüfatçılıq üçün əlverişli şəraitin yaradılması,rəqabət üçün qapıların açılmasıdır.Bu vahid iqtisadi məkan üçün daxili və xarici makroiqtisadi siyasətin harmoniyası və razılaşdırılması əsasında,birgə müəyyənləşdirilmiş iqtisadi və sosial prioritetlərə uyğun kortəbii prosesləri müvafiq istiqamətə yönəltməyi nəzərdə tutur.Bununla da inteqrasiya proseslərinindaha da inkiaf etdirilməsinə yeni stimul yaranır. Hər bir müstəqil dövlət özünə məxsus, milli maraqlarına uyğun xarici siyasət yeridir. Və bu siyasəti yeridərkən mütləq milli maraqlarını ön planda tutur. Bir dövlətin milli maraqlarına onun ərazi bütövlüyü, suverenliyi, xalqın mənafei və milli təhlükəsizlik kimi məsələlər daxildir. Demokratik sistemlərdə dövlət vəya hökumət rəhbərləri qərar verərkən milli maraqlarla xalqın tələbi arasında bir balans qurmağa çalışırlar. Xarici siyasəti yürüdərkən xalqın mənafei mütləq öz əksini tapmalıdır. Çünki, Konstitusiya əsasında onun tam bir varlıq kimi yaşmasına, fəaliyyətinə, ictimai–siyasi və mənəvi həyatının azadlığına təminat verilmişdir.

İkinci bir məsələ isə bütün dövlətlərin ən çox əhəmiyyət verdiyi milli təhlükəsizlik məsələsidir. Bu da öz növbəsində xarici siyasət strategiyasını bəlirləyir. Bundan əlavə yuxarıda sadaladığımız digər maddələr də dövlətlərin beynəlxalq sistemə qoşularkən ön planda tutdğu əsas məsələlərdir. İstər iki tərəfli, istərsə də çox tərəfli əlaqələr qurularkən bu maddələr xarici siyasətin əsas prioritetləri halına gəlir və dövlətlər bunları açıq şəkildə beynəlxalq sistemdə qarşı tərəflərə bildirirlər.



Həmçinin xarici siyasətdə dövlətlərin sərhəd qonşularlı ilə olan münasibətləri də öz əksini tapır. Bundan əlavə beynəlxalq təşkilatlara, layihələrə qoşulma, regionda baş verən hadisələrə münasibət bildirmə kimi məsələlər də var.Azərbaycanın yerləşmiş olduğu region hər cəhətdən istər geosiyasi, istərsə də strateji baxımdan önəm kəsb edir. Bu baxımdan Azərbaycan həm qonşuluq siyasətində, həm də digər region ölkələrlə olan münasibətlərində balanslaşdırılmış siyasət yürütməkdədir. Buda Azərbaycanın yerləşmiş olduğu regionun həssas olmasından irəli gəlməkdədir. Və bütün bunları rəhbər tutaraq Azərbaycan respublikası xarici siyasətində aşağıdakı vəzifələri həyata keçirməkdədir. Azərbaycan Respublikasında müstəqil siyasət anlayışı SSRİ-nin dağılması, imperiyanın tərkibində olan ölkələrin müstəqillik əldə etməsi ilə eyni vaxta təsadüf edir. Buna qədər digər müttəfiq respublikalarda olduğu kimi Azərbaycan SSR-də də siyasəti Sovet İttifaqı Kommunist Partiyasının rəhbərliyi müəyyən edirdi. Ancaq 1984-cü ildən SSRİ-də başlayan yenidənqurma layihəsinin nəticəsində sərbəstlik Azərbaycana da çatdı. 1991-ci ilin 18 oktyabrında Azərbaycan müstəqil dövlət elan edildi. Bununla da müstəqil ölkənin daxili və xarici siyasətinin əsası qoyuldu.Azərbaycan müstəqillik əldə etdikdən sonra ölkədə qısa müddətdə hakimiyyət dəyişiklikləri baş verirdi ki, bu da xarici siyasətə təsirsiz ötüşmürdü. İlk müstəqillik illərində Azərbaycan BMT, ATƏT kimi mötəbər qurumların üzvü idi. Eyni zamanda hakimiyyət beynəlxalq neft şirkətləri ilə Xəzər dənizinin karbohidrogen ehtiyatlarının dünya bazarına çıxarılması istiqamətində danışıqlar aparırdı. Müstəqilliyin ilk illərində Azərbaycanda ilk siyasi təsisatlar, partiyalar, qeyri-hökumət təşkilatları yarandı Azərbaycanın müstəqilliyinə qarşı yönələn bütün təhlükələrin aradan qaldırılması, milli təhlükəsizliyin təmin edilməsi, Ermənistan tərəfindən həyata keçirilən separatizm və işğalçılıq siyasətinin qarşısının alınması və bu məqsədlə bölgədə və dünyada müttəfiqlərin qazanılması;Region dövlətlərlə maraqların üst-üstə düşməsini təmin etmə və qarşılıqlı əməkdaşlıq çərçivəsində hərəkət etmək. Bütün bunlar bu regionun həssas olmasından və digər super güc sayılan ABŞ və Rusiyanın bölgədəki ortaq maraqlarını nəzərə alaraqdan həyata keçirilir. Məhz, bu baxımdan balanslaşdırılmış siyasətin yürüdülməsi hal-hazırda məqsədə uyğun hesab edilir. Çünki bu regionda hər hansı bir gərginliyin və ya münaqişənin yaranması, ilk növbədə, böyük enerji ehtiyatlarına və layihələrinə malik olan Azərbaycan üçün arzu olunmaz haldır. Belə hallarda həmçinin ölkənin suverenliyi və milli təhlükəsizliyi təhdid altına düşmüş olur. Bu, nəinki Azərbaycan üçün, həmçinin regionun digər qonşu dövlətləri üçün də səciyyəvi xarakter daşıyır;Azərbaycanın Avropa Birliyi sisteminə (AB) siyasi, iqtisadi, mədəni sahələrdə inteqrasiyası da əsas təşkil edir. Burada məqsəd xalqın rifahının təhlükəsiz təmin etmə, xarici kapital və investisiyaların, həmçinin yeni texnologiyaların ölkə iqtisadiyyatına daxil olmasıdır. Həmçinin Dünya Bankı, Beynəlxalq Valyuta Fondu, Dünya Ticarət Təşkilatı ilə səmərəli əməkdaşlıqların qurulması da əsas prioritet təşkil edir. Azərbaycanın xarici siyasət prioritetləri sırasında həmçinin sivil birgə yaşayış normalarının bərqərar olması, eyni zamanda regionda və dünyada sülhü və təhlükəsizliyi təmin edən BMT, ATƏT, NATO kimi beynəlxalq qurumların fəaliyyətinin artırılmasında yaxından iştirak etmək durur. Ayrı-ayrı regionlarda yaşayan azərbaycanlılarının hüquqlarının qorunması və bunun beynəlxalq hüquq normaları ilə təmin olunmasını prioritetlər sırasındadır. Azərbaycan Respublikası xarici siyasətinin ən önəmli prioritetlərindən biri Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlıdır. Burada əsas olaraq Dağlıq Qarabağ probleminin beynəlxalq hüquq normaları çərçivəsində həllinə nail olmaq götürülür. Bu məsələ həmçinin Azərbaycanın milli təhlükəsizlik siyasətinə bir başa daxildir. Hazırda Azərbaycan Dağlıq Qarabağ problemini həll etmək üçün beynəlxalq qurumlarla əməkdaşlıq edir, məsələnin sülh yolu ilə həllinə nail olmaq istəyir. Ancaq bu günə qədər bu məqsədə nail olunmayıb.Bu gün Azərbaycan BMT, ATƏT, Avropa Birliyi, NATO, İslam Konfransı Təşkilatı, Müstəqil Dövlətlər Birliyi (MDB), Avropa Şurası ilə sıx əməkdaşlıq edir. Azərbaycan öz enerji siyasətini daha çox qaz faktoru üzərində qurur. Bir neçə ildir ki, «Cənub qaz dəhlizi» ilə əlaqədar həm ciddi müzakirələr aparılır, həm də konkret addımlar atılır. Hələ 2006-cı ildə Avropa İttifaqı ilə Azərbaycan arasında enerji sahəsində əməkdaşlığa dair memorandum imzalanıb. 2011-ci ilin yanvar ayında Avropa İttifaqı ilə Azərbaycan arasında «Cənub qaz dəhlizi» haqqında birgə bəyannamə imzalanıb. Avropa İttifaqı ilə Azərbaycan arasında işçi qrup yaradılıb. Hazırda Azərbaycanın xaricdə 64 diplomatik nümayəndəliyi - səfirliklər, beynəlxalq təşkilatlar yanında daimi nümayəndəliklər və baş konsulluqlar fəaliyyət göstərir. Bunların 51 səfirlik, 6-sı baş konsulluq, 7-si isə daimi nümayəndəlikdir. Xaricdə çalışan Azərbaycan diplomatlarının ümumi sayı 600-ə yaxındır... Ölkə müstəqillik əldə etdiyi illərdə həm də daxildə Dağlıq Qarabağ problemi yaradıldı. Azərbaycan müstəqillik əldə etdikdən sonra ölkə SSRİ-dən qalma Azərbaycan SSR Konstitusiyası ilə idarə olunurdu və bu zaman Konstitusiyaya müstəqillik haqqında akt əlavə olunmuşdu. Lakin 1995-ci ilin 12 noyabrında yeni Azərbaycan Respublikasının Konstitusiyası qəbul edildi, Azərbaycanda dövlət quruculuğu, qanunların qəbulu, daxili və xarici siyasətin təsniflatlaşdırılması həyata keçirildi. Azərbaycanın yerləşmiş olduğu region geosiyasi, strateji və iqtisadi baxımdan dünyanın siyasi xəritəsində əhəmiyyət kəsb edir. Bu baxımdan Azərbaycan həm qonşuluq siyasətində, həm də digər region ölkələri ilə olan münasibətlərində balanslaşdırılmış siyasət yürütməkdədir. Burada bütün dövlətlərlə eyni cür məsafə saxlamaq, ilk olaraq Azərbaycanın milli maraqlarını önə çəkmək əsas olaraq götürülür. Xarici siyasətdə balanslaşdırma siyasətinin əsas olaraq götürülməsi Azərbaycanın yerləşmiş olduğu regionun həssas olmasından irəli gəlir.

1) ölkənin müstəqilliyini, suverenliyini, ərazi bütövlüyünü, təhlükəsizliyini qorumaq və bunları beynəlxalq təhlükəsizlik sistemi ilə əlaqələndirmək;

2) mənafei Azərbaycanın milli maraqları ilə həmçinin dövlətçilik maraqları ilə uyğyun gələn ölkələrlə sıx əmaəkdaşlıq qurmaq, müttəfiqlik etmək. Və bunlardan istifadə edərək beynəlxalq sistemdə mövqeyini möhkəmləndirmək;

3) regionda baş vermiş hər hansı bir gərginliyin vəya münaqişələrin aradan qaldırılmasına səy göstərmək;

Bütün bunlar bu regionun həssas olmasından və digər super güc sayılan ABŞ və Rusiyanın bölgədəki ortaq maraqlarını nəzərə alaraqdan həyata keçirilir. Məhz, bu baxımdan balanslaşdırılmış siyasətin yürüdülməsi hal-hazırda məqsədə uyğun hesab edilir. Çünki bu regionda hər ha...

2.Xarici ticarət-iqtisadi əlaqələri şərtləndirən amillər.

“Xarici iqtisadi siyasət” dedikdə beynəlxalq iqtisadi əlaqələr sahəsində qarşıya qoyduğu məqsədlərin həyata keçirilməsinə yönəldilmiş tədbirlər sistemi nəzərdə tutulur.

Geniş mənada, xarici iqtisadi siyasət, xarici ticarət və istehsal amilləri axının istiqaməti,tərkibi və həcminə təsir göstərmək üçün hökümətin hər növ fəaliyyətinin məcmuundan ibarətdir.

Xarici iqtisadi siyasət umumi iqtisadi siyasətin tərkib hissəsidir və ölkədəki bütün iqtisadi fəaliyyətlə sıx bağlıdır. Xarici iqtisadi fəaliyyət sahəsində qəbul edilen qərarlar gündəlik həyatın bütün sahələrinə öz təsirini göstərir. Məs.: Beynəlxalq məhdudlaşdıran hər hansı bir hökümət siyasəti qiymətlər vasitəsi ilə dərhal isteklakçıların vəziyətinə təsir göstərir. Müasir mərhələdə dövlətin iqtisadi siyasətində daxili və xarici iqtisadi siyasi bir-birindən ayırmaq mümkün deyil, çünki, göstərilən iki istiqamət bir-biri ilə sıx bağlıdır. Məs.: xarici iqtisadi siyasətin həyata keçirilmə vasitəsi milli pul və maliyyə siyasəti beynəlxalq ticarətə və kapital qoyuluşlarına ciddi təsir göstərir və buna göre də ölkənin xarici iqtisadi əlaələri ilə qarşılıqlı əlaqədir.

Yaxud məşquliyyət sahəsində görülən tədbirlər ölkənin xarici iqtisadi əlaqələrində öz əksini tapır və əksinə beynəlxalq ticarət, xarici yardim, xarici kapital qoyuluşları və ödəniş balansı sahəsində qəbul edilən qərarlar milli qəlir artımı və bölgəsində müstəqilliyyət və qiymətlərin səviyyəsində öz əksini tapır. Müasir dövrdə beynəlxalq ticarətin qurulyşunda əsaslı dəyişikliklər baş vermişdir:hazır məmulatların xüsusi çəkisi artmış yanacaqdan başqa digər xammal-materialların və ərzaqın xüsusi çəkisi isə azalmışdır.Əgər 1950-ci ildə xammal material və ərzaqın xüsusi çəkisi,hazır məhsulların xüsusi şəkisinə bərabər idisə,XX-ci əsrin sonuna xammal-materialın və yanacağın xüsusi çəkisi 30%düşmüşdür ki bunun da 25% yanacağın ,5%isə xammalın payına düşürdü.Hazır məhsullar isə 70% əhatə edirdi.Beynəlxalq ticarətdə xammal-materialın xüsusi çəkisinin azalması 3 əsas səbəblə izah olunur:kimya sənayesinin inkişafı əsasında sintetik materialların istehsalının genişlənməsi(sintetik kauçuk,plastmass və s.),ölkədaxili materiallardan daha geniş istifadə olunması və resursaqənaət edən texnologiyaya keçilməsi.Bunula yanaşı neft və təbii qaz ticarəti kəsgin artmışdır.

Əgər əvəllər beynəlxalq ticarətdə xammal-materiallar üstünlük təşkil edirdisə,indi hazır məmulatlar,yarımfabrikatlar,və onlarınayrı-ayrı hissələrinin ticarəti daha üstün mövqe tuturlar.Buna səbəb transmilli korporasiyaların mövcudluğudur ki,onların müxtəlif dünya ölkələri üzrə səpələnmiş,texnoloji ardıcıllığın müxtəlif fazaları üzrə ixtisaslaşmış filialları və onlar arasındakı ticarət əlaqələridir.Bu prosesin əsasında elmi-texniki tərəqqi dayanır ki, o da ayrı-ayrı hissə və komplektləşdirici hissələr üzrə müxtəlif ölkələrin frmalarının ixtisaslaşmasıdır.Hal-hazırda istehsalvə istehlak xarakterli buraxılan məhsulların çeşidi 20mln .növdən çoxdur,aralıq məmulatlarının sayı isə fantastik rəqəmlərə çatır.Boinq-747 təyyarəsinin istehsalında 4.5mln.müxtəli hissə və qovşaqlardan istifadə olunur ki,bunlarında istehsalı ilə 16min şirkət məşğul olur.

İxtisaslaşmanın dərinləşməsinə həmçinin mənəvi aşınma və assortimentlərin tez-tez dəyişməsi də təsir göstərir.beləki,bu ixtisaslaşmış elmi-tədqiqatın aparılmasını tələb edir.

Beynəlxalq ticarətin istiqamətlərinin təhlili göstərir ki,dünya ixracatının 60% -ni əhatə edən inkişaf etmiş sənaye ölkələri arasında ticarət daha sürətlə artmaqdadır.İnkişaf etməkdasə olan ölkələr öz ixracatlarının 70%-ni inkişaf etmiş ölkələrə edirlər.Beynəlxalq ticarətin inkişaf etimiş sənaye ölkələri zonasında təmərküzləşməsinin başlıca səbəbi,iqtisadi güclərin dünyada qeyribərabər bölüşdürölməsidir.Beləki Dünyanın 3 iri ölkəsinin-ABŞ,Yaponiya və Almaniyanin payına dünya əhalisinin 9%-i düşdüyü halda,dünya gəlirinin 50%,və dünya alıcılıq qabiliyyətinin isə 33% düşür.

Dünyanın ikişaf etmiş ölkələri ilə inkişaf etməkdə olan ölkələr arası ticarət-iqtisadi əlaqələrdə də müəyyən dəyişikliklər müşahidə olunmaqdadır.Əvvəllər mövcud olan,inkişaf etməkdə olan xalis aqrar- xammal ölkələrinə yeni funksiya- inkişaf etmiş ölkələrin sənayesini kobud material və əmək tutumlu emal sənayesi məhsulları ilə təchiz etmək, funksiyası əlavə olunmuşdur.Burada əkoloji amillər əsas götürülərək ətraf mühiti çirkləndirən və daha çox əmək tutumlu istehsal sahələrini iş qüvvəsinin daha bol və ucuz olduğu inkişaf etməkdə olan ölkələrə keçirmək daha sərfəli olmuşdur.

Dünya təsərrüfatının beynəlmiləlləşməsi eyni zamanda milli təsərrüfatların xarici bazarlardan asılılığının güclənməsində özünü biruzə verir.İxraca gedən məhsulların istehsalının xüsusi şəkisi sürətlə artmaqdadır.Eyni zamanda təlabatın ödənilməsində idxalın da dolu artmaqda və sabitləşməkdədir.Hazörda təlabatın təxminən 30% -ə qədəri idxalın hesabına ödənilir.

Müasir ticarətin başlıca xüsusiyyəti mübadilədə barterin xüsusi çəkisini artmasıdır Demək olar ki hər bir ticarət müqaviləsi əks istiağqmətdə müfaviq əmtələrin alınmasını nəzərdə tutur.Belə “barter”müqavilələrinin payına dünya ticarətinin təxminən 20-30% -i düşür.



Dünya ticarətində rəqabətin xarakteri də müəyyən dəyişikliyə uğramışdır.artıq qiymət rəqabəti arxa plana keçmişdir,indi üstünlük keyfiyyət,məhsulun texniki yeniliyinə.dizaynına,ehtibarlılığına və ekoloji cəhətdən əlverişliliyinə verilir.

Xarici ticarətdə,Ümumdünya ticarət təşkilatının səyləri nəticəsində müəyyən liberallaşma meylləri müşahidə olunmaqdadır.Aparılmış danışıqlar nəticəsində ölkələr arasında gömrük tariflərini 5% aşağı salmaq mümkün olmuşdur.Xarici ticarətin əhəmiyəti günü-gündən artmaqdadır.Dünyanın ən inkişaf etmiş sənaye ölkələri olan Yaponiya,Almaniya Fransa.İtaliya Cənubi Koreya,Sinqapur və digər ölkələri öz nailiyyətlərini dinamik xarici iqtisadi əlaqəlri nəticəsində əldə etmişlər. Xarici ticarətin statistikasından məlum olur ki, ümumdünya xarici ticarət dövriyyəsi son 15 il ərzində sabit və yüksək templə artır və bu artım MMM artımını üstələyir.Bü fakt onu göstərir ki,bütün ölkələr daha dərindən beynəlxalq əmək bölgüsü sisteminə cəlb olunurlar.Məs.1990-cı ildə ümumdünya əmtəə dövriyyəsi 7081mlr dol,2000-ci ildə 10310mlr dol,olmuşdursa 2004-cü ildə isə 18581.8mlrd dol olmuşdur.Attım sürəti son dövrlərdə daha yüksək templə olmuşdur. Müasir mərhələdə beynəlxalq ticarətdə olan dəyişikliklərin təhlili iki cəhətin nəzərdən keşirilməsini fərz edir:a) xarici ticarətin bütövlükdə artımı və istehsala nisbətən artımı , b)əmtəə( əmtə və xidmətin əsas qrupları arasınd nisbət) və xüdmətlərin və coğrafi(regionların,ölkələr qrupu və ayrıca ölkə) quruluşunda olan dəyişikliklər.Birinci aspektdən beynəlxalq ticarət nəzərdən keçirildikdə qeyd edilməlidir ki,dünya əmtəə dıvriyyəsinin belə üstün artımı beynəlxalq ticarətinmüsir dövrdə başlıca xüsusiyyəti olub,dünya bazarının həcminin artması ilə əlaqədardır.Xarakterik cəhət ondan ibarətdir ki,son dövrlərdə əmtəə dıvriyyəsinin tərkibində hazır sənaye məhsulları,avadanlıqlar, sürətlə artır,əlektron,elektrotexnika məhsulları kompyüterlər daha sürətlə artır.Xarici ticarətin dinamikasının ən başlıca xüsusiyyəti son dövrlərdə xüdmətlərin beynəlxalq ticarətinin daha sürətlə artmasıdır.Bütün bunlar eyni zamanda beynəlxalq ticarətin coğrafiyasına da təsir gösrətmişdir.Beləki,İnkişaf etmiş ölkələrarası ticarət hazırda bütün dövriyyənin 70%-ni təşkil edir,inkişaf etməkdə olan ölkələrin xüsusi çəkisi isə 20%-ə bərabərdir.Xidmətlərlə beynəlxalq ticarət dünya ticarətinin 25%-ni təşkil edir. Dövlətlərin müasir ticarət siyasəti proteksionist və liberal siyasətlərin həm inkişafı,həm də qarşılıqlı mübarizəsi meylləri ilə fərqlənir.Bu siyasətlərin hər bir istiqaməti müəyyən dövrlərdə üstünlük təşkil etmişdir.Əgər 1950-1960-cı illərdə liberalizm meylləri üstünlük təşkil edirdisə 1970-1980-cı illərdə “yeni”proteksionizm dalğası dünya ticarətində özünü qabarıq göstərdi.Liberalizm meylləri 1950-60-cı illərdə gömrük rüsümlarının kəmiyyətinin azaldılmasında öz əksini tapmışdır.1950-ci illərin əvəlində gömrük rüsümları avropa ölkələri və ABŞ üzrə30-40%təşkil edirdisə artıq 1970-ci illərin əvəlində 7-10%-ə qədər azalmışdı və hazırda isə 3-5% arasında dəyişir.Gömrük rüsümlarının azalması heçdə xarici ticarətin idarə edilmməsi deməkdir.Əksinə indi bu idarə etmə daha çevik xarakter almış və proteksionist müdafiənin yeni vasitələrinin geniş tətbiqi ilə xarakterizə olunur.Proteksionizm yeni spesifik regional xarakter alır,beləki1970 –ci ildə Lomey razılaşması əsasında Afrikanın,Karib hövzəsini və Sakit okeanin 60 dan çox inkişaf etməkdə olan ölkələri ilə Avropa İttifaqı arasında bağlanmış müqavilə faktiki olaraq inkişaf etməkdə olan ölkələrə güzəştli vergi tariflərini qalan ölkələrə qarçı tətbiq etməyi nəzərdə tutur.Qlobal səviyyədə proteksionizmin yeni qaydaları tətbiq olunur,beləki həmin qaydalara görə əgər idxalçı ölkənin milli sənayesi idxaladan ziyan çəkərsə onda bir tərəfli qaydada gömrük rüsümarını artıra bilər.Gömrük tarifləri əvəzində qeyritarif vasitələri –texniki,ekoloji standartlar və tələblər daha geniş tətbiq olunmaqdadır. Proteksionist siyasətin belə inkişafı liberalizmin daha üstün inkişafı ilə müşayət olunurdu.Proteksionizm və liberalizmin birlikdə mövcudluğuna xarici ticarətdə idxalın dövlət stimullaşdırılması da əlavə olunur.Bir sıra elm tutumlu sahələrdə fundamental tətdiqatları aparmaqdansa bir sıra ölkələr həmin məhsulların idxalına üstünlük verirdilər.Belə həvəsləndirmə metodları ,idxal olunası məhsulların 10-20%dəyərinin dövlət yardımları ilə ödənilməsini nəzərdə tutur.Bundfan başqa inkişaf etmiş ölkələrdə ixracın stimullaşdırılması siyasəti müasir dövrdə xarici ticarət siyasətinin ən mühüm cəhətlərindən biridir.Bu əsasən kənd təsərüfatı məhsullarına daha çox aiddir.İnkişaf etmiş ölkələrdə ixracı həvəsləndirmək məqsədi təyinatlı kreditlər və dövlət yardımları verilir ki bu da məhsulau dəyərinin 12-20% təşkil edir. Ölkələr arasında beynəlxalq iqtisadi münasibətlərin daha ənənəvi və inkişaf etmiş forması xarici ticarərdir. İqtisadçıların tədqiqinə görə bütün beynəlxalq iqtisadi münasibətlərin 80 % xarici ticarət vasitəsi ilə yaranır.Sonralar milli dövlətlər yaranması ilə bu mübadilə münasibətləri ölkə miqyasında həyata keçirilir. XV-XVII əsrlərdə olan inhisar məktəbinin nümayəndələri, xüsusi ilə inkişaf etmiş mənbələrin sərvətinin primitiv qaydada toplanmasında deyil, xarici ticarətin etdirilməsində və fəal ticarət balansında axtarırdılar. Tarixən sənayedə və kənd təsərüfatında kapitalizmin inkişaf etməsi daxili bazarın əmələ gəlmiş və ticarətin inkişaf etməsinə səbəb olmuşdur. Daxili bazarın genişlənməsi isə öz növbəsində istehsal vasitələri və istehlak şeylərinə olan tələbatın artmasına səbəb olur.

Məhsuldar qüvvələrin inkişafı, iri maşınlı sənayenin yaranması ilə istehsal milli çərçivəni aşır, dünya bazarı yaranır. Əmtəə və xidmətlərin tədavülü milli bazarlar hüdudundan kənara çıxır və nəticədə xarici ticarət genişlənir. Beləliklə, XX əsrin əvvəllərinə xarici ticarət hər hansı bir ölkənin inkişaf amilindən zəruri bir şərtə çevrilmişdir.İqtisadi amillər göstərirdi ki, dünya iqtisadi sistemində təcrid olunmuş şəkildə hər bir dövlət sağlam iqtisadiyyat yarada bilməz. Aydındır ki, xarici ticarət dedikdə, bu və ya digər ölkənin başqa ölkələrlə ticarəti nəzərdə tutulur. Kapital amili çox olan yerdə kapital tutumlu məhsullar ucuz olacaqdır. Deməli, müvafiq olaraq belə nəticə çıxır ki, iş qüvvəsi artıq olan yerdə əmək tutumlu məhsulların istehsalı üzrə, sərbəst kapital mövcud omalıdır, lakin işçi qüvvəsi az olan yerdə isə kapital tutumlu məhsullar istehsalı üzrə ixtisaslaşмaq lazımdır. Bununla da müasir şəraitdə beynəlxalq əmtəə dövriyyəsinin istiqaməti və quruluşunun müəyyən olunması barədə elmi təsəvvür yaratmışlar.Beynəlxalq ticarət barədə yeni klassik nəzəriyyənin nümayəndələrindən biri Amerika iqtisadçısı Q.Xaberlera "alternativ xərclər" nəzəriyyəsi ilə çıxış edir. Burada müasir şəraitdə xarici ticarətin artmasını "texnaloji fərq"lə bağlayırlar. Bu kimi nəzəri baxışlara görə hansı ölkə daha yüksək texnologiyaya malikdirsə həmin sahənin məhsullarını ixrac edir. Sonralar bu qabaqcıl texnalogiya başqa ölkələrə yayılır, texnaloji fərq aradan götürülür və ixrac azalır, dünya ticarətinin qurluşunun dəyişməsi tələb olunur.Ölkələr arasında beynəlmiləlləşmə artdıqca beynəlxalq ticarətin həcmi və miqyası da dəyişir və genişlənir. XX əsrin II yarsından beynəlxalq mübadilə, dünya ticarəti daha yüksək surətlə artır. 1950-1994-cü illərdə dünya ticarət dövriyyəsi 14 dəfə artmışdır. Qərb tədqiqatçılarının təhlilinə görə 1950-1970-ci illərdəki beynəlxalq ticarət dövrünü "qızıl əsr" adlandırmaq olar. Həmin dövrdə dünya üzrə ixrac hər il 7% artmışdır. 80-cı illərdə bu artım müəyyən qədər azalmış, 90-cı illərdə isə artım daha sabit xarakter alır.


Beynəlxalq ticarətin sabit artımına aşağıdakı amillər təsir edir.

1. B.Ə. bölgüsünün və istehsalın beynəlmiləlləşməsinin inkişafı;

2. Əsas kapitalın təzələnməsi, yəni istehsal sahələrinin inkişafına zəmin yaradan ETİ olması;

3. Dünya bazarında transmilli şirkətlərin fəaliyyətinin artması;

4. Tarif dərəcələri və ticarətin tənzimlənməsi üzrə baş razılaşma təşkilinin həyata keçirdiyi tədbirlər;

5. Beynəlxalq ticarətin liberallaşması azad iqtisadi zona yaradılması bir çox məhdudiyyətlərin aradan qaldırılması;

6. Ticarət-iqtisadi inteqrasiyası prosesinin inkişafı;

7. Bir çox müstəmləkə ölkələrin siyasi müstəqillik əldə etməsi.


Bununla da həmin ölkənin dünya bazarındakı mövqeyi müəyyənləşir. Mütəxəsislərin proqnozlarına görə XXI əsrin ilk illərində ən rəqabət qabiliyyətli dövlət ABŞ və Asiya dövlətləri olacaqlar. 2030 -cu ildə ən güclü rəqabət qabiliyyətli dövlət ABŞ, Yaponiya, Çin olacağı zənn edilir. Sonra Almaniya, Sinqapur, Cənubi Koreya , Hindistan, Tayvan , Malaziya, İsveçrənin adı sadalanır.Dünya bankının məlumatına görə 2004-dünya təsərüfatının 40% çoxu sakit okean zonası ölkələrinin payına düşür.Məhsullar üzrə dünya ticarətinin quruluşuna nəzər saldıqda emal sənayesinin və xüsusilə elm tutumu çox olan məhsullardır və yüksək texnoloji məhsulların xüsusi çəkisi daha artıqdır. İnkişaf etmiş ölkələrdən maşın və avadanlıqların ixracı 1980-1998-illərdə 3 dəfə artmışdı. Elektrotexnik elektron avadanlıq kimi məhsulların ixracı daha çox xüsusi çəkiyə malikdir. Kimya sənayesi, məhsulların ixracı da surətlə artır. XX - yüz illiyin birinci yarısında dünya miqyasında xarici ticarət dövriyyəsinin 60%- ə qədəri ərzaq mallarının, xammal yanacağının payına düşdüyü halda əsrin sonunda bu rəqəm 20-25% -ə enmişdir.Həmin müddətdə emal sənayesi məhsulu 30% - dən 75% -dək artmışdır.Asiyanın "yeni sənaye ölkələri" adlanan Sinqapur, Honkonq, Tayvan da Yaponiyaya qoşulurlar. 90-cı illərin ortalarından ABŞ öz rəqabət qabiliyyətinə görə dünya ticarətində birinci yerə çıxır. Sonra Sinqapur, Honkonq, Yaponiya gəlir, Fransa 17-ci, Çin 34-cü, Türkiyə 40-cı yeri tutur. Ölkələrin bu cür neçənci yer tutması təkcə xarici ticarətin həcminə görə müəyyənləşir. Burada 378 meyar göstərici əsas götürülür.Fəlsəfi baxışdan Hegel dialektikasında ziddiyət o şeydir ki, irəli hərəkət etdirir. Bu müddəa ilə yanaşı ziddiyyətdə əksliklər barışdırmaq meyli də vardır. Hadisələrin daxilən zidd olan cəhətləri bir-birinə qarşı laqeyd qalmır. Ziddiyyətdəki cəhətlərin hər birində müəyyən bir meyl-müsbət və ya mənfi, təsir və ya əks təsir, ömrünü başa vurmaq və ya yaranmaq və s. meylləri əks olunur.Beynəlxalq ticarətdə dünya ölkələri arasındakı iqtisadi münasibətlər öz ifadəsini tapır. Dünya ticarəti prosesinin təhlili göstərir ki, burada liberallaşma-sərbəstləşmə bu prosesin əsasını təşkil edir. Gömrük dərəcələri azalır, bir çox məhdudiyyətlər aradan qaldırılır. Lakin bunlarla yanaşı bir çox problemlər də mövcuddur.Beləliklə, ayrı-ayrı ölkələr arasında müəyyən iqtisadi qruplaşmalar, birliklər yaranır ki, bu da həmin qruplaşmaya daxil olmayan ölkələr üçün istər istəməz himayədarlıq siyasətinin tədbiqinə səbəb olur. Ticarət -iqtisadi birliklərin yaranmasında hər şeydən əvvəl azad ticarət zonası böyük rola malikdir.Dünya bankının məlumatına görə 90-cı illərdə dünya ticarətinin 42% bu cür açıq zonalar çərçivəsində həyata keçirilmişdir. Açıq iqtisadi zonalar şəklindəki qruplaşmalardan 9 ən böyük region üzrə beynəlxalq birləşməni göstərmək olar. Bunlardan

1. Avropa İttifaqı bura daxildir. Avstriya, Almaniya, B.Britaniya, İtaliya, İrlandiya,Fransa, İspaniya, Portuqaliya, Finlandiya, İsveç, Danimarka, Lüksemburq, Niderlandiya, Yunanıstan. Bu birlik ilk əvvəl 1951-ci ildə Avropa kömür və polad birliyi. Sonralar onlar öz iqtisadi əlaqələrini dahada genişləndirmək, 1957-də Avropa iqtisadi birliyi və yaxud iqtisadi bazar və s. adlar altında mövcuddur.

2. Avropa azad ticarət birliyi: İslandiya, Norveç, İsveçrə, Lixtenşteyn.

3. Azad ticarət barədə Şimali Amerika müqaviləsi: ABŞ, Kanada, Meksika.

4. Asiya, Sakit Okean iqtisadi Əməkdaşlığı: Avstraliya, Bruney, Malaziya, Sinqapur, Yaponiya, Cənubi Koreya, Kanada, ABŞ, Çili.

5. Braziliya, Argentina, Paraqvay birliyi.

6. Cənubi Afrika İnkişaf Komitəsi, Anqola, Botevana, Çar, Tanzaniya.

7. Qərbi Afrika iqtisadi və valyuta ittifaqı.

8. Cənubi Asiya regional əməkdaşlıq birliyi, Hindistan, Pakistan, Nepal.

9. And beynəlxalq müqaviləsi: Venesuela, Kolumbiya, Ekvador, Peru, və s.

Aydındır ki, dövlətlər arası sazişlərin yaranması və formalaşması obyektiv olaraq siyasi, iqtisadi, tarixi proseslərin qaydaya salınmasında onların marağına birləşdirir. Bu kimi proseslərin artması bir tərəfdən həmin müqavilə region çərçivəsində beynəlxalq ticarətin genişlənməsinə səbəb olursa, digər tərəfdən onlara "bağlı- qapalı" xarakter verir. Hətta bəzən eyni qruplaşmaya daxil olan ölkələrin özləri arasında da müəyyən ziddiyyətlər baş verir. Ona görə də ümumdünya ticarət təşkilatının (Ü.T.T) direktoru R.Rudjero həmin təşkilatın üzvü olan ölkələri birgə fəaliyyətə çağırır. Belə zənn edilir ki, 2020-ci ilədək azad ticarəti daha qlobal zona üzrə yaratmaq olur.Bu kimi maniəçiliklərin aradan qaldırılması və beynəlxalq ticarətin tənzim edilməsində "tarif dərəcələri və ticarət haqqında baş müqavilə" təşkilatının böyük rolu vardır. Bu müqavilə 1947-ci ildə 23 ölkə arasında bağlanıb, 1948-ci ildən qüvvədədir. 1995-ci ildən öz fəaliyyətini dayandırıb, "ümumdünya ticarət təşkilatı" adı ilə mövcuddur. Ən böyük iqtisadi təşkilatlardan biridir və dünya ticarətinin 94% əhatə edir. 1996-cı ilin əvvəlinə həmin təşkilata 130 ölkə daxildir.

Xarici ticarət multiplikatoru.

Ticarət və tədiyyə balansı.

Beynəlxalq ticarət dünya ölkələrinin xarici ticarətin məcmusundan ibarətdir. Onun həcmi ixracın həcmini toplamaq yolu ilə ABŞ $- ilə hesablanır. Həmçinin ixrac barədə kommersiya şərtinin digər növü ilə qiymətlənir.Beynəlxalq ticarətdə məhsullar BMT-nin standartlaşmasına uyğun olaraq qruplaşdırılır. Buna BMT - nin beynəlxalq əmtəə nomenklaturası deyilən sistemdən də geniş istifadə edilir.Aydındır ki, xarici ticarətin genişləndirilməsində əsas məqsəd ölkənin ictimai-iqtisadi inkişafına təsir etməkdir.Ona görə də kəmiyyət baxımından xarici ticarətin milli gəlirə və ümumi milli məhsula olan təsirini müəyyən etmək üçün xarici ticarət mültiplikatorundan istifadə edilir.Mültiplikator hərdən artırılma deməkdir.İnvesrisiya mültiplikatoru dedikdə investisiya bütövlükdə milli məhsulun və eləcədə milli gəlirin və məşğulluğun artmasına səbəb olur.Məşğulluğun artması isə öz növbəsində yenidən milli məhsulu artırır. Beləliklə, investisiyaların artması ilə milli gəlirin artması arasında sıx zəncirvari əlaqə yaranır.


Xarici ticarətin iqtisadi vəziyyəti haqqında daha real dolğun məlumat tədiyyə balansı anlayışı ilə müəyyən olunur.Xaricdən olan ödəmələr çox olduqca tədiyyə balansı aktiv, az olduqda passiv adlanır.

Tədiyyə balansı 3 bölmədən ibarətdir:

1. Ticarət balansı (əmtələrin idxal və ixracı);

2. Xidmətlər balansı qeyri-kommersiya ödəmələri;

3. Kapital və kreditin hərəkəti balansı.
Tədiyyə və ticarət balansının vəziyyətinə bir çox amillər təsir edir. Bunlardan:

1. Dünya ticarətinin dinamikası və məhsul baxımından quruluşu;

2. Qiymətlərin dinamikası, tələbin dəyişməsi, dövlətin xarici iqtisadi siyasəti;

3. Xammal və digər məhsullara olan dünya qiymətlərinin dəyişməsi;

4. Xidmət sahəsindəki dəyişikliklər;

5. Xarici investisiya, kredit verilməsindəki dəyişikliklər və s.

Dünya ölkələri bir-biri ilə sıx xarici iqtisadi əlaqələr yaradırlar. Bunsuz dünya ölkələrinin iqtisadiyyatı inkişaf edə bilməz.Dövlətlər arasında xarici iqtisadi əlaqələr əsasən ticarət, kapital ixrac etmək, kreditlər vermək, elmi-texniki əməkdaşlıq, kadrlar hazırlanması və s. formasında həyata keçirilir.Dünya bazarı dünya ölkələri arasında əmtəə və xidmətlərin, kapitalların, iş qüvvəsinin, valyutaların, qiymətli kağızların və s. alınıb satılmasını əhatə edir.Belə ki, bu dövrdə əmtəə və xidmətlərin tədavülü milli bazarlar hüdudundan kənara çıxır və nəticədə xarici ticarət genişlənir.Dünya bazarı bir-biri ilə beynəlxalq ticarət, elmi-texniki biliklərin mübadiləsi, xidmətlər və s. vasitəsilə əlaqə saxlayan dövlətlərin milli bazarlarının məcmusudur.

3.Xarici iqtisadi siyasətin həyata kecirilməsi istiqamətləri.

Xarici iqtisadi siyasət aşağıdakı istiqamətlərdə həyata keçirilir:


  1. Xarici ticarət siyasəti

  2. Ödeniş balansı siyaseti

  3. Xarici investisiya siyaseti

  4. Xarici yardım siyasəti

Xarici ticarət sisasəti dedikdə ölkənin xarici ticarətinin nizamlanmasına yönəldilmiş tədbirlər sisteminin məcmusu, xarici iqtisadi sayasetinin aparıcı sahələrindən biridir. Xarici ticarət siyasəti geniş mənada maliyyə mənbələrinin yaradılması və istifadə olunmasına xidmat edir. Xarici ticarət siyasəti qarşıya qoyulan məqsəddən asılı olaraq iqtisadi mənbələrin yenidən böyüdülməsinə təsir göstərir

Xarici ticarət ticarət siyasətinin əsas vasitəsi tarif və qeyri tarif təmzimlənidir- Burada yalnız xarici iqtisadi siyasətin tərkib hissəsi kimi ödeniş balansı siyasətinin ümumi cəhətlərinə diqqət getirir.

Ödəniş balansı siyasəti hökümətin ödəniş balansının müvanizətini təmin etmək üçün həyata keçirdiyi tədbirlərin məcmusudur.

Ödəniş balansının kəsirinin ödəmək üçün görülən tədbirləri qısa və uzun müddətli tədbirlərə bölmək olar. Qısa müddətli tədbirlərə bu kəsirli ödəmək üçün digər dövlətlərdən, beynəlxalq təşkilatlardan vəsait əldə əldə edilməsi və ya özünün malik olduğu tədbirlər daxildir. Uzun müddətli ədbirlərə isə aşağıdakılar daxildir:



  1. pul və maliyyə siyasətlərindən istifadə olunaraq iqtisadiyyatda devalusiya (milli və ya beynəlxalq pul vahidi məzəndəsinin xarici valyuta ilə müqayisədə aşağı salınmasıdır) yaradılması yolu ilə ödəniş balansının kəsir verilməsini təmin etmək.

  2. Milli valyutanı devalvasiya etmək.

  3. Beynəlxalq iqtisadi fəaliyyətlər üzərinə valyuta nəzarəti qoymaq.

  4. Xarici ticarət balansı kəsirlə bağlanırsa tarif dərəcələrini yüksəltmək və idxalda məhdudiyyətləri artırmaq, ixracın artırılması üçün tədbirlər görmək.

Bu tədbirlərin hamısı birlikdə və yaxud hər biri ayrı-ayrı qəbul edilə bilər.

Ödənişbalansında müvazinət yaradılması məqsədi ilə yeridilən siyasət 250 illik tarixə malikdir. Lakin, keçən əsrin 30-cu illərinə qədər nəzəriyyə ödəniş balansənın müvazinətinin sabit valyuta məzənnələrində dəyişirlik edilməsi yolu ilə çox bəsid bir yolla təmin edilməsini nəzərdə tuturdu. Şübhəsiz bu nəzəriyyə klassik rəqabət mexanizmi və qiymətlərin tam elastik olduğu ehdimalından doğurdu. Bazar iqtisadiyyatı sistemində işsizlik və infilasiya kimi çox cidii problemlərin həlli üçün tam məşqulluq və qiymətlərin sabitliyinin təmin olunması aparılan iqtisadi siyasətin başlıca məqsədlərindən, ödəniş balansı siyasətinin mərkəzi problemlərindəndir. Çünki, ödəniş balansında bazarlığın pozulması gəlir, məşqulluq və qiymətlərin səviyyəsində əks olur. Ona görədə ödəniş balansı siyasətin istər ümumi iqtisadi siyasətin, istərsədə xarici siyasətin mühüm tərkib hissəsidir.



Xarici investisiya siyasəti uzun müddətli beynəlxalq kapital qoyuluşları özündə birbaşa xarici investisiyaları və uzun müddətli portfel qoyuluşlarını birləşdirir. Azərbaycanda müstəqil dövlət quruculuğu vəzifələri-müstəqilliyin möhkəmləndirilməsi, təhlükəsizliyin, ərazi bütövlüyünün və iqtisadi maraqların təmin olunması və s. özünəməxsus xüsusiyyətlərlə, vəzifə və faktiki gedişlərlə fərqlənən müxtəlif istiqamətli xarici siyasət yeridilməsini tələb edirdi. Ölkənin müstəqilliyinin dönməzliyinə nail olmaq, onu tədricən ənənəvi siyasi təsir dairəsindən çıxarmaq, tarixən formalaşmış xarici iqtisadi, siyasi və mədəni əlaqələrdən müstəqillik mənafeləri üçün səmərəli istifadə etmək, Şərqlə Qərb arasındakı münasibətlər sistemində Azərbaycanın özünənəməxsus yer tutmasını təmin etmək üçün region dövlətlərinin köklü mənafelərinə və maraqlarına toxunmamaq şərtilə çoxşaxəli və tarazlaşdırılmış siyasət həyata keçirilir.Ilk növbədə regionda böyük təsir gücünə malik olan Rusiya ilə qarşılıqlı əməkdaşlıq prinsiplərinə əsaslanan ikitərəfli münasibətlər qaydaya salındı. İki ölkə arasındakı münasibətləri normalaşdırmaq üçün bütün incəlikləri nəzərə alan yollar, vəsitələr araşdırıldı, hər iki tərəfin mənafeyinə cavab verən iqtisadi, siyasi və mədəni əlaqələrin inkişafı üçün bir sıra təsirli addımlar atıldı.Müstəqil dövlət quruculuğu prosesində Rusiya ilə əlaqələrdən bəhrələnmək, bəzi imperiyapərəst qurumları bitərəfləşdirmək taktikası Azərbaycanın xarici siyasət kursunda müstəqil bir istiqamət kimi həyata keçirilməyə başlandı. 1993-cü il sentyabrın 6-da Heydər Əliyev Moskvada Rusiya Prezidenti Boris Yeltsin və Rusiyanın başqa rəhbər şəxsləri ilə görüşüb iki ölkə arasında münasibətlərin yaxşılaşdırılması məsələlərini müzakirə etdi, sentyabrın 24-də isə Azərbaycan MDB-yə daxil oldu.Eyni zamanda, müstəqil dövlətçilik problemlərini həll etmək, bu yolda qarşıya çıxan təzyiqlərə birgə sinə gəlmək, yeni itisadi və dövlətlərarası münasibətlərə uyğun ikitərəfli və çoxtərəfli əlaqələr yaratmaq məqsədilə digər MDB dövlətləri, Ukrayna, Belorusiya, Gürcüstan, Moldava və xüsusən 1993-cü ilin sonuna qədər Azərbaycanla kəskin münasibətlərə malik olan Orta Asiya Respublikaları ilə münasibətlərin köklü şəkildə yenidən qurulması üçün yeni forma və vasitələrdən istifadə edilir.Həmin dövr üçün Azərbaycanın xarici siyasət fəaliyyətində mühüm əhəmiyyət kəsb edən istiqamətlərdən biri də Qafqaz bölgəsinin dövlətləri və xalqları ilə mehriban qonşuluq münasibətlərinin yaradılması idi. Çünki tarix boyu bu regionda baş verən ictimai-siyasi proseslər bölgə xalqının və dövlətinin bir-birinə qarşı qoyulması yolu ilə gərginləşdirilmiş, Qafqazda ümumi təhlükəsizlik sisteminin yaradılması sahəsində səylərin qarşısı alınmışdır. Yeni şəraitdə Qafqazın təhlükəsizlik problemlərinin və starateji dövlətçilik mənafelərinin eyniliyi, bölgə dövlətlərinin qarşı-qarşıya qoyulması hallarının aradan qaldırılması zərurəti bu yöndə xüsusi xarici siyasət yeridilməsini və region dövlətləri arasındakı hərtərəfli əlaqələri tənzimləyən münasibətlər yaradılmasını tələb edirdi.1993-cü ilin sonundan etibarən Azərbaycanın xarici siyasətində bu istiqamət xüsusilə aydın parametrlər kəsb etməyə başladı. 1994-cü ildə Ermənistan-Azərbaycan cəbhəsində atəşkəsin əldə olunması, 1996-cı il martın 8-də Azərbaycan respublikasının Prezidenti Heydər Əliyevin Gürcüstana rəsmi səfəri zamanı “Qafqaz bölgəsində sülh, sabitlik və təhlükəsizlik haqqında” Azərbaycan-Gürcüstan Bəyənnaməsinin imzalanması Respublikamızın Qafqazda həyata keçirdiyi xarici siyasətin mühüm uğuru idi. Tiblisidə iki dövlət başçısının imzaladığı birgə Bəyənnamə “Ümumi Qafqaz evi” ideyasının əməli olaraq həyata keçirilməsinin başlanğıcını qoydu.Azərbaycanın regionundakı sosial-iqtisadi inkişafı və siyasi təkamülə xidmət edən qlobal iqtisadi layihələrin gerçəkləşməsi istiqamətində ardıcıl addımları və sülhsevər siyasəti bu ideyanın reallaşmasına əlverişli zəmin yaratdı. Lakin Ermənistan təcavüzkar siyasəti və regiondakı konfliktlərin həllinin uzanması “Ümumi Qafqaz evi” ideyasının həllini xeyli çətinləşdirdi. Azərbaycan dövlətinin “Ümumi Qafqaz evi” təşəbbüsü bu gün də aktual təşəbbüs kimi gündəlikdə durur və öz həllini gözləyir.Azərbaycan dövləti özünün bütün inkişafı boyu Yaxın və Orta Şərqin ən nüfuzlu və aparıcı ölkələri olan İran və Türkiyə kimi böyük, nüfuzlu və regionda xüsusi təsir gücü olan dövlətlərlə sıx qarşılıqlı münasibətlərdə olmuşdur. İstər Azərbaycanın hər iki dövlətlə ikitərəfli, istər birgə, istərsədə bu iki dövlətin öz aralarında mövcud olan əlaqələri hər zaman Respublikamızın həm daxili həyatı, həm də beynəlxalq vəziyyətinə öz təsirini göstərmişdir. Ona görə də, müstəqil Azərbaycan diplomatiyası hər iki dövlətlə öz əlaqələrini elə qurmalı idi ki, bir tərəfdən, onların imkanlarından və bölgədə kəsişən maraqlarından Azərbaycan dövlətçiliyinin mühüm problemlərinin həll edilməsində istifadə etsin, digər tərəfdən, Respublikanın inkişafını və maraqların bu iki dövlət arasındakı münasibətlərin təsirindən azad etsin.

Lakin 1993-cü ilin ortalarına qədər Azərbaycanın xarici siyasət kursunda bu mühüm prinsipin əhəmiyyəti lazımınca qiymətləndirilə bilmədi. Tarazlaşdırılmamış xarici siyasət strategiyası Azərbaycanın cənub qonşusu olan İranla münasibətlərinin kəskin siyasi- ideoloji qarşıdurma vəziyyətinə gəlib çıxması ilə nəticələndi.İran-Azərbaycan münasibətlərinin bütün dövrlərdə yalnız Azərbaycan beynəlxalq vəziyyətinə deyil, həm də Respublikanın daxili həyatına əhəmiyyətli təsir göstərmək imkanlarını nəzərə alan ölkə başçısı İranla gərgin vəziyyətə çatdırılmış siyasi-ideoloji qarşıdurmanı dayandırmaq, münasibətləri mehriban qonşuluq və əməkdaşlıq prinsipləri üzərində yenidən qurmaq, iki ölkə arasındakı əlaqələri bütün mümkün yolla və vasitələrlə yaxşılaşdırmaq üçün 1993-cü ilin ortalarından başlayaraq gərgin və səmərəli iş apardı. Bunun nəticəsində artıq 1993-cü ilin sonu-1994-cü ilin əvvəlində bu qonşu dövlətlə əlaqələrdə dönüş yaratmaq mümkün oldu.Bundan başqa, Azərbaycan hökuməti Türkiyə ilə münasibətlərin normal, sivil, qarşılıqlı faydalı iqtisadi-siyasi əməkdaşlıq və tərəfdaşlıq müstəvisi üzərinə keçirmək üçün çox ciddi və məqsədyönlü iş apararaq tezliklə müsbət nəticələrə nail oldu. Hər şeydən əvvəl, region dövlətlərini və beynəlxalq qurumları iki ölkə arasındakı münasibətlərin əvvəlki dövrdə olduğu kimi sırf etnik amillər əsasında deyil, iki müstəqil dövlətin beynəlxalq birgəyaşayış normalarına söykənən qarşılıqlı mənafeyi üzərində qurulduğuna inandırmaq mümkün oldu. Bu da Azərbaycanın beynəlxalq münasibətlər sisteminə daha uğurlu inteqrasiyası qarşısında əlverişli imkanlar açdı.Müstəqil Azərbaycan dövlətinin xarici siyasətinin ən mühüm starteji istiqamətlərdən biri də Qərbin və Şərqin aparıcı ölkələri ilə münasibətlərin tənzimlənməsində, həmin ölkələrlə əməkdaşlıq və tərəfdaşlıq prinsiplərinə əsaslanan qarşılıqlı əlaqələrin qurulmasından ibarət idi. Bunun üçün, ilk növbədə, Azərbaycanın geosiyası mövqeyi və iqdisadi tərəfdaşlıq imkanları obyektiv qiymətləndirilməli, həmin amillərin bəhs edilən ölkələrin iqtisadi və siyasi maraqları ilə uzlaşdırılması yönümündə təsirli addımlar atılmalı idi.Bu zərurəti tam aydınlığı ilə dərk edən Azərbaycan hökuməti 1993-cü ilin axırlarından başlayaraq həm Şərq və Qərb, həm də region ölkələri ilə münasibətləri ayrı-ayrı təsadüfü əlaqələr səviyyəsində sistemli xarici siyasət kursu səviyyəsinə qaldırmaq taktikası seçdi.Həyata keçirilən yeni xarici siyasət dünyanın aparıcı dövlətlərinin iqtisadi və siyasi maraqlar sisteminə daxil olan müstəqil Azərbaycan dövlətinə öz təhlükəsizliyi və digər dövlətlərlə qarşılıqlı faydalı əlaqələr yaratması üçün etibarlı beynəlxalq təminat qazanmağa imkan verdi. Müstəqil dövlət quruculuğunun həyata keçirilməsi və onun təhlükəsizliyi üçün daxili amilin müstəqillik iradəsi və əzmi, xarici amilin isə beynəlxalq təminat ilə müəyyənləşdiyi nəzərə alınarsa, onda bu gün müstəqil Azərbaycan dövlətinin qorunması və inkişafını şərtləndirən hər iki amilin təmin edilməsi və möhkəmləndirilməsi yolunda əsaslı addımların atıldığını qeyd etmək olar.Müstəqillik və dövlətçilik mənafelərini qorumaq, bu sahədə qarşıya çıxan problemləri beynəlxalq aləmin dəstəyi ilə həll etmək üçün Azərbaycan diplomatiyası beynəlxalq və məhəlli təşkilatlarla sıx əlaqələr yaratmaq, beynəlxalq hüquq noramaları və qarşılıqlı faydalı əməkdaşlıq prinsipləri ilə tənzimlənən böyük dünya siyasətinə qatılmaq sahəsində də mühüm işlər görmüşdür. BMT, Avropa Birliyi, Avropa Şurası, ATƏT, araqlı tərəflərdən ATƏM-in Minsk qrupunun 2-8 noyabr 1993-cü tarixində Vyanada keçirilən iclasında edilən düzəlişlərlə “Təhlükəsizlik Şurasının 822 (1993) və 853 (1993) saylı qətnamələrinin həyata keçirilməsi üzrə təxirəsalınmaz addımların Yeniləşdirilmiş cədvəlinə”2 uyğun olaraq hərbi əməliyyatların və düşmənçilik hərəkətlərinin dərhal dayandırılmasını, Zəngilan rayonundan və Horadiz şəhərindən işğalçı qüvvələrin birtərəfli qaydada çıxarılmasını və Azərbaycan Respublikasının bu yaxınlarda işğal edilmiş başqa rayonlarından işğalçı qüvvələrin çıxarılmasını tələb edir; ənin bitməsindən 15 il keçməsinə baxmayaraq tələb olunan şərtlərin heç biri yerinə yetirilməmişdir. “ Bu hadisə dünyada ən universal təşkilat olan BMT-yə başucalığı gətirmir”.

Bunlar təbii ki, regionda Super Güc olan Rusiyanın maraq dairəsindədir. Regionda hər hansı bir münaqişənin həll olunmaması Rusiyaya olan ehtiyacları bir daha artırır və bu yolla da Rusiya öz hegomoniyasını qoruyub saxlamış olur. “Onu da vurğulamaq istəyirəm ki, bu yaxınlarda ATƏT-in Minsk qrupunun Rusiyadan olan həmsədri Yuri Merzlyakov deyib ki, məsələnin BMT-də müzakirə olunması guya Dağlıq Qarabağ probleminin həllində geriyə doğru addım ola bilər. Əlbəttə, bütün bunlar cəfəng söhbətlərdir. Təəssüf edirəm ki, Rusiyanın təmsilçisi belə bəyanat verir.Ümumiyyətlə isə, Azərbaycan-BMT əlaqələri artan müsətivədə inkişaf etməkdədir. MDB, İslam dünyası ölkələrini birləşdirən İKT, Yaxın və Orta Şərq ölkələrinin təmsil olunduğu EKO, Qara dəniz ətrafı dövlətləri birləşdirən Qara dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı və digər beynəlxalq, məhəlli təşkilatlarla sıx inteqrasiyanın, hərtərəfli münasibətlər qurulmasının yeni yolları və vasitələri müyyənləşdirilmiş və həyata keçirilmişdir.Ermənistanın təcavüzünün dəf edilməsi, Respublikamızın pozulmuş ərazi bütövlüyünün bərpa olunması və işğalçıların ölkə ərazisindən çıxarılması, Dağlıq Qarabağ probleminin həlli ilə bağlı beynəlxalq aləminin dəstəyinin qazanılması müstəqil dövlət quruculuğunun bütün dövürlərində Azərbaycan diplomatiyasının qarşısında qoyduğu ən mühüm istiqamətlərdən və vəzifələrdən biri olmuşdur. Bunlardan əlavə ölum cəzasının ləğvi, senzuranın aradan qaldırılması və kütləvi informasiya vasitələrinin ( KİV ) fəaliyyətinə sərbəstliyin verilməsi, Ombudsman təsisatının qurulması və.s dir. Hal hazırda Azərbaycanla AŞ arasında yüksək səviyyəli münasibətlər mövcuddur. AŞ-nın müxtəlif sessiyalarında Ermənistanın işğal siyasətini pisləyən bəyanatlar səsləndirilmişdir. AŞ PA tərəfindən 2005-ci il yanvar ayında qəbul olunan Ermənistanın işğalçılıq siayəsətini ifşa edən ən mühüm sənəd 1416 №-li qətnamə hesab olunur. Qətnamədə Ermənistanın rəsmən təcavüzkar dövlət kimi tanınması, etnik təmizləmə siyasətini pisləyən fikirlər qeyd olunub. Qətnamənin lehinə123, əleyhinə 7 səs verilərək qəbul edilmişdi. Həmçinin “Dağlıq Qarabağ” rejimi separatçı rejim adlandırılmışdı. Dağlıq Qarabağ ətrafında yaranmış münaqişənin qanlı tarixi göstərdi ki, beynəlxalq rəyi nəzərə almadan, ayrı-ayrı nüfuzlu beynəlxalq təşkilatların və dövlətlərin dəstəyinə nail olmadan, hərtərəfli düşünülmüş diplomatik iş aparmadan güc tətbiq etməklə bu məsələnin həllinə yönələn hər bir cəhət əvvəlcədən acı nəticəyə və uğursuzluğa məhkumdur. Ona görə də, Azərbaycan diplomatiyası bu dövrdə bütün gücünü müstəqil dövlətimizin dünyada tanınmasına, onun beynəlxalq nüfuzunun artmasına, ictimai-siyasi, iqtisadi və mənəvi həyatın bütün sahələrində dünya birliyinə inteqrasiya olunmasına yönəltmişdir. Hər bir müstəqil dövlət özünəməxsus prinsip və xüsusiyyətlərlə fərqlənmə, müxtəlif istiqamətli daxili və xarici siyasət yeridir. Dövlətin daxili siyasəti xalqın ümumi rəyi ilə yardılmış və qəbul olunmuş Konstitutsiya əsasında onun tam bir varlıq kimi yaşaması, fəaliyyətinə, ictimai-siyasi, iqtisadi və mənəvi həyatın bütün sahələrində təmsil etdiyi vətəndaşların maddi və mənvi tələbatının fasiləsiz təmin edilməsinə yönəldilir. Xarici siyasət isə bu vəzifələrin yerinə yetirilməsi, habelə öz ərazisində qanunverici, icaredici və məhkəmə hakimiyyətinin kənar müdaxilə olmadan həyata keçirilməsi məqsədilə təhlükəsiz və əlverişli beynəlxalq şəraitin təmin edilməsinə; ayrı-ayrı dövlətlərlə qarşılıqlı- faydalı əməkdaşlığa, iqdisadi, siyasi, sosial və mədəni həyatın bütün sahələrində əldə edilmiş beynəlxalq təcrübələrin mənimsənilməsinə; qarşıya çıxan problemlərin aradan qaldırılması yönündə dövlətlərin səylərinin birləşdirilməsinə və s. xidmət edir. Başqa sözlə ifadə etsək, ölkə daxilində gedən proseslərdən və qarşıya qoyulan vəzifələrdən irəli gələn siyasi xətt dövlətin beynəlxalq münasibətlər sahəsində mövqeyin və xarici siyasətin istiqamətlərinin, xarakterinin, prinsiplərini müəyyənləşdirir və şərtləndirir. Bu mənda xarici siyasəti dövlətin daxili inkişafının əsas vəzifələrindən irəli gələn, ölkənin milli mənfeləri ilə xarici aləmin maraqları arasında sivil birgəyaşayış qaydaları və normaları əsasında uyğunlaşdırılmış, uzlaşdırılmış münasibətlər sistemi yaratmağa xidmət edən məqsədyönlü fəaliyyət növü kimi xarakterizə etmək olar.
Ədəbiyyat siyahısı:

  • Allahverdiyev H.B., Qafarov K.S. “Milli iqtisadiyyatın dövlət tənzimlənməsi” , Bakı,2005

  • Kərimov C., Gənciyev G. Dünya iqtisadiyyatı (Mühazirə toplusu). Bakı, 2001




  • Vəliyev D. Beynəlxalq iqtisadiyyat. Bakı,1997




  • Süleymanov N.M. İqtisadi tarix (dərs vəsaiti)-Bakı, Elm, 1999 səh 355.



  • Heydərov K.F. “Gömrük işinin əsasları və gömrük işinin təşkili” Bakı, 2000




  • Ə.Həsənov Müasir beynəlxalq münasibətlər və Azərbaycanın xarici siyasəti.Dərslik Bakı-2005

  • S.Səfərov Yeni Azərbaycan, iqtisadiyyat, siyasət, dinamizm.Bakı-2003


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azrefs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə