İxtisas: Beynəlxalq İqtisadi Münasibətlər buraxili ş İ Ş İ Mövzu: Dünya xammal və ərzaq bazarının müasir vəziyyəti və inkşaf problemləri




Yüklə 1.48 Mb.
səhifə1/13
tarix30.04.2016
ölçüsü1.48 Mb.
  1   2   3   4   5   6   7   8   9   ...   13


AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ

AZƏRBAYCAN DÖVLƏT İQTİSAD UNİVERSİTETİ


Fakültə: Beynəlxalq İqtisadi Münasibətlər

Kafedra: Beynəlxalq İqtisadi Münasibətlər

İxtisas: Beynəlxalq İqtisadi Münasibətlər


B U R A X I L I Ş İ Ş İ
Mövzu: Dünya xammal və ərzaq bazarının müasir vəziyyəti və inkşaf problemləri.
Tələbə: Əlixanov Təbriz Babək o.

Qrup: 858

Rəhbər: i.e.n. b/m Qələndərova H.M

Kafedra müdiri: i.e.d. prof. Hacıyev Ş.H
B A K I - 2011
MÜNDƏRİCAT

Giriş

..........................................................................................................................................3

I FƏSİL

DÜNYA XAMMAL VƏ ƏRZAQ BAZARININ MÖVCUD VƏZİYYƏTİ VƏ PROBLEMLƏRİ.
§1.1 Dünya bazarının strukturu və konyukturasının empirik təhlili ..............................5

§1.2 Dünya xammal bazarı və bazarın əsas hərəkətverici qüvvələri .............................13

§1.3 Beynəlxalq kənd təsərrüfatı məhsulları bazarı və bazarın iştirakçıları ..................28

II FƏSİL

AZƏRBAYCANIN XAMMAL VƏ ƏRZAQ BAZARININ MÖVCUD VƏZİYYƏTİ VƏ PROBLEMLƏRİ.
§2.1 Azərbaycan Respublikasının dünya enerji və xammal daşıyıcıları bazarındakı mövqeyinin sistemli təhlili ............................................................................................47

§2.2 Azərbaycan Respublikasında kənd təsərrüfatı və ərzaq məhsulları ilə təminat sahəsində mövcud vəziyyət ...........................................................................................58

§2.3 Azərbaycanın aqrar sənaye sektorunun problemləri və inkşaf perspektivləri ......65
Nəticə və təkliflər ..........................................................................................................70

Ədəbiyyat siyahısı .........................................................................................................72



Giriş
Hər bir milli iqtisadiyyatın və eləcə də dünya iqtisadiyyatının inkişafı iqtisadi ehtiyatlardan - istehsal amillərindən asılıdır. Dünya iqtisadiyyatının inkişafında bütün bu ehtiyatlardan istifadə edilməsi prоblemləri böyük rоla malikdir. Mineral ehtiyatların istehsalı və istehlakı beynəlхalq əmək bölgüsü vasitəsilə bütün dünya ölkələrini əhatə edir.

Sənayenin inkişafı ilə məhsuldar qüvvələrin inkişafında təbii ehtiyatlar və yerin təkindəki faydalı qazıntılar daha böyük rоla malikdirlər. Yerin təkində və bəzən də yerin üst qatında güclü yanacaq ehtiyatı-kömür, neft, qaz, uran filizi müхtəlif metal filizləri, inşaat materialları istehsalı üçün хammal mövcuddur. Bütün bunlar bərk, maye və qaz halındadır. Bu ehtiyatlar iqtisadi inkişafın ən zəruri şərti hesab edilir. Eyni zamanda elmi-teхniki tərəqqinin nailiyyətləri nəticəsində bir çох süni, kimyəvi-teхniki yeniliklər bu mineral ehtiyatların əvəzlənməsinə zəmin yaradır. Bu sahədə Yapоniya, Cənubi Kоreya, Sinqapur bir çох nailiyyətlər əldə etmişdir.

Geoloji proqnozlara görə mineral yanacağın həcmi 12.5 trln. ton təşkil edir. Bu ehtiyatlar 1000 ilə kifayət edə bilər. Bu ehtiyatlar kömür 60% , neft və qaz 27% və eləcə də yanar şist və torfdan ibarətdir.

Beləliklə, istehsalın artması ilə mineral xammal növlərinin istehlakının artması arasında birbaşa qarşılıqlı əlaqə vardır. ETT-nin təsiri altında iqtisadiyyatın quruluşunda olan dəyişikliklər də təlabatın dəyişilməsinə təsir edir. Hətta bir çox məhsulların istehlakı iqtisadi inkişaf surətini qabaqlayır.

Belə ki, qeyri -yanacaq mineral ehtiyyatların təqribən 36% -i, neft ehtiyatlarının isə cəmi 5% -nin inkişaf etmiş sənaye ölkələrinin payına düşdüyü halda, həmin ölkələr emal sənayesinin 81% - ni öz əllərində cəmləşdirmişdir.

Beynəlxalq bazarlar sistemində konyukturanın kəskin təzadları ilə seçilən neft və neft məhsulları bazarı iqtisadiyatın inkişafında böyük rol oynayır. Bu baxımdan Azərbaycanın artan neft-qaz potensialına müasir mərhələdə müvafiq resursların beynəlxalq aləmdə yerləşməsi, neftin istehsalı, emalı ilə bağlı komplekslərin sayı beynəlxalq neft biznesində və bazarında gedən meyllərə diqqət yetirməyi tələb edir. Azərbaycanın mərkəzi mövqe tutduğu Xəzər regionunun ümumilikdə karbohidrogen resurslarının kifayət qədər yüksək qiymətləndirilməsini nəzərə alsaq, yəqin etmək olar ki, bu region ümumdünya neft hasilatı sisteminə və biznesinə cəlb edilə bilər. Onu da qeyd etmək lazımdır ki, neft məhsullarının istehsalının artırılması və bu əsasda onun ixracının çoxaldılması respublikamızın inkişafının hazırkı mərhələsində yalnız dünya bazarına çıxmaq və valyuta təsərrüfatını gücləndirmək məqsədi güdmür. Burada qlobal məqsəd Azərbaycanın dövlət müstəqilliyinin hazırki mərhələsində neft amilindən istifadə edib respublikamızın siyasi müstəqilliyini beynəlxalq səviyyədə möhkəmləndirməkdən ibarətdir.

Ölkənin iqtisadi təhlükəsizliyinin, o cümlədən onun tərkib hissəsi kimi ərzaq təhlükəsizliyinin təmin olunması kənd təsərrüfatının inkişafı sahəsində mümkündür. Kənd təsərrüfatı milli iqtisadiyyatın ən mühüm sahələrindən biri olmaqla yüngül və yeyinti sənayesini xammalla, əhalinin isə ərzaq məhsulları ilə təmin olunmasına xidmət edir. Kənd təsərrüfatının inkişaf səviyyəsindən və tempindən bütövlükdə ölkə iqtisadiyyatının inkişafı və onun ayrı-ayrı sahələri arasındakı proporsiyalar (nisbətlər) çox asılıdır. Təkcə onu qeyd etmək kifayətdir ki, kənd təsərrüfatında çalışan hər bir işçinin fəaliyyəti nəticəsində iqtisadiyyatın başqa sferalarında orta hesabla 6-8 nəfərin məşğulluğu təmin olunur. Diplom işində dünya ərzaq bazarının müasir vəziyyəti tədqiq edilmiş, Azərbaycanın aqrar-sənaye kompleksinin vəziyyəti, mövcud problemləri və inkşaf perspektivləri göstərilmişdir.

Fəsil 1. Dünya xammal və ərzaq bazarının müasir vəziyyəti və inkşaf problemləri.




    1. Dünya bazarının strukturu və konyukturasının empirik təhlili.

Dünya bazarı dünya iqtisadiyyatında istehsal edilmiş əmtəə və xidmətlərin satıldığı və maliyyə axınlarının həyata keçirildiyi bütün milli və beynəlxalq bazarların məcmusudur. Dünya bazarı beynəlxalq ixtisaslaşmış əmtəə və digər funksional bazarlardan ibarətdir. Onların sırasında ümumi şəkildə aşağıdakıları göstərmək olar:



  1. Beynəlxalq kənd təsərrüfatı məhsulları bazarı;

  2. Beynəlxalq enerji daşıyıcıları bazarı;

  3. Beynəlxalq yarımfabrikatlar və hazır məhsullar bazarı;

  4. Beynəlxalq elmi-texniki məhsullar bazarı;

  5. Beynəlxalq qiymətli kağızlar bazarı;

  6. Beynəlxalq xidmət bazarı;

  7. Beynəlxalq kapital bazarı;

  8. Beynəlxalq investisiyalar bazarı;

  9. Beynəlxalq işçi qüvvəsi bazarı və s

Dünya bazarı konyukturasının empirik təhlilini nəzərdən keçirməzdən əvvəl konyuktura anlayışı və dünya bazarı konyukturasına təsir edən amillərlə tanış olaq. Konyuktura- bazarda yaranmış iqtisadi situasiya olmaqla bunları özündə xarakterizə edir: tələb və təklif arasındakı nisbət, qiymət səviyyəsi, sahə üzrə sifariş çantası və s.

Tələb və təklif arasındakı nisbət təhlil edilərkən ixracatçıların dünya bazarındakı vəziyyətlərində olan nisbi dəyişikliklər təhlil olunur, onun səbəbləri, beynəlxalq ticarətin ümumilikdə yeni forma və üsulları, eləcə də kapital ixracı, texnologiya mübadiləsi məsələləri araşdırılır. Ayrıca olaraq məmulatların dünya idxalında həcmi və quruluşuna, onların idxalçı ölkələr arasında bölgüsünə, dünya idxalında bu ölkələrin xüsusu çəkisini dəyişməsinə baxılır. Bu dəyişiklərin səbəbi dövlətlərin və nəhəng firmaların beynəlxalq ticarət sahəsində proqramlarının idxalın dinamikasına təsiri xarakterizə olunur. Qiymət konyukturanın mühüm elementi olmaqla, onun hərəkətində konyukturanın bir çox göstəricisinin – istehsal həcmi, xarici ticarət, kapital qoyoluşu, səhmlərin kursunun dəyişməsi meylləri əks olunur. Sifarişlər çantası- müəyyən bir tarixə (bir qayda olaraq ilin sonuna) ayrı-ayrı firmalarda, bütövlükdə sahədə olan sifarişlərin həcmidir. Sifarişlər çantasının genişləndirilməsi tələbatın artmasına dəlalət edir ki, bu da gələcək istehsalın genişləndirilməsinə şərait yaradır. Əksinə, sifarişlər çantasının ixtisar olunması konyukturanın pisləşməsi və gələcəkdə istehsalın azalması əlamətidir.

Dünya bazarı konyukturasına dövri və qeyri-dövri amillər təsir edir. Qeyri-dövri amillər daimi təsir edən və daimi təsir etməyən qruplara bölünür. Konyukturaya daimi təsir edən amillər sırasına dünya iqtisadiyyatının inkşafının xarici şərtlərinin dəyişməsi, elmi-texniki tərəqqi, inhisarların təsiri, iqtisadiyyatın hərbiləşdirilməsi, inflyasiya aiddir. Daimi təsir etməyən amillər sırasına isə mövsimilik, sosial münaqişələr, siyasi böhranlar, təbii fəlakətlər daxildir. Bu amillərdən bəzilərinin qısa təsirini araşdıraq. Dünya iqtisadiyyatı inkşafının xarici şərtlərinin dəyişməsi- Son illərdə konyukturaya inkşaf etməkdə olan ölkələrin (İEOÖ) təsiri artmağa başlamışdır. Belə ki, kəşf edilmiş xammal və yanacağın dünya ehtiyatlarının 80%-i bu ölkələrin payına düşür. Bir çox xammal və yanacaq- energetika əmtəələrinin əsas ixracatçıları olmaqla İEOÖ-lər bu əmtəələrin bazarlarına və bununla da ümumi təsərrüfat konyukturasına təsir göstərir. Bu təsirin əsas gücü ondan ibarətdir ki, öz maraqlarını qorumaq üçün bu ölkələr əlbir hərəkət edirlər. Buna misal olaraq dünya neft bazarında səmərəli fəaliyyət göstərən bir sıra neft ixrac edən ölkələrin birləşdiyi OPEK təşkilatını göstərmək olar. OPEK neftin hasilatı və ixracının həcmi, eləcə də dünya bazarında qiymət vasitəsilə ona daxil olan ölkələrin birgə hərəkətlərini (neftin hasilatı və ixracı üzrə) əlaqələndirir və bununla da dünya neft bazarında konyukturanın müəyyənləşdirilməsində mühüm rol oynayır. Elmi-texniki tərəqqinin dünya bazarlarında konyukturaya təsiri onunla izah olunur ki, o iqtisadiyyatın ənənəvi sahələrində əsas kapitalın yeniləşməsini sürətləndirməklə, məhsuldar qüvvələrin keyfiyyətcə inkşafına səbəb olur.

Daimi olmayan qeyri-silsilə amillərinə gəldikdə isə mövsimilik amili il ərzində əmtəələrin bazara qeyri-bərabər çıxarılmasında və ilin müxtəlif vaxtlarında əmtəələrin satışında enib-qalxmalarda göstərir. Sosial münaqişələr özünü tətillər şəklində biruzə verir ki, bu da konyukturanın dəyişməsinə təsir göstərir. Tətillər dövründə istehsal həcminin aşağı düşməsi bazarda ayrı-ayrı əmtəələrin çatışmazlığına səbəb olur.

Dünya bazarını təhlil edərkən bir neçə məhsul qrupu üzrə (kənd təsərrüfatı, yanacaq və dağ mədən sənayesi, dəmir və polad, kimyəvi, tekstil ) təhlil aparacağam.

Əsas əmtəə qrupları üzrə 2009-cu ildə dünya əmtəə ixracı cədvəl 1 də göstərilmişdir.



Cədvəl 1.
Əsas əmtəə qrupları üzrə dünya əmtəə ixracı, 2009, milyard dollar və faizlə.

Əmtəə qrupları


Dəyəri


Dünya əmtəə ticarətində payı


İllik faiz dəyişməsi



2007

2008

2009

Yanacaq

1808

14.8

13

41

-37

Kimyəvi

1447

11.9

19

14

-14

Kənd təsərrüfatı

1169

9.6

20

18

-13

Dəmir və polad

326

2.7

28

23

-45

Tekstil

211

1.7

9

5

-17

Mənbə: Ümumdünya Ticarət Təşkilatı, 2009.


Ümumilikdə, cədvələ əsasən əmtəə məhsullarının ticarətində yanacaq məhsulları mühüm yer tutur ki, bu da 2009-cu ildə 14.8% təşkil etmişdir. Ancaq tekstil məhsulları ilə ticarət ən aşağı paya malik olaraq 1.7% təşkil etmişdir. İllik faiz dəyişməsinə nəzər saldıqda isə 2007 və 2008-ci illərlə müqayisədə bütün əmtəə qrupları üzrə ticarət templəri əsaslı şəkildə aşağı düşmüşdür. Statistik məlumatlara əsasən əmtəələrlə ticarətin həcmi 12% aşağı düşmüşdür. Düzdür əvvəlki illərdə də kəskin azalmalar müşahidə olunmuşdur ( məsələn 1975-ci ildə 7%, 2001- ci ildə 0.2%) lakin bu azalmalar 2009-cu illə müqayisədə dünya bazarına bir o qədər də əhəmiyyətli dərəcədə təsir etməmişdir. Dünya iqtisadçıları bu azalmanın səbəbi kimi bir sıra amilləri göstərirlər: a) ölkələr tərəfindən tətbiq edilən ticarət məhdudiyyətləri; b) Amerikada başlayan qlobal maliyyə böhranı nəticəsində qlobal tələbin azalması; c) maliyyə ehtiyatlarının məhdudluğu. Aşağıdakı qrafikə əsasən illər üzrə dünya əmtəə ixracının həcmində olan dəyişiklikləri müşahidə etmək olar:

Qrafik 1.

Dünya əmtəə ixracının həcmi, 1969-2009, faizlə


Mənbə: Ümumdünya ticarət təşkilatı, Katiblik
İndi isə bir sıra bazar növlərini təhlil edək:

Kənd təsərrüfatı məhsulları bazarı. Bu bazarın əsas ixracatçı ölkələri sırasında Avropa Birliyi (AB) ölkələri, ABŞ, Braziliya, Kanada və Çini göstərmək olar. 2000-2009-cu illər ərzində AB, Braziliya və Çinin dünya ixracında payı artmışdır.Lakin, Şimali Amerika regionu ölkələrində isə azalma müşahidə olunmuşdur. Kənd təsərrüfatı məhsulları bazarının əsas idxalatçılarına nəzər saldıqda isə görə bilərik ki, bu bazarın iri ixracatçıları (AB, ABŞ, Çin) həm də iri idxalatçı ölkələr kimi çıxış edirlər.İxracda olduğu kimi 2000-20009-cu illərdə AB və Çinin idxalda payı artmışdır və Çində idxalın artım tempi 2000-ci illə müqayisədə 2009-cu ildə 2 dəfə arıq olmuşdur.Lakin, ABŞ-ın idxal payı 2009-cu ildə aşağı düşərək 8.4% təşkil etmişdir. Ümumilikdə, 2009-cu il ərzində ixrac və idxalın ümumi çəkisi azalmışdır.(Cədvəl 2.)

Cədvəl 2.
Kənd təsərrüfatı məhsullarının əsas ixracatçıları və idxalatçıları, 2009

mlr dollar və faizlə,


İxracatçılar

Dəyəri

Dünya ixrac/ idxalında payı

İllik faiz dəyişməsi

2009

2000

2009

2000-09

2007

2008

2009

Avropa Birliyi

495

41.8

42.3

9

20

16

-13

ABŞ

120

13.0

10.2

6

23

23

-15

Braziliya

58

2.8

4.9

16

22

27

-6

Kanada

44

6.3

3.7

3

10

11

-19

Çin

41

3.0

3.5

11

19

9

-3

Argentina

28

2.2

2.4

10

35

30

-25

Rusiya Federasiyası

21

1.4

1.8

12

36

1

-12

İdxalatçılar






















Avropa Birliyi

525

42.6

43.9

8

21

15

-14

ABŞ

101

11.6

8.4

4

6

6

-13

Çin

77

3.3

6.4

16

27

33

-12

Yaponiya

68

10.4

5.7

1

15

17

-16

Rusiya Federasiyası

29

1.6

2.4

14

15

28

-15

Kanada

28

2.6

2.4

7

14

10

-6

BƏƏ

11

0.6

0.9

12

22

37

-7

Mənbə: Ümumdünya Ticarət Təşkilatı, 2010



Ərzaq bazarı. Bu bazarın əsas ixracatçı ölkələri AB, ABŞ, Braziliya və Çindir. 2000-2009-cu illər ərzində AB və ABŞ-ın dünya ixracında payı azalmışdır və bu azalma ABŞ-da daha kəskin olmuşdur.Lakin, bu dövr ərzində Braziliyanın dünya ixracında payı əhəmiyyətli dərəcədə artaraq 2009-cu ildə 5.3% olmuşdur. İdxalatçı ölkələrə nəzər saldıqda isə əsas idxalçılar AB, ABŞ və Yaponiya çıxış edir. 2009-cu ildə ABŞ və Yaponiya ərzaq məhsullarının idxalını azaltmışdır. Digər tərəfdən Çin idxalı 2 dəfə artıraraq 2009-cu ildə idxalın həcmini 45 mlr. dollara çatdırmışdır və Çində idxal ixracı üstələmişdir.(Cədvəl 3)

Cədvəl 3.


Ərzaq bazarının əsas ixracatçıları və idxalatçıları, 2009

mlr dollar və faizlə,


İxracatçılar

Dəyəri

Dünya ixrac/ idxalında payı

İllik faiz dəyişməsi

2009

2000

2009

2000-09

2007

2008

2009

Avropa Birliyi

426

43.9

43.2

9

20

18

-12

ABŞ

98

12.6

9.9

7

27

28

-13

Braziliya

52

3.0

5.3

17

23

29

-5

Çin

35

3.1

3.6

11

19

8

-2

Kanada

33

4.1

3.4

7

18

23

-15

Argentina

28

2.7

2.8

10

35

31

-25

Tailand

22

2.3

2.2

9

20

32

-5

İdxalatçılar






















Avropa Birliyi

454

43.4

44.8

10

21

18

-13

ABŞ

87

11.1

8.6

6

9

9

-9

Yaponiya

58

10.5

5.7

2

6

20

-13

Çin

45

2.0

4.5

20

41

53

-9

Rusiya Federasiyası

27

1.8

2.7

14

16

28

-15

Kanada

25

2.6

2.5

9

16

12

-3

Meksika

17

1.8

1.7

8

22

20

-21

Mənbə: Ümumdünya Ticarət Təşkilatı, 2010


  1   2   3   4   5   6   7   8   9   ...   13


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azrefs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə